Press "Enter" to skip to content

Yaşar qarayev tarix yaxından v uzaqdan

O, keçmişi də mütləq bu günə, “indi” müstəvisinə keçirirdi, yaxud keçmişi bu günlə əlaqələndirirdi. Bütün şəkillərdə olduğu kimi, epik zamanın, epik keçmişin əks olunması onun əsərlərində bədii zamanın təşkilinə də təsirsiz ötüşmürdü. Xatırladığım bir-iki örnəyi gətirim. Məsələn, Füzulinin 500 illiyi ilə bağlı çıxışında deyir: “Lakin tarixi faktlar sübut edir ki, İraqdan İstanbula və Ankaraya Füzuli ilk dəfədir ki, bu gün 500 yaşında gəlir”; İlyas Əfəndiyevin pyesi ilə bağlı bir məqaləsində yazır: “. dramaturq tarixi obrazları da öz müasir əxlaq və mənəviyyat aləminin güzgüsündə əks etdirir. Təkcə tarixdəki Natəvanı yox, ölümündən sonrakı tarixdə (milli-mənəvi yaddaşda!) yaşamaqda davam edən Natəvanı bizə göstərir”.

Yaşar qarayev tarix yaxından v uzaqdan

Yaşar Qarayev təbəssümü: yaxından və uzaqdan

Rüstəm Kamal yazır.


Akademik Nizami Cəfərov hərdən mənə zarafatla sataşır: nə qədər savadlı olmalısan ki, dünyanın o başında (Rusiya) universitetdə Y.Lotmanın mühazirəsini dinləyəsən, axırda gəlib ucqar bir kənddə müəllim işləyəsən. – Bir ildən sonra kəndə-kəsəyə sığışmayıb gizlicə (“tutar-tutmaz” prinsipilə) özümu verdim Bakıya. Sənədlərimi Ədəbiyyat İnstitutunun elmi katibi, ömürlük xeyirxahım Arif Səfiyev qəbul etdi. Yaşar müəllimin otağında onun böyük səbrindən sui-istifadə edib “Avropa” səviyyəmi göstərmək istədim.

İmtahanları uğurla verib aspiranturaya qəbul olundum. Yaşar müəllim təbəssümlə: “Təbrik edirəm, özüm də sənin elmi rəhbərin olacam. Razısan?” – dedi.

Aradan illər keçib, onun kədərli gözlərini indi də unuda bilmirəm.

Bəlkə də, Yaşar Qarayev həyatda gördüyüm ən kədərli təbəssümü olan alimlərdən biriydi. Üzündə, gözündə gəzdirdiyi bu kədər müdriklik-ariflik işığında daha da gözəl və halal görünürdü.

Ancaq onun mutluluq məqamları da yadımdadır.

Ənənəvi akademik üslubu mükəmməl bilən bu böyük insanın gözlənilməz fikirdən, obrazlı ifadədən, aforistik deyimdən Sokrat alnı işıqlanırdı, üzü-gözü nurlanırdı.

Təbiəti seyr etməyi, xüsusən yayda ata yurdunda – Şəkidə olmağı çox sevərdi. Şəhər tünlüyü, məmurluğun yeknəsəqliyi və yaradıcılıq intensivliyi ona bu imkanı vermirdi. O, Kiş çayının pünhan bir yerində tənhalığın, mutluluğunu yaşayırdı, bu zaman içindəki şairliyi boy verirdi. Məhz təbiətdə içindəki sükutun və hüzurun səsini eşidə bilirdi, fikirlərin ehtiraslı nəfəsini duya bilirdi.

Bir dəfə Marxalda ağacların üstüylə sürünən dumanı mənə göstərib nəyə bənzədiyini soruşdu. Gözlənilməz suala tələsik nəsə uydurub dedim.

Yaşar müəllim: “Yaxşı bax, uşağın iməkləməsinə bənzəmirmi?” – dedi.

Yaşar Qarayev filoloji təhkiyəmizi və üslubumuzu “bənzərsiz bədii ədası” ilə zənginləşdirmişdi. Mənə hərdən elə gəlir ki, Bəxtiyar Vahabzadənin poetik priyomları hardasa Yaşar Qarayevin filoloji düşüncə məntiqi və yazı üslubu üçün də işləkdir. Fəlsəfi antinomiyalar, ritorik suallar, fəlsəfi ümumiləşdirmələr Yaşar Qarayevin də yazıları üçün səciyyəvidir. Yaşar müəllim inanırdı ki, yazıda fikir, deyim “nə qədər poetikdirsə, bir o qədər də inandırıcıdır” (Novalis).

Onun ifadə üslubunu, yazı sintaksisini bu gün də yamsılamaq mümkünsüzdür, istənilən istedadı bu yolda acı məğlubiyyət gözləyir.

O, keçmişi də mütləq bu günə, “indi” müstəvisinə keçirirdi, yaxud keçmişi bu günlə əlaqələndirirdi. Bütün şəkillərdə olduğu kimi, epik zamanın, epik keçmişin əks olunması onun əsərlərində bədii zamanın təşkilinə də təsirsiz ötüşmürdü. Xatırladığım bir-iki örnəyi gətirim. Məsələn, Füzulinin 500 illiyi ilə bağlı çıxışında deyir: “Lakin tarixi faktlar sübut edir ki, İraqdan İstanbula və Ankaraya Füzuli ilk dəfədir ki, bu gün 500 yaşında gəlir”; İlyas Əfəndiyevin pyesi ilə bağlı bir məqaləsində yazır: “. dramaturq tarixi obrazları da öz müasir əxlaq və mənəviyyat aləminin güzgüsündə əks etdirir. Təkcə tarixdəki Natəvanı yox, ölümündən sonrakı tarixdə (milli-mənəvi yaddaşda!) yaşamaqda davam edən Natəvanı bizə göstərir”.

Zaman kateqoriyası Yaşar Qarayev fəlsəfəsinin təməl dəyərlərindən biriydi. Kim onun kabinetində olubsa, yəqin ki, masasının üstündəki bir lövhəni yaxşı xatırlayır: “Vaxt sərvətdir”. Onun yaşam dünyasında, düşüncə sistemində zaman məkandan üstün mövqeyə, üstün dəyərə malik idi, hətta mən deyərdim ki, məkan ikinci dərəcəli əhəmiyyət daşıyırdı.

Klassik mətnlərə də indiki zaman kontekstində məna və qiymət verirdi. Klassik mətnlərin (“Xəmsə”, “Kitabi-Dədə Qorqud”, “Kəmalüddövlə məktubları”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Hophopnamə”. ) tarixdə dövriyyəsi ona “mədəni miqrasiyanı” anlamağa kömək edirdi.

O, tarixi, sadəcə, olmuş hadisələrin və faktların toplumu, keçmişin xronoloji ardıcıllığı kimi deyil, milli-mənəvi, əxlaqi yaddaş kimi qəbul edirdi. “Tarix” və “mənəvi yaddaş” anlayışlarını eyniləşdirdi. Onun üçün tarix milli-mənəvi sərvətlərdən biri idi: “Təkrarsız milli-mənəvi sərvətimiz təbiətlə yanaşı, həm də tarixdir. O keçmişə yox, bizə məxsusdur. O özü dünənə çevriləndə yox, biz onu unudanda tarix olur. Tarixin əbədi-mənəvi diriliyi onun fasiləsiz əxlaqi tərbiyə və təsir qaynağı olmasındadır. Tarixdən istifadə etməyən yeraltı sərvətindən, təbii enerji ehtiyatlarından, meşələrindən və çaylarından istifadə etməyən xalq kimi köməksiz və yoxsuldur”.

Ana dilinə “ən müqəddəs sərvət” kimi baxırdı. Əlifbamızın, dilimizin problemləri ilə bağlı bir neçə məqalə də yazmışdı. “Tarix: yaxından və uzaqdan” kitabında bir fəsli belə adlandırmışdı. “Dildə daşlaşan və yaddaşlaşan tarix: xalqın soyadı, ana dili, baba yazıçı”.

Ona görə də ədəbiyyata, tarixə, hətta əlifbaya da mənəvi və əxlaqi dəyərlər kontekstində qiymət verməyin tərəfdarıydı. “Əlifba mənəvi mədəniyyətin, milli yaddaşın cismləşməsi, etnik dəyərin maddi vücud kəsb etməsidir” – deyirdi.

O, Azərbaycan ədəbiyyatını ömrünün və millətin ən ali mənəvi sərvəti hesab edirdi. Onun fikrincə, ədəbiyyatşünasın müqəddəs borcu bu sərvəti toplumun ruh tərbiyəsinə, milli mənəviyyatın mühafizəsinə səfərbər etməkdir və ədəbi tənqid və ədəbiyyatşünaslıq bu borcu nə qədər tez dərk etsə, onun ədəbiyyat qarşısında, ədəbiyyatın isə zaman və millət qarşısında məsuliyyəti o qədər artar.

Yaşar müəllimin lüğətində “şəxsiyyət” çoxmənalı sözdür. Hətta yazılarının və kitabının birini belə adlandırmışdı: “Şəxsiyyət meyardır”. “Vətəndaş”, “şəxsiyyət” və “ziyalı” məfhumlarını bir çox hallarda sinonim kimi işlədirdi. “Vətəndaş narahatlığı” Yaşar müəllimin sevdiyi ifadələrdəndir. Fikir vermişdim: zahirən həmişə sakit görünən, heç vaxt emosiyasını üzə vurmayan bu müdrik kişi cəmiyyətdə, ədəbiyyatda gedən proseslər, mənəvi dəyərlərin aşınması ilə bağlı narahatlığını gizlədə bilmirdi.

90-cı illərdə bir məqaləsinin adı diqqətimi çəkmişdi: “Cəsarət sərvətdir”. Mütəfəkkir alim ümid edirdi ki, zamanların kritik məqamlarında şəxsiyyət mifi yaranır və yalnız şəxsiyyətlərin, ziyalıların cəsarəti milləti mənəvi aşınmalardan qoruya bilər. O, cəsarətin mənəvi dəyər, əxlaqi sərvət olduğunu topluma çatdırmaq istəyirdi.

90-cı illərdə Milli Elmlər Akademiyasında qafalarını Qorbaçovun “demokratiya, yenidənqurma” havası ilə doldurmuş bir qrup “cəsarətli” küncdə-bucaqda böyük alimin dalınca danışır, ona qarşı “oyunlar” qururdular. O isə sakitcə başını aşağı salıb klassik məqalələrini yazırdı. Səhv etmirəmsə, “Tarix: yaxından və uzaqdan” kitabını da nəşrə hazırlayırdı. Azərbaycan ədəbiyyatı tarixinin yeddi cildliyi üzərində düşünürdü.

Müdrik, kədərli təbəssümü də nurlu çöhrəsində. /edebiyyatqazeti.az/

Yaşar qarayev tarix yaxından v uzaqdan

Tənzilə Rüstəmxanlı

YAŞAR QARAYEVİN YARADICILIĞINDA MİLLİ İSTİQLAL PROBLEMİ

Milli İstiqlal ideyasının meydana çıxması və inkişaf yolları XX yüzil Azərbaycan ədəbi-nəzəri fikrinin ən parlaq simalarından olan AMEA-nın müxbir üzvü Yaşar Qarayevin yaradıcılığında ardıcıl və dərindən araşdırılan mövzulardan biridir.
Bu mövzunun öyrənilməsinə görkəmli ədəbiyyatşünas alimin nə qədər ciddi əhəmiyyət verdiyini dərk etmək üçün onun bu il AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxmış 5 cildlik “Seçilmiş Əsərləri”ni gözdən keçirmək yetərlidir.
Beşcildliyin nəşri ədəbi-mədəni həyatımızın mühüm olaylarından biri olmaqla çağdaş ədəbiyyatşünaslığımızın nəzəri və elmi səviyyəsini göstərmək baxımından da çox mühüm hadisədir və filoloqlara, ədəbiyyatımızın tədqiqi ilə məşğul olan alimlərə gözəl hədiyyədir.
Yaşar Qarayevin araşdırma dairəsi çox genişdir; o, təkcə ədəbiyyatşünas və tənqidçi deyil, həm də görkəmli teatrşünas, mədəniyyətimizin çeşidli sahələrinin nüfuzlu araşdırmaçısı, xalqın milli varlığı ilə, türkologiyanın bir sıra sahələrin öyrənilməsi ilə ardıcıl məşğul olan böyük Vətənşünas, millətşünasdır. Onun “Seçilmiş əsərləri”ndə min ildən artıq bir dövrü əhatə edən bədii ədəbiyyatımızın təhlili bütün türk-islam dünyasının mənəvı dəyərləri fonunda, ən yüksək nəzərimetodoloji səviyyədə, yüksək intellektlə, ədəbiyyatşünaslığımızda bənzəri olmayan obrazlı bir dillə aparılır. Akademik İsa Həbibbəylinin sözləriylə desək: “Yaşar Qarayevin elmi fəaliyyətinin cövhərini, əsasını, nüvəsini təşkil edən məsələlər milli ədəbi-ictimai fikrin aparıcı problemləridir.” (Yaşar Qarayev: yaxından və uzaqdan. Məqalələr, xatirələr. Bakı. Sabah nəşriyyatı. 2016. Səh. 5)
Yaşar Qarayev mütəfəkkir bir nəzəriyyəci, filosof tənqidçi kimi bədii ədəbiyyatı heç vaxt həmin ədəbiyyatın yarandığı dövrün ictimai hadisələrindən ayrı, mücərrəd, qeyri-müəyyən bir mühitdə təhlil etməmişdir. Ədəbiyyata xalq həyatının güzgüsü kimi baxdığından onun əsərlərində bədii sözümüzə verilən qiymətlə yanaşı, tarixi olayların da milli-siyası dəyərləndirilməsi var və bu iş xalqların, millətlərin mənəvi – milli intibah təcrübələri nəzərə alınmaqla aparılır. Bu mənada Yaşar Qarayevin elmi fəaliyyəti xalqın taleyindən, ölkədə gedən ictimai-siyasi proseslərdən ayrı təsəvvür edilə bilməz. Onun yaradıcılığında həm də ictimai fikir tariximizin qədim və geniş mənzərəsi var. Bu mənzərəni fərqləndirən və gözəlləşdirən cəhətlərindən biri, heç şübhəsiz, onun başdan ayağa vətən sevgisiylə yogrulmasındadır. Quru nəzəriyyəçilik ardınca getməyən alım üçün, həm klassik, həm çagdaş ədəbiyyatımıza münasibətdə əsas meyar milli ideallara bağlılıqdır. Hansı əsər milli taleyimizdə hansı rolu oynayıb? Bu sual onun ədəbitənqidi əsərlərinin əsas meyarlarındandır. Seçilmiş əsərlər alimin az qala yarım əsrlik bir yaradıcılıq axtarışlarının məhsuludur. Əslində 5 cildin hər birinin ayrılıqda təhlil edilib qiymətləndirilməsinə ehtiyac var. Bizi maraqlandıran mövzu, yəni bədii ədəbiyyat və milli istiqlal problemi Yaşar Qarayevi bütün yaradıcılığı boyu düşündürmüşdür. Hansı dövrün, hansı janrda yazılmış əsəri olur-olsun, Yaşar Qarayev onu təhlil edərkən bir meyarı də sözügedən əsərin milli mədəniyyətə və milli tərəqqiyə nə dərəcədə xidmət etməsi baxımından da dəyərləndirir.
Böyük alimin 4-cü və 5-ci cildlərində toplanan yazıların çoxu birbaşa bu mövzu iə bağlıdır. Ədəbiyyatşünaslığımızda və ictimai fikrimizdə bu problemin qoyuluşu və çağdaş nəzəri düşüncə və bilgiylə təhlili baxımından Yaşar Qarayevin “Tarix: yaxından və uzaqdan” əsəri ilə müqayisə oluna biləcək əsər tapmaq çətindir və bəlkə də hələlik mümkün deyil. Bu baxımdan 4-cü cilddəki “Azərbaycan ədəbiyyatı – yaxın və uzaq tarixlər” bölümünü gözdən keçirmək yetərlidir.
Miflər və əsatirlər, folklor, yazılı ədəbiyyatımızın çoxəsrlik tarixi həm də milli düşüncəmizin yüksəliş yolu kimi öyrənilə bilər. Çünki millətin ruh aləmini, istək və arzularını söz sənəti qədər dəqiq əks etdirən, xalqın xarakterinin bütün mürəkkəbliyini bədii ədəbiyyat qədər qidalandıran başqa mənbə yoxdur.
Yaşar Qarayev bir sıra başqa araşdırmaçılar kimi, Azərbaycan xalqının istiqlal ugrunda mübarizəsini və bunun ədəbiyyata yansımasını yaxın əsrlərə (çoxları bu tarixi XIX yüzildən başlayır) bağlamır; istiqlal düşüncəsini bədii düşüncənin yaşıdı hesab edir. Bu baxımdan onun “Azərbaycanda bədii düşüncənin tarixini həm də milli istiqlal düşüncəsinin, xalqın və onun tarixi
taleyinin əks olunduğu bədii tarix hesab etmək olar” fikri (bax: Yaşar Qarayev “Seçilmiş əsərləri”. Bakı. “Elm” nəşriyyatı. V cild. səh.181) dəqiqdir, bu problemə yeni yanaşmadır və onun bu sahədəki araşdırmalarına xüsusi dəyər və orijinallıq qazandırmışdır.
Alim milli intibahın iki böyük qaynağını özəlliklə vurgulayır: birincisi, insan
azadlığı və azad insana sevgi, ikincisi də milli yaddaşın bərpası və güclənməsi. O, qeyd edir ki, böyük ədəbiyyat yalnız insanın və xalqın taleyi vahid bir problem kimi dərk ediləndə yarana bilər və Azərbaycan xalqının bədii təfəkkürünün inkişaf məntiqi də bunu təsdiq edir. “Bizim klassik şeirin, dramaturgiyanın, nəsrin, ədəbi-nəzəri fikrin məzmununda məhz azad insana, xalqa məhəbbətdən və onun tarixi taleyində ən yaxından iştirak etmək ehtirasından yüksək heç nə yox-
Yaşar Qarayev Azərbaycan xalqının bir millət kimi tarixi təşəkkülü ilə istiqlal şüuru və yeni tipli çağdaş ədəbiyyatın yüksəlişi arasındakı bağlılığı və sinxronluğu dəyərləndirərkən, bu prosesin həm də türk-islam aləmi üçün bir örnək rolu oynadığı qənaətinə gəlmişdir. Şübhəsiz, doğru yanaşmadır.
Onun fikrincə, milli intibah milli yaddaşın bərpasından başlanır; insanlıq unutqandır, yaratdığıdını dağıdır, yazdığını yandırır, tarix məhv edilir, sivilizasıyalar hər şeyi sıfırdan başlamağa məcbur olur. Azərbaycan xalqına qarşı ən böyük düşmənçilik onu öz kökündən, tarixi, etnik, milli-mədəni coğrafiyasından qoparmaq siyasəti olub. Xalq özünü yalnız halal dünyasının genişliyində olduğu kimi dərk edə bilər.
Yaşar Qarayevin bu yanaşması təkcə Azərbaycanda deyil, bütün türk xalqları arasında ədəbiyyat və mədəniyyət tarixinə baxışın başlıca konsepsiyası və yolu sayılmalıdır: “Müasir milli türk ədəbiyyatları qədim ümumtürk şifahi və yazılı ədəbiyyatının bilavasitə varisidir və bu ədəbiyyatların genetik – funksional vəhdətinin metodoloji cəhətdən ən müasir səviyyədə öyrənilməsinin, “ümumtürk ədəbiyyatı tarixi”nin bütöv, yekdil, vahid ədəbi proses halında təhlil olunmasının çoxdan vaxtı çatmışdır”. Bax: Y. Qarayev. Seçılmış əsərləri. IV cild. “Elm nəşriyyatı”, Bakı, 2016. Səh. 64)
Yaşar Qarayev “ortaq türk keçmişindən ortaq türk gələcəyinə doğru!” gedən yolda türk xalqlarının əsas mənəvi güc mənbəyinin söz sənəti olduğunu göstərməklə yanaşı, bu fikrini bədii-nəzəri misallarla əsaslandırır. Bu yolun başlandığı mifik düşüncədən çağdaş ədəbiyyatımıza qədər uzun bir yolun ədəbi materiallarını gözdən keçirir. Özəlliklə islamaqədərki dövrün ən qədim mif, əsatir və başqa şifahi xalq ədəbiyyatı nümunələrinə Yaşar Qarayev yanaşması bütün türk dünyası üçün ümumiləşmiş bir elmi formul kimi qəbul edilə bilər. Ən əski çağların bizə çatmış ən əski mənbələrinin təhlilində Yaşar Qarayevin elmi təfəkkürünün və təhlilə cəlb etdiyi materialın zənginliyi diqqəti cəlb edir. Bu yerdə o, həm də tarixi, etnoqrafiyanı, coğrafiyanı, dini, mədəniyyətşünaslığı, dilşünaslığı yüksək səviyyədə bilən və birgə, qovuşuq bir şəkildə gözdən keçirib, dəqiq elmi nəticələr çıxarmağı bacaran nəhəng, ensiklopedik bir zəka sahibi kimi görünür. Gəldiyi bir çox nəticələr türkologiyada son söz sayıla bilər.
Bu nəticələrdən biri, millət və dövlət kimi var olmanın təməlində sözün dayanmasıdır. Bu fikrini alim dəqiq ifadə edir: “Bütövlükdə türklük miqyasında vəhdətin və bütövlüyün – mənəvi Türanın memarları məhz onlar – manaslar, gilqamışlar, qorqudlar olmuşdur. Ortaq türk tarixi şüurunu böyük türk əcdadlarımız birlikdə yaradıb, ona sahiblik şüurunu isə gərək biz hamımız bir yerdə yaradaq”. (Bax: Yenə orada, səh. 74-75.)
Bu gün mövcud olan türk dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının “mənəvi Turanın” övladları olduğunu nəzərə alsaq, milli vəhdətin və bu niyyətə xidmət edən və ya bu istəkdən doğan milli dövlətimizin, milli istiqlalın da bədii və onun davamı olan ictimai sözə borcu olduğu ortaya çıxır.
“Anadilli ədəbiyyatda islam modeli və poetikası, təsəvvüf və ürfan-Qorquddan Füzuliyə qədər artan, çoxalan istiqamətdə, Füzulidən Vaqifə qədər isə çökən, enərək üzanan xətlə hərəkət edir və Mirzə Fətəli Axundzadədə (mətndə Axundov – T. R.) özünü tamam tükətdikdən sonra Əli bəylə, Hadi və Sabirlə yenidən “yuxarıya qalxan” xəttin davamına çevrilir. . Axundzadədə poeziya da tükənir və o, dindən ateizmə və şeirdən nəsrə (yaxud məsur drama) eyni zamanda keçir.” (Yenə orada, səh.97-98) Ədəbiyyatımızın inkişaf yolunun bu modeli Yaşar Qarayevin təhlilində həm də milli intibahın istiqlal uğrunda mübarizə mərhələsinə gətirib çıxaran yolun şəklini cızır.
Azərbaycanda milli istiqlal şüurunun gəlişməsində, milli mənliyin dərkində və milli azadlıq ugrunda mübarizənin güclənməsində realist nəsrimizin, dramaturgiyamızın özəl rol oynadığını göstərməklə yanaşı, bu işdə H. Zərdabi ilə başlanan milli mətbuatımızın istisnasız xidmətlərini vurğulayan görkəmli alim bu baxımdan Ə.Hüseynzadədən, Ə.Ağaoglundan Məmməd Əmin Rəsulzadəyə qədər ictimai fikrimizin XlX yüzilin sonu və XX yüzilin əvvəllərində yaşamış qüdrətli aydınlar ordusunun milli taleyimizdə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı misilsiz xidmətlərini ümumi ədəbi-siyasi proseslər fonunda təhlil edir. Haqlı olaraq göstərir ki, “Hətta üçrəngli bayraq da cəmiyyətdən, dövlətdən əvvəl poeziyanın səmasında dalğalanmağa başlayır.” (Yenə orada, səh.183-184).
Yaşar Qarayev bədii düşüncə qəlibində yaşayıb inkişaf edən milli təfəkkürün 20-ci yüzildə üç mühüm mərhələdən keçdiyini qeyd edir: 1905-1920-ci illər, 1920-1990-cı illərin sovet epoxası, 1990-cı ildən başlayan milli-ədəbi inkişaf mərhələsi. O, bədii çalışmaların istiqlal şüuruna çevrilməsi baxımından 1905-ci ildən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədərki illərin ən məhsuldar illər olduğunu qeyd edir. O dövrün mətbuatı və ədəbiyyatı milli istiqlalın milli mövcudluğu içində əsas amil olduğunu xalqa çatdıra və dərk etdirə bilmişdi.
Lakin bu mərhələlərin başında bu günün özündə də milli məfkurə mənbəyi olan nəhəng bir realizm irsi dayanır. Bu da M.F.Axundzadə irsidir. Y.Qarayev 188 Tənqid və ədəbiyyatşünaslıq haqlı olaraq yazır ki, M.F.Axundzadə o dövrün “univesiteti, teatr və akademiyası, milli ensiklopediyası, ədəbiyyat və fəlsəfə institutu olub”. (Yenə orada, səh.188)
Milli istiqlal şüurunun inkişafında Azərbaycan maarifçilik məktəbinə daxil olan yazarların əməyi, bütün Şərqdə türklüyün dərki və gəlişməsində Əli bəy Hüseynzadə mərhələsi də Yaşar Qarayev tərəfindən sistemli və yüksək elmi üslubda təhlil edilir.
Yuxarıda qeyd etdiyimiz kimi, Yaşar Qarayevə görə, milli intibahın əsas enerji mənbələrindən biri də milli yaddaşdır. XX yüzil bütövlükdə Azərbaycan türklərinin milli yaddaşının diriliş yüzilidir. Təsadüfi deyil ki, onun “Seçilmiş əsərləri”nin dördüncü cildi (“Tarix: yaxından və uzaqdan”) bütövlüklə milli yaddaş problemlərinə, həm də bütövlükdə Türk dünyasının yaddaş probleminə həsr olunub.
Ruh və mənəviyyatın, gözəllik və həqiqətlərin kodlaşdırılıb zamandan zamana ötürülməsi olmasa, yəni yaddaş itsə, bəşəriyyətin tanrı tərəfindən proqramlaşdırılmış genetik davamlılığı itər. Ədəbiyyat təkcə yaddaş saxlancı deyil, həm də bu yaddaşın hər yeni nəsil üçün dirilib gücə, enerjiyə, silaha, dünyanı fəlakətə aparan, bu yaddaşı qırmaq istəyən şərlə, manqurtluq “ideologiyası” ilə mübarizə vasitəsinə çevrilir. Buna görə də hər xalq əlində olan dəyərləri, o cümlədən azadlığını, milli intibahını öz yaddaşına borcludur. Bu yaddaş nə qədər möhkəm və zəngindirsə, nə qədər yaxşı qorunursa, onun üstündə qurulan gələcək də o qədər çağdaş və davamlı olacaq.
Yaşar Qarayev filosof-tənqidçidir və ədəbiyyatımızın tarixini məhz dünya fəlsəfəsinin zəngin təcrübəsi əsasında, mükəmməl bir üslubla, dilimizin ifadə imkanlarının zirvəsində təhlil edir və ədəbiyyatımızın həm də yaddaş çərçivələrini müəyyənləşdirir, fikir tariximizi həm də yaddaş prinsipi ilə dövrləşdirir. Onun təhlilində yaddaşın bütün tarixi milli intibaha gətirən yoldur və böyük ədəbi abidələrimizin, böyük yazarlarımızın yaradıcılığı bu yolun müxtəlif mərhələləridir: “Axundovla başlayan bədii yaddaş – Azərbaycan türk intibahı”; “Nəsrin və səhnənin ağrı yaddaşı – Cəlil Məmmədquluzadə”; “Kökünə və bütövlüyünə bağlayan yaddaş – Əli bəy Hüseynzadə”; “Cümhuriyyət dövrü və onun poeziyada yaddaşı – Əhməd Cavad”; “Ən yeni dövrün Azərbaycan
ədəbiyyatı – iyirminci illərdən günümüzə qədərki yaddaş”; “Milli mənin yaddaşı – azərbaycançılıq” və sair.
Beləliklə, Yaşar Qarayevin “Seçilmiş əsərləri”nin beşcildliyi – islamaqədərki Azərbaycan – türk ədəbiyyatından üzü bəri söz sənətimizin bütün zəngin tarixi haqqında, onun bütün dövrləri, metodları, janrları, üslubları, böyük yaradıcıları haqqında akademik Bəkir Nəbiyev demiş, “Böyük Ağılın gücü və əbədi Ruhun məsumlugu ilə” yazılmış mükəmməl bir ədəbiyyatşünaslıq abidəsi olmaqla yanaşı, həm də xalqımızın miflərdən üzü bəri, sözdə, bədii ədəbiyyat nümunələrində qorunan, milli şüura qida verən mənəvi dəyərlərin yaranma tarixinə, milli istiqlal tarixinə bənzərsiz bir girişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.