Yaşayış binaları tmir bakı
Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşmüşdür. Görüş elə qəzalı binada keçirilib.
Bina MTK
Tikintinin mövcud vəziyyətini və prosesin dinamikasını göstərə bilmək üçün, biz sahənin eyni rakurslarından tikinti prosesinin şəkillərini çəkirik.
Son yeniləmələr — İyun 2022
Yaşayış kompleksinin xüsusiyyətləri
Ev haqqında
| Binaların sayı | 2 |
| Mərtəbələrin sayı | 16 |
| Texnoloji quruluş | monolit-çərçivə |
| Bağlı ərazilər | 24 saat qorunan ərazi, müşahidə kameraları |
| İnfrastruktur | uşaqlar üçün oyun meydançaları, ticarət infrastrukturu |
| İstilik sistemi | avtonom |
| Kommunal | qaz, isti su, domofon, i̇nternet, peyk tv, ehtiyac generatoru, təhlükəsizlik xidməti |
| Korpusların sayı | 2 |
| Lift | yük və sərnişin lifti |
| Parklanma | yeraltı, yerüstü |
| Xarici fasad | rəngləmə, daş izolasiyası |
Mənzillər haqqında
| Təmiri | təmirsiz |
| Mənzil sahəsi | 77–235 m² |
| Tavanların hündürlüyü | 3,3 m |
| Yataq otaqları | 1‑otaqlı, 2‑otaqlı 3‑otaqlı, 4‑otaqlı |
Ev haqqında məlumat
“BİNA MTK” yaşayış kompleksi-geniş mənzillərlə, öz ticarət infrastrukturu və tam abadlaşdırılmış ərazisi olan dəbdəbəli yeni tikilidir.
Yerləşməsi
Bakıdakı “BİNA MTK” yaşayış kompleksi mərkəzi Nərimanov rayonunda Xan Şuşinski, Həsən əliyev, Azadlıq və Möhsüm Sənani prospektlərinin sərhədlərində yerləşir. Dəniz sahilinə təxminən dörd kilometrdir.
Ətraf mühit
Yeni tikili gözəl infrastruktura malik müasir mikrorayonda yerləşir. 800 metr məsafədə Nəsimi bazarı yerləşir, yaşayış kompleksinin yanında bir neçə müxtəlif mağazalar, şəbəkə supermarketi, dəbli restoranlar və rahat kafelər, böyük ticarət mərkəzi, bank şöbələri və poçt var. Bir kilometrdə “Zorge” parkı, “Koala parkı” və Bakı zooparkı mövcuddur. Tofiq Bəhrəmov adına stadiona qədər bir kilometrdən bir az çox məsafədir.
BİNA MTK kompleksindən on beş dəqiqəlik məsafədə “Qrand” klinikası, şəhər hospitalı, Universitet xəstəxanası, Paramed klinikası, New Med Hospital xəstəxanası və apteklər ilə daha bir neçə müalicə müəssisəsi, eləcə də stomatoloji kabinetlər yerləşir.
Yeni kompleksin yaxınlığında bir çox uşaq bağçaları və təhsil müəssisələri var. Bir kilometr radiusunda 258, 47, 42 və 36 saylı məktəblər, Azərbaycan əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisadi Universiteti, Tibb Universiteti, Hematologiya İnstitutu, Zam Zam uşaq bağçası fəaliyyət göstərir.
Nəqliyyat mübadiləsi
“Bina MTK” yeni tikilisinin yaxınlığında ictimai nəqliyyat işi yaxşı qurulub. Yaxınlıqda hərəkəti 5-8 dəqiqə minimum intervalla təşkil olunan onlarla avtobus marşrutları fəaliyyət göstərir. Dayanacağa qədər olan məsafə 200 metrdən çox deyil. Bir kilometr yarım məsafədə metronun “Gənclik” stansiyası yerləşir. “Bakı-Sərnişin” dəmir yolu vağzalına 3,5 kilometrdir, beynəlxalq hava limanına isə yarım saata çatmaq olar.
Kompleksin xüsusiyyətləri
“Bina MTK” yaşayış kompleksi klassik üslubda layihələndirilmiş on altı mərtəbəli hündürlüyü olan iki evdən ibarətdir. Binalar monolit-çərçivə texnologiyası əsasında tikilir, yüksək seysmik müqavimətə və enerji səmərəliliyinin yaxşı göstəricilərinə malikdir. Tikinti zamanı ekoloji cəhətdən təhlükəsiz materiallardan istifadə olunur. Xarici divarları izolyasiya edilir ki, bu da mənzillərin yüksək səs və istilik izolyasiyasına zəmanət verir.
Fasad daşla üzlənir və yarımsütunlarla bəzədilir. Öz infrastruktur obyektlərinin yerləşəcəyi yeni tikililərin aşağı səviyyələri tavandan döşəməyə qədər şüşələnməyə malikdir.
Evlər şəhər şəbəkəsinə qoşulmuş müasir texnoloji avadanlıq və keyfiyyətli mühəndis kommunikasiyaları ilə təchiz olunur. İstilik sistemi – fərdidir. BİNA MTK-nın hər bir blokunda səssiz yük və sərnişin liftləri quraşdırılır. Kompleksdə qəza elektrik təchizatı sistemi nəzərdə tutulmuşdur, ehtiyat generatoru vardır. Yeni tikili qazla təchiz olunub.
Daxili ərazi
Həyətyanı ərazinin abadlıqlaşdırılması onun landaşaft yaşıllaşdırılmasını əhatə edir. Yaşayış kompleksinin yaxınlığında piyada yolları və xüsusi nəqliyyat üçün yollar çəkilir. Ərazidə müxtəlif yaşlı uşaqlar üçün oyun meydançaları tikilir. Fənərlər quraşdırılır və istirahət zonaları abadlaşdırılır.
Kompleksdə sakinlərin avtomobilləri üçün böyük yeraltı parkinq tikilir, qonaq nəqliyyatı üçün isə yerüstü avtodayanacaq quraşdırılır.
Mənzillərin satışı
“BİNA MTK” yeni kompleksində tavanlarının hündürlüyü 3,3 metr və rahat planlaşdırması olan bir, iki, üç, dördotaqlı mənzillər təqdim edilmişdir. Bütün mənzillər döymə dəmir çitleri olan şüşələnməmiş eyvanlara malikdir. Geniş ölçülü pəncərələr quraşdırılır ki, bu da yaşayış otaqlarının yaxşı insolyasiyasını təmin edir. Enerjiyə qənaət edən şüşə paketlərlə şüşələnmiş metal-plastik pəncərələri olan mənzillər almaq təklif olunur. Mənzil olduqca genişdir və 77-dən 235 kvadrat metrə qədər bir sahəyə malikdir.
Mənzillərin satışı 30% ilkin ödəniş şərti ilə 24 ay müddətinə faizsiz kreditlə həyata keçirilir. Kupçanı da rəsmiləşdirmək mümkündür. Əldə etmək üçün digər mümkün variantları öyrənmək və mənzilin qiymətinə daxil olanları aydınlaşdırmaq üçün satış şöbəsinin məsləhətçi menecerlərinə müraciət edə bilərsiniz.
Xankəndi
Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər. Söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.
Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bina hələ 1989-cu ildə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə qəzalı hesab edilərək sökülməli idi. Həmin il sakinlərin oradan köçürülməsinə başlanılaraq binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından buradakı boşalmış mənzillər Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar öz döğma yurdlarını tərk etmiş məcburi köçkünlər tərəfindən zəbt edilib. O zaman ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı sakinlərin köçürülməsi və binanın sökülməsi işləri təxirə salınıb.
Qeyd olunub ki, keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşmış, bina yaşayış üçün tam yararsız vəziyyətə düşmüş və burada hər an uçma təhlükəsi yaranıb. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır.
Hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub.
Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanmış və praktiki olaraq buna nail olunub. 43 ailədən 25-si dövlər tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçmüşlər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina etmiş, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kompaniya təşkil etməyə cəhdlər də etmişlər.
Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşmüşdür. Görüş elə qəzalı binada keçirilib.
Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışıb. Həmçinin bu zaman bildirilib ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.
Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina etmiş və maddi yardımlarını alıb binanı tərk ediblər.
Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib. Hazirda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu aillərdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köşkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunub. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etbikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.
Daha 7 ailə isə sahəsi 12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilmişdir. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər.
Paytaxt Bakı şəhərində sakinlərin evlərindən köçürülməsi problemləri yeni deyildir. Dövlət obyektləri və ya yeni bina tikintisi zamanı əksər hallarda sakinlərin böyük hissəsi onlara təklif edilən kompensasiyalarla razılaşırlar. Yalnız bir neçə ailə olur ki, dövlət qurumlarından və ya tikinti şirkətlərindən özləri üçün daha çox, maksimum miqdarda vəsait əldə etmək üçün evlərini tərk etməkdən imtina edirlər. Onlar müxtəlif instansiylara şikayətlər göndərir, hüquqlarının pozulmasını bildirərək bəzi KİV-lərə müraciətlər edirlər.
Yasamal rayonu M.A.Əliyev küçəsi 150 ünvanındakı binadakı vəziyyəti adi problemlər sirasina aid etmək olardı. Çox hallarda sakinlər inadkarlıq edir, sonradan isə vəziyyəti dərk edərək qəzalı binanı tərk edirlər. Buradakı vəziyyətin digərlərindən fərqi isə kəskin qəzalı olan binadan vətəndaşların təcili olaraq təxliyə olunmasının vacibliyidir.
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləmiş, onların şikayət və istəklərinə qulaq asmışlar. Lakin bir vaxt səbr kasası daşa bilər. Əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmir, buna bilərəkdən yol verirlərsə, bu zaman qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər. Binanın hər an uça biləcəyini yaddan çıxarmaq olmaz. Bu zaman vətəndaşların həyatının təhlükəsizliyindən vacib heç bir şey ola bilməz.
Comments are closed, but trackbacks and pingbacks are open.