Press "Enter" to skip to content

Azərbaycanın baş psixiatrı: Çox vaxt qohumlar ağır durumda olmayan psixi xəstələri evə aparmaq istəmirlər – MÜSAHİBƏ

Gəncə, Sumqayıt və Xırdalan

VERGİLƏR

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini satan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Onların vergi öhdəlikləri barədə qaydaları iqtisadçı ekspert Radil Fətullayev izah edir:

Yaşayış sahəsi üzrə

Fiziki şəxs mulkiyyətində olan və 3 ildən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini (mənzili) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə muəyyən edilmiş zonalar uzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində gostərilən əmsallar tətbiq etməklə hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı:

BAZA MƏBLƏĞİ

VERGİ MƏBLƏĞİ

DİGƏR REGİONLAR

Gəncə, Sumqayıt və Xırdalan

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

Misal 1: Bakı sakinin “Azadlıq” metro stansiyasının (zona 7) yaxınlığında yerləşən mənzildə yaşayış yeri üzrə 3 il qeydiyyat müddəti tamamlanmamışdır. Sahəsi 120 m2 olan həmin mənzil satılarkən sadələşdirilmiş vergi məbləği belə hesablanır:

(120 m 2 -30 m 2 )

Mənzilin sahəsi

Baza məbləği

Zona əmsalı

Beləliklə, fiziki şəxs satdığı mənzilə görə 2025 manat sadələşdirilmiş vergi ödəməlidir.

Qeyri-yaşayış sahəsi üzrə

Fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur. Qeyd edək ki, burada yaşayış sahəsində olduğu kimi 30 kv.m. güzəşti tətbiq olunmur. Həmçinin fiziki şəxsin həmin obyektdə qeydiyyat müddətinin də heç bir fərqi yoxdur. Yəni, fiziki şəxs qeyri-yaşayış sahəsinə sahib olma və qeydiyyat müddəti 3 ildən çox müddətdə olsa belə, yenə də sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir.

Misal 2: Bakı sakininin “İnşaatçılar” metro stansiyasının (zona 5) yaxınlığında qeyri-yaşayış sahəsi (tutaq ki, mağazası) vardır. Sahəsi 250 m2 olan həmin mağaza satılan zaman sadələşdirilmiş vergi məbləği belə hesablanır:

​Azərbaycanın baş psixiatrı: “Çox vaxt qohumlar ağır durumda olmayan psixi xəstələri evə aparmaq istəmirlər” – MÜSAHİBƏ

​Azərbaycanın baş psixiatrı: “Çox vaxt qohumlar ağır durumda olmayan psixi xəstələri evə aparmaq istəmirlər” – MÜSAHİBƏ Professor Gəray Gəraybəyli: “Elə adamlar var ki, psixi xəstə olduğunu qəbul etmir, ona belə bir diaqnoz qoyulması ilə barışmır”

5 Avqust , 2015 11:07

https://static.report.az/photo/82f4c4b9-a50f-4853-8a10-b5bdea967b4a.jpg

“Depressiyaya düşməmək üçün nə lazım olduğunu elmi formada izah edə bilsəm, bəlkə də mənə “Nobel” mükafatı verərlər. Çünki bu çox çətin və ciddi problemdir” “Psixiatrlara heç vaxt cəmiyyət arasında təşəkkür etmirlər” “Ləkələnməyə ən çox məruz qalanlar, məhz psixi xəstələrdir” Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəylinin “Report”a müsahibəsi: – Azərbaycanda əhalinin psixi sağlamlıq və psixoloji durumunu necə qiymətləndirirsiniz? – Azərbaycanda olan tendensiyalar digər ölkələrdəki prosesləri əks etdirir. Bu baxımdan deyərdim ki, bizim ölkədə əsasən affektiv və depressiv xəstəliklərin sayı artır. Depressiyalar isə ilk yerdədir. Eyni zamanda, stresslə bağlı olan təşviş, həyəcan pozuntuları və stress nəticəsində yaranan digər xəstəliklər də bura aiddir. Kəskin psixozlar, yəni, şizofreniya və bu kimi xəstəliklərin sayı isə əvvəlki səviyyədədir və ciddi artım qeydə alınmayıb. – Hazırda ölkədə neçə psixiatriya müəssisəsi var? – Azərbaycanda 11 psixiatriya müəssisəsi fəaliyyət göstərir. Onlardan bir qismi əsaslı təmir olunur, dörd müəssisə isə yenidən tikiləcək. Bütün dünyada olduğu kimi, son illər bizim ölkədə də psixi-nevroloji dispanserlər tədricən ləğv olunur. Onların əvəzinə ya psixiatriya xəstəxanası, ya da psixi sağlamlıq mərkəzi adlanan müəssisələr yaradılır. Hazırda Bakıda da Respublika Psixi Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Bizdə ilk dəfədir, belə bir müəssisə yaradılıb. Orada psixiatrlardan başqa psixoloqlar, hüquqşünaslar, sosial işçilər də çalışır. – Gənclər psixiatr olmağa maraq göstərirlərmi? – Hazırda psixiatriya sahəsində ciddi kadr problemi mövcuddur. Psixiatriyaya gəlmək istəyənlər çox azdır. Bu gün ölkədə fəaliyyət göstərən psixiatriya müəssisələrində 10-12 həkim ştatı olduğu halda cəmi 2-3 həkim çalışır. Hətta Bakı şəhərində elə psixiatriya müəssisəsi var ki, orada psixiatr yeri boşdur. Bu onunla bağlıdır ki, həm iş çətindir, həm də maddi cəhətdən insanlara sərf etmir. Gərək insanın bu sahəyə gəlməyə həvəsi də olsun. Psixiatrlara heç vaxt cəmiyyət arasında təşəkkür etmirlər. Hətta kimsə müalicə almış olsa belə, sonradan həkimə təşəkkür etməkdən çəkinir ki, kimsə onların nə vaxtsa həkimə müraciət etdiyini bilər. – İnsanlar çox zaman psixiatr və psixoloq anlayışını qarışdırır. Bu iki peşənin əsas fərqi nədir? – Psixologiya normal insanın, yəni, xəstəlikdən kənar olan şəxsin psixi fəaliyyəti haqqında elmdir. Bu sahənin də özünün bir çox istiqamətləri var. Kliniki, hərbi, idman, hüquqi, sosial, uşaq psixologiyası və s. Psixoloqlar həkim deyil. Psixiatr isə xəstəliyə tutulan insanın xəstəlik nəticəsində deformasiyaya məruz qalan psixikasının diaqnostikası, bunun səbəblərinin aşkarlanması və müalicəsi ilə məşğul olan şəxslərdir. Təbii ki, psixiatr psixologiyanı da bilməlidir. Çünki psixologiya çox vacib elmdir. Çox vaxt hansısa maddi maraqların dalınca qaçan insanlar 2-3 kurs keçməklə özlərini psixoloq kimi qələmə verirlər. Təbii ki, bu çox yanlış düşüncədir. Psixologiya çox incə bir elmdir. Psixoloqlar insanın ruhu, qəlbi və psixologiyası ilə məşğul olurlar. Nə olsun ki, onlar xəstələrə iynə, dərman təyin etmirlər?! Bəzən insana deyilən söz iynədən də güclü təsir edə bilər. – Bəzən deyirlər ki, xəstələrin yaxınları onları evə aparmaqda tərəddüd edir. Buna səbəb nədir? – Bu hal bütün xəstələrə şamil edilməsə də, belə faktlar mövcuddur. Bu məqamda iki tərəfi də dinləmək lazımdır. Həkimlər belə hallarla tez-tez rastlaşırlar. Həkim olaraq məsləhət verirəm ki, bu xəstənin klinikada qalmasına ehtiyac yoxdur və rahat şəkildə ev şəraitində müalicələrini davam etdirə bilər. Psixi xəstəlik bəzən sirli olub, insanları vahiməyə sala bilir. Çox vaxt qohumlar xəstəliyi o qədər də ağır, şiddətli olmayan, özünü normal idarə edə bilən psixi xəstələri də evə aparmaqdan imtina edirlər. Onlar düşünürlər ki, birdən sabah xəstənin vəziyyəti pisə doğru dəyişə bilər. Amma unutmaq olmaz ki, psixi xəstəlikdən əziyyət çəkən şəxs də vətəndaş və cəmiyyətin bir üzvüdür. Uzun illər bu sahədə müəyyən problemlər yaşanırdı. Psixiatriya xəstəxanası ilə xəstələrin ailə üzvləri arasında boşluq çox idi. Psixiatriya xəstəxanasından çıxan xəstə birbaşa evə gedirdi. Lakin o ailədə tam sərbəst yaşaya bilmirdi. Bu kimi halları aradan qaldırmaq üçün müəyyən reabilitasiya proqramları tətbiq olunmalı, xəstəxanada 4-6 ay müalicə olunan xəstələri cəmiyyətə inteqrasiya etdirən, onun yaşamağa marağını artıran tədbirlər həyata keçirilməlidir. Hazırda bu proqramı reallaşdırılması istiqamətində addımlar atırıq. – Xəstəxanada müalicə olunanlarla, ev şəraitində qalanlar, ara-sıra həkimə müraciət edən xəstələr arasında fərq çoxdur? – Xəstəxanada müalicə alanların böyük əksəriyyətini ağır xəstələrdir. Elə xəstələr olur ki, onlarda nevroz, təşviş, yuxu pozuntusu və bu kimi hallar müşahidə edilir, amma həmin şəxslər xəstəxanaya göndərilmir. Heç onların özləri də xəstəxanaya getmək istəmirlər. Çünki onlar ambulator şəkildə müraciət edirlər. Lakin onların sayı stasionar xəstələrdən çox azdır. Stasionar xəstələrin arasında əksəriyyət xroniki psixi xəstəliklərin daşıyıcılarıdır. – Son illər Azərbaycanda intihar hallarının çoxaldığı deyilir. Xüsusən də yeniyetmə və gənclərin intihara əla atması hallarının artdığı iddia olunur. Onlardan bəzilərinin ruhi xəstə olduğunu qeyd edirlər. İntihar edənlərin çoxalması ölkədə ruhi xəstələrin sayının artdığını deməyə əsas verirmi? – Psixi xəstəlikdən əziyyət çəkdiyinə görə xəstəxanaya və ya həkimə müraciət edən, qeydiyyata düşən xəstələrin sayını statistik məlumatlar əsasında qismən müəyyən edə bilərik. Amma elə adamlar var ki, psixi xəstə olduğunu qəbul etmir, ona belə bir diaqnoz qoyulması ilə barışmır yaxud özünü xəstə hesab etmir. Hətta elə insanlar var ki, illər öncə pxisi xəstəliyə yoluxmasına baxmayaraq bu günə qədər heç vaxt həkimə müraciət etməyib. Həkimə müraciət etməməsinə və diaqnoz qoyulmamasına baxmayaraq həmin insan da psixi xəstə sayılır. Odur ki, bu kimi insanların dəqiq statistikasını aparmaq qeyri-mümkündür. Ona görə də bu məsələdə dəqiq statistika demək çətindir. – Gəray müəllim, niyə “psixi sağlamlıq” deyən kimi insanların ağlına ilk gələn “dəli” ifadəsi olur? Cəmiyyətdə belə yanlış təsəvvürlərin olmasının səbəbi nədir? – Bu məsələ tək bizdə yox, eləcə də inkişaf etmiş Avropa ölkələrində də var. Bu, birbaşa insanı əkələmək cəhdidir. Belə hallarla tək psixi xəstələr deyil, vərəm, zöhrəvi, spid və bu kimi xəstəliklərdən əziyyət çəkən insanlar da qarşılaşırlar. Amma ləkələnməyə ən çox məruz qalanlar, məhz psixi xəstələrdir. “Dəli” sözü loru mənada işlədilir. İnsanların “dəli” deyəndə nəyi nəzərdə tutuduqları aydındır, lakin bunun cəmiyyət içərisində səslənməsi yolverilməzdir. Çünki bu insanlara olduqca mənfi təsir göstərir. Bildiyiniz kimi, Azərbaycan Tibb Universitetinin nəzdində Psixatiriya Klinikası fəaliyyət göstərir. Mühazirələrdə mövzuya aid olan xəstə hazırlayırıq ki, tələbələrlə onları real formada, praktikada təhlil edə bilək. Amma buna da çətinlik çəkirik, çünki qohumlar buna icazə vermir, etiraz edirlər. O zaman da deyirik ki, istəmirsinizsə, başqa xəstəxanaya aparın, çünki bura kliniki müəssisədir. – Cəmiyyətdə ruhi xəstələrə münasibət necə olmalıdır? – Psixi xəstələrin cəmiyyətin tam hüquqlu üzvü olduğunu qəbul etmək lazımdır. Hətta konstitusiyada belə bu xəstələri normal insanlardan ayıran müddəa yoxdur. İndiki dövrdə cəmiyyətdə bu kimi insanlara yanaşma tərzində, onlarla bağlı düşüncələrdə irəliyə doğru inkişaf nəzərə çarpır. Hər kəs psixi xəstəliyə yoluxa bilər, heç kim bundan sığortalanmayıb. Bu səbəbdən də psixi xəstələr daima cəmiyyətin qayğısı altında olmalıdır. – İnsanlar belə düşünür ki, son zamanlar ağır, ciddi ictimai rezonans doğuran cinayətlərin, uşaqlara qarşı zorakılıq, zorlama kimi hadisələrin, hətta yaxın qohumlar arasında baş verən tükürpədici cinayətlərin sayı artıb. Belə halların artdığını düşünmək doğrudurmu və bunu ağır psixoloji durumun nəticəsi kimi qiymətləndirmək olarmı yoxsa bunlar bütün dövrlər üçün xarakterik hadisələrdir? – Bu proseslər hər zaman olub. Nəzərə alsaq ki, Azərbaycan müstəqillik qazananda əhalinin sayı 7 milyon idisə, indi bu rəqəm 10 milyona çatır. Ona görə deməzdim ki, son dövrlər cinayətlərin sayı artıb. Sadəcə, əvvəllər bu kimi hallar gizli saxlanılırdı, mediada geniş işıqlandırılmırdı. Əvvəllər kimsə intihar edəndə, bunu ört-basdır edirdilər, bunu ölən şəxsin ürək tutumasından vəfat etməsi kimi qələmə verirdilər. – Psixi pozuntular arasında depressiya daha geniş yayılıb. Bunu nəzərə alaraq, depressiyaya düşməmək və ya ondan çıxmaq üçün nə etmək lazımdır? – Depressiyanın müxtəlif növləri var. Bu iki həftədən artıq sürən və simptomlardan ibarət olan haldır. Kiminsə işinin düzəlməməsi, yaxud da əvvəlcədən planlaşdırılmış işin alınmaması səbəbindən pis əhval-ruhiyyədə olmaq depressiya demək deyil. Bu, olduqca normal reaksiyadır. Bu kimi problemlər 2 saat sonra yaddan da çıxa bilər. Hətta səhərisi gün xatırlamaya da bilərsən. Bəli, depressiya bu gün dünyada ciddi problemlərdən biridir və psixi xəstəliklər sırasında ilk yerlərdən birini tutur. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2020-ci ildə əlillik səbəblərinə görə depressiya birinci yaxud ikinci yerdə olacaq. Son statistikaya görə, dünya əhalisinin 10 faizində depressiv xəstəliklər var. Hətta 5 nəfərdən 1-i həyatında bir dəfə də olsa mütləq depressiyaya düşür, bu da olduqca ciddi problemdir. Depressiyaya düşməmək üçün nə lazım olduğunu elmi formada izah edə bilsəm, bəlkə də mənə “Nobel” mükafatı verərlər. Çünki bu çox çətin və ciddi problemdir. Amma müəyyən vacib məsələləri qeyd edə bilərəm. Necə ki, insanlar öz fiziki sağlamlığını qoruyur, eləcə də yuxu və hərəkət rejimini, iş cədvəlini dəqiqliklə qurmalıdır. Çünki hərəkətsizliyin özü də bir problemdir. Lakin bunu qəbul etmək lazım deyil ki, hərəkətsizlik insanı depressiyaya sövq edir. Gənclərin əksəriyyəti gün ərzində 4-5 saat yatmağa üstünlük verirlər, bu isə gələcəkdə ciddi fəsadlara, xüsusən də yaddaşın pozulmasına gətirib çıxarda bilər. Əhalinin depressiyaya düşməsində medianın da rolu var, çünki gərgin, bəd, cinayət tipli xəbərlər çox tirajlanır. Məgər dünyanın heç bir yerində ürək açan bir hadisə olmur? Bəzən bir çox xəstələrimə dərman yazanda, hər gün havada gəzməyi, hətta bəzi verilişlərə baxmamağı da məsləhət görürəm. Çünki bu hallar mənim təyin etdiyim müalicəyə effektli təsir göstərir. – Qadınlar, yoxsa kişilər depressiyaya daha çox meyilli olur? – Statistikaya görə, depressiyaya daha çox qadınlar məruz qalır. Bu da qadınların kişilərə nisbətən daha emosional olması ilə bağlıdır. Amma bu o demək deyil ki, kişilərdə depressiya halı müşahidə olunmur. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, qadınlar depressiyadan daha tez çıxır. Çünki kişilərdə depressiya dərin olur. – Azərbaycanda şizofreniya diaqnozu qoyulan xəstələrin sayı nə qədərdir? – Bu xəstəliklə bağlı statistikada elə də ciddi dəyişiklik nəzərə çarpmır. Bu rəqəm təxminən 1 faizdir. Nəzərə almaq lazımdır ki, şizofreniya xroniki xəstəlikdir. Qeyd olunan faiz fərqi də sırf yeni aşkarlanan xəstələrə aiddir. – Küçədə, ictimai nəqliyyatda öz-özünə danışan, mahnı oxuyanları psixi xəstə saymaq olar? – Əsla belə deyil. Bu xüsusiyyət bəzən fərdiliklə, hətta bəzən milli-temperamentlə bağlı olur. – Ekstrasenslərin ruhi xəstələri müalicə etməsinə necə yanaşırsınız? – Bu xəstəliyə qarşı qeyri-professional müdaxilənin əleyhinəyəm. Hər kəs işinin peşəkarı olmalıdır. Maddi maraqlara görə kiminsə qəlbini qırmaq olmaz. Bu kimi hallarda bəzən elə fəsadlar ortaya çıxır ki, hətta bir neçə müddətdən sonra peşəkarlar belə, bunu aradan qaldıra bilmir. – İlin əvvəlində gözlənilmədən manatın devalvasiyası baş verdi, manat ucuzlaşdı, dollar bahalaşdı. Bəzi iş adamlarının bundan xeyli ziyana düşdüyü deyilirdi. Bu da ciddi psoxoloji sarsıntılara səbəb olur. Həmin dövrdə iş adamlarından yardım üçün sizə müraciət edənlər olubmu? – Bu məsələ ilə bağlı mənə müraciət edən olmayıb. Amma heç kim psixi xəstəliklərdən sığortalanmayıb. – İnsanın psixikasının pozulmasının müxtəlif səbəbləri var. Psixi xəstəlik genetik də ola bilərmi? – Bəli, psixi xəstəlik genetik ola bilər. Düzdür, bu, tam şəkildə təsdiq olunmasa da, qəbul olunmuş məsələdir. – Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsi kimi ağır problemlə üzləşib, müharibənin dəhşətlərini yaşayıb, müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi problemləri dəf etməli olub. Bütün bunların cəmiyyətdə nə kimi izləri qalıb? – Özünə “azərbaycanlıyam” deyən hər kəsin qəlbində Dağlıq Qarabağ acısı var. Torpaqlarımızın hələ də erməni işğalı altında olması bu acını xroniki stressə çevirib. İnanıram ki, xalqımız bu stressdən qurtardıqdan sonra, daha xoşbəxt yaşaya biləcək. İndiki zamanda bu problem qalmaqla yanaşı, bizim psixoloji cəhətdən güclü olmağımız artır. 15 il bundan əvvəl olan psixoloji vəziyyətimiz, indiki durumumuzdan tamamilə fərqlidir, biz indi daha güclüyük. – Noyabrda Azərbaycanda növbəti parlament seçkisi keçiriləcək. Sizcə, seçki komissiyaları deputatlığa iddialı olan namizədləri qeydə alan zaman onlardan psixi sağlamlıq haqda arayış da tələb etməlidirlərmi? – Psixi sağlamlıq ümumi sağlamlığın tərkib hissəsidir. Bunun üçün heç bir xüsusi arayışa ehtiyac görmürəm. Çünki sağlamlıq haqqında verilən sənədlərin arasında arayış varsa, bu kifayət edir. – Gəncləri işə götürən zaman psixi sağlamlıqla bağlı arayışın olması vacibdir? – Bəzi müəssisələr psixoloji testə üstünlük verirlər. Bu müsbət haldır. Bəzən müəssisələr testləri hazırlayanda və bəzi məsələlərlə bağlı bizə müraciət edirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.