Press "Enter" to skip to content

Yabanı meyvələrdən səmərəli istifadə

dəyişmələri, yeni-yeni məhsul çeşidinin alınması texnologiyasının işlənib

Yüksək təzyiq nəyin göstəricisidir? – Bu bitkilərdən istifadə etsəniz.

Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki, Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər. Bu məqsədlə insanlar daha çox dərmanlardan istifadəyə üz tuturlar.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Həkim-fitoterapevt Fizuli Hüseynov yüksək təzyiqlə bağlı faydalı qidalar və bitkilər haqqında məqalə yazıb. O, məqaləsində bildirir ki, bir qutu dərman içməklə siz bu xəstəliyi müalicə etmiş sayılmırsınız:

“Bəzən xəstələr hətta 2 və daha çox hipotensiv dərmanlar içirlər. Bu dərmanların bir qrupu sidikqovucudur, kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Bir qrupu isə qaraciyəri, mədəni və mədəaltı vəzi zədələyir. Yəni bu dərəcədə sintetik həblərə bağlanmaq düzgün deyil. Həm də bilmək lazımdır ki, istifadə olunan nə qədər keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir. Və xəstənin özbaşına bu preparatlardan, eləcə də bitkilərdən istifadə etməsini məsləhət görmürəm. Çünki əslində yüksək təzyiq orqanizmimizin çağırış simptomudur, o ayrıca bir xəstəlik deyil. Yəni onun kökündə hansısa bir problem, xəstəlik durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlər artıq çəkilərini qaydaya salsınlar, aktiv həyat tərzi sürsünlər, xörək duzundan çox istifadə etməsinlər”.

Hipertoniyada bu orqanları yoxlatmaq lazımdır:

“Beyini, ürəyi, böyrəyi və böyrəküstü vəzi. Qeyd etdiyimiz kimi ilk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi təzyiqin də yüksəlməsinə səbəb olur. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir. Təzyiqi normallaşdırmaq üçün təkrar olaraq qeyd edirəm ki, mütləq şəkildə qidalanmaya diqqət edilsin. Hər gün balqabaq şirəsi içməyi tövsiyyə edərdim. Bu şirə qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl bir detoksdur. Hər yemək və salatlarınızda limon və sirkədən istifadə edin”.

Həkim təzyiqə qarşı bəzi reseptləri də verir:

– 1 litr siya 1 limonu sıxırsınız, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil , 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edirsiniz. Və bu suyu gün ərzində içirsiniz.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Yabanı meyvələrdən səmərəli istifadə

0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)

Yabanı meyvələrdən səmərəli istifadə

    Bu sahifa navigatsiya:
  • V FƏSIL. MEYVƏ VƏ TƏRƏVƏZIN YIĞILMASI, ƏMTƏƏ EMALI VƏ DAŞINMASI 5.1. Meyvə və tərəvəzin yetişməsi
  • 1. Istehlak üçün yığım dövrü.
  • 3. Texniki yığım dövründə
  • 4. Fizioloji yığım dövründə
  • 5.4. Keyfiyyətə görə çeşidləmə
  • 5.5. Ölçüyə görə çeşidləmə

4.4. Yabanı meyvələrdən səmərəli istifadə

Yuxarıdan göründüyü kimi, Azərbaycan yabanı meyvə-giləmeyvə ilə

zəngindir və bunlar sənaye üçün qiymətli xammal hesab edilir. Lakin yabanı

meyvə-giləmeyvələrdən istifadə olunması lazımi səviyyədə deyildir. Bu sahədə

çatışmazlıqlar, əsasən aşağıdakılardan ibarətdir.

Əvvəla, Azərbaycanın iqtisadi rayonları və eləcə də ayrı-ayrı rayonlar üzrə

yabanı meyvə-giləmeyvələrin real ehtiyatı bu vaxta qədər dəqiq öyrənilib müəyyən

edilməmişdir. Yabanı meyvə-giləmeyvələrdən səmərəli istifadə olunmasının əsas

mərhələsi buradan başlanmalıdır. Bu və ya digər meyvə-giləmeyvə üzrə təbii

ehtiyat müəyyən edilərsə, qalan məsələlər buna əsasən planlaşdırılar və yerinə

Yabanı meyvə-giləmeyvələrin vaxtlı-vaxtında tədarükünü təşkil etmək vacib

məsələlərdən biridir. Bu sahədə ayrı-ayrı meyvə-giləmeyvələrin yetişmə müddətini

düzgün bilmək lazımdır. Tədarük üçün yerli əhali (əsasən bu və ya digər təşkilatda

işləməyən) və məktəblilər cəlb edilməlidir. Şübhə yoxdur ki, məktəblilərin yabanı

meyvə-giləmeyvə tədarükü işinə müəllimlər (əsasən təbiət-botanika müəllimləri)

Toplanılmış meyvələr vaxtında tədarük müəssisələrinə və ya da uyğun emal

müəssisələrinə təhvil verilməlidir. Tədarük edilən meyvələr yuxarıda qeyd

etdiyimiz bir çox yeyinti məhsullarının istehsalına sərf edilir. Əgər bu və ya digər

meyvə-giləmeyvənin ayrı-ayrı illərdə məhsulu az olarsa, onların sənaye üçün

tədarükü iqtisadi cəhətdən səmərəli olmayacaqdır. Lakin Azərbaycanın

meşələrində, dağətəyi sahələrdə, çay kənarlarında çoxlu yabanı meyvə-giləmeyvə

bitdiyindən hər il müxtəlif növ meyvə toplamaq olar.

Azərbaycanda yabanı meyvələrdən ən çox ehtiyatı olanı meşə alması, meşə

armudu, əzgil, yemişan, böyürtkən, zirinc, alça, göyəm, zoğal, itburnu, tut, xırnik,

çaytikanı, meşə çiyələyi, yabanı nar, fındıq, qoz, şabalıd, fıstıq və başqalarıdır.

Bunlar yerli sənaye müəssisələri üçün qiymətli xammaldır. Bu meyvə-

giləmeyvələrin tədarükünü planlı təşkil etməklə bərabər, onlardan istifadə də

səmərəli təşkil olunmalıdır. Bu sahədə dərin elmi-tədqiqat işləri aparılmalıdır.

Məhsulların müvafiq emalı, bu zaman baş verən kəmiyyət və keyfiyyət

dəyişmələri, yeni-yeni məhsul çeşidinin alınması texnologiyasının işlənib

hazırlanması və nəhayət xammal mənbələrinin aşkar edilməsi məsələləri elmi

cəhətdən əsaslandırılmalıdır. Bütün bunları həyata keçirmək üçün yabanı meyvə-

giləmeyvələr hərtərəfli öyrənilməli və onlardan səmərəli istifadə yolları

göstərilməlidir. Eyni zamanda çalışmaq lazımdır ki, tədarük edilən meyvə-

giləmeyvələrdən tam istifadə edilsin. Məsələn, almadan şirə alındıqdan sonra yerdə

qalan qabıq və tumlardan texniki məqsədlər üçün istifadə etmək olar. Bu məqsədlə

meyvələrin çəyirdəyindən yağ, qabığından pektinli maddə və başqa texniki məhsul

alınması təşkil edilməlidir.

Yabanı meyvə-giləmeyvələrdən səmərəli və kompleks istifadə etməklə

onların emalından alınan yeyinti məhsullarının çeşidini və miqdarını artırmaq olar.

Ona görə də yabanı meyvə-giləmeyvələrin tədarükü və emalı işi planlı və

məqsədəuyğun şəkildə aparılmalıdır.

Bu sahədə əsas məsələlərdən biri də mövcud meyvə-giləmeyvə sahələrinin

genişləndirilməsindən ibarətdir. Yeni meşəliklər salarkən yabanı meyvə-giləmeyvə

ağac və kollarını daha çox əkmək lazımdır. Kürqırağı tuqay meşələrində isə yabanı

meyvə ağaclarına mədəni sortları calaq etməklə yüksək keyfiyyətli məhsul əldə

etmək mümkündür. Yabanı meyvə-giləmeyvələr seleksiya işi üçün çox qiymətli

hesab edilir. Məhz onlardan seleksiyaçılar çətin işləri yerinə yetirmək üçün istifadə

edirlər. Məsələn, bəzi meyvələrin şimalda və ya cənubda iqlimləşdirilməsi,

müxtəlif xəstəliklərə və ziyanvericilərə davamlı sortlar yaradılması və s.

Ümumiyyələ, Azərbaycan ərazisində yetişən yabanı meyvə-giləmeyvələr

hərtərəfli öyrənilməli, onlardan səmərəli istifadənin yolları aşkara çıxarılmalı,

həmin meyvələrdən alınan yeyinti məhsullarının çeşidi genişləndirilməli və

Comments are closed, but trackbacks and pingbacks are open.