Press "Enter" to skip to content

Yahudov müssisnin iqtisadiyyatı

20 июн 2015

Yəhudilərin 7 HİKMƏTLİ KƏLAMI

Texnoloji yeniliklər bəşəriyyət qarşısında sonsuz imkanlar açsa da, stress və gərginlik heç birimizin yaxasını rahat buraxmır. İnsanlar daim başqalarının necə yaşadığına baxırlar. Və başqalarının daha yaxşı yaşaması öz qabiliyyətlərinə şübhə etməsinə yol açır.

Həm də elə bir dövrdə yaşayırıq ki, “heç kimə etibar etmək olmaz”. Hər kəs öz mənfəətini güdür və digərinə təslim olmağa hazır deyil. Güvənmək, etibar etmək və büdrəmək olmaz, əks halda elə orada da səni tapdalayacaqlar. Ariflər və filosoflar deyirlər ki, belə həyat və düşüncə tərzində xoşbəxtlik yoxdur və olmayacaq. Bəs həyatı cənnətə çevirmək üçün hansı prinsiplər əsasında yaşamalıyıq?

Milli.Az oxucuları düşündürən yəhudilərin 7 müdrik kəlamı ilə tanış edir.

İş yorğunluğu barədə – “Həyat qısa, iş sonsuzdur”.

Azərbaycan dilində onun əvəzliyici belə səslənir: “Heç kim öləndə var-dövlətini özü ilə o dünyaya aparmır”. Özünüzə istirahət verin. Həyatımızın 80 faizinin qapalı məkanda, sevmədiyimiz insanlar arasında keçdiyini təsəvvür etmək belə ürküdücüdür.

Bəs milyonçular ailəsində doğulmayanlar haqqında nə demək olar? Narahat olduğunuz bütün iş yerlərini tərk edin, ta ki, səhər məmnuniyyətlə gəldiyiniz yeri tapana qədər. Valideynlər və dostlar bu qərarınıza təəccüblənə və ağız büzə bilərlər. Sadəcə daxili səsinizə qulaq asın və sizi qane etməyən şəraitə boyun əyməyin! Biz daş dövründə yaşamırıq. Bizim seçim imkanımız var.

Sağlamlıq və xəstəlik haqqında – “Əgər əcəl gəlməyibsə, hətta həkim də səni öldürə bilməz”.

İnsanlar tanıyırıq ki, sağlamlığına çox vaxt ayırır və orqanizmini hərtərəfli müayinə etdirir. Həm də ən təcrübəli həkimlərin ən sadə diaqnozu tanıya bilməməsi barədə də eşitməmiş olmazsınız. Bu zaman istəsən də, istəməsən də taleyə inanmağa başlayırsan.

Beynimizi dolduran əlavə məlumat haqqında – “Bir şey olmadan da rahat yaşaya bilirsənsə, həmin mövzuda çox şey öyrənməyə çalışma. Unutma, sən dərk etmək bacarığından daha çox şey bilirsən”.

Müasir media “İnsanlara həqiqəti söyləmə, təəccübləndir və ya qorxut” şüar altında işləyir: Əks halda oxumayacaqlar. Effekti “gücləndirmək” lazımdır. Xoşagəlməz xəbərləri oxumayın, onda daha sakit həyatınız olacaq. Yeni məlumat istəyirsinizsə, daha intellektual saytları və kanalları izləyin, peşəkarların hazırladığı sənədli filmlərə baxın, sizi düşündürən və üfiqlərinizi genişləndirən elmi kitabları oxuyun.

Nağd pul ehtiyatları barədə – “Əgər problemi pulla həll etmək olarsa, bu, problem deyil, xərcdir”.

Gözlənilməz xərclər üçün müəyyən məbləğdə nağd pul psixikanızı ixtisaslı psixoloqdan daha yaxşı sakitləşdirəcək. Təcrübə də bunu göstərir.

İnsanları məsafədə saxlayın – “Uzaqdan baxanda bütün insanlar yaxşıdır”.

Bütün insanlar eyni dərəcədə faydalı deyil. Çoxlarını mümkün qədər uzaq saxlamaq lazımdır.

Səhvlər və üzüntülər haqqında – “Sabah üçün narahat olma, dünən olanları düzəlt”.

Bir çoxları keçmişi unutmağı məsləhət görür, sanki keçmiş arxadan bağlaya biləciyimiz bir qapıdır. Ancaq yəhudilərdə əksinə, səhvləri düzəltməyi, üzr istəməyi və acı təcrübədən dərs çıxarmağı tövsiyə edirlər.

Yaşamaq haqqında – “Sənə gülürlərsə, bu, o qədər də qorxulu deyil, sənin üstünə ağlamaları qorxuludur.

Əgər biz hələ də yaşayırıqsa, görürüksə, eşidiriksə, hiss ediriksə, demək, hər şey mükəmməldir, qaydasındadır və xırda-para söz-söhbətlərlə məşğul olmağa ehtiyac yoxdur. (publika.az)

Milli.Az

Yahudov müssisnin iqtisadiyyatı

20 июн 2015

В группе 464 участника

Xalıq Məcid oğlu Yahudov Doğum tarixi: 14 avqust 1946-cı il Doğum yeri: Suvagil, Zaqatala Milliyyəti: saxur Azerbaycan Texniki Universiteti Tədris işləri üzrə prorektor – iqtisad elmləri namizədi, dosent. Yahudov Xalıq Məcid oğlu 14 avqust 1946-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olmuşdur. 1953-cü ildən 1964-cü ilədək Suvagil kənd orta məktəbində oxumuş, 1964-cü ildə onbirinci sinfi əla qiymətlərlə bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin 1-ci kursuna daxil olmuşdur. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun(AzXTİ) bərpa olunması ilə əlaqədar olaraq bu instituta keçmiş, 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirmiş və işləmək üçün Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutuna(DPK-nın ETİİ) göndərilmişdir. Burada o, 1969-cu ilin noyabr ayınadək baş elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ilin noyabr ayında D.Bünyadzadə adına AzXTİ-nin əyani aspiranturasına qəbul olunmuşdur. 1970-ci ilin noyabrından 1971-ci ilin noyabrınadək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1973-cü ildə aspiranturanı bitirərək Azərbaycan DPK-nın ETİİ-nə işə göndərilmişdir. Burada o, kiçik elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. 1975-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1984-cü ildə dosent elmi adını almışdır. 1977-ci ildə SSRİ Dövlət Plan Komitəsinin Ali İqtisadiyyat kursunu bitirmişdir. 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (AzPİ) baş müəllim vəzifəsinə keçmişdir(bu institut 1991-ci ildən Azərbaycan Texniki Universiteti(AzTU) adlanır). Yahudov X.M. 1982-ci ildən 1995-ci ilədək Maşınqayırma fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 1995-ci ildə AzTU-da «Mühəndis biznesi və menecment» fakültəsi yaradıldıqda Yahudov X.M. həmin fakültəyə dekan seçilmiş və 2003-cü ilin may ayınadək dekan vəzifəsində işləmişdir. 2003-cü ilin may ayında AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş və 2005-ci ilin dekabr ayınadək bu vəzifədə çalışmışdır. 2005-ci ilin dekabrından 2006-cı ilin avqust ayınadək AzTU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2006-cı ilin avqust ayından isə AzTU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. Hazırda bu vəzifədə işləyir. Yahudov X.M. bir çox elmi konfransların və simpoziumların iştirakçısıdır. O, 70-dən çox elmi məqalənin, dərsliyin, dərs vəsaitlərinin və metodik materialların müəllifidir. Yahudov X.M. «İqtisadi-riyazi metodlar və avtomatlaşdırılmış idarəetmə sistemləri»(14 çap vərəqi), «Maşınqayırma müəssisələrinin idarə edilməsinin təşkili»(6 ç.v.), «Sənaye istehsalının təşkili, planlaşdırılması və idarə edilməsi» fənnindən praktikum» (8 ç.v.), «Müəssisənin iqtisadiyyatı»(34,25 ç.v.) və «Menecmentin əsasları» (20,5 ç.v.) kitablarının müəllifidir. O, həmçinin «SSRİ maşınqayırmasının iqtisadiyyatı» (23 ç.v.) və «Maşınqayırma müəssisəsinin təşkili,planlaşdırılması və idarə edilməsi»(33 ç.v.) dərsliklərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. 1986-1988-ci illərdə Azərbaycan Televiziyasının «Elm və həyat» curnalında aktual iqtisadi problemlərə həsr olunmuş silsilə verilişlər aparmışdır. O, həmçinin Azərbaycan Sovet Ensiklopediyasında çap olunmuş 20-dən çox məqalənin müəllifidir. X.M.Yahudov müstəqil Azərbaycan Respublikası müəllimlərinin 1998-ci ildə keçirilmiş I(XI) qurultayının nümayəndəsi olmuşdur. Hazırda X.M.Yahudov AzTU Elmi Şurasının sədr müavini, Təhsil və elm komissiyasının və Elmi-metodik şuranın sədridir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının üzvü, «Ali təhsildə kadr hazırlığı üzrə işçi qrupunun» və «Texniki və texnoloci ixtisaslar üzrə Dövlət Standartlarını hazırlayan işçi qrupunun» sədridir. 2010-cu ildə X.M.Yahudova Əməkdar müəllim fəxri adı verilmişdir. O, müntəzəm olaraq dövri mətbuatda çıxış edir. «Qızıl qələm» mükafatı laureatıdır. Elm və təhsildəki xidmətlərinə görə 26 iyun 2012-ci ildə Millətlər Birliyinin ictimai mükafatlar üzrə Şurasının Beynəlxalq Mükafatlar İttifaqının «Vəzifə və şərəf» ordeni ilə təltif olunmuşdur. «Xalqın nüfuzlu ziyalısı» və «Jurnalistlərin dostu» media mükafatlarına layiq görülmüşdür. Yahudov X.M. ailəlidir. İki övladı və üç nəvəsi vardır. Vəzifə borcu Ali məkətblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır.Onun əsas vəzifələrinə aşağıdakılar daxildir: Fakültə və kafedralarda tədris, tədris-köməkçi qurumların (tədris emalatxanaları, tədrsi təsərüfatları və s.) işinə rəhbərlik, tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət, tədris-metodiki konfransların təşkili işinə rəhbərlik, tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət, tədris-metodiki konfransların təşkili işinə rəhbərlik, rektor olmadıqda onun səlahiyyətlərini icra etmək. Bilməlidir: Təhsil və gənclərin tərbiyəsi ilə bağlı hökümətin, milli məclisin, prezidentin qərar və göstərişlərini, ali təhsillə əlaqədar normativ sənədləri, ali məktəb pedaqoqikasını və psixologiyasını, elementar tibbi-gigiyena normalarını, tədris planlarının tətbiqi və tətbiqi qaydalarını, ali təhsil sahəsindəki son nailiyyətləri, təhsilin iqtisadiyyatının və maliyyələşdirilməsi prinsiplərinin əsaslarını, tədris prosesinin təşkili və olunması qaydalarını.

Комментарии 4

16 ноя 2016

Поделиться 0

16 ноя 2016

Ağıl və kamalı ən qiymətli xəzinə hesab edən Xalıq Yahudov otuz ildən yuxarıdır ki, Azərbaycan Texniki Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. O, XVI əsr.

ZiM.Az | “ZİRVƏ” İnformasiya Mərkəzi

Comments are closed, but trackbacks and pingbacks are open.