Press "Enter" to skip to content

Yalnizliqdan sizofreniyaya

– Hə, Uotson, bu əl ağacı haqqında nə fi kirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.

Artur Konan Doyl – Baskervillərin iti

Mister Şerlok Holms adəti üzrə yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini ye yirdi. Mən buxarının qabağında dayanıb, dünən bizə gələn adamın yadından çıxardığı əl ağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu: Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:

– Hə, Uotson, bu əl ağacı haqqında nə fi kirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.

– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?

– Bu cür əl ağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki, əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.

Holms dedi:
– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!

Bunu deyib Holms əl ağacını məndən alıb, pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.

– Uotson, Sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-Kross xəstəxanasında işləyən həkim dostları tərəfindən veri lib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.

Şerlok Holms özündən razı halda divana söykəndi, qəlyandan bir-iki qüllab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.

– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.

– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra, vizit vərəqi əvəzinə, əl ağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.

Yalnizliqdan sizofreniyaya

Məhsul kodu: 1555

9 AZN
  • Sifariş et
  • 1-dən 5-ə qədər dəyərləndirin:
    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 3.03
    Qısa məzmun

    Mən tanrıyam. Yox, sənin Tanrın deyiləm. Mən kiçik bir dünya yaratdım. Cəmi üç nəfər bəndəmdən ibarət 344 səhifəlik kitabda rahatlıqla yerləşəcək bir dünya. Cəmi üç bəndə. Üçü də bir-birindən kafir. Xoş xəyalların reallığı sıxışdırıb üstələdiyi bir dünya. Amma reallıq sonda gəlir. Bəlkə də gəlişi elə SON olur. Kafir bəndəm və dostum Bendy Vuen. O, elə sənsən, dostum. Reallıq Günəşinin qara şüaları sənin qurduğun rəngarəng xəyallar dünyasında bərq vurduğunda istədiyin kimi bəzədiyin xəyallar dünyasının xoş rəngləri solacaq. Qara günəş bir səhər mütləq doğacaq. O səni məhv eləməmiş oyan.

    Çatdırılma şərtləri

    Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Comments are closed, but trackbacks and pingbacks are open.