Press "Enter" to skip to content

Yarımçıq lyazma

Qışla yaz arasında

İsa Muğanna yaradıcılığı Azərbaycan ədəbi-nəzəri fikir tarixində

“Türfә” romanının çap olunmama sәbәbi “Quran”a münasibәt idi. İsa Muğanna “Türfә” romanında “İdeal” әsәrindә tezislәr şәklindә qoyduğu mәtlәblәri daha geniş şәkildә aydınlaşdırır. “İdeal” romanında tәhrif edilmiş faktların adını çәkir, әslini deyәcәklәr vә ya gizlәdilib deyә hayqıran Muğanna “Qırx kisә qızıl” povestindә “Aşıq Qәrib” dastanının әslini tәqdim etdiyini iddia edirdisә, bu romanda “Quran”ın heç dә Allah kәlmәsi olmadığını, onun batininә yad әllәrin dәydiyini faktlarla sübut etmәyә çalışdığı üçün onlarla ayәyә şәrh vermәdәn seçib tәqdim edir vә bunu “Allah demәz, Allah bu cür düşünә bilmәz” deyә fәryad edir.” Ş. Sadiq göstәrir ki, “iblisdir ki, birincisi “Qızıl ilandı”, ikincisi “Çax-çuxdu” (alverçi), üçüncüsü -“hökmdar”. “İblis” pyesindә isә İblis gah xidmәtçi, gah abid, gah zahid, gah da elә iblis kimi fәaliyyәt göstәrib öz kirli әmәllәrini hәyata keçirir.

See Full PDF
See Full PDF

Related Papers

AZBRBAYCAN MİLLİ ELMLBR …

Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF

V ХАЛЫҚАРАЛЫҚ ТҮРКІ ƏЛЕМІ ЗЕРТТЕУЛЕРІ СИМПОЗИУМЫ

Bu ekler isimlerin kök ve gövdelerine eklenerek isim ve sıfatlara olumsuzluk anlamı katarlar. Hakaniye (Karahanlı) ve Harezm-Altın Ordu yazı dillerinin devamı olarak Timurlular devrinde (1405-1502) kullanılan Çağatayca, Rusya Fedarasyonu içerisinde Başkurdistan’da kullanılan Başkurt Türkçesi ve Türkiye’de kullanılan Türkiye Türkçesinin gramer yapılarında bazı unsurlar benzerlik arz etmektedir. Makalede Başkurt Türkçesinde “+һыҙ,+һеҙ,+һоҙ,+һөҙ” (+hıź,+hеź,+hǔź,+hǚź) Yapım Eklerinin Çağatay Türkçesi ve Türkiye Türkçesindeki morfolojik görünüşleri incelenecektir.

Download Free PDF View PDF

Sivas Cumhuriyet Üniversitesi, Sivas Cumhuriyet Üniversitesi Rektörlük Matbaası, Sivas

Şahsiyetlerin özellikle dinî bir referansla ortaya çıkan şahsiyetlerin tarihsel süreç içindeki rolleri ve etkileri, dünle bugün arasındaki bağlantıları ve bugün üzerindeki tesirleri tarihsel açıdan olduğu kadar, din, sosyoloji, kültür, estetik bakımından da önemlidir. Zira bu şahsiyetler ifa ettikleri rol gereği zihniyet dünyasında etkili olmuş, coğrafya-insan ilişkisinde dînî, mezhepsel etkiler/etkileşimler meydana getirerek dönüşümler meydana getirmiş, fikir, eser, estetik ve yaşam bağlamında yeni üretimlere yol açmışlardır. Nesîmî, Hurûfî düşüncesi içinde Fazlullah’tan sonra yaşamı ve söylemiyle dönemini ve kendisinden sonraki zamanları etkilemiş önemli şahsiyetlerden biridir. Bu önemli şahsiyetin etki alanını takip etmenin bir yolu da klasik dönem cönkleri üzerinde çalışmalar yapmaktır. Toplumun genelinde ve belirli zümrelerinde şairin etki alanını tespit etmeye yarayan mecmuaların incelenmesi, bir taraftan Nesîmî ile ilgili yeni bilgiler elde etmeye, öbür taraftan şiir, şair, kültür, edebiyat tarihi bağlamında yeni ufuklar açmaya yarayacak çalışmalara zemin hazırlayacaktır. Bu çalışmada, Hurûfî mecmularında Nesîmî ele alınacaktır. Bu düşünceden hareketle öncelikle Nesîmî’nin ilk tezkirelerde nasıl ele alındığı üzerinde durulmuştur. Mecmua ve Hurûfîlik, Hurûfîlik mecmuası kavramları, Türkiye ve Dünya kütüphanelerinde ulaşılabilen, bildirinin kapsamı içinde değerlendirilebilecek olan yazma mecmualardan yola çıkılarak bir durum tespiti yapılmaya çalışılmıştır. Çalışmanın nihai bir amacı Hurûfî mecmuaları ile ilgili olarak bir bibliyografya oluşturmaktır. Çalışmanın içeriğinde ve kapsamında olduğu tespit edilen Hurûfî mecmualarında yer alan şiirler ve Almanya’da Berlin Milli Kütüphanesinden bulunan bir Hurûfî mecmuasında bulunan Nesîmî’nin bir beytinin şerhinin metni verilmiştir.

Yarımçıq lyazma

Niyə � Yarımçıq əlyazma �?

İsa Muğannanın təbirincə söyləsək, �zaman o zaman idi ki�, mən məhləmizdən Əntiqə adlı bir qızı sevirdim. Ona yazdığım mesajların heç bir faydası olmurdu , etdiyim eşq elanlarına , yazdığım məhəbbət şeirlərinə gülüb keçirdi . Bu dövrdə soyuq bir qış axşamında televizorun qarşısına keçib kanalları vərəqləyən zaman AzTV-də professor Kamal Abdullanı gördüm . Əl saxlayıb qulaq verdim . � Əntiq � sözünün etimologiyasını açırdı . Professora diqqətlə qulaq asaraq bütün dediklərini yadda saxladım . Səhəri gün Əntiqə xanımdan adının mənasını bilib-bilmədiyini soruşdum . Bu barədə məlumatının az olduğunu görən kimi axşam Kamal müəllimdən əxz elədiklərimi tutuquşu kimi təkrarlamağa başladım . Qız heyrətə gəldi . � Sən bütün bunları hardan bilirsən ?�

Kamal müəllimin adını çəkmədim . Hansısa kitabdan oxuduğumu deyib qürrələndim . Qız , yalan olmasın , bir saat məni heyrətlə sorğu-suala tutdu . Bu söhbət mənim Əntiqə ilə ən uzunömürlü ünsiyyətim oldu . Kamal Abdullanın körüklədiyi ünsiyyət tonqalı mənim istedadsızlığım ucbatından yarıda söndü .

Bir dəfə onu Beynəlxalq Mətbuat Mərkəzində gördüm . Dağlıq Qarabağa səfərdən qayıtmışdılar . Səfərin digər iştirakçıları � Polad Bülbüloğlu , Fərhad Bədəlbəyli də ordaydı . Birdən cavan birisi ayağa qalxıb təhrikedici sözlər dedi . Kamal müəllim həmin gəncin üstünə yeridi . Əli ilə onu hədələdi də . Polad Bülbüloğlu özünəməxsus incəliklə ayağa qalxıb onu sakitləşdirdi . Onda xeyli təəccüblənib gülmüşdüm . Sonra öz-özümə fikirləşdim . Bax , məsələn mən bir cavan oğlan , yeri gələndə kiminsə acı sözünü uduram . Birinə cavab qaytaranda , beşinin sözünün qabağında , osmanlı türkləri demişkən , � altdan alıram �. Deməli , mən yarımçıq gəncəm . Amma Kamal Abdulla yeri gələndə ayağa durub kiməsə barmaq silkələyə , � çıx bayıra , görüm nə deyirsən � deyə bilir . Ümumiyyətlə .

( Bu yerdə əlyazma kəsilir , müəllifin fikri yarımçıq qalır . Onun nə demək istədiyi bizə məlum olmur . Eynən � Yarımçıq əlyazma � dakı kimi )

Daha sonra şeirlərini oxudum . İnsan iztirabını , mənəvi çıxılmazlığını ifadə edən :

Unutmağa kimsə yox

Kimsə yox xatırlamağa

misraları mənə Füzulinin :

Nə yanar kimsə mənə

atəşi dildən özgə ,

Nə açar kimsə qapım

Onu ovqat adamı adlandıra bilərik . Hansısa tədbirdə gözünü uzaqlara zilləyib mübhəm sükuta da dala bilər . Ayağa qalxıb alovlu çıxış da yapar . � Qəribədir , deyilmi ?� şeirində yazdığı kimi :

Evimin bir tərəfi

Yazdır günəş çıxıbdır

O birində şaxta qış

Bu boyda ev qalıbdır

Qışla yaz arasında

Elə bil yol azıbdır

YARIMÇIQ MƏNTİQƏ ETİRAZ

Bəzi dostlarda qəribə bir fikir formalaşıb . Məsələn , tutaq ki , sən deputat , hansısa universitetin rektoru , hansısa nazirliyin mətbuat xidmətinin rəhbərisənsə , deməli , yaxşı heç nə yaza bilməzsən . Bu tipli � sosial cırnama�larla uzağa getmək olmaz . Məncə , istedad varsa , tutduğu mövqe adama ancaq və ancaq vaxtını almaq baxımından zərər vura bilər ki , bu məsələdə də , deyəsən Kamal müəllim kürəyini yerə vermək istəmir .

Sübut kimi onun son illərdə kəmiyyət və keyfiyyət baxımından uğurlu əsərlərini göstərə bilərik . Adam tanıyıram , iş yox , güc yox , həftədə bir dənə köşəni birtəhər yazır . ( Məsələn , mən .) Amma bu kişi bu qədər işin arasından vaxt tapıb ağır-ağır mövzularda əsərlər yazır . Onu elə birinci buna görə təbrik edibən keçirəm � Yarımçıq əlyazma � haqqında qeydlərə .

Əvvəla onu qeyd edim ki , bu yazı ədəbi-tənqid yazısı deyil . Sadəcə olaraq mən bir qələm adamı kimi təsirləndiyim bir əsər haqqında sizinlə fikrimi bölüşmək istədim .

� Tarixsiz gündəlik�in hüznlü təsirindən çıxmamış (Bu roman haqqında sayğıdəyər Qulu Ağsəsin yazısını oxumaq məsləhətdir . � Tarixsiz gündəlik � haqqında o yazıdan daha maraqlı nəsə yazmaq mümkün deyil , məncə .) � Yarımçıq əlyazma�nın postmodernistik aurasına düşdüm . Bu romanı oxumamışdan qabaq bəzi dostların dilindən � dili qüsurludur � iradını eşitmişdim və � Azərbaycan dili sintaksisinin nəzəri əsasları�nı yazmış adamın � qüsurlu � dillə nə isə yazacağına inanmamışdım , doğrusu . Əsəri oxuyandan sonra isə belə qənaətə gəldim ki , � Yarımçıq əlyazma � çağdaş nəsrimizin ən koloritli dil-üslub xüsusiyyətlərinə mənsub əsərdir .

Romanda qədim türkcənin özünəməxsus energetikasından ustalıqla istifadə olunub ki , bu da bəzən gənc qələm adamlarına dil qüsuru kimi görünüb . Əsrlərdir birqütblü münasibət sərgilədiyimiz tarixi-ədəbi qəhrəmanlara fərqli dekonstruktiv yanaşma ortaya qoyulan əsərdə , bizim tanıdığımız Şah İsmayil Xətaiyə , Dədə Qorquda , Qazan xana , Beyrəyə , Banuçiçəyə , Burla xatuna tamam yeni baxış var.

Təsəvvür edin ki , illərlə Şah İsmayıl Xətai haqqında dərsliklərdə , digər kitablarda � onun həyatında qələmlə qılınc vəhdət təşkil edirdi � tipli cümlələr oxuyursunuz . Və birdən bir yazıçı götürüb yazır ki , bəs deməzsənmi , I İsmayıl şeir yazmayıb , şeiri onun əvəzinə Xətayi təxəllüslü oxşarı yazıbmış . Hələ Şah , əsl adı Xızır olan öz oxşarına sadəlövh sual ünvanlamazmı ? Ünvanlayar : � Necə olur ki , hər gün şeir yaza bilirsən ?� Bu yerdə yadıma keçmiş SSRİ- nin rəhbəri Brejnevin � Mənim kitablarımı çox tərifləyirlər . Gərək özüm də oxuyam � fikri düşdü .

� Yarımçıq əlyazma�da bir sıra ironik yerlərə etirazlar oldu . Əvvəla onu deyim ki , etiraz varsa , kimsə qıcıqlanırsa , deməli , əsər alınıb . İkincisi , əgər biz bütün tarixi-ədəbi qəhrəmanlarımızı bütləşdirsək , cəmiyyətimizdəki naqisliklərin kökünə gedib çıxa bilməz , onu səbəblərini araşdırıb mübarizə apara bilmərik . Hələ üstəlik son dövrlər dünya ədəbiyyatında baş verən ədəbi-estetik dəyərlər qarşılığında birqütblü münasibətlə heç nə edə bilmərik .

Elə nasir var ki , əsərindən on dənə qəhrəmanı çıxar at, heç nə dəyişmir . Yaxud da on dənə qəhrəmanından bir bədii obraz düzəltmək mümkün olan yazıçılar da var. � Yarımçıq əlyazma � nın qəhrəmanları isə hərəsi ayrı-ayrılıqda bir dünyadır . Bu dünyalar birlikdə əsəri təşkil edir . Məncə , romanın ən təsirli , həyəcanlı yeri Şah İsmayılın inzivaya çəkilirkən öz dublikatı ( Sözə bax haaa , � dublikat �! Gərək bunu yadda saxlayım .) Xızırla etdiyi söhbətdir . Onların arasında çox ağrılı bir dialoq baş tutur . Qərarsız Xızırın təəccüblü baxışlarla verdiyi suallar , təcrübəli Şahın məğlubiyyətini dərkindəki faciəvilik , bir sıra eyhamlı yaxud açıq məqamlar və s.

Şəxsən məni bu roman bir oxucu kimi düşündürdü və tariximizin , ədəbiyyatımızın dərin qatlarına enməyə ( təbii ki , gücüm yetdiyi qədər ), bu barədə düşünməyə , gəldiyim qənaətlərdən sonra isə dərindən ah və siqaret çəkməyə vadar etdi . Oxucuya ah və siqaret çəkdirirsə , deməli , orda ağrı var. Əsl ədəbiyyat deyilən də elə budur .

İNSANIN DEDİYİ YARIMÇIQ SÖZ

Postmodern romanların belə bir xüsusiyyəti var ki , o romanlardan hərə özünə görə nəticə çıxara bilir və bəzi məsələlərdə sual açıq qalır . Əsərin adı ilə bağlı mənim də fikrim belə olsun : İnsan mahiyyətcə günahkar varlıqdır . O, bütöv söz deyə və yaza bilməz . Hətta bəzi orta çağ irfan şairləri möhürbənddə öz adlarını belə yazmırdılar . Mütləq bütövlük və mütləq söz yalnız qüdrətli ALLAHA məxsusdur . Və məhz buna görə də dünyada bütün yazıların bir adı da � Yarımçıq əlyazma�dır .

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.19.

Comments are closed, but trackbacks and pingbacks are open.