Press "Enter" to skip to content

Yarımkeçiricilər fizikası

Yarımkeçiricilər fizikası şöbəsi BDU-da fəaliyyət göstərən Yarımkeçiricilər fizikası, Bərk cisim elektronikasi, Amorf təbəqələr fizikasıElmi Tədqiqat Laboratoriyalarının bazasında yaradılmışdır. Hazırdaşöbədə 31 əməkdaş çalışır. Onlardan 5-sı fizika-riyaziyyat elmləri doktoru, 15-sı isə elmlər namizədidir. Ötən dövr ərzində şöbənin 3 əməkdaşı Azərbaycan Respublikasının Dövlət mükafatını almış, 9 əməkdaşı Beynəlxalq Soros Elm fondunun mükafatına layiq görülmüşdür. Laboratoriyanın bir elmi işçisi Nyu-York elmlər akademiyasının həqiqi üzvüdür.

Yarımkeçiricilər fizikası və fiziki elektronika laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  • Yarımkeçirici materiallarda köcürmə hadisələrinin tədqiqi
    • Yarımkeçirici materialların xüsusi elektrikkeçiriciliyinin temperatur asılılığının tədqiqi
    • Yarımkeçirici materialların Holl əmsalının temperatur asılılığının tədqiqi
    • Yarımkeçiricilərdə yükdaşıyıcıların səpilmə mexanizminin araşdırılması
    • Yarımkeçirici materialların termo e.h.q-nin temperatur asılılığının tədqiqi
    • Yarımkeçiricilərdə istilikkeçiriciliyin təyini
    • Yarımkeçirici diodun VAX-nın çıxarılması
    • Yarımkeçirici diodun düzləndirmə qabiliyyətinin müşahidə edilməsi
    • Diod maddəsinin (məsələn Ge və ya Si) DE aktivləşmə enerjisinin təyini
    • Ümumi baza sxemində p-n-p tip tranzistorun giriş xarakteristikasının cıxarılması
    • Ümumi baza sxemində p-n-p tip tranzistorun cıxış xarakteristikasının cıxarılması
    • Tranzistorun h-parametrlərinin hesablanması
    • Temperaturun həssaslıq əmsalının təyini
    • Termorezistorun müqavimətinin temperature asılılığının təyini
    • Termorezistorun statik volt-amper xarakteristikasının cıxarılması
    • Fotorezistorun volt-amper xarakteristikasının cıxarılması
    • Fotorezistorun lüks-amper xarakteristikasının cıxarılması
    • Yükdaşıyıcıların relaksasiya müddətinin təyini
    • Fotodiodun volt-amper xarakteristikasının cıxarılması
    • Fotodiodun işıq xarakteristikasının cıxarılması
    • Fotodiodun ətalətliliyinin relaksasiya müddətinin təyini
    • İşıq diodunun volt-amper xarakteristikasının cıxarılması
    • Plank sabitinin işıq diodu vasitəsi ilə təyini

    Yarımkeçiricilər fizikası

    Yarımkeçiricilər fizikası şöbəsi BDU-da fəaliyyət göstərən Yarımkeçiricilər fizikası, Bərk cisim elektronikasi, Amorf təbəqələr fizikasıElmi Tədqiqat Laboratoriyalarının bazasında yaradılmışdır. Hazırdaşöbədə 31 əməkdaş çalışır. Onlardan 5-sı fizika-riyaziyyat elmləri doktoru, 15-sı isə elmlər namizədidir. Ötən dövr ərzində şöbənin 3 əməkdaşı Azərbaycan Respublikasının Dövlət mükafatını almış, 9 əməkdaşı Beynəlxalq Soros Elm fondunun mükafatına layiq görülmüşdür. Laboratoriyanın bir elmi işçisi Nyu-York elmlər akademiyasının həqiqi üzvüdür.

    “Yarımkeçiricilər fizikası” şöbəsi təşkil olunduğu gündən öz tarixi ənənəsinə sadiq qalaraq müasir dövrün tələblərinə cavab verən istiqamətlərdə elmi-tədqiqat işlərini davam etdirmişdir. Hal-hazırda “Yarımkeçiricilər fizikası” şöbəsində “Nano- və mikroelektronika üçün perspektivli olan yarımkeçirici materiallar və onların əsasında strukturların texnologiyası, optik və elektrik xassələri” mövzusu üzrə aşağıdakı istiqamətlərdə elmi tədqiqat işləri aparılır:

    -p-Si monokristallik lövhələrində lyuminessensiya qabiliyyətli mikro- və makroməsaməli Si təbəqələrinin eletrokimyəvi və kimyəvi aşılama metodu ilə alınma texnologiyasının işlənməsi və onların şüalanma, həyəcanlaşma, qaytarma və elektrolyuminessensiya spektrlərinin tədqiqi;

    -Günəş batareyalarının baza elementi olan Znx(Cd1-x,Su)Se1-u nazik təbəqələrinin kimyəvi və elektro-kimyəvi çökdürmə üsulu ilə alınması, onların elektrik, fotoelektrik və optik xassələrinin tədqiqi;

    -Qaz boşalması plazmasının yarımkeçiricilərin səthindəki nanostrukturun və polimerdəki nanokompozitlərin morfologiyasına, optik və elektrik xassələrinə təsirinin tədqiqi;

    -Amorf və monokristallik metal təbəqəli metal–yarımkeçirici kontaktların emission və elektrofiziki parametrlərinin tədqiqi.

    Yarımkeçiricilər fizikası şöbəsində nanoməsaməli Si-un kimyəvi aşılama üsulu ilə alınma texnologiyasının işlənməsinə xüsusi diqqət verilir. Bu üsulun ənənəvi elektrokimyəvi aşılama üsulundan üstünlüyü prosesin omik kontakta və gərginlik mənbəyinə ehtiyac olmamasıdır. Bu halda silisium lövhələrinin uygun aşılayıcı məhlula müəyyən müddətə batırılması kifayətdir. Nanoməsaməli silisiumun aşılayıcının çatışmazlığı rejimində HF/HNO3/CH3COOH məhlulunda alınma texnologiyası işlənmişdir. Nanoməsaməli silisium nümunələrinin alınmasının mütləq təkrarlanması, lateral bircinsliyi, qabarcıqların olmaması, qalınlığının idarə olunması imkanı və lyuminessensiya qabiliyyəti, işlənmış texnologiyanın perspektivliyini göstərir.

    Kimyəvi aşılama metodu ilə alınmış müxtəlif qalınlıqlı nanoməsaməli silisium təbəqələri

    Son 10 ildə şöbənin əməkdaşları tərəfindən yerli və xarici elmi jurnallarda 900-dən artıq elmi iş çap edilmiş, 250-dən artıq beynəlxalq, keçmiş ümumittifaq və respublika elmi konfranslarında elmi məruzələr edilmişdir. Qeyd olunan illər ərzində əməkdaşlarımız tərəfindən 10 müəlliflik şəhadətnaməsi alınmışdır.

    Şöbə müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparmaq üçün texnoloji və maddi-texniki bazaya malikdir.

    Texnoloji baza: elektrokimyəvi və kimyəvi aşılama metodları ilə məsaməli silisium təbəqələrinin alınması, məhlullardan kimyəvi və elektrokimyəvi çökdürmə üsulu ilə nazik təbəqələrin alınması, maqnetron sistemli ion tozlandırma və termik buxarlandırma metodu ilə müxtəlif bəsit və mürəkkəb tərkibli birləşmələrin nazik təbəqələrinin alınması.

    Texniki baza: REM-101M tipli rastrlı elektron mikroskopu, DFS-24 tipli spektrometri, SPM-2 və VSU-2 tipli monoxromatorlarından ibarət optik xassələrin tədqiqi üçün qurğu (fotolyuminessensiya, udulma və qayıtma spektrləri, fotokeçiricilik), LEF-3M-1 tipli ellipsometri, VUP-2K-U markalı maqnetron sistemli ion tozlandırıcısı, VUP-2k termik buxarlandırıcı, MİK infraqırmızı mikroskopu, Mİİ-4 tipli interferometri və s.

    Şöbənin əməkdaşları elmi-tədqiqat işlərini intensivləşdirmək üçün AMEA-nın Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Türkiyənin Orta Doğu Texniki Universiteti, Ankara Qazi Universiteti, BDU-nin Nanoaraşdırmalar mərkəzi və Kimya fakültəsinin Materialşünaslıq ETL-sı və s. ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.