YAXŞI Kİ, HEÇ KİMƏ QALMIR BU DÜNYA»
9. PT Barnumun həyatı
Fikirləşə bilərsiz ki, “şəxsi ticarət markası“, güclü iddia doğuran daxili hirsin məhsuludur. Lakin, özünü-təşfiqin ən böyük ustası, PT Barnum idi (19-cu əsrin məşhur Amerikan şoumeni və işadamı). O, əsl şoumen olaraq, yarım əsrdən çox bir dövr ərzində öz sosial imicini yaratmağa, yüksəltməyə, dəyişməyə və gücləndirməyə nail olmuşdu. Rəqiblər də onun özünə, məhz onun tətbiq etdiyi metodları istifadə edərək qalib gəlmişlər. Bu kitab əsrarəngsiz kitablardan hesab olunur.
Yaxşi ml gizli qalmir kitabi
10. Uçurumu keçərək
İnnovatorlarla geri qalanları müqayisə edərək, Cefri Mor, yeni bazarların yaranmasının xəritəsini cızır. Bu kitab, yüksək texnologiyaya dair olsa da, onun çıxardığı dərslər və gətirdiyi nümunələr, istənilən sənayeyə və biznesə tətbiq edilə bilər.
9. PT Barnumun həyatı
Fikirləşə bilərsiz ki, “şəxsi ticarət markası“, güclü iddia doğuran daxili hirsin məhsuludur. Lakin, özünü-təşfiqin ən böyük ustası, PT Barnum idi (19-cu əsrin məşhur Amerikan şoumeni və işadamı). O, əsl şoumen olaraq, yarım əsrdən çox bir dövr ərzində öz sosial imicini yaratmağa, yüksəltməyə, dəyişməyə və gücləndirməyə nail olmuşdu. Rəqiblər də onun özünə, məhz onun tətbiq etdiyi metodları istifadə edərək qalib gəlmişlər. Bu kitab əsrarəngsiz kitablardan hesab olunur.
8. Gözə görünməyəni satmaq
Son 50 ilin ən böyük iqtisadi transformasiyalarından biri də ABŞ və Avropada istehsal iqtisadiyyatının xidmət iqtisadiyyatına keçididir. Kitabın müəllifi olan Harri Bekvizə görə, bu keçidin uğurlu olması üçün biznes sahibinin və ya yönəticisinin işlədiyi şirkətlərlə güclü münasibətlər qurmaq qabiliyyətinə malik olmasıdır.
Kitabdan dəyərli sitat: “Yeni marketinq, əməlin üslubu deyil, fikrin və düşüncənin üslubudur. Bu, xidmətin özünəməxsus xüsusiyyətlərini və unikal təbiətini və eyni zamanda, müştərilərin qorxularını, məhdud vaxtlarını, bəzən qeyri-məntiqi qərarvermə üslublarını, hərəkətverici ehtiyaclarını başa düşməklə başlayır ”.
7. Nüfuz
Bob Sialdininin bu kitabı başdan sona, müştəriyə necə “hə” dedizdirmək yollarının ərz edilməsindən ibarətdir. Gərgin praktiki müşahidələr nəticəsində, Siladini hərəkətlərin və sözlərin müştərilərə, həmkarlara və hətta, rəqiblərə necə dərindən təsir etdiyini aşkar edir.
6. Mövqeləşmə
20 il bundan öncə nəşr edildiyi zamandan bugünə kimi Al Rays və Cek Trautun bu klassik əsəri, digər insanların və şirkətlərin nə istəyib, nə etdiyinin daha geniş baxış fonunda sizin məhsulun hansı mövqedə olduğunun təməl qavramlarını ərz edir. Təcrübədən götürülən bəzi nümunələr, bir az köhnəlsə də, bu kitab zəngin mahiyyətli kitabdır.
5. Bay-oloci
Neyrocərrahiyyəni marketinq sənətinə yeritməklə, Martin Lindstrom bu kitabda varlığından, demək olar ki, hali olmadığımız mental qüvvələrin, bizim nə fikirləşdiyimizə və nə etdiyimizə təsir etməsini izah edir. Daha da önəmlisi odur ki, Martin Lindstrom, bu (bazar) impulslarının necə ölçülməsini və marketinq kompaniyasında necə istifadəsini göstərir.
4. İcazə marketinqi
Onilliklər boyu marketinq ekspertləri marketinqi, brendin istehlakçıya necə yeridilməsi kimi fikirləşirdilər. Set Qodin bu konsepti alt-üst etdi və göstərdi ki, bugün insanlar o qədər seçimə malikdirlər ki, onlar istədikləri brendi seçib, istifadə edə bilərlər.
3. Partizan marketinqi
30 il əvvəl Cey Konrad Levinson, marketinqi böyük korporasiyaların əlindən alıb, onu girişimçilərin (və ya sahibkarların) və kiçik biznesin əlinə verdi. Kitab izah edir ki, əgər yaradıcısınızsa, onda iş dünyasında gözə görünmək üçün böyük məbləğdə pullar xərcləməyə ehtiyac qalmır.
2. Uzun quyruq
Əgər 20-ci əsr hit məhsullar tərəfindən dominə edilirdisə, onda 21-ci əsr nişe məhsulları – yəni, satış potensialı olan, lakin satış faktı olmayan (istismar edilməyən) məhsul bazarı / məhsul seqmentləri – tərəfindən dominə ediləcək. Müəllif Kris Andersonun lərzəyə gətirən izahına görə bu, internet üzrə satış vərdişlərinin varlığı nəticəsində olacaq.
1. Həddindən artıq populyar yanlışlıq və kütlə-alıcı dəlisovluğu
Sonucda, marketinq insanlar qrupunun və onların düşüncə tərzinin başa düşülməsi deməkdir. Onilliklər boyu texnologiya dəyişsə də, insanlar dəyişməyib. Ona görə, bu heç də təsadüfi deyil ki, Çarlz Makayın 1841-ci ildə qrup-düşüncəsinin mahiyyətini tutması, bugün də öz aktuallığını qoruyub saxlayır. Bu kitabı oxusanız, Böyük Tənəzzülün (2008-2010) niyə baş verməsinə heç vaxt təəccüb etməyəcəksiz.
«YAXŞI Kİ, HEÇ KİMƏ QALMIR BU DÜNYA»
İstedadlı şair-publisistAsif Talıboğlu ilə çox yaxın dostluq eləmişik – çörək kəsimiş, su içmişik və bir-birimizinxeyir-şərində olmuşuq. Elə bu gün də dostluq davam eləyir. Mən çox adamlarla «Ədalət»dəişləmişəm. Amma onların heç birində Asifdə olan qeyri-adi xarakteri, sədaqəti, səmimiyyətigörməmişəm. Çünki Asif Talıboğlu dağlar oğludur. O dağlar kimi də mərd, mübariz,əyilməz və dərdini-kədərini heç kimə bildirməz. Bəlkə də dünyada Asif müəllim qədərdərdə dözümlü, səbrli və hər şeyi öz iç dünyasında arana-dağa aparıb gətirən ikincibir adam çətin tapılar. Asif Talıboğlu çətin günün, ağır günün, insanın tənha qaldığıanların dostudur. Heç mənim ona elə bir yaxşılığım da keçməyib. Bunu nəyə görə deyirəm?Bir dəfə cərrahiyyə əməliyyatına gedirdim. «Gənclik» metrosunun üstündə onunla rastlaşdım.Gördü ki, rəngim-ruhum avazıyıb. Soruşdu ki, sənə nə olub? Gizlətdim. Çək-çevirdən sonra hər şeyi açıb danışdım. Dedimki, sabah əməliyyat olunacam…
İnanın, o, mən əməliyyatolunan günü dincəlmədi. Gəlib həkimin qapısının ağzında durub nəticəni gözləyib.Əməliyyat uğurla alınandan sonra həyat yoldaşım dedi ki, Asif müəllim sən əməliyyatolunub qurtarana qədər əyləşmədi. Nə çay içdi, nə də rahatlıq tapdı. Sabahı günisə reanimasiyadan məni çıxarıb palataya apardılar. Axşam saat 5-də qardaşımdanda, bacımdan da tez Asif mənim başımın üstünü kəsdirdi. Özüm də onun bu sədaqətinin,etibarının qarşısında məəttəl qaldım. İkidaşın arasında yastığımın altına pul da qoydu. Sonra alnımdan öpüb dedi ki, səniçox yormaq istəmirəm və çöldə də ziyarətinə gəlmək istəyənlər çoxdu. Xudahafizləşibgetdi…
Barmağımın beşinibal eləyib ağzına soxduğum adamların heç biri o ağır anda məni axtarmadı. Ancaqheç vaxt yaxşılıq eləmədiyim, arxa durmadığım Asif Talıboğlu doğmalarım qədər vəbəzən də onlardan artıq mənim başımın üstə yarpaq kimi əsdi…
Sözümün canı odurki, o nə danışırsa, nə deyirsə hamısı tam səmimidir. Axı bayaq dedik, o dağlar oğludur.Qubadlının Mollu kəndində dünyaya göz açıb. Asif müəllim Qarabağ müharibəsinin ilk günlərindənəlinə silah alıb ermənilərə qarşı döyüşüb. Özü də elə-belə batalyon komandiri olamyıb.Yəni hər an ölümün içində, ağuşunda olan bir insan son gülləsinə qədər yağılarladöyüşüb. Sonra Bakıya gəlib, müxtəlif mətbuat orqanlarında çalışıb və bizim qəzetdəişləyib.
Onunbir-birindən gözəl publisist yazıları, şeirləri var. Və nə yazıqlar ki, Asif Talıboğlu qələmə aldığı şeirlərininçoxunu ona-buna pay verib və hədiyyə edib. Və hədiyyə etdiyi bu şeirləri də indi məşhur xanəndələr ifa edirlər. Yəni AsifTalıboğlu istəsəydi indiyə qədər 20-30 şeirlər kitabı dərc etdirərdi. Onun ilk şeirlərkitabı «Dağlara deyin ki…» olub.
Bu yaxınlarda isə Asif müəllim dostlar onu danlayandan sonrahərəkətə gəlib və yazdığı şeirləri toplayaraq «Yaxşı ki, heç kimə qalmır bu dünya»adı ilə çap etdirib. Kitabın redaktoru gözəl insan, yaxın dostumuz və ziyalı MahirBaratoğludur. Kitabda Asif Talıboğlunun bir-birindəngözəl, lokanik və poetik şeirləri çap edilib. Onların bir çoxunu sizin diqqətinizəçadırıram: «Yaxşı ki, heç kimə qalmır bu dünya», «Dostlar bəsimdir-bəsim», «Doğulmuşammən», «Atalar», «Ay qubadlılar», «Anam yaman qocalır», «Anama dedim», «Oğul heyyy. »,«Bir kənd yaman xiffət çəkir», «Qaytar məni viran olmuş kəndimə», «Bu dünya», «Kişilər»,«Ayağımı sürüyürəm», «Qocalanda», «Bağışla məni»… Şeirlərin sayını artıra da bilərik.Amma mənə elə gəlir ki, elə bir şeir də çoxşey deyə bilər.
Asifin «Yaxşı ki,heç kimə qalmır bu dünya» şeiri öz fəlsəfi dərinliyi, poetik düşüncə tərzi və oxucuyaaşıladığı ideya ilə tamamilə fərqlənir. Bu şeirdə insanlara bir daha çatdırılır ki, heç də hər şeybiz düşündüyümüz kimi deyil. Kim olursan ol, axır ki, adam ol! Amma görünür neçə-neçə böyük şairlərin insanlaragöndərdiyi mesaj hələ də onları kamilləşdirə bilməyib. Şeirin son bəndinə diqqətyetirək:
Talıboğlu, ömür keçir,bu bəlli,
Tutma bu dünyanısən iki əlli,
Düşündüm, daşındımtapdım təsəlli,
Yaxşı ki, heç kiməqalmır bu dünya.
Ana məhəbbəti həmişə şairlərin yaradıcılığından qırmızı xəttkimi keçib. Bu mövzu Asif Talıboğlunu da düşündürür. Və bir daha şair oxucularadeyir ki, ananın borcunu qaytarmaq heç bir oğula qismət olmayıb:
Əlimdən tutdun körpəolanda,
Böyüdük əlindən tutabilmədik,
Sevincpayın orda-burda ay ana,
Özgələrləböldük, sənlə bölmədik.
SənAllah qınama bizi, ay ana,
İndisən yaşdayıq, səni gəzirik,
Anasızyaşamaq böyük dərd imiş,
Bilmirəmbu dərdə necə dözürük.
AsifTalıboğlu hər cür dərdə dözən şairdi. O anasızlıq dərdinə də dözüb, Vətən dərdinədə, hətta oğul dərdinə də! İnanmırsınız,«Oğul heyyy. » şeirinin bu bəndinə diqqət edin:
Qəlbim yara bağlayır,gəl,
Dərd sinəmi dağlayır,gəl,
Atan hər gün ağlayır,gəl,
Allah-Təala adamadərd verəndə səbr də verir. Bəlkə də bu səbri verməsəydi, çoxdan Asif Talıboğlununürəyi partlamışdı. Çünki Asif Talıboğlunu Allah çox sınağa çəkib. O da həmişə sınaqdanalnı açıq, üzü ağ çıxıb. Ən azından ona görə ki, şair Talıboğlunun ürəyi dünya boydadı.
Axı, yazımızın əvvəlindəqeyd etdik ki, Asif Talıboğlu vətənə, torpağa, yurduna bağlı adamdı. Onun çox eləboylu-buxunlu, yekə olduğuna baxmayın. Bu dağ boyda oğulun o qədər yumuşaq ürəyi,o qədər yumuşaq qəlbi var ki, balaca uşaq ağlayanda onu kövrələn görmüşəm. O vətəninidə, torpağını da balaca uşaq kimi həmişə sevib, əzizləyib. «Mənim» şeirində oxuyuruq:
Bizim yerlər bu yerləringözüymüş,
Qeyrət, namus kişilərinsözüymüş,
Cənnət elə Qubadlınınözüymüş,
Qəbrimi burda yox,orda qazın mənim.
Onun ürəyi həmişəQubadlı üçün, doğma kəndi Mollu üçün döyünüb. Molludan danışanda o dağ boyda oğlunungözləri dolur. Ancaq onun içindəki iradə, güc və qüvvət yenidən Asif Talıboğlununikbinliyə, qubadlılı günlərə aparır. Və inanırıq ki, o, günlərin birində yenidənQubadlıya, Molluya dönəcək…
Asif Talıboğlu qocalığaaid gözəl şeir yazıb. Düzdür, adam qocalanda çox şeyi itirir. Amma onun qazandıqlarıbir təsəlli olur:
Talıboğlu, ömür payınbölürlər,
Yaranmışlar vədəçatdı ölürlər.
Gördün, sənə altdan-altdangülürlər,
Torpaqla üstünü örtqocalanda.
Yazımızı qələmə alandaonu da qeyd eləmişdik ki, Asif dostumuz dağlar oğludur. Çünki o dağların havası, o dağların gülü, çiçəyi,o dağların gözəlliyi onu böyüdüb. Və Asif Talıboğlu da həmişə bu dağlara sədaqətliolub:
Mən səni görmürəmneçə ildi düz,
O qarlı sinəndə qalıbdımıiz,
Hanı Həsən, Qorxmaz,Əliyar, Çingiz,
Niyə pərişandı halın,a dağlar.
Hər gecə yuxumdagörürəm səni,
Düşmən tapdaq edibşehli sinəni,
Yəqin unutmusan çoxdandıməni,
Niyə pərişandı dərdin,a dağlar.
Asif Talıboğlununmənə bağışladığı «Yaxşı ki, heç kimə qalmır bu dünya» şeirlər kitabını cəmi birineçə saatın içərisində oxuyub başa çatdırdım. Çünki onun şeirlərində, misralarındahəm də özümü gördüm. Onun şeirlərində Füzulinin Ərgünəş dağını, Köndələn çayını,kəndlərini, onun ətrini hiss elədim. Axı Asif müəllim həm də Qarabağ uğrunda gedəndöyüşlərdə Füzulinin kəndlərində də ermənilərə qarşı vuruşub. Onu Füzulidə, Bəhmənlidə,Horadizdə çoxları yaxşı tanıyır və tez-tez də məndən soruşurlar ki, o ucaboy, filkimi səbrli dostun necədi? Zarafat deyil, hər yanda hörmət qazanasan, iz qoyasanvə insanların yadında qalasan. Və mənə elə gəlir ki, Asif müəllimin «Yaxşı ki, heçkimə qalmır bu dünya» şeirlər kitabı çoxlarını düşündürəcək, onları öz yurduna,elinə, obasına qaytaracaq. Sadəcə olaraq o kitabı vərəqləmək və onun sehrinə düşməklazımdır…
Comments are closed, but trackbacks and pingbacks are open.