Press "Enter" to skip to content

Yenidən necə görünə bilərəm və s

Rəqs fəaliyyəti ilə yanaşı, o, filmlərə də çəkilməkdə davam edirdi. 1941-ci ildə “Səbuhi” filmində Tubu, 1942-ci ildə “Sovqat” filmində Ayna rollarını oynamışdı. O dövrün Adil İsgəndərov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza kimi görkəmli teatr, kino, ədəbiyyat xadimləri bu gənc istedadın ifalarını, rollarını diqqətlə izləyirdilər. Onun yüksək aktrisalıq potensialını görürdülər və bu potensialdan istifadə etməyə çalışırdılar. Məhz bu korifeylərin məsləhəti ilə Leyla Bədirbəyli 1942-ci ildə M.Əzizbəyov adına Akademik Dram Teatrına gəlir. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olur. Beləliklə, teatrın qapıları Leyla xanımın üzünə böyük bir dünya açır. Teatr səhnəsi onun həyatının mənasına çevrilir.

Azərbaycanda doğuş və keysəriyyə pulsuzdur – İcbari Tibb Sığortaya nələr daxildir?

Hazırda vətəndaşları, ən çox da ana olmağa hazırlaşan qadınları maraqlandıran məsələlərdən biri də hamilə qadınların doğuş zamanı icbari tibbi sığortanın xidmətlərindən pulsuz istifadə edə bilmək haqqının olub-olmamasıdır.

Bu suallara cavab tapmaq üçün metbuat.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib. Sorğu əsasında hazırlanmış geniş müsahibəni təqdim edirik:

1. İcbari tibbi sığorta çərçivəsində ana olmağa hazırlaşan qadınlara hansı tibbi xidmətlər göstərilir? Bunun üçün xidmətlərə limit tətbiq edilibmi?

İcbari tibbi sığorta ilə hamilə qadınlara doğuşaqədər tibbi xidmət və nəzarət, həmçinin patronaj ilkin səhiyyə xidməti çərçivəsində ginekoloqlar tərəfindən həyata keçirilir.

Hamilə qadınlar həmçinin xəstəxanada ambulator xidmət üçün birbaşa ginekoloqlara müraciət edə bilərlər.

Doğuş, zahılıq dövründə müayinə və müalicə, eləcə də tibbi göstəriş olduğu halda qeysəriyyə kəsiyi əməliyyatı da icbari tibbi sığorta təminatına daxildir.

Hamilə qadınlara aşağıdakı xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır:

Əməliyyat önü müayinə və həkim konsultasiyası;

Anesteziya stasionar tibbi xidmət;

Reanimasiya və xəstəxanada yatış;

Xəstəxanada yatış zamanı və ya əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf;

Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, həkim təqibi;

Yemək və digər xərclər.

Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər siyahısında koxlear implantasiya, endoprotezləşdirmə və fizioterapiya xidməti istisna olmaqla digər tibbi xidmətlərə limit tətbiq olunmur.

2. Əgər hamilə qadının hər hansı xəstəliyi mövcuddursa, bu halda sığorta əlavə xərcləri qarşılayırmı?

Hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfi ilə təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz yararlana bilər. Əks halda tibbi xidmət vətəndaşın öz vəsaiti hesabına ödənilməlidir.

3. Paytaxtda konkret olaraq hansı doğum evlərində icbari tibbi sığorta imkanlarından yararlanmaq olar?

İcbari tibbi sığorta 2021-ci ilin aprelindən bütün ölkə ərazisində tətbiq olunur. Vətəndaşlar yaşayış yerindən asılı olmayaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeleyindəki tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət edərək Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən yararlana bilərlər.

4. Hamilə qadınların tez-tez müraciət etdiyi qeysəriyyə üsulu ilə övlad dünyaya gətirmək bildiyimiz kimi kifayət qədər bahalı bir əməliyyat sayılır. Son vaxtlar bu əməliyyatların pulsuz həyata keçirilməsi ilə bağlı doğum evlərində çalışan həkimlərin elanlarını görürük. Tək şəxsiyyət vəsiqəsi ilə bir qəpik belə ödəmədən bu əməliyyatların həyata keçirilməsi doğrudurmu?

Qeysəriyyə əməliyyatı tibbi göstəriş əsasında Xidmətlər Zərfi ilə təminata alınır.

5. Dopler müayinəsi Xidmətlər Zərfinə daxildirmi? Deyilsə nəzərdə tutulurmu?

Hamilə qadınlar üçün ultrasəs və doppler müayinəsi (20 həftədən sonra) tibbi göstəriş əsasında Xidmətlər Zərfinə daxildir.

Təbii ki, birbaşa həkimin qəbuluna gedib “Mənim övladımı pulsuz dünyaya gətirin” demək doğru olmur. Bunun üçün hansı qaydalara riayət etmək lazımdır. Bildiyimiz qədər sahə həkimlərin göstərişinə ehtiyac olur. Bu barədə zəhmət olmasa qeyd edərdiniz.

6. Respublikanın digər bölgələrində yaşayan hamilə qadınlar paytaxtda fəaliyyət göstərən doğum evlərində icbari xidmətdən yararlanaraq müayinə və doğum edə bilərlərmi?

Vətəndaşlar yaşadığı regiondan və ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisisələrinə ixtisaslaşdırılmış ambulator yardım (müalicə) üçün göndəriş vərəqəsiz müraciət edə bilərlər. Dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır. Bu səbəbdən doğuş və ya qeysəriyyə əməliyyatı yalnız göndəriş vərəqəsi ilə mümkündür.

7. İşləyən əhali kütləsinin əmək haqqından müəyyən qədər tibbi sığorta üçün tutulmalar olur. Bəs işləməyən kütlə xüsusən də qadınlar bu halda belə sığortadan yararlana bilərlərmi?

2024-cü ilədək heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərin icbari tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödənilir. Onlar Xidmətlər Zərfindən dövlət büdcəsinin vəsaiti hesabına xidmət ala bilərlər.

8. Süni mayalanmanın Xidmətlər Zərfinə əlavə edilməsi planda varmı?

Hazırda süni mayalanma Xidmətlər Zərfi ilə təminata alınmayıb. Gələcəkdə tibbi xidmət Xidmətlər Zərfinə əlavə olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

9. Əgər hansısa vətəndaş tibbi sığortanın tətbiq edildiyi tibb müəssisəsində “şirinlik” adı və ya doğum xərci barədə sözlər eşidərsə şikayətini necə bildirə bilər?

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində vətəndaşdan qeyri-rəsmi ödəniş tələb olunarsa bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-müraciət linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.

“Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır. Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhsuliyyətə cəlb olunur.

Milli.Az

Yenidən necə görünə bilərəm və s

Leyla Bədirbəyli o unudulmaz sənətkarlarımızdandır ki, uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmişdi. Layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə ehtiram hissi ilə Azərbaycan mədəniyyətinə böyük töhfələr vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli sərəncamında onun yaradıcılıq irsi yüksək dəyərləndirilir: “O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirmişdir”.

Səhnəmizin gözəllik pərisi

Azərbaycanda ona qədər də hüsnünə dastanlar qoşulan gözəl xanımlar çox olmuşdu. Ana təbiət ondan sonra da qadınlarımızdan gözəllik lütfünü əsirgəməmişdir. Amma bu gözəlliyin canlı simvoluna çevrilmək, Azərbaycan gözəli deyiləndə qənirsiz çöhrəsi ilə ilk yada düşənlərdən olmaq məhz onun qismətinə yazılmışdır.

Mənalı ömür yolunda çox rəsmi adlar, titullar qazanmışdı: “İstiqlal” ordeninə layiq görülmüş, Azərbaycanın Xalq artisti, görkəmli teatr xadimi, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı olmuş və daha nələr, nələr. Xalqın təfəkküründə formalaşmış Azərbaycan gözəli titulu isə bunların hamısından üstün idi. Çox maraqlıdır ki, digər titul və mükafatlarından fərqli olaraq bu ad heç bir sənəddə rəsmiləşməmişdi. Amma böyüyüb boya-başa çatdığı doğma Vətəndə hamı bu səhnə ilahəsini rəsmi təltiflərindən daha çox Azərbaycan gözəli epiteti ilə xatırlayır.

Leyla xanım 1920-ci ilin yanvarında, o illərin gərgin siyasi hadisələri ilə qaynayan Bakıda dünyaya göz açmışdı. Əslən Şəmkirin Dəllər kəndindən idi. Atası Ağalar bəy də, anası Bikə xanım da Şəmkir bəyzadələrinin nəslindən sayılırdı. Atası hərbçi olmuş, polkovnik rütbəsinə qədər yüksəlmişdi. Dünyasını dəyişəndə 90 yaşı vardı.

Yanvarın ayazlı, qarlı-şaxtalı bir günündə doğulsa da, Tanrı bu zərif vücuda ilıq yaz nəfəsi, bahar təravəti qismət etmişdi. Qadın aktrisaların olmadığı, onların rollarını da bəlli səbəblərdən kişi aktyorların oynamaq məcburiyyətində qaldığı həmin çətin illərdə tale sanki bu gözəlliyi Azərbaycan səhnəsinə bir hədiyyə kimi göndərmişdi. Körpəliyindən surətini görən hər kəs böyüyüncə onun çox gözəl bir qız olacağını deyirdi. Doğmaları onun gələcəyini görməyin intizarını çəkirdilər. Elə teatr səhnəmiz, milli kinomuzun ekranı da bu gözəlin intizarında idi.

Xoş bir təsadüf onu öz gələcək sənət taleyinə doğru yönləndirdi. Sovet hakimiyyəti qurulandan sonra anası Bikə xanım Bakıdakı Mərkəzi Kəndçilər Evinin tibb məntəqəsində işləyirdi. Həkim idi. O, Əli Bayramov klubuna – qadınların dərnəyinə tez-tez gedirdi. Qızı Leylanı da özü ilə kluba gətirirdi. Orada dram dərnəyi vardı. Dərnəkdə həvəskar aktyorlar məşq edərdilər. Leyla da onların məşqlərinə böyük maraqla baxardı. Elə gələcəyin böyük sənətkarının incəsənətə meyili də o vaxtdan yaranmağa başlamışdı. Hətta yazırlar ki, rejissor Əlisəftər Babayevin rəhbəri olduğu dram dərnəyində 8 yaşlı bu qız “Coşqun” tamaşasında Coşqunun bacısı kimi səhnəyə çıxmışdı. Rolunu məharətlə oynamışdı. O gündən də Azərbaycan teatrı və kinosu tarixində Leyla Bədirbəyli ömrü başlamışdı.

Rəqsləri könül oxşayırdı

Məktəbdə oxuya-oxuya dram, rəsm dərnəklərinə də gedirdi. Ədəbi gecələrdən, konsert mərasimlərindən qalmırdı. Beləcə, yavaş-yavaş o da ecazkar sənət aləminin dogma simasına çevrilirdi.

Leyla Bədirbəylinin kinoya gəlişi də çox erkən olmuşdu. O, hələ yeniyetmə ikən moskvalı rejissor D.Vertovun “Lenin haqqında üç mahnı” sənədli filmində pioner qız rolunda çəkilmişdi. 1937-ci ildə isə 17 yaşlı Leyla Azərbaycan Dövlət Filarmoniyasında təşkil edilmiş rəqs ansamblına dəvət almışdı. Bundan sonra 1937-1942-ci illərdə ansamblın solisti kimi çalışmışdı. Düz beş il burada zərif, incə rəqsləri ilə könülləri oxşamışdı. Gənc solist bu ansamblda “Bir dənəsən”, “Naz eləmə”, “Tərəkəmə” rəqslərini elə məharətlə ifa edirdi ki, aradan əsrə bərabər müddət keçsə də, o ecazkar ifalar mədəniyyət tariximizin hələ də işıqlı yaddaşındadır.

O, burada sonralar “həyatımın günəşi” adlandıracağı böyük ustadla, dahi Üzeyir Hacıbəyli ilə tanış olmuşdu. Filarmoniyada mahnı və rəqs ansamblının yaradılması Üzeyir bəyin təşəbbüsü idi. Leyla xanım bu ansamblla 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də iştirak etmişdi. Siyasi Büronun bütün üzvləri orada imiş. Üzeyir bəy, Bülbül, Şövkət Məmmədova Stalinin yanında əyləşmişdilər. Leyla Bədirbəyli “Bəri bax” mahnısı əsasında quruluş verilmiş rəqsi ifa edir. Mahnı və rəqsdən təsirlənən Stalin Bakıda gizli fəaliyyətdə olduğu illərdə dostları ilə bu mahnını parol kimi oxuduqlarını xatırlayır və gənc Leylanı yanına çağıraraq kim olduğunu soruşur. Azərbaycanlı rəqqasənin filarmoniyada çalışdığını öyrənir. Onu bağrına basaraq deyir: “Sən Azərbaycan gözəlisən”.

Ömrünün qürub çağlarında da Leyla xanım Georgiev salonunda gerçəkləşən o möhtəşəm gecəni tez-tez xatırlayardı.

Böyük səhnəyə doğru

Rəqs fəaliyyəti ilə yanaşı, o, filmlərə də çəkilməkdə davam edirdi. 1941-ci ildə “Səbuhi” filmində Tubu, 1942-ci ildə “Sovqat” filmində Ayna rollarını oynamışdı. O dövrün Adil İsgəndərov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza kimi görkəmli teatr, kino, ədəbiyyat xadimləri bu gənc istedadın ifalarını, rollarını diqqətlə izləyirdilər. Onun yüksək aktrisalıq potensialını görürdülər və bu potensialdan istifadə etməyə çalışırdılar. Məhz bu korifeylərin məsləhəti ilə Leyla Bədirbəyli 1942-ci ildə M.Əzizbəyov adına Akademik Dram Teatrına gəlir. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olur. Beləliklə, teatrın qapıları Leyla xanımın üzünə böyük bir dünya açır. Teatr səhnəsi onun həyatının mənasına çevrilir.

Aktrisanın özü teatra gəlişini sonralar belə xatırlayırdı: “Xalq yazıçısı Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza, Rza Təhmasib və Adil İsgəndərov kimi sənətkarların təsiri ilə mən günlərin birində fılarmoniya səhnəsindən Akademik Dram Teatrının səhnəsinə dəvət olundum. Bu dövrü mən yaradıcılığımın ikinci və daha mühüm dövrü hesab edirəm”.

Leyla Bədirbəylinin M.İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu böyük anşlaqla qarşılandı. Sonra isə A.Ostrovskinin “Tufan” əsərində Klaşa obrazını yaratdı. Ardınca teatr səhnəsində “Pəri Cadu” tamaşasında Pəri, “Vaqif’”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin səhəri” əsərində Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Uzaq sahillərdə”də Anjelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və digər rolları böyük məharətlə canlandırır. O, tamaşalarda da, çəkildiyi kinolarda da əsasən baş rollarda oynayırdı.

Gül çöhrəli “Gülçöhrə”

Bütün sovet adamları kimi, 1945-ci il Leyla Bədirbəylinin də həyatında əlamətdar bir il kimi yadda qalır. Bu, təkcə faşizm üzərində qələbə ilə bağlı deyildi. Həmin il “Arşın mal alan” filmi çəkilirdi. Bu film Stalinin xüsusi diqqətində idi. Bunun da iki səbəbi vardı. Bir tərəfdən, xəbər gəlmişdi ki, Amerika kinematoqrafçıları Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri əsasında film çəkmək istəyirlər. Stalin sovet kinosunun onları qabaqlamasını istəyirdi. Digər tərəfdən isə, Stalin sovet kinematoqrafçılarından faşizm üzərində qələbə çalmış ölkəsinin tərənnümünü tələb edirdi. Elə bir film çəkilməli idi ki, Hollivudu geridə qoysun. Ölkənin bütün kinostudiyaları bu tapşırığı yerinə yetirməkdən ötrü səfərbər olsa da, 1945-ci ildə bu işi “Arşın mal alan”la yalnız “Azərbaycanfilm” bacardı. Film 140 ölkədə nümayiş olundu. Sovet İttifaqına inanılmaz dərəcədə böyük mənfəət gətirdi. Filmin gözəlliyi, koloriti Avropa tamaşaçısını heyrətləndirmişdi. “Arşın mal alan”ın bu uğurunda təbii ki, Gülçöhrə rolunun ifaçısının da böyük əməyi vardı.

1945-ci ildə “Arşın mal alan” filmi çəkilməyə başlayanda Gülçöhrə roluna Leyla Bədirbəylidən başqa 100-dən artıq namizəd vardı. Sovet hakimiyyətinin qurulmasından ötən 25 il ərzində Azərbaycanda kifayət qədər qadın aktrisa yetişmişdi. Onların çoxu Gülçöhrə roluna çəkilmək imkanında idi. Bu rola çəkilmək istəyən aktrisaların hamısı sınaq çəkilişlərində olur. Ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişində iştirak etmir. Filmə isə yalnız Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə gəlir. Rza Təhmasib böyük bəstəkarın tövsiyəsini nəzərə alaraq Gülçöhrə roluna Leylanı çəkməyə razılıq verir. Düzdür, çəkiliş zamanı çətinliklər də az olmur. Lakin Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filmində ən böyük sənət uğurlarından birinə nail olur. Onun bu filmdəki oyununda Gülçöhrənin qətiyyəti o qədər təbii, səmimi alınır ki, uzun illər aktrisanın adı bu qəhrəmanın adı ilə uyğun səslənir.

Böyük sənətkar Gülçöhrə roluna görə dövrün ən böyük təltiflərindən olan Stalin mükafatına layiq görülür. Bütün Sovetlər İttifaqında bu mükafatı daşıyan üç qadından biri olur. “Arşın mal alan”a görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə SSRİ Dövlət mükafatına da layiq gorülür.

Leyla Bədirbəylinin kinoda “Arşın mal alan”dan sonrakı aktrisa taleyi də yetərincə uğurlu keçir. Onun çəkildiyi filmlərin tematik dairəsi geniş, qəhrəmanları müxtəlifdir. O, əlliyə yaxın bədii, bədii-televiziya, qısametrajlı bədii filmdə çəkilir. O, həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların obrazlarını yaradırdı. Onun “Fətəli xan” və “Koroğlu” filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin etibarlı həyat yoldaşları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.

“Onun böyük ürəyi” filmindəki Xalidə rolu da kifayət qədər uğurlu ifalardandır. Burada aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilir. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən, sevginin, zəhmətsevərliyin, sağlam rəqabətin tərənnüm olunduğu “Görüş” kinokomediyasındakı ən yaddaqalan süjet xətlərindən biri də məhz Leyla xanımın iştirakı ilə yaradılır.

Kinorejissor Şamil Mahmudbəyovun “Dərviş Parisi partladır” filminə Leyla Bədirbəylinin dəvət edilməsi isə vaxtilə təəccüblə qarşılanmışdı. Ekranda ciddi rollar oynayan aktrisanın komediya janrında uğurlu çıxış edəcəyinə sənət dostları bir o qədər inanmırdılar. Amma Leyla Bədirbəylinin ekran yaradıcılığında Şəhrəbanu obrazı aktrisanın sənət axtarışlarında yeni istiqamət kimi diqqəti çəkir. Komediya janrının estetikasında aktrisanın incə yumor boyaları onun yüksək sənətkarlığını aydın səciyyələndirir.

Onun bir-birindən maraqlı, yaddaqalan rolları bu filmlərlə bitmir. Leyla Bədirbəyli müxtəlif illərdə çəkilmiş “Kölgələr sürünür” filmində Leyla, “İntizar”da Ana, “Sevil” film-operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim küçənin oğlanları”nda Leyla, “Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana doğru”da Gülsüm, “Kişi sözü”ndə ana, “Asif, Vasif, Ağasif”də nənə, “O dünyadan salam” filmində Kəblə Fatma və başqa filmlərdə də unudulmaz obrazlar yaradıb.

Leyla Bədirbəyli milli teatr və kinodakı fəaliyyəti ilə uzun illər Azərbaycan incəsənətinə, mədəniyyətinə öz töhfəsini verib. O, “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin inkişafına çalışıb, onlara dəyərli məsləhətlərini verib.

Leyla Bədirbəyli eyni zamanda Azərbaycan Milli Televiziyasının çəkdiyi bir çox televiziya tamaşalarında da müxtəlif rollar ifa edib. Uzun illər televiziyanın “Aktyor, kino, rol” verilişinin aparıcısı olub.

Onun teatr səhnəsində, kinoda, ekranda qazandığı bütün uğurların təməlində müstəsna istedadından başqa bir mühüm sirr də var. Bu, Leyla Bədirbəylinin öz sənətinə sonsuz sevgisi və bir o qədər də böyük məsuliyyəti idi. Bacısı xatırlayır ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərində Sara rolunu oynayarkən sonuncu pərdə bitəndən sonra heç vaxt başqa aktyor və aktrisalarla birgə tamaşaçılarla sağollaşmaq üçün səhnəyə çıxmazdı. Səbəbini izah edəndə deyərmiş ki, axı tamaşanın finalında Sara ölüb, o, yenidən səhnədə necə görünə bilər?!

Leyla xanım istedadlı bir aktrisa kimi tamaşaçı qəlbini necə sehirlədiyinin fərqində idi. O, oynadığı rolun təsirinin tamaşadan sonra da qalmasını istəyirdi. Çalışırdı ki, tamaşaçılar teatr qapılarından o təsirlə çıxsınlar. Axırıncı səhnədə can verən Saranın əzablarını, son sözlərini, bu səhnənin yaratdığı göz yaşlarını unudulmaz təəssürat kimi özləri ilə gündəlik həyat və məişətlərinə daşısınlar. Hər dəfə xatırladıqca o səhnələr insanları mənən saflaşdırsın.

Həyatı ilə bağlı ona verilən sualı böyük sənətkar vaxtilə belə cavablandırmışdı: “Mənim həyatımı uzun bir yola bənzətsək, bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu günlərim də olub, kədərli günlərim də. Bir sözlə, məşəqqətli və ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm”.

İlk dəfə on altı yaşında ikən o zaman rəqqas kimi eyni səhnədə çıxış etdikləri Fərəc Cavanşirovla ailə həyatı qurmuşdu. Bir il sonra onların Cavanşir adlı oğlu dünyaya gəlmişdi. Amma bu evliliyin ömrü qısa çəkmişdi. Leyla xanım ikinci dəfə Kamil Aslanovla ailə həyatı qurmuşdu. Kamil Aslanov diş həkimi olsa da, rəqsə böyük maraq göstərirdi. O da Leylanı rəqs səhnəsində görüb bəyənir, elçi göndərir. Beləcə, xoşbəxt sayıla biləcək yeni bir ailə həyatının təməli qoyulur.

Əfsus ki, ömrün qürubuna doğru xoşbəxt günləri bir-birinin ardınca faciələr əvəz edir. Həyat yoldaşı Kamil Aslanov xaricdə ağır yol qəzasına düşür və həlak olur. Bu hadisədən bir il sonra isə aktrisanın böyük qızı Laləni Bakıda maşın vurur. O da 48 yaşında dünyasını dəyişir. Bu iki hadisədən sonra Leyla Bədirbəyli depressiyaya düşür. Özünə qapanır. Heç kimlə görüşmək, danışmaq istəmir. Yalnız 1999-cu il yanvarın

1-də bu böyük aktrisanın sənətinə, şəxsiyyətinə hər zaman yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev ona “İstiqlal” ordenini təqdim edərkən evdən çıxıb ictimaiyyət arasında görünür. Elə həmin il noyabrın 23-də də 79 yaşında dünyadan köçür.

Nə qədər acı olsa da, həyatın qanunu dəyişməzdir. Ən böyük gözəlliklər də bir gün köçünü sürüb gedir. Amma əbədiyyət ömrü deyilən bir həqiqət də var. Leyla Bədirbəyli kimi sənətkarların gözəlliyi əbədidir. Bu gözəllik onun qəlbinin sevgisi, bitib-tükənməyən istedadı ilə yaratdığı rollarda, unudulmaz obrazlarda yaşayır. Azərbaycan gözəlinin qənirsiz çöhrəsi onun obrazlarının simalarından boylanır və könülləri fəth edir.

Dünən də, bu gün də, sabah da.

Comments are closed, but trackbacks and pingbacks are open.