YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək
Alimlər bildirirlər ki, smartfonlardan asılılıq təkcə psixoloji problemlərlə yekunlaşmır, belə yeniyetmələr həm də spirtli içkilərə və tütün məhsullarına, o cümlədən, düşünülməmiş və gərəksiz alış-verişə həvəs göstərirlər.
Yeniyetmə uşağımı smartfondan necə çıxara bilərəm?
Yeniyetmələrin dörddə birində smarfondan – ağıllı telefondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır – onlar əsəbi olurlar və panika keçirirlər. Bundan başqa, belə yeniyetmələr ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər.
Bu narahatedici qənaəti Londonun Kings College Universitetinin araşdırmaçıları səsləndiriblər. Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa ciddi zərər vura bilər.
Ağıllı telefonlardan fasiləsiz istifadə yeniyetmələrdə stres və depressiv pozuntular əmələ gətirir, yuxusuzluğa və təhsildə uğursuzluqlara səbəb olur.
“BMC Psychiatry” tibb jurnalında dərc edilmiş hesabatda alimlər 42 min yeniyetmənin iştirak etdiyi 41 araşdırmanın göstəricilərini təhlil ediblər.
Məlum olub ki, yeniyetmələrin 23 faizində smartfondan asılılıq siptomu var, onlar smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər və bu, uşaqları daha faydalı məşğuliyyətlərdən uzaqlaşdırır.
Risk qrupuna kimlər daxildir?
Smartfonlar 2011-ci ildə kütləvi satışa çıxarılıb və o vaxtdan bəri onlardan istifadə göstəriciləri durmadan artır. “BMC Psychiatry” jurnalı yazır ki, uşaqlar 11 yaşdan etibarən şəxsi smartfona sahib olurlar.
Smartfonlardan kütləvi istifadənin başladığı vaxtdan etibarən yeniyetmələrdə psixi pozuntu halları da artmağa başlayıb.
Oğlanlara nisbətdə daha çox qızlarda smartfonlardan asılılıq müşahidə olunur
Hesabatda qeyd edilib ki, 17-19 yaş aralığındakı qızlar oğlanlarla müqayisədə mobil qurğulardan daha çox asılıdırlar. 17 araşdırmadan 13-ü bu mənzərəni ortaya çıxarıb.
Qızların sosial şəbəkələrdən asılılığı daha çoxdur, gənclər əsasən oyunlara meyl edirlər.
Alimlər bildirirlər ki, smartfonlardan asılılıq təkcə psixoloji problemlərlə yekunlaşmır, belə yeniyetmələr həm də spirtli içkilərə və tütün məhsullarına, o cümlədən, düşünülməmiş və gərəksiz alış-verişə həvəs göstərirlər.
Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər.
Buna görə də alimlər mobil cihazların sağlamlığa mümkün uzunmüddətli təsirini azaltmaq və psixi pozuntuların sonrakı nəsillərə keçməsini önləmək üçün smartfonlardan psixi asılılığı qiymətləndirmə metodlarını hazırlamağı təklif edirlər.
Psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər
“Smartfonlar həyatımızda olmaqda davam edəcəklər, ona görə də onların hansı problemlərə yol açdığını bilməyimiz lazımdır” – hesabat müəlliflərindən biri Nicola Kalk belə deyir.
O həmçinin qeyd edir ki, asılılığı smartfonlarınmı, yoxsa bu qurğulardakı proqramlarınmı yaratdığı məlum deyil: “Buna baxmayaraq cəmiyyət smartfonların uşaqlara və yeniyetmələrə mənfi təsirindən xəbərdar olmalı və valideynlər övladlarının smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət etməlidirlər”.
Ancaq alimlər onu da vurğulayırlar ki, smartfonlardan istifadənin mütləq psixoloji pozuntuyla nəticələnməsi qənaəti qəti deyil və bunun əksi də mümkündür, yəni depressiv pozuntu smartfondan fasiləsiz istifadəyə gətirib çıxara bilər.
YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Ölkəyə mobil telefon gətirənlərə 18 faizi ƏDV şamil olunacaq.
BAKU.WS xəbər verir ki, xaricdən mobil telefon gətirənlərə, həmçinin xarici Virtual Post Terminallara (VPOS) çıxış olan bütün e-məhsulların və xidmətlərin ödənişlərin hamısı bu yeni ƏDV ilə tənzimlənəcək.
Bununla bağlı ekspert Nicat Manafov sosial şəbəkələrdə maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, xaricdən alınan məhsulun öz qiymətindən əlavə 18 faiz vergi ödəniləcək.
“Bu da o deməkdir ki, Siz xarici onlayn mağazalardan aldığınız məhsula 5 dollar ödəyirsiniz, bundan əlavə Sizin kartınızdan 18 faiz vergi tutulur. Əvvəllər belə bir şey yox idi. Hər satıcı öz ölkəsinə vergi ödəyirdi. Bunun da Azərbayacan təsiri yox idi. İndi isə daxili sahibkarlığı qorumaq üçün yerli istehlakçıya satılan məhsulun qiymətindən əlavə 18 faiz ƏDV tətbiq etmək istəyirlər. Məqsəd yerli sahibkarlığı, yerli e-ticarət mağazalarını qorumaq və vergi yığımlarını artırmaqdır”.
Qeyd edək ki, parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təsdiq olunub. Layihəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.
Bu qanun dəyişikliyi hansı zərurətdən edilib? Bunun tətbiqindən sonra mobil telefon bazarında nələr dəyişəcək? Suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu qanun dəyişikliyi fərdi vətəndaşların xaricdən mobil telefonu ucuz almaq imkanlarını məhdudlaşdıracaq.
“Hansısa məhsul, istər mobil telefon, istərsə digər məhsul şəxsi tələbatı ödəmək məqsədilə gətirilirsə, hesab edirəm ki, buna heç bir rüsum tətbiq edilməməlidir. Satmaq məqsədilə gətiriləndə isə rüsum verilir. Mən burada prinsipi deyirəm. Qoy bu qanunu bilavasitə tətbiq edənlər şərh versinlər”, – deyə Əli Məsimli bildirib.
İqtisadçı ekspert Rövşən Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanuna edilən bu dəyişikliyin heç bir iqtisadi açıqlaması yoxdur.
“Söhbət o məhsullardan gedir ki, ölkədə həmin mallar istehsal edilmir. Əgər mobil telefonu ölkədə istehsal olunsaydı, o zaman deyərdik ki, məhsul istehsalını stimullaşdırmaq üçün bu addımı atırlar. Bu şəkildə istehlakçının həddindən artıq vergilə yüklənməsi tərəfdarı deyiləm. Dolayısı ilə tətbiq edilən və ölkədə istehsal olunmayan məhsullara vergi yükünün artırılmasını dəstəkləmirəm. Nəzərə alın ki, bu davamlı şəkildə həyata keçirilir”, – deyə iqtisadçı bildirib.
Rövşən Ağayev deyir ki, bundan sonra mobil bazarında bahalaşma müşahidə olunacaq.
“Bundan əvvəl də eyni kəskin addım atılmışdı. Avtomobil bazarına tətbiq edilən vergilərlə bağlı qanundan sonra maşın bazarında ciddi bahalaşma müşahidə olunmuşdu. İndi də mobil cihaz bazarında qiymətlər artacaq. Çünki məhsulun vergi yükü artırsa, bazarda malın qiyməti bahalaşır”.
Mütəxəssis hesab edir ki, bu addımın atılması ilə mobil bazarında xoşagəlməz halların yaranmasına səbəb olacaq:
“Digər tərəfdən də bazara əvvəllkilərdən aşağı keyfiyyətdə məhsulların axını başlayacaq. Çünki bazarda yaxşı keyfiyyətli telefonların qiyməti bahalaşır. Alıcılıq qabiliyyəti aşağı düşür. Nəticədə bazara ucuz və keyfiyyətsiz məhsullar daxil olur. Hazırda mobil telefonların ölkəyə fərdi qaydada gətirilməsinin sayı həddindən artıq artıb. İnsanlar kütləvi şəkildə sifariş verib, poçt vasitəsilə gətirirlər. Bunun qarşısını almağa çalışırlar. Bu qaydaların tətbiqi ölkəyə qeyri-leqal mobil telefon gətirilməsi halları arta bilər”.
Qeyd edək ki, Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi 2016-ci ildə təklif olunub.
Ziya SƏCCAD
BAKU.WS
Comments are closed, but trackbacks and pingbacks are open.