Press "Enter" to skip to content

İş yerindən arayışa necə əlavələr əlavə edə bilərəm

İşəgötürənin işçini iş vaxtından artıq işə cəlb etməsi ödənişli əsaslarla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilir:

İşəqəbul zamanı tibbi arayış tələb olunan peşələrin SİYAHISI

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Müvafiq siyahı ilə bağlı mütəmadi sorğuları nəzərə alaraq, HR-AZ.com oxucularına “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı təsdiqlənmiş peşələrin siyahısını təqdim edirik:

1. Yüksəklikdə və hündürə qalxmaqla yerinə yetirilən işlər, habelə qaldırıcı qurğulara xidmət göstərən işçilər.

2. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.

3. Neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər.

4. Bütün növ yeraltı işlər.

5. Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq, çöl rabitə qurğularında, çətin coğrafi iqlim şəraitində olan işlər.

6. Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarında geoloji kəşfiyyat, topoqrafik, tikinti və s. işlər.

7. Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik, kimyəvi təsirlərlə bağlı bütün növ işlər.

8. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma və çiləmə işləri, bu maddələrin daşınması, yüklənməsi, boşaldılması işləri.

9. Partlayıcı maddələrdən istifadə etməklə aparılan işlər, iqtisadiyyatın partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrindəki işlər.

10. Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) iş.

11. Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər.

12. Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.)

13. Kimya sənayesində toksiki maddələrlə təmasda olan bütün işçilər.

14. Təzyiq altında olan qablara xidmət edən aparatçılar.

15. Maşinist (ocaqçı), qazanxana operatorları, qaz nəzarəti xidməti işçiləri.

16. Odlu silah daşımaq və tətbiq (istifadə) etməyə icazəsi olan hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, bank sistemi və digər idarə və xidmət orqanlarının işçiləri.

17. Qazdan xilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi üzrə hərbiləşdirilmiş hissələr və dəstələr, nazirlik və idarələrin hərbiləşdirilmiş dağ və dağ xilasetmə komandaları, yanğından mühafizə xidməti işçiləri.

18. 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən və həmin gərginlik altında iş aparan personal.

19. Heyvandarlıq fermalarının işçiləri.

20. Su kəməri qurğularına, su ehtiyat ambarlarına xidmət göstərən və bilavasitə suyun təmizlənməsində iştirak edən işçilər.

21. Növündən asılı olmayaraq bütün elektriklə işləyən və avtonəqliyyat, traktor və özüyeriyən maşınların sürücüləri.

22. Yeyinti məhsulları müəssisələrinin, süd fermalarının, süd mətbəxlərinin, ərzaq baza və ambarlarının qida maddələri ilə, onların istehsalı, saxlanılması və satılması ilə təmasda olan işçilər, o cümlədən həmin sahədə olan əşyaların sanitariya təmizliyi və təmiri ilə məşğul olan işçilər, eləcə də ərzaq məhsullarının nəqliyyat vasitələrində daşınması zamanı onlarla bilavasitə təmasda olan şəxslər.

23. İaşə, ticarət müəssisələrinin, o cümlədən bütün idarələrin, nəqliyyatın bütün növlərində və vağzallarda bufet və qida bloklarının işçiləri, nəqliyyat bələdçiləri.

24. İşçiləri tibbi müayinədən keçməli olan müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsindən əvvəl və sonrakı müddətdə texnikumların, ixtisas, ümum-təhsil, ali məktəblərin tələbələri.

25. Bütün tədris-tərbiyə müəssisələrinin işçiləri.

26. Uşaq və yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələrinin işçiləri.

27. Məktəbəqədər təhsil müəssisələrinin işçiləri.[1]

28. Müalicə-profilaktika müəssisələrində, sanatoriya, istirahət evləri, pansionat, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində və bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işçilər. [2]

29. Doğum evlərinin (şöbələrin), uşaq xəstəxanalarının (şöbələrin), yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrinin tibbi işçiləri.

30. QİÇS xəstəliyinin diaqnostikası və müalicəsi ilə məşğul olan, bilavasitə onlarla təmasda olan tibb işçiləri.[3]

31. Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan aptek, farmaseptik zavod və fabrik işçiləri.

32. Kompüter operatorları və proqramçıları.

33. Əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrin işçiləri (hamamçı, duş işçiləri, bərbər, manikür, pedikür, kosmetika kabinələrinin işçiləri, camaşırxana, kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.).

34. Üzgüçülük üzrə məşqçilər, təlimatçılar, müalicəvi su proseduraları ilə məşğul olan işçilər.

35. Mehmanxana və yataqxanaların xadimələri, oradakı mərtəbə növbətçiləri, yataqxana komendantları.

HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.

VERGİLƏR

Əmək Məcəlləsinə əsasən, işəgötürən müstəsna hallarda işçini müəyyən olunmuş iş vaxtından artıq müddətdə işə cəlb edə bilər. Bu zaman hər iki tərəfin razılığının olması mütləqdir və bu cür işə cəlb olunma işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bu məsələdə diqqət yetirilməli olan məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Tutaq ki, işəgötürənin qərarına əsasən, işçi 2 iş günü ərzində hər gün işdən sonra 3 saat işləməlidir. Əmrdə qeyd edilir ki, işçi həftənin bazar ertəsi və çərşənbə axşamı saat 18:00-dən 21:00-dək əlavə işə cəlb edilir. Bu cür əmrin verilməsi düzgün hesab edilmir. Çünki dalbadal gələn iki iş günü ərzində işçi cəmi 6 saat işləyəcək ki, bu da əmək qanunvericiliyinin tələbinə ziddir. Maddədən göründüyü kimi, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə daha az müddət müəyyən edilib: əmək şəraiti ağır və zərərli olan iş yerlərində dalbadal gələn iki iş günündə işçi əlavə işə iki saatdan çox cəlb edilə bilməz.

İşçinin iş vaxtından əlavə işə cəlb edilməsinin əsaslandırması olmalıdır. Əmək Məcəlləsinin 101-ci maddəsində işçinin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilən müstəsna hallar qeyd edilib. Buraya dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi və ya işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti halları aiddir.

Məsələn, mühasib dövlət qurumlarına hesabatların təqdimi və ya dövlət orqanlarından gələn sualların cavablandırılması ilə əlaqədar iş vaxtından artıq işləyə bilərmi? Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işçi bu cür işləri iş vaxtında yerinə yetirməlidir. Amma mümkündür ki, işlərin çoxluğundan dövlət orqanının müəyyən etdiyi müddətdə hesabatı təqdim etməkdə problemlər yaransın.

Misal 1. Tutaq ki, işçi hesabatı hazırlamasına baxmayaraq, vergi orqanının serverində problemlər yaranıb. Hesabatın verilməsinin son günü olmasını nəzərə alaraq işəgötürən işçinin razılığı ilə qərar verir ki, işçi iş vaxtından sonra 2 saat əlavə işə cəlb edilməklə müvafiq hesabatı təqdim etməlidir.

İş vaxtından əlavə görülən işə görə əməkhaqqı necə hesablanır?

İşəgötürənin işçini iş vaxtından artıq işə cəlb etməsi ödənişli əsaslarla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Maddənin tələblərini misalla izah edək.

Misal 2. Fərz edək ki, işçinin 2019-cu ilin oktyabr ayı üzrə əməkhaqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olmasını nəzərə alsaq, ay ərzində normal iş saatı 184 (8×23) saat təşkil edir. Deməli, işçinin bir saata düşən əməkhaqqı 3,26 manatdır. İşçi oktyabr ayı ərzində 5 saat əlavə işə cəlb edildiyi halda, ona əlavə olaraq 32,60 manat (3,26x5x2) əlavə əməkhaqqı ödənilməlidir.

Misal 3. İşçi iş günü ərzində 3 saat həcmində natamam iş vaxtı ilə çalışır və 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olduğunu nəzərə alsaq, ay ərzində işçinin iş saatı 69 saat (3×23) təşkil edir. Bu zaman işçinin bir saata düşən əməkhaqqı normal iş saatından fərqli – 8,69 manat olmalıdır. İşçi oktyabr ayı ərzində 5 saat əlavə işə cəlb edildiyi halda, ona əlavə olaraq 86,96 manat (8,69x5x2) əməkhaqqı ödənilməlidir.

Əmək qanunvericiliyinin digər tələblərində olduğu kimi, əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənişi minimal tələbdir. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Misal 4. İşəgötürən işçi ilə əmək müqaviləsində istehsalatda boşdayanmanın yaranmasının qarşısını almaq məqsədilə iş vaxtından artıq çalışan işçilərə əlavə iş saatına görə ikiqat yox, dördqat məbləğdə əlavə əməkhaqqı ödənilməsi barədə qərar verir. İşəgötürən bu cür qərar vermək səlahiyyətinə malikdir. Əmək Məcəlləsində nəzərdə tutulandan aşağı dərəcə ilə ödəniş etməyə isə yol verilmir.

Sual. İş vaxtından əlavə iş saatlarına görə işçiyə əlavə istirahət günləri vermək olarmı?

Təcrübədə rast gəlinən hallardan biri də işəgötürənin iş saatlarından əlavə işə cəlb olunan işçiyə əlavə əməkhaqqı ödəmək istəməməsidir.

Misal 5. Tutaq ki, işçi oktyabr ərzində 4 saat əlavə iş saatına cəlb olunsa da, işəgötürən həmin 4 saata görə ikiqat əməkhaqqı ödənişi əvəzinə, ona həftənin bir iş günü istirahət verildiyini rəsmiləşdirir. Hətta əmrin verilməsi üçün işçinin razılıq ərizəsi də alınır. İşçinin iş vaxtından artıq işlərin görülməsinə cəlb edilməsinin bu formada rəsmiləşdirilməsi əmək qanunvericiliyinə ziddir: Əmək Məcəlləsinin 165-ci maddəsinin 3-cü hissəsinə əsasən, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Nazirlər Kabineti “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib.

Məlumata görə, qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat), dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 40 manat əlavə müəyyən edilib.

Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilib.

Başqa sözlə, bu kateqoriya üzrə dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 50 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 75 manat, iş stajı 20 ildən artıq olduqda — 100 manat, professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 60 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 90 manat, iş stajı 20 ildən artıq olduqda 120 manat əlavələr müəyyən edilib.

Göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınacaq. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödəniləcək.

Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunacaq.

Qeyd edək ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaş ları haqqında” Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarına əsasən elmi dərəcəsi olan, vəzifə maaşı sxemində nəzərdə tutulmamış xalq təhsili, səhiyyə, sosial müdafiə, bədən tərbiyəsi və idman, mədəniyyət və arxiv, kənd və meşə təsərrüfatı, hidrometeorologiya, geologiya və geodeziya idarələrində, bilavasitə öz ixtisası üzrə çalışan Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına fəlsəfə doktorlarına (elmlər namizədlərinə) 36 manat, elmlər doktorlarına 76 manat məbləğində əlavələr müəyyən edilib. Yeni qərarla əlaqədar bu məbləğ müvafiq olaraq 40 manat və 80 manat müəyyən edilib.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Comments are closed, but trackbacks and pingbacks are open.