Press "Enter" to skip to content

Yerquruluşu işlərində müasir avadanlıq təminatı

faydalı qazıntılar yataqlarının sərhədləri;

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Şəhərsalma əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 187 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları” və “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ

Bakı şəhəri, 4 sentyabr 2000-ci il
№ 158

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması,

dövlət ekspertizası aparılması və təsdiq olunması

QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar şəhərsalma sənədlərinin (layihələrinin) tərkibini və tərtibatını tənzimləyir, razılaşdırılma, dövlət ekspertizasının aparılması, təsdiq olunması Qaydalarını müəyyənləşdirir.

Bu Qaydalar — Azərbaycan Dövlət Tikinti normalarıdır (AzDTN 1.5-2) və VSN 38-82-nin əvəzinədir.

Bu Qaydaların tələbləri təsisatından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

1.2. Bu Qaydalarla nəzərdə tutulmuş şəhərsalma layihələrinin işlənməsində Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyi və qüvvədə olan tikinti normativ sənədləri rəhbər tutulmalıdır.

1.3. Bu Qaydalarla aşağıda adları çəkilən şəhərsalma layihələrinin işlənməsi nəzərdə tutulur:

Azərbaycan Respublikası əhalisinin məskunlaşmasının, təbiətdən istifadənin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxemi;

əhalinin məskunlaşmasının, təbiətdən istifadənin və istehsal qüvvələrinin ərazi təşkilinin regional sxemləri;

rayon planlaşdırma sxemləri və layihələri;

şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin, kurortların, tarixi-mədəni və digər funksional ərazilərin Baş planları;

yaşayış məskənlərinin hüquqları layihələri;

yaşayış məskənlərinin, onların ayrı-ayrı funksional zonalarını və düyünlərinin müfəssəl planlaşdırma layihələri (ərazinin tikinti-planlaşdırma layihələri);

məhəllələrin, mikrorayonların, şəhərsalma, memarlıq, landşaft komplekslərinin, parkların, yaşayış məskənlərinin digər elementlərinin tikinti-planlaşdırma layihələri.

1.4. Xüsusi və müəyyən sahələrə aid olan sxem və layihələrin, o cümlədən sənaye qovşaqlarının Baş plan sxemlərinin, layihələndirilən sənaye müəssisələrinin yerləşdirmə sxemləri, sənaye rayonlarında mövcud tikinti nizama salma sxemləri, şəhər sərnişin nəqliyyatının bütün növlərinin inkişafının kompleks sxemləri, mühəndis təminatı üzrə (su təchizatı, kanalizasiya, istilik, qaz, elektrik təchizatı və s.) sxemləri və layihələri, təbiətin mühafizəsi və təbiətdən istifadə olunmasının ərazi kompleks sxemləri, yaşayış məskənləri və ərazilərinin təhlükəli ekzogen və texnogen proseslərdən mühafizə sxemləri, ərazilərin mühəndisi hazırlığı üzrə tədbirlər layihələri, tarixi yerlərin və yaşayış məntəqələrinin yenidənqurma layihələri, turizm və rekreasiya zonalarının layihələri və digər planlaşdırma-şəhərsalma sənədlərinin (layihələrinin) işlənməsi xüsusi və ya müəyyənləşdirilmiş sahələrə aid olan norma və qaydaların tələblərinə uyğun həyata keçirilməlidir.

1.5. Tarixi, arxeoloji, şəhərsalma və memarlıq, monumental incəsənət abidələrinin yerləşdiyi sahələrin, şəhər və digər yaşayış məskənlərinin tarixi-memarlıq istinad planları, abidələrin mühafizə zonalarının layihələri müvafiq planlaşdırma-şəhərsalma layihələrinin tərkib hissəsi olmaqla, bir qayda olaraq, onlardan əvvəl və yaxud onlarla eyni vaxtda işlənməlidir.

1.6. Respublika büdcəsindən maliyyələşdirilən layihə-planlaşdırma işlərinin sifarişçisi Dövlət sifarişi kimi müəyyən edilən şəhərsalma işləri dövlət büdcəsindən maliyyələşdirilir və onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Yerli büdcədən maliyyələşdirilən layihə-planlaşdırma işlərinin sifarişçisi bələdiyyələr ola bilər.

Ərazilərin tikinti-planlaşdırma layihələrinin sifarişçisi həmin ərazilərdə tikintini öz hesabına maliyyələşdirən hüquqi və fiziki şəxslərdir.

Layihə-planlaşdırma işlərinin sifarişçisi, yerli icra hakimiyyətinin və ya bələdiyyənin razılığı ilə maliyyə məsələlərini öz üzərinə götürə biləcək digər təşkilatlar da ola bilər.

1.7. Layihə-planlaşdırma işlərinin icraçısı müəyyən edilmiş qaydada bu sahədə fəaliyyətə dair alınmış xüsusi razılığı (lisenziyası) olan hüquqi və ya fiziki şəxslər (tərtibatçı-layihəçi) ola bilər.

1.8. Sifarişçi layihə-planlaşdırma işlərinin görülməsi üçün müvafiq lisenziyası olan layihəçi ilə müqavilə bağlayır və ona layihələndirmə tapşırığı verir. Müqaviləyə olan əsas tələblər bu Qaydaların 1 nömrəli əlavəsində göstərilmişdir.

Sifarişçi müqavilə ilə təyin edilmiş müddət ərzində layihə-planlaşdırma işlərinin görülməsi üçün lazımi ilkin məlumatların hazırlanmasını təmin edir. İlkin məlumatların doğruluğuna görə məsuliyyəti sifarişçi və sifarişçi ilə bağlanmış müqaviləyə əsasən bu məlumatları təqdim edən təşkilat, müəssisə və ya digər hüquqi şəxslər daşıyırlar.

Sifarişçi tərəfindən layihələndirmə tapşırığının və ya ilkin məlumatların dəyişməsi müqavilə şərtlərinin dəyişməsinə və ya əlavə müqavilənin bağlanmasına gətirib çıxarır.

Sifarişçi layihə-planlaşdırma işlərinin görülməsi üçün lazım olan ilkin məlumatların hazırlanmasını layihəçiyə sifariş edə bilər. İlkin məlumatların hazırlanma şərtləri və bu işlərin maliyyələşdirilməsi müqavilədə qeyd olunmalıdır. Planlaşdırma-şəhərsalma sənədlərinin işlənməsinə aid tapşırığa olan ümumi tələblərin və ilkin məlumatların siyahısı bu Qaydaların 3-10 nömrəli əlavələrində verilmişdir.

Sifarişçi planlaşdırma-şəhərsalma sənədlərinin işlənməsi üçün layihələndirmə tapşırığının hazırlanmasını yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidmətinə tapşıra bilər. Lazım olduğu halda layihələndirmə tapşırığında layihəqabağı, o cümlədən sosioloji, elmi-tədqiqat və sair işlərin aparılması nəzərdə tutulur.

1.9. Ayrı-ayrı səviyyəli planlaşdırma-şəhərsalma sənədlərinin layihə həlləri bir-birinə zidd olmamalı, uzlaşdırılmalı və ardıcıl davamiyyət prinsiplərinə uyğun olmalıdır. Ərazinin və yaşayış məskənlərinin perspektiv inkişaf şərtlərinə, dövlət və ictimaiyyətin maraqlarına əməl olunarsa, müəyyən və ya paralel işlənməsi hallarında ümumi mərhələdən daha dəqiq mərhələlərə keçilməsi əsaslandırıldıqda, işlərin ardıcıllığından kənara çıxılmasına yol verilir.

1.10. Şəhərsalma layihələri işlənilərkən layihə həllinin qəbul olunmasına təsir edən bütün məsələlər şəhərsalma layihələrinin icraçısı ilə razılaşdırılmalıdır.

1.11. Kurort və müalicə ehtiyatları olan şəhər və digər yaşayış məskənlərinin əraziləri üçün şəhərsalma layihələri tibbi zonalaşma materialları, turizm və rekreasiya, kurort ehtiyatlarının qiymətləndirilməsi, həmçinin kurortların və müalicə mənbələrinin sanitar mühafizə zonalarında və xüsusi tənzim olunan zonalarda şəhərsalma fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla işlənilməlidir.

1.12. Təbiət və mədəniyyət abidələri olan tarixi şəhər və digər yaşayış məskənləri və digər funksional ərazilərin planlaşdırma-şəhərsalma sənədləri tarix-memarlıq tədqiqatlarının materialları, təsdiq olunmuş tarix-memarlıq istinad planları və abidələrin mühafizə zonalarının layihələri nəzərə alınmaqla işlənilir.

1.13. Şəhərsalma layihələrinin tərkibində hökmən işlənən (təsdiq olunan) hissəsi ayrılmalı və bu hissənin həlləri müvafiq ərazidə şəhərsalma fəaliyyətinin bütün iştirakçıları tərəfindən icra olunmalıdır. Hökmən işlənilən (təsdiq olunan) hissəyə dəyişikliklərin edilməsi, layihəçinin və müvafiq dövlət nəzarət orqanlarının (xidmətinin) razılığı ilə layihəni təsdiq edən orqanın razılığı və qərarına əsasən edilə bilər.

1.14. Şəhərsalma layihələrinin işlənilməsinə dair ümumi tələblər bu Qaydaların 2 nömrəli əlavəsində verilmişdir.

2. AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİNİN MƏSKUNLAŞMASININ, TƏBİƏTİNDƏN İSTİFADƏSİNİN VƏ İSTEHSAL

QÜVVƏLƏRİNİN ƏRAZİ TƏŞKİLİNİN BAŞ SXEMİ

2.1. Respublikanın əhalisinin məskunlaşmasının, təbiətindən istifadəsinin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxemi (məskunlaşmanın Baş sxemi) uzunmüddətli problem-məqsədli xarakteri olan sənəddir.

2.2. Məskunlaşmanın Baş sxeminin əsas məqsədi, istehsal qüvvələri inkişafının kompleks proqnozu və yerləşdirilməsi, ətraf mühitin ekoloji vəziyyəti və bütövlükdə respublikada şəhərsalma inkişafı şəraitinin təmin olunması baxımından yaşayış məskənlərinin mövcud qarşılıqlı əlaqələri nəzərə alınmaqla ümumdövlət və regionlararası mühəndis-nəqliyyat infrastrukturları, təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşması, yaşayış məskənləri sistemlərinin dayanıqlı inkişafı, təbii və tarixi-mədəni irsin qorunması üzrə təkliflərin işlənilməsi ilə, Azərbaycan Respublikasının ərazisində məskunlaşmanın təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyən edilməsidir.

2.3. Məskunlaşmanın Baş sxemində Respublikanın əhalisinin məskunlaşması və ərazi təşkili sahəsində dövlət siyasəti və ərazilərin zonalaşması müəyyən edilir, ümumdövlət əhəmiyyətli regionlararası ərazilərin və obyektlərin hüdudlarında məskunlaşma və ərazi təşkilinin xüsusiyyətləri və şəhərsalma fəaliyyətinin xüsusi tənzim olunması əsaslandırılır, regional səviyyədə mәskunlaşma və ərazilərin təşkili sahəsində aparılan siyasətin əsas prinsipləri müəyyənləşdirilir.

2.4. Məskunlaşmanın Baş sxeminin həyata keçirilməsi üzrə birinci növbəli tədbirlər, regionların maraqlarının yerinə yetirilməsində dövlət dəstəyini tələb edən məsələlər, o cümlədən: miqrantlar və hәrbçilәrin məskunlaşması məsələləri, sərhədyanı ərazilərin tikintisi, normativ-hüquqi aktların hazırlanması, məskunlaşma və şəhərsalma sahəsində xüsusi və əsaslı elmi-tədqiqat və layihə işlərinin aparılması nəzərə alınmaqla, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri əsasında işlənilir.

2.5. Məskunlaşmanın Baş sxeminin izahat yazısında bu Qaydaların 2.2.-2.4-cü bəndlərində göstərilən müddəaların əsaslandırılması öz əksini tapmalıdır.

2.6. Məskunlaşmanın Baş sxemi, regional məskunlaşma, muxtar respublika və vilayət, respublika əhəmiyyətli şəhərlərin, regionların təbiətdən istifadəsinin və istehsal qüvvələrinin ərazi təşkili sxemləri, rayon planlaşdırma sxem və layihələri, təbiəti mühafizə və təbiətdən istifadənin ərazi kompleks sxemləri, mühəndis-nəqliyyat infrastrukturunun sxem və layihələri, digər regional əhəmiyyətli sənədlərin işlənməsi üçün əsasdır.

2.7. Məskunlaşmanın Baş sxeminin müddəaları Azərbaycan Respublikasının ərazisində bütün növ şəhərsalma fəaliyyətləri üçün əsasdır.

Ümumölkə, regionlararası, region, yerli məqsədli və sosial-inkişaf proqramlarının işlənilməsi, yeni iri istehsalat təsərrüfatı komplekslərinin yerləşdirilməsi və layihələndirilməsi mövcud istehsal təsərrüfatı komplekslərin genişləndirilməsi və yenidənqurulması, yeni şəhərlər, kurortlar və digər ən vacib ərazi obyektlərinin layihələndirilməsi və tikintisi, məskunlaşmanın Baş sxeminin əsas müddəaları nəzərə alınmaqla həyata keçirilməlidir.

2.8. Məskunlaşmanın Baş sxeminin tərkibi, məzmunu və təsdiq olunan hissəsi layihə tapşırığı ilə təyin olunur.

2.9. Məskunlaşmanın Baş sxeminin əsas müddəaları regional siyasətin məqsədli və sosial-iqtisadi proqramların hazırlanmasında nəzərə alınmaq üçün Azərbaycan hökumətinə təqdim olunur.

3. MƏSKUNLAŞMANIN, TƏBİƏTDƏN İSTİFADƏNİN VƏ İSTEHSAL QÜVVƏLƏRİNİN ƏRAZİ TƏŞKİLİNİN REGİONAL SXEMİ

3.1. Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional sxemi (məskunlaşmanın regional sxemi) iqtisadi-coğrafi rayonlar, təbii-iqlim zonaları, sağlamlıq, kurort, turizm və rekreasiya əraziləri, dövlət və inzibati ərazi qurumları və həmsərhəd regionlar üçün işlənilir.

3.2. Məskunlaşmanın regional sxeminin əhatə edəcəyi ərazinin hüdudları layihə tapşırığı ilə müəyyənləşdirilir.

3.3. Məskunlaşmanın regional sxeminin tərkibində inkişaf problemləri göstərilməklə ərazinin kompleks təhlili və ehtiyat potensialının qiymətləndirilməsi, məskunlaşma sistemlərinin formalaşması və xüsusi şəraitdə region ərazisinin təşkili proqnozu, layihələndirilən regionun sərhədləri daxilində olan inzibati ərazi vahidlərinin maraqları nəzərə alınmaqla respublikanın regionlararası və regional mühəndis-nəqliyyat infrastrukturlarının inkişafı, təbii və tarixi-mədəni irsin qorunub saxlanılması üzrə təklifləri işlənilməlidir.

3.4. Məskunlaşmanın regional sxemində məskunlaşmanın Baş sxeminin müddəaları dəqiqləşdirilir, müvafiq regionun və yerli səviyyədə məskunlaşma və ərazi təşkili sahəsində dövlət siyasəti aparılmasının əsas prinsipləri müəyyənləşdirilir.

3.5. Məskunlaşmanın regional sxeminin həyata keçirilməsinin birinci növbəli tədbirləri müvafiq regionun sosial-iqtisadi inkişaf prioritetlərinin xüsusiyyətləri, Azərbaycan Respublikasının və həmsərhəd regionların sosial-iqtisadi problemləri ilə qarşılıqlı əlaqələri nəzərə alınmaqla müəyyənləşdirilir.

Birinci növbəli tədbirlər ümumdövlət, regional, sosial-iqtisadi və məqsədli proqramların və şəhərsalma sahəsində normativ-hüquqi aktların işlənməsi üçün əsaslandırılmış kompleks təklifləri və ümumdövlət, regional, regionlararası əhəmiyyəti olan məskunlaşma və şəhərsalma sahəsində elmi tədqiqat və layihə işlərinin siyahısını əhatə edir.

3.6. Məskunlaşmanın regional sxeminin tərkibində ərazinin müasir istifadəsi planı, kompleks qiymətləndirilməsi sxemi və perspektiv layihə planının qrafiki materialları 1:50000, 1:100000 miqyasında işlənilir.

Perspektiv layihə və ərazinin müasir istifadəsi planlarında məskunlaşma sistemi, xüsusi rejimli istifadə əraziləri, ərazilərin zonalaşması, ümumdövlət, regionlararası, regional əhəmiyyətli mühəndis-nəqliyyat infrastrukturu obyektləri və kommunikasiyaları və digər prinsipial layihə həlləri göstərilir.

3.7. Məskunlaşma sistemlərinin, mühəndis və nəqliyyat infrastrukturlarının formalaşması, ərazilərin təhlükəli təbii və texnogen proseslərdən mühafizəsi, kurort , turizm və rekreasiya zonalarının və qorunan ərazilərin yerləşdirilməsi, azsaylı xalqların və etnik qrupların yaşadığı və təsərrüfat fəaliyyəti ilə bağlı yerlərdə, ekoloji təhlükə və fövqəladə vəziyyətli rayonlarda görüləcək tədbirlər sistemləri ilə əlaqədar layihə həllərini əsaslandıran və ya dəqiqləşdirən sxemləri regionun xüsusiyyətləri nəzərə alınmaqla, məskunlaşmanın regional sxeminin tərkibində sifarişçinin razılığı ilə işlənilir.

3.8. Məskunlaşmanın regional sxeminin izahat yazısı bu Qaydaların 3.4.-3.6-cı bəndlərinin və 3 nömrəli əlavənin tələbləri nəzərə alınmaqla hazırlanır.

3.9. Məskunlaşmanın regional sxeminin əsas müddəaları şəhərsalma layihələndirməsinin sonrakı mərhələlərində, məskunlaşma və ərazi təşkili sahəsində fəaliyyətin yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən tənzimlənməsində və həmçinin layihələndirilən region hüdudları daxilində şəhərsalma prosesinin bütün iştirakçıları tərəfindən nəzərə alınır.

4. RAYON PLANLAŞDIRMA SXEMİ

4.1. Rayon planlaşdırma sxemi rayonun perspektiv inkişaf problemləri, məskunlaşma sistemləri və digər inzibati-ərazi rayonları ilə əlaqədar nəzərə alınmaqla işlənilir.

4.2. Əhalinin optimal şəraitdə məskunlaşmasını, istehsal təsərrüfatı kompleksinin inkişafı və təkmilləşdirilməsini, təbiətdən səmərəli və kompleks istifadə edilməsini təmin edən ərazinin səmərəli planlaşdırma təşkilinin işlənilməsi və sosial, mühəndis-nəqliyyat və istehsalat infrastrukturlarının formalaşdırılması rayon planlaşdırma sxeminin əsas vəzifələridir.

Rayon planlaşdırma sxemi 15-20 il müddətinə hesablanaraq tərtib edilir.

4.3. Rayon planlaşdırma sxemi aşağıdakı məqsədlər üçün işlənilir:

ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı uzunmüddətli perspektiv zonalaşmasının proqnozlaşdırılması;

qarşılıqlı razılıq və birgə sərmayə qoyulmasını tələb edən şəhərsalma fəaliyyətinin bütün sahələrində ümumdövlət, regional, yerli icra hakimiyyəti və bələdiyyələrin maraqlarının tənzimlənməsi.

4.4. Rayon planlaşdırma sxeminin tərkibində aşağıdakı məsələlər həll olunur:

Layihələndirilən obyektin respublikada və regionda yerləşməsi nəzərə alınmaqla təbii, mühəndis-inşaat, tibbi-coğrafi, sosial-iqtisadi, planlaşdırma, infrastruktur, ekoloji, mədəni-etnik və digər şəraitin kompleks qiymətləndirilməsi;

şəhərsalma və ekoloji şəraitin dəyişməsinin və sosial-iqtisadi inkişafın proqnozlaşdırılması;

istifadə etmə növlərinə və funksional təyinatına görə ərazilərin zonalaşması və həmçinin respublika, regional və yerli maraqları nəzərə almaqla torpaqdan istifadə strukturunun dəyişməsi üzrə tövsiyələrin işlənməsi;

məskunlaşmanın təşkili və təkmilləşdirilməsi, istehsal qüvvələrinin ərazi təşkili, əhaliyə məskənlərarası xidmət, rekreasiya və turizm şəbəkəsinin formalaşdırılması, təbiət, tarixi-mədəniyyət abidələri, tarixi şəhər və digər yaşayış məskənlərinin diqqətəlayiq yerlərinin qorunması və istifadəsi məsələləri daxil edilməklə ərazinin planlaşdırma təşkili.

Ərazinin planlaşdırma təşkili təkliflər, variantlar əsasında, qəbul olunmuş həllərin şəhərsalma nöqteyi-nəzərindən əsaslandırılması daxil edilməklə işlənilməlidir;

iri infrastruktur obyektləri və qurğularının yerləşdirilməsi və mühəndis-nəqliyyat kommunikasiya xətlərinin istiqamətləri üzrə variantları işləməklə, layihələndirilən, rayonun məskənlərarası mühəndis-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi;

ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən və təzahürlərdən mühəndis mühafizəsi;

ekoloji və digər fövqəladə qəzaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması;

istehsal təsərrüfatı kompleksinin struktur dəyişməsi və şəhərsalma siyasətinin həyata keçirilməsinə dair yeni üsullar nəzərə alınmaqla rayonun tikinti kompleksinin inkişafı və təkmilləşdirilməsi;

ətraf mühitin mühafizəsi;

məskunlaşmanın, istehsal qüvvələrinin ərazi təşkili, ərazilərin mühəndis-nəqliyyat və sosial infrastrukturlarının və ekoloji sağlamlaşdırılmanın təkmilləşdirilməsi üzrə prioritet məsələlərin birinci növbəli tədbirlərinin həyata keçirilməsi;

investisiyaların strukturu, həcmi və mümkün ola bilən maliyyələşdirmə mənbələri üzrə təqribi göstəricilər.

4.5. Rayon planlaşdırma sxeminin əsas qrafik materialları:

ərazinin kompleks qiymətləndirilməsi sxemi, ərazinin müasir istifadəsi planı (istinad planı) və Baş plan 1:50000, 1:100000 miqyasında işlənilir;

ərazinin zonalaşması, mühəndis-nəqliyyat kommunikasiyaları və qurğuları, ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən mühafizə sxemləri sifarişçi ilə razılaşdırılmaqla icraçı tərəfindən müəyyənləşdirilən miqyasda işlənilir.

Müəyyən hallarda layihələndirilən obyektin xüsusiyyətləri nəzərə alınmaqla əsas qrafik materialların tərkibi və miqyası sifarişçi tərəfindən dəqiqləşdirilə bilər.

Rayon planlaşdırma sxeminin tərkibində layihə həllərini əsaslandıran tərkibi, məzmunu və miqyası layihə tapşırığı ilə müəyyənləşdirilən əlavə sxemlər və ayrı-ayrı fraqmentlər işlənilə bilər.

4.6. Ərazinin müasir istifadəsi planında və Baş planda (əsas cizgidə) aşağıdakılar göstərilir:

inzibati-ərazi qurumlarının, yaşıllıq və şəhərətrafı (qəsəbəətrafı) zonaların, şəhər və qəsəbə yaşayış məskənlərinin sərhədləri, kənd yaşayış məskənləri, rayon mərkəzi;

iri istehsalat obyektləri, o cümlədən şəhər yaşayış məskənləri hüdudlarından kənarda yerləşmiş kənd təsərrüfatı əhəmiyyətli obyektlər;

meliorasiya və suvarılan sahələr göstərilməklə, ən qiymətli kənd təsərrüfatı torpaqları daxil olmaqla ərazinin başlıca funksional istifadəsi;

1-ci qrup meşələr, qoruqlar, kurort yerləri, turizm və rekreasiya zonaları, bağ-bostan əraziləri və təsərrüfatları, xüsusi rejimli təsərrüfat fəaliyyəti olan digər ərazilər;

magistral nəqliyyat və mühəndis kommunikasiya, suvarma kanalları xətlərinin prinsipial istiqamətləri;

su anbarlarının əraziləri;

aerodrom, digər iri nəqliyyat və mühəndis qurğuları, o cümlədən təhlükəli təbii və ekzogen proseslərdən mühafizə qurğularının yerləşdirilməsi;

məişət, bərk və istehsalat tullantılarının təkrar emalı, zərərsizləşdirilməsi və basdırılması.

Bundan başqa, Baş planda şəhər yaşayış məskənlərinin inkişafı üçün ehtiyat ərazilər də göstərilir.

4.7. Ərazilərin kompleks qiymətləndirilməsi sxemində aşağıdakılar göstərilir:

faydalı qazıntı yataqlarının, subasma ərazilərinin, ətraf mühitin çirklənmə zonalarının sərhədləri;

rayonun təbii iqlim, geoloji, mühəndis-inşaat və planlaşdırma şəraitini xarakterizə edən və ərazilərin şəhərsalma və təsərrüfat nöqteyi-nəzərindən mənimsənilməsinin məhdudlaşmasına təsir edən əlverişsiz geoloji, hidrogeoloji, atmosfer və sairə prosesli (seysmik, sürüşmə, karstlar, eroziya, ekstremal yanğınlar və s.) sahələr.

Ərazinin kompleks qiymətləndirilməsi sxemində təbii və texnogen şəraitlərinə, o cümlədən sanitar-gigiyena və mühəndis-geoloji şəraitlərinə görə mülki və istehsalat tikintisi üçün əlverişsiz və məhdud əlverişli zonalar müəyyənləşdirilir.

4.8. Rayon planlaşdırma sxeminin izahat yazısında bu Qaydaların 3 nömrəli əlavəsində olan tələblərin əks etdirilməsi, 4.2.-4.7-ci bəndlərində və 11 nömrəli əlavəsində sadalanan təklif və həllərin əsaslandırılması göstərilməlidir.

4.9. Rayon planlaşdırma sxeminin hökmən işlənilən (təsdiq olunan) hissəsinə şəhərlərin, qəsəbələrin, şəhərətrafı (qəsəbəətrafı) zonaların sərhədləri, məskunlaşma, ərazinin zonalaşması, məskənlərarası mühəndis-nəqliyyat infrastrukturunun inkişafı, ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən mühafizəsi, ətraf mühitin yaxşılaşdırılması, rayon planlaşdırma sisteminin reallaşdırılması üzrə birinci növbəli tədbirlər haqqında prinsipial layihə təklifləri daxildir.

5. RAYON PLANLAŞDIRMA LAYİHƏSİ

5.1. Rayon planlaşdırma layihəsi ərazi istehsalat kompleksinin, aqlomerasiya, inzibati rayonun, şəhərətrafı zonanın, təbii-qoruq zonasının, kurort, müalicə , turizm və rekreasiya əhəmiyyətli zonaların, tarixi-mədəni, təbii irsin və digər obyektlərin əraziləri üçün işlənilir.

Rayon planlaşdırma layihəsi, rayon planlaşdırma sxemi kimi 15-20 il müddətinə hesablanır və işlənilir.

5.2. Rayon planlaşdırma layihəsinin məqsədi:

tabeliyində olan ərazi hüdudlarında və həmçinin bu hüdudlardan kənardakı yerli icra hakimiyyətinin və ya bələdiyyənin şəhərsalma fəaliyyəti sahəsində maraqlarının uzlaşdırılması;

respublika və rayonların maraqlarının nizamlanması, məskunlaşma və digər təsərrüfat növü üçün tabeliyində olan ərazilərin istifadəsinə dair konkret tələblərin və məhdudiyyətlərin qoyulmasıdır.

5.3. Rayon planlaşdırma layihəsində (bu Qaydaların 4.4-cü bəndində göstərilən tələblərə müvafiq olaraq) rayon planlaşdırma sxeminin həlləri layihələndirilən əraziyə uyğun olaraq dəqiqləşdirilir.

Rayon planlaşdırma layihəsində:

şəhərin ərazi inkişafı;

şəhərətrafı zonalar sərhədlərinin müəyyən edilməsi;

fərdi yaşayış tikintisinin, bağçılıq və bostançılıq təsərrüfatının yerləşdirilməsi üçün ərazilərin aşkar edilməsi;

istehsal təsərrüfatı obyektləri və yeni yaşayış məskənlərinin yerləşdirilməsi üçün ərazi ehtiyatlarının aşkar edilməsi;

uzun və qısa müddətli turizm və rekreasiya zonalarının yerləşdirilməsi;

şəhər və kənd məskunlaşmasının spesifik məsələlərinin həlli;

məskənlərarası mühəndis-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi;

sənaye və məişət tullantılarının zərərsizləşdirilməsi, emal edilməsi, istifadə edilməsi, anbara yığılması və basdırılması üzrə obyektlərin və poliqonların yerləşdirilməsi;

kənd məskunlaşmasının təkmilləşdirilməsi;

qeyri-qənaətbəxş ekoloji şəraitli ərazilərin, ən əvvəl iri və nəhəng şəhərlərin rayonlarında sanitariya-gigiyena və mühitin mühafizəsi funksiyalarını daşıyan ərazilərin ayrılması;

xüsusi qorunan təbii ərazilərin, həmçinin tarixi-mədəni irs obyektlərinin sərhədlərinin təyin edilməsi məsələləri üzrə əsaslandırılmaların verilməsi.

5.4. Rayon planlaşdırma layihəsi, əhatə etdiyi ərazinin ölçüsündən asılı olaraq 1:25000, 1:50000 miqyasında işlənilir.

5.5. Ərazinin kompleks qiymətləndirilməsi sxemində aşağıdakılar göstərilir:

layihələndirilən rayon hüdudlarında şəhərsalma və təsərrüfat fəaliyyətinin məhdudlaşdırılmasına təsir edən amillər, o cümlədən faydalı qazıntıların sahələri, qorunan ərazilər, subasma zonaları və digər əlverişsiz təbii proseslər və təzahürlər, texnogen təsir və ətraf mühitin çirklənmə zonaları;

torpaq, su, meşə, turizm və rekreasiya, kurort və digər planlaşdırma və mühəndis-inşaat şəraitləri daxil edilməklə layihələndirilən rayonun ehtiyat potensialının qiymətləndirilməsi.

Aparılmış kompleks qiymətləndirmə və müvafiq əsaslandırılmalar nəticəsində sxemdə müxtəlif növ şəhərsalma və təsərrüfat fəaliyyəti üçün tövsiyə olunan ərazilər göstərilir.

5.6. Ərazinin müasir istifadəsi planında və Baş planda (əsas cizgidə);

inzibati-ərazi qurumlarının, şəhər və digər yaşayış məskənlərinin sərhədləri;

şəhərlərin yararlı və şəhərətrafı yaşıllıq zonalarının, qoruqların və təsərrüfat fəaliyyəti tənzimlənən digər ərazilərin sərhədləri;

kurortların, su təchizatı mənbələrinin, təbiət və tarixi-mədəniyyət abidələrinin mühafizə zonaları;

şəhər məskənlərindən kənarda istifadə olunan əsas torpaqların sərhədləri;

şəhər yaşayış məskənlərində istehsalat və yaşayış ərazilərini, meliorasiya olunan və suvarılan kənd təsərrüfatı torpaqlarını, meşə fonduna daxil olan 1-ci qrup meşələri ayırmaqla, ərazilərin funksional istifadə olunması;

kənd yaşayış məskənləri, bağ-bostan təsərrüfatları;

nəqliyyat təminatı kommunikasiyalar və qurğular;

ayrıca yerləşmiş istehsalat və mühəndis təyinatlı iri obyektlər və qurğular;

məişət, bərk və istehsalat tullantılarının təkrar emalı, zərərsizləşdirilməsi və basdırılması;

təhlükəli ekzogen və texnogen proseslərə qarşı mühafizə qurğuları, ərazinin rekultivasiyası üzrə tədbirlər;

müxtəlif tikinti növləri üçün ərazi ehtiyatları göstərilir.

5.7. Rayon planlaşdırma layihəsinin izahat yazısında bu Qaydaların 3 nömrəli əlavəsində olan tələblərin nəzərə alınması göstərilməli, 4.2.-4.7., 5.4. və 5.5-ci bəndlərində və 11 nömrəli əlavəsində sadalanan təklif və həllər əsaslandırılmalıdır.

5.8. Rayon planlaşdırma layihəsinin hökmən işlənilən (təsdiq olunan) hissəsinə layihə həllərinin müvafiq dəqiqləşdirilməsi ilə bu Qaydaların 4.9-cu bəndində sadalanmış müddəalar və həmçinin şəhərlərin sərhədlərinin təyini üzrə təkliflər daxil edilir.

Kurort, turizm və rekreasiya, müalicə-sağlamlıq təyinatlı rayonlar üçün layihənin təsdiq olunan hissəsinə rayonun optimal tutumu və kurortun mühafizə zonasının sərhədləri üzrə təkliflər daxil olunur.

5.9. Rayon planlaşdırma layihəsinin materialları müvafiq ərazilərin sosial-iqtisadi inkişafı proqramlarının və planlarının işlənməsi üçün şəhərsalma və ekoloji cəhətdən əsasdır.

6. ŞƏHƏRİN (QƏSƏBƏNİN) BAŞ PLANI

6.1. Şəhərin (qəsəbənin) Baş planı əhalini və dövlət mənafelərini nəzərə almaqla şəhərin (qəsəbənin) ərazi inkişafının istiqamətləri və sərhədləri, ərazinin funksional təyinatı və tikintisinin zonalaşması, mülkiyyət növlərinə görə torpaqların paylaşdırılması, ümumşəhər (ümumqəsəbə) əhəmiyyətli obyektlərin yerləşdirilməsi, nəqliyyat xidməti, mühəndis təminatı və abadlaşdırma, ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən mühafizəsi, təbii və tarixi-mədəni irsin qorunması, ərazinin mənimsəmə ardıcıllığı üzrə prinsipial həlləri müəyyən edən əsas hüquqi planlaşdırma-şəhərsalma sənədidir.

6.2. Baş plan bir qayda olaraq iki mərhələdə hazırlanır:

Baş planın konsepsiyası (konsepsiya);

şəhər və qəsəbənin Baş planı (Baş plan);

əhalinin hesabi sayı 50 min nəfərə qədər olan şəhərlər və qəsəbələr üçün konsepsiya Baş planının tərkibində işlənilə bilər.

6.3. Konsepsiya, ərazinin ehtiyat potensialı və təbiətdən səmərəli istifadə edilməsini nəzərə almaqla, bio-ekoloji, sosial-iqtisadi və şəhərsalma şəraitlərinin kompleks təhlili əsasında şəhər (qəsəbə) ərazisinin və şəhərətrafı (qəsəbəətrafı) zonaların inkişafının mərhələləri və uzunmüddətli strategiyasını və funksional-planlaşdırma təşkilini müəyyən etmək məqsədi ilə işlənilir.

Konsepsiya şəhərin (qəsəbənin) hüdudları layihəsinin hazırlanması üçün əsasdır.

6.4. Konsepsiya bu Qaydaların 6.5.—6.7-ci bəndlərində göstərilmiş materialların tərkibində işlənilir.

Əhalinin hesabi sayı 500 min nəfərdən çox olan şəhərlərin konsepsiyasının qrafik materialları şəhərətrafı zona ilə birlikdə 1:25000, şəhərin özü 1:10000, əhalinin hesabi sayı 250–500 min nəfərə qədər olan şəhərlərin qrafik materialları 1:10000, 1:25000, əhalinin hesabi sayı 100–250 min nəfərə qədər olan şəhərlərin qrafik materialları 1:10000, əhalinin hesabi sayı 50—100 minə qədər olan şəhərlərin (qəsəbələrin) qrafik materialları 1:5000, 1:10000 miqyaslarında işlənilir.

Göstərilən miqyaslar konkret vəziyyət nəzərə alınmaqla, sifarişçi tərəfindən dəqiqləşdirilə bilər.

6.5. Ərazinin müasir istifadəsi və kompleks qiymətləndirilməsi sxemində aşağıdakılar göstərilir:

ərazinin mövcud funksional istifadəsi;

inzibati-ərazi qurumlarının, o cümlədən şəhərin (qəsəbənin), şəhərətrafı (qəsəbəətrafı) zonaların və onların əsas istifadə edilən torpaqlarının sərhədləri;

mühəndis-nəqliyyat qurğuları və kommunikasiyaların əraziləri;

kurort, su təchizatı mənbələri, təbii və tarixi-mədəniyyət abidələrinin mühafizə zonaları;

ətraf mühiti çirkləndirmə mənbələrindən ayıran sanitar-mühafizə zonaları;

təbii və texnogen şərtlərə görə tikinti üçün əlverişsiz sayılan ərazilər.

Ərazidə təhlükəli ekzogen və texnogen proseslər mövcud olduqda, hazırkı sxem seysmik mikrorayonlaşdırma, radiasiya şüalanması, radiasiya –istilik və külək rejimləri, əraziləri subasma və digər amillər üzrə sxematik xəritələr ilə tamamlanır.

Sxemin tərkibində olan qrafik materiallar çox sıx olarsa, ərazinin müasir istifadəsi və kompleks qiymətləndirilməsi sxemləri bir-birindən ayrı işlənilə bilər.

6.6. Şəhər (qəsəbə) ərazisinin inkişafı sxemində aşağıdakılar göstərilir:

inzibati-ərazi qurumlarının sərhədləri (o cümlədən şəhərin və yaxud qəsəbənin təklif olunan sərhədləri);

birinci növbəli mülki-mənzil, istehsalat və kommunal tikintisi, o cümlədən azmərtəbəli və fərdi tikinti sahələri göstərilməklə ərazinin memarlıq-planlaşdırma təşkili;

ərazinin layihə üzrə funksional zonalaşması (ərazinin funksional zonalaşmasına məişətin bərk və istehsalat tullantılarının təkrar emalı, zərərsizləşdirilməsi və basdırılması zonası daxil edilməlidir);

əsas mühəndis-nəqliyyat qurğuları və kommunikasiyaların əraziləri;

təbiət və mədəni-tarixi abidələrin mühafizə zonaları.

Sxemin tərkibində olan qrafik materiallar çox sıx olarsa, şəhərin (qəsəbənin) ərazi inkişafı və mühəndis təchizatı sxemləri bir-birindən ayrı işlənilə bilər.

6.7. Konsepsiyanın izahat yazısında bu Qaydaların 6.5. və 6.6-cı bəndlərində sadalanan məlumatlar və həmçinin şəhərin (qəsəbənin), şəhərətrafı (qəsəbəətrafı) zonaların ehtiyat imkanları, əhalinin strukturu və sayı, şəhərqurma bazasının yeni obyektlərinin yerləşdirilməsi, yaşayış, mədəni-məişət və kommunal tikintisinin strukturu və həcmləri, bunun üçün vacib olan ərazilər, tikinti bazasının inkişafı, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, su və elektrik təchizatı mənbələri, suyun kənar edilməsi, mühəndis-nəqliyyat infrastrukturları inkişafının əsas prinsipləri haqqında məlumatlar verilir.

İzahat yazısında ərazinin inkişafı variantları və həmçinin şəhərin (qəsəbənin) ərazi təşkili və inkişafı mərhələlərinin şəhərsalma və sosial-iqtisadi əsaslandırılması verilir, layihənin həyata keçirilməsinin mümkün nəticələri qiymətləndirilir.

6.8. Konsepsiyanın təsdiq olunan hissəsinə aşağıdakılar daxildir:

şəhər (qəsəbə) ərazisinin məqsədyönlü istifadəsi (funksional zonalaşması) və inkişaf mərhələləri üzrə təkliflər;

dövlət, bələdiyyə, inzibati rayonların və digər mülkiyyət formalı ərazilərin şəhər (qəsəbə) hüdudları və şəhərətrafı (qəsəbəətrafı) zonaların sərhədlərinin şəhərsalma qanunvericiliyi əsasında təyin edilməsi üzrə təkliflər;

şəhər (qəsəbə) və şəhərətrafı (qəsəbəətrafı) zonaların mühəndis-nəqliyyat və sanitar-gigiyena infrastrukturunun inkişaf istiqamətlərinin prinsipial həlləri.

6.9. Şəhərin (qəsəbənin) Baş planı 15–20 il müddəti üçün işlənilir və şəhərin (qəsəbənin) ərazi quruluşunu, ümumşəhər (ümumqəsəbə) əhəmiyyətli sosial obyektlərin yerləşdirilməsi, mühəndis və nəqliyyat sistemləri inkişafının əsas istiqamətlərini, təbii və tarixi-mədəni irsin qorunması üzrə tədbirləri, ərazinin və tikintinin mənimsənilmə ardıcıllığını müəyyənləşdirir.

Şəhər (qəsəbə) və şəhərətrafı (qəsəbəətrafı) zonaların sosial-iqtisadi inkişafı məsələləri Baş plan konsepsiyasının materialları əsasında, belə materiallar işlənmədiyi hallarda isə Baş planın tərkibində həll olunur.

6.10. Əhalinin hesabi sayı 50 min nəfərə qədər olan şəhərin (qəsəbənin) Baş planı şəhərin (qəsəbənin) bütün ərazisi və ya tikintinin birinci növbəsinin ərazisi üçün nəzərdə tutulan müfəssəl planlaşdırma layihələri ilə birlikdə işlənə bilər.

Yaşayış məskəninin bütün ərazisi üçün nəzərdə tutulan müfəssəl planlaşdırma layihəsi şəhərin (qəsəbənin) Baş planı ilə birlikdə işləndiyi halda Baş planın qrafik materiallarının miqyası və tərkibi bu Qaydaların 10.4.–10.12-ci bəndlərinə uyğun qəbul olunur.

6.11. Şəhərin (qəsəbənin) Baş planı bu Qaydaların 6.10.—6.15ci bəndlərində göstərilən materialların tərkibində işlənilir.

Əhalinin hesabi sayı 500 min nəfər və daha çox olan şəhərlərin Baş planının qrafik materialları 1:10000, əhalinin hesabi sayı 250—500 min nəfərə qədər olan şəhərlərin qrafik materialları 1:5000, 1:10000, əhalinin hesabi sayı 100–250 min nəfərə qədər olan şəhərlərin (qəsəbələrin) qrafik materialları 1:5000, əhalinin hesabı sayı 50—100 min nəfərə qədər olan şəhərlərin (qəsəbələrin) qrafik materialları isə 1:5000 miqyaslarında işlənilir.

Göstərilən miqyaslar, konkret vəziyyət nəzərə alınmaqla, sifarişçi tərəfindən dəqiqləşdirilə bilər.

6.12. Ərazinin müasir istifadəsi planında (istinad planında) və Baş planda (əsas cizgidə):

şəhərin (qəsəbənin) sərhədləri;

ərazinin funksional istifadəsi;

yaşayış, ictimai, istehsalat, kommunal, anbar və digər funksional zonaların planlaşdırma strukturu;

yaşayış, ictimai, istehsalat, kommunal, anbar tikintisinin mərtəbəlilik və əsaslılıq dərəcəsinə görə zonalaşması;

kənd təsərrüfat təyinatlı, yaşıllıq, istirahət və idman, xarici nəqliyyat qurğuları və kommunikasiyaları, mühəndis təminatının baş qurğuları əraziləri;

məişət, bərk və istehsalat tullantılarının təkrar emalı, zərərsizləşdirilməsi və basdırılması;

yol-küçə şəbəkəsi, yüksək gərginlikli elektrik ötürücü xətləri;

təbii və tarixi-mədəni abidələrin mühafizə zonalarının sərhədləri;

dövlət, bələdiyyə və digər mülkiyyət formalı ərazilər göstərilir.

Ərazinin müasir istifadəsi planında (istinad planında) bütün tikinti və təsərrüfat istifadəsi üçün ayrılmış sahələr, Baş planda isə birinci növbədə tikilən sahələr göstərilir.

6.13. Ərazinin kompleks qiymətləndirilməsi sxemində aşağıdakılar göstərilir:

faydalı qazıntılar yataqlarının sərhədləri;

təbii və texnogen şəraitə görə müxtəlif səviyyəli əlverişsiz ərazilər;

müəssisələr, kurortlar, su hövzələri, mühəndis-nəqliyyat qurğuları və sistemlərinin sanitar mühafizə, mühafizə və qorunma zonaları;

aeroport, təbii və texnogen qəzaları mümkün olan rayonlarda tikintinin məhdudlaşdırılması zonaları;

yüksək səs-küy, vibrasiya, elektro-maqnit dalğaları, radiasiya şüalanması zonaları və həmçinin ətraf mühitin ekoloji pozuntuları zonaları;

bütün növ tikintinin yerləşdirilməsinə təsir edən digər zonalar və məhdudiyyətlər.

Mürəkkəb mühəndis-geoloji şərait mövcud olduqda, sxemə mühəndis-geoloji və hidrogeoloji xəritələr, zəlzələ gücü 7 bal və daha çox olduqda, mikroseysmik rayonlaşdırma xəritələri əlavə edilir.

6.14. Ərazinin nəqliyyat sxemində:

xarici nəqliyyatın ərazisi və qurğuları (dəmiryol xətləri və stansiyalar, aeroportlar, körpülər, yol ötürücüləri, tunellər və s.);

yol-küçə şəbəkəsinin təsnifatı;

küçədən kənar və yerüstü ictimai rels nəqliyyatının xətləri və qurğuları;

metro və tramvay depolarının, avtobus-trolleybus parklarının, iri qarajların və minik avtomobilləri dayanacaqlarının yerləşdirilməsi göstərilir.

6.15. Ərazinin mühəndis-nəqliyyat təminatı və mühəndis hazırlığı sxemində:

ərazinin mühəndis-nəqliyyat təminatının və hazırlığının baş qurğuları;

magistral kəmərlər (su, kanalizasiya, istilik, qaz, yağış suları kanalizasiyası, təmizlənmiş axar suların axıdılması yeri, yüksək gərginlikli elektrik xətləri, rabitənin əsas obyektləri, elektron və zəif cərəyan qurğuları);

şəhərlərin hidrotexniki qurğuları;

drenaj və mühüm torpaq işlərinin aparılmasını tələb edən sahələr;

təmizlənməsi və tənzimlənməsi tələb olunun çayların və digər su hövzələrinin sahələri;

pozulmuş ərazilərin rekultivasiya olunması tədbirləri göstərilir.

Ərazinin mühəndis-nəqliyyat təminatı və mühəndis hazırlığı sxemində göstəriləcək qrafik materiallar çox sıx olarsa, bu sahədə ayrı-ayrı sxemlər işlənilə bilər.

6.16. Baş planın tərkibində məzmunu, tərkibi və miqyası layihə tapşırığı ilə müəyyənləşdirilən əlavə sxemlər də işlənilə bilər.

6.17. Baş planın izahat yazısı tərkibinə bu Qaydaların 6.10.–6.14-cü bəndlərində və 12 nömrəli əlavəsində sadalanan məlumatlar əsaslandırılmalıdır. İzahat yazısında Baş planın əsas müddəaları və şəhərin (qəsəbənin) tikintisinin ardıcıllığı və müəyyənləşdirilmiş qaydaları göstərilir.

6.18. Baş plan şəhər sərnişin nəqliyyatının bütün növlərinin inkişafı və yol tikintisinin kompleks sxeminin, su təchizatı, kanalizasiya, istilik təchizatı və digər ixtisaslaşdırılmış sxemlərin və layihələrin işlənməsi üçün əsasdır.

6.19. Baş planın hökmən işlənilən (təsdiq olunan) hissəsinə;

ərazinin funksional zonalaşması;

ərazinin tikinti üzrə zonalaşması (mərtəbəliliyi və tikintinin sıxlığına görə);

şəhərin (qəsəbənin) mövcud tikintilərinin qiymətləndirilməsi;

dövlət bələdiyyə və digər mülkiyyət formalı ərazilərin sərhədləri;

ərazinin mühəndis hazırlığı;

şəhər (qəsəbə) tikintisinin müəyyənləşdirilmiş qaydaları daxil edilir.

7. ŞƏHƏR, QƏSƏBƏ VƏ KƏND YAŞAYIŞ MƏSKƏNİNİN HÜDUDLARI LAYİHƏSİ

7.1. Şəhər, qəsəbə və kənd yaşayış məskəninin hüdudları layihəsi, yaşayış məskəninin ölçülərini və sərhədlərini təyin etmək və yerində müəyyənləşdirmək məqsədi ilə işlənilir.

Yaşayış məskəninin hüdudu–yaşayış məskəninin torpaqlarını Azərbaycan Respublikasının torpaq fondunun digər kateqoriyalı torpaqlarından ayıran xarici sərhəddir.

7.2. Müvafiq dövlət orqanı, yerli icra hakimiyyəti, bələdiyyə, kənd icra hakimiyyəti nümayəndəliyinin qərarı yaşayış məskəninin hüdudları layihəsinin işlənilməsi üçün əsasdır.

7.3. Yaşayış məskəninin hüdudları layihəsi təsdiq edilmiş rayon planlaşdırma layihəsi, yaşayış məskəninin Baş planı və qüvvədə olan digər planlaşdırma-şəhərsalma və yerquruluşu sənədləri nəzərə alınmaqla işlənilir.

Kənd yaşayış məskəninin hüdudları layihəsi bu məskənin Baş planının tərkibində işlənilə bilər.

7.4. Yaşayış məskəninin hüdudları layihəsi işləndikdə, onların torpaqlarının tərkibi Azərbaycan Respublikasının qanunvericiliyinə görə müəyyən edilir.

7.5. Yaşayış məskəninin hüdudları layihəsi bu Qaydaların 7.6.–7.8-ci bəndlərində göstərilən mətn və qrafik materialları tərkibində işlənilir.

7.6. Yaşayış məskəninin hüdudları layihə planı ərazinin sahəsindən asılı olaraq 1:2000, 1:5000, 1:10000, 1:25000 miqyaslarında yerinə yetirilir.

Layihə planında aşağıdakılar göstərilir:

yaşayış məskəninin hüquqi müəyyənləşdirilmiş sərhədi, beləsi olmadıqda isə yaşayış məskəninin mövcud sərhədi;

yaşayış məskəninin torpaqlarının kateqoriya və növlərinə görə müasir istifadəsi;

yaşayış məskəninin ərazisinə daxil edilən torpaqlar (kateqoriyaları və istifadəsi növləri üzrə);

yaşayış məskəninin təsdiq olunmuş Baş planının və qüvvədə olan digər planlaşdırma-şəhərsalma sənədlərinin layihə həlləri;

yaşayış məskəninin hüdudlarının təyin olunmasına və ya dəyişdirilməsinə təsir edən digər həllər;

yaşayış məskəninin layihələndirilən hüdudları;

mövcud sərhədlər çərçivəsində olan ərazilərin sahəsini göstərməklə, yaşayış məskəninin torpaqlarının eksplikasiyası;

yaşayış məskəninin torpaqlarına daxil edilən (çıxarılan) ərazilərin kateqoriyaları, növləri və istifadəsi üzrə sahəsi;

yaşayış məskəninə qonşu olan torpaq sahiblərinin və torpaqlardan istifadə edənlərin tam adları.

7.7. Yaşayış məskəninə bitişik torpaqların inzibati-ərazi quruluşunun sxemi 1:25000 miqyasında işlənilir. Bu sxem lazım olduğu halda layihə tapşırığına uyğun olaraq işlənilir.

7.8. Yaşayış məskəninin hüdudları layihəsinin izahat yazısı tərkibinə:

yaşayış məskəninin mövcud hüdudları və torpaqlarının müasir istifadəsi haqqında məlumatlar (torpaqların kateqoriyaları və istifadəsi növlərinə görə məlumatlar cədvəl şəklində verilir);

yaşayış məskəninin təsdiq edilmiş Baş planının və qüvvədə olan digər planlaşdırma-şəhərsalma sənədlərinin layihə həlləri;

yaşayış məskəninin ərazi inkişafına dair dövlət orqanının, yerli icra hakimiyyətinin, bələdiyyənin, kənd icra hakimiyyəti nümayəndəliyinin qərarları;

yaşayış məskəninin ərazisinə (kateqoriyaları, istifadə növlərinə görə cədvəl şəklində verilən məlumatlarla birgə) digər torpaqların daxil edilməsinin (çıxarılmasının) əsaslandırılması;

Şəhər (qəsəbə) yaşayış məskəninin hüdudlarına daxil edilən kənd yaşayış məskənlərinin şəhərdən (qəsəbədən) məsafəsi, onlarda olan sənaye müəssisələri və sosial-mədəni təşkilatların siyahısı, əhalinin sayı, o cümlədən şəhər (qəsəbə) müəssisələri və təşkilatlarında işləyən fəhlə və qulluqçuların sayı haqqında məlumatlar;

mərtəbəliliyi, divar materialları, mülkiyyət növləri, abadlığı, mühəndis təminatı sistemləri vəziyyətlərinə görə yaşayış fondunun həcmi haqqında məlumatlar;

yaşayış məskəninin layihələndirilən hüdudları daxilində yerləşən torpaqlarının kateqoriyaları və istifadəsi növləri göstərilməklə (cədvəl şəklində), yaşayış məskəninin ümumi torpaq balansı;

yaşayış məskənin layihə hüdudlarının təsviri;

yaşayış məskəninin hüdudları layihəsinin baxılması və razılaşdırılması üzrə sənədlər daxil edilməlidir.

yaşayış məskəninin hüdudları yerli icra hakimiyyətinin, bələdiyyənin, kənd icra hakimiyyəti nümayəndəliyinin, yerli memarlıq-tikinti xidmətinin və Dövlət Torpaq Komitəsinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən yer üzərində (naturada) təyin edilir və müvafiq pasportla rəsmiləşdirilir.

8. KƏND YAŞAYIŞ MƏSKƏNİNİN BAŞ PLANI

8.1. Kənd yaşayış məskəninin Baş planı ərazinin səmərəli funksional istifadəsi, əhalinin yaşayış mühitinin ekoloji, sanitar-gigiyenik, təsərrüfat, torpaq və estetik problemlərinin həlli məqsədi ilə işlənilir.

8.2. Kənd yaşayış məskəninin Baş planında yerli və regional maraqlar nəzərə alınmaqla rayon planlaşdırma layihəsinin, layihələndirilən ərazinin inkişafına aid digər planlaşdırma-şəhərsalma və yerquruluşu sənədlərinin, dövlət icra hakimiyyəti orqanlarının qərarlarının prinsipial müddəaları dəqiqləşdirilir və inkişaf etdirilir.

8.3. Kənd yaşayış məskəninin Baş planı yaxın 5-10 illik müddətə aşağıdakı məsələlər üzrə prioritetləri və ardıcıl strategiyanı müəyyən edən hüquqi sənədlər:

kənd yaşayış məskəninin istehsalat bazasının, sosial və nəqliyyat-mühəndis infrastrukturunun təşkili;

kənd yaşayış məskəninin ərazisinin və memarlıq-planlaşdırma strukturunun inkişafı;

ayrı-ayrı yaşayış, istehsalat və digər təyinatlı qurumların inkişafı və sərhədlərinin müəyyənləşdirilməsi:

funksional zonaların istifadəsi və tikinti qaydalarına aid şəhərsalma tələblərinin həyata keçirilməsi.

kənd icra hakimiyyəti nümayəndəliyinin ixtiyarında olan ərazilərin inzibati sərhədlərinə yenidən baxılması zərurəti olarsa və rayon planlaşdırma layihəsində müvafiq təkliflər nəzərdə tutulmayıbsa, bu sərhədlər kənd yaşayış məskənin Baş planı ilə müəyyən edilir.

8.4. Kənd yaşayış məskəninin Baş planı:

kənd yaşayış məskəninin funksional zonalarının layihələrinin (lazım gələrsə), kənd yaşayış məskəninin hüdudları layihəsinin, fermer təsərrüfatı, bağ, istirahət və digər sahələrin, tikinti-planlaşdırma layihələrinin, mühəndis təminatı və ərazinin abadlaşdırılması layihələrinin işlənməsi;

ərazinin şəhərsalma və təsərrüfat inkişafı, şəhərsalma fəaliyyətinin prioritet tədbirlərinin maddi ehtiyatları, maliyyə, təşkilati və hüquqi təminatı üzrə kənd icra hakimiyyəti nümayəndələrinin qəbul etdikləri qərarlar üçün əsasdır.

8.5. Kənd yaşayış məskəninin baş planı bu Qaydaların 8.6.–8.9-cu bəndlərində göstərilən materialların tərkibində işlənilir.

8.6. Kənd yaşayış məskəni ərazisinin yerləşməsi sxemi 1:10000 miqyasında işlənilir. Sxemdə:

ərazinin layihə sərhədləri;

kənd təsərrüfatı və digər müəssisələrin əraziləri;

layihələndirilən əraziyə təsir edən digər qonşuluqda olan yaşayış məskənləri və funksional zonalar;

məskənlərarası mühəndis-nəqliyyat və mühəndis kommunikasiyaları və obyektləri göstərilir.

8.7. Kənd yaşayış məskəninin ərazisinin müasir istifadəsi planı 1:5000 və ya 1:10000 miqyaslarında yerinə yetirilir. Planda:

yaşayış məskəninin və onun funksional zonalarının mövcud sərhədləri və planlaşdırma strukturu;

kateqoriyaları və mülkiyyət formaları göstərilməklə torpaqdan istifadəsi və torpağın kimə məxsus olması;

yeni tikinti və ya təsərrüfatın istifadəsi üçün ayrılmış və sənədləşdirilmiş torpaq sahələrinin sərhədləri;

faydalı qazıntı yataqlarının sərhədləri;

təsdiq olunmuş planlaşdırma-şəhərsalma və yerquruluşu sənədləri ilə nəzərdə tutulmuş ərazi ehtiyatları;

mühəndis-nəqliyyat kommunikasiyaları və qurğuları, kommunal təsərrüfatı obyektləri, təbiət, tarix və mədəniyyət abidələri, landşaft və memarlıq nöqteyi–nəzərindən digər görkəmli yerlər;

ekoloji fəlakət, antisanitariya mənbələri və zonaları;

landşaftın bərpasına ehtiyacı olan ərazilər;

mühafizə və qoruq zonaları (tikintini tənzimləyən zonalar göstərilir).

8.8. Kənd yaşayış məskəninin Baş planı (əsas cizgi) 1:2000 miqyasında işlənilir. Baş planda:

yaşayış məskəninin layihə sərhədləri;

yaşayış məskəninin inkişafı, saxlanılması, müstəsna hallarda isə yaşayış məskəninin və onun yaşayış, istehsalat və digər təyinatlı qurumların funksiyalarının dayandırılmasına aid təklifləri;

kənd təsərrüfatı və digər istehsalın təşkili;

yaşayış məskəninin, təbiəti mühafizə, içməli su təchizatının yerüstü mənbələrinin qorunması və tarixi mədəniyyət abidələrinin zonaları;

nəqliyyat və piyada əlaqələrinin, memarlıq-planlaşdırma strukturlarının inkişafı;

yaşayış məskəninin ayrı-ayrı yaşayış, istehsalat və digər təyinatlı qurumlarının tikinti zonalaşması;

çatışmayan xidmət obyektləri, mühəndis təminatı qurğuları və kommunikasiyaları, kommunal təsərrüfat obyektləri və ərazinin mühəndis müdafiəsi;

layihələndirilən meşə mühafizə zolaqları, meşə salınma sahələri və pozulmuş landşaftın bərpası üzrə təkliflər.

8.9. Baş planın izahat yazısı aşağıda sadalanan məsələlər üzrə bu Qaydaların 8.5-8.8-ci bəndlərində göstərilən layihə həllərini açıqlamalıdır:

təbii ərazi, xammal, ekoloji, istehsalat ehtiyatlarının və yaşayış, mədəni və digər inşaat və mühəndis fondlarının, tarixi-mədəni irsin, təbii görkəmli yerlərin və tikintinin estetik keyfiyyətlərinin şəhərsalma və təsərrüfat baxımından istifadəsi imkanlarının və problemlərinin qiymətləndirilməsi;

ərazinin aşkar edilmiş potensialının istifadəsində regional və yerli tələbatların təmin edilməsi;

ərazinin işlənməsinə təsir edən ekoloji, demoqrafik, milli-etnik və digər şərtlərin nəzərə alınması;

yaşayış məskəninin yol-nəqliyyat, sosial, istehsalat, mühəndis və mühəndis-mühafizə infrastrukturlarının inkişaf problemləri və imkanları;

ekoloji, sosial, təsərrüfat və estetik cəhətdən üstün sayılan yaşayış məskəni ərazisinin inkişaf problemləri və vəziyyətinin kompleks təhlili, əhali sayının proqnozları, miqrasiya prosesləri, yer quruluşu və təsərrüfatçılıq nəzərə alınmaqla sosial, istehsalat, yol-nəqliyyat, mühəndis və mühəndis-mühafizə infrastrukturlarının inkişaf həcmləri və istiqamətləri üzrə prinsip, prioritet və konseptual həllərin əsaslandırılması;

yaşayış məskəninin (həmçinin ayrı-ayrı yaşayış, istehsalat və digər təyinatlı qurumların) layihə sərhədləri və sahələri;

daimi və müvəqqəti əhalinin sayı və strukturu;

yeni məşğulluq obyektlərinin yerləşdirilməsi;

yeni yaşayış, mədəni məişət, turizm və rekreasiya, kommunal və mühəndis mühafizə tikintisinin strukturu, həcmləri və əraziləri;

su və enerji təchizatı mənbələri, təsərrüfat-məişət və yerüstü çirkab sularının kənar edilməsi və təmizlənməsinin əsas üsulları;

layihələndirilən ərazi elementlərinin və funksional zonaların istifadəsi, memarlıq-planlaşdırma strukturlarının inkişafı, tikintinin yenidən qurulması, tənzimlənməsi, pozulmuş ərazilərin bərpası və istifadəsi;

ətraf mühitin mühafizəsi;

təbii və mədəni-tarixi abidələrin qorunması və istifadəsi;

Baş planın texniki-iqtisadi göstəriciləri.

8.10. Baş planın təsdiq olunan hissəsinə: layihə sərhədləri, ərazinin funksional və tikinti zonalaşması, yaşayış məskəninin memarlıq-planlaşdırma strukturu, mühəndis-nəqliyyat infrastrukturu, su təchizatı mənbələri, təbii və mədəni abidələrin mühafizə zonalarının sərhədləri, birinci növbəli tikintinin siyahısı və həmçinin ərazinin tikintisinin ardıcıllığı və müəyyənləşdirilmiş qaydaları üzrə təkliflər daxildir.

9. FUNKSİONAL ƏRAZİNİN BAŞ PLANI

9.1. Baş planları 1:10000 miqyasında işlənilmiş iri şəhərlərin ayrı-ayrı hissələrinin daha dəqiq planlaşdırılması lazım olduğu halda, bu Qaydaların 6.10—6.16-cı bəndlərinin tələblərinə uyğun olaraq bu hissələr üçün 1:2000 və 1:5000 miqyaslarında funksional ərazilərin layihələri (Baş planları) əlavə olaraq işlənilə bilər. Bu layihələrdə ərazinin tikintisini müəyyənləşdirən qaydalar işlənilmir.

9.2. Şəhər (qəsəbə) yaşayış məskəninin hüdudlarından kənarda yerləşən yaşayış, sənaye, turizm və rekreasiya, digər funksional zonaların layihələri (Baş planları), bir qayda olaraq, bu Qaydaların 6.10.–6.16-cı bəndlərinin tələblərinə uyğun olaraq 1:5000 miqyasında işlənilir.

10. MÜFƏSSƏL PLANLAŞDIRMA LAYİHƏSİ

10.1. Müfəssəl planlaşdırma layihəsi şəhərin (qəsəbənin) ayrı-ayrı hissələrinə, zəruri olduqda isə kiçik şəhərlərin, qəsəbələrin və kənd yaşayış məskənlərinin bütün ərazisi (bu zaman müfəssəl planlaşdırma layihəsi Baş plan ilə birləşdirilir) üçün işlənilir.

Müfəssəl planlaşdırma layihəsi şəhər (qəsəbə) hüdudlarından kənar ərazidə yerləşmiş yaşayış, sənaye, tarixi, turizm və rekreasiya, digər funksional zonalar üçün də işlənilə bilər.

10.2. Müfəssəl planlaşdırma layihəsi hüquqi şəhərsalma sənədidir və aşağıdakıları müəyyən edir:

torpaqların istifadəsini və tikintisini tənzimləyən sərhədləri, qırmızı və digər xətləri;

ərazinin mühəndis hazırlığı, abadlığı və әtraf mühitin mühafizəsi tədbirləri;

ərazinin funksional və tikinti zonalaşmasını;

dövlət, bələdiyyə və digər mülkiyyət formalı ərazilərin sərhədlərini;

əhaliyə mədəni-məişət və kommunal xidməti obyektlərinin lazımi tərkibini və yerləşdirilməsini;

nəqliyyat xidmətinin təşkilini;

magistral-mühəndis kommunikasiyaları şəbəkələrini;

küçələrin en kəsiklərini.

Müfəssəl planlaşdırma layihəsində tikintinin həcm-fəza və memarlıq-bədii həlli, mədəni-tarixi abidələrin qorunma zonalarından istifadə rejimi üzrə təkliflər işlənilir:

Təsdiq olunmuş müfəssəl planlaşdırma layihəsi ayrı-ayrı sahələrin tikinti, nəqliyyat magistralları və düyünləri, mühəndis şəbəkələri və qurğuları layihələrinin işlənməsi üçün əsasdır.

10.3. Müfəssəl planlaşdırma layihəsi bu Qaydaların 10.4.–10.12-ci bəndlərində göstərilən materialların tərkibində işlənilir və onun qrafik materialları 1:2000, 1:5000 miqyasında hazırlanır.

10.4. Layihələndirilən rayonun yaşayış məskənində yerləşməsi sxemində layihələndirilən rayonun əsas funksional zonaları, turizm və rekreasiya zonaları, yaşıllıqlar, layihələndirilən rayonun ətraf tikililər ilə əsas mühəndis və nəqliyyat əlaqələri göstərilir.

10.5. Müfəssəl planlaşdırma layihəsinin istinad planında (ərazinin müasir istifadəsi planında): yaşıllıqlar ayrı göstərilməklə ərazinin funksional istifadəsi (tikintidən azad olan və fərdi tikinti rayonları üçün);

planlaşdırma məhdudiyyətləri, qorunan ərazilərin sərhədləri, ətraf mühitin çirklənmə mənbələri və sanitar-mühafizə zonaları;

təyinatına, mərtəbəliliyinə və əsaslılığına görə xarakterizə etməklə mövcud tikintilər;

yol örtüyünün növləri göstərilməklə küçə şəbəkəsi, təsərrüfat yolları, nəqliyyat qurğuları, mal-qara yolları;

ərazinin mühəndis təminatının yerüstü qurğu və kommunikasiyaları;

mülkiyyət formalarına görə ərazinin sərhədləri;

bütün tikinti və abadlıq növləri üçün ayrılmış sahələrin sərhədləri;

ərazinin tikintisi və funksional istifadəsini tənzimləyən qüvvədə olan və layihələndirilən sərhədləri, qırmızı və digər xətləri göstərilir.

10.6. Müfəssəl planlaşdırma layihəsinin tikinti-planlaşdırma eskizi ilə birlikdə qırmızı xətləri planında (əsas cizgidə) bu Qaydaların 10.5-ci bəndində sadalanan bütün növ tikintinin saxlanılan elementləri, təbii landşaftın saxlanılan sahələri və aşağıdakılar üzrə layihə təklifləri göstərilir:

yaşıllıqlar və abadlıq elementlərini ayırmaqla ərazinin funksional istifadəsi;

bina və qurğuların təyinatı və mərtəbəliliyi göstərilməklə ərazinin tikintisi üzrə memarlıq-planlaşdırma və həcm-fəza həlli;

ərazinin küçə şəbəkəsi, təsərrüfat yolları, nəqliyyat qurğuları, mal-qara yolları, mühəndis təminatının yerüstü qurğuları və kommunikasiyaları;

mülkiyyət formalarına görə ərazinin sərhədləri;

ərazinin tikintisini və funksional istifadəsini tənzimləyən layihələndirilən sərhədlər, qırmızı və digər xətlər.

Əsas cizgidə tikintinin birinci növbəsi göstərilir.

10.7. Müfəssəl planlaşdırma layihəsinin qırmızı xətlərin nişanlama cizgisində ərazidə olan (bərkidilmiş) geodeziya nişanlarına, dayaq bina və qurğularına bağlamaqla, layihələndirilən qırmızı xətt və tikintini tənzimləyən xətlərin sınma nöqtələri və bölünmə düyünlərinin koordinatları göstərilir. Zərurət olarsa, qırmızı xətlərin dəyişdirilməsi cizgisi işlənilir.

Ayrıca cizgidə 1:100, 1:200 miqyaslarında mühəndis şəbəkələrinin yerləşdirilməsi ilə birlikdə küçələrin mövcud və layihələndirilən en kəsikləri göstərilir.

10.8. Müfəssəl planlaşdırma layihəsinin əhaliyə nəqliyyat və sosial xidmət obyektlərinin yerləşdirilməsi sxemində:

magistralların və küçələrin təsnifatı;

mürəkkəb nəqliyyat qovşaqlarında və müxtəlif səviyyəli kəsişmələrdə nəqliyyat hərəkətinin təşkili;

təsərrüfat keçidləri və mal-qara yolları;

ictimai və fərdi nəqliyyatın müvəqqəti və daimi saxlanılma yerləri (o cümlədən yeraltı);

bütün növ ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələri;

nəqliyyat qurğuları (körpülər, yol ötürücüləri, tunellər, estakadalar, yeraltı keçidlər);

nəqliyyata xidmət müəssisələri;

piyada hərəkətinin əsas yolları, küçələrin və yolların keçid yerləri;

sosial normativlərə görə əhaliyə lazım olan mədəni-məişət və kommunal xidməti müəssisələri və təşkilatların yerləşdirilməsi.

10.9. Müfəssəl planlaşdırma layihəsinin magistral mühəndis şəbəkələri və qurğularının yerləşdirilməsi və yeraltı sahənin istifadəsi sxemində:

mikrorayondan kənar yerləşən su, istilik, qaz, elektrik təchizatı, kanalizasiya, televiziya, radio və telefon qurğuları və şəbəkələrinin mövcud saxlanılan, ləğv olunan, yenidən qurulan və yeni trassaları, onların şəhər magistral xətləri və qurğularına qoşulma yerləri;

mühəndis-nəqliyyat təminatı sistemlərin idarəetmə məntəqələrinin yerləşdirilməsi;

mülki təyinatlı mövcud və layihələndirilən iri yeraltı qurğuları göstərilir.

10.10. Müfəssəl planlaşdırma layihəsinin ərazinin relyefinin təşkili (şaquli planlaşdırılması) və mühəndis hazırlığı sxemində:

ərazinin relyefinin təşkili (şaquli planlaşdırılması), keçidlərin və yolların kəsişmə yerində yolun işlək hissəsinin mərkəz oxunun və uzununa profilin sınma yerlərində mövcud və layihə səviyyələrinin nişanları, layihələndirilən eninə mailliklər;

ərazinin mühəndis hazırlığı üzrə layihələndirilən tədbirlər (yerüstü suların kənar edilməsinin təşkili, su basmadan qorunmaq üçün mühafizə qurğuları, qruntun kəsilməsi, torpaq tökülməsi və s.);

ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən mühəndis müdafiə qurğuları göstərilir.

10.11. Şəhərsalma cəhətdən mürəkkəb layihələr işləndikdə, sifarişçi ilə bağlanan müqavilə əsasında müfəssəl planlaşdırma layihəsinin tərkibində layihə tapşırığı ilə müəyyənləşdirilən miqyasda, planlaşdırma və tikinti üzrə maketlər hazırlana bilər.

10.12. Müfəssəl planlaşdırma layihəsinin izahat yazısında bu Qaydaların 10.4.–10.11-ci bəndlərində sadalanan məlumatlar, 13 nömrəli əlavəsinə uyğun olaraq layihənin texniki-iqtisadi göstəriciləri və həmçinin:

ekoloji-şəhərsalma situasiyası və təbii-iqlim şəraiti, ərazinin mövcud istifadəsi, yaşayış və ictimai binalar fondunun vəziyyəti, tarixi-mədəniyyət abidələri, mühəndis-nəqliyyat sistemləri və ərazinin abadlaşdırılması haqqında məlumatlar;

layihə ilə təklif olunan memarlıq-planlaşdırma həlləri, ərazinin funksional və tikinti üzrə zonalaşması, mühəndis-nəqliyyat sistemləri inkişafının əsaslandırılması;

tikinti üçün tövsiyə olunan yaşayış və ictimai binaların növləri, əhaliyə xidmətin təşkili, ərazinin mülkiyyət formasına görə paylanması, tarixi-mədəniyyət abidələrinin mühafizə zonalarından istifadə rejimi, layihə ilə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ardıcıllığı

üzrə təkliflərin göstərilməsi;

izahat yazısına müfəssəl planlaşdırma layihəsinin əsas müddəaları da daxil edilməlidir.

10.13. Müfəssəl planlaşdırma layihəsinin hökmən işlənilən (təsdiq olunan) hissəsinə aşağıdakılar daxil edilir:

qırmızı xətləri bağlama cizgisi;

küçələrin və magistralların en kəsikləri;

ərazinin funksional və tikinti üzrə zonalaşması (Baş plan materiallarının dəqiqləşdirilməsi);

əhaliyə sosial xidmət obyektlərinin yerləşdirilməsi;

mikrorayondan kənar mühəndis kommunikasiyaları sistemləri;

ərazinin tikinti-planlaşdırma layihəsi işlənilənədək onun mühəndisi hazırlığı üzrə layihənin müstəqil layihələndirilməsi üçün tələb olunan tədbirlər;

torpaqların mülkiyyət formalarına görə bölünməsi.

11. ƏRAZİNİN TİKİNTİ-PLANLAŞDIRMA LAYİHƏSİ

11.1. Ərazinin tikinti-planlaşdırma layihəsi, yeni və ya yenidən qurulan mikrorayonlar və məhəllələrin yaşayış tikintiləri əraziləri, yaşayış və ictimai binalar qruplarının, elmi-tədqiqat, tədris, tibbi, turizm və rekreasiya, idman və digər şəhərsalma, memarlıq, landşaft kompleksləri və yaşayış məskənlərinin planlaşdırma elementlərinin sahələri üçün müfəssəl planlaşdırma layihəsi işlənilir. Təsdiq olunmuş müfəssəl planlaşdırma layihəsi olmadıqda, yaşayış məskəninin Baş planı əsasında ərazinin tikinti-planlaşdırma layihəsinin işlənilməsinə yol verilir.

11.2. Ərazinin tikinti-planlaşdırma layihəsi layihələndirilən ərazinin qırmızı xətləri hüdudlarında işlənilir və memarlıq komplekslərinin kompozisiya həllini, bina və qurğuların növlərini, onların tikilmə və ya yenidənqurmanın ardıcıllığını, ərazinin funksional istifadəsini, mühəndis təminatını və mühəndis hazırlığını, abadlaşdırılmasını, nəqliyyat xidmətinin təşkili və piyadaların hərəkətinin prinsiplərini, tikintinin təşkili qaydasını və smeta dəyərini müəyyən edir.

11.3. Ərazinin tikinti-planlaşdırma layihəsində əhaliyə xidmət müəssisələri və mühəndis qurğuları obyektləri tikintisinin, ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasının mərhələlər üzrə aparılaraq başa çatmasını nəzərə alaraq mikrorayon və məhəllə sahələrinin tikintisi, yenidən qurulması və abadlaşdırılması üzrə təkliflər göstərilməlidir.

11.4. Ərazinin tikinti-planlaşdırma layihəsi, bir qayda olaraq, iki mərhələ üzrə yerinə yetirilir:

smeta dəyəri toplusu ilə memarlıq-planlaşdırma və həcm-fəza həllini müəyyənləşdirən layihə (layihə);

smetalar ilə birlikdə işçi layihə sənədləri.

11.5. Layihə bu Qaydaların 11.6.—11.15-ci bəndlərində göstərilən materiallar tərkibində işlənilir və onun qrafik materialları 1:500, 1:1000 miqyasında hazırlanır.

11.6. Ərazinin tikinti-planlaşdırma layihəsinin əsas cizgisində (planında) layihələndirilən, saxlanılan və yenidən qurulan binalar, qurğular, yaşayış evlərinin seksiyalılığı, binalardakı birbaşa keçidlər, ictimai binaların sahələri, istirahət, idman və digər təyinatlı meydançalar, yaşıllıqlar, nəqliyyat və piyada yolları göstərilir.

Əsas cizgidə (planda) layihələndirilən ərazinin situasiya planı 1:5000, 1:10000 miqyasında işlənilir.

Layihələndirilən birinci növbəli tikinti kompleksi və ya yaşayış və ictimai binalar qrupu mikrorayonun (məhəllənin) bir hissəsi olarsa, bütövlükdə mikrorayonun (məhəllənin) memarlıq-planlaşdırma strukturu və həcm-fəza həllini müəyyən etmək üçün əlavə olaraq ərazi tikintisinin sxemi, əhaliyə mədəni-məişət xidmətinin sxemi, nəqliyyat və piyada hərəkətinin təşkili sxemi, mikrorayonun (məhəllənin), mühəndis şəbəkələrinin sxemi işlənilir və həmçinin əsas texniki-iqtisadi göstəricilər müəyyən edilərək, bütün mikrorayon (məhəllə) tikintisini göstərən nümayiş materialları işlənilir.

11.7. Ərazinin tikinti-planlaşdırma layihəsinin abadlaşdırma planında layihələndirilən və saxlanılan bütün növ keçidlər, meydançalar, çeşidini göstərməklə yaşıllıqlar, meydançaların kiçik memarlıq formaları və avadanlıqlarının siyahısı verilir.

Planın cizgisində həmçinin keçidlərin, yolların, səkilərin və meydançaların konstruktiv kəsikləri 1:20 miqyasında göstərilir.

11.8. Ərazinin tikinti-planlaşdırma layihəsinin relyef təşkili sxemində bina və qurğuların birinci mərtəbələri, döşəmələrin səviyyələri, onların künclərində torpağın layihə və mövcud səviyyələrinin nişanları, layihə horizontları, yolların oxları üzrə mailliklər, nəqliyyat və piyada yolları oxlarının kəsişdiyi və uzununa profilin sınma nöqtələrində layihə və mövcud səviyyə nişanları, yağış sularını qəbul edən quyuların üstünün layihə səviyyəsi göstərilir.

Relyefin təşkili sxemi tərkibində materiallar çox sıx olduqda, ərazinin mühəndis hazırlığı sxemi işlənilir.

11.9. Ərazinin tikinti-planlaşdırma layihəsinin torpaq kütlələri planında layihələndirilən ərazinin sərhədi, əsas bina və qurğuların konturları, tikinti sxemi və ya bazis xətti, künclərində layihə, mövcud və işçi səviyyələrin nişanları göstərilən kvadratlar və hər kvadratın daxilində torpaq işlərinin həcmi göstərilir. Planda torpaq işlərinin balansı cədvəl şəklində verilir.

11.10. Ərazinin tikinti-planlaşdırma layihəsinin mühəndis şəbəkələri sxemində su, istilik, qaz və elektrik təchizatı, kanalizasiya və yağış kanalizasiyası, əsas parametrlərlə birlikdə, xarici işıqlandırma, telefonlaşdırma, radiofikasiya, televiziya xətləri və onların sahədən kənar şəbəkələrə və qurğulara birləşmə yerləri, mühəndis təchizatı qurğularının yerləşdirilməsi və drenaj şəbəkəsi göstərilir.

Sxemin tərkibində yeraltı mühəndis şəbəkələrinin toplu şəklində planı 1:2000 miqyasında hazırlanır.

11.11. Ərazinin tikinti-planlaşdırma layihəsinin bina və qurğuların quraşdırılma (kompanovka) sxemlərində yaşayış evləri, ictimai, istehsalat bina və qurğularının planları və fasadları göstərilir. Bina və qurğuların künclərinin layihə və mövcud səviyyələrinin nişanları qoyulur, şərti 0,00 səviyyəsinin qəti nişanı, bina və qurğuların əsas texniki-iqtisadi göstəriciləri verilir.

11.12. Ərazinin tikinti-planlaşdırma layihəsinin tərkibində tikintinin təşkili layihəsi, tikinti işlərinin təşkili və aparılması üzrə müvafiq Qaydaların tələblərinə uyğun olaraq işlənilir.

11.13. Müəssisə, bina və qurğuların tikintisinin smeta sənədlərinin hazırlanması, razılaşdırılması, təsdiqi və bazar münasibətlərinin inkişafı şəraitində məhsulun azad (müqavilə) qiymətləri üzrə müəyyənləşdirilməsi müvafiq təminatların tələblərinə uyğun olaraq yerinə yetirilir və onlar:

tikinti dəyərinin smeta hesablamaları toplusundan;

kapital qoyuluşunun istiqamətləri üzrə smeta hesablamalarını birləşdirən xərclərin toplusundan (bunun yerinə smeta hesablamaları toplusundan sonra kapital qoyuluşunun istiqamətləri üzrə xərclər haqqında məlumatlar göstərilə bilər. Vəsaitlərin kapital qoyuluşunun istiqamətləri üzrə bölünməsinin hesablanması isə tikinti qiymətinin smeta hesablanması üzrə izahat yazısının tərkibində göstərilir);

layihə və axtarış işləri smetasından, o cümlədən işçi sənədlərinin işlənilməsinin qiymətləndirilməsindən;

göstərilən materiallar və Azərbaycan Respublikasının investisiya fəaliyyəti haqqında qanunvericiliyi nəzərə alınmaqla smeta sənədlərinə aid izahat yazısından ibarətdir.

tikinti sahəsinin birinci növbəsi üçün layihə işləndiyi halda iriləşdirilmiş göstəricilər ilə bütün mikrorayonun (məhəllənin) tikinti dəyərinin hesabatı da aparılır.

11.14. Ərazinin tikinti-planlaşdırma layihəsinin izahat yazısında qəbul olunmuş memarlıq-planlaşdırma və həcm-fəza həlləri, tikintinin ardıcıllığı, istifadə edilmiş bina və konstruktiv həllərin tipləri və növləri, ərazinin mühəndis sistemləri ilə təchizatı və yaşıllaşdırılması əsaslandırılır, əhaliyə xidmət edən bina və obyektlərin tələbatına aid müfəssəl planlaşdırma layihəsinin hesablamaları dəqiqləşdirilir və bu Qaydaların 15 nömrəli əlavəsinə uyğun olaraq texniki-iqtisadi göstəricilər verilir.

İzahat yazısında həmçinin mühəndis-nəqliyyat sistemlərinin dispetçerləşdirilməsi, yaşayış və ictimai binaların, ərazinin digər elementləri və xarici abadlığı üzrə sanitar və texniki istismarına aid təkliflər (bölmə şəklində) verilir.

11.15. Ərazinin tikinti-planlaşdırma layihəsində seriya ilə hazırlanan avadanlığın, armaturun, kabel məmulatının və sair kütləvi və seriya ilə hazırlanmış məmulatlar üzrə iriləşdirilmiş göstəricilərdən istifadə edilərək cədvəl şəklində hazırlanmış siyahıları göstərilir.

11.16. Ərazinin tikinti-planlaşdırma layihəsinin işçi sənədləri tərkibində:

Bu Qaydaların 6 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq, sifarişçi tərəfindən verilən layihələndirmə tapşırığı əsasında, bütün obyektlər və iş növlərinin işçi cizgiləri (tikinti-layihə sənədləri sisteminin dövlət standartlarına uyğun olaraq işlənmiş və komplektləşdirilmiş);

Bu Qaydaların 11.19 bəndinə uyğun hazırlanan smetalar;

hər obyektin və ya iş növünün materiallara olan tələbat cədvəlləri və toplu cədvəli (iş icraçısının tələbi ilə tapşırıq əsasında yerinə yetirilir);

tikinti layihə sənədləri sisteminin dövlət standartları ilə müəyyənləşdirilmiş formaları üzrə hazırlanmış avadanlığın spesifikasiyası;

liftlərin sifariş verilməsi üçün lift şaxtalarının tikinti hissəsinin qabarit cizgiləri və sorğu vərəqəsi;

mühəndis-nəqliyyat təminatının dispetçerləşdirilməsi və binalarının texniki istismarı üzrə bölmələr daxil edilməlidir.

Göstərilən tələblər sifarişçi tərəfindən dəqiqləşdirilə bilər.

11.17. Əsasən bir tipli və təkrar istifadə olunmaqla layihələndirilən rayonların tikinti-planlaşdırma layihəsi bir mərhələdə işlənilə bilər. Bu halda təsdiq olunmaq üçün təqdim edilən layihə-smeta sənədlərinin tərkibində tikinti dəyərinin smeta hesablamalar toplusu ilə birlikdə ərazi tikintisinin işçi layihəsi və smetalarla birlikdə işçi sənədləri hazırlanır.

11.18. təsdiqə təqdim olunan layihə-smeta sənədlərinin işçi layihəsi tərkibinə:

mikrorayon (məhəllə) tikintisinin planlaşdırma sxemi;

ərazi tikintisinin planı;

torpaq kütlələri planı ilə relyefin təşkili sxemi;

mühəndis şəbəkələrinin toplu sxemi;

bina və qurğuların quraşdırma (komponovka) sxemləri;

tikintinin təşkili layihəsi;

tikinti dəyərinin smeta hesablamaları toplusu;

izahat yazısı daxildir.

11.19. İşçi sənədlərinin tərkibinə:

hər obyekt və ya iş növü üçün iş sənədləri;

işçi cizgiləri əsasında hazırlanan smetalar;

materiallara tələbat cədvəlləri;

tikinti layihə sənədləri sisteminin dövlət standartları ilə müəyyənləşdirilmiş formada hazırlanmış avadanlıqların spesifikasiyası;

liftlərin sifariş edilməsi üçün liftlərin tikinti hissələrinin qabarit cizgiləri və sorğu vərəqələri;

mühəndis-nəqliyyat təminatının dispetçer idarəedilməsi və yaşayış binalarının texniki istismarı üzrə bölmələr daxildir.

11.20. Şəhərsalma və ekoloji cəhətdən mürəkkəb ərazilərin tikinti-planlaşdırma layihələri hazırlanarkən binaların əsasən fərdi layihələr əsasında, həmçinin sifarişçinin tapşırığına uyğun olaraq, unikal binaların tikilməsinin şəhərsalma nöqteyi-nəzərindən əsaslandırılması vacib olarsa, variantlar əsasında mikrorayonun, məhəllənin, meydanın, magistralların və sair memarlıq-planlaşdırma həlli və həcm-fəza konsepsiyasını müəyyənləşdirən müstəqil mərhələ kimi ərazinin tikinti-planlaşdırma eskizi layihəsi hazırlana bilər.

Eskiz layihəsi tərkibində:

ərazi planının eskizi (relyefin təşkili üzrə təkliflər daxil edilməklə);

nümayiş materialları və maketlər;

tikintinin təqribi dəyərinin hesabatları hazırlanır.

11.21. Yenidən qurulan məhəllələrin və sahələrin tikinti-planlaşdırma layihələrinin tərkibində tikinti ərazisinin müasir vəziyyəti, ekoloji şəraiti və tarixi irsin saxlanılması, köhnəlmiş tikintilərin sökülməsi, təmir, yenidənqurma tədbirləri və sair üzrə təklifləri nəzərə alan əlavə materiallar işlənilir.

11.22. Ərazinin tikinti-planlaşdırma layihəsinin tərkibində layihələndirmə tapşırığına uyğun olaraq kompozisiya həlli, ərazinin memarlıq görünüşü və abadlığını əks etdirən nümayiş materialları (yol magistralları və küçələr üzrə tikintilərin memarlıq görünüşünü açıqlayan planlaşdırma və tikinti fraqmentləri, fasadların rəngli həlli və s.) hazırlanır.

Ərazinin tikintisi maketi əsas cizginin—ərazinin tikinti-planlaşdırma layihəsi miqyasında yerinə yetirilir.

12. ŞƏHƏRSALMA LAYİHƏLƏRİNİN RAZILAŞDIRILMASI, EKSPERTİZASI VƏ TƏSDİQİ

12.1. Bu Qaydaların 1.3. bəndində göstərilən şəhərsalma layihələri (tikinti-planlaşdırma layihələri istisna olmaqla) işləndikdən sonra sifarişçinin təqdimatı əsasında yerli icra hakimiyyəti və ya bələdiyyənin memarlıq-tikinti xidməti ilə, sürüşmə, zəlzələyə davamlılıq, təbiəti mühafizə, sanitar-epidemioloji, yanğın təhlükəsizliyi nəzarəti, yerquruluşu, tarixi və mədəniyyət abidələrinin mühafizəsi və digər dövlət nəzarət orqan və təşkilatları ilə razılaşdırılmalıdır.

Yerli icra hakimiyyəti və ya bələdiyyə şəhərsalma layihələrinin ictimaiyyət tərəfindən müzakirəsini təşkil edərək, onun nəticələrini yerli memarlıq-tikinti xidmətinin və (şəhərsalma layihələrinin işlənilməsinin sifarişçisi olduğu halda) şəhərsalma layihələrini razılaşdıran dövlət nəzarət orqan və təşkilatlarının rəylərini yekun rəydə nəzərə almaq üçün dövlət ekspertizasına təqdim edirlər.

Şəhərsalma layihələrinin işlənilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən sifariş edildikdə, yuxarıda sadalanan sənədlərin dövlət ekspertizasına təqdim edilməsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti özü və ya onların tapşırığı ilə şəhərsalma layihələrini işləyən layihəçi təmin edir.

12.2. Şəhərsalma sənədlərinin dövlət ekspertizası və təsdiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 22 oktyabr tarixli, 572 nömrəli «Azərbaycan Respublikasının ərazisində müəssisə, bina və qurğuların tikintisi üçün layihələrin (iş layihələrinin), habelə texniki-iqtisadi əsaslandırmaların və texniki-iqtisadi hesablamaların ekspertizasının aparılması, təsdiq və yenidən təsdiq edilməsi qaydası haqqında» qərarına müvafiq olaraq keçirilir.

12.3. Şəhərsalma layihələrini razılaşdıran yerli memarlıq-tikinti xidməti, dövlət nəzarət orqan və təşkilatları layihə materiallarının onlara təqdim edildiyi gündən bir ay müddətində onları razılaşdırmalı və ya öz irad və təkliflərini sifarişçi və layihəçiyə bildirməlidirlər. Göstərilən müddətdə rəy təqdim edilmədiyi halda şəhərsalma layihələri razılaşdırılmış hesab olunur.

Şəhərsalma layihələrinin əlaqədar təşkilatlarla razılaşdırılması layihəçi cəlb etməklə sifarişçi tərəfindən həyata keçirilir. Razılaşdırılan təşkilatların siyahısı layihə tapşırığı ilə müəyyənləşdirilir. Razılaşdırılan və ya təsdiq edən təşkilatlarda şəhərsalma layihələrinin müdafiəsi layihəçi tərəfindən sifarişçinin köməyi ilə təmin edilir.

12.4. Sifarişçi və layihəçi şəhərsalma layihələrini razılaşdıran dövlət nəzarət orqan və təşkilatlarının iradlarını 15 gün ərzində araşdırmalı və nəticəsi barədə onlara və müvafiq yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidmətinə layihələrin baxılmasında nəzərə almaq üçün məlumat verməlidirlər.

12.5. Azərbaycan Respublikası əhalisinin məskunlaşmasının, təbiətdən istifadəsinin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxemi aidiyyəti təşkilatlarla və marağı olan hüquqi və fiziki şəxslərlə razılaşdırıldıqdan sonra sifarişçinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

12.6. Respublika əhəmiyyətli şəhərlərin Baş planları və hüdudları layihələri sifarişçi tərəfindən təqdim edilməklə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

12.7. Baş və regional sxemləri və həmçinin ərazinin tikinti-planlaşdırma layihələri istisna olmaqla bu Qaydaların 1.3-cü bəndində göstərilən şəhərsalma layihələri yerli icra hakimiyyətləri və ya bələdiyyələrin, o cümlədən Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətlərinin və ya bələdiyyələrin qərarı ilə təsdiq olunur.

12.8. Şəhərsalma layihələrində düzəlişlər, onları təsdiq etmiş dövlət orqanı və təşkilatının və həmçinin layihəçinin razılığı ilə edilə bilər.

12.9. Ərazinin tikinti-planlaşdırma layihələri müvafiq yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidməti və dövlət nəzarət orqanları (xidmətləri) ilə razılaşdırılmaqla sifarişçi tərəfindən təsdiq edilir.

Təsdiq edilmiş ərazinin tikinti-planlaşdırma layihələrinin tərkibində işlənilən işçi cizgiləri razılaşdırılmır.

12.10. Qapalı inzibati-ərazi qurumları üçün işlənmiş şəhərsalma layihələrinin razılaşdırılması və təsdiqi bu qurumların statusunu müəyyənləşdirən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmalıdır.

13. ŞƏHƏRSALMA LAYİHƏLƏRİNİN SAXLANILMASI

13.1. Şəhərsalma sənədlərinin 1 nüsxəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının arxivlərinə təhvil verilməlidir. Şəhərsalma layihələrinin nəzarət nüsxələri həmin materialların xüsusi tələblərlə müəyyənləşdirilmiş qaydada mühafizəsi təmin olunmaqla layihəçinin arxivində saxlanılır.

Layihəçinin arxivində izahat yazısının, arayışların və hesablamaların əsli və bütün layihə sənədlərinin foto və ya elektroqrafik nüsxələri mütləq saxlanılmalıdır.

13.2. Layihəçi layihə sənədlərinin sifarişçiyə aşağıdakı sayda təhvil verir:

layihə planı (əsli) — 1 nüsxə

video kasetə yazılmış layihə — 1 nüsxə

ərazinin müasir istifadəsi planı-istinad planı (əsli) — 1 nüsxə

sxemlər (əsli) — 1 nüsxə

bütün sxem və cizgilərin fotoreproduksiyaları ilə layihənin izahat yazısı — 4 nüsxə

şəhər və qəsəbə yaşayış məskənlərinin hüdudlarının layihə sənədləri aşağıdakı sayda təhvil verilir:

layihə planı (əsli) — 1 nüsxə

layihə planının fotoreproduksiyaları ilə izahat yazısı — 4 nüsxə

13.3. Layihə və istinad planlarının və onların fotoreproduksiyalarının təkrar surətləri layihə təsdiq edildikdən sonra əlavə sifariş əsasında lazımi sayda layihəçi tərəfindən hazırlanır.

13.4. Şəhər (qəsəbə) yaşayış məskəninin hüdudları layihəsinin təkrar surəti layihə təsdiq olunandan sonra sifarişçi öz vəsaiti hesabına hazırlayır və işdə istifadə üçün müvafiq yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidmətinə təqdim edir.

13.5. Planlaşdırma-şəhərsalma sənədlərinin izahat yazıları və qrafik materiallarının əsli müvafiq yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidmətində saxlanılır.

13.6. Sifarişçi tərəfindən şəhərsalma layihələrindən və digər reproduksiyalar ilə birlikdə izahat yazısından elektroqrafik surətləri təqdim ediləcək təşkilatların siyahısı planlaşdırma-şəhərsalma sənədlərinin növündən asılı olaraq ərazilərin və yaşayış məskənlərinin tikintisi qaydalarına əsasən müəyyən edilir.

Maliyyələşmə mənbəyindən və sifarişçinin mənsubiyyətindən asılı olmayaraq bütün növ planlaşdırma, şəhərsalma sənədlərinin və onlarla əlaqədar mühəndis axtarışlarının surəti bir nüsxədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyə verilməlidir.

13.7. Yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidmətində daimi saxlanılan planlaşdırma-şəhərsalma sənədlərindən istifadə edilməsi (surət çıxarmaq və yaxud ayrı-ayrı çıxarışlar edilməsi ilə əlaqədar deyilsə) ödənişsiz həyata keçirilir.

1 nömrəli ƏLAVƏ

Şəhərsalma layihələrinin işlənməsi üçün bağlanan müqaviləyə olan əsas tələblər

1. Şəhərsalma layihələrinin işlənməsi üçün bağlanan müqavilə sifarişçinin statusunu müəyyən edən Əsasnamə və ya digər hüquqi sənəd layihə işlərini görən hüquqi və ya fiziki şəxsin Nizamnaməsi əsasında tərtib olunur.

2. Müqavilədə layihənin adı, texniki, elmi, iqtisadi və digər tələbləri, mərhələləri və icra müddətləri, layihəni razılaşdıran, ekspertiza aparan və təsdiq edən orqan və təşkilatların adı mərhələləri və icra müddətləri göstərilir.

3. İşlərin ümumi dəyəri müəyyən edildikdə avans ödənişləri, əlavə dəyər vergiləri, maliyyə mənbələri, əmlak məsuliyyəti və layihə sənədlərinin nəşr edilməsi və yayılması ilə əlaqədar xərclər daxil olmaqla digər şərtlər də nəzərə alınır.

4. Şəhərsalma layihələrinin işlənməsi və bununla əlaqədar mühəndis-axtarış və elmi-texniki işlərin aparılması dəyərinin smeta hesablamalarına:

materialların, avadanlığın və ləvazimatın alınma xərcləri;

sosial müdafiə və tibbi sığorta fondlarına, məşğuliyyət fonduna ayırmalar nəzərə alınmaqla əmək haqqı ödənişləri;

amortizasiya, təmir fondu və əmlakın sığortalanması üçün ayırmalar;

digər xərclər daxil olunmalıdır.

Eyni zamanda işlərin yerinə yetirilməsinin tam dəyəri, gəlir, işin smeta dəyəri, əlavə dəyər vergisi, əlavə dəyər vergisi ilə işin smeta dəyəri ayrılıqda göstərilir.

2 nömrəli ƏLAVƏ

Şəhərsalma layihələrinin tərtibatına aid ümumi tələblər

1. Qrafik materiallar qüvvədə olan texniki şərtlərə və dövlət standartlarına, həmçinin müvafiq qayda və normalara riayət edilməklə işlənilir və tərtib edilir.

2. Müxtəlif cizgilərdə təkrar olunan elementlərin təsviri üçün eyni şərti işarələr və bir qayda olaraq, topoqrafik əsasın üstünü örtməyən şəffaf boyalardan istifadə edilir. Qrafik materiallar layihə təkliflərinin əyani surətdə qavranılmasını nəzərə almaqla yerinə yetirilməlidir.

3. Şəhərsalma layihələri hüquqi şəxs tərəfindən işləndikdə layihənin tərkibində olan əsas cizgilər onun işlədiyi təşkilatın rəhbərliyi və məsul icraçıları tərəfindən imzalanır. Qalan cizgilər və sxemlər isə müəllif təşkilatının daxili qaydalarına uyğun imzalanır.

Qeyd.

1. Şəhərsalma layihələrini işləyən hüquqi və ya fiziki şəxs layihələndirmə obyektinin xüsusiyyətlərini nəzərə alaraq layihə materiallarının tərkibini dəyişmək üçün təkliflər verə bilər və həmçinin sənədlərin işlənməsində kompüter və digər texnika daxil edilməklə müxtəlif üsullardan və texnologiyalardan istifadə edə bilər.

2. Qrafik materiallar, sifarişçinin və arxiv xidmətinin müvafiq qaydada müəyyənləşdirdiyi müddətdə daimi saxlanılmasını təmin etməklə kartoqrafik və digər əsasda hazırlanır.

3. Qrafik materialların rəngli fotoşəkilləri, kserosurәti və elektroqrafik nüsxələri hazırlanır və izahat yazısına tikilir.

4. Şəhərsalma layihəsi hüquqi şəxs tərəfindən işləndikdə layihənin izahat yazısı və əsas müddəaları onu işləyən təşkilatın rəhbərliyi və layihənin müəllifləri tərəfindən imzalanır.

5. Şəhərsalma layihələrinin əsas qrafik materialları—ərazinin müasir istifadə etmə planı (istinad planı) və layihə planı (əsas cizgi) kartoqrafik xəritələrin üzərində, qalan layihə cizgiləri (sxemləri) isə layihə planının surətləri və ya kiçildilmiş surətləri üzərində işlənilir.

6. Əsas cizgilərin təkrar surəti layihə təsdiq olunduqdan sonra qəbul edilmiş qaydada çıxarılır. Təkrar surətdə layihəni təsdiq edən orqanın, qərarın tarix və nömrəsi göstərilməlidir.

3 nömrəli ƏLAVƏ

Rayon planlaşdırma sxeminin və layihəsinin, şəhər, qəsəbə və kənd yaşayış məskəninin Baş

planının işlənməsi üçün tapşırığa olan əsas tələblər

Rayon planlaşdırma sxeminin və layihəsinin, şəhər, qəsəbə və kənd yaşayış məskəninin Baş planının işlənməsinə dair tapşırığında:

obyektin adi və əsas göstəriciləri (yeri, əhalinin sayı, ərazisi, maddi ehtiyatlarının əsas növləri, istehsalatın əsas sahələri, inzibati strukturu, mühəndis-nəqliyyat infrastrukturu ilə təminat şərtləri, digər spesifik göstəricilər);

layihə materiallarının işlənməsi üçün əsas;

layihə materiallarını işləyənlərin və razılaşdıranların tərkibi və qarşılıqlı öhdəlikləri;

layihələndirmə üçün ilkin sənədlərin kim tərəfindən və hansı müddətə qədər verilməsi;

mərhələlər üzrə sifarişçiyə veriləsi (beləsi nəzərə alındıqda) materialların tərkibi, müddətləri və qiyməti; sifarişçiyə təqdim olunan materialların tərkibinə və məzmununa olan tələblər və layihələndirmə müddətləri;

ərazinin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə, memarlıq-planlaşdırma və nəqliyyat xidmətinin təşkilinə, ərazinin abadlaşdırılmasına, yaşıllaşdırılmasına, mühəndis hazırlığına və mühəndis təminatına, ətraf mühitin, təbii və tarixi-mədəni abidələrin mühafizəsinə, mülki müdafiə üzrə mühəndis-texniki tədbirlərinə olan tələblər;

layihələndirmə obyekti üzrə əlavə dəqiqləşdirilmiş və ya xüsusi işlərin aparılmasının zəruriyyətini tələb edən xüsusiyyətləri və problemləri (təbii şəraitin, ekoloji, sosial-iqtisadi, demoqrafiya vəziyyətinin, istehsalat, sosial, mühəndis-nəqliyyat infrastrukturlarının inkişafının, tarixi-mədəni və təbii irsin qorunmasının və s. xüsusiyyətləri);

layihənin (sxemin) tərkibinə, məzmununa və əsas texniki-iqtisadi göstəricilərinə bu Qaydaların tələblərindən fərqli olan əlavələr və ya dəyişikliklər;

layihənin (sxemin) razılaşdırılma, ekspertiza və təsdiqi qaydası göstərilməlidir.

4 nömrəli ƏLAVƏ

Şəhər (qəsəbə) hüdudları layihəsinin işlənməsi üçün tapşırığa və ilkin məlumatlara olan əsas tələblər

1. Şəhər (qəsəbə) hüdudlarının layihəsi yerli icra hakimiyyətinin və ya bələdiyyənin memarlıq-tikinti xidmətinin, Dövlət Torpaq Komitəsinin və layihə işlərini görəcək hüquqi və ya fiziki şəxsin iştirakı ilə sifarişçi tərəfindən hazırlanan tapşırıq əsasında işlənilir.

Layihə tapşırığında şəhərin (qəsəbənin) mövcud torpaq fondu haqqında və təsdiq olunmuş Baş plan və ya digər planlaşdırma-şəhərsalma sənədləri əsasında onun inkişafı barədə məlumatlar verilir, lazımi tədqiqatların, hazırlıq işlərinin, axtarışların aparılması və layihə cizgilərinin miqyası müəyyənləşdirilir. Layihə tapşırığında həmçinin şəhər (qəsəbə) hüdudlarının dəyişdirilməsi haqqında sifarişçinin təklifləri, layihəqabağı işlərin, qrafik və mətn materiallarının tərkibi, layihə cizgilərinin təhvil verilməsi müddəti və nüsxələrinin sayı göstərilir.

Sifarişçi şəhər (qəsəbə) hüdudları layihəsinin işlənməsi üçün tapşırıqla birlikdə:

şəhər (qəsəbə) ərazisinin və onlara bitişik torpaqların kartoqrafik materiallarını;

şəhər (qəsəbə) və kənd yaşayış məskəni ərazisinin inkişafını müəyyənləşdirən Baş planın və ya qüvvədə olan digər planlaşdırma-şəhərsalma sənədlərinin surətini;

şəhər (qəsəbə) torpaqlarının istifadəsi və gələcəkdə onun ərazisinə qatılacaq torpaqlar barədə dövlət torpaq uçotu (inventarlaşdırma) materialları üzrə məlumatları;

layihənin işlənməsində istifadə oluna biləcək sifarişçidə və digər xidmətlərdə mövcud olan tədqiqat materiallarını təqdim edir.

2. Şəhər (qəsəbə) hüdudları layihəsinin hazırlanmasından əvvəl aşağıdakı işlər görülməlidir:

şəhərin, qəsəbənin və kənd yaşayış məskəninin hüdudları haqqında hüquqi sənədlər toplanmalıdır;

plan-kartoqrafik, yerquruluşu, meşəsalma və digər materiallar toplanmalı, öyrənilməli, təhlil edilməli və bu materiallar vahid miqyasa gətirilməli;

öyrənilən və təhlil edilən plan-kartoqrafik materialların lazımi sayda nüsxəsi hazırlanmalı;

dövlət torpaq uçotu (inventarlaşdırma) materialları öyrənilməli və təhlil edilməli, onlar olmadıqda isə şəhər, qəsəbə, kənd yaşayış məskəninin torpaqlarının kateqoriyaları, yerquruluşu və istifadə növləri üzrə müasir istifadə olunan sahələr hesablanmalı;

şəhər (qəsəbə) hüdudlarına daxil edilən yaşayış məskənləri üzrə statistik məlumatlar yığılmalı;

şəhər (qəsəbə) məskəninə yanaşı yerləşən ərazilərin funksional və inzibati-ərazi quruluşu və onları idarəetmə sistemi öyrənilməli;

şəhər (qəsəbə) hüdudlarının müəyyənləşdirilməsi və ya dəyişdirilməsi məsələləri üzrə şəhər (qəsəbə) ərazisinə daxil ediləcək (çıxarılacaq) torpaqların istifadəçiləri, sahibləri, yiyələri və digər maraqlı tərəflərin münasibəti və təklifləri aşkara çıxarılaraq öyrənilməli, şəhərsalma qanunvericiliyinə uyğun olan şərt və tələbləri nəzərə alınmalı;

layihələndirilən hər bir obyektin xüsusiyyətindən asılı olaraq digər məsələlər araşdırılmalıdır.

şəhərin (qəsəbənin) istinad planını, Baş planın əsas cizgisini yerquruluşunun müəyyənləşdirilmiş sərhədləri ilə birlikdə ərazinin funksional zonalaşması planını;

şəhərin (qəsəbənin) mövcud və layihə sərhədləri daxilində ərazinin istifadəsi balansı haqqında məlumatları, mövcud olan kartoqrafik və layihələndirmə müqaviləsinə əsasən digər informasiya materialları layihəsini işləyən hüquqi və ya fiziki şəxsə təqdim edir.

5 nömrəli ƏLAVƏ

Müfəssəl planlaşdırma layihəsinin işlənməsi üçün tapşırığa olan əsas tələblər

Şəhərin (qəsəbənin) təsdiq olunmuş Baş planı materialları layihə tapşırığının hazırlanması üçün əsasdır. Müfəssəl planlaşdırma layihəsi Baş planla birləşdikdə layihə tapşırığının hazırlanması üçün rayon planlaşdırma layihəsi və kənd yaşayış məskəninin Baş planı əsasdır.

Layihə tapşırığı aşağıdakı məsələləri əhatə etməlidir:

tapşırıq verilməsinin əsaslandırılması;

layihələndirmə üçün ilkin məlumatlar kim tərəfindən və hansı müddətə verilir;

ərazinin struktur təşkili və funksional zonalaşmasına aid xüsusi tələblər;

yaşayış binalarının, xidməti müəssisə və idarələrin təklif olunan layihələri;

mövcud binaların ilkin təyinatı üzrə və ya digər məqsədlər üçün istifadəsinin mümkünlüyü;

mövcud ərazinin tikintisinin yenidən qurulmasına aid tələblər; ərazinin tikintisinin həcm-fəza həllinə aid tələblər, əhaliyə nəqliyyat xidmətinin təşkili, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, mühəndis hazırlığı və təminatı, ətraf mühitin mühafizəsi, mülki-müdafiənin, mühəndis-texniki tədbirlərin, təbiət, tarixi və mədəniyyət abidələrinin saxlanılması;

layihənin razılaşdırılması və ekspertizası.

6 nömrəli ƏLAVƏ

Ərazinin tikinti-planlaşdırma layihəsinin işlənməsi üçün tapşırığa olan əsas tələblər

Təsdiq olunmuş müfəssəl planlaşdırma layihəsi və ya şəhərin (qəsəbənin) Baş planı layihə tapşırığının hazırlanması üçün əsasdır.

Layihə tapşırığında aşağıda göstərilən məsələlər üzrə məlumatlar öz əksini tapmalıdır:

tapşırığın verilməsi üçün əsas;

Baş podrat təşkilatı (əgər müəyyənləşdirilmişdirsə);

layihələndirmə üçün ilkin məlumatlar, onları təqdim edən təşkilat (xidmət) və verilmə müddəti;

ərazinin tikintisi üzrə gözlənilən təxmini texniki məlumatlar;

mənzillərin sayı və yaşayış binalarının ümumi sahəsi, xidməti müəssisə və idarələrin təqribi siyahısı və onların tutumu (gücü), tikinti müddəti və qiyməti;

tikinti üçün təklif olunan yaşayış binaları, xidməti müəssisə və idarələrinin layihələrinin xüsusiyyətləri;

ərazinin tikintisinə aid memarlıq-planlaşdırma və həcm-fəza həllərinə (memarlıq-planlaşdırma tapşırığının tərkibində verilir), əhalinin nəqliyyat xidmətinin təşkilinə, ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasına mühəndis hazırlığı və təminatına, ətraf mühitin

mühafizəsinə, tarixi və mədəniyyət abidələrinin qorunmasına və mülki müdafiənin mühəndis-texniki tədbirlərinə olan tələblər;

layihənin bütövlükdə və ya ayrı-ayrı hissələrinin variantlarının işlənməsinin zəruriliyi;

yenidənqurma işlərinin növbəliyi, mövcud binalardan ilkin təyinatla və ya qeyri məqsədlə istifadənin mümkünlüyü, söküləcək həcmlər;

layihənin tərkibi, o cümlədən nümayiş etdiriləcək materialların həcmi;

layihənin razılaşdırılması və ekspertizası.

7 nömrəli ƏLAVƏ

Rayon planlaşdırma sxemi və layihəsinin, şəhərin (qəsəbənin) Baş planının işlənməsi üçün ilkin məlumatlara olan əsas tələblər

İlkin məlumat materiallarının daxilində aşağıdakılar olmalıdır:

planlaşdırılan obyektin öyrənilməsi haqqında məlumat (müxtəlif istiqamətli və miqyaslı axtarış materialları ilə ərazinin əhatə edilməsi, onun tarixi haqqında arxiv, ədəbi və digər mənbələrin olması və s.);

əvvəllərdə işlənilmiş və layihələndirmə aparılarkən mütləq nəzərə alınmalı olan elmi-tədqiqat, layihə-planlaşdırma və digər işlərin siyahısı;

ərazinin müasir vəziyyəti və inkişaf proqramları haqqında məlumat;

ərazinin müasir dövrdə istifadəsi haqqında məlumat (yerquruluşu sxemləri və cədvəl materialları şəklində);

sanitar-gigiyenik şəraiti və ekoloji situasiya tədqiqatının göstəriciləri və proqnozları;

sosioloji və sosial-iqtisadi tədqiqatların göstəriciləri;

demoqrafik situasiya üzrə göstəricilər;

yaşayış və ictimai tikintilərin, sənaye, kommunal təsərrüfatı, nəqliyyat sistemi və tikinti bazası obyektlərinin xüsusiyyətləri üzrə göstəricilər;

mühəndis axtarışı və tədqiqatların nəticələrinin kartoqrafik və soraq məlumatları, kurortlar üçün isə balneoloji və kurort-ehtiyatlarının qiymətləndirməsi və tibbi zonalaşma üzrə materialları;

tarix-memarlıq planları, tarix və mədəniyyət abidələrinin mühafizə zonalarının layihələri;

iqtisadi proqnozların materialları;

planlaşdırma-şəhərsalma və sahə ərazi işlənmələrinin materialları;

layihələndirilən obyektin ərazisinin inkişafı üzrə direktiv materialları, dövlət orqanlarının, yerli icra hakimiyyəti, bələdiyyə, kənd icra hakimiyyəti nümayəndəliyinin ictimai və təsərrüfat təşkilatlarının qərarları və digər sənədləri;

mühəndis-geoloji axtarışları və müvafiq miqyaslı topo-geodeziya əsasının materialları.

8 nömrəli ƏLAVƏ

Kənd yaşayış məskəninin Baş planının işlənməsi üçün lazım olan ilkin məlumatların tərkibi və məzmunu

1. Sifarişçi tərəfindən hazırlanan və təqdim olunan materiallar:

layihələndirmədə nəzərə alınması mütləq lazım olan, əvvəllərdə bu ərazi üçün hazırlanmış və ya Baş planın işlənməsi ilə birlikdə hazırlanan plan, proqnoz, layihə-planlaşdırma və digər sənədlərin siyahısı;

işlənilən ərazidə yerləşən istehsalat-iqtisadi bazanın müasir vəziyyətini xarakterizə edən sənədlər və inkişafının proqnozlaşdırılan göstəriciləri;

yaşayış məskəninin pasportlaşdırılmasının göstəriciləri, torpaqdan istifadə, yaşayış, ictimai və kommunal fondu, mühəndis kommunikasiyaları və yol-nəqliyyat şəbəkəsi vəziyyətinin inventarlaşdırılması məlumatları;

əhalinin strukturu, məşğulluğu və miqrasiya prosesləri üzrə göstəriciləri;

su, kanalizasiya, elektrik, istilik və qaz təchizatı, radio və telefonlaşdırma üzrə texniki şərtlər;

layihələndirilən obyektin sosial-iqtisadi inkişafının perspektiv planları;

Baş planın həyata keçiriləsi birinci mərhələsinin mümkün olan mənbələri və maliyyələşdirmə həcmləri barədə məlumatlar.

2. Layihə sənədlərini işləyən hüquqi və ya fiziki şəxs tərəfindən sifarişçinin iştirakı ilə hazırlanan materiallar:

ərazinin müasir vəziyyətini və istifadəsi imkanlarını xarakterizə edən ərazinin tədqiqat aktı;

ərazinin müasir və proqnozlaşdırılan vəziyyətinin, ətraf mühitin radioaktiv, kimyəvi, elektromaqnit, səs-küylə çirkləndirilməsi səviyyələrinin, su və hava hövzələrinin sanitar-gigiyenik vəziyyətinin qiymətləndirilməsi;

mühitin estetik keyfiyyətlərinin və landşaftın vəziyyətinin qiymətləndirilməsi;

sifarişçinin tapşırığına görə digər materiallar.

3. Əvvəllər hazırlanmış material və sənədlər:

inzibati rayonun ərazi planlaşdırma layihəsi, təsərrüfatdaxili planlaşdırma, yerquruluşu, kənd yaşayış məskəninin Baş planı, sahə və ixtisaslaşdırılmış sxem və layihələr;

tarix və mədəniyyət abidələrinin mövcudluğu və istifadəsi haqqında materiallar;

ərazi hüdudlarında yerləşən faydalı qazıntılar və digər dəyərli təbii ehtiyatlar haqqında məlumatlar;

bu Qaydalarda nəzərdə tutulan miqyasda hazırlanmış topo-geodeziya xəritə materialları, keçən illərin foto çəkilişləri, aerofotoçəkilişlərin deşifrlənmiş materialları, lazımi miqyasadək böyüdülmüş topoqrafik xəritələri;

mövcud ərazidə mümkün olan təhlükəli geoloji, hidrogeoloji, hidroloji prosesləri xarakterizə edən mühəndis axtarışlarının materialları.

9 nömrəli ƏLAVƏ

Müfəssəl planlaşdırma layihəsinin işlənməsi üçün lazım olan ilkin məlumatların tərkibi və

məzmunu

Müfəssəl planlaşdırma layihəsinin işlənməsi üçün sifarişçi layihə sənədlərini işləyən hüquqi və ya fiziki şəxsə aşağıdakı ilkin məlumatları təqdim edir:

topo-geodeziya və mühəndis-geoloji axtarışların materiallarını;

layihələndirilən rayonun hüdudlarında ətraf mühitin müasir və gözlənilən sanitar-gigiyenik vəziyyətinin qiymətləndirilməsi materiallarını;

layihələndirmədə mütləq nəzərə alınmalı olan əvvəllərdə görülmüş işlərin siyahısını (elmi-tədqiqat, layihə və digər);

torpaqdan istifadənin, yaşayış fondunun, xidmət müəssisə və obyektlərinin inventarlaşdırılması üzrə məlumatları;

sənaye müəssisələri, kommunal təsərrüfatı obyektləri, küçə-yol və nəqliyyat şəbəkəsi, fərdi avtomaşınların qarajları və dayanacaqları,

yol hərəkətinin təşkili haqqında məlumatları (müvafiq anket materialları üzrə);

ərazinin mühəndis təminatı üçün texniki şərtləri;

tarixi və mədəniyyət abidələrinin mühafizə zonalarının layihələrini;

kurortoloji ehtiyatlar və kurortların tibbi zonalaşması üzrə materiallarını.

10 nömrəli ƏLAVƏ

Ərazinin tikinti-planlaşdırma layihəsinin işlənməsi üçün lazım olan məlumatların tərkibi və məzmunu

Ərazinin tikinti-planlaşdırma layihəsinin işlənməsi üçün sifarişçi layihə sənədlərini işləyən hüquqi və ya fiziki şəxsə aşağıdakı ilkin məlumatları təqdim edir:

yerli memarlıq-tikinti xidməti tərəfindən verilən memarlıq-planlaşdırma tapşırığını (layihələndirmə tapşırığı ilə birləşdirilə bilər);

mühəndis təminatı mənbələrinə və ya xarici kommunikasiyalarına qoşulmasının texniki şərtlərini;

smeta sənədlərinin hazırlanması üçün ilkin məlumatları;

tikintinin təşkili layihəsinin işlənməsi üçün ilkin məlumatları;

mövcud tikintilərin sökülməsi və kompensasiya olunmasının xüsusiyyətləri barədə yerli icra hakimiyyətinin, bələdiyyənin qərarını;

torpaqların, mövcud tikintilərin, yeraltı və yerüstü kommunikasiyaların və qurğuların inventarlaşdırılması üzrə materialları;

yaşayış rayonunun təsdiq olunmuş müfəssəl planlaşdırma layihəsinin materiallarını;

inşaat bazasının müəssisələri tərəfindən buraxılan konstruksiyaların kataloqunu;

topoqrafik plan və mühəndis axtarışları materiallarını (sifarişçi tərəfindən verilə bilər və ya onun tapşırığı ilə tikinti layihəsinin icraçısı tərəfindən və ya onun sifarişi ilə layihə, axtarış təşkilatı tərəfindən).

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı,

razılaşdırılması, dövlət ekspertizası aparılması

və təsdiq olunması Qaydalarına

11 nömrəli əlavə

Rayon planlaşdırma sxemi və layihəsinin əsas texniki-iqtisadi göstəriciləri

Göstəricilər

Ölçü vahidi

1

2

Ərazi

kənd təsərrüfatı təyinatlı torpaqlar

(əkin, çoxillik əkmələr, dincə qoyulmuş, örüş, otlaq)

onlardan ailə kəndli təsərrüfatı torpaqları

şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin torpaqları

kənd məskənlərinin torpaqları

sənaye, nəqliyyat, rabitə torpaqları

təbiəti mühafizə, sağlamlaşdırma, turizm və rekreasiya təbii-qoruq və tarixi-mədəniyyət təyinatlı torpaqlar

meşə fondu torpaqları

o cümlədən 1-ci qrup meşələr

su fondu torpaqları

ehtiyat fondu torpaqları

dövlət mülkiyyətində olan torpaqlar

bələdiyyə mülkiyyətində olan torpaqlar

xüsusi mülkiyyətdə olan və ekoloji, sanitar-gigiyenik tələblərə və təhlükəsizlik şərtlərinə görə əlverişli torpaqlar

Qeyd

1. Göstərilən torpaq kateqoriyalarının tərkibində təbiəti mühafizə təyinatlı, sanitar-mühafizə dairələri, sağlamlıq və tarixi-mədəni təyinatlı obyektlərin mühafizə zonaları, həmçinin təhlükəli maddələrlə zəhərlənmiş ərazilər ola bilər.

2. Sənaye, nəqliyyat və bu kateqoriyadan olan digər torpaqlar yaşayış məskənləri torpaqlarının hüdudlarından kənarda göstərilir.

3. Baxılan ərazinin torpaqlarının təbəqələşməsi ərazinin xüsusiyyətlərindən asılı olaraq layihə tapşırığında dəqiqləşdirilir.

Əhali

şəhərlər, fəhlə, kurort və bağ qəsəbələri üzrə, inzibati rayonlar üzrə əhalininümumi sayı

min adam/ əhalinin ümumi sayının faizi

kənd əhalisinin sayı

cəmi kənd yaşayış məskənləri

sayı/əhalisinin ümumisayının faizi

o cümlədən əhalisi:

sayı /əhalinin ümumisayının faizi

5 min adamdan çox

0,2 min adamadək

əhalinin yaşa görə strukturu:

15 yaşınadək uşaqlar

min adam/əhalininümumi sayının faizi

əmək qabiliyyətli yaşda əhali

(kişilər 16-61 yaşınadək, qadınlar 16-56 yaşınadək)

əməklə məşğul olan əhali cəmi

Təbiəti mühafizə və təbiətdən səmərəli istifadə

Atmosfer havasına atılan zərərli maddələrin həcmi

Atılan çirklənmiş suların ümumi həcmi

Çirklənmiş su hövzələrinin xüsusi çəkisi

Bataqlaşmış ərazilərin qurudulması, suvarma

Pozulmuş ərazilərin rekultivasiyası

Sosial infrastruktur

Cəmi yaşayış binaları

şəhər və qəsəbə yaşayış məskənlərində

kənd yaşayış məskənlərində

Əhalinin, dövlət və bələdiyyələrin sərəncamında olan yaşayış binalarının ümumi sahəsi ilə təminatı

şəhər və qəsəbə yaşayış məskənlərində

kənd yaşayış məskənlərində

Əhalinin məskənlərarası mədəni-məişət xidməti obyektləri ilə təminatı

min adam üçün tutumvahidi

mədəniyyət müəssisələri ilə

(teatrlar, klublar, kinoteatrlar, muzeylər, sərgi zalları və başqaları)

səhiyyə müəssisələri ilə (xəstəxana, poliklinika və başqaları)

uzunmüddətli istirahət müəssisələri ilə

(istirahət evləri, pansionatlar, məktəbli düşərgələri və başqaları)

sosial təminat müəssisələri ilə

Mühəndisnəqliyyat infrastrukturu

Dəmiryol şəbəkəsinin uzunluğu

Avtomobil yollarının uzunluğu

1

2

Avtomobil yollarının ümumi sayından:

bərk örtüklü yollar

gəmiçilik üçün lazımi dərinliyi olan çay yollarının uzunluğu

Nəqliyyat şəbəkəsinin sıxlığı:

Qaz ötürücüsünün uzunluğu

Neft ötürücüsünün və məhsul ötürücüsünün uzunluğu

Mərkəzləşdirilmiş mənbələrin cəmləşmiş gücü:

kommunal-məişət ehtiyacı üçün istiliyə

kommunal-məişət ehtiyacı üçün təbii qaza

Su ehtiyatlarından istifadə:

istehsalat ehtiyatları üçün texniki keyfiyyətli

Yerüstü su hövzələrinə axıdılan axar suların həcmi

ümumi qədərindən sonra bioloji təmizlənən axıntıları

İstifadə edilmiş bərk məişət tullantılarının qədəri

Rayon planlaşdırma sxeminin (layihəsinin) 1-ci mərhələsinin

həyata keçirilməsi üzrə investisiyaların təxmini həcmi

Qeyd

1. Texniki iqtisadi göstəricilər rayon planlaşdırma sxeminin (layihəsinin) işlənməsinin başa çatdırıldığı il və mərhələlərin həyata keçirilməsi üzrə göstərilir.

2. Sosial və mühəndis-nəqliyyat infrastrukturu üzrə göstəricilər layihənin 1-ci mərhələsinin həyata keçirilməsində yeni tikintinin həcminə görə göstərilir.

3. Kommunal, məişət və sənayenin ehtiyatları üçün elektrik enerjisi, istilik, su və qaz təchizatı, təsərrüfat-məişət tullantılarının və sənayenin axar sularının axıdılması üzrə göstəriciləri müvafiq rayon, şəhər, qəsəbə və kənd yaşayış məskənləri xidmətlərinin məlumatlarına əsasən qəbul edilir.

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı,

razılaşdırılması, dövlət ekspertizası aparılması

və təsdiq olunması Qaydalarına

12 nömrəli əlavə

Şəhər (qəsəbə) yaşayış məskəninin Baş planının əsas texniki iqtisadi göstəriciləri

Göstəricilər

Ölçü vahidi

1

2

Ərazi

Şəhər, qəsəbə və kənd yaşayış məskəninin hüdudları daxilində şəhər (qəsəbə)torpaqlarının ümumi sahəsi-cəmi

yaşayış və ictimai tikililərin

həyətyanı sahəsi olan tikililərin

çoxmənzilli evlərin tikililəri

ümumi istifadədə olan torpaqların

ümumi istifadəli yaşıllıqlar, magistral küçələrin, yolların, meydançaların, turizmin və rekreasiyaların, müalicə-sağlamlıq, tarixi-mədəni və təbii irsin

istehsalat və kommunal-ambar tikililərinin

sosial təyinatlı tikililərin

kənd təsərrüfatı istifadəsi üçün

su hövzələri və akvatoriyaların

Torpaqların ümumi sayından:

dövlət mülkiyyətində olan torpaqlar

bələdiyyə mülkiyyətində olan torpaqlar

xüsusi mülkiyyətdə olan torpaqlar

Şəhərətrafı zona (konsepsiya üçün)- cəmi

təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı

şəhər və kənd yaşayış məskənlərinin torpaqları

sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı

kənd təsərrüfatı təyinatlı torpaqlar

meşə fondu torpaqları

su fondu torpaqları

ehtiyat fondu torpaqları

xüsusi mühəndis tədbirləri göstərilməsini tələb edən ərazilər

(dərələr, pozulmuş ərazilər və s.)

dövlət mülkiyyətində olan torpaqlar

bələdiyyə mülkiyyətində olan torpaqlar

xüsusi mülkiyyətdə olan torpaqlar

1

2

Əhali

Tabeçilikdə olan inzibati-ərazi qurumları nəzərə alınmaqla əhalinin sayı-cəmi

o cümlədən-şəhərin (qəsəbənin) özünə məxsus

yaşayış ərazisi hüdudlarında

şəhər, qəsəbə tikililəri hüdudlarında

Əhalinin yaşayış strukturu:

15 yaşınadək uşaqlar

min adam/əhalininümumi sayının %

əmək qabiliyyətli yaşında əhali

(kişilər 16-61 yaşınadək, qadınlar 16-56 yaşınadək)

əmək qabiliyyətli yaşdan böyük olan əhali

Ailənin və tək yaşayanların sayı-cəmi

o cümlədən sosial normadan az mənzillə təyinatı olanların sayı

Əməklə məşğul olan əhali-cəmi

min adam/əhalininümumi sayının %

Mənzil tikintisi

Mənzil fondu- cəmi

mənzillərin ümumi sahəsi(min kv.m)

Yaşayış binaları – cəmi

dövlət və bələdiyyə fondu

şəxsi mülkiyyətdə olan

həyətyanı sahələri olan evlərdə

Köhnəlmiş yaşayış fondu (70%-dən çox)

yaşayış binaları – cəmi

o cümlədən dövlət və bələdiyyə fondu

Saxlanılan mövcud yaşayış fondu

cəmi yaşayış binaları

Yaşayış fondunun mərtəbələr üzrə bölünməsi

cəmi yaşayış binaları

Dövlət və bələdiyyələrə məxsus yaşayış fondunun azalması

texniki vəziyyətinə görə

yenidən qurulmasına görə

mənzillərin ümumi sahəsi (min kv.m)

digər səbəblərə görə (sanitar-mühafizə zonalarının yaradılması,

yeni avadanlığın quraşdırılması və digər)

Mənzillərin ümumi sahəsi ilə əhalinin orta təminatı

Yeni mənzil tikintisi

dövlətin, bələdiyyələrin, müəssisə və təşkilatların vəsaiti hesabına

mənzillərin ümumisahəsini min kv.m

əhalinin vəsaiti hesabına

1

2

Yeni mənzil tikintisinin mərtəbələr üzrə nisbəti:

Əhaliyə mədəniməişət xidməti sisteminin müəssisələri

Uşaq məktəbəqədər müəssisələri – cəmi/1000 adam

Ümumtəhsil məktəbləri – cəmi/1000 adam

Xəstəxanalar – cəmi/1000 adam

Poliklinikalar – cəmi 1000 adam

Dükanlar – cəmi/1000 adam

ticarət sahəsi kv.m

Məişət xidməti müəssisələri – cəmi/1000 adam

Uzunmüddətli istirahət müəssisələri – cəmi/1000 adam

istirahət evləri, pansionatlar və sair

(kurort şəhərlərində mehmanxanalar da daxil olmaqla)

Məktəblilər üçün düşərgə

Nəqliyyat xidməti

Ümumi istifadədə olan sərnişin nəqliyyatı xətlərinin uzunluğu – cəmi

elektrikləşdirilmiş dəmir yolu

Magistral yol və küçələrin uzunluğu

magistral sürətli hərəkət yolları

ümumşəhər əhəmiyyətli arası kəsilməyən hərəkət magistralları

elektrikləşdirilmiş dəmir yolu

boru və məhsul ötürücüləri

km.ildə min kub.m

Küçə-yol şəbəkəsinin sıxlığı

şəhər (qəsəbə) tikililəri hüdudunda

şəhərətrafı (qəsəbəətrafı) zonada (mərhələ, konsepsiya)

Körpülər, yolötürmələri, nəqliyyat ayrıcıqları

Mühəndis təminatı və abadlaşdırma

Cəmləşmiş su sərfi-cəmi

təsərrüfat və içmək məqsədləri üçün

sənaye ehtiyatları üçün

Su təchizatının baş qurğularının gücü

Su təchizatı üçün istifadə olunan mənbələr

1

2

Yeraltı suların təsdiq olunmuş ehtiyatları

(təsdiqin tarixi,hesablama müddəti)

Orta hesabla bir adam üçün su sərfi

o cümlədən təsərrüfat və içmək məqsədləri üçün

Axar suların ümumi axarı-cəmi

Kanalizasiya təmizləyici qurğuların gücü

Elektrik enerjisinin sərfi-cəmi

sənaye müəssisələrinin ehtiyacları üçün

kommunal-məişət ehtiyacları üçün

İldə 1 adam üçün elektrik enerjisinin sərfi

o cümlədən kommunal-məişət ehtiyacları üçün

Elektrik güclərinin ödənilməsi mənbələri

Mərkəzləşdirilmiş istilik mənbəyinin gücü-cəmi

lokal istilik mənbələrinin cəmləşmiş gücü

Şəhərin (qəsəbənin) istilik balansında olan qazın xüsusi çəkisi

Qazın sərfi- cəmi

kommunal-məişət ehtiyacları üçün

sənaye ehtiyacları üçün

Mənbədən təbii qazın verilməsi

küçə şəbəkəsinin ümumi uzunluğu

Ərazinin mühəndis hazırlığı:

ərazinin su basımından mühafizəsi:

qoruyucu qurğuların uzunluğu

torpağın çıxarılması və tökülməsi

ərazi sərhədlərində qrunt sularının səviyyəsinin aşağı salınması və digər xüsusi tədbirlər

Ərazinin sanitar təmizlənməsi:

məişət zibilinin həcmi

zibilyandırılan və zibil emal edən zavodlar

sayı/gün min kub.m/sutka

tullantılar üçün təkmilləşdirilmiş yer

Ətraf mühitin mühafizəsi

Çirkləndirmə mənbəyindən və səs-küyün təsirindən sanitar-mühafizə zonaları

o cümlədən yaşıllaşdırılmış

1

2

Atmosfer havasının çirklənmə səviyyəsi

Su hövzələrinin çirklənmə səviyyəsi

Torpağın və yerin təkinin çirkləndirilmə səviyyəsi

Səs-küyün təsir səviyyəsi

Qeyd

1. Şəhər və qəsəbə yaşayış məskənlərinin, Baş planının texniki-iqtisadi göstəriciləri aşağıdakı etaplar üçün verilir;

qüvvədə olan Baş planın qüvvəyə mindiyi il üçün (və ya 10-15 il üzrə retro-spektiv göstəriciləri);

yeni Baş planın qüvvəyə mindiyi il üçün;

layihə mərhələləri üçün.

2. Kommunal-məişət və sənaye ehtiyacları üçün elektrik enerjisi, istilik, su, qaz təchizatı və təsərrüfat-məişət və sənaye axıntı sularının axıdılmasının həcmi üzrə göstəricilər müvafiq rayon, şəhər və qəsəbə xidmətlərinin məlumatlarına əsasən qəbul edilir.

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı,

razılaşdırılması, dövlət ekspertizası aparılması

və təsdiq olunması Qaydalarına

13 nömrəli əlavə

Kənd yaşayış məskəninin Baş planına əsas texniki-iqtisadi göstəriciləri

Göstəricilər

Ölçü vahidi

1

2

Ərazi

Kənd yaşayış məskəninin ərazisi – cəmi

yaşayış məskəninin ərazisi

kənd təsərrüfatı istifadəsində

olan ərazi – cəmi/əkin

dövlət, aksioner, ailə kəndli və şəxsi təsərrüfatlar

yaşayış məskənindən kənarda biçənəklər, örüşlər və digər torpaqlar

sənaye və kommunal-anbar təyinatlı ərazilər

nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları, sağlamlıq, turizm və rekreasiya, təbiəti mühafizə və tarixi-mədəniyyət təyinatlı ərazilər

meşə fondu əraziləri

su hövzələrinin və akvatoriyaların ərazisi

1

2

xüsusi mülkiyyət torpaqları

bələdiyyə mülkiyyəti torpaqları

dövlət mülkiyyəti torpaqları

yaşayış məskəninin hüdudları daxilində ərazi – cəmi

yaşayış və ictimai tikililərin ərazisi

çox mənzilli tikililər

ümumi istifadədə olan torpaqlar

küçələr, yollar, meydanlar

kənd təsərrüfatı üçün istifadəli ərazilər

sənaye, kommunal, ambar tikililəri ərazisi

turizm və rekreasiya zonaları,, tarixi-mədəniyyət və digər təyinatlı ərazilər

su hövzələrinin və akvatoriyaların ərazisi

Əhali

layihələndirilən ərazidə istehsalatda və xidmət sahəsində çalışanlar

layihələndirilən ərazilərdən kənarda işləyənlər

Mövsümə görə (azalan və ya artan)

Mənzil fondu

mənzillərin ümumi sahəsi(min kv.m)

Layihələndirilən ərazidə mənzillərin ümumi sayı

Yaşayış fondunun mərkəzləşdirilmiş təminatı:

su təchizatı ilə

istilik təchizatı, o cümlədən avtonom təchizatı ilə

qaz təchizatı, o cümlədən avtonom təchizatı ilə

isti su təchizatı, o cümlədən avtonom təchizatı ilə

Yaşayış məskəni üzrə yaşayış fondu:

Əhaliyə mədəniməişət xidməti sisteminin müəssisələri

Layihələndirilən ərazidə ümumi tutum:

uşaq məktəbəqədər müəssisələri

mədəniyyət müəssisələri (klublar, kinoteatrlar)

gəlmə/növbə 1000 adama

1

2

min kv.m/ticarət sah./

rabitə və maliyyə-kredit müəssisələri

məişət xidməti müəssisələri

işçi yeri/1000 adama

bazar infrastrukturu müəssisələri

Nəqliyyat

Yol-nəqliyyat şəbəkəsinin uzunluğu

(yolların və ümumi istifadədə olan nəqliyyat xətlərinin növü və kateqoriyaları üzrə)

Mühəndis təminatı və abadlaşdırma

kommunal-məişət ehtiyacları üçün

istehsalat ehtiyacları üçün

İstifadə olunan su mənbələri

Axar suların ümumi axıdılması-cəmi

məişət axar suları

sənaye axar suları

Elektrik enerjisinin sərfi-cəmi

kommunal-məişət ehtiyacları üçün

kvt. saat/1 adam/il

istehsalat ehtiyacları üçün

Elektrik plitələri quraşdırılmış mənzillərin sayı

Elektrik güclərinin ödənilmə mənbələri

İstiliyin mərkəzləşdirilmiş mənbələrdən sərfi

kommunal-məişət ehtiyacları üçün

sənaye ehtiyacları üçün

nömrələrin ümumi sayı

telefon quraşdırılmış mənzillərin sayı

telefon gərginliyinin ödənilmə mənbələri

Layihə ərazisinin istilik balansında qazın xüsusi çəkisi

kommunal-məişət ehtiyacları və mənzillərin qızdırılması üçün istehsalat ehtiyacları üçün

istehsalat ehtiyacları üçün

Qaz verilməsi mənbəyi:

1

2

Qaz təchizatı olan mənzillərin sayı

kəmərdə olan qazla

məişət zibilinin həcmi

tullantılar üçün təkmilləşdirilmiş yer

Ətraf mühitin mühafizəsi

Sanitar-mühafizə və su qoruyucu zonaların yaşıllaşdırılması

Torpaq təkinin və yerin mühafizəsi

Qeyd.

Kənd yaşayış məskəninin Baş planının texniki-iqtisadi göstəriciləri aşağıdakı mərhələlər üçün verilir:

qüvvədə olan Baş planın qüvvəyə mindiyi il üçün;

yeni Baş planın qüvvəyə mindiyi il üçün;

tikintinin birinci növbəsi üçün.

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı,

razılaşdırılması, dövlət ekspertizası aparılması

və təsdiq olunması Qaydalarına

14 nömrəli əlavə

Müfəssəl planlaşdırma layihəsinin əsas texniki-iqtisadi göstəriciləri

Göstəricilər

Ölçü vahidi

1

2

Ərazi

Layihənin hüdudları daxilində nəzərdə tutulan ərazi-cəmi

yaşayış məhəllələri, mikrorayonlar

həyətyanı sahələri olan tikililər

xidməti idarə və müəssisələrin sahələri

(mikrorayon əhəmiyyəti olan sahələrdən başqa)

ümumi istifadə əraziləri

ümumi istifadədə olan yaşıllıqlar, küçələr, yollar, keçidlər, meydanlar

fərdi avtonəqliyyat saxlanılan qaraj və avtomobil dayanacaqlarının sahələri

dövlət mülkiyyətində olan torpaqlar

bələdiyyə mülkiyyətində olan torpaqlar

xüsusi mülkiyyətdə olan torpaqlar

Əhali

1

2

Yaşayış fondu

mənzillərin ümumi sahəsi(min kv.m)

Tikililərin orta mərtəbəliliyi

Mövcud saxlanılan yaşayış fondu

mənzillərin ümumi sahəsi(min kv.m)

Dövlət və bələdiyyə yaşayış fondunun azalması-cəmi

texniki vəziyyətinə görə

digər səbəblərə görə (sanitar-mühafizə zonalarının təşkili, yenidən avadanlıqlaşdırılması və digər)

Yeni mənzil tikintisi

mənzillərin ümumi sahəsi (min kv.m)

Əhaliyə xidmət müəssisə və idarələri

Uşaq məktəbəqədər müəssisələri – cəmi/1000 adam

Ümumtəhsil məktəbləri – cəmi/1000 adam

Poliklinikalar – cəmi/1000 adam

Ərzaq malları dükanları – cəmi/1000 adam

ticarət sahəsi kv.m

Qeyri-ərzaq malları dükanları – cəmi/1000 adam

İaşə xidməti müəssisələri – cəmi/1000 adam

Uşaq süd mətbəxinin paylama məntəqələri

Camaşırxana və kimyəvi təmizləmələrin qəbul məntəqələri

Məişət xidməti müəssisələri

Örtülü su hovuzları

Bədən tərbiyə-sağlamlıq kompleksləri

Mənzil-kommunal təsərrüfatının istismar xidmətləri bazaları

Qeyd. Əhaliyə xidmət müəssisə və idarələri mikrorayon, rayon və şəhər əhəmiyyətli obyektlərə bölünürlər.

Nəqliyyat

Küçə-yol şəbəkəsinin uzunluğu

yaşayış küçə və keçidləri

İctimai nəqliyyat xətlərinin uzunluğu:

Qarajlar, avtomobil dayanacaqları:

Mühəndis təminatlı və abadlaşdırma

Axar suların sərfi-cəmi

Cəmləşdirilmiş elektrik gücü

Mənzillərin isidilməsi, ventilyasiya olunması və isti su təchizatı üçün ümumi istiliyin sərfi

Mühəndis hazırlığı üzrə xüsusi tədbirlərin görülməsini tələb edən tikililərin ərazisi

Ətraf mühitin mühafizəsi

Atmosfer havasının çirklənmə səviyyəsi

Tikintinin təqribi qiyməti -cəmi

küçə-yol şəbəkəsi və şəhər nəqliyyatı

mühəndis təminatı və abadlaşdırma

Xüsusi xərclər

1 nəfər sakin üçün

yeni tikilən yaşayış evlərinin

ümumi sahəsinin 1 kv.m üçün

ərazinin 1 hektarı üçün

Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı,

razılaşdırılması, dövlət ekspertizası aparılması

və təsdiq olunması Qaydalarına

15 nömrəli əlavə

Ərazinin tikinti-planlaşdırma layihəsinin əsas texniki-iqtisadi göstəriciləri

Göstəricilər

Ölçü vahidi

1

2

Ərazi

Qırmızı xətlər hüdudunda yaşayış məhəllələri, mikrorayonlar

Yaşayış tikililəri ərazisi

çoxmərtəbəli tikililərin ərazisi

fərdi tikililərin ərazisi

Mikrorayondan xaric təyinatlı xidməti müəssisə və idarələrinin əraziləri

ümumi istifadə olunan ərazilər

ümumi istifadə olan yaşıllıqlar

Fərdi avtonəqliyyat saxlanılan qaraj və avtomobil dayanacaqlarının sahələri

dövlət mülkiyyətində olan torpaqlar

bələdiyyə mülkiyyətində olan torpaqlar

xüsusi mülkiyyətdə olan torpaqlar

Əhali

Əhalinin sıxlığı (brutto)

Mənzil fondu

mənzillərin ümumi sahəsi(min kv.m)

Mənzil fondunun mərtəbələr üzrə bölgüsü:

Mənzil tikintilərinin orta mərtəbəliliyi

4 və daha çox otaqlı

Mövcud saxlanılan mənzil fondu

mənzillərin ümumi sahəsi(min kv.m)

Mənzil fondunun azalması

mənzillərin ümumi sahəsi(min kv.m), mövcud və yeni tikin-tilər fonduna aid faiz

1

2

yaşayış evləri – cəmi

texniki vəziyyətinə görə

digər səbəblərə görə (sanitar-mühafizə zonalarının təşkili, yenidən avadanlıqlaşdırılması və digər)

yeni mənzil tikintisi:

mənzillərin ümumi sahəsi (min kv. m)

Əhalinin sıxlığı (brutto)

Xidmət müəssisə və idarələri

Uşaq məktəbəqədər müəssisələri–cəmi/1000 adam

Ümumtəhsil məktəbləri-cəmi/1000 adam

Ərzaq malları dükanları

ticarət sahəsi kv.m

Qeyri-ərzaq malları dükanları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə

Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi

QAYDALARI

Bu Qaydalar «Memarlıq fəaliyyəti haqqında», «İnvestisiya fəaliyyəti haqqında», «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» və «Standartlaşdırma haqqında» Azərbaycan Respublikası qanunlarına uyğun olaraq, «Şəhərsalmanın əsasları haqqında» qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 187 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti-investisiya fəaliyyətinin tənzimlənməsinə aid olan digər normativ-hüquqi aktları da əsas götürərək, şəhərsalma sənədlərinin hazırlanması, tikinti layihələrinin həyata keçirilməsi işində sifarişçi, tərtibatçı və podratçının fəaliyyətinə nəzarətin həyata keçirilməsini müəyyən edir.

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar şəhərsalma işinin həyata keçirilməsində sifarişçi, tərtibatçı və podratçının fəaliyyətinə nəzarətin, şəhərsalma sahəsində dövlət siyasətinin təsdiq olunmuş şəhərsalma sənədlərinə, müvafiq tikinti norma, qayda və standartlarına uyğun olaraq, tələb olunan keyfiyyət səviyyəsində həyata keçirilməsinin təmin edilməsini tənzimləyir.

1.2. Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçi, tərtibatçı və podratçının fəaliyyətinə nəzarətin həyata keçirilməsinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən qanunların və qanunvericilik aktlarının tələblərinə, təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə müvafiq razılaşmalar olmadan yenidən planlaşdırma, yenidən qurulma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir.

1.3. Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq-tikinti xidmətləri həyata keçirirlər.

1.4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi respublika ərazisinin inkişaf etdirilməsi və şəhərsalma planlaşdırılması üzrə şəhərsalma sənədlərinin hazırlanması, aidiyyәti təşkilatlarda onlara baxılması və razılaşdırılması üçün bu sənədlərin tərtibatçılarına lazımi köməklik edir və yerlərdə şəhərsalma sənədlərinin, o cümlədən Baş planların və ərazi planlaşdırma layihələrinin həyata keçirilməsini dövri olaraq yoxlayır.

1.5. Dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını həyata keçirən xidmətlərlə yanaşı, şəhərsalma fəaliyyətinə dövlət nəzarətini layihə sənədlərinin ekspertizası, yanğın təhlükəsizliyi, gigiyena və epidemiologiya, ekologiya və qaz nəzarəti orqanları (xidmətləri) öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. DÖVLƏT MEMARLIQ-TİKİNTİ NƏZARƏTİ XİDMƏTLƏRİNİN VƏZİFƏLƏRİ VƏ SƏLAHİYYƏTLƏRİ

2.1. Dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndis-nəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyələrinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir.

2.2. Dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlər vəzifələrinə müvafiq olaraq, aşağıdakı səlahiyyətlərə malikdirlər:

şəhərsalma fəaliyyətinin subyektləri olan sifarişçi, tərtibatçısı və podratçının (mülkiyyət və tabeliyindən asılı olmayaraq) hüquqi şəxslərində, hüquqi şəxs olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə təşkilati-hüquqi qaydaya uyğun müvafiq sənədlərin (//çıxarılıb// vergi orqanlarında uçotu, tikinti aparılmasına və başlanmasına icazələr, obyektin layihəsi, dövlət ekspertizasının müsbət rəyi və qeydiyyatı, müvafiq fəaliyyət növləri üzrə lisenziyası və s.) olmasını yoxlamaq;

şəhər və digər yaşayış məskənlərinin inkişafının planlaşdırılması, onların torpaqlarından təyinatı üzrə və səmərəli istifadə olunması, qorunması, tikintisi və yenidən qurulmasında şəhərsalma norma və qaydalarına əməl olunmasına nəzarət etmək;

mülkiyyət forması və mənsubiyyətindən asılı olmayaraq, şəhərsalma obyektlərinin tikintisi və yenidənqurulması üzrə tərtib olunmuş layihə sənədləri və görülmüş tikinti işlərinin müvafiq tikinti norma, qayda və standartlarına, tikinti aparılmasına və başlanmasına verilən icazə sənədlərinin tələblərinə uyğunluğunu yoxlamaq;

lazım gələrsə sifarişçi, tərtibatçı və podratçıdan bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaların ayrı-ayrı konstruktiv elementlərinin seçmə açılmasını, əlavə laboratoriya və digər sınaqların aparılmasını, icra sxemlərinin tərtibini, ölçmələrin keçirilməsini tələb etmək;

«Şəhərsalmanın əsasları haqqında», «Memarlıq fəaliyyəti haqqında» və Azərbaycan Respublikasının digər qanunları, qüvvədə olan normativ tələblər və təsdiq olunmuş layihə həllərinin pozulması ilə obyektlərin möhkəmlik və davamlılıq xüsusiyyətlərinin aşağı düşməsi ilə nəticələnən hallar aşkar edildikdə, təqsirkar şəxslərin müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilmələri haqqında aidiyyәti təşkilatlar qarşısında məsələ qaldırmaq;

sifarişçi, tərtibatçı və podratçının fəaliyyətində şəhərsalma sənədlərinin əsas müddəalarının, tikinti layihə və normativ sənədlərin tələblərinin müntəzəm olaraq, kobud surətdə pozulması halları aşkar edildikdə, müvafiq lisenziyalaşdırma orqanlarına məlumat göndərmək;

şəhərsalma obyektlərində Azərbaycan Respublikası qanunvericiliyinin pozulması ilə icra olunan işlərin dayandırılması barədə qərar qəbul etmək.

3. SİFARİŞÇİNİN, TƏRTİBATÇININ VƏ PODRATÇININ FƏALİYYƏTİNƏ NƏZARƏT

Şəhərsalma sənədlərinin həyata keçirilməsində dövlət memarlıq-tikinti orqanları aşağıdakılara nəzarət edirlər:

Sifarişçinin fəaliyyəti üzrə:

1. Sifarişçi görülən işlərin həcmi, dəyəri və keyfiyyətinin təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğunluğuna, tikinti norma, qayda və standartlarının texniki tələblərinə riayət etməklə aparılmasına, istifadə edilən avadanlıq, material, məmulat və konstruksiyaların keyfiyyətinə, onların müvafiq standart və texniki şərtlərə uyğunluğuna, həmçinin tikinti işlərinin gedişinə və müəyyən olunmuş vaxtda istifadəyə verilməsinə müntəzəm olaraq nəzarət aparmaq məqsədi ilə texniki nəzarət qurumu (xidməti) təsis etməlidir.

2. Sifarişçi, obyektin dəyərindən asılı olmayaraq, bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyalarının tikintisi və ya yenidən qurulmasına tikinti müddətinin bütün dövrü ərzində texniki nəzarət aparmalıdır.

3. Texniki nəzarətin işçisi sifarişçinin strukturu tərkibinə daxildir. Sifarişçi və podratçı funksiyasını birgə yerinə yetirən təşkilatlarda da texniki nəzarətin işçisi həmin təşkilatın struktur tərkibinə daxildir.

4. Texniki nəzarət işçisi sifarişçi tərəfindən xüsusi əmrlə təyin edilməli və yerli icra hakimiyyətinin memarlıq-tikinti xidmətində qeydə alınmalıdır.

Texniki nəzarət işçisi vəzifəsinə tikinti sahəsində istehsalat stajı ən azı 3 il olan ali təhsilli inşaatçı mühəndis, memar və ya ən azı 5 il istehsalat stajı olan orta ixtisas təhsilli inşaatçı texnik qəbul oluna bilər.

5. Texniki nəzarət işçisinin «Zəlzələyə davamlı tikintilər»ə aid xüsusi kurs keçməsi barədə vəsiqəsi olmalıdır.

6. Texniki nəzarət aparan işçi sifarişçinin tikintidə məsuliyyətli nümayəndəsidir.

7. Obyektlərdə tikinti-quraşdırma işlərinin aparılması və qəbul edilməsinə aid məsələlər üzrə dövlət memarlıq-tikinti nəzarəti xidmətlərinin göstərişi texniki nəzarət işçisi üçün məcburidir.

8. Texniki nəzarət işçisinə tikinti prosesində layihədə dəyişiklik etməyə icazə verilmir. Dəyişiklik yalnız müəyyən olunmuş qaydada aparıla bilər.

9. Texniki nəzarət işçisi öz fəaliyyətində nəzarətdə olan obyektlərdə tikinti işlərinin tam həcmdə və keyfiyyətlə yerinə yetirilməsinə, müəyyən olunmuş vaxtda istismara verilməsinə kömək göstərməli, həmçinin obyektlərin sifarişçi tərəfindən təchiz edilən avadanlıq və material-texniki vəsaitlərlə təmin edilməsi məsələlərinin həllində fəal iştirak etməlidir.

10. Texniki nəzarət işçisi:

Layihə-smeta sənədlərinin hazırlanması barədə müqavilə şərtlərinin, memarlıq-planlaşdırma tapşırığının tərtibatçılar tərəfindən yerinə yetirilməsinə nəzarət edir, həmin sənədləri qəbul edərək keyfiyyətini yoxlayır, həmçinin bu sənədlərin baxılıb, müvafiq orqanlarla razılaşdırılmasını, müəyyən edilmiş qaydada dövlət ekspertiza orqanlarından müsbət rəy aldıqdan sonra təsdiq edilməsini təşkil edir;

layihə-smeta sənədləri təsdiq olunduqdan sonra tikintini yerli memarlıq-tikinti nəzarəti xidmətində qeydiyyatdan keçirir, hazırlıq və tikinti-quraşdırma işlərinin aparılmasına icazə alır, həmçinin hər il ildən-ilə keçən tikintiləri yenidən qeydiyyata aldırır;

təsdiq olunmuş və qeydiyyatdan keçmiş layihə sənədlərinin hər cizgisinin üstündə «İcra üçün qəbul olunub» yazısını qeyd edərək, tikintiyə başlamaq haqqında yerli memarlıq-tikinti nəzarəti xidmətinin verdiyi icazə ilə birlikdə həmin sənədləri müəyyən olunmuş qaydada podratçıya təhvil verməli və tikintinin gedişinə nəzarət edən orqanlara təqdim edilmək üçün bu sənədlərin daima tikinti meydançasında olmasını təmin etməlidir;

tikinti altına ayrılmış torpaq sahəsini naturada podratçıya təhvil verərək aktla sənədləşdirir;

tikinti sahəsində bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaları, həmçinin reper dayaqlarının nişanlanması və bərkidilməsi, onların oxlarının müfəssəl nişanlanması, həmçinin binanın əsası, bünövrə və örtüklərin şaquli səviyyə göstəricilərinin yoxlanılması və qəbulunda iştirak edir, onların qəbulunu aktla sənədləşdirir;

tikinti sahəsində olan yeraltı və yerüstü mühəndis-kommunikasiya xətlərinin köçürülməsi, tikintilərin sökülməsi üçün vacib olan hüquqi və texniki sənədlərin hazırlanmasını qabaqcadan təmin edir;

obyektlərin tikinti və istismarı dövründə su, elektrik, qaz və istilik təchizatı, tullantı, çirkab suları, telefon, televiziya, radio xətləri və şəbəkələrinə qoşulmasına icazələri vaxtında sənədləşdirir, həmçinin avadanlıqların quraşdırılması, sınağı və qeydiyyatdan keçirilməsi ilə əlaqədar məsələləri müvafiq təşkilatlarla razılaşdırır;

bütün tikinti-quraşdırma işlərinin vaxtında, tam həcmdə və keyfiyyətlə yerinə yetirilməsinə, onların təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğunluğuna, ümumtikinti, quraşdırma, tamamlama və xüsusi işlərin, həmçinin qış vaxtında aparılan işlərin yerinə yetirilməsində tikinti norma, qayda və standartların tələblərinə düzgün əməl edilməsinə nəzarəti həyata keçirir;

tikintidə istifadə olunan avadanlıq, material, məmulat və konstruksiyaların pasportlarını, laboratoriya sınaqlarının nəticə sənədlərini yoxlayır;

tikinti material, məmulat və konstruksiyalarının keyfiyyətinin pasport göstəricilərinə uyğunluğunun daimi yoxlanılmasını podratçıdan tələb edir;

sınaq üçün nümunələrin götürülməsində, mühəndis kommunikasiya xətləri, avadanlıqları və digər qurğuların sınaqdan keçirilməsində iştirak edir, laboratoriya sınaqlarının nəticələrinin alınmasına nəzarəti həyata keçirir;

tikinti meydançasına gətirilən, müvafiq standart və texniki şərtlərə cavab verməyən yararsız tikinti materialı, məmulatı, avadanlıq və konstruksiyalarını aktla sənədləşdirərək onların istifadə olunmasını qadağan edir;

örtülü və xüsusi işlərin icrasının yoxlanılması və aktlarla sənədləşdirilməsində iştirak edir, aktlar imzalanana qədər sonrakı iş növünün yerinə yetirilməsinə yol vermir;

örtülü işlərin görülməsi və başa çatdırılması haqqında aktları bu işlər qurtaran kimi tərtib etməlidir;

işlərin həcmini müəyyən etməli, təsdiq olunmuş layihə sənədləri və texniki şərtlərə uyğun keyfiyyətlə yerinə yetirildikdə onları qəbul edərək, bu işlərin dəyərini ödəmək üçün müvafiq sənədlər tərtib etməlidir;

tikinti-quraşdırma işlərinin ümumi və xüsusi iş jurnallarının vaxtlı-vaxtında və düzgün aparılmasına, həmçinin tikinti prosesində müəlliflə razılaşdırmaqla edilmiş dəyişikliklərin ayrı-ayrı işçi cizgilərində vaxtında qeyd olunmasına nəzarət etməlidir;

obyektlərdə aparılan texniki nəzarətin nəticəsini ümumi və ya xüsusi iş jurnallarında qeyd etməli və ya aktlar tərtib etməlidir;

layihə və tikinti təşkilatları tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməli və lazım gəldikdə, müqavilələrdə nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsi barədə müvafiq rəhbərlik qarşısında məsələ qaldırmalıdır;

texniki və müəllif nəzarətləri, dövlət memarlıq-tikinti nəzarəti işçiləri və digər nəzarət orqanları nümayəndələrinin iş jurnallarında qeyd etdikləri tələb və göstərişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etməlidir;

tikintisi tamamlanmış bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaların podratçı təşkilatdan qəbulu üzrə sifarişçinin işçi qəbul komissiyasında iştirak etməli, yarımçıq işlər müəyyən olunan hallarda, aşkar edilmiş çatışmazlıq və nöqsanların siyahısını tərtib etməli, obyektlərin yenidən qəbul olunması şərti ilə onların düzəldilməsinə müəyyən vaxt ayırmalıdır;

sifarişçi işçi qəbul komissiyasının təşkil edilməsini müvafiq tikinti norma və qaydalarına uyğun olaraq həyata keçirməli, podratçıya və başqa marağı olan təşkilatlara komissiyanın iş vaxtı barədə məlumat verməlidir;

tikintisi tamamlanmış obyektləri dövlət qəbul komissiyasına təqdim etmək üçün texniki sənədləri podratçı ilə birlikdə hazırlamalı, dövlət qəbul komissiyasının işində iştirak etməli və komissiya üzvlərini texniki sənədlər və işçi qəbul komissiyasının aktları ilə tanış etməlidir;

obyekti dövlət komissiyası qəbul etmədən, bir hissəsinin və ya tam istismara verilməsinə yol verməməlidir, belə hal baş verdikdə, podratçı təşkilatla birlikdə akt tərtib etməli və aktda vaxtı, şəraiti və obyekti özbaşına istismara verən günahkar şəxsin vəzifəsi göstərilməli, müvafiq ölçü götürmək üçün həmin aktı sifarişçinin yuxarı təşkilatına, müvafiq dövlət memarlıq-tikinti nəzarəti xidmətinə və şəhər (rayon) icra hakimiyyətinə göndərməlidir;

obyektin konservasiyası, rekonservasiyası və ya işi görən podratçı təşkilatın dəyişdirilməsi barədə yerli memarlıq-tikinti nəzarəti xidmətinə mütləq məlumat verməlidir;

tikinti prosesində tərtib edilmiş bütün sənədlər, işçi və dövlət qəbul komissiyalarının aktlarını obyekti istismara qəbul etmiş təşkilatlara təhvil verməlidir.

Tərtİbatçının fəaliyyəti üzrə

1. Şəhərsalma sənədləri və tikinti layihələrinin tərtibatçıları sifarişçi ilə müəyyən edilmiş qaydada bağladıqları müqavilə əsasında:

sifarişçidən layihə tapşırığı və digər müvafiq məlumatları alaraq, şəhərsalma sənədləri və obyektlərin tikintisi üçün layihə-smeta sənədlərini hazırlamalı, onların ekspertizadan keçirilməsində iştirak etməli həyata keçirilməsinə müəllif nəzarəti aparmalı, sifarişçi və podratçıdan təsdiq olunmuş layihə sənədlərinə əməl olunmasını tələb etməlidirlər;

müqavilə və texniki şərtlər, tikinti norma, qayda və standartlarının pozulması ilə əlaqədar dövlət ekspertizasının iradlarına əsasən layihə sənədlərində bütün nöqsanların aradan götürülməsi üzrə dəyişikliklər etməlidirlər.

2. Respublikanın bütün ərazisi fəal seysmik zonada yerləşdiyindən hər bir tikilən, yenidən qurulan bina, qurğu və mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyalarının tikinti dəyəri və mürəkkəbliyindən asılı olmayaraq inşaat işləri başlanandan başa çatdırılanadək mütləq müəllif nəzarəti aparılmalıdır.

3. Müəllif nəzarəti sifarişçinin layihəçi ilə bağladığı müqavilə əsasında aparılır. Layihəçi lazım gələrsə, xüsusi işlərin layihə-smeta sənədlərini tərtib etmiş ixtisaslaşdırılmış layihə qurumuna, həmin işlərə müəllif nəzarəti aparmağı müqavilə ilə həvalə edə bilər.

Müəllif nəzarəti aparmaq üçün müqavilə, əlavə razılaşma və onlara qoşmaların, müəllif nəzarəti jurnalının tərtibatı və sifarişçiyə təqdim edilməsi layihəçinin vəzifəsidir. Müəllif nəzarəti aparmaq üçün smeta, tikintinin bütün dövrü üçün plan-qrafik, əsas işlərin (o cümlədən müvafiq işlər və konstruksiyalarla üstü örtülən işlərin) siyahısı müqaviləyə əlavə edilməlidir.

Əgər müəllif nəzarətinin aparılması xərcləri müqavilədə müəyyən olunmuş xərclərdən artıq olarsa, əlavə razılaşma tərtib olunmalıdır.

4. İstismara verilən obyektlərin tikinti həlli və göstəricilərinin təsdiq olunmuş layihələrinin memarlıq-tikinti, texnoloji və digər texniki həllərinə, texniki-iqtisadi göstəricilərinə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyalarında yüksək keyfiyyətin təmin olunması və onların müqavilə dəyərinə riayət edilməsində sifarişçi, tərtibatçı və podratçının məsuliyyətini artırmaq məqsədi ilə tikinti müddətinin bütün dövründə və tikintisi tamamlanmış obyektlərin istismara qəbulunda da tərtibatçının müəllif nəzarəti nəzərə alınmalıdır.

5. Müəllif nəzarəti aparan layihəçinin:

tikinti prosesində görülən işlərin, tikilən və ya yenidən qurulan müəssisə, bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaların işçi cizgilərində nəzərdə tutulmuş layihə həllərinə və müqavilə dəyərinə uyğunluğunu, texnologiyaya (o cümlədən, tikintinin təşkili layihələrinə) riayət olunmasını və tikinti-quraşdırma, texnoloji avadanlıq və başqa növ avadanlıqların quraşdırılması üzrə işlərin keyfiyyətini, obyektlərin tikinti və ya yenidən qurulmasında yanğın və partlayış təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlamalıdır;

tikinti-quraşdırma işlərinin icrasında layihə sənədlərindən kənara çıxma, tikinti norma, qayda və standartların tələblərinin pozulması halları, həmçinin onların düzəldilməsinə verilən vaxtı müəllif nəzarəti jurnalında qeyd etməli, müəllif nəzarətinin göstərişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etməlidir;

aşkar edilmiş nöqsanların düzəldilməsinə aid göstəriş vaxtında və keyfiyyətlə yerinə yetirilmədiyi halda, layihəçinin nümayəndəsi nöqsanların düzəldilməsi barədə əməli tədbir görmək üçün sifarişçi və podratçı təşkilatların rəhbərlərinə yazılı məlumat verməklə, müəllif nəzarəti jurnalında bu nöqsanların düzəldilməsinin vacibliyini yenidən qeyd etməlidir;

əsas konstruksiyaların qəbulunda, həmçinin sonrakı işlər və konstruksiyalarla üstü örtülən, bina və qurğuların möhkəmliyi, dayanıqlığı və keyfiyyətlə yerinə yetirilməsindən asılı olan əsas işlərin müayinə aktlarının tərtib olunmasında, müəllif nəzarəti nümayəndəsi sifarişçinin texniki nəzarət işçisi ilə birgə iştirak etməlidir;

binaların fasadları və interyerlərinin tərtibatı, abadlıq və yaşıllaşdırma işlərinə nəzarət etməlidir;

gözlənilməz hallar meydana çıxdıqda, müəyyən olunmuş qaydada layihə-smeta sənədlərinə əlavə və dəyişikliklər etməlidir.

6. Müəllif nəzarəti aparan işçilərin «Zəlzələyə davamlı tikintilər»ə aid xüsusi kurs keçməsi barədə vəsiqəsi olmalıdır.

7. Müəllif nəzarəti jurnalında qeyd edilmiş göstərişlərin yerinə yetirilməsi sifarişçi və podratçı üçün məcburidir.

8. Şəhərsalma sənəd və tikinti layihələrinin tərtibatçılarının göstərdiyi fəaliyyət üçün qanunvericiliklə nəzərdə tutulmuş xüsusi razılığı (lisenziyası) olmalıdır.

Podratçının fəaliyyəti üzrə

1. Tikinti təşkilatları (podratçılar) tikinti məhsulu yaradılmasının bütün mərhələlərində kompleks texniki, iqtisadi və təşkilati təsirli nəzarət tədbirləri həyata keçirməklə bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaların layihəyə tam uyğunluğunu, yüksək keyfiyyət və möhkəmliyini təmin etməlidirlər.

2. Tikinti təşkilatlarında tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarəti texniki vəsaitlərlə təchiz edilmiş xüsusi xidmət və ya işçi həyata keçirməlidir.

3. Tikinti-quraşdırma işlərinin keyfiyyəti üzrə istehsalat nəzarətinə:

işçi sənəd, konstruksiya, məmulat, material və avadanlıqlara giriş nəzarəti;

ayrı-ayrı tikinti prosesləri və ya istehsalat əməliyyatlarına əməliyyat nəzarəti;

tikinti-quraşdırma işlərinin qəbulu nəzarəti daxildir.

4. İşçi sənədlərinə giriş nəzarəti apararkən onların komplekt halda tam dəstəliyi, layihələrdə dövlət ekspertizasının keçirilməsi və təsdiq olunması, işlərin icrası üçün lazım olan texniki məmulatların bütövlüyü yoxlanılmalıdır.

5. Tikinti konstruksiya, məmulat, material və avadanlıqlarına giriş nəzarəti apararkən onların xarici görünüşü və ölçülərinin standart, normativ və işçi sənədlərinin tələblərinə uyğunluğu, pasport, sertifikat, digər müşayiətedici sənədlər və onların məzmunu yoxlanılmalıdır.

6. Tikinti prosesi və ya istehsalat əməliyyatları yerinə yetirilərkən əməliyyat nəzarəti həyata keçirilməklə, qüsurların vaxtında aşkarlanması və onların düzəldilməsi üzrə lazımi tədbirlərin görülməsi təmin edilməlidir. Əməliyyat nəzarətində tikinti-quraşdırma proseslərinin yerinə yetirilmə texnologiyasına əməl olunması, görülən işlərin işçi cizgilərinə, tikinti norma, qayda və standartlarına uyğunluğu yoxlanılmalıdır. Çökən torpaqlarda, zəlzələ, sürüşmə və karstlar olan rayonlarda, həmçinin mürəkkəb və unikal obyektlərin tikintisində müvafiq tikinti norma, qayda və standartların tələbləri və təsdiq edilmiş layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət verilməlidir. Əməliyyat nəzarətinin nəticələri iş jurnallarında qeyd edilməlidir. Əməliyyat nəzarətinin aparılmasında əsas rəhbər sənədlər qüvvədə olan normativ sənədlər, texnoloji xəritələr və onların tərkibində olan keyfiyyətə nəzarət sxemləridir. Keyfiyyətə əməliyyat nəzarəti sxemlərinin tərkibində bir qayda olaraq, iş icraçısının (ustanın), lazım gəldikdə tikinti laboratoriyasının, geodeziya və digər xüsusi nəzarət xidmətlərinin iştirakı ilə nəzarət etdiyi, yol verilən kənaraçıxmaların ölçüləri göstərilməklə, konstruksiyaların eskizləri, əməliyyat və ya proseslərin siyahısı, nəzarətin tərkibi, vaxtı və üsulu haqqında göstəricilər olmalıdır.

7. Qəbul nəzarətində, yerinə yetirilən tikinti-quraşdırma işlərinin, həmçinin əsas konstruksiyaların keyfiyyətinin yoxlanması və qiymətləndirilməsi lazımdır.

8. İcraçıların müstəqil bölmələrinin yerinə yetirdiyi tamamlanmış proseslərə örtülü işlərin müayinə aktları tərtib edilməlidir. Bütün hallarda əvvəlki örtülü işlərin müayinə aktları olmadan, sonrakı işlərin yerinə yetirilməsi qadağandır.

9. Tikinti dövründə əsas konstruksiyalar işçi layihələrinə uyğun olaraq hazır olduqda, müəllif nəzarətinin iştirakı ilə aralıq qəbul aktları tərtib edilməli və həmin konstruksiyalar qəbul olunmalıdır.

10. Mürəkkəb və unikal obyektlərin tikintisində əsas konstruksiya və örtülü işlərin müayinəsi və qəbulu aktları işçi layihələrinin xüsusi göstəriş və texniki şərtləri nəzərə alınmaqla tərtib edilməlidir.

11. Tikinti-quraşdırma işləri keyfiyyətinin idarə olunmasını tikinti təşkilatı aparmalıdır və bu da tikinti-quraşdırma işlərinin, tikintisi tamamlanmış obyektlərin keyfiyyətinin normativ və layihə sənədlərinin tələblərinə uyğunluğunun təmin edilməsinə yönəldilmiş tədbir, metod və vasitələrin cəmindən ibarətdir.

12. Tikintinin bütün mərhələlərində aparılmış istehsalat nəzarətinin təsirliyini yoxlamaq məqsədi ilə seçmə inspeksiya nəzarəti aparılmalıdır. İnspeksiya nəzarətini tikinti təşkilatının tərkibində olan xüsusi xidmətlər, ya da bu məqsəd üçün təşkil edilmiş xüsusi komissiyalar tərəfindən həyata keçirirlər.

13. Tikinti-quraşdırma işlərini həyata keçirən usta, iş icraçısı və nəzarət xidməti işçilərinin «Zəlzələyə davamlı tikintilər»ə aid xüsusi kurs keçməsi barədə vəsiqəsi olmalıdır.

14. Tikinti-quraşdırma işlərinin keyfiyyətinə dair istehsalat və inspeksiya nəzarətlərinin nəticələri ilə aşkar edilmiş nöqsanların müəllif nəzarəti və dövlət memarlıq-tikinti nəzarəti xidmətinin tələbləri nəzərə alınmaqla, düzəldilməsi məqsədi ilə podratçı təşkilat tərəfindən tədbirlər hazırlanıb həyata keçirilməlidir.

15. Şəhərsalma sənədləri və tikinti layihələrini həyata keçirən podratçının göstərdiyi fəaliyyət üçün qanunvericiliklə nəzərdə tutulmuş xüsusi razılığı (lisenziyası) olmalıdır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 29 dekabr 2005-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1244)

2. 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)

3. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)

4. 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)

5. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)

6. 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 359)

Yerquruluşu işlərində müasir avadanlıq təminatı

Məlumdur ki, ideoloji baxışların, ictimai münasibətlərin dəyişdiyi indiki şəraitdə yeni yaşayış formalarına adaptasiya olunmağa, həmçinin sosial həyatın əsas prinsiplərini öyrənməyə, yeni siyasi reallıqların və inkişaf istiqamətlərinin ictimai şüurda, praktikada möhkəmləndirilməsinə nail olmaq üçün təhsil geniş imkanlara malikdir. Milli-mənəvi və sosial-mədəni dəyərlərə yiyələnmiş insan, hazırda təhsilin rolunu, onun həlledici mahiyyətini aşağıdakı kimi görür və əsas kimi qəbul edir.

* təhsil ictimai praktikanın müstəqil forması, idarəetmə mexanizmi, təşkilati struktur və fəaliyyət sistemi olub, bütün sosial sferalarla əlaqəli elə bir infrastrukturdur ki, o bir tərəfdən ictimai mühitin bütövlüyünü saxlayır, digər tərəfdən onun inkişafını təmin edir;

* təhsil tarixi-mədəni təcrübəni, insanların həyat tərzini və yaşam qaydalarını, onların ümumi həyatının norma və dəyərlərini zaman-zaman qoruyub saxlayır;

* təhsil cəmiyyətin, bütövlükdə bəşəriyyətin ictimai-siyasi və tarixi-mədəni dəyərlərini formalaşdırma və inkişafetdirmə vasitəsidir;

* təhsil zaman və məkan daxilində insan şəxsiyyətinin və mədəniyyətinin formalaşmasında, onun tərbiyəsində, bacarıqlarının dərinləşməsində həlledici rol oynamış və oynamaqdadır.

* təhsil həm sistemdir, həm prosesdir, həm nəticədir və həm də dəyərdir.

XX əsrin sonları və XXI əsrin əvvəllərinədək cəmiyyətdə dominant rol oynayan ənənəvi təhsil sistemində təhsilalanlara bir obyekt kimi yanaşılıb, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük verilmişdir. Azərbaycanda müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanıldı. Ənənəvi təhsil sistemi artıq dövrünü başa vurmuş, təkamül yolu ilə, yeni keyfiyyət dəyişiklikləri aparılmaqla tədricən dəyişərək, öz yerini yeni sosial, şəxsiyyətyönümlü təhsil sisteminə verməyə başladı.

Tədris- təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında müasir tələblərə cavab verən qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadəyə yeni imkanlar yaranır.

Ənənəvi, fənnyönümlü və müasir şəxsiyyətyönümlü dərsləri (sini-dərs sistemində) müqayisə etmək üçün onların paradiqmalarını (mühüm əlamətləri, bu əlamətlərin xarakteristikasını və onlardan irəli gələn nəticələri ) nəzərdən keçirək.

Ənənəvi dərslərin paradiqmaları
* Təhsilalanlara obyekt kimi yanaşılması. Bu halda:

– Bütün şagirdlərə orta səviyyəlilər kimi yanaşılır, istedadın, qabiliyyətin inkişafı üçün şərait yaradılmır;
– dərsdə seçim hüququnun reallaşdırılması məhdudlaşır;
– təhsilalanlarda laqeydlik, qeyr- fəallıq, başqasının köməyinə ümid olmaq tərbiyəsi formalasır;
– müəllimlər, tərbiyəçilər dərsin məqsəd və vasitələrini aydın və düzgün dərk edə bilmir.

* Dərsdə öyrənənlərə avtoritar münasibət. Şaquli ünsiyyət, inzibati- bürokratik, tabeçilik münasibətləri, tədris- təlim prosesində məcburiyyət və cəzalandırma əsasında bilik və bacarıqların formalaşdırılmasına üstünlüyün verilməsi nəticəsində:

– Monoloji təhsilvermə üsulu tətbiq olunur;
– tədris- təlim prosesi təlim materialını mənimsəməyə deyil, sadəcə şərh etməyə yönəldirlər;
– sağlamlığa zərər verən təlim mühitinin (əsəb gərginliyi, həyəcan və qorxu, mənfi emosiyalar şəraitində fəaliyyət) aradan qaldırılmasına şərait yaradılmır.

* Ssientizm (quru elmlik). İnsan təbiətinin (kainatın, təbiətin, ətraf aləmin) bütövlüyünün, tamlığının pozulması, təlimin həddən artıq intellektuallaşdırılması, beyinin sol yarımkürəsinin çox yüklənməsi nəticəsində:

– Musiqi, təsviri sənət, əmək və fiziki tərbiyə dərslərində bu fənlərin əhəmiyyəti düzgün qiymətləndirilmir;

– beyinin sol yarımkürəsi sağ yarımkürəsinə nisbətən çox yüklənir.

* Dərsdə lüzumsuz olaraq xırdalanma. Müxtəlif təhsil sahələrini (humanitar, riyaziyyat və informatika, təbiət elmləri və s.) süni olaraq bir- birindən ayırmaqla təlim prosesinin bütövlüyünun pozulması (əksinteqrasiya) nəticəsində:

– Öyrənənlərin biliklərinin və dünyanı dərk etmələrinin fraqmentallığı (natamamlığı) baş verir;
– çox yüklənmə və yorulma nəticəsində öyrənənlərin sağlamlığına böyük zərər vurulur.

* Həddən artıq məlumatlılıq (informativlik). Dərsdə öyrənənlərin əsas diqqətinin bilik və bacarıqların formalaşmasına deyil, fənnə aid informasiyaların və onların tətbiqinə aid şablonların yadda saxlanılmasına yönəldilməsi nəticəsində:

– Öyrənilən tədris materialları gündəlik həyat problemləri ilə uzlaşdırılmır;
– nəzəriyyə ilə praktikanın əlaqələri zəifləyir.

* Kadr hazırlığının keyfiyyətinə diqqətin yetirilməməsi. Tədris- təlim prosesində əsas diqətin ancaq metodiki səviyyənin inkişafına yönəldilməsi nəticəsində:

– Öyrədənin şəxsi keyfiyyətlərinin və peşəkarlıq bacarıqlarının inkişafı məhdudlaşdırılır;

– öyrədənlərin tənqidi təfəkkürünün inkişafına və yaradıcı axtarışa cəlb olunmasına tələbkarlıq zəifləyir.

* Dərsin bəsitləşdirilməsi. Tədris- təlim prosesinə tam, bütöv kimi yanaşılmır, onlar ayrı- ayrılıqda araşdırılır, nəticədə:

– Tədris fənni öz sosial- mədəni mahiyyətini itirərək qaydalar, faktlar yığımına çevrilir;

– təlim prosesi məzəmmət, öyüd-nəsihət, əxlaqi dəyərlərin deklarasiyasından ibarət nizam- intizam dərslərinə çevrilir;

– fənnin məzmunu şagirdlərin şəxsi maraqları və motivləri ilə uzlaşmır;
– dərsin (təlim prosesinin) rəqabətədözümlülüyü aşağı səviyyəyə enir.

Ənənəvi anlamda “təhsil” əsasən, təlim- tərbiyə prosesi kimi məna daşıyırdısa, hazırda dərsin məqsədinə, eyni zamanda insan şəxsiyyətini inkişaf etdirməyə istiqamətlənmiş fəaliyyət sahəsi kimi baxmaq üstünlük təşkil etməyə başlamışdır.

Müasir dərsin paradiqmaları

* Təhsilalanlara subyekt kimi yanaşma. Öyrənənə təkrar olunmayan fərd, daxilən azad, müstəqil və yaradıcı fəaliyyət göstərmək qabiliyyəti olan, şüurlu, inkişaf edən bir şəxsiyyət kimi yanaşılır. Bu zaman:

– Təhsilalanların maraqları nəzərə alınır;

– dərsdə fərdiləşdirilmiş, diferensiallaşdırılmış, problemli təlim texnologiyalarına və İKT-yə üstünlük verilir;

– dərsdə psixoloji, valioloji və sosial- pedaqoji xidmətlər inkişaf etdirilir;
– seçmə fənlər üzrə dərslərin təşkili genişləndirilir.

* Dioloji yanaşma. Təhsilalanlar arasında ən humanist ünsiyyət üsulu olan dioloji münasibətlərə (subyekt- subyekt münasibətlərinə) üstünlük verilməsi nəticəsində:

– Dərsdə problemli, dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük verilir;

– kommunikativ fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı inkişaf edir;

– sağlamlığı qoruyan mühit yaranır;
– tələb olunan çoxlu sayda informasiya mənimsənilir.

* Ekzistensiallıq (insan təbiətinin bütövlüyünün nəzərə alınması). Dərsin insan təbiətinin bütövlüyünün nəzərə alınmaqla qurulması (yalnız intellektual imkanların deyil, həmçinin obrazlı düşünmə, intuisiya, yaradıcı təxəyyül, emosiyalar, hislər və s. psixoloji halların nəzərə alınması) nəticəsində:

– İnsan təbiətinin bütövlüyü təmin olunur;
– öyrənənlər mənəvi və ruhi cəhətdən inkişaf edir;
– öyrənənlərin səhhətinə müsbət təsir göstərilir;
– dərsdə informasiyaların yadda saxlanılması deyil, başa düşülməsi dominant xarakter alır.

* İnteqrativlik. Dərslərdə fənlərin tədrisinə kompleks yanaşmaqla tədris- təlim prosesinin bütövlüyünün təmin edilməsi nəticəsində:

– Öyrənənlərin bütöv halda dünyanı dərk etməsi təmin olunur;
– öyrənənlərin sağlamlığının qorunmasına müsbət təsir göstərilir;
– dərsdə rəqabət mühitinin formalaşması təmin edilir.

* İnkişafetdirici xarakterin təmin edilməsi. Bu halda tədris- təlim prosesinə öyrədənin (pedaqoqun) münasibəti dəyişir. Bilikvermə, bacarıq və vərdişlərin aşılanmasından başqa, dərsdə fərdi və sosial əhəmiyyətli keyfiyyətlərin (təfəkkür, nitq, emosional hissi davranış, kommunikativ, fiziki, yaradıcı) inkişaf etdirilməsi nəticəsində:

– Dərsdə şəxsiyyətyönümlü və problemli texnologiyalar üstünlük təşkil edir;

– dərsin praktik, həyati və mənəvi- praqmatik yönümlülüyü (öyrənən həm inkişaf edir, həm də cəmiyyət üçün faydalı insana çevrilir) güclənir.

* Pedaqoji kadrların müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması. Öyrədənlərin konseptual- metedoloji hazırlığının, texnoloji hazırlığının (yüksək elm tutumlu pedaqoji, informasiya və idarəetmə texnologiyalarına yiyələnmə), metodiki hazırlığının həyata keçirilməsi nəticəsində:

– Pedaqoji fəaliyyətdə yaradıcılıq üstünlük təşkil edir;
– pedaqoji fəaliyyətdə bacarıqlı müəllimlərə tələbat artır;
– başqasının iş təcrübəsinin kor-koranə tətbiq olunmasına imkan verilmir.

* Tədris-təlim prosesinin fundamentallığı. Dərsdə tədris fənləri və sinifdən xaric tədbirlərin məzmunca və mənaca zənginliyi (klassik və ən yeni elmi nailiyyətlərə əsaslanmaq, tədris fənləri və tərbiyəvi işlərin fəlsəfə, pedaqogika, psixologiya və mənəviyyat fənləri ilə əlaqələndirilməsi) nəticəsində:

– Dərsdə rəqabət genişlənir;
– dərsdə motivasiya yüksəlir;
– müasir dünyagörüşün, mənəvi-əxlaqi keyfiyyətlərin inkişafı təmin olunur.

Beləliklə, müasir dərsin, ənənəvi dərsdən fərqli olaraq əsas pediqmalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

* Öyrənənlərin təli prosesinin mərkəzinə gətirilməsi;

* tədris-təlim prosesinin qurulmasında öyrənən şəxsiyyətin bütövlüyünün nəzərə alınması (ekzistensiallıq);

* inkişafetdiricilik;
* inteqrativlik;
* fundamentallıq.

İnteraktiv təlim metodlarından istfadə etməklə müasir fəal dərsin mərhələlərini aşağıdakı kimi formalaşdırmaq daha məqsədəmüvafiq hesab edilir:

5.1. Motivasiya (problem situasiyanın yaradılması, fərziyyələrin irəli sürüməsi, tədqiqat sualları).
5.2. Tədqiqat işi (qruplarla iş).
5.3. Məlumat mübadiləsi (şagirdlərin cavabları, qrupların cavablarının bir- birinə təqdimatı).
5.4. Məlumatın müzakirəsi və onun təşkili (hər alınan cavabdan sonra).
5.5. Ümumiləşdirmə və nəticələrin formalaşdırılması.
5.6. Qiymətləndirmə.
5.7. Yaradıcı tətbiqetmə (ev tapşırığının verilməsi).

Vaxtın (45 dəqiqənin) mərhələlər arasında faydalı bölünməsi öyrədən tərəfindən həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, fəal dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Fəal dərs həm də düşünməyi öyrətdiyinə görə də faydalıdır. Araşdırmalar göstərir ki, dərs o zaman fayda verir ki, öyrənəndə canlı maraq, kəskin reaksiya doğursun, onları diskusiyaya girməyə, məzmunla bağlı materiallara uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmır, o həm də öyrənənlərə bütün ömrləri boyu onlar üçün faydalı olan sərbəst düşüncə vərdişləri aşılayır və onların inkişafını təmin edir.

Müasir dərsin planlaşdırılmasından sonra, dərsə qədər, dərs prosesi və dərsdən sonrakı mərhələlərin geniş təhlili aparılmalı, dərsin məzmununa keçmədən əvvəl, mövzunun əhəmiyyəti, eləcə də onun öyrənənlər qarşısında qoyduğu məqsəd və vəzifələrə dair suallar formalaşdırılmalıdır. Sualların əksəriyyəti və tipləri elə seçilməlidir ki, öyrənənlərdə bilik (informasiyani eşitdiyi formada təkrar etmək bacarığı), anlama (mövzuya dair hər hansı bir fikri öz sözləri ilə və ya hər hansı başqa bir yolla yenidən söyləmək bacarığı), tətbiq etmə (təzəcə öyrəndiyi üsuldan istifadə etməklə, yeni bir tapşırığı həll etmək bacarığı), analiz (mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı), sintez (bir neçə ideyanın bir yeni ideya ilə birləşdirilməsi, köhnə ideyanın yeni variantını tapma bacarığı) və qiymətləndirmə (konkret ideyanın, yaxud hər hansı bir prosesin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək bacarığı) kimi bacarıq və qabiliyyətlərin formalaşması təmin olunsun və dərsin düşünmə mərhələsində öyrənənlər özləri üçün müəyyən nəticələr çıxara bilsinlər.

Tədris-təlim prosesində müasir dərsin paradiqmalarının həyata keçirilməsində üç əsas prinsip- humanistləşmə, humanitarlaşma və informatlaşmanın tətbiqi həmişə nəzərdə tutulmalıdır.

Humanistləşmə prinsipi. Müasir ekzistensial fəlsəfi baxışlarda öyrənənlərə (bütövlükdə insanlara) subyekt kimi yanaşma, onun unikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi tanınması əsas faktor kimi qəbul olunur. Öyrənənlərin unikallığı dedikdə hər bir fərdin təkrarolunmamazlığı, bənzərsizliyi başa düşülür. Unikallıq texnokratizmin (öyrənənə obyekt kimi yanaşma) əksi olub, təhsilalanlara, təhsilverənlərə obyekt münasibəti göstərməklə bir araya sığmır. Bunlar, fərdi xüsusiyyətləri və qabiliyyətləri müxtəlif olan öyrənənlər üçün variativ təhsil proqramlarının hazırlanması və tətbiqi yolu ilə tədris- təlim prosesini fərdiləşdirməyi və differensiyalaşdırmağı tələb edir. Şəxsiyyətin fəallığı dedikdə təşəbbüskar, fəaliyyətsevən, öz hərəkətlərində və davranışında müstəqil olan öyrənən anlaşılır. Daxili azadlıq dedikdə isə öyrənənin seçim hüququ nəzərdə tutulur. Hər bir öyrənənin təhsil alacağı məktəbi, fənn proqramını, müəllimi seçməsinə, təlim prosesində sərbəstliyinə, problemin həll olunması variantını seçmə hüququna malik olması, həmişə diqqət mərkəzinə gətirilməli və buna hörmətlə yanaşılmalıdır.

Mənəviyyatlılıq öyrənənə hörmət, məhəbbət, qarşılıqlı anlaşma, inkişafa və yaradıcılığa meyletmə kimi dəyərlərə əsaslanan həyat tərzi ilə bağlıdır. Deməli, müasir dərsin humanistləşməsi nəticəsində zor, güc tətbiqetmə pedaqogikası və psixologiyasından uzaqlaşmağı tələb edir. Ona görə də humanistləşmə prinsipi hər şeydən əvvəl obyekt dünyagörüşlüyünün subyekt dünyagörüşlüyü ilə əvəz olunmasını tələb edir. Bu prinsip həmçinin tədris- təlim prosesində, dərsdə dioloji münasibətlərin qurulması ilə reallaşdırılır. Dialoji fəaliyyət forması (frontal sorğu, cütlüklərlə işin təşkili və s.) subyekt- subyekt münasibətlərinin qurulmasıdır. Dialoqlar zamanı qarşılıqlı hörmət, bir- birini tamamlamaqla qarşılıqlı anlaşma, bir-birinin biliklərini zənginləşdirmək, birgə yaradıcılıq və s. insani münasibətlər inkişaf edir. Dialoq, eyni zamanda çox aspektli – şaquli, üfiqi, intellektual, emosional ünsiyyət formasıdır.

Humanitarlaşma prinsipi. Bu prinsip tədris-təlim prosesinin, dərsin mahiyyətcə dəyişdirilməsini nəzərdə tutur. Fəlsəfi və didaktik səviyyədə dərs prosesinin humanitarlaşdırılması hər hansı fənnə aid tədris materialında ümumbəşəri dəyərlərin və öyrənənə (şəxsiyyətə) aid mənəvi keyfiyyətlərin onun özünə yönəldilməsi mahiyyətinin olmasını tələb edir. Humanitarlaşma, əslində humanistləşmənin vasitəsi olub, təbii- texniki mədəniyyətin humanitarlaşmasının təmin olunmasında istifadə edilir. Humanitarlaşma, eyni zamanda humanitar problematikaya, humanitar mədəniyyətə dönüşdür. Bu təkcə humanitar fənlərin öyrədilməsi deyil, həm də ümumelmi və ümumtexniki fənlərin məzmununda olan humanitar dəyərlərin istifadəsi hesabına tədris-təlim prosesinin, təbii-texniki və sosial-humanitar hissələri arasında müvafiqliyin dərsdə saxlanılması üçün prosesin yenidən qurulmasıdır. Bu halda öyrənənin idrak fəaliyyətinin xarakteri dəyişir, tədris materialının məzmununun yalnız yadda saxlanılmasına deyil, həm də onun mahiyyətinin qavranılmasına yönəlir. Humanitarlaşma, dərsin əsas məqsədini müəyyən edən, onun məqsədinə gətirilən öyrənənin inkişaf etdirilməsi ilə sıx bağlıdır. Ənənəvi dərsdə tədris fənləri həm məqsəd, həm də məqsədə nailolma vasitəsidir. Bu isə öyrənəni idrak fəaliyyətindən uzaqlaşdırır, onun inkişafını ləngidir, faktları, hadisələri, qanun və qanunauyğunluqları dərk etmədən əzbərləməyə sövq etdirir. Öyrədənin fəaliyyətinin səmərəliliyi təkcə öyrənənin qazandığı bilik və bacarıqların səviyyəsi ilə deyil, həmçinin onların şəxsi keyfiyyətlərinin inkişaf səviyyəsi ilə ölçülür. Demokratik cəmiyyətdə məktəbdə tədris- təlim və dərs prosesinin başlıca vəzifəsi öyrənənin bütöv şəxsiyyət kimi inkişafına nail olmaq və onu sonrakı həyata hazırlamaqdır. Bütün bu məsələlərin həllində humanitarlaşma prinsipi xüsusi rol oynayır və öyrədəndən tədris etdiyi fənni fəlsəfi, kulturoloji, pedaqoji- psixoloji və elmi cəhətdən təhlil etmək bacarığı tələb edir.

İnformatlaşma prinsipi. Bu prinsip informatika, informasiya və İKT texnologiyalarının nailiyyətlərindən təlim prosesində (dərsdə), idarəetmədə və pedaqoji tədqiqatlarda geniş istifadəni nəzərdə tutur. İnformatlaşdırma müxtəlif informasiyaların kompyuter vasitəsilə yaddaşa alınması, saxlanılması, təhlili və təqdiminə əsaslanır.

Təlim prosesində (dərsdə) tətbiq olunan müasir informasiya kommunikasiya texnologiyalarının ən mühümlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

* Birbaşa kompyuterdə və blank formasında pedaqoji testləşdirmə;

* təlim prosesinin (dərsin) müxtəlif informasiyalarla (pedaqoji məzmunlu, yeni texnologiyalara dair məlumatlar, məktəblə bağlı tələb olunan məlumatlar) təmin edilməsi;
* öyrədici və görüntüləri nümayiş etdirən kompyuter multimedia sistemləri.

Belə multimedia sistemləri tədris materialının əyaniliyini və onların görünmə müxtəlifliyini, videokeyfiyyətini yüksəldir və fənnin tədrisinə dair müxtəlif informasiyaları vizual şəkildə qavramağa imkan verir.
Deməli, göstərilən prinsiplər əsasında qurulan təlim prosesi (müasir dərs) rəqabətədavamlı şəxsiyyətin inkişafı kimi ümumbəşəri dəyərləri reallaşdırır, təlim prosesində fundamental, eyni zamanda praktik yönümlü bilik və bacarıqlar aşılayır, kamil insanın, vətənini, millətini sevən rəqabətəqabil şəxsin formalaşmasını təmin edir.

XXl əsrin hazırki mərhələsində Azərbaycan təhsil sistemi qarşısında çox mühüm problemlər durur. Müasir təlim prosesinin (müasir dərsin) əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək intellektli gənclər yetişdirməkdir. Bu məqsədləri yerinə yetirmək üçün fəal- interaktiv təlim metodlarından istifadə edərək, təlim prosesi (müasir dərslər) belə aspektdə qurulmalı, keyfiyyətli tədris- təlim prosesinin təşkili təmin edilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.