Press "Enter" to skip to content

RİYAZİYYAT DÜNYASI

4. 666 ədədini heç bir hesab əməli aparmadan bir yarım dəfə necə artıra bilərsən?

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Riyaziyyat və əyləncə на Facebook. Если вам интересны новости Riyaziyyat və əyləncə, регистрируйтесь на Facebook сегодня!

Riyaziyyat və əyləncə на Facebook. Если вам интересны новости Riyaziyyat və əyləncə, регистрируйтесь на Facebook сегодня!

Riyaziyyat və əyləncə

@RiyaziyyatVylnc

О пользователе Riyaziyyat və əyləncə

Dərgidə istеhsаlаt və məişət məzmunlu tаriхi və əyləncəli məsələlər, оnlаrın həlli, о cümlədən оrtа məкtəb кursundа tətbiq оlunаn bir sırа mаrаqlı məlumаtlаr vеrilir. Dərgi riyаziyyаt və informatika müəllimlərinə, bu fənlərə хüsusi həvəs göstərən şаgirdlərə, həmçinin müstəqil məsələ həll еtməк bаcаrığınа yiyələnməк istəyənlərə кöməкliк məqsədi daşıyır. Materiallardan оrtа məкtəb şаgirdləri, pеdаqоji, digər аli və оrtа iхtisаs məкtəblərinin, lisеylərin, gimnаziyаlаrın, коllеclərin şаgird və tələbələri istifаdə еdə bilər.

RİYAZİYYAT DÜNYASI

Hər hansı bir üçrəqəmli abc tam ədədini seçin. Bu ədədi təkrarlayaraq yeni bir abcabc tam ədədini yazın. Bu şəkildə yazılan hər ədəd 7, 11, 13, 77, 91, 143, 1001 ədədlərinin hər birinə tam bölünür. Necə?

Gəlin birlikdə baxaq :

Ədədlərin Başqa Bir Maraqlı Xüsusiyyəti

Hər hansı bir tam ədədin rəqəmlərinin yerini istədiyiniz kimi dəyişin. Əvvəlki ədəd ilə bu ədədin fərqi hər zaman 9-a bölünür. Necə?

Birlikdə baxaq :

Fibonaççi Çılgınlığı

1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, . . . . . . . . . . .

fibonaççi ədədlər ardıcıllığının yaranması məşhur bir məsələnin həlli ilə bağlı olub –
“Dogulduqdan bir ay sonra dovşanlar bala vermək qabiliyyətinə malik olduğundan bir cüt dovşan bir ildə neçə cüt bala verə bilər?”.

Bu məsələni həll edən zaman Fibonaççi aşağidakı nəticəni aldı: birinci cüt dovşan bir aydan sonra bir cüt bala verir və o zaman dovşanların sayı iki cüt olur. Onlardan birinci cüt dovşan ikinci ay yenə bir cüt bala verir. Deməli, ikinci ayın sonu 3 cüt dovşan olur. Sonrakı ay iki cüt dovşan (hərəsi bir cüt ) bala verir və toplam 5 cüt dovşan oldu. Bu aşağıdakı sxemdə daha aşkar görünür:

İnsanlar, Fibonnaci ədədləri ardıcıllığının göründüyü bir çox sahələri müəyyən etmişlər-şam ağacının qozası, ananas, yarpaq xəttləri, bəzi çiçəklər üzərindəki yarpaqların sayı da bunlar arasındadır.

Burada min illərlə müxtəlif xalqlar tərəfindən yaradılmış, insanların məntiqlə düşünüb danışmasına xidmət edən maraqlı məlumatlar da toplanmışdır.

Boş vaxtlarını daha səmərəli keçirmək üçün müxtəlif əyləncəli məlumatlar da nəzərdə tutulmuşdur.

Əlaqə üçün:

matchild@yandex.ru
ve ya
info@riyaziyyat.info.

  • Ana səhifə
  • Maraqlı məlumatlar
  • Aforizmlər
  • Yardimcı məlumatlar
  • Rebuslar
  • Düşündürücü məsələlər
  • Əyləncəli məsələlər
  • Məntiqi məsələlər
  • Testlər

Əyləncəli riyaziyyat və məntiq

1. Hansı üç ədədi topladıqda və ya vurduqda nəticə eyni alınır?

2. Həcmi 18 litr tutan çəllıkdən 2 ədəd 7 litrlik vedrənin və 1 ədəd 4 litrlik qazanın köməyi ilə 6 litr suyu necə tökmək olar?

3. Elnarənin riyaziyyatdan “5” qiymətlərinin sayı “4” qiymətlərinin saylndan 2 dəfə çoxdur. Elnarənin “4” və “5” qiymətlərinin birlikdə sayı 12-yə bərabərdirsə, onun neçə “5”-i və neçə “4”-ü var?

4. 666 ədədini heç bir hesab əməli aparmadan bir yarım dəfə necə artıra bilərsən?

5. İpi 3 hissəyə böldülər, sonra bu hissələrdən birini daha 4 hissəyə böldülər. Neçə hissə alındı? İpi neçə dəfə kəsdilər?

6. On nəfər salamlaşdı. Neçə salam oldu?

7. Tavaya yalnız 2 dilim çörək yerləşir. Dilimin bir tərəfi 1 dəqiqəyə qızarırsa, 3 dəqiqəyə 3 dilim çörəyin hər iki tərəfini necə qızartmaq olar?

8. Dairəvi zəncirin 3 qonşu olmayan halqasını çıxartsaq bu zəncir neçə hissəyə bölünəcək?

9. Mən fikrimdə bir ədəd tutdum və onun dörddə bir hissəsini götürüb üzərinə 26 əlavə edərək 30 aldım. Mən fikrimdə hansı ədədi tutmuşdum?

10. Dörd pişiklə 3 pişik balasının kütləsi 15 kq, 3 pişiklə 4 pişik balasının kütləsi isə 13 kq-dır. Pişiklərin kütləsi bir-birinə bərabər, pişik balalarınln kütlələri də bərabər olarsa, hər pişiyin və pişik balasının ayrılıqda kütləsi nə qədər olar?

Comments are closed, but trackbacks and pingbacks are open.