Yol hrkt qaydaları 2019
SUPERR NECE GOZEL BAWA SALIRR.OYRENIREM.INWEALLAH VESIQE ALARAM
Yol hereket qaydalari 2019
Vidyonun damami gelmir cuki men daha oxumuram yoxsa xayisleri nezere alardim.
Xeqani Quliyev
4 года назад
Haminiz sag olun men oyrendim sizde insalah eldar melimin yana gedib oyrenesiz .
Firəngiz Axundova
5 лет назад
Eldar müəllim ALLAH razı olsun
Xeyale Bagirova
5 лет назад
SUPERR NECE GOZEL BAWA SALIRR.OYRENIREM.INWEALLAH VESIQE ALARAM
Fikret 1010
6 лет назад
videolarin davami gelse ela olar
Fikret 1010
6 лет назад
bu videonu cekenin daniwan muellimin de Allah canini sag elesin
super basa salir halal olsun
Axsana Abdullayeva
6 лет назад
super başa salir
Adil Ramazanov
6 лет назад
Eldar mellimin sayesinde bugun imtahanimi ugurla verdim 10 sualin 10nuda cekdiyim ezyetin ve Eldar mellimin biliyinin behresi hamiya tovsiye edirem gedib rusvet vermiyin gedin hazirlasin hem biliyinizi artirin hemde imtahani ozunuz verin
Adil Ramazanov
6 лет назад
Eldar mellim cox yaxsi izah edir yanina hazirliga gede bilersiz tel(050)3581675
Yol hərəkəti qaydalarının yaranması
Səliqəli yollar salındıqca onlarda nizamlı hərəkət edilməməyi problemi ortaya çıxmağa başladı. Bunu nəzərə alan Britaniya parlamenti 1756-cı ildə London körpüsündə sol tərəfli hərəkəti qanuniləşdirdi. Hətta bu qanunu pozan şəxs 1 funt sterlinq məbləğində çərimə olunurdu.
Amma fransızlar sağ tərəfli hərəkətə üstünlük verərək1798-ci ildən onu qanuniləşdirdilər.
Avtomobillər çoxaldıqca yalnız sol və ya sağ tərəfli hərəkətlərlə kifayətlənmək olmazdı. Yeni yol hərəkəti qaydaları haqqında düşünmək lazım idi. Belə bir düşünülmüş addım 1683-cü il yanvarın 3-də rus çarı I Pyotr tərifindən atıldı. Sürətli hərəkəti qadağan edən bu çar fərmanı 1828 – ci il Moskvada qəbul olunan digər fərmanla təkmilləşdirildi fərmana əsasən sağ tərəfli hərəkət, avtomobillərin texniki vəziyyətinə nəzarət və nömrə nişanlarının tətbiq edilməsi qaydaları qəbul edildi.
Sonra polis tərəfindən hərəkətin jezl ilə (1908-ci il, Peterburq) və hərəkətin iki rəngli (qırmızı, yaşıl svetoforla nizamlanması (ABŞ, 1914-cü il) kimi mükəmməl yeniliklər baş verdi.
Qəbul edilmiş qaydalar ayrı-ayrı ölkələrə aid olduğundan beynəlxalq aləmdə bir effekt vermirdi. Bütün bunları nəzərə alan dünyanın mütərəqqi adamları vahid qaydalar qəbul etmək üçün 1909-cu ildə Paris şəhərinə toplaşdılar.
Bu mövzuda çağırılan ilk beynəlxalq konfransda aşağıdakı qaydalar: avtomobillərin istismarı üçün beynəlxalq Tədbirlər, yol nişanlarının tətbiqi, Avtomobillərdə şassi nömrəsinin və istehsalçı firmanın adının həkk edilməsi, Sürücülərin yaşının 18-dən aşağı olmamağı sərhədlərin avtomobillə keçilməsi və 4 yol nişanı (yol ayrıcı, şlaqbaum, nahamar yol, əyri yol) qəbul olundu.
Yol hərəkəti qaydalarının qəbul edilməsi onlara nəzarət məqsədi ilə SSRİ də 1935-ci ildə DAM yaradıldı və 1936-cı ilin 3 iyununda isə onun ilk Əsasnaməsi qəbul edildi.
Sonra, 1949-cu ildə Cenevrə və 1968-ci ildə Vyana şəhərlərində yol hərəkəti ilə bağlı Beynəlxalq konvensiyalar qəbul olunmuşdur. Bu konvensiyalara Hindistan və Yaponiyadan başqa əsas dövlətlər qoşulmuşlar. SSRİ 1959-cu ildə, müstəqil Azərbaycan isə 1997-ci ildə həmin konvensiyalara qoşulmuşdur, Ölkəmiz Beynəlxalq konvensiyalarda qəbul olunan qaydalara uyğun olaraq, 1998 – ci ildə Yol hərəkəti haqqında Qanununu da imzalamışdır.
Bütün bu qayda-qanunlara baxmayaraq, avtomobillərin insanlar üçün yaratdıqları problemlər bitib tükənmir.
Avtonəqliyyat vasitələri haqqında ümumi məlumat » V.Əliyev X. Muxtarov
Ardı Var.
- Teqlər:
- yol hərəkəti qaydaları
Comments are closed, but trackbacks and pingbacks are open.