Biz izləyirik, onlar qazanır – Youtube dan necə və nə qədər pul qazanmaq olar? VİDEO
Youtuber deyir ki, izləmə sayının artırılması üçün müxtəlif vasitələr də var.
Youtube – Azərbaycanda ən çox nəyə baxılır. Youtube-da necə pul qazanırlar?
Hazırda Youtube kanalı yayılma imkanlarına görə sadəcə Google-dən geri qalır və Google-dan sonra ikinci ən böyük axtarış mühərriki hesab edilir. Videoların sosial mediadakı önəmi artdıqca Youtube-dan istifadə daha da artmaqdadır. Youtube-da insanlar müxtəlif istiqamətlərdə – film və musiqi izləyənlər, təlimə və tədrisə qulaq asanlar, yeni bir işlər öyrənənlər və s kimi hissələrə ayrılırlar. Youtube artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.
Gəlin, görək Azərbaycada ən çox Youtube-da nələr və kimlər izlənilir. Youtube kanalında ölkəmizdə gündəlik və aylıq baxış saylarını, kimlərə və nələrə baxıldğını izləmək üçün Stats.video https://stats.video/top/most-viewed/youtube-channels/azerbaijan/of-the-day, veb saytına müraciət edə bilərsiz. Bu saytda youtube kanallarına baxışa görə kimlərin öndə olduğunu və gün ərzində nə qədər baxıldığını görə bilərik.
Məsələn biz 29 Oktyabr 2018-ci il tarixində axtarış edəndə son 24 saat ərzində baxılan kanallar arasında statistika belə oldu.
1 ci yer – Xəzər media – 24 saat ərzində 933 266 baxış
2 ci yer – Rəsul Abbasov – 24 saat ərzində 744 584 baxış
Maraqlı deyilmi? Rəsul Abbasov adlı vayner Azərbaycanın ən böyük media agentliklərindən biri olan Xəzər Media ilə rəqabət aparır. Gəlin daha detallı müqayisə rəqəmlərinə baxaq:
Xəzər Media
Rəsul Abbasov
Son bir həftə ərzində vaynerin yeni youtub-a yüklədiyi klipə 2.8 milyon baxış olmuşdur.
Youtube-dan pul qazanmaq imkanı.
Bu məlumatları paylaşmaqda məqsədim əslində başqadır. Youtube üzərindən pul qazanmağın maraqlı yolları və gələcəkdə Youtube-nin həyatımıza təsiri barədə danışmaq istərdim.
Youtube yaxın gələcəkdə ən populyar platformalardan biri olaraq qalmaqda davam edəcəkdir. Artıq izləyicilər televizoru deyil Youtube-dan izləməyi daha üstün tuturlar. Smart televizorların çıxması, onların Youtub-a qoşulması və istədiyin informasiyanı istədiyin vaxt baxa bilmə imkanın yaranması buna bir misaldır. Xeyli sayda vaynerlərin, vloqqerlərin meydana gəlməsi də elə Youtube-nin xidmətləri sayəsindədir.
Youtube da reklam
Youtube-da maraqlı videolar, xəbərlər və s paylaşıldıqca bura baxanların da sayı artır və monitor qarşısında bir çox insan vaxtını burada keçirir. Youtube isə bu insanlara kiçik saniyəli reklam roliklərini baxmağa məcbur edir. Reklam roliklərini bizə baxdırdığı üçün reklam verənlərdən pul alır və bizim üçün onlara baxmamıza məcburiyyət yaradır. Reklam isə ən çox baxılan kanallarda yerləşdirilir. Məsələn, elə götürək Rəsul Abbasovu. Onun kanalında video-ya baxanlara (son klipi götürək) istənilən reklamı göstərmək mümkündür. Bunun üçün Youtube accountdan istifadə etməklə Youtube-un müxtəlif reklam şərtlərindən , yaxud Google ads—dən yararlanmaq olar.
Bu videolar nəticəsində Vayner və vloqqerlər daha da populyarlaşır və əlavə gəlir etmək imkanları əldə edirlər. Onlar həm Youtube trafikindən və həm də influencer imkanlarından yararlanaraq pul qazanmağa nail olurlar.
Youtube kanalının necə populyaşdırmaq olar?
Youtube-da konversiyanın artırılması və baxışların sayının artırılması üçün müxtəlif platformalar var. Bunlardan ən yaxşılarından biri də vidİQ –dir. https://vidiq.com/
Bu platformadan istifadə etməklə videolarınızın baxışını artırmaq və reklamdan gəlir əldə etmək üçün istifadə edə bilərsiz.
Youtube imkanları genişlənməkdə davam edir və düşünürəm ki, yaxın gələcəkdə minlərlər vloqqerlər və vaynerlər peydə olacaqlar. Ona görə də inkişaf etmək istəyən şəxslər vaxt itirmədən bu barədə düşünsələr onlar üçün fa
Biz izləyirik, onlar qazanır – “Youtube”dan necə və nə qədər pul qazanmaq olar? VİDEO
Elə belə deyilmir ki, indi internet zəmanəsidir. Bu gün evdə oturaraq internetdən kifayət qədər gəlir əldə edən şəxslər var. Bu gəliri bizə verəcək əsas platformalardan biri də you tubedur. Müxbirimizin həmsöhbət olduğu şəxs artıq illərdir bütün gəlirini bu platformadan qazanır. 9-a yaxın işçisi var. Nə etmək lazım olduğunu bir-bir açıqlayıb.
Bu gün internet üzərindən pul qazanmağın yolları çoxdur. Artıq bəziləri sosial şəbəkələrdən məhz bu məqsədlər üçün istifadə edir. Məsələn, youtub platforması gəlir əldə etmək üçün ən yaxşı məkanlardan biridir. Ancaq bunun da öz qaydaları var.
Bahadur Seyidov 5 ildən çoxdur ki, youtuber fəaliyyəti ilə işlə məşğuldur. Deyir ki, bu sahədə uğur qazanmaq istəyirsənsə, ilk növbədə alqoritmlərdən məlumatlı olmalısan. Çünki alqoritmlər publikanın reaksiyaları ilə müəyyənləşir. Yəni əgər 10 dəqiqəlik videonun 7-8 dəqiqəsinə baxılarsa, sizin videonuz daha çox önə çəkilir. Qoyduğunuz məzmunun isə youtube üçün fərqi yoxdur.
Bahadur Seyidovnın sözlərinə görə, gəlir qazanmaq üçün kanalın azı 1000 abunəsi, eyni zamanda 4 min saat izlənməsi olmalıdır. Bu limiti keçəndən sonra isə google adsense adlanan proqramdan qeydiyyatdan keçilməlidir.
Youtuber deyir ki, izləmə sayının artırılması üçün müxtəlif vasitələr də var.
Youtube müəllif hüquqlarının müdafiəsi üçün də müdafiə sistemi yaradıb. Belə ki, hər hansı oğurlanmış videonunkanala yerləşdirlməsi həmin kanalın bloklanması ilə nəticələnə bilər.
YouTube ilə varlanmağın gizli yolları – Məşhur yutuberlər bu qədər qazanır?
Çoxları pul qazanmaq üçün xeyli fiziki əmək sərf etsə də, bəziləri buna bir neçə klik hesabına sosial şəbəkələr vasitəsilə nail olur. Onlar arasında əsas seqmenti blogerlər, yutuberlər tutur.
Bəs, YouTube-dan pul qazanmaq üçün hansı əsas şərtlərə əməl etmək lazımdır?
Milli.Az ted.az-a istinadən bildirir ki, sosial media üzrə mütəxəssis Türkan Əkbərovanın dediyinə görə, çoxlarına inanılmaz gəlsə də, Youtube portalı vasitəsilə çox rahat və asan pul qazanmaq mümkündür: “Məsələn, son dövrdə uşaqlar arasında populyarlıq qazanan “Like Nastya” kanalının abunəçilərinin sayı 70 milyonu ötüb ve illik gəliri 22 milyon dollardır. Bu gəlir sadece balaca qızın atası ilə əyləncə videolarından əldə edilir. Çünki videoların izlənmə sayı bəzən 500 milyonu ötüb. Amma Azərbaycanda belə izlənmə rekordundan söz gedə bilməz. Qonşu ölkə Türkiyədə isə yutuberlər dövlətə vergi ödəmədən milyonlarla lirə pul qazanırlar. Məsələn, Kerimcan Durmaz aya 350 min TL, təxminən 92 min dollar qazanır. Amma bizdə buna görə, xəbərdarlıq belə etmədən bank hesabı avtomatik vergi çıxır. Halbuki, yutuberlərimizin aylıq gəliri çox azdır”.
HƏMÇİNİN OXU: Azərbaycan telekanallarının Youtube-dan əldə etdikləri gəlir məlum oldu – MƏBLƏĞ
Youtube kanalından pul qazanma qaydalarına gəlincə isə mütəxəssis vurğulayıb ki, bunun iki yolu var: “YouTube platforması reklamlar ilə bağlı ciddi dəyişiklik edib. Yeni dəyişikliyə görə, “YouTube Partner Program”ına daxil olan kanallar reklam ala bilmək üçün 1000 abunəyə və 12 ay ərzində 4 min baxış saatına sahib olmalıdırlar. Daha öncə isə kanalın “YouTube Partner” Proqramına daxil olması üçün ümumilikdə 10 min baxış sayı tələb olunurdu. Yəni, müəyyən ay limiti yox idi.
Youtube portalından gəlir əsasən reklam və tərəfdaşlıq proqramı və ya sponsorlar vasitəsilə qazanılır. YouTube-da izlədiyimiz bütün reklamlar onları yerləşdirən şəxslərin pul qazanması üçündür. Hər reklama daxil olduqda hesaba vəsait köçürülür. YouTube-da şəxsi kanalı olanlar yalnız Youtube platforması reklamlara icazə verdiyi təqdirdə pul qazanmağa başlayırlar. Amma ölkəmizdə bu portaldan pul qazanmaq heç də asan deyil. Kiçik ölkə olduğumuz üçün digər dövlətlərlə müqayisədə az “kafisent” qoyulub. Amerikada reklama olan 1 klik 1 dollardan cox hesablanır, amma bizdə bu göstərici 1 dollardan da azdır. Göründüyü kimi, istifadəçinin qazancı daxil olma sayından asılıdır”.
Bəs, YouTube-da pul qazanmaq niyə çətindir?
“Çünki Youtube əsasən baxış sayı çox olan kanallara reklam verir. Yəni, hər kanalı olan şəxs Youtube-dan reklam ala bilməz. Videolara baxış sayı çox olduqda Youtube həmin kanallara reklam üçün videolar verir. İzləyicilər reklamı bağladıqları təqdirdə kanal sahibinə heç bir qazanc qalmır. YouTube-dakı reklamların da növləri var. Məsələn, gəlir daxil olma sayına görə də hesablana bilər, videoya sonadək baxılma şərti də qoyula bilər. Bu yolla reklam videosunun məcburi sonadek izlənilməsi funksiyası da aktivləşdirila bilər. Videolar mütləq özünüzə məxsus olmalıdır ki, sonradan kanal şikayətlə bağlanmasın”.
Mütəxəssis onu da qeyd edib ki, Azərbaycanda ən çox gəlir qazanan kanallar şou-biznes əhlinə aid olan xəbərləri paylaşan kanallardır.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.