Qurani-Kərimlə bağlı bunları bilirdinizmi
13) Sual: Quranda olan ən gözəl surə hansıdır?
Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir – Türkiyəli kardioloq açıqladı
Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.
Medicina.az türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açqılamasını təqdim edir.
Həkimin sözlərinə görə, normada ürək ritmi 60-100 arası dəyişir: “Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin”.
Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.
– Mitral qapaq çatışmazlığı
– Ürək əzələsi ilə əlaqədar problemlər
– Ürək damarlarında tıxanma ya da daralma
– Ürəyin fəaliyyətində yaranan problemlər
Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.
Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.
Daha sürətli döyüntü bədən müqavimətinin aşağı olmasından xəbər verir. Həmin şəxsin orqanizminin həssas olduğunu söyləmək mümkündür. Eyni zamanda pasiyentin beyin və digər orqanlarına oksigenin yaxşı paylanmadığını bildirir.
Bu durumda bayılma və buna yaxın vəziyyət, yorğunluq, halsızlıq, nəfəs problemi, sinədə ağrı, yaddaşsızlıq kimi müəyyən problemlər meydana çıxır.
Mütəmdi olaraq fiziki məşqlərlə məşğul olan insanlarda ürək güclənir və qan damar sisteminin fəaliyyəti intensivləşir. Buna görə də həmin insanlar daha çox iş görməsinə baxmayaraq nəbzləri az döyünür.
Aktivliyi çox olan idmançılarda bəzən ürək ritmi 50-yə enir. Mütəmadi olaraq idmanla məşğul olan insanların nəbzinin aşağı olması normal haldır. Ümumilikdə isə məşqlərin ürək döyüntüsünü aşağı saldığı bildirilir. Buna görə ürək sağlamlığı üçün fiziki məşqlər zəruridir.
Saglamolun.Az
Qurani-Kərimlə bağlı bunları bilirdinizmi?
Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir.
8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır?
Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)
9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.
10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir.
11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə “Qədr” gecəsidir.
12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır?
Cavab: Quranda buyurulmuş ən gözəl ay “Ramazan” ayıdır.
13) Sual: Quranda olan ən gözəl surə hansıdır?
Cavab: Quranda olan ən gözəl surə “Yasin” surəsidir. (36-cı surə).
14) Sual: Quranın ən böyük surəsi hansıdır?
Cavab: Quranın ən böyük surəsi “əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə).
15) Sual: Quranın ən kiçik surəsi hansıdır?
Cavab: Quranın ən kiçik surəsi “əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).
16) Sual: Quranda ən böyük ayə hansıdır?
Cavab: Quranda ən böyük ayə “əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə).
17) Sual: Quranda ən kiçik ayə hansıdır?
Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) مُدْهآمَّتَانِ “Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).
18) Sual: Quranda ilk surə hansıdır?
Cavab: Quranda ilk surə “əl-Fatihə” surəsidir. (1-ci surə)
19) Sual: Quranın sonuncu surəsi hansıdır?
Cavab: Quranın sonuncu surəsi “ən-Nas” surəsidir. (114-ci surə)
20) Sual: Quranda ən böyük kəlmə hansıdır?
Cavab: Quranda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ “fəəsqəynakumuhu” kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və “əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).
21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır?
Cavab: Quranın ortasında yerləşən kəlmə “əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ “vəlyətələttəf” kəlməsidir. (18-ci surə).
22) Sual: Quranda neçə surə “Qul” (yəni:de) kəlməsi ilə başlayır?
Cavab: Quranda 5 surə “Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir: 1. “əl-Cinn” surəsi. (72-ci surə) 2. “əl-Kafirun” surəsi (109-cu surə) 3. “əl-İxlas” surəsi (112-ci surə) 4. “əl-Fələq” surəsi (113-ci surə) 5. “ən-Nas” surəsi (114-ci surə)
23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə). 2) “əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə).
24) Sual: Bütün ayələrində الله “Allah” kəlməsi olan surə hansıdır?
Cavab: “əl-Mucadələ” surəsi, (58-ci surə)
25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)
26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır?
Cavab: “Yasin” surəsi (36-cı surə)
27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır?
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə)
28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?
Cavab: “əl-Fəcr” surəsi (89-cu surə)
29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əs-Səff” surəsi. (61-ci surə)
30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əl-Әsr” surəsi (103-ci surə)
31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rəkətinin sayı qədərdir?
Cavab: “ət-Tariq” surəsi, (86-cı surə)
32) Sual: Quranın mənasını özündə cəm edən surənin adı nədir?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)
33) Sual: On ada məxsus olan surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir: 1. Fatihətul-kitab. 2. Ümmül-kitab. 3. Ümmül-Quran. 4. Səbül-məsani. 5. əl-vafiyə. 6. əl-kafiyə. 7. əş-şafiyə. 8. əl-əsas. 9. əs-səlat. 10. əl-həmd. Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.
34) Sual: Qurani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?
Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.
35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?
Cavab: Vacib səcdəsi olan surələr bunlardır: 1) “əs-Səcdə” (32-ci surə), ayə-15. 2) “Fussilət” (41-ci surə), ayə-37. 3) “ən-Nəcm” (53-ci surə), ayə-62. 4) “əl-Әləq” (96-cı surə),ayə-19.
36) Sual: Allah kəlməsi Quranda neçə dəfə gəlmişdir?
Cavab: Allah kəlməsi Quranda 2707dəfə gəlmişdir.
37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?
Cavab: “əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə).
38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yəni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?
Cavab: 1. “əl-Qədr” surəsi (97-ci surə). 2. “əl-Fil” surəsi (105-ci surə). 3. “Әbu Ləhəb” surəsi (111-ci surə). 4. “əl-Fələq” surəsi (113-ci surə).
39) Sual: Qiyamət mənasını verən surələr hansılardır?
Cavab: 1. “ər-Rəd” surə (13-cü surə). 2. “əl-Casiyə” surəsi (45-ci surə). 3. “əl-Vaqiə” surəsi (56-cı surə). 4. “əl-Həşr” surəsi (59-cu surə). 5. “ət-Təğabun” surəsi (64-cü surə). 6. “əl-Qiyamə” surəsi (75-ci surə). 7. “ən-Nəbə” surəsi (78-ci surə). 8. “əz-Zəlzələ” surəsi (99-cu surə). 9. “əl-Qariə” surəsi (101-ci surə).
40) Sual: Quranda neçə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır?
Cavab: Quranda 114 “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır. 41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır? Cavab: “Tohid” (əl-İxlas) surəsi. (112-ci surə).
42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?
Cavab: “əl-Həcc” surəsi (22-ci surə).
43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir?
Cavab: 1) “ət-Təlaq” surəsi (65-ci surə). 2) “ət-Təhrim” surəsi (66-cı surə).
44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?
Cavab: “əl-Cumuə” surəsi (62-ci surə).
45) Sual: Fe hərfi olmayan surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə).
46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?
Cavab: “Qələm” (Nun) surəsi (68-ci surə).
47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?
Cavab: “ət-Tovbə” surəsi (9-cu surə).
48) Sual: Quranın hansı surəsində iki dəfə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?
Cavab: “ən-Nəml” surəsi (27-ci surə).
49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə).
50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?
Cavab: 1) “ən-Nur” surəsi (24-cü surə). 2) “Fatir” surəsi (35-ci surə). 3) “ər-Rəhman” surəsi (55-ci surə). 4) “əl-Әla” surəsi (87-ci surə).
Milli.Az
Qurani Kərim necə nazil olub?
Sual: Qurani Kərim necə nazil olub? Allah Rəsulunun (s) qəlbinə bütövlükdə (birdəfəlik) nazil olub, yoxsa uzun fasilələrlə nazil olub?
Cavab:
Şübhəsiz ki, Quran tədricən nazil olmuşdur. Və ayələrinin, İlahi vəhyin Həzrət Peyğəmbərin (s) rəhbərliyi altında öz və ümmətin keçirdiyi münasibətlərə və zamanlara görə davam edibdir. Qurani-Kərim ayəsi bu tədricən nazil olmaya işarə etmişdir: “İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, nazil etdik.” (İsra: 106)
Uca Allah buyurur: “Kafirlər: “Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün biz onu ayə-ayə (tədricə) nazil etdik.” (Furqan: 32) Bununla birlikdə, bəzi ayələrin zahirindən anlaşılmasına əsasən Qurani-Kərimin birdəfəlik nazil olmasından bəhs edən Quran ayələri də vardır. Aşağıdakı mübarək ayələrdə olduğu kimidir: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir.” (Bəqərə: 185) Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!” (Duxan: 3) Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr: 1) Tədqiqatçılar, bu ikisinin cəmləşməsi qarşısında fikir ayrılığına gəliblər. Bununla əlaqədar fikir və nəzəriyyələrdən bəhs ediblər, bunlardan ən əsası aşağıdakılardır:
Birinci nəzəriyyə: Quran iki dəfə nazil olduğunu hesab edirlər. Birinci nazil olma Beytul-məmurda olub yuxarıdakı ayələrdə bəhs edildiyi kimi birdəfəlik nazil olmadır. İkincisi isə Allahın Rəsulunun (s) İslam cəmiyyətində rəhbərliyini yürütdüyü bütün dövr ərzində ayələrin tədricən nazil olmasıdır.
İkinci nəzəriyyə: Quranın Ramazan ayında və Qədr gecəsində nazil olmasının mənası həmin vaxtdan etibarən başlamasıdır. Daha sonra isə Allah Rəsulunun (s) və Ümmətin həyatlarında keçirdikləri münasibətlərə və hallara görə davam edibdir.
Üçüncü nəzəriyyə: Bu Əllamə Təbatabainin (Allah ruhun müqəddəs etsin) ixtisaslaşdığı nəzəriyyədir. Bu isə Seyyidin təfsirçi olaraq yeni bir rəng qatmasıdır. Burada “İnzal” ilə “Tənzil” arasında bir fərq vardır. “İnzal” ərəb dilində yalnız birdəfəlik nazil olma olduğu təqdirdə istifadə olunur, “Tənzil” isə ərəb dilində yalnız tədricən nazil olma olduğu təqdirdə istifadə olunur. Quranın nazil olması ilə əlaqədar hər iki ifadədən bəhs istifadə edilibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.