Press "Enter" to skip to content

Qara dəlik ulduzu necə parçalayır – VİDEO

Ən böyük ulduzların ölçüsü Saturnun orbitinə bərabərdir.
Gəlin bir qədər də qırmızı super-nəhənglərdən danışaq. Onlardan biri Orion bürcündə yerləşən Betelgeyze ulduzudur. Onun kütləsi Günəşdən 20 dəfə çoxdur. Məlum ən böyük ulduzun kütləsi isə Günəşdən 1800 dəfə çoxdur, bununla belə Saturnun orbitində yerləşə bilər!

Ulduzlar haqqında 10 maraqlı fakt

Ulduzlar həmişə insanları gözəlliyi, parlaqlığı və əlçatmazlığı ilə cəlb ediblər. Alimlər ulduzlar haqqında kifayət qədər informasiya toplayıblar və biz də onlardan ən maraqlılarını seçib təqdim edirik.

Yerə ən yaxın ulduz hansıdır?
Təbii ki, Günəş. O, Yerdən 150 milyon km uzaqlıqda yerləşir və sarı cırtdan hesab olunur. O, 4,5 milyard ildir ki, hidrogeni heliuma çevirir və çox güman ki, hələ 7 milyard il də bunu etməyə davam edəcək. Günəş genişlənəndə Merkuri, Veneranı və böyük ehtimalla, Yeri udacaq.

Bütün ulduzların tərkibi eynidir.
Ulduz soyuq molekulyar hidrogen buludunun qravitasion sıxılmasından doğulur. Bulud hissə-hissə sıxılırsa, bu hissələrin bir çoxu ayrı ulduzlara çevrilirlər. Material şar kimi yığılır və öz qravitasiya qüvvəsi altında sıxılır, ta ki, mərkəzdəki temperatur nüvə sintezini yarada bilənə qədər. Ulduzu yaradan ilkin qazlar hələ Böyük Partlayış zamanı formalaşmış və 74% hidrogen, 25% isə heliumdan ibarətdir. Zamanla ulduz hidrogeni heliuma çevirir. Buna görə də, Günəşin tərkibi 70% hidrogen və 29% heliumdan ibarətdir. Amma ilkin olaraq ulduzlar 3/4 hidrogendən, 1/4 heliumdan və digər mikroelementlərin qarışığından ibarət olurlar.

Ulduzların daxilində ideal balans var.
İlk baxışda istənilən ulduz öz-özü ilə konfliktədir. Bir tərəfdən ulduzun bütün kütləsi öz ağırlığı altında sıxılır. Amma qızmış qaz daxildən güclü təzyiq göstərir və qravitasion partlayışın qarşısını alır. Nüvədəki nüvə sintezi böyük həcmdə enerji yaradır. Səthə çıxmamışdan əvvəl fotonlar mərkəzdən yuxarıya doğru 100.000 il ərzində qalxırlar. Ulduz daha da parlaq olanda genişlənərək qırmızı nəhəngə çevrilir. Mərkəzdəki nüvə sintezi dayananda artıq yuxarı səthlərin artan təzyiqini heç nə saxlaya bilmir və ulduz bəyaz cırtdana, neytron ulduzuna və ya qara dəliyə çevrilir.

Ulduzların əksəriyyəti qırmızı cırtdanlardır.
Onların kütləsi Günəşin kütləsinin 50%-nə, bəzən isə hətta 7,5%-nə bərabərdir. Bu kütlədən aşağı qravitasiya təzyiqi qaz mərkəzdə sıxa bilməz və nüvə sintezi baş verməz. Qırmızı cırtdanlar Günəş enerjisinin 1/10000 hissəsini xaric edir və on milyard illərlə parlamağa davam edə bilirlər.

Kütlə ulduzun temperaturuna və işığına uyğundur.

Ulduzun rəngi ağ, qırmızı və ya mavi ola bilər. Temperaturu 3500 Kelvindən aşağı olan ən soyuq ulduzların rəngi qırmızı olur. Günəş ağımtıl sarı rənglidir, orta temperatur isə 6000 Kelvindir. Ən qaynar ulduzlar mavi rəngdə olur və səthin temperaturu 1200 dərəcə Kelvini aşır. Kütlə temperaturu müəyyən edir. Kütlə nə qədər çoxdursa, nüvə bir o qədər böyük olur, nüvə sintezi isə aktiv baş verir.

Ulduzların əksəriyyəti cüt doğulur.
Bunlar ikili ulduzlardır, yəni iki ulduz ortaq ağırlıq mərkəzi ətrafında dönürlər. 3, 4 və daha çox ulduzun daxil olduğu sistemlər də var. 4 ulduzu olan planetdə gündoğumunu təsəvvür edin..

Ən böyük ulduzların ölçüsü Saturnun orbitinə bərabərdir.
Gəlin bir qədər də qırmızı super-nəhənglərdən danışaq. Onlardan biri Orion bürcündə yerləşən Betelgeyze ulduzudur. Onun kütləsi Günəşdən 20 dəfə çoxdur. Məlum ən böyük ulduzun kütləsi isə Günəşdən 1800 dəfə çoxdur, bununla belə Saturnun orbitində yerləşə bilər!

Ən böyük ulduzların ömrü qısa olur.
Artıq qeyd edildiyi kimi, qırmızı cırtdanın kütləsi az olsa da, bu, ona 10 milyard illərlə parlamağa bəs edir. Kütləsi çox olan ulduzlarda isə vəziyyət başqa cürdür. Məlum ən böyük ulduzlardan biri Eta Kilyadır və Yerdən 8000 işıq ili uzaqlıqda yerləşir. O, Günəşdən 4 milyon dəfə çox enerji xaric edir. Günəş milyard illərlə parlayacağı halda, Eta Kilya sadəcə bir neçə milyon il mövcudluğunu qoruyub saxlaya biləcək. Astronomların fikrincə, Eta Kilya istənilən zaman partlaya bilər və bu zaman göy üzündəki ən parlaq obyektə çevriləcək.

Süd yolunda nə qədər ulduz var?
Onların sayı 200-400 milyarddır. Ola bilsin ki, onların hər birinin öz planetləri də var.

Ulduzlar çox uzaqda yerləşirlər.
Günəş istisna olmaqla, Yerə ən yaxın ulduz 4,2 işıq ili uzaqlıqda yerləşir. Biz ən sürətli kosmik gəmi kəşf etsək belə, bu ulduza çatmaq üçün 70.000 il lazım olacaq.

Qara dəlik ulduzu necə parçalayır – VİDEO – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

27 May, Şənbə
Günün xəbərləri

Xəbər xətti

27.05.2023

26.05.2023

Ən çox oxunan xəbərlər

Qara dəlik ulduzu necə parçalayır – VİDEO

30.09.2019 23:16 Фото: 9 Канал–> Elm və texnologiya A- A A+

Qabarma məhvi adlanan hadisələr çox nadir hallarda baş verir, bunların yaranması üçün ulduzlar qara dəliklərə çox yaxınlaşmalıdır

NASA özünün yeni peyki sayəsində nadir kosmik hadisəni qeydə ala bilib. Eurasia Diary CBS NEWS-a istinadən bildirir ki, agentliyin Transiting Exoplanet Survey (TESS) peyki bizim Günəş boyda ulduzu qara dəliyin necə parçalayıb udduğunu müşahidə edib. Tədqiqatçılar bu hadisə üzrə nəticələri astrofizika jurnalında dərc etdiriblər. Alimlər TESS-ə müraciət etməzdən əvvəl, hələ yanvarda “qabarma məhvi” adlanan prosesi aşkarlamaq üçün ASAS-SN (All-Sky Automated Survey for Supernovae) adı verilmiş 20 robotlaşdırılmış teleskopdan ibarət beynəlxalq şəbəkədən istifadə ediblər. TESS daimi müşahidə zonalarından istifadə edərək qara dəliyin ulduzu sovurmağa başladığını müşahidə edib və hadisənin öyrənilməsi üçün məlumatları toplamağa başlayıb. NASA nadir kosmik hadisəni əks etdirən animasiya hazırlayıb. “TESS-in məlumatları bizə “ASASSN-19bt” adı verilən dağıdıcı hadisənin daha parlaq olduğu dövrü görməyə imkan verdi. İlkin göstəricilər bu işıq partlamalarının fizikasının modelini qurmaqda çox faydalı olacaq”, – ABŞ-ın Pasadenadakı Karnegi rəsədxanasının alimi Tomas Holoen deyib. Qabarma məhvi adlanan hadisələr çox nadir hallarda baş verir, bunların yaranması üçün ulduzlar qara dəliklərə çox yaxınlaşmalıdır. Tədqiqqatçılar deyirlər ki, belə tip kosmik hadisələr Süd yolu boyda qalaktikalarda hər 10 000 – 100 000 ildən bir baş verir. Ancaq kainatda milyardlarla qalaktika oldyğundan alimlər ötən illər ərzində 40-a yaxın qabarma və çəkilməni müşahidə edə biliblər.(sputnik.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

YouTube ulduzu intihar etdi, qatil oldu – VİDEO – FOTO

YouTube-da “McSkillet” kimi tanınan məşhur letspleyçi və geymer, 18 yaşlı Trevor Heytmann həlak olub. O, idarə etdiyi McLaren idman avtomobili ilə qəza törədib. Həmin qəzada 43 yaşlı Aylin Pisarronun və 12 yaşlı Ariya Pissaronun da ölümünə səbəb olub.

Milli.Az NBC-yə istinadən bildirir ki, 500 min dollarlıq McLaren avtomobili ilə ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərinin yaxınlığındakı I-805 HOV şossesində çox böyük sürətlə hərəkət edən Trevor Heytmann idarəetməni itirib, maşın qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn Hyundai krossoveri ilə toqquşub.

Hyundai-ın sükanı arxasındakı Aylin Pissaro və sərnişin yerində olan Ariya Pisarro qəzada həlak olublar.

Trevor Heytmann da həlak olub.

YouTube kanalının 900 mindən artıq daimi təqibçisi olan Trevor Heytmanın qəzanı bilərəkdən törətdiyi iddia olunur. O, onlayn oyunlarda inventar satışı yasağı ilə üzləşəndən sonra aylıq gəlirləri 100 min dollar azalmışdı.

Trevor Heytmann “Counter Strike: Global Offensive” oyunu sayəsində məşhurlaşmış, “OG McSkillet” kimi tanınmışdı.

Aylin Pissaronun 19 yaşlı Ancelo və 22 yaşlı Dominik adlı oğulları var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Comments are closed, but trackbacks and pingbacks are open.