Press "Enter" to skip to content

Youtube dan necə pul qazanmaq olar

Bundan sonra açılan qisimdə ödəmək Necə Ediləcək qisimini seçin və alt qisimdə yazan Reklam Hesabını Əlaqələndirmə düyməsinə basın.

Youtubedan pul qazanmaq

Evdə necə pul qazanmaq olar deyənlər və online pul qazanmaq istəyənlər bu məqaləni diqqətlə oxusunlar. Çünki artıq dövr internet dövrüdür və online pul qazanmaq mümkündür. Elə isə youtubeda kanal açmağı və onu reklam hesabına bağlamağı öyrən və sən də evdə pul qazan!

Youtubedan pul qazanmaq üçün əvvəlcə youtubeda kanal açmaq lazımdır. Ancaq bundan da əvvəl gmail hesabı açmalısınız. Gmail acmaq üçün qeydiyyat linkinə daxil olmaqla aça bilərsiniz. Əgər şəxsi gmail hesabınız varsa məsləhətdirki onunla hesab açmayasız çünki gələcəkdə kanalı satmaq istəsəniz şəxsi mail hesabınızı satmayasınız deyə.

Gmail hesabı açan zaman telefon bölməsinə öz nömrənizi yazmağınız mütləqdir. Çünki gələcəkdə təhlükəsizlik tədbirləri zamanı lazım ola bilər. Gmail hesabınızı açdıqdan sonra youtube hesabınıza daxil ola bilərsiniz.

Youtubeya girən zaman sağ üst tərəfdəki mail ünvana daxil olun və orada yazılan kanal yarat bölməsinə tıklayın və kanala vermək istədiyiniz adı və digər məlumatları daxil edin.

Youtubedan necə pul qazanılır?

Kanalı uğurla yaratdıqdan sonra isə kanalı Adsense hesabına birləşdirmək lazımdır. Adsense haqqında məlumatı olmayanlar Adsense Nədir? adlı məqaləmizi oxuya bilərlər. Ancaq hələlik qısaca deyək ki Adsense Googleun reklam xidmətidir və bu sahədə dünyada bir nömrədir. Əvvəllər internet saytlarında xidmət göstərirdi ancaq Google youtubeu aldıqdan sonra videolarla pul qazanmaq xidmətini də aktiv etdi. Bəs adsense youtubedan necə pul qazandırır?

Belə ki, kanalınızı Adsense hesabına bağlayırsınız və bundan sonra videolarınızda reklam göstərilməyə başlayır. Əgər istifadəçilər reklamlarınıza tıklasalar siz də hər tıklamaya görə qazanc əldə edirsiniz. İndi kanalı adsense hesabına necə bağlayırlar ona baxaq. Sol tərəfdəki Kanal bölməsinə daxil olduqda Pul qazanmaq adlı yazı görəcəksiniz. Pul qazanmaq sözünün qarşısındakı butona tıklayaraq aktivləşdirin. Ancaq bundan əvvəl doğrula butonuna basmağınız lazımdır.

Daha sonra açılan hissədən Hesabımı Aktivləşdir düyməsinə basın.

Bundan sonra açılan qisimdə ödəmək Necə Ediləcək qisimini seçin və alt qisimdə yazan Reklam Hesabını Əlaqələndirmə düyməsinə basın.

Açılan hissədə əgər daha əvvəl fərqli bir gmaillə açdığınız Adsense hesabınız varsa Girişə tıklayaraq həmin ilə adsense hesabınızı kanala birləşdirə bilərsiniz. Əgər adsense hesabınız yoxdursa yeni hesab yaratmalısınız. Burada məlumatları daxil edən zaman bütün məlumatları düzgün yazmağınız mütləqdir.

Əgər hər şeyi yazdığımız kimi etdinizsə artıq videolarınızdan pul qazana bilərsiniz. Bunun üçün videolarınıza tıklayıb tənzimləmə qisimini açmaq və oradan pul qazanma hissəsinə keçərək lazımlı işarələri seçin və siz də qazanmağa başlayın. Məsləhətimiz oldur ki original videolar yükləyəsiniz yoxsa Adsense hesabınız bağlana bilər. Sizə bol qazanclar arzulayırıq.

  • Tags
  • evdə necə pul qazanmaq olar
  • evdə pul qazan
  • gmail acmaq
  • online pul qazanmaq
  • pul
  • pul qazanmaq
  • youtube kanalı açmaq
  • Youtubedan necə pul qazanılır
  • youtubedan pul qazanmağın yolları
  • youtubedan pul qazanmaq

“Youtube”dan necə pul qazanmaq olar?

Dünyanın nüfuzlu nəşrlərindən olan məşhur “Forbes” jurnalı 2020-ci ildə “Youtube” sosial şəbəkəsindən ən çox pul qazanan şəxsin 9 yaşlı Rayan Kadji olduğunu açıqlayıb. Atası Yaponiya, anası isə Vyetnam əsilli olan Rayan 2011-ci ilin oktyabr ayında ABŞ-da anadan olub. 2015-ci ildə 4 yaşı olanda anasından “Youtube”da onun üçün kanal açmasını istəyib. 5 il əvvəl açılan və hazırda 30 milyona yaxın abunəçisi olan “Ryan’s World” adlı “Youtube” kanalına yüklənən videolara indiyə kimi 45 milyarddan çox baxış olub. Son 3 ildə “Ryan’s World” kanalı dünyada ən çox pul qazanan kanal olub və bu kanalın ötənilki gəliri 29,5 milyon dollar təşkil edib.

Üstəlik, “Youtube”dan təkcə Rayan Kadji milyonlar qazanmır və “Youtube” istəyən hər kəsə pul qazanmaq imkanı verir. Belə ki, illik gəliri 15 milyard dollardan çox olan “Youtube” qazandığı pulların müəyyən hissəsini Rayan Kadji kimi digər aktiv istifadəçiləri ilə bölüşür. Son məlumatlara görə 2 milyarddan çox istifadəçisi olan “Youtube”a bir dəqiqə ərzində orta hesabla 500 saatlıq video yüklənir. “Youtube”un sahibi isə 2005-ci ildə fəaliyyətə başlayan və cəmi bir il sonra dünyanın ən böyük internet axtarış sisteminə çevrilən “Google”dur. “Google” tərəfindən 1,6 milyard dollara satın alınan “Youtube” istəyən hər kəsə pul qazanmaq imkanı versə də, bunun üçün onun müəyyən etdiyi şərtlərə və qaydalara əməl etmək lazımdır. Bu şərtlərdən (və ya qaydalardan) biri də qadağan olunmuş videoları “Youtube”a yükləməməkdir. Bu cür videolara isə əsasən cinayət, cinsi məzmunlu videolar və s. daxildir. Son illər “Youtube”un diqqət etdiyi məqamlardan biri də müəllif hüquqları ilə bağlıdır. Başqasına məxsus videoların razılıq alınmadan yüklənməsinə icazə verilmir. Hətta, bu cür videoları yükləsəniz belə, sizin oradan pul qazanmaq şansınız yoxdur.

Nədən başlamaq lazımdır?
Məlum məsələdir ki, “Youtube”dan pul qazanmağa başlamağın ilk addımı sizə məxsus olan hesab, yəni “Youtube” kanalı açmaqdır. Bu, ilk addım olsa da, diqqət etməli olduğunuz əsas mərhələdir. Kanal sizə məxsus olacaq və bu kanalı siz idarə edəcəksiniz. Buna görə də, siz ən yaxşı bildiyiniz sahəyə müraciət edin. Məsələn, yazının əvvəlində haqqında bəhs etdiyimiz “Youtube”dan ən çox pul qazanan Rayan Kadjidən ilhamlanaraq insanlar uşaqlarla bağlı kanal açmağa çalışırlar. Bir çox hallarda bu sahədə məlumatsız olduqlarından bir müddətdən sonra səhv etdiklərini başa düşürlər. Unutmayın, “Youtube”dan hər gün milyonlarla insan istifadə edir və onların hamısı uşaqlarla bağlı videoları, ya da kulinariya mövzusunda videoları izləmir. Əlbəttə “Youtube”da kanal açarkən insanların ən çox izlədiyi mövzuların nə olduğunu araşdırmaq lazımdır. Lakin “ən qısa yol, bildiyiniz yoldur” prinsipini də unutmayın.

Hər işin bir adı olmalıdır.
Diqqət etməli olduğunuz əsas məsələlərdən biri də kanalınızın adı, istifadə etdiyiniz açar sözlər və profil şəklinizdir. Daha çox istifadə olunan, axtarışa daha çox verilən sözlərdən istifadə etmək lazımdır. Məsələn, “idman” sözü ilə eyni mənaya gələn “sport” sözü seçmək sizin videoların daha çox izlənməsinə səbəb ola bilər. Yaxud da siz tanınmış şəxs deyilsinizsə, profil şəkli olaraq özünüzün deyil, paylaşacağınız videoların mövzusuna uyğun və insanlar arasında populyar olan bir şəkil seçə bilərsiniz. Kanal açarkən müəyyən texniki tələblərə və incəliklərə də mütləq əməl etmək lazımdır. Kanalın nədən bəhs etdiyini sadə, asan başa düşləcək ifadələrlə qeyd etmək lazımdır. Eyni zamanda “Google”un təqdim etdiyi “Google Ads”, “Google Analytics” kimi bir sıra proqramlardan yararlanmaq olar.

Nə qədər pul qazanmaq olar?
Kanal açmaq, bu kanala videolar yükləmək işin ilk mərhələsidir. Ancaq bu sadaladıqlarımız öz-özlüyündə sizə pul qazandıra bilməz. Pul qazana bilmək üçün kanalınız və yüklədiyiniz videolar “Youtube” istifadəçiləri tərəfindən izlənməlidir. “Youtube” bununla bağlı şərtlərini zaman-zaman dəyişə bilər. Açıqlanan son şərtlərdə pul qazanmaq üçün kanalın ən azı 1000 abunəçisinin olması və videoların son 12 ayda ən azı 4000 saat izlənməsi tələbi var. Yəni, sizin kanalınızın abunəçilərinin sayı 1000-ə çatıbsa və videolarınız son 12 ayda 4000 saatdan çox izlənibsə, onda “Youtube”dan pul qazanmağa başlaya bilərsiniz. Təbii ki, bunun üçün siz “Youtube”un Tərəfdaşlıq Proqramına (Partner Program) qoşulmalı və qazandığınız pulları qəbul edəcəyiniz bank hesabınızı (plastik kart) oraya qeyd etməlisiniz. Bundan sonra “Youtube” sizin kanalınıza, o cümlədən də videolarınıza reklamlar yerləşdirəcək.

“Youtube”dan pul qazanmaq üçün sizə müxtəlif imkanlar verilir. Bunların başında videoların izlənməsindən əldə olunan qazancdır. Videolar nə qədər çox izlənsə, bu daha çox qazanc deməkdir. Videoların izlənməsindən əldə olunacaq qazancın məbləği sabit deyil. Bu məbləğ videonun məzmununa, hətta hansı ölkələrə məxsus İP-lərdən izlənməsinə görə dəyişir. Məsələn, sizin videonu ABŞ-dan izləsələr, daha çox, Azərbaycandan izləsələr, daha az qazana bilərsiniz. Bu səbəbdən, hazırladığınız videolar başqa ölkələrdəki istifadəçilər üçün də nəzərdə tutulsa, fərqli dillərdə, xüsusilə də ingilis dilində olsa, bu sizin üçün daha faydalı ola bilər. Qeyd etdiyimiz kimi baxış sayından nə qədər pul qazanmağın dəqiq bir məbləği yoxdur. Bəzən sizin videonuz 1000 baxış üçün 3 manat, bəzən də 3 qəpik qazanc gətirə bilər. Videonun məzmunu, ora yerləşdirilən reklamlar, hansı ölkədən izlənməsi bu məbləğin dəyişməsinə səbəb olur. “Youtube”dan pul qazanmağın başqa bir yolu həm də kanalınıza birbaşa reklamlar cəlb etməkdir. Əgər sizin kanalınızın çoxlu sayda izləyicisi varsa, siz özünüz reklamverənlərlə birbaşa ünsiyyətə girə və onlarla əməkdaşlıq edə bilərsiniz. Bunlardan başqa “Youtube” sizə kanalınız vasitəsilə yardım və ianə toplamaq imkanı da verir.

“Youtube”da pul qazanmağın ən mühüm yollarından biri də sizə məxsus videoların müəlliflik hüququnu tanıtmağınızdır. Bu sahədə fəaliyyət göstərən şirkətlərə müraciət edərək videonun sizə məxsus olduğunu tanıdırsınız. Bundan sonra həmin videonu sizin, ya da sizin adınızdan çıxış edən şirkətin razılığı olmadan heç kim istifadə edə bilmir, ya da istifadəsinin əvəzində əldə etdiyi gəlirlərdən sizə də müəyyən məbləğ ödəyir.

Göründüyü kimi, “Youtube”da pul qazanmağın fərqli qaydaları və tələbləri olsa da, əsas məsələ abunə sayından və videoların izlənməsindən asılıdır. Kanalınızın nə qədər çox abunəçisi olsa və videolarınız nə qədər çox izlənsə, bir o qədər çox pul qazanmaq olar.

Necə etmək lazımdır ki, videolarımız daha çox izlənsin?
Bu sahənin mütəxəssislərinin ortaq qənaəti odur ki, hazırladığınız videolar orijinal, yəni sizə məxsus olmalıdır. Təkrarçılıqdan qaçmalı, ortaya “yeni məhsul” çıxarmalısınız.
Hazırladığınız videolar geniş izləyici kütləsinə xitab etməlidir. İnsanları əyləndirən, düşündürən və öyrədən mahiyyət daşımalıdır. Yəni, siz videodan pul qazanmaq istəyirsinizsə, izləyicilərə də nələrisə qazandırmağa çalışmalısınız. Daha yaxşı olar ki, bir videoda insanlara həm yeni xəbər vermək, həm əyləndirmək, həm də öyrətmək imkanlarını birləşdirə biləsiniz. “Bir daşla, iki quş vurmaq” deyimi əksər hallarda özünü doğruldur.

Hər işdə olduğu kimi “Youtube” kanalında da davamlılıq çox vacibdir. Davamlı olaraq video paylaşmağa çalışmaq lazımdır. Bunun üçün bir iş planı da hazırlaya bilərsiniz.
Virtual dünya yalnız “Youtube”dan ibarət deyil. “Youtube” kanalınızda yer alan videolarınızı digər internet resurslarda, sosial şəbəkələrdə də paylaşa bilərsiniz.
Paylaşacağınız videoda görüntülərin keyfiyyəti, səsi, ön görüntü (örtük) şəkli izləmə sayına təsir edən əsas vasitələrdir. Xüsusilə, ön görüntü (örtük) şəkli videoların izlənməsində böyük paya sahibdir. Ön görüntü şəkli evin qapısı kimidir. İzləyicilər hər hansı bir mövzuda video axtardıqları zaman qarşılarına onlarla video çıxır. Bu zaman hansı videoda ön görüntü şəkli daha çox diqqət çəkirsə, izləyicilər də ona baxırlar. Bu səbəbdən, videoları hazırlayarkən texniki imkanlardan yararlanmağa çalışmaq lazımdır. Bunun üçün müxtəlif proqramlar, texniki vasitələr mövcuddur.
Videonun başlığı və haqqında yazılan qısa açıqlama da ön görüntü şəkli qədər əhəmiyyətlidir. Videoya baxmazdan əvvəl izləyicilər başlığı və haqqında yazılan qısa açıqlamanı oxuyurlar. Başlıq və açıqlamalar qısa, aydın və cəlbedici olmalıdır. Eyni zamanda aldadıcı olmamalıdır. Unutmayın ki, heç kim aldadılmağı xoşlamır.

Fraza jurnalı
Allahverdi Cəfərov

Youtube dən pul qazanmaq barədə məlumat

Salam, hər vaxtınız xeyir. narahat etdiyimə görə öncədən üzr istəyrəm. Yotube dən pul qazanmaq haqda ətraflı köməklik edərdiniz yaxud digər formatda (təxminən ayda 50-150 azn/dollar) pul qazandıran net imkanlar haqda ətraflı məlumat verərdiniz. lütfən

Sualı verdi: Ceyhun Ehmedov ( 21/05/2015 )

Kateqoriya: Sual . azn, Dollar, internet, net imkanlar, pul, qazanc, yotube. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Yutubdan pul qazanmağı sənə msələhət görməzdim. Bunun üçün sən kanal yaratmalısan. Kanala yüklədiyin hər hansı bir videodan ən azı 50 dollar qazanmaq üçün bir ay ərzində həmin videonu 25000 nəfər izləməlidir. Bu bir ildə 300000 baxış deməkdir. Nadir hal olar ki, azərbaycanlılardan birisi belə bir video yükləsin və ayda 25000 adam ona baxsın. Yutub hər 1000 baxışa cəmi 2 dollar pul verir. Özü də bu hər ay olmalıdı. Sən baxma yutubda baxışların sayı 1 milyonu ötən videolar da olur. Amma o ümumi baxışdı. Yəni 2-3 ilə yığıb onu. Məsləhət olaraq sənə özün üçün ayrıca sayt yaratmağı təklif edirəm. Bir az xərcli olacaq amma inkişaf etdirə bilsən pul götürə bilərsən. 1 balaca reklam bannerindən götürdüyün gəlir, yutubun ayda sənə verdiyi 100000 baxışın yanında çox böyük görünəcək. Yox əgər yenədə də yutubda kanal açaraq pul qazanmaqda israrlısansa onda kanalı heç olmasa ingilis dilində yarat ki, baxışların sayı çox olsun. Amma yenə də yutubda çəkdiyin əziyyətə dəyməz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Comments are closed, but trackbacks and pingbacks are open.