Press "Enter" to skip to content

Yurdumuza bahar gəlir əlaəqdar tədbir

Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu, Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.

AzEduTech

Hey there! Thanks for dropping by AzEduTech! Take a look around and grab the RSS feed to stay updated. See you around!

Yurdumuza bahar gəlir

Filed under: İnşalar — Bir şərh yazın
7 Aprel 2012

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhval-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün

Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu, Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.

Novruz “yeni gün” deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətlərindən qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də Yeni il bayramı kimi qeyd olunur.

Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir. Bu ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarından biridir.

Novruzda növbənöv bayram şirniyyatı bişirilir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə çevrilir. Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin yaşıllığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, firavanlığa işarədir. Səməni həm də ən əziz bayram yeməyinin adıdır. Səməni halvası müqəddəs yemək sayılır. O, əziz yemək kimi, bayram sovqatı kimi qohum-əqrəbalara, qonum-qonşulara da paylanır. Bayramın ən ləziz təamı isə, şübhəsiz ki, üstü qaralı plovdur. Hər evdə bayram gecəsi hökmən plov bişirilir, qohum-qonşuya, kimsəsizlərə, qapıya papaq atanlara pay verilir, hamı sevindirilir, küsənlər barışır, insanlar deyir, gülür, şənlik edir, bir-birinə xoş günlər arzulayırlar.

Mən bahar fəslini çox sevirəm. Bahar xoş ovqatdır, xoş əhvali-ruhiyyədir, arzudur, istəkdir, amaldır. Mən arzu edirəm ki, yurdum, vətənim həmişə bahar təravətli, bahar ovqatlı olsun, xalqımızın üzündən bahar gülüşü, bahar şənliyi əskik olmasın.

Yurdumuza bahar gəlir əlaəqdar tədbir

2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib. “21 mart – Beynəlxalq Novruz Günü” münasibətilə təşkil olunan tədbir ilaxır çərşənbəsi gününə təsadüf edib.

“İki sahil” xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bayram tədbirini MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açıb. Tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran E.Cəfərova onları Novruz Bayramının müjdəçisi olan ilaxır çərşənbəsi münasibətilə təbrik edib, xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.

Sonra tədbirdə qonaq qismində iştirak edən bədii qiraət ustası, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramova söz verilib. “30 ildə Qarabağda qalanmayan bayram tonqalları” mövzusunda məruzə edən əməkdar artist 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfərdən danışıb. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində əzəli torpaqlarımızda yenidən bayram tonqallarının yandığını vurğulayan A.Bayramov belə bir əlamətdar gündə MDU-nun tələbələri və əməkdaşları ilə görüşməkdən məmnunluğunu ifadə edib. Novruz bayramının qədim adət və ənənələrindən danışan qonaq ilaxır çərşənbədə yandırılan tonqalların mahiyyəti və məramı barədə ətraflı məlumat verib.

Daha sonra, MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından Günel Yunusova “Azərbaycan ədəbiyyatında Novruzun əksi”, Səadət Ağakişiyeva “Novruz çərşənbələri”, Səbinə Novruzova “Novruz adət-ənənələri” mövzularında məruzələr ediblər. Məruzələrdə milli adət ənənələrimizin qorunub saxlanılmasının vacibliyi qeyd olunub, gənc nəslin bu sahədə bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs olunub.

Sonra Novruz bayramı haqqında videoçarx nümayiş etdirilib.

Bədii qiraət ustası Ağalar Bayramovun səsləndirdiyi şeirlər, təcnislər, gözəlləmələr, bayatılar tələbələrin və akademik heyətin böyük marağına səbəb olub, onlarda əsl bayram əhval ruhiyyəsi yaradıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan bayram tədbirində mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb, Novruz adətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da Azərbaycan xalqının milli adət-ənənələrinin təbliğinə, tələbələr arasında müvafiq mövzularda maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.