Press "Enter" to skip to content

Unudulmayan Yusif Səmədoğlu

2016-cı ildə Corc Vaşinqton Universitetini bitirdikdən sonra Vaşinqtonda tanınmış bir cərrahiyyə klinikasında marketinq işləri ilə məşğul oldum, həmin vaxt cərrahiyyə əməliyyatlarının çəkilişlərinə başladım. Orada məşhur plastik cərrah, doktor Pol Raffla tanış oldum. Onun professionallığına, pasiyentlərlə xoş münasibət qurmaq bacarığına valeh oldum və qərara gəldim ki, doktor Ruff haqqında bir kiçik sənədli film çəkim.

Yusif səmədoğlu seçilmiş əsərləri

Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Milli qəhrəmanlar
    • Elektron resurslar
    • Sabunçu rayonu
    • Heydər Əliyev və Azərbaycan
    • Sabunçu rayonunun görkəmli şəxsiyyətləri
    • Dağlıq Qarabağ münaqişəsi
    • Azərbaycanlıların soyqırımı
    • Haqqımızda
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    Yusif Səmədoğlu- “Seçilmiş əsərləri”

    4 İyun , 2015

    Bu kitabda tanınmış yazıçı Yusif Səmədoğlunun məşhur “Qətl günü” romanı və müxtəlif illərdə işıq üzü görmüş hekayələri toplanmışdır. Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarından biri olan Y.Səmədoğlunun qələmindən çıxmış “Soyuq daş”, “Foto-fantaziya”, “İncə dərəsində yaz çağı”, “Bayatı-Şiraz”, “Astana” kimi əsərləri klassik hekayə örnəkləri olub, psixoloji və ictimai siqləti ilə 1960-70-ci illər nəsrimizin keyfiyyətcə yeniləşməsindən, daha dərin məzmun, daha kamil üslub, daha maraqlı forma axtarışlarından xəbər verirdi. “Qətl günü” romanı isə həm Yusif Səmədoğlunun, həm də yeni nəsrimizin zirvə əsəridir. Çağdaş romançılıq axtarışlarının ən uğurlu nəticələrini özündə əks etdirən “Qətl günü” romanında yazıçının humanist pafosu duyurlur. Burada zülmün hər hansı şəklinə qarşı, insan mənliyini tapdalayan, mənəviyyatını əzən zorakılığa qarşı acı bir etiraz var.

    Unudulmayan Yusif Səmədoğlu

    Yusif Səmədoğlu Vətənimizin azadlığı və müstəqilliyi uğrunda göstərdiyi ictimai-siyasi fəaliyyətlə Azərbaycanda milli-azadlıq hərakatının inkişafında, demokratiyanın, insan hüquqlarının bərqərar olmasında mühüm rol oynamışdır.”

    Bir gün səslənəcək
    və ölüm qədər yaxın,
    doğma bir səs eşidəcəm.
    Ömrün səslərində bir boşluq səslənəcək,
    və mənə gərəksiz olacaq
    yer üzünün bütün özgə səsləri.
    nə sayrışan ulduzların xışıltısı,
    nə uşaq qəhqəhəsinin parıltısı
    daha lazım olmaycaq mənə.
    Ölüm qədər yaxın
    doğma bir səs eşidəcəm.
    Amma o doğma səsi heç bir möcüzə bizə qaytara bilməz.
    “Yuxunuz şirin olsun, dirilər!”

    Çox çəkməz – ağlar ana – Xavər xanım da dünyasını dəyişəcək. Sonra Aybəniz xanım. Sonra Aygün xanım. Ən sonda Vaqif Səmədoğlu.

    Amma Səməd Vurğun ocağı sönməyib. Nəsil davam edir.
    QISA ARAYIŞ:

    Azərbaycanın görkəmli yazıçısı, ictimai xadimi Yusif Səmədoğlu (Vəkilov) 1935-ci il, dekabr ayının 25-də Bakıda Səməd Vurğunla Xavər xanımın ailəsində dünyaya gəlmişdir.

    Atası, Aybəniz və Vaqiflə

    Yusif Vəkilov 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbinin skripka sinfinə getmiş, səkkizinci sinfə kimi orada oxuduqdan sonra təhsilini 44 saylı məktəbdə davam etdirmiş və oranı qızıl medalla bitirmişdir.

    Uşaqlıqdan sevgi, qayğı içində böyümüşdür. Kiçik yaşlarından mütaliəyə böyük həvəs göstərmiş və öz həmyaşıdlarından geniş mütaliə mədəniyyətiylə fərqlənmişdi. Artıq məktəbdə oxuduğu illərdə hekayələr yazmağa başlayan Yusif Vəkilovun hansı ixtisası seçəcəyi heç kəsdə şübhə oyatmamışdı. Belə ki, o, 1953-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş, görkəmli rus nasiri Konstantin Paustovskinin sinfində təhsil almışdır.

    Atası Səməd Vurğunla

    Yevqeni Yevtuşenko, Bela Axmadulina, Robert Rojdestvenski,Vasili Aksyonov, Nikolay Kuznetsov kimi Rusiyanın tanınmış şair və yazıçıları Yusifin qrup yoldaşları olmuşdur. “Altmışıncılar nəslinin” parlaq nümayəndələri olacaq bu simalarla yoldaşlıq və Moskva təəssüratları Yusifin dünyagörüşunə öz təsirini göstərdi.

    Evqeni Yevtuşenko ilə

    Atası Səməd Vurğunun ölümündən sonra ailə vəziyyətiylə əlaqədar Yusif Vəkilov Moskva Ədəbiyyat İnstitutunun IV kursundan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin V kursuna köçürülmüşdü.

    Yusif əmək fəaliyyətinə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor kimi başlamış, 1960-1965-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965-1969-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaksiya heyətinin üzvü, baş redaktoru, 1969-1976-cı illərdə kinostudiyanın direktor müavini olmuşdur. 1976-1987-ci illərdə “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktoru vəzifəsində çalışmış, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir. İşlədiyi müddətdə gənc nəslin bacarıq və istedadlarının üzə çıxmasında, onların düzgün istiqamətlənməsində Yusif Səmədoğlunun əvəzsiz xidməti olmuşdur.

    1980-cı illərin sonları, 1990-cı illərin əvvəllərində böyük vətənpərvərlik duyğusu onu xalq hərəkatının liderlərindən birinə çevirdi. Hadisələrə real, ayıq baxışı ilə seçilən Yusif Səmədoğlunun inandırmaq bacarığı güclü idi. Bu cəhət onun millət vəkili, Milli Məclisin deputatı kimi səkkiz illik fəaliyyətinə (1990-1998) də xasdır. Parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri kimi o, Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüşdür.

    Təbiətən mehriban, ünsiyyətcil olan Yusif Səmədoğlu xoş çöhrəli görkəmi, böyük intellekti, yüksək zövqlü ziyalılığı ilə onu tanıyanlarının həmişə diqqətini çəkmişdi.

    Yusif Səmədoğlu ilk hekayələrini 50-ci illərdə yazmağa başlamış və onun ilk hekayələr toplusu 1960-cı ildə “Yusif Vəkilov” imzasıyla çapdan çıxmışdı. Qeyd etmək lazımdır ki, böyük türk şairi Nazim Hikmətin tövsiyyəsiylə Yusif atasının adını özünə təxəllüs götürmüş və “Yusif Vəkilov” imzasını “Yusif Səmədoğlu” ilə əvəz etmişdir.

    Yusif Səmədoğlunun əsərlərində milli hiss, vətən sevgisi qabarıq şəkildə öz əksini tapmışdır. 1959-cu ildə qələmə aldığı “Yaddan çıxmış sözlər” novellası, “Xəzri” hekayəsində yazıçı “Türkmənçay – 1828-ci il” müqaviləsini yada salmış, oxucunu bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırmış, torpaqlarının iki yerə parçalanmasının dərdi-acısı ilə Təbriz harayı qaldırmışdır.

    Yusif Səmədoğlu sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilmiş, bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirmişdir. O, zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrünün, yaşadığı mühitin eybəcərliklərini ifşa etmişdir.

    Milli Azadlıq Hərəkatı zamanı meydan hadisələrində onun alovlu çıxışları indi də xatırlanır.

    20 yanvar hadisələri vaxtı onun “Azadlıq” radiosuna verdiyi müsahibələr xalqına olan böyük sevginin, bu torpağın sabahına narahatçılığın ifadəsiydi.

    Yusif Səmədoğlu bir nasir kimi XX əsrin 60-cı illərində püxtələşmişdir. “Soyuq daş”, “Foto-fantaziya”, “Bayatı-Şiraz”, “ İncə dərəsində”,“Astana” kimi hekayələr yazıçının keyfiyyətcə yeni, daha kamil üslub, daha maraqlı forma axtarışlarının göstəricisi olmuş və klassik hekayə örnəkləri sayılır.

    Keçən əsrin 80-cı illərinin ortalarında Yusif Səmədoğlu o dövr Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrilən “Qətl günü” romanını yazır. Bir çox xalqların dillərinə tərcümə edilən roman yüksək bədii dəyərinə, tarixi tutumuna görə tez bir vaxtda məşhurlaşdı və Yusif Səmədoğluna Azərbaycandan çox uzaqlarda da geniş şöhrət gətirdi.

    “Qətl günü” dünya və insan haqqındadır. Əsər insan problemi, insanın mənəvi inkişafı, daha çox kamilləşmək ehtiyacı ilə bağlı məsələlərə həsr olunduğundan mahiyyət etibarıyla qlobal problemləri əhatə edir.

    Yazıçı müasir dövrün problemlərinin, ictimai bəlaların kökünü, səbəbini arayıb axtarmağa çalışmışdır. Romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç dövrdən söz açılır.

    “Qətl günü” Yusif Səmədoğlunun humanist fikirlərinin, bəşəri sevgisinin təcəssümü, insanı saflaşdırmaq, kamilləşdirmək istəyinin – yüksək idealın böyük sənətkarlıqla ifadəsi yolu ilə yaranmışdır. Bu əsər gənclərdə milli qürur və vətənpərvərlik hissi aşılamaq baxımından çox əhəmiyyətlidir.

    1990-cı ildə rejissor Gülbəniz Əzimzadə tərəfindən “Qətl günü” romanını ekranlaşdırımışdır.

    2014-cı ildə ədiblər arasında keçirilən sorğu nəticəsində “Qətl günü” XX əsr ən yaxşı Azərbaycan romanı seçilmişdir.

    “Deyilənlər gəldi başa” adlı yarımçıq qalmış romanında Yusif Səmədoğlu son illərin hadisələrini əks etdirmək istəyirdi. Lakin əcəl buna macal vermədi.

    Yusif Səmədoğlu kino sənəti ilə bağlı yazıçıdır. Süjet qurma məharəti, yaratdığı xarakterlərin aydınlığı və bitkinliyi, ətraf aləmin canlı təsviri ona Səməd Vurğunun “Komsomol poeması” əsərinin motivləri əsasında yüksək səviyyəli “Yeddi oğul istərəm. ” filminin ssenarisini yaratmasına imkan vermişdir (1969). “Yeddi oğul istərəm. ” filmi öz məzmunu, quruluş və bədiilik xüsusiyyətləri ilə diqqəti cəlb edir.

    Yusif Səmədoğlu Çexoslovakiya dramaturqu İrji Mareklə birgə“Səmt küləyi” filminin ssenarisini yazmışdır. Bu film Azərbaycan kinostudiyasının tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk filmdir (1971).

    Yusif Səmədoğlunun ssenari müəllifləri olduğu “Cəlil Məmmədquluzadə”, “Səməd Vurğun” sənədli filmləri iki böyük sənətkarın təcəssümü kimi əhəmiyyətlidir.

    Yusif Səmədoğlu Azərbaycan mədəniyyətinin inkişafında, milli ideyanın genişlənməsində böyük rolu olmuş sənətkardır.

    O, 16 avqust 1998-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
    Qızı Humay Vəkilovanın xatirələrdən:

    * Atamla-anam bir-birlərini çox istəyirdilər. Atam onu görən kimi vurulub, bir həftə ərzində elçi göndərmişdi. İkisi də cavanlıqda gözəl olub. Sevgi dolu ailədə böyümüşəm.

    * Atam çox yaraşıqlı olub. Ona biganə qalmaq olardımı?

    * Mənə “Humaşka” deyirdi. Yaman çay içən idi, dalbadal 7-8 stəkan çay içirdi. Arada görürdü ki, yorulmuşam, zarafatla deyirdi, “nəsə mənə yaman pis baxırsan ha, sən. Tez bir stəkan çay tök”.

    * Hər ikisnin 23 yaşı olub.

    Qısqanc idi. Zaraftla həmişə deyirdi ki, kasıbın malı göz qabağında olar. Anama evdə elə şərait yaratmışdı ki, sonralar heç anam özü də işləmək istəmədi. Və buna görə də, heç vaxt peşiman olmadı. Atamın sözü onun üçün qanun idi. Çox güclü sevgiləri var idi.

    * Atam həm də foto həvəskarı idi.

    Bacımla mən foto məsələsində ona assistentlik edirdik. Yaxşı kadrlar tutanda həyəcandan əlləri əsirdi. Köhnə metod ilə işləyirdi. Sap ilə “plyonka”ları asırdı. İndiyə kim onları saxlamışıq. Ən çox təbiəti çəkirdi. Bir ara onun şəkillərindən ibarət kitab çap etmək istəyirdik. Kifayət qədər yaxşı, peşəkar şəkil çəkməyi var idi.

    * Musiqini çox sevirdi. Skripka ilə məşğul olub, bunun dərsini almışdı. Ancaq daha çox sintezatorda “Sarı gəlin”i çalırdı.

    * Saz havasını sevirdi. Bəzən toylarda dəsmalını çıxardıb, “Yallı” rəqsini oynayırdı. Onun bir xarakteri də var idi ki, qazaxlı görən kimi ləhcəsi dəyişib, keçirdi qazax ləhcəsinə.

    Rus dilində də aksentsiz, təmiz danışırdı.

    * Mən balaca olanda Vaqif küçəsində, yazıçıların binasında 3 otaqlı evimiz var idi. Emin Sabitoğlu, Polad Bülbüloğlu, Eldar Quliyev. evimizə gəlirdilər.

    * Nəvələrini çox istəyirdi.
    Həmişə deyərdi: “İndi anlamışam, həytada hər şey boşdur, əsas olan nəvələrdir. ”

    Xəstəxanada ağır vəziyyətdə olanda nəvələrini yanına aparmışdıq, dedi ki, onları çıxardın palatadan. İstəmirdi uşaqlar onu elə vəziyyətdə görsünlər.

    * Anamla birlikdə Almaniyaya getdilər. Orada müayinə zamanı aşkarlandı. Ondan qabaq isə çox adam deyirdi ki, Yusif çox arıqlayıb. Biz hər gün görürdük deyə, hiss etmirdik.

    Altı ay ərzində onu itirdik.
    * Atam ölümün gözünə dik baxdı.

    Bircə dəfə də “Niyə mən belə oldum?” demədi. Xəstəxanada son üç günü idi, mən divanda oturmuşdum. Vaqif əmim qarşımda durub, dedi: “Mənə bu saat desələr ki, öz həyatını Yusifə ver, Humay, fikirləşmədən verərəm”.

    Qeyd:

    Xalq yazıçısı Yusif Səmədoğlunun adını daşıyan nəvəsi Yusif Ziyadzadə çox istedadlı gənclərimizdəndir. O, Yusif Səmədoğlunun qızı Mehriban xanımın övladıdır.

    Yusif Ziyadzadə Türkiyədə keçirilən Abbas Kiarostami film festivalında ən yaxşı sənədli film nominasiyasının qalibi olmuşdur.

    1994-cü il təvəllüdlü Yusif Ziyadzadə Corc Vaşinqton Universitetini bitimisdir.
    Hazırda Amerika Universitetinin “Film və media prodakşn” ixtisası üzrə magistr təhsili alır.

    Yusif Ziyadzadə: “Valideynlərim mənə və böyük qardaşım Ziyada öz üzərimizdə işləmək və yüksək məsuliyyətli olmaq hissi aşılayıblar. Bütün səylərimizdə həmişə bizə dəstək olublar. Yüksək bilik əldə etmək üçün hər zaman çalışmışıq. Qardaşım Ziyad ABŞ-da universitetə qəbul edildikdən sonra mən də təhsilimi orada davam etdirməyi qərara aldım.

    Filmlərə həmişə maraq göstərmişəm. Ailəmizdə kinematoqrafiyaya olan sevgi məndə də bu sahəyə maraq oyatdı. Hətta yadımdadır, məktəbdə oxuyarkən qardaşımla birlikdə bir yay tətilini bədii film çəkilişlərinə həsr etdik.

    Ümumiyyətlə, kino aləminə marağım çox böyükdür. Çəkilişlərin incəlikləri, işıqlandırma, səs effektləri, səhnə atmosferi, montaj məni cəlb edir.

    2016-cı ildə Corc Vaşinqton Universitetini bitirdikdən sonra Vaşinqtonda tanınmış bir cərrahiyyə klinikasında marketinq işləri ilə məşğul oldum, həmin vaxt cərrahiyyə əməliyyatlarının çəkilişlərinə başladım. Orada məşhur plastik cərrah, doktor Pol Raffla tanış oldum. Onun professionallığına, pasiyentlərlə xoş münasibət qurmaq bacarığına valeh oldum və qərara gəldim ki, doktor Ruff haqqında bir kiçik sənədli film çəkim.

    Həm ulu babam Səməd Vurğunun, həm də babam Yusif Səmədoğlunun yaradıcılığını çox sevirəm. Yadımdadır, uşaq ikən anam Mehriban onların əsərlərini həmişə bizə oxuyardı. Qardaşım Ziyad hələ orta məktəbdə “Vaqif” tamaşasında iştirak edərdi.

    Babamın məşhur əsəri olan “Qətl günü” romanını bir dəfə oxumağıma baxmayaraq, bir daha bu əsərə qayıtmaq istərdim. Babamın ssenarisi əsasında çəkilmiş filmləri hər zaman maraqla izləmişəm.

    Özümü sənədli film janrında görməsəm də, bir-iki layihə barədə düşünürəm. Onlardan biri də babam, Xalq yazıçısı Yusif Səmədoğlu haqqında filmdir.

    Son söz yerinə:

    . Deyirlər ki, Yusif Səmədoğlu həyatının son illərində quşlar, balıqlar saxlayırmış. Müsahibələrində deyirdi ki, hər şeydən yorulanda, bezəndə evinin içindəki “təbiət”də, “heyvanlar aləmi”ndə rahatlıq tapır.

    Bir də onu deyirdi ki, “indi başa düşmüşəm ki, insan nəyə görə yaşayır. İşdən gəlirsən, nəvə gəlib qucağında oturur və sən başa düşürsən ki, boş yerə doğulmamısan. İnsanın ən ümdə vəzifəsi odur ki, özündən sonra gözəl bir nəsil qoyub getsin!”.

    Yusif Səmədoğlu bənzərsiz əsərləri, ölməz sənət nümunələri, bir də zamanında qazandığı gözəl adla, əsil İnsan, əsil Azərbaycan kişisi, əsil övlad, Ata, qardaş, dost, sirdaş, yaxşı rəhbər. adı ilə sevildi, seçildi. Və bu nəcib adların işığında uca zirvələrə, özünün yeni dünyasına köçüb getdi.

Comments are closed, but trackbacks and pingbacks are open.