Xaçmazda 8-ci sinif “Coğrafiya” dərslik komplekti müzakirə edilib
Əhali coğrafiyası, demoqrafik vəziyyətin nizamlanması, əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin və regionların sosial-iqtisadi inkişafı sahəsində mütəxəssis. Əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demorqafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri, iqtisadi islahatların aparılmasını, onların sənayedə, kənd təsərrüfatında olan xüsusiyyətlərini, iqtisadi və sosial-demoqrafik nəticələrini və meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini öyrənmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 70 Xaricdə çıxmış elmi əsərlərinin sayıː 16
Zakir Eminov
Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. 1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib. Rayonların iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşdirilməsi, iqtisadiyyat, “Azərbaycan Respublikasında əhalinin Vahid Məskunlaşması Sisteminin formalaşması və inkişafı” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi adına layiq görülmüşdür. AMEA H. Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri. İqtisadi-sosial və siyasi coğrafiya, “Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri” mövzusunda müdafiə edərək coğrafiya elmlər doktoru adına layiq görülmüşdür.
Elmi tədqiqat sahələri Redaktə
Əhalinin demoqrafik vəziyyətinin nizamlanması, regionların inkişafı, iqtisadi islahatlar aparılmasının nəticələri, Azərbaycanın siyasi-coğrafi cəhətdən öyrənilməsi.
Elmi nəticələri Redaktə
Əhali coğrafiyası, demoqrafik vəziyyətin nizamlanması, əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin və regionların sosial-iqtisadi inkişafı sahəsində mütəxəssis. Əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demorqafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri, iqtisadi islahatların aparılmasını, onların sənayedə, kənd təsərrüfatında olan xüsusiyyətlərini, iqtisadi və sosial-demoqrafik nəticələrini və meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini öyrənmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 70 Xaricdə çıxmış elmi əsərlərinin sayıː 16
Monoqrafiyalar Redaktə
- Eminov Z. N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
- N. Ə. Paşayev, N. H. Əyyubov, Z. N. Eminov. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s
- Coğrafiya Ensiklopediyası (II cild, 2011).
- Eminov Z. N. Məhsuldar qüvvələrin yerləşməsi və əhalinin məskunlaşması // AEA xəbərləri, “İqtisadiyyat” seriyası, 1994, № 1–4. s. 45–50.
- Eminov Z. N. Demoqrafik amillərin yaşayış məntəqələrinin formalaşması və inkişafında rolu // AEA xəbərləri, “İqtisadiyyat” seriyası, 1995, № 1–4, s. 58–62.
- Eminov Z. N. Azərbaycanın şəhər tipli qəsəbələri və onların sosial-iqtisadi inkişafı // AEA xəbərləri, “İqtisadiyyat” seriyası, 1995, № 1–4, s. 63–71.
- Eminov Z. N. (N. H. Əyyubovla birlikdə). Azərbaycanda siyasi coğrafiyanın inkişafının əsas istiqamətləri / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Bakı: 1998, s. 119–121.
- Eminov Z. N. (E. Q. Mehrəliyev və N. H. Əyyubovla birlikdə) Azərbaycanın geodemoqrafik şəraiti / AR konstruktiv coğrafiyası. II cild. Bakı: Elm, 1999, s. 158–164.
- Eminov Z. N. Azərbaycanda torpaq islahatları və kənd məskunlaşmasının sosial-iqtisadi problemləri // Bakı Universitetinin xəbərləri, “Təbiət elmləri” seriyası. 2002, № 4, s. 178–190.
- Eminov Z. N. Azərbaycanın demoqrafik problemləri // AMEA xəbərləri, “Yer elmləri” seriyası, 2005, № 2, s. 126–131.
- Eminov Z. N. (B. Ə. Budaqov və İ. E. Mərdanovla birlikdə). Azərbaycanda yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları // AMEA xəbərləri, “Yer elmləri” seriyası, 2006, № 3, s. 89–97.
- Eminov Z. N. Azərbaycanda əhalinin məşğulluq problemləri // AMEA xəbərləri, “Yer elmləri” seriyası, 2006, № 4, s. 81–86.
- Eminov Z. N. Davamlı inkişaf konsepsiyası: Azərbaycanda həyata keçirilməsinin əsas istiqamətləri və problemləri / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild. Bakı: 2006, s. 52–59.
- Eminov Z. N. Əhalinin həyat səviyyəsi və demoqrafik vəziyyəti / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XI cild. Bakı: 2007, s. 265–274.
- Eminov Z. N. (M. C. İsmayılov ilə birlikdə). Böyük Qafqaz təbii vilayətində əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsinin landşaft-ekoloji əsasları / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XIII cild. Bakı: 2008, s. 164–176.
- Eminov Z. N. Azərbaycanın kənd təsərrüfatında və torpaqlardan istifadənin strukturunda baş verən dəyişikliklər// AMEA xəbərləri, “Yer elmləri” seriyası, 2008, № 4, s. 70–75.
- Eminov Z. N. Azərbaycanda sənayenin strukturunun təkmilləşdirilməsi və əmək ehtiyatlarından istifadə problemləri / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XIV cild. Bakı: Victory, 2009, s. 120–124.
- Eminov Z. N. Abşeron iqtisadi rayonunda təsərrüfatın və əhalinin təmərküzləşməsinin iqtisadi və sosial-demoqrafik problemləri / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XV cild. Bakı: 2010, s. 253–258.
- Eminov Z. N. Azərbaycanın dünya təsərrüfatına inteqrasiyası prosesində təsərrüfat sistemində baş verən dəyişikliklər / “Turan” Stratejik Araştırmalar Merkezi. Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi. Türkiye, Konya, 2009, № 3, s. 132–141.
- Eminov Z. N. Azərbaycanda urbanizasiya prosesləri və şəhərlərin inkişaf problemləri / “Turan” Stratejik Araştırmalar Merkezi. Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi. Türkiye, Konya, 2010, № 6, s. 91–95.
- Эминов З.Н. Охрана окружающей среды – одно из направлений устойчивого развития / Восстановление нарушенных природных экосистем. Материалы III Международной научной конференции, 7–9 октября 2008 г. Донецкий Ботанический Сад НАН Украины, Донецк, 2008, с. 587–593.
- Эминов З.Н. Экологические проблемы Азербайджана и основные направления их преодоления / Стратегия качества в промышленности и образовании. Материалы IV Международной конференции, 30 мая — 6 июня 2008 г. В 2-х т. Т I. Болгария, г. Варна, 2008, с. 629–631.
- Эминов З.Н. Миграционные связи Азербайджана со странами СНГ / Социальная география регионов России и сопредельных территории. Научные труды Института Географии им. В.Б. Сочавы Российской АН, Восточно-Сибирского Отделения Русского Географического Общества. Иркутск, 2008, с. 238–241.
- Эминов З.Н. Совершенствование отраслевой структуры промышленности и занятости население в условиях экономических реформ // “Экономика и образование”. Известия Ташкентского Государственного Экономического Университета, 2008, № 4. Ташкент, 2008, с.160–162.
- Эминов З.Н. Проблемы устойчивого развития сельского хозяйства // “Экономика и образование”. Известия Ташкентского Государственного Экономического Университета, 2009, № 2. Ташкент, 2009, с.151–155.
- Эминов З.Н. Проблемы социально-экономического развития регионов Азербайджана и пути их решения / Региональная политика России в современных социально-экономических условиях: географические аспекты // Научные труды Института Географии им. В.Б. Сочавы Российской АН, Восточно-Сибирского Отделения Русского Географического Общества. Иркутск, 2009, с. 39–41.
- Эминов З.Н. Природоохранные меры в высокоурбанизированных районах / Стратегия качества в промышленности и образовании. Материалы VI Международной конференции, 4–11 июня 2010 г. В 4-х т. Т I (2) Болгария, г. Варна, 2010, с. 478–480.
- Эминов З.Н. Изменение демографической ситуации в Азербайджане // Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2011, № 1, s. 95–100.
- Эминов З.Н. Проблемы регулирования расселения населения в Азербайджанской Республике // Молодой ученый. Чита, 2011, № 1, s. 112–116
- Yüksəklik qurşaqları üzrə əhalinin sıxlığının dəyişməsi (1999-cu il siyahıyaalması materialları əsasında)
- “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004–2008-ci illər) əsasında istifadəyə verilən təsərrüfat obyektləri
- “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004–2008-ci illər) əsasında iqtisadi rayonlarda açılan yeni iş yerləri.
Tədris vəsaitləri Redaktə
- “Coğrafiya” məlumat kitabı. Bakı: “Çıraq”, 2004, 656 s.
- Azərbaycanın fiziki və iqtisadi coğrafiyası. TQDK, 2012, (M. A. Müseyibov və N. H. Əyyubovla birgə).
- Coğrafiya ensiklopediyası. 2 cilddə. Bakı: “Çaşıoğlu”, 2012, 468 s.
Təltif və mükafatları Redaktə
Azərbaycan Respublikasının Dövlət mükafatı (26 may 2016-cı il)
Xaçmazda 8-ci sinif “Coğrafiya” dərslik komplekti müzakirə edilib
Xaçmaz, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Xaçmaz Regional Bölməsinin təşkilatçılığı ilə 8-ci sinif “Coğrafiya” dərslik komplektinin müzakirəsi keçirilib. Dərslik komplekti yeni təhsil proqramı (kurikulum) və 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında coğrafiya fənni üzrə istifadə edilən test tapşırıqları əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının ümumi və tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistlərinin iştirakı ilə keçirilən müzakirələr “Dərslik portalı”nda canlı yayımlanıb.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva müzakirə iştirakçılarına qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan 8-ci sinif dərslik komplektlərinin monitorinqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Müzakirədə TQDK-nın “Coğrafiya” fənni üzrə elmi-metodiki seminarının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə və AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Zakir Eminov 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında məlumat veriblər. Bakı Dövlət Universitetinin professoru Fərda İmanov və Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanan 8-ci sinif “Coğrafiya” dərslik komplektinin monitorinqinə dair ilkin rəyi təqdim ediblər.
Bundan sonra müzakirələr aparılıb. Müzakirədə şimal bölgəsinin təhsil müəssisələrində çalışan müəllimlər fikirlərini bildirib və təkliflərini veriblər.
Səkkizinci sinif “Coğrafiya” dərslik komplektinin həmmüəllifi Zakir Eminov dərslik komplekti ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.