Press "Enter" to skip to content

Əzizxan tanrıverdiyev azərbaycan dil tarixinin qrammatikası

Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, mənşəyini, inkişaf tarixini, yayılma regionunu, bir dildən başqa bir dilə transliterasiya problemlərinin öyrənilməsi antroponimikanın əsas prolemlərindəndir. Müəllifin də tədqiqatının əsasını antroponimika problemləri təşkil edir. Onun həm namizədlik, həm də doktorluq dissertasiyası Azərbaycan dilində antroponimlərə həsr olunmuşdur. Bu da təsadüfi deyildir. Antroponimlər onu yaradan və yaşadan xalqın tarixini qoruyub saxlayan dil və mədəniyyət faktlarıdır. Müəllifin qeyd etdiyi kimi, hər bir onomastik vahid eləcə də antroponimik vahidlər xalqımızın qədim mənəviyyatını əks etdirən canlı tarixi əsərdir. Bu nəzərə alınaraq onun yaradıcılığında onomastikanın tədqiqat obyekti kimi antroponimlərin leksik-semantik və qrammatik xüsusiyyətləri təhlil edilmişdir. İnsan adları tarixi kateqoriyadır və cəmiyyətin inkişafında əvəzsiz rol oynayır. Tədqiqatçı da yaradıcılığında əsas diqqətini antroponimikanın nəzəriyyə və praktika məsələlərinin təhlilinə yönəltmişdir. Dilin lüğət tərkibində xüsusi yeri olan onomastik leksikanın araşdırılması, təhlili, elmi şəkildə ümumiləşdirilməsi dilimizin, onun tarixinin mürəkkəb və zəruri məsələlərinin həllinə istiqamət verir. Antropontmik vahidlərin tədqiqi alimin yaradıcılığının əsas xəttini təşkil edir. Əsərləri ilə tanışlıq sübut edir ki, dilimizin, mənəviyyatımızın dünəni, bu günü, ədəbi prosesi, yazıçı dili, milli dilimizin inkişaf tarixi, təşəkkülü onu düşündürən başlıca problemlərdəndir. Dil tarixi ilə bağlı tədqiqatlarında etimoloji və onomaloji araşdırmalara üstünlük verən tədqiqatçı türk kəlməsi işlətməkdən ehtiyat edən, tariximizi saxtalaşdıran alimlərdən fərqli olaraq, faktlara əsaslanaraq dilimizin inkişaf yollarını müəyyənləşdirir. Filologiya elmləri doktoru, professor Ə.Tanrıverdiyevin “XVII-XIX əsr Azərbaycan antroponimləri (ədəbi-bədii materiallar əsasında, 1993)”, “Türk mənşəli Azərbaycan antroponimləri” (1996), “XVI əsr qıpçaq dilinin qrammatikası” (2000) tədqiqatları ən çox Azərbaycan ədəbi dilinin inkişafının müəyyənləşdirilməsində, sabitləşməsində həlledici olan tarixi mərhələlərə həsr olunmuşdur. Son illərdə tədqiqatçı “Kitabi-Dədə Qorqud”un dili üzərində səmərəli araşdırmalar aparmış, uzun illər ərzində apardığı tədqiqatları– “Kitabi-Dədə Qorqud”da şəxs adları” (1999), “Kitabi-Dədə Qorqud “ və qərb ləhcəsi “(2002), “Kitabi-Dədə Qorqud”un obrazlı dili” (B., 2006), “Kitabi-Dədə Qorqud”un söz dünyası” (B., 2007) kimi monoqrafiyalarda öz əksini tapmışdır. Bu tədqiqat əsərləri qorqudşünaslığa layiqli bir töhfə kimi qiymətlidir. Oxuculara təqdim olunan bu əsərlərdə türk dünyasının ölməz abidəsi, şifahi xalq yaradıcılığının nadir incilərindən olan “Kitabi-Dədə Qorqud”un leksikasının araşdırılması tədqiqi təsadüfi deyildir. Çünki dastan türkdilli xalqların ədəbiyyatının dilinin, tarixinin etnoqrafiyasının tədqiqi üçün əsas mənbədir. Ona görə də yüzillərdir ki, bu abidə müxtəlif istiqamətlərdən tədqiqi olunsa da, bu gün də türk dilləri tarixinin qədimliyi və zənginliyi ilə bağlı mübahisəli faktların, dildəki leksik və qrammatik kateqoriyaların tarixi leksikologiya, tarixi dialektologiya və tarixi qrammatikanın tədqiqi üçün zəngin faktlar verir. Odur ki, geniş miqyasda, hüdudları görünməyən, qorqudşünasların diqqət mərkəzində olan mükəmməl bir sənət əsəri olaraq bu abidə daima tədqiqat obyekti olmuşdur. Müəllifin qeyd etdiyi kimi, dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər içərisində türk poetik təfəkkürünün məhsulu olan “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Oğuzların VII əsrdə yaratdığı bu monimental abidə 1815-ci ildən başlayaraq bu günə kimi tədqiqatçıların diqqət mərkəzindədir. Son illərdə “Dədə Qorqud” dastanları ilə bağlı tədqiqatlar göstərir ki, artıq abidənin ədəbiyyat və dil tariximizdə yeri, mətni, məzmunu, poetikası, əsatir qaynaqları, strukturu daha dərindən öyrənilməyə başlanmışdır. Bu baxımdan Ə.Tanrıverdiyevin “Kitabi-Dədə Qorqud”da şəxs adları tədqiqatı mövzu yeniliyi, problemin qoyuluşu və həllindəki yenilik ruhuna görə qorqüdşünaslıqda yeni söz, yeni addım kimi qiymətləndirilməlidir. Çünki monoqrafiyada dastandakı antroponimlər ilk dəfə onun tədqiqatlarında sistemli şəkildə araşdırılır və onların etimoloji təhlili verilir. Bir fakt da xüsusi qeyd edilməlidir ki, Ə.Tanrıverdiyev dastandakı şəxs adlarının etimoloji izahına keçməzdən əvvəl təhlil üçün zəruri olan ümumi qaydalar müəyyənləşdirmişdir. Həmin qaydalar etimologiyanın bir elm sahəsi kimi sərbəst uydurma mülahizələrdən uzaq dəqiq elmi prinsiplər əsasında inkişafına istiqamət verir. Müəllifin “Dədə Qorqud”da işlənən antroponimlərin tədqiqi, mənşəyi, işlədilmə məqamları və leksik-semantik qruplarına münasibət göstərir ki, dastandakı antroponimlərdə türkün dili, tarixi, etnoqrafiyası yaşayır. Bu baxımdan tədqiqatında əhatə olunan problemlər və əldə edilən nəticələr elmi səviyyəsi ilə diqqəti cəlb edir. Çünki müəllifin tədqiqatının ana xəttini türk mənşəli antroponimlərin araşdırılması təşkil edir. Ona görə də dastandakı adların etimoloji təhlillərini nəzəri cəhətdən əsaslandırarkən qədim və müasir türk dilləri materiallarına, qədim yazı və folklor qaynaqlarına, əski və müasir lüğətlərə, türk dilləri ilə qohum olmayan ölü və canlı dillərə, tarixi mənbələrə əsaslanaraq müqayisələr aparmışdır. Eyni zamanda şəxs adları işlənmə məqamları baxımından qruplaşdırılır və təhlil zamanı yalnız dil faktları deyil, həm də ədəbi-poetik təfəkkür tarixi-etnoqrafik şərait, milli-psixoloji mühit və s. amillər nəzərə alınaraq türk adqoyma ənənəsinin prinsipləri müəyənləşdirilir.

Görkəmli alimin xatirəsinə

Əsl ziyalıya xas olan yüksək intellekt səviyyəsi ilə seçilən görkəmli alim, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdiyev.

Trend-i buradan izləyin

Dili canından çox sevən, yorulmadan onun problemlərindən yazan filologiya ilə bağlı zəngin tədqiqatları, araşdırmaları ilə dilimizin sehirli dünyasını yaşadanlar. Dilimizin sehirli dünyasına baş vurmaq, xalqımızın söz sərvətinin incəliklərini duyaraq qələmə almaq hər kəsə nəsib olmur. Bunu duyanlar ədəbi yaşarlıq qazanır. Əzizxan müəllimin yaradıcılığı da beləcə o səda, o harayla başladı. Dilimizin sehirli dünyasını, xalqımızın söz sərvətinin incəliklərini aramağa, araşdırmağa çağırırdı. bu səda onu. Axtardıqca dilimizin zənginliyi, məna dərinliyi heyrətdə qoyur onu. Beləcə xalqımızın mənəvi varlığını, dərkedilməz dərəcədə geniş olan Azərbaycan mənəviyyat ümmanının dərinliklərini, tarixinin zənginliyini araşdırmağa başlayır. Onun Azərbacan dilinin aktual problemlərinə həsr olunmuş tədqiqatları öz orijinallığı, elmi səviyyəsi ilə seçilir, axtarışları bəhrəsini verirdi. Beləcə başladı ömür yolu.

Əsl ziyalıya xas olan yüksək intellekt səviyyəsi ilə seçilən görkəmli alim, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdiyev 1959-cu ildə gözəl təbiəti, ürəkaçan mənzərəsi ilə seçilən Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Aşağı Qarabulaq kəndində anadan olmuş və orta təhsilini də orada bitirmişdir. 1977-ci ildə APİ-nin (M.Tusi adına ADPU) filologiya fakültəsinə qəbul olmuş və İnstitutu “C.Cabbarlı adına təqaüd”lə oxumuş və ali təhsilini 1981-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi axtarışlara olan böyük həvəs onu rahat buraxmırdı. 1985-ci ildə məzunu olduğu ali məktəbin aspiranturasına qəbul olan Ə.Tanrıverdiyev 1987-ci ildə “XVII-XIX əsr Azərbaycan antroponimləri (ədəbi-bədii materiallar əsasında)” mövzusunda namizədlik, 1998-ci ildə “Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi- linqvistik tədqiqi” problemi ilə bağlı doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Tanrıverdiyevin elmi fəaliyyətini dilçiliyin müxtəlif problemləri əhatə edir. 37 ilə yaxın müəllimlik kimi şərəfli, müqəddəs bir amalı gəncliyimizə aşılamaqla yanaşı, dilçiliyin aktual problemlərinə dair onlarca monoqrafiya və kitabın, yüzlərlə məqalənin müəllifidir.

Təcrübə və nəzəriyyəni professionallıqla birləşdirməyi, vəhdət halına gətirməyi bacaran Əzizxan Tanrıverdiyevin yaradıcılığı məzmun və forma baxımından zəngin, çoxşaxəlidir. O, Azərbaycan dilinin tarixi, ədəbi dil və üslub, yazıçı dili, tarixi leksikologiyanın problemləri ilə bağlı tədqiqatlar aparırdı.

Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, mənşəyini, inkişaf tarixini, yayılma regionunu, bir dildən başqa bir dilə transliterasiya problemlərinin öyrənilməsi antroponimikanın əsas prolemlərindəndir. Müəllifin də tədqiqatının əsasını antroponimika problemləri təşkil edir. Onun həm namizədlik, həm də doktorluq dissertasiyası Azərbaycan dilində antroponimlərə həsr olunmuşdur. Bu da təsadüfi deyildir. Antroponimlər onu yaradan və yaşadan xalqın tarixini qoruyub saxlayan dil və mədəniyyət faktlarıdır. Müəllifin qeyd etdiyi kimi, hər bir onomastik vahid eləcə də antroponimik vahidlər xalqımızın qədim mənəviyyatını əks etdirən canlı tarixi əsərdir. Bu nəzərə alınaraq onun yaradıcılığında onomastikanın tədqiqat obyekti kimi antroponimlərin leksik-semantik və qrammatik xüsusiyyətləri təhlil edilmişdir. İnsan adları tarixi kateqoriyadır və cəmiyyətin inkişafında əvəzsiz rol oynayır. Tədqiqatçı da yaradıcılığında əsas diqqətini antroponimikanın nəzəriyyə və praktika məsələlərinin təhlilinə yönəltmişdir. Dilin lüğət tərkibində xüsusi yeri olan onomastik leksikanın araşdırılması, təhlili, elmi şəkildə ümumiləşdirilməsi dilimizin, onun tarixinin mürəkkəb və zəruri məsələlərinin həllinə istiqamət verir. Antropontmik vahidlərin tədqiqi alimin yaradıcılığının əsas xəttini təşkil edir. Əsərləri ilə tanışlıq sübut edir ki, dilimizin, mənəviyyatımızın dünəni, bu günü, ədəbi prosesi, yazıçı dili, milli dilimizin inkişaf tarixi, təşəkkülü onu düşündürən başlıca problemlərdəndir. Dil tarixi ilə bağlı tədqiqatlarında etimoloji və onomaloji araşdırmalara üstünlük verən tədqiqatçı türk kəlməsi işlətməkdən ehtiyat edən, tariximizi saxtalaşdıran alimlərdən fərqli olaraq, faktlara əsaslanaraq dilimizin inkişaf yollarını müəyyənləşdirir. Filologiya elmləri doktoru, professor Ə.Tanrıverdiyevin “XVII-XIX əsr Azərbaycan antroponimləri (ədəbi-bədii materiallar əsasında, 1993)”, “Türk mənşəli Azərbaycan antroponimləri” (1996), “XVI əsr qıpçaq dilinin qrammatikası” (2000) tədqiqatları ən çox Azərbaycan ədəbi dilinin inkişafının müəyyənləşdirilməsində, sabitləşməsində həlledici olan tarixi mərhələlərə həsr olunmuşdur. Son illərdə tədqiqatçı “Kitabi-Dədə Qorqud”un dili üzərində səmərəli araşdırmalar aparmış, uzun illər ərzində apardığı tədqiqatları– “Kitabi-Dədə Qorqud”da şəxs adları” (1999), “Kitabi-Dədə Qorqud “ və qərb ləhcəsi “(2002), “Kitabi-Dədə Qorqud”un obrazlı dili” (B., 2006), “Kitabi-Dədə Qorqud”un söz dünyası” (B., 2007) kimi monoqrafiyalarda öz əksini tapmışdır. Bu tədqiqat əsərləri qorqudşünaslığa layiqli bir töhfə kimi qiymətlidir. Oxuculara təqdim olunan bu əsərlərdə türk dünyasının ölməz abidəsi, şifahi xalq yaradıcılığının nadir incilərindən olan “Kitabi-Dədə Qorqud”un leksikasının araşdırılması tədqiqi təsadüfi deyildir. Çünki dastan türkdilli xalqların ədəbiyyatının dilinin, tarixinin etnoqrafiyasının tədqiqi üçün əsas mənbədir. Ona görə də yüzillərdir ki, bu abidə müxtəlif istiqamətlərdən tədqiqi olunsa da, bu gün də türk dilləri tarixinin qədimliyi və zənginliyi ilə bağlı mübahisəli faktların, dildəki leksik və qrammatik kateqoriyaların tarixi leksikologiya, tarixi dialektologiya və tarixi qrammatikanın tədqiqi üçün zəngin faktlar verir. Odur ki, geniş miqyasda, hüdudları görünməyən, qorqudşünasların diqqət mərkəzində olan mükəmməl bir sənət əsəri olaraq bu abidə daima tədqiqat obyekti olmuşdur. Müəllifin qeyd etdiyi kimi, dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər içərisində türk poetik təfəkkürünün məhsulu olan “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Oğuzların VII əsrdə yaratdığı bu monimental abidə 1815-ci ildən başlayaraq bu günə kimi tədqiqatçıların diqqət mərkəzindədir. Son illərdə “Dədə Qorqud” dastanları ilə bağlı tədqiqatlar göstərir ki, artıq abidənin ədəbiyyat və dil tariximizdə yeri, mətni, məzmunu, poetikası, əsatir qaynaqları, strukturu daha dərindən öyrənilməyə başlanmışdır. Bu baxımdan Ə.Tanrıverdiyevin “Kitabi-Dədə Qorqud”da şəxs adları tədqiqatı mövzu yeniliyi, problemin qoyuluşu və həllindəki yenilik ruhuna görə qorqüdşünaslıqda yeni söz, yeni addım kimi qiymətləndirilməlidir. Çünki monoqrafiyada dastandakı antroponimlər ilk dəfə onun tədqiqatlarında sistemli şəkildə araşdırılır və onların etimoloji təhlili verilir. Bir fakt da xüsusi qeyd edilməlidir ki, Ə.Tanrıverdiyev dastandakı şəxs adlarının etimoloji izahına keçməzdən əvvəl təhlil üçün zəruri olan ümumi qaydalar müəyyənləşdirmişdir. Həmin qaydalar etimologiyanın bir elm sahəsi kimi sərbəst uydurma mülahizələrdən uzaq dəqiq elmi prinsiplər əsasında inkişafına istiqamət verir. Müəllifin “Dədə Qorqud”da işlənən antroponimlərin tədqiqi, mənşəyi, işlədilmə məqamları və leksik-semantik qruplarına münasibət göstərir ki, dastandakı antroponimlərdə türkün dili, tarixi, etnoqrafiyası yaşayır. Bu baxımdan tədqiqatında əhatə olunan problemlər və əldə edilən nəticələr elmi səviyyəsi ilə diqqəti cəlb edir. Çünki müəllifin tədqiqatının ana xəttini türk mənşəli antroponimlərin araşdırılması təşkil edir. Ona görə də dastandakı adların etimoloji təhlillərini nəzəri cəhətdən əsaslandırarkən qədim və müasir türk dilləri materiallarına, qədim yazı və folklor qaynaqlarına, əski və müasir lüğətlərə, türk dilləri ilə qohum olmayan ölü və canlı dillərə, tarixi mənbələrə əsaslanaraq müqayisələr aparmışdır. Eyni zamanda şəxs adları işlənmə məqamları baxımından qruplaşdırılır və təhlil zamanı yalnız dil faktları deyil, həm də ədəbi-poetik təfəkkür tarixi-etnoqrafik şərait, milli-psixoloji mühit və s. amillər nəzərə alınaraq türk adqoyma ənənəsinin prinsipləri müəyənləşdirilir.

Ə.Tanrıverdiyev ana qaynağından süzülüb gələn, ulu kök üstündə yaranan və yazıya alınan türk dünyasının şah əsəri üzərində tədqiqatını davam etdirərək yazır: “Kitabi-Dədə Qorqud”un tədqiqi ilə bağlı həllini gözləyən problemlər də çoxdur. Belə problemlərdən biri də bu vaxta qədərki araşdırmalarda “Kitabi-Dədə Qorqud”un dili ilə konkret bir bölgənin sivəsinin geniş planda müqayisəyə cəlb edilməməsidir” (KDQ və qərb ləhcəsi. səh.3).

Bu nəzərə alınaraq dastan və qərb ləhcəsinin fonetik, morfoloji xüsusiyyətləri , müasir ədəbi dilimiz baxımından arxaik hesab olunan eynilə və ya müəyyən fonetik – semantik dəyişmələrlə işlənməsi monoqrafik şəkildə tədqiq olunmuşdur. Burada söylənilən fikirlər tədqiqatçı alimlərin, türkoloqların, qorqudşünasların tədqiqatlarına əsaslanmaqla özünə məlum olan bu yerlərin, xalqların tarixi mənşəyi, soyu, kökü haqqında məlumatlar əsas götürülərək problem zəngin faktlarla təhlil edilir.

Qorqudşünaslıqda “Kitab”dakı surətlərin dilinin ayrılıqda öyrənilməsi xüsusi olaraq qeyd olunsa da bu istiqamətdə sistemli tədqiqat başlıca problemlərdəndir. Bu mövzunun tədqiq olunması ilə obrazların dilindəki fərdiləşdirici xüsusiyyətlərin aşkarlanması ilə yanaşı, türk poetik təfəkkürü müəyyənləşdirilir. Bu baxımdan Ə.Tanrıverdiyevin “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” monoqrafiyasında obrazların dili zəngin faktlarla tədqiq olunmuşdur. Dil tarixi ilə bağlı tədqiqlərində etimoloji və onomaloji araşdırmalara üstünlük verən müəllif tariximizi saxtalaşdıran alimlərdən fərqli olaraq, danılmaz faktlara əsaslanaraq tariximizin gədimliyini əsaslandırır.

Dilimizin tarixi, milli dil, ədəbi dilin üslub və normaları, filologiyamızın dünəni və bu günü, ana dilinin saflığının qorunması onun başlıca tədqiqat obyektləridir. O, bədii dil məsələləri ilə daha ardıcıl məşğul olmuş, dövrü mətbuatda silsilə məqalələr nəşr etdirmişdir. Bu işi ardıcıl olaraq davam etdirən müəllif klassik və müasir söz sənətkarlarımızın bədii dili üzərində maraqlı tədqiqatlar aparmışdır. “Poeziyanın dili, dilin poeziyası” əsəri yenicə işıq üzü görmüş, müasir poeziyamızın dili, üslubu, poetikası, yəni müasir ədiblərin, şairlərin yaradıcılığında istifadə etdiyi ədəbii-bədii sənətkarlığın incəlikləri ilə bağlı tədqiqatlar aparılmışdır. Zahid Xəlil, Paşa Qəlbinur, Mətləb Nağı, Akif Səməd kimi şairlərin poetik dilinin fəlsəfi-estetik mahiyyəti linqvistik müstəvidə araşdırılmışdır. Elmi axtarışlarını inadkarlıqla, əsl sənət yanğısı ilə davam etdirən Əzizxan müəllimin elmi uğurları ilə tanış olanda zəhmətkeşliyinə, məhsuldar fəaliyyətinə, istedadına qibtə edilir.

Kayzen

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər

  • Azərbaycan dili
  • 30 may 2014, 23:11

Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, cümlənin heç bir üzvü ilə qrammatik əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü olmur. Xitab və ara sözlər bu cür söz qruplarına aiddir.

Vasitəsiz və vasitəli nitq

  • Azərbaycan dili
  • 30 may 2014, 23:11

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).

Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr

  • Azərbaycan dili
  • 27 may 2014, 20:39

Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir.Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyamr. Quşların səsi eşidilir –cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyamr, qusların səsi esidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən (bağlayıcı və intonasiyanın köməyi ilə) bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir.

Tabeli mürəkkəb cümlələr

  • Azərbaycan dili
  • 18 may 2014, 14:25

Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
Davamı →

Nitq mədəniyyəti

  • Azərbaycan dili
  • 22 aprel 2014, 23:17

Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.

“Da”, “də” haqqında

  • Azərbaycan dili
  • 31 may 2013, 17:53

Qrammatikamızın qlobal problemlərindən biri də «da», «də» ədatları və bağlayıcılarının “-da”, “-də” yerlik hal şəkilçilərindən fərqləndirilməməsi, bitişik yazılmasıdır.
Əslində, məsələ çox sadədir:
1. Ədatlar və bağlayıcılar ayrı, şəkilçilər bitişik yazılır.
2. Söz Kimdə? Nədə? Harada? sualına cavab verirsə, deməli, -da, -də şəkilçidir və bitişik yazılır.
3. İştirak mənasını verən da, də bağlayıcıları və da, də ədatları isə ayrı yazılır.
Davamı →

Cümlə üzvləri

  • Azərbaycan dili
  • 21 mart 2012, 23:49

Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldardeyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Davamı →

Cümlə

  • Azərbaycan dili
  • 20 mart 2012, 11:22

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Morfologiya

  • Azərbaycan dili
  • 20 mart 2010, 22:28

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
Davamı →

Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası

Kitab türkologiyanın son nailiyyətlərinə istinadən yazılmışdır. Burada Azərbaycan dilinin inkişaf tarixi sistemli şəkildə izah olunmuş, tarixi fonetika və qrammatika, eləcə də leksikologiya məsələləri təkcə Azərbaycan yazılı abidələri yox, həm də Orxon-Yenisey abidələri, M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri kimi qədim türk mənbələri müstəvisində nəzərdən keçirilmiş, oxşar və fərqli cəhətlər dəqiqləşdirilmişdir. Eyni zamanda «Əlavələr» bölməsində Azərbaycan dilində zaman anlayışının ifadəsi «Kitabi-Dədə Qorqud»a istinadən şərh edilmişdir. Kitab tələbələr, magistrlər, doktorantlar, dilçi mütəxəssislər, eləcə də Azərbaycan dilinin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Comments are closed, but trackbacks and pingbacks are open.