Press "Enter" to skip to content

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub – YENİLƏNİB VİDEO

Джеймс Линтон из японского филиала рассказал, как наших братьев затронули землетрясение и цунами, которые произошли в марте 2011 года.

Чрезвычайные случаи природного происхождения

ZƏLZƏLƏ – yer qabığında və yaxud mantiyanın üst hissəsində qəfil baş verən yerdəyişmələr və qırılmalar nəticəsində yaranan və elastiki elastiki seysmik (yunan dilində seysmos-zəlzələ deməkdir) dalğalar şəklində uzaq məsafələrə ötürülən yer titrəməsi və ya yeraltı təkanlardır. Yer qabığında və yaxud mantiyanın üst hissəsində zəlzələ törədən fiziki, kimyəvi və mexaniki proseslərlə əlaqədar yeraltı təkanın yarandığı və külli miqdarda potensial gərginlik enerjisi toplanan sahə zəlzələ ocağı, həmin sahənin mərkəzi zəlzələnin hipomərkəzi, zəlzələ hipomərkəzinin yer səthinə proyeksiyası isə zəlzələnin epimərkəzi adlanır. Zəlzələlər mənşəyinə gorə (tektonik, vulkanik və süni-antropogen), zəlzələ ocağının dərinliyinə görə dayaz (zəlzələ ocağı yer qabığında 0-100 km dərinlikdə yerləşir), orta (zəlzələ ocağı100-300 km dərinlikdə yerləşir) və dərin (zəlzələ ocağı 300 km-dən çox dərinlikdə yerləşir) zəlzələlərə ayrılır.

Zəlzələnin gücü təkanın intensivliyi və ya onun maqnitudu ilə ifadə olunur. İntensivlik seysmik şkala ilə ölçülür. Hazırda şəkli dəyişdirilmiş Merkalli (MM), beynəlxalq MSK (Medvedev-Sponoyer-Karnik) və Rixter seysmik şkalalarında istifadə olunur. Bizim ölkəmizdə 12 ballıq MSK şkalasından istifadə olunur. Zəlzələlərin enerjisinə görə təsnifatı üçün isə maqnitudadan (M) və ya enerji sinfindən (K) istifadə olunur. Şərti olaraq zəlzələlərin çox zəif (I-III bal), zəif (IV-VI bal), güclü (VII-VIII bal), çox güclü (IX-X bal) və dağıdıcı (XI-XII bal) növləri ayrılır. Çox zəif zəlzələləri ancaq həssas insanlar və bəzi canlılar hiss edə bilir. Zəif zəlzələlər zamanı lüstrlər yellənir, bəzən şüşələr sınıb tökülür, rəflərin üstündəki əşyalar yerə düşür, təkanları bina daxilində və xaricində olan insanların hamısı və digər canlılar hiss edir, tikililərdə zədələnmələr baş vermir. Güclü zəlzələlər zamanı tikililərdə yüngül zədələr, tavanda və divarlarda çatlar əmələ gəlir. Çox güclü zəlzələlər zamanı zif binalar uçur, dayanıqlı binalarda belə suvaqlar tökülür, çatlar əmələ gəlir, bəzi binalar əyilir. Dağıdıcı zəlzələlərdə bütün bunlar güclü səs ilə müşayiət olunur, bütün tikililər, qurğular tamamilə dağılır. Epimərkəzdən olan məsafədən və zəlzələ ocağının dərinliyindən asılı olaraq 10-20 saniyə sonra yeraltı təkanların törətdiyi titrəmələr güclənir, nəticədə bina və tikililər dağılır. Orta hesabla zəlzələ 5-30 saniyə davam edir. Titrəmə nə qədər çox davam edərsə, dəyən ziyanın miqdarı da bir o qədər çox olar.

Qabaqlayıcı tədbirləri

Yaşayış məskənləri və ayrı-ayrı yaşayış binaları zəlzələyə davamlı inşa edilməli, digər təbii fəlakətlər baş verə biləcək sahələr tikinti üçün ayrılmamalıdır:
– məskunlaşma üçün ayrılmış sahələrdə mühəndisi-geoloji tədqiqat işləri aparılmalı və qruntun xarakteristikası öyrənilməlidir. Zəif qruntlu, sürüşkən və düzənlik sahələr məskunlaşmaq üçün qənaətbəxş hesab edilmir.
– yeni abadlaşdırılacaq sahələrdə fərdi yaşayış evləri üçün ayrılmış sahədən kənarda əlavə olaraq ev və bina inşa edilməməlidir.
– yeni abadlaşdırılacaq sahələrdə qruntun məskunlaşmaya əlverişli olub olmadığı araşdırıl­malıdır.
– binalar meylliyi çox olan zəif torpaqla örtülü ərazilərdə inşa edilməməlidir. Çünki
belə ərazilərdə torpaq sürüşməsi və eroziya proseslərinin tez-tez baş verməsi istisna olunmur. Bina inşa edilərkən meylli ərazilər, yağışların çox və yeraltı suların bol olması halları araşdırılmalıdır. Əgər üst torpaq qatda qabarmalar müşahidə edilərsə, həmin ərazilər tikinti üçün qənaətbəxş hesab edilmir.
– tikiləcək binaların relyef etibarilə yuxarı hissələrində qırılmalar, çatlar, parçalanaraq bloklar şəklində olan qaya parçaları müşahidə edilərsə həmin ərazi tikinti üçün qənaətbəxş hesab edilmir.
– çox qar yağan, qar uçqunu və qaya uçqun-töküntü prosesləri müşahidə edilən yamaclarda bina inşa edilmə­məlidir.
– yarğanlarla kəsilmiş maili yamaclardan bina inşa edilməməlidir.
– yamaclardan süzülən suların toplandığı çuxurların yaxınlığında bataqlıq yerlərə yaxın sahələrdə bina inşa edilməməlidir(həmin ərazilər torpaq sürüşməsi və çökmə prosesinə meylli ərazilər hesab edilir).

Tikinti zamanı edilməsi lazim olan və lazim olmayan tədbirlər

Edilməsi lazım olan tədbirlər:
– inşa ediləcək binaların layihələri mühəndislər və memarlar tərəfindən (mütəxəssislər) hazırlanmalıdır. Binalar tikinti norma və qaydalarına uyğun inşa olunmalı, tikintidə keyfiyyətli inşaat materiallarından istifadə olunmalıdır. İnşaat materiallarının keyfiyyətinə və tikinti işlərinə müntəzəm nəzarət edilməlidir.

Edilməsi lazım olmayan tədbirlər:
– binanın dizaynının layihədən kənar dəyişdirilməsi;
– icazəsiz mərtəbənin, eyvanların və s. tikilməsi;
– layihədə nəzərdə tutulmuş tikinti materialların dəyişdirilməsi;
– binanı tikildiyindən fərqli bir məqsəd üçün istifadə edilməsi.

Zəlzələ təhlükəli və zəlzələ ocaqlarına 100 km-ə qədər yaxın ərazilərdə məckunlaşmış hər bir insan əvvəlcədən evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman zəlzələ olarkən hərəkət planını hazırlamalıdır. Ailə üzvlərinə zəlzələ zamanı nə etməli olduqlarını izah edin və onlara ilkin tibbi yardım göstərmək qaydalarını öyrədin.

Bütün sənədləri, pulları, cib fənərini və ehtiyat batareyalarını uyğun bir yerdə saxlayın.

Məskunlaşma massivinə ən yaxın xəstəxana, aptek, xilasetmə, polis, təcili yardım məntəqələri ailə üzvləri tərəfindən əvvəlcədən bilinməlidir.

Zəlzələ zamanı ailədə yaşlılara, xəstələrə və uşaqlara necə kömək ediləcəyi planlaşdırılmalıdır.

Hər bir ailədə təcili yardıma ehtiyac olduğu zaman lazım olan ilkin vasitələrin olduğu yardim çantasıdərman qutusu hazırlanmalı, gözə görünən bir yerdə hazır bir şəkildə saxlanılmalıdır.

Fərdi təcili yardim çantasında yığılan vasitələr:
– daşına biləcək batareyalı radio və ehtiyat batareyalar;
– əl fənəri və ehtiyat batareyalar; fit;
– dərman qutusu;
– ərzaq ehtiyatı (quru yeməklər, içməli su, biskvit, konservlər, qurudulmuş meyvə, meyvə suları və s.);
– dəsmal; tualet kağızı (təmizlik vasitəsi kimi);
– pul; telefon kartı və jetonu;
– ədyal; əlcək, geyəcək, ayaqqabı;

Təcili yardım çantasında yığılan vasitələr hər 6 ayda bir yoxlanılmalı, qida maddələri və dərmanlar yenilənməlidir.

Dərman qutusunda hər bir ailənin ehtiyaclarını qarşılaya biləcək vasitələr olmalıdır. İstifadə edilən hər vasitələrin yerinə yenisi mütləq alınıb qoyulmalıdır. Son istifadə tarixi keçmiş vasitə və dərmanlar atılmalıdır. Dərman çantasının üzərinə “İçindəkilər” yazılıb yapışdırılmalıdır.

Resept ilə istifadə edilən dərmanlar və ailə üzvləri ilə əlaqədar lazımi tibbi məlumatlar zəlzələdən və yanğından mühafizə olunmalı, su keçirməyən bir torbanın içində soyuducuda saxlanılmalıdır.

Lazım ola biləcək dərmanlar və digər vasitələr.
– antiseptik; antibiotikli məlhəm;steril bez, sarğı bezi;elastik bandaj; yara binti;
– ağrıkəsici; vitamin həbləri; müntəzəm istifadə edilən reseptli dərmanlar;
– ilk yardım haqqında kitab; termometr; sabun; lazım olarsa uşaq bezi;
– maqqaş; şprisli iynə; dəsmal və ehtiyac olarsa digər vasitələr.

Zəlzələ baş verdikdən sonra yemək və su ilə əlaqədar çətinliklər yarana bilər. Onun üçün evlərdə daim normal ehtiyacdan çox – ən az 3 günlük -ərzaq və su ehtiyatı olmalıdır:
– quru qidalar;konservləşmiş ət-balıq, konservləşmiş tərəvəzlər;
– meyvə suları; hazır suplar;
– şəkər; biskvitlər; quru üzüm-əncir;
– quru paxla; düyü;
– bişirilməsinə ehtiyac olmayan hazır qidalar.

Bu qidalar hər an istifadəyə hazır və təzə olmalı, möhkəm bir qutuda, qoxulu və zəhərli ola biləcək maddələrdən uzaq yerlərdə saxlanmalıdır.

Yeməklərin yanında bir iki paket salfet, stəkan-qab və plastik çəngəl, qaşıq, şüşə-konserv açan saxlanılmalıdır. Bu qidalar, daimi 5-150 C istiliyi olan sərin, quru və qaranlıq bir yerində saxlanılmalıdır.

Adam başına bir gündə 4 litr norma ilə və qırılmayan qabda ən azı 3 günlük su ehtiyatı olmalıdır.

Zəlzələ baş verdikdən sonra adətən elektrik xətlərinin sıradan çıxır və enerji verilməsinin kəsilir. Evlərdə və iş yerlərində əl fənəri, projektor (ehtiyat batareya-ları ilə), qaz lampası, şam, kibrit kimi bir neçə növ işıq avadanlıqları saxlanılmalıdır.
Qaz lampası, şam və kibriti istifadə etməzdən əvvəl o məkanda qaz sızmasından bu işıq mənbələrinin istifadəsinin yanğına səbəb ola biləcəyi yaddan çıxarılmamalıdır.

Fərdi yaşayış evlərində hər bir ailə üzvləri üçün bir ədəd olmaq şərtiylə
– sərt, möhkəm ayaqqabı; iş paltarı;sərt şapka (kaska); paltar və qalın corab;
– eynək;toz maskası;çəkic və s. saxlanılmalıdır.

Güclü zəlzələlərin ardından, müəyyən təmizlik qaydalarına riayət olunmazsa çox qısa bir müddət ərzində sağlamlıqla əlaqədar problemlər yaşana bilər.

Əgər su xətləri (kanalizasiya və s. kimi) zədələnmişsə tualetdən istifadə edilməməlidir. Tualet ehtiyacını aradan qaldırmaq üçün çuxur qazılmasından ya da açıq ərazilərin istifadə edilməsi də qeyri qənaətbəxş hesab edilir.

Tualet ehtiyacını qarşılamaq üçün çox miqdarda möhkəm plastik torba, bu torbaları bağlamaq üzrə möhkəm iplər, dezinfeksiyalı, sönməmiş əhəng və tualet kağızı hazırlanmalıdır.

Digər təmizlik ehtiyaclarını qarşılamaq üçün evlərdə, iş yerlərində və avtomobillərdə diş fırçası, diş pastası, sabun, şampun, dezodarantlar və s. saxlanılmalıdır.

Zəlzələ sonrası görüşmək planı hazırlanmalıdır. Zəlzələ baş verdiyi zaman ailə üzvləri bir yerdə olmaya bilər, ya da zəlzələ qarışıqlığında bir-birlərindən ayrı düşə bilərlər. Belə bir ehtimala qarşı, zəlzələdən sonra görüşmək üçün əvvəlcədən müvafiq uyğun yerlər təyin olunmalıdır. Bu yerlər bütün ailə üzvlərinin bildiyi yaxın ətraflarda (məsələn qonşuluqda və ya yaxın ətrafda yaşayan qohumların evi, və ya məhəllədəki məktəblərdən, məscidlərdən, parklardan biri və s) olmalıdır.
Təyin olunan bu yerlər zəlzələdən zərər görmüş ola bilər. Bu səbəbdən zərər çəkmiş şəhərdən ən az 100 km uzaqda yaşayan bir qohum və ya dost “Rabitə vasitəsi” seçilməlidir.

Bütün ailə üzvləri, “görüşmə yerlərinin” ünvanları ilə “Rabitə vasitəsi” olaraq seçilən adamın adı, telefon nömrəsi və ünvanını kiçik kartlar üzərinə qeyd edərək pul qablarında, çantasında və ya ciblərində daşımalıdırlar.
Zəlzələdən sonra ailə üzvləri “Görüşmə yerlərində” görüşə bilməzlərsə, “Rabitə vasitəsi” olaraq seçilən adamı axtararaq, olduqları yeri bildirməlidirlər.

Təcili telefon nömrələri qeyd edilməlidir. Fövqəladə vəziyyətlərdə yardım istəmək üçün, lazım olan telefon nömrələri ilə ailə üçün lazımlı telefon nömrələri yazılaraq, telefon kitabçasının iç üzündə, ya da telefon aparatının üzərində (polis, yanğın, təcili yardım, “112” xidməti və s.) saxlanılmalıdır.

Ailəyə dair əhəmiyyətli sənədlər ilə məlumatlar yazılaraq saxlanmalıdır. Zəlzələ zamanı, ailələr üçün həyati əhəmiyyət daşıyan bir sıra sənədləri itirməmək üçün qabaqcadan tədbirlər görülməlidir.

Sənədlər, vəsiyyətnamələr, vergi qeydləri, doğum sənədləri, şəxsiyyət vəsiqəsi, kredit kartı ilə əlaqədar məlumatlar və digər həyati əhəmiyyət daşıyan sənədlər evdə kiçik bir kassada və ya bankda, ya da alovdan qorunacaq bir yerdə, onların surətləri çoxaldılaraq digər bir yerdə saxlanılmalıdır.

Bu sənədlərin arasına “əhəmiyyətli ailə məlumatları” da 2 nüsxə yazılaraq bir nüsxəsi ev xaricində təhlükəsiz bir yerdə saxlanmalıdır.

Ev içində təhlükəsizliyi təmin etmək üçün “zəlzələ təhlükəsizlik plani” hazirlanmalidir:

  • Zəlzələ təhlükəli ərazilərdə yerləşən hər evdə və iş yerində “Zəlzələ Təhlükəsizlik Planı” hazırlanmalıdır. Ev və iş yerlərinin bütün otaqlarında ən etibarlı yerlər əvvəlcədən təyin olunmalıdır. Bu yerlər iki divarın birləşdiyi künc və ya möhkəm bir masa, içi paltar dolu sandıq, iri həcmli kreslo, divan, çarpayı-divan, pul kassası, qızdırıcı cihazlar, mətbəx balonu, paltaryuyan maşınların yanı ola bilər.
    Evdə və iş yerlərində etibarlı sahələrin təyin olunmasıyla, insanlar, özlərini faciəli ölümdən və ya yaralanmadan qoruya bilərlər.
  • Evdə və iş yerində ziyan çəkə biləcək və ya ziyan verə biləcək əşyalar təyin olunmalı, dar çıxış yollarında, zəlzələ nəticəsində düşərək çıxışa maneə törədəcək mebellər, şkaflar və bunlara bənzər əşyalar varsa, bunlar çıxış yollarından qaldırılmalı, ya da zəlzələ zamanı düşməyəcək şəkildə divara və ya olduqları yerə bərkidilməlidir.

Zəlzələ Təhlükəsizlik Planının Forması (ZTPF) adətən belə tərtib olunur:

1. Bütün otaqlardakı ən etibarlı yerlər ilə ziyan çəkə biləcək və ya ziyan verə biləcək əşyalar qeyd olunur;

1-Otaq. Etibarlı Yerlər.
2-Otaq. Etibarlı yerlər.
3-Otaq. Etibarlı yerlər.
4-Otaq. Etibarlı yerlər.

2. Su qızdırıcıya və sobanən yeri ZTPF-ə qeyd olunur, onlar altından və üstündən möhkəm bərkidilir, təhlükəsiz vəziyyətə gətirilir.

3. Zəlzələ zamanı aşa biləcək, üzəri çox yüklü olan və bir yerə bağlı olmadan dayanan (kitab rəfləri, şkaflar, rəflər və s.) əşyalar dirsəklər, künc dirsəkləri ya da alüminium karnizlərdən istifadə edilərək divar mismarları ilə divara və ya döşəməyə bərkidilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.

4. Kitabxanaların, vitrinlərin, mətbəx şkaflarının üst rəflərindəki ağır, ya da qırıla biləcək əşyalar alt rəflərə yerləşdirilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.

5.Tumba üzərindən, rəflərdən düşə biləcək olan bütün elektron alətlər (kompüter, televizor, radio), kiçik ev əşyaları (soba, tozsoran və s.) və digər əşyalara (tikiş maşını və s.) diqqət yetirilməlidir. Bu və ya digər həssas əşyalara cüt tərəfli lentlər bağlanaraq mebelin üzərinə yapışdırılmalı və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.

6. Asılı vəziyyətdə dayanan əşyalar, xüsusilə pəncərələrə yaxın olan lampalar, çilçıraqların yerinə dəqiqliklə nəzarət edilməlidir. Həmin əşyalar zəlzələ zamanı pəncərələrə dəyəcək qədər yaxında yerləşirsə, dərhal onların yeri dəyişdirilməli, təhlükəsiz vəziyyətə gətirildikdən və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.

7. Yataqların və ya kresloların üst hissəsində güzgü ya da ağır çərçivəli şəkillər asılmamalıdır. Bu cür əşyalar vintlər və mismarla bir neçə nöqtədən bərkidilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.

8. Əl çatmayan, ya da təhlükəli yerlərdə dayanan və qırıla biləcək qabların içində olan zəhərli ola biləcək maddələr və mayelər daha alçaq yerlərə qoyulmalı, möhkəm və aşsa belə açılmayacaq qablarda mühafizə edilməlidir. Bunlar uşaqların əlləri çatacaq yerlərdən uzaqda yerləşdirilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.

9. Evdə və iş yerlərində divarlar ilə çəkilmiş elektrik, su, qaz xətlərinə daim nəzarət olunmalıdır.

Zəlzələ ilə əlaqədar hər mövzuda məlumat ala bilmək üçün yaşayış evlərində və iş yerlərində batareya ilə işləyən radio və ehtiyat batareyaları saxlanılmalıdır.

Zəlzələdən sonra ediləcək telefon danışıqlarının çoxluğu xətlərin yüklənməsinə səbəb olacaq. Bunun nəticəsində kömək qrupları ilə xəbərləşmə təmin edilə bilməyəcək və kömək gecikəcəkdir. Bu səbəbdən zəlzələ sonrası dərhal telefonla danışılmamalıdır.

Lazımlı olan bu ləvazimatların yanında, müəyyən miqdarda nağd pul və kredit kartları da əl altında təhlükəsiz bir yerdə saxlanmalıdır.

ZƏLZƏLƏ baş verdiyi zaman tədbirlər

Binanın içində olduqda sakit olmaq və çaxnaşma yaratmamaq lazımdır. İlk təkan baş verdikdə binanı tərk etməyə çalışın (pilləkən və ya birinci mərtəbədə pəncərədən). Binanın, çilçıraqların tərpəndiyini hiss edən, əşyaların düşdüyünü görən, şüşə sınmasının səsini eşidən kimi təşvişə düşməyin (sizin ilk təkanları hiss etdiyiniz andan binanın tərpənməsinin təhlükə törədə biləcəyinə qədər 15-20 saniyəniz var). Binanın içində çıxış yaxındadırsa, zəlzələ baş verdiyi zaman 6 saniyə ərzində olduğunuz yerdən açıq (təhlükəsiz) bir sahəyə dərhal qaçaraq çıxmaq lazımdır. Zəlzələ baş verən zaman və sarsıntıların yüngül olduğu halda, əvvəlcədən təyin olunan müdafiə tədbirləri xatırlamalı və planauyğun hərəkət etməlisiniz.

Əgər çıxış yaxın deyilsə (açıq sahəyə dərhal qaçmaq mümkün deyilsə), o zaman qətiyyən olduğunuz yerdən qaçmayın, mümkün olarsa TƏCİLİ YARDIM ÇANTASINI götürərək mənzildə daha əvvəldən təyin olunmuş etibarlı bir yerə sığının, ilk növbədə UZAN və ya YAT, BAĞLA (ÖRT) və YAPIŞ qaydaları tətbiq edin:
1-Etibarlı bir yerə dizi üstə UZAN və ya YAT (çiyin üzərində);
2-Başını və peysərini qoruyacaq şəkildə BAĞLA;
3-Yıxılmamaq üçün sabit bir yerə YAPIŞ;
4-Sarsıntı sona çatana qədər yerində qal;
5-Dərindən nəfəs alaraq sakitləş;
6-Bu hərəkətləri təkrar etməyə davam et.

Düşə biləcək əşyalara nəzarət edin,onlara yaxın uzanmayın.

Zəlzələ baş verən zaman çiyin üzərində (əllər ilə peysər və baş bölgəsini qoruyacaq şəkildə örtərək, ayaqlarınızı qarına doğru çəkərək) təhlükəsiz bir yerə uzanmaq lazımdır (şəklə bax).

Belə vəziyyətdə əllərinizlə başınızı qoruya bilərsiniz, həm də ətrafınızı görə bilərsiniz. Ayrıca bu mövqe daxili orqanlarınızın böyük bir hissəsini və böyrəklərinizdən birini qoruyan ən ideal mövqedir.

İki divarın birləşdiyi küncdə İri həcmli divanın yanında
kreslonun yanında mətbəxdə olarkən divara bərkidilmiş
dolabların yanında
Zəlzələ zamanı yuxuda olarkən ayılan zaman yatağın yanında dəhlizdə olarkən qapıdan aralı divara bərkidilmiş dolabların yanında
Kabinetdə (uşaqların dərs otağında)
olarkən masaların yanında
Mətbəxdə olarkən iri həcmli əşyaların yanında
Hamamda olarkən yerə bərkidilmiş vannanın yanında uzanmaq lazımdır.

Zəlzələ baş verən zaman bir çox insan ani olaraq kortəbii surətdə qaçmaq istəyir. Ancaq unutmayın ki, insanların yaralanmalarının çoxunun binaların içinə, ya da binalardan çölə qaçmaları və ya pəncərədən, balkondan atılmaları səbəbindən baş verir.

Balkonlardan və sütunsuz geniş sahəli yerlərdən uzaqda durmaq lazımdır.

Zəlzələ zamanı liftlərdən istifadə edilməməlidir. Zəlzələ baş verən zaman liftdə olduqda, hansı mərtəbədə olduğunuzdan asılı olmayaraq çıxış düyməsinə basmalı və olduğunuz mərtəbədə lifti dayandırmalı və onu dərhal tərk etməlisiniz.

Balkondan tullanmamalı Liftdən istifadə etməməlisiniz

Bərkidilməmiş və aşa biləcək əşyalardan, soba və su qızdırıcılardan, çox ağır olan və bir yerə bağlı olmadan dayanan əşyalardan (vitrinlər, şkaflar, rəflər və s.), mətbəx şkaflarının üst rəflərində dayanan ağır ya da qırıla biləcək əşyalardan, asılı dayanan (çilçıraq, güzgü, ağır çərçivəli şəkillər və s.) əşyalardan, yüksək ya da təhlükəli yerlərdə dayanan və qırıla biləcək qabların içində olan zəhərli maddələrdən uzaq dayanmaq lazımdır.

Evin içində etibarlı bir yerdə durmaq olmursa, o zaman pəncərələrə kürəyinizi döndərərək və ya aşa biləcək əşyalardan uzaqda kürəyinizi onlara tərəf döndərərək, yerə uzanmalı, yaxında olan yastıq, ədyal, paltar, kitab və s. ilə başınızı örtməli, bunlar da mümkün deyilsə, o zaman dirsəklərlə üzünüzü qorumaq üçün, əllərinizi başınızın arxasında birləşdirməli və qorunmağa çalışmalısınız.

Qeyd etmək lazımdır ki, çılpaq ayaqla gəzilməməlidir. Yerdəki şüşə qırıqları və s. ayaqları yaralaya bilər.
Qazla və elektriklə işləyən alətləri (soba, ocaq) bağlamaq lazımdır. Bağlamaq mümkün olmadıqda, ana xətti dərhal bağlamaq,qapıları açıq saxlamaq, onların bağlanmaması üçün qarşısına maneə (stul və s.) qoymaq lazımdır.
Siz yuxuda olarkən zəlzələ baş verərsə ayılan zaman yatağın yanına uzanmaq lazımdır. Əgər yataqdan qalxmaq mümkün olmazsa, o halda döşəyin altına sığınmaq lazımdır.

Açıq Sahədə olduqda:
Zəlzələ baş verən zaman açıq sahədəsinizsə, binalardan, divar diblərindən, pəncərələrdən, reklam plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı, təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru getməlisiniz. Zəlzələ sona çatana qədər orada qalmalısınız. Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcək dik qayaların yaxınlığından və dik yamacların ətəklərindən uzaqlaşmaq lazımdır.
Zəlzələ baş verən zaman dəniz sahilindəsinizsə dərhal uzaqlaşaraq yüksək yerlərə doğru qaçmaq lazımdır.
Torpaq altında olan elektrik və qaz xətlərindən baş verə biləcək təhlükələrə və yanğınlara qarşı hazırlıqlı olmaq lazımdır.

Nəqliyyatdan istifadə edərkən ani olaraq zəlzələ baş verdikdə:

Avtomobillə quru yolda hərəkət etdikdə; yolu bağlamadan sağa çıxıb avtomobili dayandırmalısınız. Açarı bağlayıb mühərriki söndürməli və pəncərələri bağlayıb içində gözləməlisiniz. Fəlakət sovuşduqdan sonra açıq sahələrə getmək olar.
Avtomobillə yaşadığınız küçədə və ya binaların yaxınlığında hərəkət etdikdə; dərhal avtomobili dayandırmalı, qapıları bağlayaraq, dərhal özünüzü itirmədən hərəkət edərək açıq sahələrə gedilməlidir.

Avtomobili körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərin­dən, enerji xətlərindən, tunellərin giriş və çıxışlarından, ağır tonnajlı yük maşınlarından və dəniz kənarlarından uzaq dayandırmalısınız.

Təhlükəli maddələri (zəhərli kimyəvi maddələri, tez alışan mayeləri) təhlükəsiz və yaxşı təcrid edilmiş yerlərdə saxlayın.
Bütün sakinlər elektrik açarının, magistral qaz və su kranlarının yerini bilməlidir ki, lazım gələndə asanlıqla tapa bilsinlər.
Yanınızda uşaq varsa, onu öz gövdəniz ilə qoruyun.

Şamdan, kibritdən, alışqandan istifadə etməyin – qaz sızması ola, nəticədə yanğın baş verə bilər. Eyvanlardan, karnizlərdən, qırılmış məftillərdən uzaq durun. Əgər avtomobildəsinizsə, açıq yerdə qalın, lakin təkanlar bitməyənədək avtomobildən enməyin. Digər insanların xilas edilməsinə yardım etməyə hazır olun.

Təkanlar dayandıqdan sonra binanı pilləkənlərlə divarlardan tutaraq tərk edin. Zəlzələdən sonra binadan çıxmazdan əvvəl pilləkənlərin, divarların uçma təhlükəsi olmadığına əmin olun, əgər təhlükə varsa çıxmayın.

Zədələnmiş binada qaz sızıntısı ola bilər, bununçün açıq alışdırıcılardan (kibrit, şam) istifadə etməyin. Qırılmış, zədələnmiş elektrik naqillərindən ehtiyatlı olun. Mənzilə qayıdarkən elektriki, qazı və su xəttini, kommunal-texniki xidmətı yoxlayanadək açmayın. Zədələnmış quyulardan su içməyin.

Zəlzələ titrəyişləri dayanana qədər saxlanılan yeri tərk etməyin.

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub – YENİLƏNİB + VİDEO

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Dərinliyi 9 km, maqnitudası 4 bal olan zəlzələ hiss edilməyib.

11:34

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, İsmayıllıdakı zəlzələnin maqnitudası 4,2 bal olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından altı km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 9 km olub.

11:26

İsmayıllıda zəlzələ baş verib.

Oxu.Az-ın məlumatına görə, zəlzələ yerli sakinlər tərəfindən hiss edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İranda baş verən 5,6 maqnitudalı zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.

Samir İsayev

Перевод “zəlzələ” на русский

землетрясение, землетрясение — самые популярные переводы слова «zəlzələ» на русский. Пример переведенного предложения: 5) Yehovanın Şahidlərinin a) zəlzələ və b) qasırğadan sonra, eləcə də c) vətəndaş müharibəsi zamanı başqalarına necə təsəlli verdiklərini və dayaq olduqlarını göstərən nümunələr çək. ↔ 5) Приведите примеры, как Свидетели Иеговы утешали и поддерживали друг друга а) после землетрясения, б) после урагана, в) во время гражданской войны.

“zəlzələ” в словаре азербайджанский – русский

землетрясение

noun neuter

Pavel və Sila zəlzələ nəticəsində gözlənilmədən azad ediləndə həmin adamdan qisas almaq fürsətindən istifadə etdilərmi? Захотелось ли им расквитаться с этим человеком, когда по причине землетрясения они неожиданно оказались на свободе?

Dbnary: Wiktionary as Linguistic Linked Open Data
Показать алгоритмически созданные переводы

Автоматический перевод ” zəlzələ ” в русский

Glosbe Translate
Google Translate

Переводы с альтернативным написанием

“Zəlzələ” в словаре азербайджанский – русский

землетрясение

Подземные толчки и колебания земной поверхности

Pavel və Sila zəlzələ nəticəsində gözlənilmədən azad ediləndə həmin adamdan qisas almaq fürsətindən istifadə etdilərmi? Захотелось ли им расквитаться с этим человеком, когда по причине землетрясения они неожиданно оказались на свободе?

Изображения с «zəlzələ»

Переводы «zəlzələ» на русский в контексте, память переводов

5) Yehovanın Şahidlərinin a) zəlzələ və b) qasırğadan sonra, eləcə də c) vətəndaş müharibəsi zamanı başqalarına necə təsəlli verdiklərini və dayaq olduqlarını göstərən nümunələr çək.

5) Приведите примеры, как Свидетели Иеговы утешали и поддерживали друг друга а) после землетрясения, б) после урагана, в) во время гражданской войны.

Pavel və Sila zəlzələ nəticəsində gözlənilmədən azad ediləndə həmin adamdan qisas almaq fürsətindən istifadə etdilərmi?

Захотелось ли им расквитаться с этим человеком, когда по причине землетрясения они неожиданно оказались на свободе?

~ Zəlzələ olanda yer adamın ayağının altında tərpənir.
Дома́ рушатся, и, как правило, гибнут люди.

Bu zaman evlər dağılır, çox vaxt isə insanlar ölür. 1914-cü ildən başlayaraq, hər il çoxlu sayda zəlzələ baş verir.

Начиная с 1914 года каждый год происходит множество землетрясений.
Diqqət yetirin ki, gözətçi zəlzələ baş verəndən sonra fikrini dəyişərək kömək istəmişdi.

Обратите внимание: тюремщик захотел узнать истину и попросил Павла и Силу о помощи только после землетрясения.

Hind okeanında 9 bal gücündə olan zəlzələ nəhəng dalğaların yaranmasına səbəb olur. Onlar, 5 000 kilometr aralıda yerləşən Afrika ölkələri də daxil olmaqla, 11 ölkəyə ciddi zərər vurur.

Землетрясение магнитудой 9 баллов в Индийском океане вызывает гигантские волны, которые обрушиваются на 11 стран, включая африканские в 5 000 километрах от эпицентра.

Zəlzələ, aclıq və xəstəlik milyonlarla insanın həyatını əlindən alan kənar təsirlərdir.
Землетрясения, голод и болезни — это безликие силы, лишающие жизни миллионы людей.
Sən zəlzələ haqda eşitmisən? ~
Ты когда-нибудь слышал о землетрясениях? ~

Yaponiya filialından olan Ceyms Linton 2011-ci ilin mart ayında burada baş verən zəlzələ və sunamidən sonra qardaşlarımızın vəziyyəti barədə məlumat verdi.

Джеймс Линтон из японского филиала рассказал, как наших братьев затронули землетрясение и цунами, которые произошли в марте 2011 года.

İsanın nəfəsi kəsilən an güclü zəlzələ baş verir və zəlzələdən qayalar çatlayır.

Как только Иисус перестает дышать, происходит сильное землетрясение, от которого раскалываются камни.

Elə bu vaxt güclü zəlzələ olur.
Он опустил голову, сделал последний вздох и умер.
İsa peyğəmbərin nəfəsi kəsilən an güclü zəlzələ olur və zəlzələdən qayalar yarılır.
И тут происходит сильное землетрясение, такое, что раскалываются скалы.
Qəflətən zəlzələ baş verdi, həbsxana sanki yerindən oynadı.
Вдруг тюрьма сотряслась от землетрясения!

Onların təxminən 100-ü tikililərə böyük ziyan vurur və demək olar ki, ildə bir dəfə olduqca güclü zəlzələ olur.

Около 100 из них приводят к серьезным разрушениям зданий, и примерно каждый год случается по меньшей мере одно мощное землетрясение.

Bu filmi daha təsirli edən onun, çox ehtimal ki, 1906-cı ilin aprel ayında — minlərlə insanın həlakına və şəhərin həmin hissəsinin, demək olar ki, tamamilə dağılmasına səbəb olan aprelin 18-də baş vermiş dəhşətli zəlzələ və yanğından, bir az əvvəl, çəkilməsidir.

Примечательно, что фильм был снят в апреле 1906 года, вероятно, всего за несколько дней до того, как 18 апреля мощное землетрясение и последовавший за ним пожар унесли жизни тысяч людей и почти полностью уничтожили эту часть города.

Bundan əvvəl zəlzələ başlayanda və mələklər görünəndə sərdabəni qoruyan keşikçilərin qorxudan az qala bağrı çatlamışdı.

До этого, когда произошло землетрясение и появились ангелы, воины, сторожившие гробницу, очень испугались и стали как мертвые.

Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.

Также на судне установлены десять пушек, которые могут вести огонь ядрами.
WikiMatrix

1997-ci ilin sentyabr ayında Marke və Umbriya vilayətlərində baş verən güclü zəlzələ nəticəsində 90 000 ev zədələnmişdir.

В сентябре 1997 года в областях Марке и Умбрия произошло сильное землетрясение, в результате которого было повреждено 90 000 домов.

Ancaq bu dəhşətli zəlzələ yeganə hal deyildi. 2009-cu ilin aprel ayından 2010-cu ilin aprel ayına qədər bütün dünyada ən azı 18 güclü zəlzələ qeydə alınıb.

В период с апреля 2009 по апрель 2010 года было зарегистрировано по меньшей мере 18 сильных землетрясений.

1 Hər il milyonlarla adam, o cümlədən ruhani bacı və qardaşlarımız zəlzələ, sunami, musson küləyi, qasırğa, boran və daşqınlara mə’ruz qalırlar.

1 Ежегодно миллионы людей во всем мире, в том числе наши братья и сестры, страдают от землетрясений, цунами, ливней, ураганов, смерчей и наводнений.

Müharibə, qıtlıq, zəlzələ və ölümcül xəstəliklərin epidemiyası (Matta 24:7; Luka 21:11).
Войны, голод, землетрясения и эпидемии смертельных заболеваний (Матфея 24:7; Луки 21:11).
Məsələn qohumların ölümü, ya qasırğa, tufan, ya da zəlzələ.
Как, например, смерть родственника, циклон, ураган, землетрясение.
Lakin minlərlə cinayətkarlar zəlzələ zamanı həbsxana divarları dağılanda azadlığa çıxdılar.
Однако, когда во время землетрясения рухнули стены тюрьмы, на свободу вышли тысячи преступников.

Bundan əlavə, seysmik zonalarda əhalinin sürətlə artması nəticəsində zəlzələ qurbanlarının sayı çoxalır.

Более того, число жертв растет изза быстрого роста населения в сейсмических зонах.

Zəlzələ və daşqın kimi təbii fəlakətlər nəticəsində zərər çəkənlərə humanitar yardım göstərmək üçün çoxlu güc sərf olunur.

Временами из-за стихийных бедствий, таких как землетрясения и наводнения, требуется приложить немало усилий, чтобы оказать помощь пострадавшим и доставить им все необходимое.

Comments are closed, but trackbacks and pingbacks are open.