Press "Enter" to skip to content

Dünyada baş vermiş 10 ən güclü zəlzələ

Azərbaycan tarixində ilk zəlzələ yuxarıda dediyimiz kimi 427-ci ildə baş verib. Bu ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub. Azərbaycanın seysmoloji tarixinin əsası da bu ildən başlanır.

Zəlzələ

Zəlzələ — yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər.Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə adamların həlakına səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələ ilə məşğul olan elmə seysmologiya deyilir.

Ümumi məlumat

Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı lithosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayırlar. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olurlar. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin qiyməti hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda də yarana bilər.
Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələni öyrənən elm seysmologiya adlanır. Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir. Zəlzələlər əmələ gəlmə şəraitinə görə 2 yerə ayrılır: 1.Vulkanik mənşəli zəlzələlər.(Vulkan püskürməsindən) 2.Tektonik mənşəli zəlzələlər.(Litosfer tavalarının sərhəddindəki daxili gərginlikdən) Zəlzələ 12 ballıq Rixter şkalası ilə ölçülür.

Zəlzələlərin növləri

Müasir elm zəlzələləri 3 tipə ayırır:
Denudasiya zəlzələləri
Vulkanik zəlzələlər
Tektonik zəlzələlər
Denudasiya zəlzələləri
Denudasiya zəlzələləri torpağa süzülən su, onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur.
Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir.
Vulkanik zəlzələlər
II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər.
Tektonik zəlzələlər
III tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır.
Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:
yayıldığı sahənin böyüklüyü;
əmələ gəldiyi parçalanma və pozulmaların böyük ölçüdə olması;
əhəmiyyətli məsafədə zərbələrin eyni zamanda baş verməsi;
bu zəlzələnin mərkəzi müxtəlif, bəzən böyük dərinlikdə olması ilə fərqlənir.
Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.
Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir.
Zəlzələnin proqnozu
Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs sihazları ilə bu səsləri eşitmək mümkün olur.
Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir.
Üçüncü üsul atmosferin elekrtik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir.
Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər.
Zəlzələlərin təsnifatı
Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir.Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir.Belə ocaqlarla əlaqədar zəlzələlər dərin fokuslu adlanır. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal sayılır. Daha dəqiq desək, 1 bal-hiss holunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, mülayim, 5 bal-nisbətən güclü, 7-bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal katastrofik, 12 bal-dəhşətli katastrofik zəlzələ sayılır.
1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal gücündə zəlzələni adi şəraitdə bəzi adamlar hiss edir. 3 bal zəlzələni hərəkətdə olan adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 balı zəlzələdə qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar oyanır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar qopur yerə düşür, binalar zədələnir. 7 balda daş binaların divarları çartlayır, antiseysmik və taxta binalar zədələnmir. 8 balda dağların iti yamacları çartlayır, heykələr aşır və ya başqa yerə sürüşür, binalar möhkəm zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya uçub dağılır. 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və uçqunlar baş verir, daş binalar dağılır, dəmir yollarda relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar aşılır, çoxlu sürüşmə uçqun hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir., göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır
Qrupları
Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür.
Səth zəlzələləri(hiposentr 10 km-ə qədər dərinlikdə yerləşir)
Normal zəlzələlər(hiposentr 10-60 km dərinlikdə yerləşir)
Dərinlik zəlzələləri(hiposentr 60-300 km dərinlik də yerləşir)
Çox böyük dərinlikli zəlzələləri(hiposentr 300-700 km dərinlikdə yerləşir)

Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Çox böyük dərinlikli zəlzələlər adətən Sakit Okean «Odlu qövsü»də baş verir.Zəlzələ ocağı nə qədər dərindirsə dalğaların təsir etdiyi ərazi də bir o qədər geniş olur.Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası «episentr» adlanır.
Yaranma səbəbləri
Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövək suxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa onda, sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur.

Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancag burada baş verən zəlzələni tektonik enerjisi məhduddur.

Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.

Zəlzələ zamanı

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bizimlə söhbətində ölkəmizdə seysmik aktivliyin müşahidə olunmadığını söylədi.

“Zəlzələ bir neçə saniyə və ya bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də vətəndaşlar bu hallarda binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmalı, masanın, ya da çarpayının altına girməlidirlər. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq da bu baxımdan önəmlidir. Unutmaq olmaz ki, belə hallarda binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır. Çünki zədələnmiş binalarda təkrar təkanlar daha təhlükəlidir”.

Son günlər dünyanın bir çox ölkələrində ard-arda bir sıra təbii fəlakətlər baş verir. Bunlardan ən dəhşətliləri isə Haitidə və Çilidə baş vermiş zəlzələlərdir. Belə ki, Haitidə zəlzələ zamanı 300 min, Çilidə isə 800-ə yaxın insan dünyasını dəyişib. İnsan tələfatı ilə nəticələnməsə də zəlzələlər son vaxtlar Türkiyə, İran, Yunanıstan, Yaponiya, Venesuela və digər ölkələrdə də qeydə alınıb. Maraqlıdır ki, fevralın 27-də Çilidə baş verən və bütün dünyanı silkələyən 8,8 bal gücündə zəlzələnin dünyanın orbitini belə dəyişdiyi bildirilir. Alimlər iddia edirlər ki, Yer kürəsinin kütləsinin dəyişməsi nəticəsində planetimiz oxundan təxminən 8 santimetr aralanıb. Nəticədə, dünyada sutkanın uzunluğu 1,26 millisaniyə azalıb…

Təbii ki, ölkəmiz də heç nədən sığortalanmayıb və burada da zəlzələ hər an baş verə bilər. Maraqlıdır ki, bizdə dövlət qurumları bu məsələ ilə bağlı əhali arasında, demək olar ki, heç bir maarifləndirmə işləri aparmırlar. Halbuki Avropa ölkələrində zəlzələlərlə bağlı vaxtaşırı maarifləndirici tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bizimlə söhbətində ölkəmizdə seysmik aktivliyin müşahidə olunmadığını söylədi. Onun sözlərinə görə, bəzi rayonlarda zəif təkanlar qeydə alınsa da tələfat baş verməyib. O, son aylarda bir çox ölkələrdə güclü zəlzələlərin baş verməsini həmin ərazilərin seysmik aktivliyi ilə əlaqələndirdi. Qurban Yetirmişli zəlzələ təhlükəsinin həmişə olduğunu dedi: “Seysmogen zonalarda zəlzələnin olub-olmayacağını əvvəlcədən demək çətin məsələdir. Ona görə də bütün hallarda diqqətli olmaq lazımdır”.
Stress keçirənlər təhlükəli
qərarlar qəbul edirlər
Bəs zəlzələlər zamanı nələrə diqqət etmək lazımdır? Hansı məqamlara əməl etsək, zəlzələdən daha az itki ilə çıxa bilərik? Həmsöhbətimiz deyir ki, zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə, adətən, stress keçirdiklərindən bəzən təhlükəli qərarlar qəbul edirlər: “Məsələn, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanırlar, liftə minirlər və s. Ona görə də məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və hazırlıq tədbirləri barədə məşğələlər təşkil edilməlidir. Bu uşaqlarda qorxu hissinin azalmasına kömək edər. Təlimlər, seysmik tədbirlər isə həm uşaqların, həm də yaşlıların zəlzələyə psixoloji cəhətdən hazır olmaları baxımından faydalıdır”.
Ağır əşyaları mənzilin yuxarı
hissəsində saxlamaq olmaz
Onun sözlərinə görə, zəlzələdə itkiləri azaltmaq üçün binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda, gözlənilən seysmik təhlükəyə davamlı tikməli, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır: “Zəlzələ zamanı insan tələfatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də evlərdə davamlı və ağır mebellərdən istifadə olunması məsləhətdir. Onlar bərkidilməlidir. Ağır əşyaları mənzilin yuxarı hissəsində saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır”.
Liftə girmək, pilləkənlərlə qaçmaq olmaz
Xidmət mərkəzinin direktoru ən yaxşı müdafiə tədbiri kimi, insanlara çaxnaşmaya düşməməyi tövsiyə edir: “Zəlzələ bir neçə saniyə və ya bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də vətəndaşlar bu hallarda binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmalı, masanın, ya da çarpayının altına girməlidirlər. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq da bu baxımdan önəmlidir. Unutmaq olmaz ki, belə hallarda binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır. Çünki zədələnmiş binalarda təkrar təkanlar daha təhlükəlidir”.
Bundan əlavə, pəncərələrdən, sobalardan, ağır əşyalardan — kitab rəflərindən, soyuduculardan, qab — qacaq rəflərindən kənarda durmaq tövsiyə olunur. Onlar aşa və ya yerindən tərpənib ağır zədə vura bilər: “Əgər vətəndaş çoxmərtəbəli binanın daxilindədirsə, liftə girməməli və pilləkənlərlə qaçmamalıdır. Çünki belə hallarda pilləkənlərdə basabas olur, liftlər isə işləmir. Bundan başqa, əksər zəlzələlər zamanı pilləkənlər və liftlər uçur. Güclü təkanlardan sonra elektrik və qaz sistemləri qapadılmalı, kibrit, şam və alışqanlardan istifadə edilməməlidir. Qaz axını partlayışlı yanğına səbəb ola bilər”.
Binadan kənarda olanlara isə zəlzələ zamanı binaya yaxınlaşmamaq, əksinə, kənara — küçənin ortasına, boş sahələrə, bağlara qaçmaq, açıq sahələrə çıxmaq, elektrik şəbəkəsindən uzaqlaşmaq məsləhət görülür: “Zədələnmiş binaların yanından keçərkən diqqətli olmaq lazımdır. Çünki uçqunlar qəflətən baş verə bilər. Bundan başqa, qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər”.
“Zəlzələ zamanı nə edəcəyini
bilmək işin yarısıdır”
Dünən “Çağ” Öyrətim İşlətmələri “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında uşaqların təbii fəlakətlərə, o cümlədən zəlzələyə hazırlığı ilə bağlı tədbir keçirildi. Tədbirdə zəlzələnin mənşəyi, təzahürü barədə məlumat verildi və bu cür ekstremal şəraitdə davranış qaydaları şagirdlərə praktiki olaraq göstərildi. Gimnaziyanın müdiri Turan Güneri qəzetimizə açıqlamasında belə tədbirlərin mütəmadi keçiriləcəyini söylədi. Onun sözlərinə görə, bu cür məşğələlər uşaqlarda qorxu hissinin azalmasına kömək edir: “Bu praktika dünyanın bir çox ölkələrində var. Bir neçə gün öncə Türkiyədə bütün orta məktəblərdə zəlzələ ilə bağlı məşğələlər keçirildi. Belə qərara gəldik ki, biz də uşaqlara zəlzələdən qorunmağın yollarını öyrədək. Zəlzələ zamanı nə edəcəyini bilmək işin yarısıdır. İnşallah, başımıza belə hadisə gəlməz, ancaq düşünürəm ki, öyrənməkdə və öyrətməkdə fayda var”.

Dünyada baş vermiş 10 ən güclü zəlzələ

Son 110 ildə dünyada ən güclü zəlzələ – 1960-cı il mayın 22-də Çilidə baş verib – Santiago və Concepcion şəhərlərində baş vermiş zəlzələnin gücü 9,5 bal olub.

Zəlzələ nəticəsi – böyük dalğalar və vulkan püskürməsi olub.

5000 nəfər ölüb, 2 milyon nəfər evsiz qalıb.

Zəlzələlərin davamlı qeydiyyatı və statistikası 20-ci əsrin əvvəlindən aparılmağa başlanıb.

1960-ci ilin Çili zəlzələsi ilə yanaşı – son 110 ildə dünyada baş vermiş digər zəlzələlər:

1964-cü il martın 28-də Alyaskada güclü zəlzələ baş verib – 9,2 bal gücündə.

Zəlzələ, bunun ardınca da sunami 125 nəfəri öldürüb, insanların əmlakına ümumilikdə 310 milyon dollar ziyan dəyib.

1960-cı ilin Çili zəlzələsinin vurduğu ziyan

2004-cü il dekabrın 26-da İndoneziyada – Sumatra adasında 9.1 bal gücündə zəlzələ baş verib.

Bunun ardınca yaranan sunami İndoneziya, Tailand, Hindistan və Şri-Lankada ümumilikdə 226 min insanın həyatına son qoyub.

1952-ci il noyabrın 4-də Rusiyada 9 bal gücündə zəlzələ baş verib və yaranan sunami Havay adalarına çatıb. Xəsarət alan olmayıb.

Bu günlərdə – martın 11-də Yaponiyada 8.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ və ardınca sunami nəticəsində yüzlərlə adamın öldüyü deyilir, atom-elektrik stansiyasında partlayış baş verib.

Filippin, Tayvan, Peru, Kolumbiya və başqa ölkələrdə sunami xəbərdarlığı elan edilib.

2010-cu il fevralın 27-də Çilidə 8.8 bal gücündə zəlzələ və ardınca sunami 500-dən çox insanı öldürüb. Yüz minlərlə ev, çoxlu sayda yol, körpü dağılıb, fəlakətin vurduğu ziyan 30 milyard dollar təşkil edib.

1906-cı il yanvarın 31-də Ekvador və Kolumbiya sahillərində 8.8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin yaratdığı sunami 1000 nəfərin həyatına son qoyub.

2005-ci il yanvarın 2-i. Sumatra sahilləri zəlzələ və sunamidən sonra

Təkanlar Mərkəzi Amerika və Yaponiyada da hiss edilib.

2005-ci il martın 28-də Sumatra adasında 8.7 bal gücündə baş vermiş zəlzələnin qurbanları 1300 nəfər olub.

1957-ci il martın 9-da Alyaskada baş vermiş 8.6 bal gücündə zəlzələ Andreanof adalarını silkələyib. Bunun nəticəsində Umnak adasında Vsevidof dağında vulkan püksürüb (200 ildir yatmış vulkan). 15 metr hündürlüyündə sunami yaranıb və Havay adalarına çatıb.

1950-ci il avqustun 15-də Hindistan və Tibetdə baş vermiş 8.6 bal gücündə zəlzələ 2 min evi, məbəd və məscidi dağıdıb. Azı 1500 adam ölüb.

Zəlzələ haqqında

Bu gün episentri Şəki rayonu ərazisinə düşən və bir neçə rayonda müşahidə olunan zəlzələ ictimaiyyətdə müəyyən qədər narahatlıq yaratdı. Episentrində Rixter şkalası üzrə 6 ballıq seysmik güc müşahidə olunan zəlzələ nəticəsində ciddi dağıntılar olmasa da, yaşayış və ictimai binalarında çatlar meydana gəlib. Azərbaycanda son bu cür güclü zəlzələ 2012-ci ilin may ayında Zaqatalada baş verib. Onun seysmik gücü 7 bala yaxın idi.

Modern.az Azərbaycan tarixində baş verən ən güclü təkanlar haqqında məlumat verəcək: Azərbaycan tarixində zəlzələlərin yaşı V əsrdən hesablanır. İlk zəlzələ 427-ci ildə Gəncədə baş verib. Seysmoloji Mərkəz də Azərbaycan tarixində baş verən zəlzələlərin xəritəsini çəkərkən 427-ci ildən 2010-cu ilə qədər baş verən güclü təkanları nəzərə alıb. Ən güclü təkanlar isə Gəncə, Şamaxı və Xəzər adalarında baş verib.

Gəncə zəlzələləri:

Azərbaycan tarixində ilk zəlzələ yuxarıda dediyimiz kimi 427-ci ildə baş verib. Bu ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub. Azərbaycanın seysmoloji tarixinin əsası da bu ildən başlanır.

Məşhur 1139-cu il zəlzələsi haqqında isə eşitməyən yəqin ki, yoxdur. Çünki bu zəlzələ nəticəsində əsrarəngiz təbiət incisi olan Göygöl yaranıb. 1139-cu il sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib.

9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

1235-ci il Gəncə tarixinin bəlkə də ən sarsıdıcı ili kimi tarixə düşür. Ondan 4 il əvvəl, 1231-ci ildə Xarəzmşah Cəlaləddinin Gəncəyə yürüşü nəticəsində şəhər çox böyük dağıntılara məruz qalır. Gəncəyə iqtisadi baxımdan böyük ziyan dəyir. 1235-ci ildə isə monqollar Azərbaycana üçüncü dəfə yürüş edir və ən sarsıdıcı zərbəni də mərkəzi şəhər olan Gəncəyə vururlar.

Məhz bu ildə Gəncədə baş verən zəlzələ şəhərin bütün iqtisadi potensialını məhz edir və insan resursuna ağır zərbə vurur. Onsuz da ağır yadelli hücumlarından təngə gələn şəhərin 50 minə yaxın əhalisi də bu zəlzələ nəticəsində dünyasını dəyişir.

Şamaxı zəlzələləri Əən güclü zəlzələlər1667, 1669, 1671-ci illərdə ard-arda baş verən bu zəlzələlər Azərbaycan tarixində ən güclü təkanlardan sayılır. Bu üç zəlzələdə 100 mindən artıq insan həlak olub. 1667-ci ildə Şamaxıda baş verən zəlzələ isə 10 bala yaxın idi.

Bu zəlzələlərin ən pis cəhəti o idi ki, onlar həm də çox ciddi ekoloji böhran yaratdılar.

Zəlzələlər ekologiyaya ağır zərbə vuraraq, bir andaca Şamaxının xarabalığa çevrilməsinə, yaşıllıqların yerində uçurumlara səbəb oldu. 1669-cu ildə baş verən zəlzələ nəticəsində minlərlə ev dağıldı, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı oldu, yüzlərlə bulaq qurudu, meşələr isə yerin altına getdi. Yaşıllıqlar vadisi adlanan Şamaxı ekoloji baxımdan insan yaşaması mümkün olmayan bir xarabalığa çevrildi.

1859-ci il Şamaxı zəlzələsi – o zaman Qafqazın ən böyük quberniyalarından biri sayılan Şamaxıda baş verən zəlzələ Şamaxının əsas şəhər imicinə birdəfəlik kölgə saldı.

Məhz o ildən sonra quberniyanın əsas şəhəri Bakı oldu. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürüldü. Zəlzələ nəticəsində bir sıra tarixi tikililər məhz oldu. Onlardan biri də məşhur Şamaxı cümə məscididir. Seyid Əzim Şirvaninin də 1859-cu ildə baş verən zəlzələlər haqqında həcvi var.

1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq imperiya rəhbərli bu xəbərdarlıqları qulaqardına vuraraq Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı. 1902-ci il zəlzələsi baş verən ana qədər şəhərdə 22 min sakin yaşayırdı.

1902-ci il Şamaxı zəlzələsi – Bu zəlzələ Azərbaycan tarixinin ən güclü, ən dəhşətli zəlzələsi hesab olunur. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə dağıldı. Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti “Qiyamət günü” ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər.

Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb.

Zəlzələ nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılıb, Şamaxı uezdində yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı.

Zəlzələdən sonra hökumət rəsmiləri əhaliyə yardım etmək üçün əraziyə gəlib. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan “Niva” adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapıb. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.

Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsi artıq 1902-ci ildə başlandı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olundu, 1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü gördü.

Artıq 1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbi təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar.

Elmin NURİ

Comments are closed, but trackbacks and pingbacks are open.