Press "Enter" to skip to content

Azərbaycan tarixi, VIII sinif KSQ № 4 ( III variantda)

A) Gncəni B) Dərbəndi C) Təbrizi D) Marağanı E) Naxçıvanı

Azərbaycan tarixi

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Xocalı faciəsi tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib. AzMİU-dan AZƏRTAC-a verilən məlumata görə, sərginin açılışında çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor .

STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub

STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub. Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, infoturda media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılara əvvəlcə mərkəz barədə məlumat verilib.

ADMİU-nun 100 illiyinə həsr olunan konfrans keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaradılmasının 100 illiyinə həsr olunmuş “Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Orfoqrafiya lüğətinin internet resurslarına inteqrasiya məsələləri müzakirə olunub

Azərbaycan dilinin orfoqrafiya lüğəti ədəbi dildə işlənən sözlərin düzgün yazılış formalarını özündə ehtiva edən, bu dilin daşıyıcısı olan cəmiyyətin hər bir üzvünün istinad və istifadə edə biləcəyi mötəbər mənbədir. Hər bir dilin lüğət tərkibində .

Məktəblilər Coğrafiya İnstitutu ilə tanış olublar

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdlərinin institutun rəhbərliyi ilə görüşü olub.

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Azərbaycan tarixi, VIII sinif KSQ № 4 ( III variantda)

Azərbaycan tarixi, VIII sinif test 3 variantda təqdim edilir.

Просмотр содержимого документа
«Azərbaycan tarixi, VIII sinif KSQ № 4 ( III variantda)»

KSQ № 4 ( I Variant )

Sinif VIII (—-) Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________adı__________________________

1.Azərbaycanda yaranmış ilk xanlıq:

A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku

2. Hacı Çələbi Azərbaycanı vahid dövlətdə birləşdirmək məqsədilə ilk olaraq hücum etdi:

A) Qarabağa B) Şəkiyə C) Təbrizə D) Bakıya E) Makuya

3. Qarabağ xanlığına yürüşdə Şəki xanlığının müttəfiqi olan xanlıq:

A) Şamaxı B) Şəki C) Təbriz D) Bakı E) Maku

4. “Bayat savaşı”nda məğlub olan xanlıq:

A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku

5. Gürcü çarı II İrakli Azərbaycanın hansı torpaqlarını işğal etmək istəyirdi?

A) Şimal B) Cənub C) Qərb D) Mərkəzi E) Abşeron

6. gürcülərin işğal siyasətinə mane olan xanlıq:

A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku

7. Biri 1752-ci ildə II İrakli ilə ittifaqa girmədi:

A) Qarabağ xanlığı

B) Gəncə xanlığı

C) İrəvan xanlığı

D) Naxçıvan xanlığı

8. Qazax və Borçalı mahallarını azad edərək Azərbaycana qaytardı:

C) Fətəli xan Əfşar

E) Hacı çələbi xan

9. Hacı Çələbi xan Şirvana yürüş etdi:

10. Hansı Şəki xanının dövründə xüsusi qanunnamə qəbul edildi?

A) Hacı Çələbi xanın

B) Ağakişi bəyin

D) Məhəmmədhəsən xanın

11. “Qızılqaya xəyanəti”ndən neçə il sonra Hacı Çələbi xan vəfat etdi ?

A) 1 B) 6 C) 3 D)2 E) 10

12. 1767-ci ildə ərazisi Şəki və Quba xanlıqları arasında bölüşdürüldü:

A) Bakı xanlığının

B) Dərbənd xanlığının

C) Şamaxı xanlığının

D) Gəncə xanlığının

E) Lənkəran xanlığının

13. 1795-ci ildə Şəki xanlığında hakimiyyətə gəldi:

C) Fətəli xan Əfşar

D) Qubalı Fətəli xan

14. Biri Cənubi Azərbaycan xanlığı deyil:

A) Sərab xanlığı

B) Urmiya xanlığı

C) Ərdəbil xanlığı

D) Marağa xanlığı

E) Gəncə xanlığı

15. Urmiya xanlığının banisi :

A) Hacı Çələbi xan

D) Fətəli xan Əfşar

KSQ № 4 ( II Variant )

Sinif VIII (—-) Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________adı__________________________

1. 1759-cu ildə Urmiyalı Fətəli xan hücum etdi:

A) Sərab xanlığına

B) Qarabağ xanlığına

C) Ərdəbil xanlığına

D) Marağa xanlığına

E) Gəncə xanlığına

2. 1763-cü ildə Urmiya şəhərini ələ keçirdi:

A) İbrahimxəlil xan

B) Kərim xan Zənd

C) Hacı Çələbi xan

D) Fətəli xan Əfşar

3. Urmiya xanlığından sonra Cənubi Azərbaycanda ən güclü xanlıq oldu:

A) Sərab xanlığı

B) Qarabağ xanlığı

C) Ərdəbil xanlığı

D) Marağa xanlığı

4. Bu xanlıqlardan biri Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yürütmüşdür:

A) Sərab xanlığı

B) Qarabağ xanlığı

C) Ərdəbil xanlığı

D) Marağa xanlığı

E) Urmiya xanlığı

5. Quba xanlığının əsasını qoymuşdur:

B) Hacı Çələbi xan

C) Fətəli xan Əfşar

E) Hüseynəli xan

6. Quba xanlığı özünə birləşdirdi:

A) Gəncəni B) Dərbəndi C) Təbrizi D) Marağanı E) Naxçıvanı

7. Qubalı Fətəli xan hakimiyyətə gəldikdən neçə il sonra Bakı birləşdirildi:

A) 2 B) 5 C)9 D)1 E) 25

8. Salyan ərazisi Quba xanlığına birləşdirildi:

9. Salyan ərazisi birləşdirildikdən neçə il sonra Şamaxı xanlığı tamamilə Quba xanlığına birləşdirildi?

A) 11 B) 6 C) 3 D)2 E) 10

10. Şamaxı xanlığı ilə eyni ildə Quba xanlığına birləşdirildi:

A) Salyan ərazisi

B) Cavad xanlığı

C) Qarabağ xanlığı

E) Urmiya xanlığı

11. Qubalı Fətəli xan birləşdirdi:

A) Azərbaycanın cənub torpaqlarını

B) Azərbaycanın ancaq şimal torpaqlarını

C) Azərbaycanın şimal-qərb torpaqlarını

D) Azərbaycanın qərb torpaqlarını

E) Mərkəzi torpaqları

12. Fətəli xan neçə il Quba xanlığını idarə etmişdir?

A) 31 B) 16 C)2 3 D)27 E) 10

13. Pənahəli xan hansı türk tayfasına mənsub idi?

14. Nadir xan Əfşar Qarabağ tayfalarını cəzalandıraraq onları sürgün etmişdi:

A) İraqa B) Muğana C) Xorasana D) Gürcüstana E) Abşerona

15. Urmiya xanlığının banisi :

A) Hacı Çələbi xan

D) Fətəli xan Əfşar

KSQ № 4 ( III Variant )

Sinif VIII (—-) Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________adı__________________________

1. Nadir xan Əfşar Qarabağ tayfalarını cəzalandıraraq onları sürgün etmişdi:

A) İraqa B) Muğana C) Xorasana D) Gürcüstana E) Abşerona

2. “Bayat savaşı”nda məğlub oldu:

A) Təbriz xanlığı

E) Urmiya xanlığı

3. Qarabağ xanlığının paytaxtı oldu:

A) Bakı B) Gəncə C) Şuşa D) Quba E) Urmiya

4. 1757-ci ildə Pənahəli xan qalib gəldi:

A) Urmiyalı Fətəli xana

B) Hacı Çələbi xana

C) Fətəli xan Əfşara

E) Məhəmmədhəsən xana

5. 1763-cü ildə Pənahəli xandan sonra hakimiyyətə gəldi:

B) Hacı Çələbi xan

C) Fətəli xan Əfşar

E) İbrahimxəlil xan

6. Uyğunluq gözlənilmişdir:

1. Gavduşan döyüşü a)1774

2. “ Xatın arxı” döyüşü b)1757

3. “Bayat savaşı” c) 1748

7. XVIII əsrin ortalarında İranda mərkəzi hakimiyyət uğrunda mübarizədə Kərim xan Zəndin əsas rəqibi idi:

B) Fətəli xan Əfşar

D) İbrahimxəlil xan

E) Hacı Çələbi xan

8. 1759-cu ildə Urmiyalı Fətəli xan hücum etdi:

A) Sərab xanlığına

B) Qarabağ xanlığına

C) Ərdəbil xanlığına

D) Marağa xanlığına

E) Gəncə xanlığına

9. 1763-cü ildə Urmiya şəhərini ələ keçirdi:

A) İbrahimxəlil xan

B) Kərim xan Zənd

C) Hacı Çələbi xan

D) Fətəli xan Əfşar

10. Urmiya xanlığından sonra Cənubi Azərbaycanda ən güclü xanlıq oldu:

A) Sərab xanlığı

B) Qarabağ xanlığı

C) Ərdəbil xanlığı

D) Marağa xanlığı

11. Bu xanlıqlardan biri Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yürütmüşdür:

A) Sərab xanlığı

B) Qarabağ xanlığı

C) Ərdəbil xanlığı

D) Marağa xanlığı

E) Urmiya xanlığı

12. Quba xanlığının əsasını qoymuşdur:

B) Hacı Çələbi xan

C) Fətəli xan Əfşar

E) Hüseynəli xan

13. Quba xanlığı özünə birləşdirdi:

A) Gncəni B) Dərbəndi C) Təbrizi D) Marağanı E) Naxçıvanı

14. Qubalı Fətəli xan hakimiyyətə gəldikdən neçə il sonra Bakı birləşdirildi:

A) 2 B) 5 C)9 D)1 E) 25

15.Azərbaycanda yaranmış ilk xanlıq:

A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Azərbaycan Tarixi Kurikulumu

Paylaşıldı 03:58 by Leyla Bayramova
1.4. Fəaliyyət xətləri

Məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

 məlumat mənbələrindən istifadə;
 məlumatın toplanması və sistemləşdirilməsi;
 məlumatın interpretasiyası;
 məlumatın təhlili və tətbiqi;
 məlumatın təqdim edilməsi;
 məlumatın dəyərləndirilməsi;
 problemin həlli;
 proqnozlaşdırma.
1.5. Məzmun standartları
V sinif
V sinfin sonunda şagird:
 tarixi zaman anlayışlarını fərqləndirir;
 maddi və yazılı mənbələr əsasında sadə tədqiqatlar aparır;
 insanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir;

 insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir;

 Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir və xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir;

 Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;
 Azərbaycanın maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.
1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
1.2. Tarixi mənbələri tanıdığını nümayiş etdirir.
1.2.1. Maddi və yazılı mənbələri fərqləndirir.
1.2.2. İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.
2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.
3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
3.1.3. Kiçikhəcmli tarixi hekayə qurur.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara Xatın, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) müəyyən edir.

4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyət abidələrinin əhəmiyyətini izah edir.
5.1.2. Milli-mənəvi dəyərləri fərqləndirir.
5.1.3. Azərbaycan mədəniyyəti ilə bağlı sadə təqdimatlar hazırlayır
VI sinif
VI sinfin sonunda şagird:

 mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman oxunda təsvir edir;

 maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar aparır;
 insanların birgə yaşayış formalarını fərqləndirir;

 qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii- coğrafi şəraiti ilə əlaqələndirir və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;

 Azərbaycanda qədim dövlətlərin yaranmasını, daxili və xarici siyasətini izah edir;
 qədim dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;

 Azərbaycan mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələrini izah edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.
1.1.2. Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.
1.2.2. İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların birgə yaşayışının müxtəlif formalarını fərqləndirir.
2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Qədim insanların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.

2.1.2. Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətlərin yerini müəyyənləşdirir.

3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.

3.1.2. Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.

3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayır.

4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir.

4.1.2. Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Sivilizasiyayaqədərki və sivilizasiya dövrünün mədəniyyətlərini izah edir.

5.1.2. Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.

5.1.3. Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.
VII sinif
VII sinfin sonunda şagird:

 mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir, sxem və cədvəllər hazırlayır;

 Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrə aid yazılı və maddi mənbələr əsasında müəyyən edir;

 Azərbaycanda təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafını onun təbii-coğrafi şəraiti ilə əlaqələndirir;

 Azərbaycanda feodal dövlətlərinin yaranması, müstəqilliyini itirməsi və bərpası səbəblərini şərh edir, dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir;

 tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini qiymətləndirir;

 mədəniyyətin inkişaf mərhələlərini və milli-mənəvi dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.
1.1.2. Tarixi zaman və hadisələr arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid yazılı və maddi mənbələri əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələr üzərində işləyir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətlərində baş vermiş dəyişiklikləri müəyyənləşdirir.

2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri izah edir.

2.1.2. Dövrə aid xəritə və xəritə sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.

3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Azərbaycan feodal dövlətlərinin inkişafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini şərh edir.

3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.
3.1.3.Azərbaycan feodal dövlətləri ilə bağlı cədvəllər hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi şəxsiyyətləri (Cavanşir, Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, I İbrahim Xəlilullah, Qara Yusif, Uzun Həsən və b.) oxşar və fərqli cəhətlərinə görə təhlil edir.

4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişaf mərhələlərini dəyərləndirir.
5.1.2. Milli-mədəni dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.
5.1.3. Mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatlar hazırlayır.
VIII sinif
VIII sinfin sonunda şagird:

 Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürləri əlaqələndirir və tematik sinxron cədvəllər hazırlayır;

 Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişikliklərin səbəblərini mənbələr əsasında araşdırır, nəticələri təqdim edir;

 Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini ölkənin ictimai, iqtisadi və siyasi vəziyyəti ilə əlaqələndirir;

 mərkəzləşmiş dövlətin inkişaf xüsusiyyətlərini, dövlətlərarası münasibətdə Azərbaycanın mövqeyini dəyərləndirir;

 Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir;

 yeni ictimai-iqtisadi münasibətlər şəraitində Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir, mədəni nailiyyətləri dəyərləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir.

1.1.2. Hadisə və proseslərin zamana görə əlqələndirilməsinə dair tematik-sinxron cədvəllər hazırlayır.

1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri verilmiş yazılı mənbələrlə əlaqələndirir.
1.2.2 . Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini təqdim edir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətlərin-də baş vermiş dəyişiklikləri izləyir və onların səbəblərini izah edir.

2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini təsərrüfatın, ictimai
münasibətlərin inkişafı və ölkənin siyasi vəziyyəti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdəki məlumatlara əsasən sxem və cədvəllər tərtib edir.
3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin xüsusiyyətlərini şərh edir.

3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
3.1.3. Dövrlə bağlı mənbələrdən əldə etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur.
4.Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi və b.) fəaliyyətini dəyərləndirir.

4.1.2. Tarixi şəxsiyyətlər haqqında müqayisəli sxem və cədvəllər hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1 Yeni ictimai-iqtisadi münasibətlərin mədəniyyətə təsirini dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir.
5.1.3 Azərbaycanın mədəni nailiyyətlərini əks etdirən cədvəllər hazırlayır.
IX sinif
IX sinfin sonunda şagird:
 tarixi inkişafı zaman baxımından qiymətləndirir və xronoloji cədvəllər hazırlayır;
 yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, təqdimatlar hazırlayır;

 Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişiklikləri dövr və sivilizasiyalarla əlaqələndirir;

 Azərbaycanın ictimai- iqtisadi, siyasi inkişafı ilə onun coğrafi mövqeyi və təbii şəraiti arasındakı əlaqələri dəyərləndirir;

 müstəmləkə rejimi və müstəqillik şəraitində Azərbaycanın daxili və xarici siyasətini dəyərləndirir;

 dövlətçiliyin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dövr baxımından dəyərləndirir;

 Azərbaycan və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisə edir, təqdimatlar hazırlayır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.

2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.
3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.

4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.

5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.

5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

X sinif
X sinfin sonunda şagird:

 mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, xronoloji cədvəllər hazırlayır;

 yazılı mənbənin aid olduğu dövrü və müəllifin mövqeyini müəyyənləşdirir;
 insanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir;

 müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir, qrafik və diaqramlar tərtib edir;

 dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir, dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir;

 görkəmli tarixi şəxsiyyətlər haqqında referat və təqdimatlar hazırlayır;
 Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, təqdimatlar hazırlayır.

1.1.2. Mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrünə dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Tarixi hadisəyə aid yazılı mənbənin müəllifinin mövqeyini müəyyənləş-dirir.
1.2.2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir
2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Müxtəlif tarix dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir.

2.1.2. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyinə dair qrafik və diaqramlar tərtib edir.

3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir.
3.1.2. Müxtəlif dövrlərdə dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir.
3.1.3.Azərbaycanın sosial-iqtisadi inkişafına dair qrafik və diaqramlar tərtib edir.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (I Axsitan, Qara Yusif, Uzun Həsən, Şah I İsmayıl, Şah I Abbas,Nadir şah, Cavad xan, Ağa Məhəmməd şah Qacar və b.) dünyanın görkəmli tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.

4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən referatlar və təqdimatlar hazırlayır.

5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişafını tarixi şərait və sosial iqtisadi vəziyyət baxımdan dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirir.

5.1.3. Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin inkişafına dair araşdırmalar aparır, referatlar və təqdimatlar hazırlayır.

XI sinif
XI sinfin sonunda şagird:

 mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır;

 tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir, müxtəlif baxışları dəyərləndirir;

 Azərbaycan xalqının formalaşmasını tarixi dövrlərlə əlaqələndirir;
 Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir, təqdimatlar hazırlayır;

 Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir və proqnozlar verir;

 qlobal problemlərin həllində Azərbaycanın mövqeyini dəyərləndirir;
 tarixi inkişafda şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir və layihələr hazırlayır;
 dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir;

 Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır.

1.1.2. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişi və müasir dövrlərinə aid müqayisəli sinxron cədvəllər hazırlayır.

1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Mənbələrdəki eyni tarixi hadisə, proses və təzahürlər barədə müxtəlif baxışları dəyərləndirir.

1.2.2. Tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan xalqının formalaşmasının xüsusiyyətlərini tarixi dövrlərlə əlaqələndirir.
2. Tarixi məkan
Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir.
2.1.2. Azərbaycanın geosiyasi mövqeyini nümayiş etdirən təqdimatlar hazırlayır.
3. Dövlət
Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Müxtəlif dövrlərdə Azərbaycanda yaranmış dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir.

3.1.2. Qlobal problemlərin həllində Azərbaycanın mövqeyini və apardığı siyasəti dəyərləndirir.

3.1.3. Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, proqnozlar verir.

4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu və fəaliyyətini dəyərləndirir.

4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında layihələr hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir.

5.1.2. Azərbaycanın milli-mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə töhfəsi kimi dəyərləndirir.

5.1.3. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələri təqdim edir. 31

Comments are closed, but trackbacks and pingbacks are open.