Press "Enter" to skip to content

2010 büdcə gəlirlər

Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32063,3 mln. manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,9 mln. manat və ya 16,9 faiz çoxdur. Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17739,9 mln. manatı cari xərclərə (2021-ci illə müqayisədə 1151,5 mln. manat və ya 6,9 faiz çox), 12533,0 mln. manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3897,8 mln. manat və ya 45,1 faiz çox), 1790,4 mln. manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 mln. manat və ya 18,6 faiz az) yönəldilib. İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11577,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1280,4 mln. manat və ya 12,4 faiz çoxdur. 2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 11592,6 mln. manat icra olunub.

Gəlirlər və xərclər (10 ildə büdcənin göstəriciləri necə dəyişib?)

Gələn ilin dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 14 milyard 566 milyon manat, xərclər 16 milyard 264 milyon manat həcmində proqnozlaşdırılır. Bu ilin proqnozları ilə müqayisədə büdcənin gəlirləri 4 milyard 872 milyon manat, xərcləri 4 milyard 836 milyon manat az nəzərdə tutulur. 2015-ci il üçün gəlirlər 19 milyard 438 milyon manat, xərclər 21 milyard 100 milyon manat məbləğində təsdiq edilib.

Transparency.az son 10 ildə büdcə göstəricilərinin necə dəyişdiyinə nəzər salıb. Rəqəmləri təqdim edirik:

2005-ci ilin dövlət büdcəsi: gəlir – 2 milyard 55,2 milyon manat, xərc – 2 milyard 147,2 milyon manat;

2006-cı ilin dövlət büdcəsi: gəlir – 3 milyard 881,2 milyon manat, xərc – 3 milyard 789,7 milyon manat;

2007-ci ilin dövlət büdcəsi: gəlir – 6 milyard 6,6 milyon manat, xərc – 6 milyard 59,5 milyon manat;

2008-ci ilin dövlət büdcəsi: gəlir – 10 milyard 762 milyon manat, xərc – 10 milyard 680 milyon manat;

2009-cu ilin dövlət büdcəsi: gəlir – 10 milyard 325,9 milyon manat, xərc – 10 milyard 567, 9 milyon manat;

2010-cu ilin dövlət büdcəsi: gəlir – 11 milyard 402,5 milyon manat, xərc – 11 milyard 766 milyon manat;

2011-ci ilin dövlət büdcəsi: gəlir – 11 milyard 700,7 milyon manat, xərc – 15 milyard 394,7 milyon manat;

2012-ci ilin dövlət büdcəsi: gəlir – 17 milyard 281,6 milyon manat, xərc – 17 milyard 105,6 milyon manat;

2013-cü ilin dövlət büdcəsi: gəlir – 19 milyard 494,6 milyon manat, xərc – 19 milyard 143,5 milyon manat;

2014-cü ilin dövlət büdcəsi: gəlir – 18 milyard 400,5 milyon manat, xərc – 18 milyard 699,3 milyon manat.

2010 büdcə gəlirlər

2021-ci illə müqayisədə ötən il dövlət büdcəsinin xərcləri 16,9 faiz çox olub.

Maliyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu, nazirliyin 2022-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatında yer alıb.

Gəlirlər

2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur. Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15278,8 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1618,5 mln. manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2418,8 mln. manat və ya 18,8 faiz çoxdur. Neft-qaz sektoru üzrə daxilolmaları isə 15381,7 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 mln. manat (1,0 faiz) az olub. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur. Həmin vəsaitin 52,0 faizi və ya 8082,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 mln. manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1739,9 mln. manat və ya 27,4 faiz çox olub. Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7458,7 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 mln. manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5272,4 mln. manat və ya 3,4 dəfə çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11517,5 mln. manat məbləğində transfertə qarşı 7923,0 mln. manat məbləğində vəsait daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 mln. manat və ya 31,2 faiz az istifadə olunmasına imkan vermişdir. Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 mln. manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1311,6 mln. manat və ya 30,2 faiz çoxdur.

Dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 24,9 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 8,9 mln. manat və 55,6 faiz, 2021-ci illə müqayisədə isə 8,7 mln. manat və ya 53,7 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 804,1 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 29,9 mln. manat və ya 3,6 faiz az, 2021-ci illə müqayisədə isə 191,2 mln. manat və ya 31,2 faiz çoxdur.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 529,1 mln. manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 227,1 mln. manat və ya 75,2 faiz çoxdur. Məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 mln. manat təşkil edib. 2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8259,1 mln. manat icra olunub.

Xərclər

Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32063,3 mln. manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,9 mln. manat və ya 16,9 faiz çoxdur. Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17739,9 mln. manatı cari xərclərə (2021-ci illə müqayisədə 1151,5 mln. manat və ya 6,9 faiz çox), 12533,0 mln. manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3897,8 mln. manat və ya 45,1 faiz çox), 1790,4 mln. manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 mln. manat və ya 18,6 faiz az) yönəldilib. İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11577,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1280,4 mln. manat və ya 12,4 faiz çoxdur. 2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 11592,6 mln. manat icra olunub.

Dövlət büdcəsinin kəsiri

2022-ci ildə dövlət büdcəsinin kəsiri 3106,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1402,8 mln. manat təşkil etməklə proqnozdan 1703,2 mln. manat və ya 54,8 faiz az olub.
Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,0 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib. Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 mln. manat), daxili və xarici borclanma (976,3 mln. manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 mln. manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 mln. manat vəsait hesabına həyata keçirilib.

İcmal büdcə

Operativ məlumata əsasən 2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz çoxdur. İcmal büdcənin xərcləri 35061,0 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və ya 16,9 faiz çoxdur. 2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır. Bu da proqnoza nisbətən 6108,5 mln. manat və ya 6,5 dəfə çoxdur.

Gülşən Şərif

Dövlət büdcəsi belə formalaşır.

Noyabrın 26-da parlament Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsini qəbul edib.

2010-cu ilin büdcəsində xərclər 11 milyard 264 milyon, gəlirlər isə 10 milyard 15 milyon manat proqnozlaşdırılıb.

GƏLİRLƏR NƏDƏN GƏLİR?

– 4 milyard 935 milyon manatı Neft Fondundan transferdən,
– 4 milyard 887 milyon manatı vergilərdən,
– 211 milyon manatı digər daxilolmalardan formalaşır.

Ancaq ölkədə toplanan vergilərin də önəmli hissəsi neft sektoruyla birbaşa bağlıdır.

Vergilər Nazirliyi sonuncu dəfə 2006-2007-ci illər üçün iqtisadiyyatın sektorları üzrə vergi daxilolmalarına dair məlumat açıqlayıb. Həmin illər üzrə neft sektorunun vergilərdə payı 64 faiz olub.

Həmin faiz nisbətinə əsaslansaq, 2010-cu ildə yığılması nəzərdə tutulan 4 milyard 887 milyard manatlıq verginin 3 milyard 129 milyon manatı neft sektorunun payına düşür. Neft Fondundan birbaşa köçürmələri (4 milyard 935 milyon manat) də bunun üstünə gəlsək, demək olar ki:

Ümumilikdə, 2010-cu ildə büdcə gəlirlərinin 8 milyard manatdan çoxu, yəni 80 faizi neft sektorunun payına düşür.

GƏLİR HARA GEDİR?

Büdcə qanununa əsasən, 2010-cu ildə ən böyük xərc
– Tikintiyə ayrılır – 3 milyard 551 milyon;
– Təhsilə 1 milyard 276 milyon;
– Müdafiəyə 1 milyard 205 milyon;
– Sosial müdafiəyə 1 milyard 192 milyon;
– Dövlət xidmətlərinə – 1 milyard 45 milyon;
– Hüquq-mühafizə sisteminə 707 milyon;
– Səhiyyəyə 483 milyon;
– Kənd təsərrüfatı və ekologiyaya isə 402 milyon manat ayrılacaq.

BU İL VƏ GƏLƏN İL ARASINDA NƏ DƏYİŞİR?

2010-cu ildə cari illə müqayisədə iqtisadi fəaliyyət, mədəniyyət və idman, sosial müdafiə, hüquq-mühafizə və dövlət aparatının saxlanması xərcləri artacaq.

Nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı və ekologiya, kommunal təsərrüfat, səhiyyə və təhsilə ayrılan vəsaitlər azalacaq.

2010-cu ildə də müdafiə xərcləri demək olar ki, builki səviyyədə qalır – 1 milyard 205 milyon manat.

Comments are closed, but trackbacks and pingbacks are open.