Press "Enter" to skip to content

2016-2017 bakalavr qəbul yerləri

Bakı. 22 iyun. REPORT.AZ/ 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumaa görə, ayrılan 7 703 plan yerinə 6 233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 80.92% dolub. Ancaq proqramlar üzrə ayrılan plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, proseslərin avtomatlaşdırılması, geodeziya və xəritəçilik, kimya, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə, coğrafiya, əczaçılıq və xüsusi təyinatlı hərbi ixtisaslara aid 13, 17, 18, 24, 25, 34, 55, 59, 61, 62, 63, 67 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dağ-mədən mühəndisliyi, filologiya və tərcümə, dinşünaslıq, balıqçılıq sahələrinə aid 29, 39, 41, 43, 51, 52, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə plan yerlərinin tam dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi. Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər. Magistr proqramları üzrə boş qalan yerləri olan ixtisaslaşmalara müsabiqə yolu ilə yerləşdirmə 2017-ci ilin avqust ayında aparılacaqdır. Həmin yerlərin siyahısı və müsabiqədə iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək. Xatırladaq ki, təqdim olunan statistik məlumatlar qəbul olduqdan sonra qeydiyyatdan keçməyənlərə və boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılacağına görə dəyişəcək.

2017-2018-ci tədris ili üçün magistraturaya plan yerləri 80.92% dolub

Bakalavrlar müsabiqədə iştirak etmək üçün 29 iyul-5 avqust tarixlərində ərizələrini təsdiqləməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbul mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılacaq.

Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 29 iyul saat 09.00-dan 5 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib təsdiqləyirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” xüsusi buraxılışının 6-cı sayında dərc edilib.

Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. 45, 50, 51, 52, 53, 54, 61, 62 və 64 saylı proqramlar üzrə imtahan vermiş bakalavrlar isə imtahan verdikləri proqrama aid və yalnız bitirdikləri bakalavr ixtisasına müvafiq ixtisaslaşmaların kodlarını seçməlidirlər. Bunun üçün ixtisaslaşma seçimi cədvəlindən istifadə edilməlidir.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda topladığı ümumi bal (balların cəmi) 75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;
bakalavriat səviyyəsi üzrə orta qiymət balı;
ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
xarici dil üzrə testdən toplanılan bal.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən 2010-cu il iyulun 28-dən iyulun 30-dək baxılacaq. ANSPRESS

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

2017/2018-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 13081 (ötən il 24110) bakalavr qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, bu il daha hazırlıqlı və aydın məqsədi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və müsabiqənin nəticələri də gözləntilərin doğrulduğunu bir daha sübut edir.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 7703 plan yeri ayrılıb və müsabiqənin nəticələrinə əsasən, 6361 bakalavr (Azərbaycan bölməsi üzrə 5826, rus bölməsi üzrə 535) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2358 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 82,58 faiz dolub, 1342 plan yeri (17,42 faiz) boş qalıb. Xatırladaq ki, 2016/2017-ci tədris ilində plan yerlərinin dolma faizi 63,39 faiz olub.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Mingəçevir Dövlət Universitetinin plan yerləri isə 90 faiz və daha çox dolub.

Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı İslam Universitetinə (8,33 faiz) aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.