Press "Enter" to skip to content

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

K.Əsədov qeyd edib ki, plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququna malik olan abituriyentlərin sayına baxdıqda I, II və IV qruplarda böyük sayda plan yerlərinin boş qalacağını söyləmək olar.

“Ali məktəblərə keçid balları aşağı salınacaq” – Ekspert

“AzPolitika” xəbər verir ki, bu barədə AzVision.az-a təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılsa da, qəbul olmaq üçün sənəd verənlərin sayında kəskin azalma müşahidə olunur.

“2017-2018-ci tədris ili üçün 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb.

Lakin ali məktəblər qəbul plan yerlərini tam şəkildə doldura bilməyiblər. Hətta özəl universitetlərin bəziləri cəmi 11 faiz plan yerini doldura bilmişdi. Ümumilikdə, özəl universitetlər 2016-cı ildə 50 faiz plan yerinə qəbul apara bilməyib. Bu il isə Azərbaycanda fəaliyyət göstərən 54 universitetin hamısını təhlükə gözləyir. Belə ki, 30 aprel və 7 may tarixlərində DİM tərəfindən keçirilən qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ (200 baldan çox toplayıb) qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb”.

K.Əsədov qeyd edib ki, plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququna malik olan abituriyentlərin sayına baxdıqda I, II və IV qruplarda böyük sayda plan yerlərinin boş qalacağını söyləmək olar.

“Ümumilikdə bu il abituriyentlərin qəbul imtahanlarındakı göstəriciləri aşağı səviyyədədir. Əvvəlki illərlə müqayisədə ali təhsil müssəsisələrinə imtahan verən abituriyentlərin sayı azalıb. Sayın azalması qəbul imtahanında iştirak edən abituriyentlərin keyfiyyət göstəricisi faizinin artmasına təsir göstərsə də, ümumi nəticə qənaətbəxş deyil. Əvvəlki illərdə TQDK (DİM) əvvəlcədən müəyyən etdiyi müsabiqə üçün keçid balını abituriyentlərin müsabiqə şərtlərini yetərli sayda ödəmədiyinə görə, hətta 150-yə belə aşağı salırdı. Lakin son 2 il ərzində Təhsil Nazirliyinin müraciəti əsasında bu baş vermir, keçid balı ilk elan edildiyi səviyyədə saxlanılır. Lakin bu il hesab edirəm ki, keçid balları aşağı salınacaq. Çünki vəziyyət olduqca təhlükəli həddədir. Hətta bəzi universitetlərin fəaliyyət göstərib-göstərməyəcəyi belə sual altına düşə bilər”.

Ali təhsil müəssisələrində açılması planlaşdırılan ödənişli hazırlıq kurslarına gəlincə, ekspert deyib ki, bu il üçün həmin planın reallaşacağı mümkünsüzdür.

“Bir neçə ay əvvəl təhsil naziri tərəfindən ali təhsil müəssisələrində hazırlıq kurslarının açılacağı ilə bağlı irəli sürülən təklif real görünmür. Bu il üçün onun həyata keçrilməsi mümkün deyil. Ən azından ona görə ki, universitetlərin buna hazırlığı aparılmır. Layihənin özünü doğrultması gözlənilən deyil”.

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib (Azərbaycan və rus dilində).

DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Bu nömrədə, həmçinin Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.

“Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2016-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M”,-deyə DİM bəyan edib.

Ali məktəblərə keçid balları açıqlandı

DİM-dən Gununsesi.info-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Bu nömrədə, həmçinin Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.

“Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2016-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M”,-deyə DİM bəyan edib.

Gununsesi.info

Comments are closed, but trackbacks and pingbacks are open.