Press "Enter" to skip to content

2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar

Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər.

2018-ci ildə necə dərhal həll edə bilərəm

2018-ci iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayətdən zərər çəkən Elmar Vəliyev və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

Nədənsə, Gəncə belə hadisələrin baş verməsi ilə “məşhurlaşan” şəhərdir. Azərbaycanın ikinci böyük şəhərində icra başçısına sui-qəsd edilməsi ilk hadisə deyil. 1993-cü ildə də Gəncə belə kriminal hadisəyə şahidlik etmişdi.

Modern.az saytı həmin dövrə ekskurs edib..

Xatırladaq ki, 1993-cü ildə Gəncənin ovaxtkı icra başçısı Hacı Vaqif (Vaqif Süleyman oğlu Vəliyev) qətlə yetirilib.

ARAYIŞ

Vaqif Vəliyev 1940- cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Vaqif Vəliyev Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb.

Hacı Vaqif adıyla məşhurlaşan Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olunub.

O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadə ziyarətgahını təmir etdirib. Məlumatlara görə, qısa müddətdə o, Gəncə əhalisinin böyük rəğbətini qazanıb.

Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.


Bəs Hacı Vaqif niyə öldürülmüşdü?

Azərbaycan Kommunist Partiyasının keçmiş sədri, vaxtilə Gəncə şəhirninin rəhbərliyində təmsil olunmuş Firidun Həsənov Modern.az saytına müsahibəsində bu haqda geniş danışıb.

F.Həsənov bununla bağlı deyib:

“1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Hacı Vaqifi qətlə yetirdilər. Mən o zaman Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini idim. 1992-ci ildə Gəncə şəhərinin birinci katibi olmuşam, sonradan birinci katiblər icra başçısı oldular. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməmiş prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov məni işdən çıxarmışdı. Sonra bir müddət mənimlə Kommunist Partiyası sıralarında oldu. Məni o vaxt vəzifədən niyə çıxardığını soruşdum. Dedi ki, guya imza çəkilən sənədlərin arasında mənim də adımı yazıblar. İşdən çıxandan sonra Gəncə Elm Mərkəzində altı ay elmi işçi kimi çalışdım”.

Hacı Vaqif 1993-cü ildə Gəncəyə icra başçısı təyin ediləndə Firidun Həsənovu yanına dəvət edib və deyib ki, şəhəri yaxşı tanıdığından onunla işləsin. Hacı Vaqif qətlə yetiriləndən sonra isə çoxları elə bilib ki, onun müavini Firidun Həsənov da öldürülüb. Hadisədə ölən isə Firidun Həsənov yox, Hacı Vaqifin digər müavini olub.

“Hacı Vaqif icra başçısı olanda onun birinci müavini idim və demək olar ki, şəhəri mən idarə edirdim. Vaqif sənədləri, möhürləri mənə həvalə etmişdi. Nə isə, hadisələrin gərgin vaxtında Hacı Vaqifi qətlə yetirdilər. Həmin dövrdə Heydər Əliyev Milli Məclisin sədri idi və Bakıdan elan etdi ki, Gəncənin icra başçısı və müavinini öldürüblər. Həmin hadisədə Hacı Vaqiflə yanaşı, onun sənaye üzrə müavini işləyən Eldar adlı şəxs də öldürüldü. Amma ictimaiyyət elə bilmişdi ki, məni öldürüblər. Əslində isə həqiqətən də məni öldürməyi planlaşdırmışdılar”.


Firidun Həsənov

“Niyə məhz sizi öz ölüm siyahılarına salmışdılar?” sualına isə Firidun Həsənov belə cavab verib:

“Çünki həmin hadisədən təxminən bir həftə öncə şəhər aktivini çağırıb bildirdim ki, Gəncə şəhərini ermənilərə, ruslara və digər qüvvələr verə bilmərik. Dedim ki, vəziyyətdən çıxış yolunu Heydər Əliyev tapa bilər. Lakin Heydər Əliyevin adını çəkən kimi iclas dağıldı. Hacı Vaqif dedi ki, düz eləmədin. Ona bildirdim: “Surət Hüseynov kimdir ki, əhalinin qayğısına qalsın”. Hacı Vaqiflə Surət Hüseynov isə heç cür yola gedə bilmirdi. Hacı Vaqif şəxsiyyətli bir insan idi. Deyirdi ki, vəzifəsindən getmək və yerinə məni gətirmək istəyir. Cavabım belə olmuşdu: “Surət Hüseynov kimdir ki, ona tabe olum?! Mənim iki prinsipim var. İstəyirsən işin getsin, Heydər Əliyev tərəfdarı və kommunist olduğumu nəzər al”.
Şəhər aktivinin iclasında düz kamera qarşısında danışırdım. Bizim yanımızda əyləşən, protokol yazan ümumi şöbənin müdiri kameranı görən kimi stolun altına girdi. Çünki Surət Hüseynovun qorxusundan kadrlara düşmək istəmirdi. Həmin adam daha sonra altı il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rasim Daşdəmirov idi. Halbuki, mən Heydər Əliyevin adını çəkdiyimə görə o, Surət Hüseynovun qorxusundan stolun altına girmişdi. Amma belə oldu ki, mən həyatımı təhlükəyə qoysam da, Rasim Daşdəmirova vəzifə verildi!
Hacı Vaqif öldürüləndən bir gün sonra minlərlə insanı mitinqə çıxarmağa nail oldum və onların əksəriyyətinin əlində Heydər Əliyevin plakatları var idi. Heydər Əliyev özü də deyirdi ki, fəaliyyətimlə yaxından tanışdır. Heydər Əliyev dünyasını dəyişən kimi məni yaddan çıxardılar”.

Firidun Həsənov Hacı Vaqifin öldürülməsi anını belə xatırlayır:

“Eldar icra başçısına təzə müavin təyin olunmuşdu. O, gəlib mənə dedi ki, fəaliyyətə başlaması üçün maşınımı və kabinetimi ona verim. Dedim ki, sənin sərəncamın təzə verilib, Hacı Vaqiflə müzakirədən sonra bu məsələni həll edəcəyəm. O isə bildirdi ki, bu qətiyyən gecikməməlidir və hökmən təzə vəzifəsinin icrasına başlamalıdır. Elə bil ki, onu əcəl hərləyirdi. Axırda ona dedim ki, gedib Hacı Vaqifin yanında kiminsə olub-olmadığını dəqiqləşdirsin. Mənim kabinetim Hacı Vaqifin kabineti ilə üz-üzə idi, aralarında haradasa on metr məsafə olardı. Eldar getdi və qayıdıb mənə dedi ki, “Moskva Nəsrəddin” ləqəbli müəssisə rəhbəri və Ağstafa rayonunun Allahverdiyev soyadlı icra başçısı Hacı Vaqifin yanındadır. Eldar dedi ki, Hacı Vaqifin yanına gedir və işi bitən kimi mənə xəbər göndərəcək.
Eldar gedib Hacı Vaqifin yanında oturur. “Moskva Nəsrəddin” və Allahverdiyev Hacı Vaqiflə görüşdən sonra yanıma gəldilər. Beş-on dəqiqə söhbətdən sonra onlar getdilər. Bundan sonra mən Eldarın məsələsini həll etmək üçün Hacı Vaqifin yanına getmək istəyirdim ki, yanıma bir qaçqın gəldi və məndən problemini həll etmək üçün kömək istədi. Şöbələrə həmin adama kömək göstərmələrini tapşırdım. Yenə Hacı Vaqifin yanına getmək istəyirdim, köməkçim gəlib söylədi ki, bankla bağlı hansısa sənədə imzamı qoymalıyam. Bu vaxt televiziyada Milli Məclisin iclası gedirdi, saat haradasa, axşam 6-nın yarısı idi. Milli Məclisin iclasına baxanda hiss etdim ki, nəsə partladı. Köməkçimə dedim ki, tez baxıb görsün nə məsələdir. Bu çıxdı, yarım dəqiqə keçməmiş qayıdıb bildirdi ki, Hacı Vaqifi öldürüblər. Həmin vaxt bizə xidməti tapança verirdilər. Mən də onu həmişə üstümdə saxlayardım, amma bu dəfə tərslikdən seyfdə idi. Çölə çıxanda gördüm ki, əli avtomatlı, hərbi formalı bir adam söyə-söyə gedir. Əlimi belimə atdım, amma yadıma düşdü ki, tapança seyfdədir. Tapança üstümdə olsa idi, ona atəş açacaqdım. Otağa gəlib, seyfi açıb tapançanı götürdüm. Zal hissədən onun qarşısına çıxmaq istədim, amma gördüm ki, artıq yoxdur. Hacı Vaqifin otağına gəlib gördüm ki, Surət Hüseynovun yaxın adamlarından olan “Zobik”in başına güllə vurulub və o xalçanın üstünə uzanıb. Gördüm ki, Eldar da qardaşının qucağında can verir və qarnı güllə ilə deşik-deşik edilib. Həmin vaxt qardaşı da yaxınlıqda imiş. Hacı Vaqifə yaxınlaşdım, əlimi vurub yoxladım, gördüm ki, bədəni hələ istidir, ölməyib. Təcili tibbi yardım gəlib Hacı Vaqifi xəstəxanaya apardı….

Hadisə belə olub: Eldar Hacı Vaqifin yanında olanda “Zobik” də ora gəlib. Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də deyib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurur. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnına atəş açır. Orada olan “Zobik”in cangüdəni avtomatla otaqdakı adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi.

Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər. Hacı Vaqif xəstəxanaya aparılarkən mən də getdim. Gördüm ki, “Zobik”in tərəfdarları ilə dövlət adamları əllərində avtomat bir-birinə qarşı dayanıblar. Mən onların ortasından keçməli idim, lakin atəş açacaqları barədə xəbərdarlıq etdilər. Amma heç kim atəş açmadı. İçəri keçəndə bildirdilər ki, Hacı Vaqif artıq ölüb. Dedilər ki, Hacı Vaqifin adamı olduğumdan “Zobik”in tərəfdarları məni öldürəcəklər. Ona görə də məni arxa qapıdan çıxardılar. Bu hadisələrdən sonra məni istintaqa cəlb edən müstəntiq dedi ki, məsələ onluq deyil.
Saat 12-də evə zəng etdim, dedilər ki, artıq həyətdə yasımı vermək üçün çadır qurublar. Elə biliblər ki, öldürülən müavin mənəm. Bütün bunlardan sonra barəmdə cinayət işi açıldı. Müstəntiq şəxsən özü məni evimə apardı və səhər saat 6-da qapımız döyüldü. Qapını açıb gördüm ki, həmin müstəntiqdir. Mənə dedi ki, istintaqla bağlı bəzi sənədlərə dəyişiklik ediblər. Cavabım belə oldu: “Çox gözəl, baxa bilərəm hansı dəyişiklik olunub. Əgər məni Surət Hüseynov kimi birisi mühakimə edəcək və həbs edəcəksə, nə istəyirsinizsə yazın”.

İstintaq zamanı sənədlər saxtalaşdırılırdı. Sənədə baxmadan onu imzaladım. Bayaq haqqında söhbət etdiyim kadrlara baxıblar, bu qərara gəliblər ki, ya öldürülməliyəm, ya da tutulmalıyam. Həmin ərəfədə Əli Ömərov baş prokuror oldu. O, baş prokuror olmamışdan qabaq mənə deyirdi ki, “əgər Heydər Əliyev hakimiyyətə gəlsə, ən azından nazir olacaqsan”.

Bəs necə olub ki, qiyamçı polkovnik Surət Hüseynov sonradan Firidun Həsənovdan əl çəkib?

Firidun Həsənov deyir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi işləyən İmam Mustafayev kömək edib.

“O, ağsaqqal, hörmətli bir adam idi və məni tanıyırdı, ailəvi münasibətlərimiz var idi. İmam Mustafayevin Surət Hüseynovla da əlaqəsi yaxşı idi. İmam Mustafayevə olanları danışdım və o, bütün bunların ədalətsiz olduğunu vurğuladı. İmam Mustafayev Surət Hüseynovun yanına gedib məndən əl çəkməsini xahiş etdi. Bundan sonra Surət Hüseynov və adamları məndən əl çəkdilər. Daha sonralar barəmdəki əsassız cinayət işi ləğv edildi. Hacı Vaqifi öldürəni isə Rusiyadan tapıb gətirmişdilər”…

2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar

Həsən Həsrətli BAKU.WS-ə proqnozları təqdim edib. İlk öncə bürclərə görə proqnozları təqdim edirik.

Qoç – 2019-cu ildə Qoçlar üçün dəyişikliklərlə yadda qalacaq. Ailənizlə bağlı mühüm qərarlar qəbul edə bilərsiniz. Evinizi dəyişə bilərsiniz. Ailənizi, qohumluğu genişləndirə bilərsiniz.

Bu il uğurlu planlar, həyatınızın böyük fəlsəfəsinə müsbət təsir göstərə bilər. Xaricdə səyahət edə bilərsiniz və ya xaricdə oxumaq məqsədiniz varsa, qapılar üzünüzə açıqdır.

Həyat baxımından daha müsbət enerjiye sahib olacaqsız. Pulunuzu müxtəlif investisiya vasitələrində qiymətləndirməyə başlaya bilərsiniz.

Buğa – 2019-cu ildə həyatınızda böyük fərqliliklər ola bilər. 2019-cu ildə çox sıx ünsiyyətlə yadda qalacaq. Xüsusilə bu ünsiyyət ölkədən kənar yaşamağınıza imkan verəcək. Xaricdə yaşamaq və ya xaricdə təhsil almaq istəyirsinizsə, bu il bir dəyişiklik ili ola bilər.

Həyatınızda daha aktiv bir yerə sahib ola bilərsiniz. Bu il sizin üçün maddi cəhətdən uğurludur. Mart ayı həyatınızın əsas nöqtələrində dəyişiklik etmək üçün açıq bir dövr olacaq. Bu dəyişiklik dərhal baş verməsə də, yavaş-yavaş özünü göstərə bilər.

Əkizlər – 2019-cu ildə çətin məqamlarda vacib addımlar atmağa məcbur ola bilərsiz. Bu il maliyyə məsələlərində investisiya ili ola bilər. Burada əsas dəstək ailənizdən gələcək.

Bu ilin enerjisi özünü tək hiss eden əkizlər üçün önəmlidir. Sevə bilərlər, nişanlana ve ailə qura bilərlər.

Xərçəng – 2019-cu il sizə böyük enerji verəcək. Çoxlu şəxsi dəyişikliklər dönəmində yeni əlaqələrə, münasibətlərə başlaya bilərsiniz.

Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər.

Şir – 2019-cu il sizi bu sıx gündəmdən uzaqlaşdırır. Bu il enerjilərlə dolu olacaq. Gündəlik düşüncə və fikirlərinizi həyata keçirə bilərsiz.

Ətrafınızdakılar üçün daha cəlbedici enerjiyə maliksiniz. 2019-cu ildə özünüz üçün edə biləcəyiniz ən yaxşı şey, qulaq asmaq və zövq almaqdır.

Sağlamlığınıza diqqət yetirin. Bu ilin gücü şans və bolluq bəxş edəcək. Sizi sevindirəcək hadisəlrə baş verəcək. Üzünüzü güldürən bir il başlayır.

Qız – 2019-ci ilin sizin üçün əhəmiyyətli bir il olacaq.

Atəşli eşq yaşayacaqsız. Gözəl bir il sizi gözləyir. Bu il sizin üçün çox sakit və rahat keçəcək. Bolluq və bərəkətli il olacaq. Böyük planlar qura bilərsiniz.

Tərəzi – 2019 eviniz, ailə və iş həyatınızda dəyişikllərlə yadda qalacaq. Həmişə yaşadığınız yeri tərk edə bilərsiz. Özünüzə başqa bir ev ala ve kiralaya bilərsiniz.

Mövzu nə olursa olsun, həyatın necə işlədiyini bilmirik. 2018-ci ildə yaşanacaq çətinliklərin həllinə 2019-cu ildə başlaya bilərsiniz .

Dostlarınız, əzizləriniz, qohumlarnız 2019-cu ildə həyatınızın əhəmiyyətli bir hissəsi olacaq. Güclü ünsiyyət altında olmağınız məsləhətdir. Qərarlarınızın daha aydın olduğu bir ildir.

Əqrəb – 2019-cu il sizin üçün gözəl keçəcək. Baş verəcək hadisələr həyat planlarınızı tamamilə dəyişə bilər.

Bəlkə də indiyə qədər edə bilmədiyiniz şeyləri edəcəksiniz. Əzizləriniz, yaxınlarınız və qohumlarınızla bağlı məsələlərdə gözlənilməz hadisələr baş verə bilər. Əlaqəli və gərəkli adamların sayı əhəmiyyətli dərəcədə artır. Əlbəttə, ünsiyyət kanallarınız da artacaq.

Yaxşı xəbər enerjisi sizi əhatə edəcək. Əlaqələriniz haqqında gözlənilməz, sürpriz qərarlar qəbul edə bilərsiniz. Xüsusi ilə mart ayından sonra əlaqələriniz, sevginiz, ailəniz haqqında çox vacib qərarlar verməli olacaqsız.

Oxatan – 2019 maliyyə ehtiyatları ilə çox məşğul olduğunuz bir il olacaq. 2019-cu ildə vərəsə mübahisələri və ya kreditlər, vergilər və s. kimi problemləri həll edə bilərsiz.

2019-cu ilin sizin üçün uğurlu olmasından bəhrələnib, bütün problemlərin həll yolunu tapmağa çalışın. Gələn ildə vəzifələrinizdə sürətli dəyişikliklər ola bilər. Bəzi qəfil qərarlar ilə gündəlik həyatınızı bərpa etmək istəyinizi həyata keçirin.

Oğlaq – həmişə xəyal etdiyiniz həyatınıza nail olmaq üçün dəyişmək vaxtıdır. 2019-cu il dəyişiklik dövrü olacaq.

Müsbət enerji əhəmiyyətli dəyişikliklər gözlənilir. Həyatınızın hər bir sahəsində çevrilmə enerjisinə çevriləcək. Bu da sizinlə ayrılan digər insanları yenidən meydana gətirəcək.

Bu müddətdə hər zaman olduğu kimi qərar qəbul etmək məqsədəuyğundur. Əlbəttə ki, bu dəyişiklik sizin transformasiya əlaqələrinizdə hiss olunacaq. Yeni əlaqələrə başlaya bilərsiniz.

Dolça – son 2 il ərzində, çox qarışığ hadisələr və həyatınızın sıçrayışlarını yaşadınız. Həyatınızdakı bəzi qapıları bağlamaq məcburiyyətindəsiniz. Yeni qapıları aça biləsiniz.

2019-cu il həyatınızda mühüm qərarlar verə bilərsiz. Gündəlik qaydalarınıza dəyişikliklər edə bilərsiniz. Ətrafınızdakı dost sayını artırmaq, yeni insanlarla tanış olacaqsız.

Eviniz və ailənizlə bağlı gözlənilməz hadisələr ola bilər. Evdəki dəyişikliklər, sizin ailənizə qoşulan yeni şəxslər kimi proqnozlaşdırmır.

Balıqlar – 2018-ci il sizin üçün qayğı və qorxularla yadda qaldı. 2019-cu ildə artıq bunlar ortadan qalxacaq.

Müsbət enerji dolu bir ilə başlayacaqsız. Əgər uşaq sahibi olmaq istəyirsinizsə, doğru il ola bilər. Uşaqlarınız varsa, bu il sizi xoşbəxt hiss edən digər hadisələr baş verəcək.

2019-cu il sizin üçün həyatdan zövq almaq daha yaxşı olacaq. Qohumlarnız və yaxınlarınızla bağlı məsələlərdə gözlənilməz hadisələr ola bilər.

Çin Astrologiyası

SİÇAN
2019-cu ildə siçanlar önəmli bir dövrə girəcək. Maddi cəhətdən keçmiş çətinlikləri düzəldə biləcəklər. Siçanlar bu il öz sevgilərini tapa biləcəklər. Bu maddi və mənəvi cəhətdən xoşbəxt bir il olacaq.

ÖKÜZ 2019-cu ildə öküz sevgi işlərində daha diqqətli olmalıdırlar. Bu ildə doğulanlar 2019-cu il ərzində sözlərinə və hərəkətlərinə nəzarət etməlidirlər.

Çətin məqamlarda məsləhət almaq üçün dostlarınızla əlaqə saxlayın. 2019-cu ilin ulduz falı, ailə həyatında xoşbəxtlik və sülh vəd edir. Başqa bir şəhərə və ya ölkəyə gözlənilməz səfər edə bilərsiniz. Bu il sizin üçün yeni bir fürsət olacaq.

PƏLƏNG
2019-cu ildə pələng biznesdə çox əhəmiyyətli bir şansa sahib olacaq. İşgüzar səfərlər və gözlənilməz iş təklifləri yaranacaq. Pələng bu il peşə sahəsində köklü şəkildə dəyişməyə qərar verə bilər.

Gələn ildə maliyyə cəhətdən qeyri-müəyyənliklər ola bilər.

2019-cu ildə dovşan ilində doğulanlar dekabr ayının sonuna qədər maliyyə vəziyyətini gücləndirəcək. Qarşılıqlı və faydalı əməkdaşlıqlar gözlənilir. Sağlamlığınızı qorumaq məcburiyyətindəsiniz.

Əgər profilaktik tədbirləri görməsəniz, sağlamlığınız təhlükə altındadır.

2019-cu ildə əjdaha ilində doğulanlar ən əlverişsiz hallarda belə optimist olmalıdırlar. Çətinliklər ola bilər. Buna baxmayaraq, pessimist olmaqdan çəkinməlisiniz. Əgər layihələrə qoşulsanız 2019-cu ildə qalib gələn tərəf siz olacaqsınız.

2019-cu ildə səmərəli işlər sizi gözləyir. Əhəmiyyətli hadisələr baş verəcək Özünüzə güvənməlisiz.

Görünüşünüzü əks cinsin diqqətini çəkmək üçün dəyişə bilərsiniz. İdman etmək və sağlamlığınız üçün yaxşı qidalanmaq lazımdır. Bu il başqa bir şəhərə də köçmə ehtimalı var.

AT

2019-cu ildə atlar iş həyatında düşünülməmiş hərəkətlər etmməlidir. Səhvdən qaçmaq üçün etibar etdiyiniz insanlardan məsləhət almaq lazımdır.

Bu il sağlamlığınıza xüsusi diqqət verməlisiz. Əgər ehtiyatlı davranmasanız, yaz aylarında xəstələnə bilərsiniz.

KEÇİ

2019-cu ildə keçilər üçün iş baxımından uğurlu olacaq. Çox yaxşı iş təklifləri gələcək. Bu il sizin maliyyə vəziyyətiniz yaxşılaşacaq. Böyük qazanc əldə etmək üçün uğurlu ildir.

Meymun ilində doğulanlar üçün bu il qazanclı fürsətlərlə dolu olacaq. Maddi olaraq uğurlu zamandır.

Peşəkar səviyyədə işləmək və özünüzü inkişaf etdirmək üçün əla dövrdü. Əgər təzyiq və miqren varsa, həkim nəzarətində olmağınız vacibdir.

2019-cu ildə xoruz həyatın müxtəlif sahələrində uğur əldə etmək üçün çox səy və enerji sərf edəcək. Əhəmiyyətli olanı siz tənbəl deyilsiniz və baş verməzdən əvvəl hər kəslə niyyətinizi paylaşmırsınız.

Yay aylarına doğru bayram planları və istirahət etməlisiniz. 2019-cu ildə tək insaların heyatında yeni bir sevgi qapısı açıla biler.

2019-cu ildə itlər xaricə gedə və ya öz işinə başlaya bilər. Səmərəli bir dövr sizi iş həyatında gözləyir.

Pul qazarsanız və iqtisadi olarsanız, maliyyə vəziyyətiniz daha sabit olacaq. Dostlarınız, qohumlarınızın köməyinə baxmayaraq, 2019-cu ildə fürsət tapacaqsınız. Sağlamlığınızı artırmaq üçün pis vərdişlərdən qurtulmağa çalışın.

2019-cu ildə donuzlar öz inadkar və müəyyən strukturları ilə hər şeyi aşacaqlar. Hətta rəqiblər sizi qorxutmayacaq, çünki işinizi saxlamaq üçün çox parlaq fikirləriniz var.

Qardaşlarınıza və yaxınlarınıza maddi dəstək verməlisiniz. Sizin xeyirxahlıqlarınız özünüze geri qaytarılacaq. Bu il sizin ilinizdir və yaxşı qiymətləndirməlisiniz.

2018-ci ildə necə dərhal həll edə bilərəm

11 aprel 2018-ci ildə İlham Əliyevin prezident seçilməsindən dörd il ötür. Ötən müddətdə ölkədə baş verən proseslərə nəzər yetirsək görərik ki, bu müddətdə Azərbaycanın iqtisadi-siyasi həyatında çox əhəmiyyətli dəyişikliklər baş verdi.

Dünyanı bürüyən qlobal pandemiya ilə mübarizə fonunda 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanılıb. Bu dövrdə ölkənin iqtisadi inkişafı ilə yanaşı, iqtidar-müxalifət münasibətlərində sağlam mühitin formalaşması, Vətən müharibəsi zamanı müxalifət liderlərinin də bir yumruq kimi birləşərək Prezidentə dəstək verməsi ölkəmizdə sağlam mühitin yarandığının sübutu idi.

Müxalif partiyaların sədrləri ilə söhbətimiz də bu barədədir.

İlham Əliyev həm daxili, həm də xarici siyasətdə yeni münasibətlər sistemi yaradıb

Asim MOLLAZADƏ,

Demokratik İslahatlar Partiyasının sədri,

Milli Məclisin deputatı:

– Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi İlham Əliyevin çəkdiyi zəhmətin nəticəsidir. İlham Əliyevin prezident seçilməsindən ötən 4 il ərzində Azərbaycan dünya tərəfindən çox etibarlı tərəfdaş kimi qəbul edilib, onun nüfuzu dəfələrlə artıb. 2018-ci il prezident seçkilərindən sonra ölkədə ciddi islahatlar prosesinə start verilib, idarəetmə sistemində nəsil dəyişikliyi başlayıb, müasir təfəkkürlü insanlar bu işə cəlb edilib. İdarəetmədə yeniliklərlə yanaşı, sosial istiqamətdə də uğurlu addımlar atılıb. İqtisadiyyatda, xüsusən vergi siyasətində çox ciddi struktur dəyişiklikləri həyata keçirilib. Prezident kadr siyasətində partiya faktoruna yox, peşəkarlığa üstünlük verərək cəsarətlə sistemin siyasi islahatlarını həyata keçirib. İqtidarla müxalifətin effektiv dialoqu qurulub. Bu dialoq 44 günlük müharibənin gedişində xalqın müxtəlif siyasi təbəqələri arasında birliyin yaranması istiqamətində mühüm addım oldu. Effektiv idarəetmə sisteminin qurulması üçün mühüm işlər görüldü, müvafiq yol xəritələri hazırlandı. Bunlara paralel olaraq qeyri-neft sektoru inkişaf etdirildi.

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində fəal çalışır. İlham Əliyev o liderlərdəndir ki, böhranlı vəziyyətlərdə operativ və effektiv qərarlar qəbul etməyi bacarır. Dünya liderləri ilə normal ünsiyyət bacarığı və əməkdaşlıq qabiliyyəti var. Bir zamanlar onu şiddətli tənqid hədəfinə çevirən dünya mediası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra İlham Əliyevə münasibətlərini yaxşı mənada dəyişiblər, çünki o, dünyanın aparıcı KİV-nə verdiyi müsahibələri, səmimi və məntiqli fikirləri, ölkəsinin maraqlarını ləyaqətlə təmsil etməsi ilə onların rəğbətini qazanıb.

Azərbaycan bir çox mühüm beynəlxalq tədbirə, idman yarışlarına evsahibliyi etməklə ölkəmizi yaxşı yöndən dünyaya tanıdıb. Bu addımlar ölkənin turizm, iqtisadi, mədəni potensialını dünyaya açıb, həmçinin investisiya imkanlarını nümayiş etdirib.

İlham Əliyevin siyasəti həm də Azərbaycanın dünyaya açılan mədəni bir pəncərə olduğunu göstərdi. Azərbaycanda təşkil edilən müxtəlif beynəlxalq festivallar, dünya şöhrətli ədiblərimizin yubiley mərasimləri, onlara həsr olunan elmi, mədəni və kütləvi tədbirlərin keçirildiyi illər (“Nəsimi ili”, “Nizami ili” və s.) ölkəmizi həm də Şərq musiqisinin, mədəniyyət və incəsənətinin, poeziyasının, ədəbiyyatının beşiyi kimi tanıtdı. İndi dünya Azərbaycanı həm də müsəlman şərqində bir çox ilklərə imza atmış, multikultural dəyərlərə üstünlük verən, çəkinmədən sivilizasiyalararası dialoqa evsahibliyi edən ölkə kimi tanıyır. Bizim mədəni irs nümunələrimiz UNESCO səviyyəsində tanınır və qorunur.

İlham Əliyev çoxsaylı uğurlarına görə tarix kitablarına adını yazdırıb. Bunlardan ən şərəflisi və möhtəşəmi ərazilərimizin Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə İlham Əliyev son dərəcə populyar olan “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verdi. Hər şey də elə bundan başladı. Onun məhz “Qarabağ Azərbaycandır!” ifadəsi ərazilərimizin işğaldan azad edilməsinə və bizi qalib millətə çevirməyə vəsilə oldu.

Prezident yenidən formalaşdırılan parlamentin ilk iclasında yeni siyasi islahatlarla bağlı anons vermişdi. Bu, milli birliyin yaranmasına vəsilə oldu. Tədricən Silahlı Qüvvələrimiz xalqın dəstəyini hiss etdi, yeni nəsil Azərbaycan əsgəri yetişdi. Torpaqlarımızın azad edilməsi İlham Əliyevin prezidentlik dönəmində əldə etdiyi uğurların zirvəsi idi.

Bu, dünyanın, beynəlxalq təşkilatların üç onillik ərzində həll edə bilmədiyi Qarabağ probleminin cəmi 44 günün içində həll olunması idi. Bu, xalqımızın qürurunun, şərəfinin, inamının özünə qaytarılması idi. Onun liderliyi altında Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, amma yerinə yetirilməmiş dörd qətnaməsinin tələblərinin təkbaşına həyata keçirilməsidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin 1994-cü ildən indiyə qədər həyata keçirdiyi vasitəçilik missiyası heç bir nəticə verməmişdi. Sonunda Azərbaycan Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq cəmi 44 gün ərzində ərazilərinin 30 illik işğalına güc yolu ilə son qoydu. Bu müharibədə Azərbaycanın 2900 nəfərədək hərbçisi və yüzə qədər mülki vətəndaşı həlak oldu, lakin müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusu üzərində zəfər çaldı. Ermənistan rəhbərliyi ölkənin ordusunun tamamilə məhv olduğunu görərək kapitulyasiya aktına qol çəkməyə hazır olduğunu bəyan etdi. Azərbaycan öz şərəfli tarixinə daha bir möhtəşəm günü – 8 Noyabr – Zəfər Gününü əlavə etdi.

Beləliklə, İlham Əliyev beynəlxalq güclərin diqqətini illərlə görməzdən gəldikləri, bölgənin inkişafını əngəlləyən, sülh və sabitliyə təhlükə yaradan problemə cəlb etdi. O, regionda yeni reallıqlar yaratdı. Artıq hər kəs bu regionda Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk edir. Bu, məhz İlham Əliyevin vaxtında və yerində verilmiş qərarlarının, müdrik siyasətinin nəticəsidir.

Bu yaxınlarda Brüsseldə NATO-nun baş qərargahında keçirilən görüş zamanı baş katib Yens Stoltenberqin Azərbaycan, onun NATO ilə uğurlu əməkdaşlığı və regionda sülhyaratmaya verdiyi töhfələrlə bağlı fikirləri çox diqqətçəkəndir. NATO rəhbərliyi də artıq Cənubi Qafqaz regionunda aparıcı gücün məhz Azərbaycan olduğu reallığını qəbul edir.

İlham Əliyevin tutduğu mövqe bölgədə yeni münasibətlər sisteminin yaranmasına təkan verib. “3+3” (3+2) əməkdaşlıq formatı, Türk Dövlətləri Təşkilatının genişlənməsi, Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə həyata keçirdiyi mühüm fəaliyyətlər bunun bariz nümunəsidir.

O da diqqətdən qaçmamalıdır ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək, ardından da Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək həddə çatdığının göstəricisi idi. İki ölkənin birlikdə həyata keçirdiyi hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına və güclənməsinə xidmət edir. Bu həm də bütün dünyaya mesajdır ki, Azərbaycan və Türkiyə birlikdə regionda vahid gücdür, onları təkləmək, görməzdən gəlmək mümkün deyil.

İlham Əliyevin şəhid ailələrinə, müharibə əlil və veteranlarına göstərdiyi qayğı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha onu göstərir ki, dövlətimiz onun ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, müharibədə sağlamlığını itirmiş qazilərə, müharibə iştirakçılarına öz borcunu ödəməkdə israrlıdır. Dövlət öz vətəndaşına, döyüşən övladlarına, şəhidlərinin ailələrinə sahib çıxır və həmişə də çıxacaq.

İlham Əliyev dünyanı bürümüş pandemiya dövründə virusun geniş yayılmasının qarşısının alınması, xəstələrin müalicəsi üçün təcili və effektiv tədbirlərin görülməsi ilə bağlı müvafiq addımlar atıb. Ölkəyə peyvəndlər gətirilib və əhalinin 3-4 dozada peyvənd qəbul etməsi üçün hər cür şərait yaradılıb. Məhz bu effektiv siyasət sayəsində Azərbaycanda pandemiya ağır fəsadlar verməyib.

İlham Əliyevin pandemiya dövründə atdığı adekvat addımlar, imkanı olmayan ölkələrə peyvəndlərin, tibbi ləvazimatların göndərilməsi kimi humanitar aksiyalara dəstək verməsi də dünyada onun nüfuzunun artmasına gətirib çıxarıb. Azərbaycan humanitar fəlakətlə üzləşən ölkələrə dəstək verməklə, həm də humanizm nöqteyi-nəzərindən etibarlı tərəfdaş olduğunu göstərib.

Azərbaycan eyni zamanda dünyanın bir sıra bölgələrinin enerji təhlükəsizliyinin təminatı ilə bağlı həyata keçirdiyi layihələrlə də diqqət mərkəzində olub. Bu layihələr bilavasitə Avropanın, İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayıb. Son dövrlərdə Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropanın enerji təhlükəsizliyi sahəsində yaranan problemlər Azərbaycanın alternativ enerji mənbəyi kimi önəmini daha da artırıb. Eyni zamanda Azərbaycan Ukraynaya göstərdiyi humanitar dəstəklə Qərb dünyasının rəğbətini qazanıb.

Azərbaycanın həyata keçirdiyi vacib missiyalar ölkəmiz haqqında müsbət imic formalaşdırıb, dünyada ona etibarlı tərəfdaş və dost kimi inamı artırıb. Bütün bunlar birbaşa İlham Əliyevin yeritdiyi düzgün, praqmatik və uğurlu siyasətin nəticəsidir.

Hazırda dövlətin və xalqın qarşısında Böyük qayıdış, Qarabağı cənnətə çevirmək kimi bir missiya dayanır. Əminəm ki, Prezidentin bu istiqamətdə də strategiyası uğurla nəticələnəcək.

Prezidentin həm müharibə dövründə, həm də ondan sonra Azərbaycanı dünyaya daha yaxşı yöndən tanıtması xalqımıza da rəğbəti artırıb. Bunu daha da inkişaf etdirmək lazımdır. Odur ki, ölkədə hər kəs Prezidentin ətrafında birləşərək, vahid bir yumruğa çevrilərək çəkici eyni nöqtəyə vurmalı, ölkəmizi daha parlaq gələcəyə doğru ləyaqətlə aparmalıdır.

Xalqın yaddaşında qalan ən dəyərli söz – “Əziz Şuşa, sən azadsan!”

Fazil MUSTAFA,

Böyük Qurtuluş Partiyasının sədri,

Milli Məclisin deputatı:

– 2018-ci ildə cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləndə ən ali məqsəd olaraq Qarabağ probleminin həlli istiqamətində qəti addımların atılacağını cəmiyyətə vəd etmişdi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu son 25 ildə ilk dəfə idi ki, uğur qazanmışdı və bu uğur da bir neçə yaşayış məntəqəmizin, Cocuq Mərcanlının, xüsusilə strateji əhəmiyyətə malik olan Lələtəpənin azad edilməsi idi.

Prezident İlham Əliyev ilk növbədə ordu quruculuğu məsələsini prioritet olaraq götürüb. Dövlət başçısı dördillik hakimiyyəti tamam olmamış Qarabağ məsələsini əhəmiyyətli şəkildə həll etdi və onun rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Azərbaycan torpaqlarını düşməndən azad etdi. Böyük Qarabağda quruculuq işlərinin həyata keçirilməsi, bilavasitə dövlət başçısının rəhbərliyi altında Şuşanın qurulması, yolların çəkilməsi, Zəfər yolunun açılması, hərbi strateji yüksəkliklərdə Azərbaycan Ordusunun qüvvələrinin yerləşdirilməsi, Ermənistanla sərhəddə – Kəlbəcər, Laçında qüvvələrimizin mövqelərinin möhkəmlənməsi, Ağdamda minatəmizləmə işlərinin çox sürətlə aparılması və Qarabağda quruculuq prosesinə start verilməsi, ən nəhayət, Zəngəzur dəhlizinin açılması istiqamətində çalışmalar, həmçinin İran üzərindən avtomobil və dəmir yolunun çəkilməsi yönündə razılığın əldə olunması – bütün bunların hamısı Qarabağ istiqamətində ölkə Prezidenti İlham Əliyevin əslində strateji kursunun nə qədər dəqiq, ardıcıl yerinə yetirildiyini göstərən çox ciddi faktlardır.

İqtisadi cəhətdən ölkənin möhkəmlənməsi istiqamətində də çox böyük addımlar atılıb. Azərbaycan Aİ-nin enerji problemlərinin həlli istiqamətində ən vacib tərəfdaşlardan birinə çevrilib. Onun sözlərinə görə, bu dövrdə Prezidentin ən böyük addımlarından biri Azərbaycanın valyuta ehtiyatlarının güclənməsi və xarici borcunun minimuma endirilməsi idi.

Ən vacib məsələlərdən biri, bəlkə də tarixə düşəcək ən mühüm məsələlərdən biri Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması idi.

10 noyabr 2020-ci il tarixdə imzalanmış sənəd Ermənistanın məğlubiyyətinin etirafı idi. Azərbaycan ilk dəfə Ermənistan üzərində bu dərəcə genişmiqyaslı, köklü qələbə qazanmışdı və həmin müddəalara görə, Azərbaycanın 3 rayonu döyüş olmadan bizə təhvil verilmişdi. Bu da olduqca böyük uğurlardan sayılmalıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsindən sonra Türkiyə ilə Azərbaycanı bir-birinə yaxınlaşdıran, hərbi dəstək verməyi belə əsas götürən bir sənəddir. Bu sənədin həm Azərbaycan, həm Türkiyə parlamentində təsdiq olunması onun böyük əhəmiyyətinin olduğunu göstərdi.

Azərbaycan Rusiya ilə münasibətlərini də kifayət qədər balanslı qura bilib. Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalandı və həmin sənəddə də Azərbaycanın ərazi bütövlüyü, separatçılığa qarşı mübarizə və digər məsələlər öz əksini tapdı. Rusiya ilə normal münasibətlərin qorunub saxlanılması da məhz Prezident İlham Əliyevin illər öncə əsasını qoyduğu xarici siyasət kursunun davamıdır.

İranla münasibətlərdə ciddi irəliləyişlər oldu. Artıq İran ərazisindən yolun çəkilməsi ilə bağlı uzlaşma əldə olunub. Ölkələrimiz arasında normal qonşuluq münasibətləri mövcuddur.

Ən başlıca məsələlərdən biri Azərbaycanın Avropa İttifaqı və ABŞ-la xarici siyasətdə olan əlaqələri qurmasıdır. Bu gün Rusiya-Ukrayna savaşında mükəmməl xarici siyasət kursu izlənilir. Ukrayna ilə də münasibətlərimizin çox yüksək səviyyədə davam etməsini görürük. Ukrayna Prezidenti dəfələrlə Azərbaycanın Ukrayna xalqına, dövlətinə göstərdiyi dəstəyinə görə təşəkkür edib.

İlham Əliyev ikinci dəfə – 2018-ci ildə prezident seçiləndən sonra məhkəmə, hüquq islahatlarının genişlənməsi istiqamətində mühüm sərəncamlar verib ki, bu da məhkəmə islahatlarının sürətlənməsinə səbəb olan əsas amillərdən biridir.

Pandemiyanın çətin şərtlərində Azərbaycan az itkilərlə bu prosesdən çıxa bildi. Qısa müddətdə modul tipli xəstəxanalar tikildi, səhiyyə sistemi səfərbər olunaraq insanların həyatının təhlükəyə düşməsinin qarşısını əhəmiyyətli dərəcədə aldı. Prezidentin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu platformadan Azərbaycanın həm təbliğatı, həm də BMT platformasına daşınacaq qədər ideyaları gerçəkləşdirməsi mümkün oldu. BMT-də Azərbaycan Prezidentinin təşəbbüsləri ayrıca sənədlərdə əksini tapdı.

Prezident İlham Əliyev ötən 4 ildə bu qədər əhəmiyyətli işlər görməsi ilə qane olmur və hazırda Qarabağla bağlı, xüsusilə Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və digər məsələlər üzərində çox ciddi işlər görür. Bu işlərin nəticəsi yəqin ki, yaxın zamanlarda özünü göstərəcək. İlham Əliyevin 2018-ci ildə prezident seçilməsi əslində Azərbaycanın yeni uğurlara imza atmasına vəsilə oldu, çünki bu prezidentliyi dönəmində 30 ildən artıq həll edilməyən problem həllini tapdı. Bu, həmin dönəmin xüsusi dəyərə sahib olduğunu göstərir. Əminəm ki, bundan sonrakı 3 ildə də ölkə Prezidenti qarşısına qoyduğu vəzifələrin və xalqa verdiyi vədlərin yerinə yetirilməsini təmin edəcək. Qarabağda artıq silah səsi eşidilməyəcək. Ermənistanla da münasibətlər normallaşacaq.

Azərbaycanın indiki durduğu nöqtə kifayət qədər önəmlidir. Ölkə Prezidentinin Türk Dövlətləri Təşkilatının fəaliyyətində, Türk birliyi modelinin yaranması məsələsində aktiv rol aldığını da diqqətə çatdırmaq lazımdır. Məhz 2018-ci ildən sonrakı dövrdə Türk birliyinin yaranması istiqamətində ən çox səy göstərən iki dövlət var idi -Türkiyə və Azərbaycan. Bu, bilavasitə İlham Əliyevin iradəsi ilə gerçəkləşdirilən ən vacib məsələlərdən biridir. İlham Əliyevin prezidentliyi dövründə ən böyük tarixi hadisələrdən biri də Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı paradın keçirilməsi idi. Bu parad əslində Azərbaycanın Türkiyə ilə birlikdə koordinasiyalı şəkildə gələcəyin problemlərini həll etməsinin başlanğıc nöqtəsiydi. Fərəhlidir ki, bundan qısa müddət sonra yenidən Bakıda Zəfər paradı keçirildi. Eyni tribunadan həm Azərbaycan, həm də Türkiyə prezidentləri xalqımızı salamladı. Bundan böyük qürurverici hadisəni tapmaq olarmı?

Prezidentin 2018-ci ildən sonrakı dövrdə Azərbaycan xalqının yaddaşında qalan ən dəyərli, ən gözəl sözü “Əziz Şuşa, sən azadsan!” sözüydü. Onda Azərbaycan xalqı küçələrə axışdı, insanlar göz yaşlarını saxlaya bilmədi. Şuşanı azad görmək məhz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qabiliyyətinin nəticəsi idi. Buna görə də bu illər Azərbaycanın çox qiymətli dövrünü əhatə edir. Bizdən sonrakı nəsillər xüsusilə İlham Əliyevin 2018-ci ildən sonrakı prezidentlik dönəminin hadisələrini öyrənməklə, tədqiq etməklə məşğul olacaqlar. İllər keçəndən sonra xalqımız bunun dəyərini daha çox görəcəkdir. Ötən dövrdə qazandığımız qələbələr tariximizin heç bir dönəmində bu ölçüdə olmamışdı. Cənab İlham Əliyevi prezident seçilməsinin 4 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayıram. Əminəm ki, Azərbaycanın qüdrətli, iqtisadi cəhətdən ən yetkin və güclü dövlətlərdən biri olmasını məhz İlham Əliyev təmin edəcək.

Son 4 ildə siyasi partiyalar dialoq mühitinə daxil olub

Tahir KƏRİMLİ,

Vəhdət Partiyasının sədri,

Milli Məclisin deputatı:

– İlham Əliyevin 2018-ci ildə prezident seçilməsindən ötən 4 il Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Son yüzillikdə Azərbaycanın bu cür zəfər çalması, öz torpaqlarını işğaldan azad etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev təmkinli siyasətçi, böyük diplomat olmaqla yanaşı, özünü həm də böyük sərkərdə kimi göstərdi və Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Onun düzgün siyasəti nəticəsində Azərbaycan Ordusu nəinki qalib gəldi, eyni zamanda Azərbaycan xalqının düşmən qarşısında başını dik tutmasını bacardı.

Artıq “Dağlıq Qarabağ” adlı problem yoxdur. Son iki ildə ağır pandemiya dövründə Azərbaycan öz iqtisadiyyatının geriləməsinin qarşısını alıb və pandemiyadan ən yaxşı vəziyyətdə çıxan ölkələrdən biri olub. Eyni zamanda başqa dövlətlərə də bu sahədə humanitar yardımlar göstərdi. Azərbaycan Respublikası bu illər ərzində Qoşulmama Hərəkatına sədrlik etdi. Prezident İlham Əliyev hərəkata o qədər müvəffəqiyyətlə rəhbərlik etdi ki, onu təşkilata təkrar sədr seçdilər. Təsadüfi deyil ki, BMT-də bizim əleyhimizə olan qətnamənin müzakirəsi zamanı İlham Əliyevin ağıllı diplomatiyası nəticəsində Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın tərəfini tutdular. Artıq müharibədən sonra Qarabağda quruculuq işləri gedir, Böyük qayıdışa hazırlıq həyata keçirilir. Aeroportlar, şəhər və kəndlər tikilir, yollar salınır.

İlham Əliyevin son prezidentliyi dövründə neft sənayesi ilə yanaşı, qeyri-neft sənayesi də çox güclü inkişaf edib. Eyni zamanda 4 il ərzində Prezident Administrasiyasında dəyişikliklər olub. Qanunvericilik orqanları ilə iş üzrə xüsusi şöbə yaradılıb və demək olar ki, siyasi partiyalar dialoq mühitinə daxil olub. Partiyalara qərargahlar verilib, onlar qeydiyyatdan keçiblər. Cəmiyyətdə müəyyən ahəng, qarşılıqlı anlaşma yaranıb. Hesab edirəm ki, Azərbaycanın nüfuzu daha da yüksəlib və getdikcə daha da yüksələcək.

Prezident İlham Əliyevin ən böyük zəfəri Qarabağın azad olunmasıdır

Araz ƏLİZADƏ,

Azərbaycan Sosial Demokrat

– Sonuncu prezident seçkilərindən keçən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox böyük işlər görüb. Onlardan ən əsası insanların sosial təminatının yaxşılaşması, ötən dövrdə minimum əməkhaqqı, təqaüd və müavinətlərin artırılmasıdır. Pandemiya dövründə vətəndaşların yaxşı yaşaması üçün dövlət hər şey etdi, həmçinin işsizlərə müavinət verildi.

Prezident İlham Əliyevin ən böyük zəfəri Qarabağın azad olunmasıdır. Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ 44 gün ərzində işğalçılardan azad edildi, bununla da 30 illik işğala son qoyuldu. Hazırda Qarabağda böyük quruculuq işləri gedir. Qarabağın azad edilməsi İlham Əliyevin həyatına qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Görülən işlərin hamısı böyük uğurlardır.

Bununla yanaşı, ölkədə təhsil, elm, mədəniyyət sahəsində də çoxlu işlər görülür. Elmin inkişafı, yeni müəssisələrin açılışı, təhsil ocaqlarının artması, mədəniyyət ocaqlarının təmiri – hamısı Prezident İlham Əliyevin dövlətin inkişafı istiqamətində xidmətləridir. İlham Əliyevin prezidentliyi dövrünü çox uğurlu dövr adlandırıram. Azərbaycan üçün ondan yaxşı prezident təsəvvür etmirəm.

İlham Əliyev beynəlxalq arenada da çox böyük nüfuza sahibdir. Bu, Azərbaycanın da nüfuzunu beynəlxalq aləmdə artırır. Türkiyə ilə bağlanmış strateji əməkdaşlıq, Rusiya ilə bağlanmış müttəfiqlik haqqında saziş buna sübutdur. Bu sənədlər İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir. Bu onu göstərir ki, İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarıb.

Qalib Azərbaycanın seçimi

Əsli KAZIMOVA,

Azərbaycan Sosial Rifah Partiyasının sədri

– 2018-ci il aprelin 11-də müstəqillik yolu ilə inamla irəliləyən, ötən illər ərzində aparılan məqsədyönlü siyasət sayəsində zirvələrə yüksələn, regional güc amilinə çevrilən, dünyada ləyaqətli ölkə kimi tanınan müstəqil Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı – prezident seçkiləri uğurla baş tutdu. Azərbaycan seçicisinin mütləq əksəriyyətinin – 86,02 faizinin etimadını qazanan cənab İlham Əliyev dövlət başçısı seçildi. Bu mühüm siyasi hadisə müasir tariximizin yeni mərhələsinin başlanğıcına çevrildi.

2003-cü ildən xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət yeni, müasir qlobal çağırışlar müstəvisində təzahür etdi. “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Andçimə mərasimində möhtərəm Prezidentin bu fikirləri Azərbaycanın gələcək inkişaf yolunun mayakına çevrildi.

2018-ci il prezident seçkilərində xalqın seçiminin niyə məhz Prezident İlham Əliyev olmasını şərtləndirən mühüm amillər mövcuddur. Ölkəmiz cənab İlham Əliyevin prezidentliyi dövründə böyük inkişaf yolu keçdi – Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi öz mövqeyini daha da gücləndirdi. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır” deyən Prezident İlham Əliyev yeni dövr üçün sosial rifahın gücləndirilməsini, vətəndaş – dövlət vəhdətinin daha da möhkəmlənməsini mühüm hədəf kimi müəyyənləşdirdi. Qarşılıqlı olaraq xalqın mütləq etimadı, inamı və sevgisi prezident seçkilərinin nəticələrini müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi.

Siyasi uğurlar düzgün müəyyənləşdirilmiş iqtisadi siyasətə söykənir. Azərbaycanın dünya miqyasında gündən-günə artan siyasi nüfuzu Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün, milli maraqlara söykənən iqtisadi siyasət kursuna söykəndi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” deyən Prezident İlham Əliyev mühüm iqtisadi islahatlar vasitəsilə Azərbaycanı yeni yüksəliş yoluna çıxardı. Aparılan uğurlu siyasətin nəticələri isə statistik rəqəmlərlə göz önündədir – 2003-2019-ci illər ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir. Qeyd edilən 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 27 dəfə artıb. 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu rəqəm 2019-cu ildə 51, 2020-ci ilin ilk rübündə isə 52 milyard dollara çatıb. Ölkəmizdə yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb.

Postmüharibə dövrünün yaratdığı reallıqlar ölkəmizin qarşısında mühüm çağırışlar müəyyənləşdirməkdədir. Praqmatik siyasət kursuna malik olan Azərbaycan postmüharibə mərhələsində öz gündəliyini yeni reallıqlara və çağırışlara adekvat olaraq müəyyənləşdirib. Dövlət başçımızın müəyyənləşdirilən hədəflərlə bağlı özünün aydın baxışlarını ifadə etməsi onu deməyə əsas verir ki, ölkəmiz indiki strateji mərhələdə də uğurlara imza atmaqdadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ yenidən dirçəlir, qurulur. Bu ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu işləri həyata keçirilir. Bəhs olunan ərazilərin iqtisadi potensialı isə çox böyükdür. Azərbaycan həmin resurslardan maksimum səmərə ilə istifadə etmək və işğaldan azad olunmuş ərazilərdə 10-dan çox su elektrik stansiyası yaratmaq niyyətindədir. Beləliklə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki bərpaolunan enerji mənbələri hesabına ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib. Zəngilanda həyata keçirilən “ağıllı kənd”, “ağıllı şəhər” layihələri, Ağdamın və digər regionlarımızın baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər qısa zamanda Qarabağın cənnətə çevriləcəyinə böyük inam yaradır.

2003-2018-ci illər həm də milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev xalqı milli ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Bu amil II Qarabağ müharibəsi dövründə özünün təntənəsini bir daha ortaya qoydu. Azərbaycan xalqı bir yumruğa çevrilərək öz Ali Baş Komandanının ətrafında birləşdi. Vətənin azadlığı uğrunda şiddətli döyüşlər getdiyi dövrdə ölkəmizin siyasi palitrası vahid mövqe nümayiş etdirərək düşmənə qarşı eyni platformadan çıxış etdi. Xalq 2018-ci ildə etimad göstərdiyi öz Prezidentinin səsinə səs verdi. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2018-ci ildə xalqın cənab İlham Əliyevə etimad göstərməsi həm də bütün destruktiv və xain qüvvələrə yox deməsi idi. Bu nəticə bir daha göstərdi ki, radikalların və radikalizmin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox halda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Artıq neçə ildir ki, formalaşan yeni siyasi konfiqurasiya Azərbaycanın siyasi palitrasına mühüm yeniliklər bəxş edib. Vətən müharibəsi dövründə dünya ictimaiyyəti nadir təsadüf olunan bir mənzərə ilə qarşı-qarşıya qaldı – Azərbaycanın siyasi palitrasının mütləq əksəriyyəti vahid amal uğrunda, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi və dünyaya birlik mesajı verdi. Bu, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında yaranan siyasi dialoq mühitinin töhfəsi idi. Bu istiqamətdə aparılan siyasət gündən-günə daha da dərinləşdirilir. Yaranan siyasi situasiya özlüyündə mühüm demokratik ştrixləri birləşdirir – ölkəmizdə yeni siyasi münasibətlər formalaşır. Milli ideya ətrafında milli vəhdətin, birliyin təmin olunması Prezident İlham Əliyevin apardığı siyasətin təntənəsi kimi çıxış etməkdədir.

Ötən illər ərzində aparılan siyasətin ən mühüm komponentlərindən biri ölkəmizin müdafiə gücünün formalaşdırılmasıdır. Ötən 19 il ərzində Prezident İlham Əliyevin addım-addım inkişaf etdirdiyi yol XXI əsrin ikinci onilliyində ən böyük uğurun carçısı oldu – Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Azərbaycan Ordusunun sürətli inkişafı, müasir silahlarla təchiz olunması, döyüş qabiliyyətinin yüksəldilməsi bugünün qalib Azərbaycanının ilk təməllərini atdı. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərmişdisə, 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş müzəffər qalibiyyət Azərbaycanın qəti qələbəsini təmin etdi. 2018-ci ildə “Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq” tezisi 2020-ci ildə “Qarabağ Azərbaycandır!” şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirdi.

Azərbaycanın beynəlxalq arenada mövqeyi möhkəmlənib

Arzuxan ƏLİZADƏ,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri:

– 11 aprel 2018-ci il tarixli prezident seçkilərindən ötən 4 il ərzində əldə edilən uğurların zirvəsində Prezident İlham Əliyevin, Ali Baş Komandan olaraq bilavasitə rəhbərliyi altında reallaşdırılmış və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin yekunu olaraq 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad olunmasının dayandığını tam əminliklə demək olar. Əldə edilmiş bu möhtəşəm qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək qalib dövlətə çevrildi və regiondakı mövcud reallıqları öz xeyrinə dəyişdi. Əldə edilən Qarabağ zəfəri bu illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən ardıcıl tədbirlər və ölkə rəhbərinin bu sahəyə göstərdiyi xüsusi diqqətin məntiqi nəticəsidir.

Qələbəni şərtləndirən başlıca amillərdən biri kimi Prezident İlham Əliyevin diplomatiya müstəvisində yürütdüyü çevik siyasət və nəticə etibarilə ölkəmizin dünyada cərəyan edən siyasi proseslərin fəal iştirakçısına çevrilməsi əhəmiyyətli rol oynayıb. Belə ki, Azərbaycan bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurlu fəaliyyət həyata keçirməklə dünyada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, həmçinin beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə yanaşı, Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyini də yekdilliklə əldə edib. Nəzərə almalıyıq ki, 120 üzvü olan bu təsisat BMT-dən sonra ikinci ən böyük qurumdur.

Ötən il Azərbaycan Türk Şurasına uğurlu sədrlik edib və 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində azad edən dövlətin rəhbəri kimi cənab İlham Əliyevə Türk Şurasının Ali Ordeni təqdim edilib. Uğurlu fəaliyyətin nəticəsidir ki, üzvü olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmçinin Qoşulmama Hərəkatı daim Azərbaycanın haqlı işində ölkəmizə önəmli dəstək nümayiş etdirib. Ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilat kimi İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətimiz də uğurlu dəyərləndirilir.

Bu müstəvidə əldə edilən mühüm uğurlard an biri də Azərbaycanla qardaş Türkiyə Respublikası arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə bir sıra mühüm əlaqələrin inkişaf etdirilməsini özündə ehtiva edən tarixi Şuşa Bəyannaməsinin imzalanmasıdır. Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bir-birini qorumaq üçün birgə addımlar atacağı müddəası da nəzərdə tutulub ki, bu da hazırkı həssas dönəmdə xüsusi önəm daşıyan məsələdir.

İşğaldan azad edilmiş torpaqlarda müharibədən dərhal sonra başlanmış geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, ilk növbədə yol və digər zəruri infrastrukturların bərpası istiqamətində əhəmiyyətli işlər görülür. Qısa müddət ərzində Füzulidə beynəlxalq hava limanının inşa edilərək istifadəyə verilməsi, regionda digər hava limanlarının tikinti prosesinin davam etdirilməsi gələcəkdə işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının daha da artmasına əhəmiyyətli zəmin yaradacaq. Məqsəd təbii ki, erməni vandalları tərəfindən viran qoyulmuş əraziləri yenidən canlandırmaqla yanaşı, 30 ilə yaxın müddət ərzində öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın tezliklə dədə-baba torpaqlarına qaytarılmasıdır. Bu kontekstdə Prezident İlham Əliyevin 2021-ci ilin iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman əslində tarixi bir hadisədir. Bu fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb ki, bu amil gələcəkdə tarixi torpaqlarımıza qayıdış baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Xüsusi önəm verilməli məsələlərdən biri də 2018-ci il prezident seçkilərindən sonra sosial-iqtisadi sahədə, məhkəmə-hüquq sistemində, qanunvericilik, idarəetmə və digər sahələrdə islahatların, həmçinin siyasi islahatların həyata keçirilməsi istiqamətində bir sıra əməli addımların atılmasıdır. Həmçinin ölkədə fəaliyyət göstərən siyasi təşkilatlara yönəlik yeni münasibətlər sisteminin qurulmasına start verilib ki, bu da Azərbaycanın demokratik ölkə imicinin formalaşması və möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir.

Dövlətin güclü olması baxımından siyasi və iqtisadi imkanların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə əldə edilən uğurlar sayəsində Azərbaycanın beynəlxalq arenadakı mövqeyi də ciddi surətdə möhkəmlənib.

Son illərdə texnoloji inkişafa böyük önəm verilməsi, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin icra edilməsi sayəsində Azərbaycan regionun enerji və nəqliyyat mərkəzinə çevrilib. Bunun nəticəsidir ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan, həmçinin milli maraqlarımız nəzərə alınmadan heç bir beynəlxalq və irimiqyaslı layihə reallaşdırıla bilməz.

Azərbaycan həm də dünyada bir çox transmilli layihənin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş olaraq tanınır. Əldə edilən uğurlar sırasında, xüsusilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran “Cənub qaz dəhlizi”, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri kimi təşəbbüsləri gerçəkləşdirən ölkəmiz regional inkişafın aparıcı qüvvəsinə, energetika və nəqliyyat mərkəzinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.

Zəfərin baş memarı

Elşad MUSAYEV,

Böyük Azərbaycan Partiyasının sədri:

– İlham Əliyevin 2018-ci ildə Prezident seçilməsindən ötən 4 il zaman etibarilə çox mürəkkəb bir dövrü əhatə edir. Belə ki, bu müddət ölkəmizin, vətəndaşlarımızın həyatına çox ciddi təsir edən pandemiyanın tüğyan etməsi, özü ilə xeyli problemlər gətirməsi, 44 günlük Vətən müharibəsi və onun nəticələri ilə yadda qaldı.

İlham Əliyev istər pandemiya dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı çox böyük təşkilatçılıq və liderlik xüsusiyyəti nümayiş etdirdi. Pandemiyanın elə ilk günlərindən Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında dərman preparatlarının ölkəyə gətirilməsi, modul tipli xəstəxanaların dərhal tikilib istifadəyə verilməsi, Azərbaycanın pandemiya ilə əlaqədar bəzi ölkələrə yardım etməsi həyata keçirildi.

44 günlük Vətən müharibəsi son 200 ildə ilk dəfə torpaqlarımızın yağı düşməndən təmizlənməsi, Qarabağımızın işğaldan azad edilməsi ilə tarixə əbədi yazılacaq.

Prezident İlham Əliyev həm dövlət başçısı, həm Ali Baş Komandan kimi bu zəfərin əsas memarı olaraq öz bacarıq və qabiliyyətini dünyaya nümayiş etdirdi.

Biz indi həm işğalın nəticələrini aradan qaldırmalı, həm Qarabağı yenidən inşa etməli, həm xarici, həm də daxili siyasətimizdə olan problemləri, vəzifələri yerinə yetirməli, daim islahatlar aparılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Bu yolda Prezident İlham Əliyevə uğurlar arzulayırıq!

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox uğurlara imza atacaq

Əlisahib HÜSEYNOV,

Milli Həmrəylik Partiyasının sədri:

– Ölkəmizin bugünkü inkişafı və siyasi, iqtisadi, hərbi, mədəni sahələrdə əldə etdiyimiz silsilə uğurlar ilk növbədə Prezident İlham Əliyevin adıyla bağlıdır. Bugünümüzə və gələcəyimizə yön verən, xalqımızı və ölkəmizi yeni hədəflərə doğru aparan taleyüklü qərarların hamısının altında məhz cənab Prezidentin imzası var. 2003-cü ildən bəri yürüdülən ardıcıl və effektiv siyasətin nəticəsində Azərbaycan artıq bölgədə və dünyada xüsusi çəkisi, söz sahibi olan bir ölkəyə çevrilib.

Bu illər ərzində ölkəmiz bir çox siyasi burulğanlardan, sosial-iqtisadi proseslərdən keçib gəlib. Mən bir partiya sədri kimi ötən illər ərzində Azərbaycanın misilsiz inkişaf yolu keçməsi və əldə olunan uğurlar baxımından Prezidentin son 19 illik liderlik tarixçəsini iki mərhələyə bölmək istərdim. İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi təkcə onun özünün siyasi karyerasında deyil, ümumən müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Dövlət başçısının Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən 2018-ci ilə qədər olan müddət Azərbaycan tarixinə yeniləşmə və sürətli inkişaf dövrü kimi daxil olub.

Müstəqil Azərbaycanın gənc bir dövlət kimi dünya siyasi arenasında nüfuz qazanması və dövlətçilik əsaslarımızın möhkəmləndirilməsi məhz bu illərə təsadüf edir. 2003-2018-ci illər ərzində regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində Azərbaycanda ən müasir infrastruktur qurulub və irimiqyaslı layihələr həyata keçirilib. Təhlillər əsasında əminliklə deyə bilərik ki, ard-arda həyata keçirilən böyük iqtisadi layihələr birinci mərhələdəki inkişaf strategiyasının düzgünlüyünü və səmərəliliyini ortaya qoyub. Bu strategiyanın müəllifi də, əsas icraçısı da məhz

İlham Əliyevdir. Odur ki, siyasətçilər, partiya sədrləri Prezidentin liderlik keyfiyyətlərini, onun zəkasını, uzaqgörənliyini açıq etiraf etməli və qiymətləndirməlidirlər.

İlham Əliyevin ölkənin rəhbəri, millətin lideri kimi fəaliyyətinin ikinci mərhələsinin təməli 2018-ci ildən, daha doğrusu, həmin ildə keçirilən prezident seçkilərindən başlayıb. İndi həmin tarixi hadisədən 4 il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanması və ümumən seçkilərin nəticələri Azərbaycan xalqının iradəsinin göstəricisi idi.

Xalqımızın 2018-ci il seçkilərində İlham Əliyevə kütləvi dəstəyi indiyə qədər görülmüş işlərə qiymət verilməsi kimi dəyərləndirilməlidir. Bu seçkidə gələcək inkişafa və iki il sonra bizi gözləyən böyük zəfərə elliklə səs vermiş olduq.

2018-ci ildən etibarən ölkəmizdə islahatların yeni dalğasına start verildi. İlk növbədə kadr və struktur islahatları aparıldı, eləcə də idarərəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Xüsusən də torpaqlarımızın işğaldan azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə görüləsi nə iş varsa, hamısı icra edildi.

Ümumiyyətlə, son 18 il ərzində əldə olunan uğurların təhlilinə nəzər salsaq, Prezidentin verdiyi hər bir sözün, səsləndirdiyi bütün vədlərin sonradan onun əməli fəaliyyətində öz əksini tapdığını görərik. İlham Əliyevin prezidentlik fəaliyyətinin 44 günlük Vətən müharibəsinə qədər davam edən 17 illik birinci mərhələsində həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca, ümdə səbəbidir. Zəfəri gətirən 17 ili məhz bu strategiyanın ardıcıl və prinsipial şəkildə həyata keçirilməsinə xidmət edən dövr kimi səciyyələndirə bilərik. Zaman bu strategiyanın düzgünlüyünü əməli olaraq təsdiqlədi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan parlaq zəfər nəticəsində mənfur düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi. Bu, sıradan bir qələbə deyil.

Vətən müharibəsindəki qələbəmiz tarixə həqiqətən də qızıl hərflərlə yazılmış misilsiz bir zəfərdir. Mən bunu partiya sədri olmağımdan əlavə, həm də bir tarixçi-hüquqşünas kimi, Qarabağ qazisi kimi deyirəm. Əvvəla onu bilməliyik ki, xalqımız tarix boyu bir çox müharibələrin odundan, alovundan keçib gəlsə də, amma heç bir müharibə Vətən müharibəsi səviyyəsinə yüksələ bilməyib, bu şərəfli adı daşımayıb. İkincisi isə, son 500 illik tariximizdə cəmi bir-iki hökmdarı çıxmaq şərtilə, heç bir dövlət başçımıza Vətən torpaqlarını işğaldan azad etmək nəsib olmayıb. Tarix bu möhtəşəm missiya üçün məhz İlham Əliyevi seçdi. Bu baxımdan Qarabağı işğaldan azad etdiyinə görə İlham Əliyevi xoşbəxt lider adlandırmaq olar.

Məhz İlham Əliyevin sarsılmaz inamı və siyasi iradəsi nəticəsində ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti getdikcə daha da gücləndirildi. Ərazi bütövlüyümüzü təmin etmək üçün ordumuzun həm döyüş qabiliyyəti artırıldı, həm də müasir hərbi texnika ilə təminatı həyata keçirildi. Döyüş qabiliyyəti və ən müasir silahlara, hərbi texnikaya malik olmaq baxımından son illərdə ordumuz nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasına daxil oldu. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsindəki qəti zəfərimiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və eyni zamanda xalqımızın ədalətin bərpa olunacağına sarsılmaz inamını göstərdi. Bu baxımdan Qarabağın işğaldan azad edilməsi nəinki son 30 illik müstəqillik dönəminin, hətta son 500 illik dövlətçilik tariximizin, hərb tariximizin zirvə hadisəsi, dönüş nöqtəsi hesab edilə bilər. Bu da ilk növbədə Prezident İlham Əliyevin aktivinə yazılır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, eləcə də onun yürütdüyü qətiyyətli və milli maraqlara söykənən xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verib. Ötən dövr ərzində permanent uğurlu inkişaf prosesini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və malik olduğumuz güclü iqtisadi potensial Azərbaycanı sözün gerçək mənasında Cənubi Qafqazın lider dövlətinə çevirdi. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada bir çox transmilli layihənin təşəbbüskarı və icraçısı, həmçinin etibarlı tərəfdaş ölkə kimi tanınır.

Prezident İlham Əliyevin uğur istiqamətlərindən biri də diplomatiya sahəsidir. Onun rəhbərliyi altında son 18 ildə həyata keçirilən effektiv xarici siyasət bu gün Azərbaycanın bütün beynəlxalq təşkilatların yüksək kürsülərindən daha qətiyyətlə çıxış etməsinə imkan yaradır və ölkəmiz beynəlxalq siyasi proseslərin önəmli aktorlarından biri kimi qəbul edilir. Azərbaycan bir sıra hallarda hətta dünyanın diqqət mərkəzində olan məsələlərin həlli üçün vasitəçilik təşəbbüsləri ilə də çıxış edir. BMT-dən sonra dünyanın ikinci ən nüfuzlu təşkilatı sayılan Qoşulmama Hərəkatının dönəm sədri olmaq da Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirir. Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. İndi Cənubi Qafqazda şərtləri Azərbaycan diktə edir.

Azərbaycanın gücü həm də onun işğaldan azad edilmiş ərazilərin heç bir xarici ölkənin maddi dəstəyi olmadan bərpası və yenidən qurulması işlərini təkbaşına həyata keçirməsində özünü göstərir. Bəli, erməni vandalizminin nəticəsində xarabalığa çevrilmiş Qarabağ indi məhz Azərbaycanın öz imkanları hesabına yenidən dirçəlməkdədir. Azərbaycan dövləti azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərini uğurla davam etdirir. 30 illik işğalın fəlakətindən qurtulmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələri icra edilir, aeroportlar açılır, yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, məktəblər bərpa edilir, sənaye və kənd təsərrüfatı müəssisələrinin təməlləri qoyulur.

Əminliklə deyə bilərik ki, 1993-cü ildə Azərbaycanı parçalanmaqdan xilas edən Heydər Əliyev kimi güclü, qətiyyətli bir lider vardısa, bu gün də ölkəmizi inamla irəli aparmağa qadir olan, xalqımıza zəfər sevincini yaşadan Prezident İlham Əliyev kimi layiqli bir davamçı və təcrübəli siyasi rəhbər var. Mən əminəm ki, İlham Əliyevin rəhbərliyi və xalqımızın milli həmrəyliyi sayəsində Azərbaycan qarşıda hələ çox uğurlara imza atacaq, yeni hədəflərə doğru inamla yürüyəcək, böyüyəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.