3-cü sinif Azərbaycan dili dərsliyində təhlükəli şeir – VİDEO
Bir padşahın sarayında qızıl qəfəsdə bir bülbül vardı. Padşah ona nə qədər qulluq edirdisə, bülbül oxumurdu.
Fnn Azrbaycan dili Mvzu Cahargah fsansi e Sinif
Məzmun standartları 1. 1. 2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır. 2. 2. 1. Mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, ifadəli oxuyur 2. 2. 3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur. 2. 2. 4. Mətndəki əsas fikrə münasibəti bildirir.
Bir padşahın sarayında qızıl qəfəsdə bir bülbül vardı. Padşah ona nə qədər qulluq edirdisə, bülbül oxumurdu.
Vəzirin məsləhəti ilə quşu azadlığa buraxdılar.
Qəfəsdən çıxan kimi bülbül bir budağa qonub cəh-cəh vurmağa başladı.
Mətndə əsas fikir nədir?
1 -ci hissə Qədim zamanlarda bir musiqiçi yaşayırdi. Onun mahnıları dillər əzbəri idi. Camaat bu nəğməkarı çox sevirdi, çünki o öz nəğmələri ilə adamların sevincinə də, kədərinə də şərik olurdu. Bir gün ölkənin padşahı musiqiçini yanına çağırıb dedi: – Deyirlər sən çox mahir ifaçısan. Bundan sonra mənim sarayımda yaşayacaqsan. Mənim şərəfimə mahnılar bəstələyəcəksən. Dediklərimi eləsən, qızıl içində üzəcəksən, heç nəyə ehtiyacın olmayacaq. Padşah gözləyirdi ki, musiqiçi ona təşəkkür edib əllərindən öpəcək. Ancaq gözlədiyi kimi olmadı. Nəğməkar vüqarla dedi: – Padşah sağ olsun, mən xalqımdan aralı düşsəm, musiqi bəstələyə bilmərəm. Padşah bu sözlərdən qəzəbləndi. Əmr etdi ki, musiqiçini zindana salsınlar.
2 -ci hissə Musiqiçinin etibarlı dostları var idi. Onlar sözü bir yerə qoydular ki, nəğməkarı zindandan xilas etsinlər. Dostlar keşikçini aldadıb gecənin bir yarısı musiqiçini qaçırtdılar. Bu zaman şəhərin yaxınlığından bir karvan keçirdi. Dostlar karvanbaşının yanına getdilər. Xahiş etdilər ki, musiqiçini karvanla başqa ölkəyə aparsınlar. Karvan bir neçə gün səhra ilə yol getdi. Karvanbaşı gənc olduğundan karvan yolu azdı. Dəvələr hey gedir, ancaq karvan mənzil başına çatmırdı. Günəş qumu od kimi qızdırırdı. Dəvələrin boynundan asılmış zınqırovlar səhranın sükutunu pozurdu. Adamların suyu, yeməyi qurtarmış, dəvələr taqətdən düşmüşdü. Yolçular artıq hər şeydən əllərini üzmüşdülər.
3 -cü hissə Musiqiçi karvanbaşına yaxınlaşıb dedi: – Belə getsə, dəvələr bu səhrada yıxılıb qalacaqlar. İcazə ver, onların zınqırovlarını dəyişim. Karvanbaşı bu sözlərdən təəccüblənsə də, icazə verdi. Musiqiçi dəvələrin zınqırovlarını dəyişdi. Bəzilərini tarım, bəzilərini boş bağladı. Bir neçə dəvənin boynundan zınqırovu açıb başqalarına ikisini asdı. Karvan yoluna davam etdi. Bu zaman zınqırovların səsindən ecazkar bir musiqi yarandı, sanki ətraf aləm canlandı. Dəvələr musiqinin ahənginə uyğun olaraq gümrah yeriməyə başladılar. Yolçular musiqinin təsirindən susuzluğu unutdular. Bir müddətdən sonra karvan mənzil başına çatdı. Bu musiqi isə dildən-dilə düşüb “Cahargah” adı ilə məşhurlaşdı.
1 – ci hissə – “Padşahın təklifi” 2 – ci hissə – “Yolu azmış karvan” 3 – cü hissə – “Ecazkar musiqi”
Tədqiqat sualı Azadlıqdan məhrum olmuş sənətkar gözəl əsərlər yarada bilərmi?
3-cü sinif Azərbaycan dili dərsliyində təhlükəli şeir – VİDEO
Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan bir şeir sosial şəbəklərdə müzakirəyə çıxarılaraq, xüsusəndə valideynlərin narazılığına səbəb olub. Valideynlərin iddialarına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər. Məsələyə dərsliyin müəllifinin də münasibətini öyrənmişik.
3-cü sinif şagirdinin bu sözləri deməsində heç bir qəbahət yoxdur. Çünki Azərbaycan dili dərsliyinə bu fikrə əsas verən şeir salınıb. Bu şeirdə uşaqlara dərsdən yayınma aşılanır.
Şeirin bir misrasına nəzər salaq:
Sabahkı dərsdən mənim.
3-cü sinif ”Azərbaycan dili” dərsliyinin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur. Sözügedən şeirin adı isə Otuz Altı,Altı adlanır. Şeiri tərcümə edən isə elə dərsliyin müəlliflərindən biri olan Gülşən Orucovadır. Valideynlərin bir qismi kitabda uşaqlara tapşırıq olaraq verilən bu şeirin birbaşa şagirdlərin dərsdən yayınmaları üçün psixoloji təsir göstərdiyini deyirlər.
Dərsliyin müəllifi və şeiri tərcümə edən Gülşən Orucova isə deyilənələrlə razılaşmayaraq bildirir ki, şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər əslində şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər.
Gülşən Orucova bildirir ki, şeirin əks olunduğu bu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı da heç bir problem yaşanmayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Нажмите на видео для просмотра:
Agayeva Gulnarın Bloqu.Uğura aparan yol “Elektron Təhsil Müsabiqəsi” ndən keçdi.
Biz və Sosial Servislər -Ramil Süleymanov və Ayaz Abuşov
Mənimlə əlaqə
Animasiyalı Təqvim
Təhsili sevək
Heydər Əliyev
Heydər Əliyev Fondu
Qan Yaddaşımız
Azərbaycan RespublikasıTəhsil Nazirliyi
Elektron Təhsil müsabiqəsi
Mədəd
Kurikulum
Elektron xidmətlər
İnnovasiya.az
Təhsil Problemləri İnstitutu
Microsoft
Xalq kompüter
Pulsuz sinaq testləri
Azərbaycan Respublikasının Dövlət Himni
Heydər Əliyev
Ya Qarabağ Ya Ölüm
Milli Qurtuluş Günü
Blok okulu
26 iyun Silahlı Qüvvələr Günü
Musiqiden aciq ders
Elektron xidmətlər
Wikipedia
Arama sonuçları
Blog Arşivi
Bayrağım
Xoş gəlmisiniz
Məhəmməd Əmin Rəsulzadə
Qarabagı Unutma.
Onlayn Radio Vinnipuxla
Milli Kurikulum Təlim materialı-Abdulla Qəhrəmanov
Milli kurikulum vesait abdulla from AZERİ AZERBAYCAN
MilliNet
Faydalı İnternet Resursları
- Mental riyaziyyat
- Biliyni artır
- Müəllimlər üçün məntiq testləri
- Mədəd Azərbaycan MMC
- Karyeram.az
- Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi
- İsmayıllı müəllimləri qrupu
Azərbaycan müəllimi
Şagird
Kitab ruhun qidasıdır
Meqa Hafizə
Milli kitabxana
edu.mimo.az
http://mektebli.president.az/
İnteraktiv texnologiyalar ve müasir təhisil
Web2.0
Elektron Dərslik Portalı
Dostlarimin bloqlari
E-Twinning – https://live.etwinning.net/profile
4 yıl önce
– *İnternetdən istifadə edərkən diqqet etmək lazımdır* İnternet istifadəçilərinin – NƏZƏRİNƏ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbərdarlıq edib. Rabit.
7 yıl önce
Проведена научно–практическая конференция – 22 декабря 2015 года в 14:00 в “Grand Hotel Europa” города Баку Институт по Проблемам Образования Азербайджанской Республики (ИПОАР) провел научно – пра.
7 yıl önce
Tək Yol filmi – Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Əliyevin məktəbin şagirdləri ilə birgə hazırladığı vətənpə.
6 yıl önce
Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. – Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. .
2 yıl önce
“Humanist Pedaqoqika Mərkəzi”nin açılışı oldu – “Humanist Pedaqoqika Mərkəzi”nin açılışı oldu Bu gün Təhsil Problemləri İnstitutunda Azərbaycanda ilk olan yeni mərkəz, “Humanist Pedaqogika Mərkəzi” açıldı.
8 yıl önce
Kumpulan Silabus K13 Sma Revisi Terbaru 2017/2018 – *Kumpulan Silabus K13 Sekolah Menengan Atas Revisi Terbaru 2017/2018*. Pada kesempatan ini kami ingin membagikan Kumpulan file Silabus Kurikulum 2013 (K13.
Comments are closed, but trackbacks and pingbacks are open.