Press "Enter" to skip to content

PRİQOJİN KREMLİ VƏ GENERALLARI AÇIQ TƏHDİD ETDİ – Vaqner çəkilsə, Ukrayna Ordusu Rusiya sərhədini keçəcək. VİDEO

Bu videoda 3-cü sinif şagirdləri üçün Monitorinq, Summativ tipli Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, İngilis dili fənlərindən 40 .

3 cu sinif ingilis dili testleri

Bu hasretimdir rakamları çalışan sıranıyor oradan buradan ezberleyin sırayı 3 demekti sırayı üstüme. 8 denli 14.

3-cü sinif Monitorinq, Summativ sınaq testi | Az- dili, Riyaziyyat, Həyat bilgisi
มุมมอง 3.8K หลายเดือนก่อน

Bu videoda 3-cü sinif şagirdləri üçün Monitorinq, Summativ tipli Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, İngilis dili fənlərindən 40 .

İNGİLİS DİLİ DƏRSLƏRİ || 3-CÜ SİNİF TESTLERİ || SƏHİFƏ 3 , 4 , 5 , 6 , 7 #ingilis dili testleri
มุมมอง 8K 2 ปีที่แล้ว

ingilis dili test toplusu ingilis dili 5 ci sinif ingilis dili kurslari ingilis dili seviyyeleri ingilis dili müəllimi vakansiya ingilis dili .

3-cü sinif İngilis dili.Summative 3 (test 3)
มุมมอง 8K 2 ปีที่แล้ว
summativ 3. (4-cü sualda cavab b(sofa)olacaq)
3-cü Sinif İngilis Dili Sınaq Testi İzahı
มุมมอง 531 3 หลายเดือนก่อน
3-cü sinif İngilis dili.Summative 2 (test 2)
มุมมอง 8K 2 ปีที่แล้ว

summativ 3 Suallarınız və təklifləriniz üçün Telegram kanalım.(Linkden keçid edə bilərsiniz) t.me/ayisha_english_teacher.

3-cü sinif İngilis dili.Summative 1 (test 1)
มุมมอง 13K 2 ปีที่แล้ว
summativ 1.
3-CÜ SİNİF İNGİLİS DİLİ TEST || SEHİFE 93 , 94 , 95 , 96 #ingilis dili testleri
มุมมอง 4.3K 2 ปีที่แล้ว

ingilis dili test toplusu ingilis dili 5 ci sinif ingilis dili kurslari ingilis dili seviyyeleri ingilis dili müəllimi vakansiya ingilis dili .

İNGİLİS DİLİ DƏRSLƏRİ || 3-CÜ SİNİF TESTLƏRİ || SƏHİFƏ 8 , 9 #ingilis dili testleri
มุมมอง 3.9K 2 ปีที่แล้ว

ingilis dili test toplusu ingilis dili 5 ci sinif ingilis dili kurslari ingilis dili seviyyeleri ingilis dili müəllimi vakansiya ingilis dili .

3-CÜ SİNİF İNGİLİS DİLİ TEST || SƏHİFƏ 66 , 67 , 68 , 69 #ingilis dili testleri
มุมมอง 3.8K 2 ปีที่แล้ว

ingilis dili test toplusu ingilis dili 5 ci sinif ingilis dili kurslari ingilis dili seviyyeleri ingilis dili müəllimi vakansiya ingilis dili .

3-CÜ SİNİF İNGİLİS DİLİ TEST || SƏHİFƏ 28 , 29 , 30
มุมมอง 2.4K 2 ปีที่แล้ว

ingilis dili test toplusu ingilis dili 5 ci sinif ingilis dili kurslari ingilis dili seviyyeleri ingilis dili müəllimi vakansiya ingilis dili .

İngilis dili 3-cü sinif summativ 4
มุมมอง 3.5K 14 วันที่ผ่านมา

KSQ İngilis dili KSQ Kiçik Summativ Qiymətləndirmə KSQ-BSQ 3-cü sinif KSQ Gunay Akbarova Günay Əkbərova.

PRİQOJİN KREMLİ VƏ GENERALLARI AÇIQ TƏHDİD ETDİ – “Vaqner” çəkilsə, Ukrayna Ordusu Rusiya sərhədini keçəcək. ” + VİDEO

Belə görünür ki, “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevqeni Priqojinin Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı ilə qarşıdurması artıq bu qurumların hüdudlarını aşaraq, Kremlə qədər uzanmağa başlayıb. İndiyə qədər dəfələrlə nazir Sergey Şoyqu və Baş Qərargah rəisi, general Valeri Gerasimovu açıq təhqir və təhdid edən Priqojin son videomüraciətində Kremli də təhdid edib.

“AzPolitika.info ” xəbər verir ki, “Vaqner”-ə aid “telegram” kanalında yayımlanan yeni videomüraciətində Priqojin Ordu rəhbərliyini “Vaqner”-ə bilərəkdən silah-sursat, mərmi verməməkdə günahlandıraraq, əlavə edib ki, “Vaqner” olmasa, cəbhə çökəcək və Ukrayna Ordusu rus qoşunlarını Rusiya sərhədlərinə qədər, “hətta daha uzağa” qovacaq: “Əgər “Vaqner” indi geri çəkilsə, bu cür situasiya baş verəcək: məlum məsələdir ki, cəbhə xətti Rusiya sərhədinə, hətta daha uzağa qədər çökəcək. Ümumiyyətlə, vəziyyət Rusiyanın maraqlarını qoruyan bütün hərbi birləşmələr üçün şirin olmayacaq”.

O, deyib ki, “Vaqner” çəkiləcəyi təqdirdə cəbhə yay kimi gəriləcək və Ukrayna Ordusu sürətli əks-hücuma keçəcək: “Ukrayna Ordusu sol, sağ cinahlardan və mərkəzdən irəliləyərək, “lxr”-i, Luqanskı silərək, Rusiya sərhədinə çıxacaq. Ordu vəziyyəti stabilləşdirmək istəsə də, cinahlar çökəcək. Ardınca, Krım yeniləcək və başqa kataklizmlər olacaq. “

Priqojin deyib ki, hakimiyyət onun özəl hərbi şirkətini cəbhədə vəziyyət ağırlaşanda köməyə çağırıb. İndi isə o, geri çəkilsə, məğlubiyyətə görə məsuliyyəti onun üzərinə atacaqlar və belə bir fikir formalaşacaq ki, guya “Vaqner” pula, yaxud özünün başqa maraqlarına görə rəhbərliklə razılaşmayıb, ona görə də geri çəkilərək, məğlubiyyətə səbəb olub.

“Vaqner” rəhbəri öz döyüşçülərinin adından danışaraq, deyib ki, hakimiyyətdəkilər bu yolla Priqojinə və “vaqnerçilərə” tələ quraraq, onları güdaza vermək istəyirlər.

Priqojin acıq şəkildə təkcə Müdafiə Nazirliyində deyil, Kremldə də ona qarşı iş aparılmasından, bilərəkdən “Vaqner”-ə mərmi və digər silah-sursat verilməməsindən və məhbusların sözügedən özəl şirkətə cəlbinə qadağa qoyulmasından şikayətlənib: “Sıravi döyüşçülər soruşur ki, bəlkə Müdafiə Nazirliyi, hətta daha yuxarılar “Vaqner”i zərbə altında qoymağa, “silməyə” və əhaliyə”xüsusi hərbi əməliyyat”ın uğursuzluğunu bununla izah etməyə çalışırlar?”

Priqojin deyib ki, “Vaqner” hazırda Ukraynada döyüşən Rusiya qüvvələrinin “sementidir” və onlar geri çəkilsələr, müharibədəki məğlubiyyətə görə məsuliyyəti onların boynuna atacaqlar.

Bütün bunlar bir tərəfdən Priqojinin istənilən an “Vaqner”-i geri çəkə biləcəyi ilə Kremli təhdid etməsidir. Digər yandan, göründüyü kimi, Rusiya hərbi-siyasi elitasındakı qarşıdurma açıq müstəviyə çıxmaqla yanaşı, çox gərgin xarakter alır və artıq Putin hakimiyyəti üçün ciddi təhlükəyə çevrilir. Putinin Ukraynadakı hərbi qruplaşmaya rəhbərliyi Priqojinə və Ramzan Kadırova yaxın general Sergey Surovikindən alaraq, Gerasimova verməsi, onun Şoyqunun dəstəsini seçməsi anlamına gəlir. Bu, heç də əbəs yerə “saray daxili mini çevriliş” kimi qiymətləndirilmir. Məhz bundan sonra “Vaqner” mərmi çatışmazlığından şikayətlənməyə, Şoyuq ilə Gerasimovu açıq təhqir və hətta ölümlə təhdid etməyə başladı. İndi isə belə görünür ki, növbə Kremlə də çatıb.

Onu da qeyd edək ki, Priqojinin dediklərinin həqiqət payı kifayət qədər yüksəkdir. Doğrudan da “Vaqner” Ukraynadakı Rusiya hərbi qruplaşmasının ən döyüş qabiliyyətli və aktiv hissəsi sayılır. Priqojin öz başkəsənlərini cəbhədən çəksə, bu, təkcə fiziki baxımdan rus ordusunun zəifləməsi deyil, həm də onun onsuz da çox aşağı olan motivasiyasının tam məhvinə gətirib çıxara bilər. Bu isə gerçəkdən cəbhənin çökməsi və kütləvi qaçış deməkdir.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

BKM 2023-03-05 12:00:35

Yaramaz məxluqlar, qırın bir-birinizi!

Comments are closed, but trackbacks and pingbacks are open.