6 №-li palata
“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşət.
Anton Çexov “Altı nömrəli palata” PDF
Çexovun “6 nömrəli palata” əsəri ictimai-fəlsəfi problemləri iti şəkildə işıqlandıran xarakter daşıyır. Əsər vasitəsilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək, cəmiyyəti dağıdan ən əsas qüvvə olan insan şəxsiyyəti üzərində zorakılıq, hörmətsizlik, ona qarşı olan haqsızlıq və bəraət, cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsi kimi mühüm problemləri aydınlaşdırmağa çalışır.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Anton Çexov “Altı nömrəli palata” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
6 №-li palata
“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşət.
“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləridir.
Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır, ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə, özününsə palatada çürüməsinə daxilən dözə bilmir. Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox, insanın daxilində olduğunu deyir; fərqi yoxdur, insan istər palatada olsun, istər evində, əgər o, dərrakəli insandırsa, deməli, xoşbəxtdir.
Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı. Cəmiyyətin kəmağıl, mənfəətpərəst olması onu mənən incidirdi; o yalnız palatada, Qromovla söhbət edərkən rahatlaşırdı. Əslində, Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı – dəlixanadakıların, əslində, ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyyatsız olduğunu – çatdırır.
- Marka Parlaq İmzalar
- Məhsul Kodu 7274
- Anbardakı sayı 5
- Qiyməti 6,00 AZN
- Çatdırılma vaxtı 48 saat
“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləridir.
Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır, ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə, özününsə palatada çürüməsinə daxilən dözə bilmir. Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox, insanın daxilində olduğunu deyir; fərqi yoxdur, insan istər palatada olsun, istər evində, əgər o, dərrakəli insandırsa, deməli, xoşbəxtdir.
Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı. Cəmiyyətin kəmağıl, mənfəətpərəst olması onu mənən incidirdi; o yalnız palatada, Qromovla söhbət edərkən rahatlaşırdı. Əslində, Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı – dəlixanadakıların, əslində, ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyyatsız olduğunu – çatdırır.
namiqbagirli
Anton Pavloviç Çexovun seçilmiş hekayələr kitabını bir il bundan əvvəl almışdım, nəhayət 2 ay bundan əvvəl oxudum bütün hekayələri. Çexovun hekayələri çox fərqilidir, bu, sanki gündəlik qarşılaşdığımız, lakin fərqində olmadığımız hadisələrdir. Qüssə, Rotşilddin Skripkası, Bədbəxtlik, Xoşbəxtlik, Məmurun Ölümü, Qadası, 6 nömrəli palata və sairə hekayələr kitabda yer almışdır. İndi sizə 6 nömrəli palata hekayəsindən bir az danışmaq istəyirəm.
Əsərdəki hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatənmiş bir yerdə yerləşən 6 bömrəli palatada baş verir. Buradakı xəstələr unudulmuş, tərk edilmiş xəstələrdir. Onlara kimsə baş çəkmir. Hər bir xəstənin özünəməxsus xəstəliyi var : biri gecə-gündüz qüssə içində olur , biri səhərdən -axşama kimi küçələrdə dilənir ( Moyseyko) , hamıya qulluq edir, yoldaşlarına su verir, bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya humanistliklə etmir, yalnız bunu etmək istəyir vəssalam. Palatada gənc xəstə olan İvan isə bura təqibolunma xəstəliyindən əziyyət çəkdiyi üçün salınır. Çox savadlı olan, mütaliə etməyi sevən İvan çox acılar çəkmişdir : ilk öncə universitetdə oxuyarkən atasını itirmiş, daha sonra isə anasını, pulsuzluqdan əziyyət çəkmişdir. və bir gün küçə ilə addımlayarkən ona elə gəlir ki, kimsə onu ziləyir, arxasına düşüb, beləcə onda bu fobiya yaranır , nəticədə isə onu bu palataya salırlar. .Palatadakı xəstələrdən,dövrün tibbi şəraitinin pis olması,dəlilərə laqeyd yanaşılma,həqiqətin ayaq altına alınması və.s əsərdə yer almışdır.. Həyatda daim əzab-əziyyət görən İvan Dmitriç və hər şeyə laqeyd yanaşan,sionist Andrey Yefimiç. Eyni zamanda xəstəxanadakı digər xəstələr,onların davranışı çox mükəmməl təsvir olunmuşdur. 58səhifəlik bir hekayədə bu qədər şeyin bir araya yığılması Çexov ustalığından başqa bir şey deyildir.
Hekayədəki baş qəhrəman olan həkim Andrey yefimiç də mütaliə etməyi sevən birisidir, ilk öncə xəstəxanaya təyin olmamışdan öncə xəstələrlə ədalətli davranacağını, onlara kömək olacağını qarşısına məqsəd qoymuşdusa da sonradan buradakı şəraitlə tanış olduqdan sonra fikrindən vaz keçir, günlərini kitab oxumaqla keçirərək xəstəxanaya baş çəkmir. Bir gün nəsə xəstəxanaya gedəsi olur. Bu zaman İvan onu söyür, onu qovur. Çünki o İvanı burada məcburən saxlayır, çöldə dəlilər olduğu halda onların əvəzinə o buradadır. Beləcə həkimlə İvan arasında münasibət yaranır. Söhbət əsnanında belə məlum olur ki, İvan çox acılar çəkmişdir, lakin həkimsə heç bir əzab çəkməmiş, yalnız kitabları oxumaqla yetinmişdir. Çexov buraa onu vurğulamq istəyir ki, insan həyatı kitabdan deyil, həyatın elə özündən öyrənə bilər, ola bilər ki, sən hansısa fəlsəfəni gözəl biləsən, həyata dair fikrilərin ola, amma sən o əzab çəkənin nələr çəkdiyini bilə bilməzsən. Məsələn bu dialoq :
-Madam ki, həbsxanalar və dəlixanalar var, demək bunlarda bir adam yatmalıdır, eləmi? Siz düşməəsəniz, mən düşməsən, bir başqası düşəcək. Səbr eləyin, bir vaxt gəıəcək ki, həbsxanalar və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmaqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə belə bir zaman gec-tez gəlib çatacaqdır.
– Siz zarafat edirsiniz, lakin möhtərəm cənab, əmin ola bilərsiniz ki, gözəl vaxtlar gəlib çatacaqdır. Qoy mənim sözlərim sizin xoşunuza gəlməsin, bu sözlərə gülün, lakin yeni həyat şəfəqi parlayacaq, həqiqət qalib gələcək və bizim küçədə də bayram olacaq. Mən bunu görə bilməyəcəm, ancaq kiminsə nəvəsi ya nəti əsi o günü gözləri ilə görəcək. Onları səmimi qəlbdən təbrik edirəm və xoşbəxtlikıərinə sevinirəm.
– burada sevinməyə bir səbəb görmürəm. Həbsxana və dəlixanalar olmayacaq, siz buyurduğunuz kimi həqiqət qalib gələcək, lakin şeylərin mahiyyəti dəyişməyəcək, təbət qanunları olduğu kimi qalacaqdır. Adamlar indiki kimi xəstələnəcək, qocalacaq və öləcəklər. Həyatınızı nə qədər gözəl bir şəfəq işıqlandırsa da, yenə axırda sizi tabuta qoyub torpağa basdıracaqlar!
– Bəs ölməzlik, bəs ədəbiyyət necə?
-Siz inanmırsınız, amma mən inanıram. Dostoyevskinin ya da Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu insanlar özü uydurub yaradardılar. Mən qəti sürətdə əminəm ki, ölməzlik, əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec -tez nail olacaqdır!
Zaman keçdikcə onların arasnda müzakirələr çoxlarının diqqətini cəlb edir, xəstə bir adamla həkimin söhbəti hamıya qəribə gəlir, beləcə həkimi dəli hesab edirlər. Burada Andreyin bir sözü var : Bu şəhərdə bircə dənə ağıllı adam tapdım, o da dəlidir. Andrey həmişə kiminləsə oturub söhbət etmək, həyat, yaşayış barəsində müzakirə etmək istımişdir, amma belə bir adam tapmamışdır, nəhayət İvana rast gəlmiş, bu da cəmiyyətdə qınaqa səbəb olmuşdur. Və nəhayət həkimi də palataya dəli olaraq salırlar, beləcə həkim başa düşür ki, xəsyələr çox əziyyyətləır çəkmişlərmiş, onun isə bunlardan xəbəri yoxdur, əsərin sonunda isə Andrey ölür…
-Məni niyə burada saxlayırsız?
– Xəstə olduğunuz üçün.
– Hə xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayıra bilmirsiz. Nə üçün mən və bu yazıqlar hamının əvəzinə günahkar kimi burda qalmalıyıq? Nə üçün siz, feldşer, nəzrətçi əxlaqca bizdən aşağı olduğunuz halda özünüz burda yatmayıb, bizi yatırdırsız? Bəs məntiq hanı?
Mark Avreli deyib ki, “ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – ağrı öz-özünə yox olar
Bizim əqidəmiz müxtəlifdir, siz məni öz məsləkinizə sarı cəlb edə bilməzsiniz. Siz həyatla bilmərrə tanış deyilsiniz və ömrünüz uzunu heç vaxt əzab çəkməmisiniz, mən isə anadan olduğum gündən indiyənədək arasıkəsilməz əzab çəkmişəm, ona görə də açıq deyirəm : mən özümü sizdən yüksən və hər bir cəhətdən məlumatlı hesab edirəm.
Tənhalıq olmadan həqiqi səadət mümkün deyil İblis yəqin başqa mələklrin bilmədiyi təkliyi arzuladığı üçün Allaha xəyanət etmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.