Press "Enter" to skip to content

8-ci azrbaycan beynlxalq tibbi-praktiki konfrans

Nazir İnam Kərimov aqrar sahənin inkişafının və elmi təminatının yaxşılaşdırılması istiqamətində Elmi-Tədqiqat İnstitutlarının fəaliyyətinə toxunub. Qeyd edib ki, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu uğurlu inkişaf yolu keçərək elmə layiqli töhfələr verib, institutun laboratoriyalarında dünya şöhrətli alimlər yetişib: “Bu gün çox əlamətdar tədbirə – İnstitutun belə görkəmli alimlərindən olan Professor Nəriman Mikayıl oğlu Şirinovun və Akademik Yaqub Hüseyn oğlu Hacıyevin 90 illik yubileylərinə həsr olunmuş konfransa toplaşmışıq. Dünya baytarlıq elminin və təcrübəsinin nailiyyətlərinə yiyələnmiş bu alimlər Baytarlıq Elmi-Tədqiqat İnstitutunda çalışmış, bu sahədə onlarla savadlı mütəxəssislər hazırlamışlar. Görkəmli alimlər kənd təsərrüfatı heyvanları və ev quşlarının xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair strategiya hazırlayaraq baytarlıq təbabəti sahəsinə böyük töhfələr vermişlər. Yüksək maddi-texniki bazaya malik olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu gənc alim və mütəxəssislərin hazırlanması istiqamətində daha səylə çalışmalıdır. Yetişməkdə olan gənc nəsil görkəmli alimlərimizin elmi-tədqiqat işləri ilə yaxından tanış olmalı və bu sahədə yenilikləri öyrənməyə və tətbiq etməyə can atmalıdır”.

8-ci azrbaycan beynlxalq tibbi-praktiki konfrans

2021-10-08 17:20:00

BMU-da beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 26-27 noyabr 2021-ci il tarixlərində “II Beynəlxalq Elm və Texnologiya” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. AzEdu.az xəbər verir ki, konfransın məqsədi mühəndislik və onunla əlaqəli sahələrdə çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni araşdırmaları, düşüncələri bölüşmək, universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, həmçinin rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır. Beynəlxalq tədbir Təbiət elmləri, Kompüter elmləri və informasiya texnologiyaları, Kimya mühəndisliyi, Təbiət elmləri və mühəndisliyin inteqrasiyası, Mexanika və maşın mühəndisliyi, Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi, Ətraf mühit və ətraf mühitin mühafizəsi, Memarlıq və inşaat, Logistika və nəqliyyat, Sənaye mühəndisliyi seksiyaları üzrə təşkil olunacaq. Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq. Ali təhsil müəssisələrinin elmi işçiləri və müəllimləri, mühəndis və texniki elmlər sahəsində mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçilər konfransa qoşulmaqla öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar. 15 noyabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir. Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək. Konfransla bağlı daha ətraflı məlumatı qeyd edilən linkə (https://beu.edu.az/az/announcement/bmu-da-ii-beynelxalq-elm-ve-texnologiya-adli-elmi-praktiki-konfrans-kecirilecek-157) daxil olaraq əldə etmək mümkündür.

Bu bölməyə aid digər xəbərlər

Universitetin laborantı işdə vəfat edib

2023-03-09 14:11:00

UNEC tələbələri üçün proqramlaşdırma təlimləri keçirilir

2023-03-09 13:42:00

UNEC tələbələri Heydər Əliyev Mərkəzində

2023-03-09 12:59:00

BMU İdrak liseyinin şagirdləri arasında görüş keçirib

2023-03-09 12:05:09

UNEC xanımlar üçün konsert təşkil etdi

2023-03-09 11:29:00

Azərbaycan Universitetinin prorektoru İsveçdə olub

2023-03-08 14:41:00

LDU-da Beynəlxalq Qadınlar Günü qeyd edilib

2023-03-08 12:00:35

Mixalko: “Qadınlara hər cür imkanların yaradıldığı cəmiyyət hərtərəfli inkişaf edəcək”

2023-03-08 09:18:22

BMU-da 8 Mart münasibətilə tədbir keçirilib

2023-03-08 09:05:26

“UNEC-də təqaüd alan tələbələr azalmayıb, artıb” – REKTOR

8-ci azrbaycan beynlxalq tibbi-praktiki konfrans

Bakıda mərhum akademik Yaqub Hacıyevin və professor Nəriman Şirinovun 90 illik yubileylərinə həsr olunmuş “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfransı keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda xarici ölkələrdən alimlər, mütəxəssislər, quşçuluq və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri, menecerləri, sahə və rayon həkimləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova deyib ki, institut baytarlıq sahəsində fundamental və innovativ elmi-tədqiqat işlərinin aparılması, yeni müalicə və profilaktika vasitələrinin axtarılması istiqamətində fəaliyyət göstərir: “Baytarlıq elmində əldə olunmuş yeni nailiyyətlərin təsərrüfatlarda geniş tətbiq edilməsi müvəffəqiyyətlə həyata keçirilir. Bununla yanaşı, institutun perspektiv planında 2025-ci ilə qədər hədəf olaraq qarşıya məqsədlər qoyulub. Baytarlıq sahəsində innovasiyaların tətbiqinə yönəlmiş bu hədəflər qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanaraq respublikamızda baytarlığın inkişafına stimul verəcək”.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.

Nazir İnam Kərimov aqrar sahənin inkişafının və elmi təminatının yaxşılaşdırılması istiqamətində Elmi-Tədqiqat İnstitutlarının fəaliyyətinə toxunub. Qeyd edib ki, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu uğurlu inkişaf yolu keçərək elmə layiqli töhfələr verib, institutun laboratoriyalarında dünya şöhrətli alimlər yetişib: “Bu gün çox əlamətdar tədbirə – İnstitutun belə görkəmli alimlərindən olan Professor Nəriman Mikayıl oğlu Şirinovun və Akademik Yaqub Hüseyn oğlu Hacıyevin 90 illik yubileylərinə həsr olunmuş konfransa toplaşmışıq. Dünya baytarlıq elminin və təcrübəsinin nailiyyətlərinə yiyələnmiş bu alimlər Baytarlıq Elmi-Tədqiqat İnstitutunda çalışmış, bu sahədə onlarla savadlı mütəxəssislər hazırlamışlar. Görkəmli alimlər kənd təsərrüfatı heyvanları və ev quşlarının xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair strategiya hazırlayaraq baytarlıq təbabəti sahəsinə böyük töhfələr vermişlər. Yüksək maddi-texniki bazaya malik olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu gənc alim və mütəxəssislərin hazırlanması istiqamətində daha səylə çalışmalıdır. Yetişməkdə olan gənc nəsil görkəmli alimlərimizin elmi-tədqiqat işləri ilə yaxından tanış olmalı və bu sahədə yenilikləri öyrənməyə və tətbiq etməyə can atmalıdır”.

Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli baytarlıqla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərə daim ehtiyacın olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin müxtəlif istiqamətlərdə elmə maraq göstərməsi bu sahələrdə davamlı uğurları təmin edir.

Daha sonra tədbirdə akademik Yaqub Hacıyevin və professor Nəriman Şirinovun ailə üzvləri çıxış edərək görkəmli elm xadimləri ilə bağlı xatirələrini bölüşüb, elmdə əldə etdikləri uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Dünya Heyvan Sağlamlığı Təşkilatının Baytarlıq qanunvericiliyi üzrə beynəlxalq mütəxəssisi Kazimiras Lukauskas heyvan xəstəliklərinə qarşı mübarizə, heyvanların sağlamlığının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Tədbir kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, arıların və balıqların infeksion, invazion və yoluxmayan xəstəliklərinin ən müasir texnologiyalar əsasında öyrənilməsi, baytarlıq-sanitariya, müalicə-profilaktika, molekulyar biologiya və digər sahələrdə son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirilib.

Konfrans noyabrın 26-da başa çatacaq.

Azərbaycan Texnologiya Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

5 May , 2022 22:25

https://static.report.az/photo/34143bc9-b9bb-385a-90ea-6707bfd05df5.jpeg

Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən elmi konfrans hibrid formatda təşkil edilib. Tədbirdə Türkiyə, Bosniya və Hersoqovina, İsveç, Hindistan, Almaniya, Cənubi Koreya və MDB ölkələri də olmaqla ümumilikdə 12 ölkənin universitetlərinin elm adamları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan konfransda ümummilli liderin, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov açılış nitqində bildirib ki, universitet hər il ənənəvi olaraq beynəlxalq konfransları ümummilli liderə həsr etməyi özünə mənəvi borc bilir. Çünki universitetin əsası 50 il əvvəl Heydər Əliyev tərəfindən qoyulub. Rektor inkişaf etmiş ölkələrin geniş texnoloji imkanlarının elmi innovasiyaların elm tutumlu sənayeyə tətbiqi ilə bağlı olduğunu vurğulayaraq tədbirin mövzusunun aktuallığına diqqət çəkib, konfransın məhsuldar olacağına əminliyini ifadə edib. Sonra Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin nümayəndəsi Teymurlan Şabanov, KOBİA-nın idarə heyətindən Teymur Cəfərov, Kocaeli Səhiyyə və Texnologiya Universitetinin rektoru Muzaffer Elmas, İstanbul Texniki Universitetinin professoru Sema Erentürk, Respublika Rəssamlar İttifaqının üzvü Qasım Qasımov çıxış ediblər. Konfransın plenar iclasında İsveçin Linnaeus Universitetinin professoru Alastair Şelmanın, Cənubi Koreyanın Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin eksperti Byung Chang Yullun, Belarusun Vitebsk Dövlət Texnologiya Universitetinin nümayəndəsi Yelena Vankeviçin, Bosniya və Hersoqovinanın Bihac Universitetindən Ajna Jodanoviçin, Azərbaycan Dövlət İqtisad Universtetindən Fazil Vəliyev və Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyevin məruzələri dinlənilib. Tədbir sonra 8 istiqamət üzrə panel iclaslarla davam edib. Qeyd edək ki, konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olmaqla ümumilikdə 150-dən artıq tezis salınıb.

Comments are closed, but trackbacks and pingbacks are open.