Press "Enter" to skip to content

9-cu sinif buraxılışda balların hesablanm a qaydası pdf

2021-02-04 12:45:00

9-cu sinif buraxılışda balların hesablanm a qaydası pdf

Təhsil Nazirliyi orta məktəblərin 9-cu sinifləri üzrə buraxılış imtahanlarının cavablarını açıqlayıb. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən məlumat verilib.
Şöbədən bildirlib ki, cavablar nazirliyin internet saytına yerləşdirilib.

Modern.az saytının məlumatına görə, 2-17 iyun aralığında respublikanın 60 şəhər və rayonunda ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilmişdi.

(Cavabları bilmək üçün bu linkə daxil olmaq lazımdır – //exam.edu.gov.az/)

9-cu siniflər üzrə buraxılış imtahanları ana dili və riyaziyyatdan keçirilib. 50 sualın 25 – i ana dilinə qalan 25 – i isə riyaziyyat fənninə aid idi.

Hər bir fənn üzrə sualların 20% – dən 50% – nə qədər düz cavab verən şagird “3”, 50% – dən 80% – nə qədər düz cavab verən “4”, 80%-dən 100%-ə qədər düz cavab verən şagird isə “5” ilə qiymətləndirilib. Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird “3”, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird “4”, ən azı 20 və daha artıq suala düz cavab verən şagird “5” qiyməti alıb.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, 9-ci sinif şagirdlərinin şəhadət­namələrinə yazılacaq ye­kun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymət­ləri əsasında hesablanacaq.

2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (11-ci və 9-cu) siniflərini 101521 şagird bitirib.

9-cu sinif buraxılışda balların hesablanm a qaydası pdf

2020-01-24 13:53:00

Buraxılış və blok imtahanlarında balların hesablanması qaydaları – Bütün detallar

AzEdu.az təhsil eksperti Elçin Əfəndiyə istinadən abituriyentlər üçün buraxılış və blok imtahanlarında balların hesablanma qaydalarını təqdim edir: I qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Riyaziyyat-Qəbul imtahanı
Fizika-Qəbul imtahanı
Kimya-Qəbul imtahanı II qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Riyaziyyat-Qəbul imtahanı
Coğrafiya-Qəbul imtahanı
Tarix (Azərbaycan və dünya)-Qəbul imtahanı III qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Azərbaycan dili (tədris dili)-Qəbul imtahanı
Ədəbiyyat-Qəbul imtahanı
Tarix (Azərbaycan və dünya)-Qəbul imtahanı IV qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Biologiya-Qəbul imtahanı
Fizika-Qəbul imtahanı
Kimya-Qəbul imtahanı V qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış/Qəbul imtahanı
Riyaziyyat-Buraxılış/Qəbul imtahanı
Xarici dil-Buraxılış/Qəbul imtahanı -İmtahanların keçirilməsi və sual qoyuluşunda hansı dəyişikliklər olacaq? -Buraxılış imtahanlarında abituriyentlər kurikulum əsaslı tapşırıqlardan, yazı vərdişləri və qavrama vərdişləri tapşırıqlarından, eləcə də ESSE yazmaqla imtahan verəcəklər. Qəbul imtahan mərhələsində isə qapalı və açıq tipli testlərdən imtahan verəcəklər. Necəki bu il 9-cu siniflərin buraxılış imtahanında Dövlət İmtahan Mərkəzi bu üsulu tətbiq etmişdi.
Qəbul imtahanları balların fənlərə görə bölgü prinsipi fikrimcə, bu şəkildə olacaqdır. Deməli, buraxılış imtahanı bütün qruplar üzrə: Azərbaycan dili (tədris dili)-100 bal
Riyaziyyat-100 bal
Xarici dil-100 bal
Qəbul imtahanları: I qrup üzrə:
Fizika-200 bal
Riyaziyyat-100 bal
Kimya-100 bal II qrup üzrə:
Coğrafiya-200 bal
Tarix (Ümumi və Azərbaycan)-100 bal
Riyaziyyat-100 bal III qrup üzrə:
Tarix (Ümumi və Azərbaycan)-200 bal
Ədəbiyyat-100 bal
Azərbaycan dili-100 bal IV qrup üzrə
Biologiya-200 bal
Kimya-100 bal
Fizika-100 bal V qrup üzrə
Azərbaycan (tədris dili)-100 bal
Riyaziyyat-100 bal
Xarici dil-100 bal Balların hesablanma texnikası və ya düsturu -Burada Dövlət İmtahan Mərkəzi hər fənn üzrə 25 sual tətbiq edərsə, bu zaman ümumilikdə 150 sual ola bilər. Fikrimcə daha uyğun variant hər fənn üzrə 20 sualın tətbiq olunmasıdır. Halbuki bir neçə il öncə ümumi sual sayı 120 idi. Düşünürəm ki, ilk mərhələ üzrə 60, ikinci mərhələ üzrə də 60 sual təqdim edilərsə, abituriyentlərin bu sualları cavablamağa zamanları kifayət edər. İstənilən halda hesablama düsturunu bu iki variant üzrə tətbiq etsək, bu zaman düzgün cavabların sayı vurulacaq 4-ə və ya 5-ə. Alınan nəticədən çıxılacaq səhv cavabların sayı. Buradan da nəticə alınacaqdır. Bu qaydanı düsturla ifadə etsək, o zaman NB=D*4 və ya 5, NB-S=N, N*2=N olacaqdır.
Burada NB-nisbi baldır.
D-düzgün cavabların sayıdır.
4 və ya 5 bir suala görə verilən baldır (əgər 25 sual olarsa, 4-ə, 20 sual olarsa 5-ə vurulacaqdır).
N-nəticədir.
N*2 düsturu isə əsas fənlərin nəticəsinin 2 əmsalına vurulmasıdır.
Buraxılış və qəbul imtahan fənlərinin hər biri üzrə 25 və ya 20 sual təqdim olunarsa, o zaman yuxarıda qeyd etdiyim düsturu tətbiq edə bilərik.
Azərbaycan dili 25*4 və ya (20*5)=100/100
Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90, 92-2=90 və ya 90-2=88 bal.
Məsələn 2-ci qrupda coğrafiya fənni 200 balla qiymətləndirilərsə, o zaman hesablama qaydası belə ola bilər:
25*4=100 və ya 20*5=100 bal, 100*2=200 bal.
Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90. 92-2=90 və ya 90-2=88 bal.
90*2=180 və ya 88*2=176 bal
Qeyd edim ki, yeni qəbul qaydalarında da səhv sual düzgün suala təsir edəcəkdir.
Beləliklə, buraxılış imtahanları 300 bal, qəbul imtahanları 400 bal. I qrupda əsas fənlər: Riyaziyyat/hər iki imtahan üzrə 200 bal
Fizika qəbul imtahanına görə 200 bal. II qrupda əsas fənlər: Riyaziyyat/hər iki imtahan üzrə 200 bal
Coğrafiya qəbul imtahanına görə 200 bal. III qrupda əsas fənlər: Azərbaycan dili (tədris dili)/hər iki imtahan üzrə 200 bal
Tarix (Azərbaycan və dünya) qəbul imtahanına görə 200 bal. IV qrupda əsas fənn: Biologiya qəbul imtahanına görə 200 bal.
V qrupda isə buraxılış imtahanında olduğu kimi: Azərbaycan dili (rus dili)-100 bal, Riyaziyyat-100 bal, Xarici dil-100 bal olacaqdır. Həmçinin onu da qeyd edim ki, 2019-cu ildən etibarən V qruplarda maximum bal 90 deyil, 300 bal olacaqdır.

Bu bölməyə aid digər xəbərlər

Cari ilin məzunları buraxılış imtahanında iştirak üçün qeydiyyatdan keçməyəcək-RƏSMİ

2021-02-04 12:45:00

“Qəbul imtahanları əvvəlki illərlə müqayisədə asan olacaq” – Ucqar kənd müəllimi

2020-06-26 14:06:00

Sənədlərini onlayn qaydada təsdiq etdirə bilməyən abituriyentlərin NƏZƏRİNƏ – Əlavə şans

2020-05-11 19:10:00

“2” alan və ya nəticəsi ilə razı olmayan şagirdlər yenidən buraxılış imtahanı verə bilər?-Rəsmi CAVAB

2020-05-11 10:26:00

Şagird və abituriyentlərin nəzərinə -DİM-dən ucuz və sərfəli xidmət

2020-04-13 10:35:00

Coğrafiyadan situasiya tipli tapşırıqlar – II qrup üzrə hazırlaşanlar üçün

2020-02-25 15:28:00

Buraxılış imtahanı üzrə sınaq keçiriləcək-DİM

2020-02-20 13:00:00

III qrup üzrə bütün ixtisasların keçid balları – Buradan öyrənin-ÇOX VACİB

2020-02-09 10:58:00

Qəbul imtahanları üzrə növbəti sınaq imtahanı keçiriləcək?-RƏSMİ

2020-01-31 11:28:00

Buraxılış və blok imtahanlarında balların hesablanması qaydaları – Bütün detallar

Comments are closed, but trackbacks and pingbacks are open.