İnformasiya texnologiyarının təşkili və layihələndirilməsi İnformatika
1804-cü ildə Jozef Mari Jakkar perfokartla işləyən toxucu dəzgahı düzəltdi. Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib addım idi.
İnformasiya texnologiyaları
“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
Informasiya nəzəriyyəsi
İnformasiya termini latınca “information” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.
Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır.
Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:
- Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.
- Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.
- Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır.
- Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.
- Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.
- Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.
Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
– verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;
– ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;
– obyektlərin miqdarının kifayət qədər olması;
– verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.
2. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur:
– formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir;
– real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;
– maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;
– tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.
3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir. Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır:
– – ölçülən verilənlərin dəqiqliyi;
– – ölçmə və hesabat metodikası;
– – maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər.
Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər:
– konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.
– Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur.
– Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.
Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir.
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir.
İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır:
- işarələr ilə;
- informasiyanın quruluş vahidləri ilə;
- informasiya daşıyıcıları ilə.
İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar.
Informasiya texnologiyaları
İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə obyekti kimi müəyyən edilir. İnformasiyaya formal olaraq məzmun cəhətdən baxıldıqda o, işlənməyə, emala məruz qalır. Belə olan halda informasiya proseslərinin girişində olan məlumatlar “xammal” rolunu, çıxışındakı məlumatlar isə “hazır məhsul” rolunu oynayır.
İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı.
Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır:
– kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
– proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
– həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Proqram vasitələri istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüterlər üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. Belə vasitələr kimi fərdi kompüterlər üçün geniş yayılmış müxtəlif sahələrə aid tətbiqi proqramlardan istifadə edilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırıldıqdan sonra əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilə bilən və özünəməxsus xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir.
İnformasiya adətən tədqiq edilən proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır. Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə kodlaşdırmadan istifadə edilir.
Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatların yığılması, onların qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, bir yerdən başqa yerə ötürülməsi, saxlanması, axtarılması, təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların həcmi isə yüksək olur. İnformasiyaların yığımasının ardınca onun müxtəlif sənədlərdə, məlumat daşıyıcılarında qeyd edilməsi ilə yanaşı əks etdirilməsi əməliyyatları da baş verir.
İlkin informasiyanın qeydiyyatı ilə nəticə informasıyanın qeydiyyatını bır–birindən fərqləndirmək lazımdır. İlkin informasiyanın toplanması və qeydiyyatı adətən eyni zamanda baş verdiyi üçün onlar əlaqəli surətdə nəzərdən keçirilir. Çox zaman informasiyanın növbəti qeyd edilməsi ilə onun kodlaşdırılması prosesi birgə yerinə yetirilir. Məlumatların kodlaşdırılması onların daha yığcam və tez əks etdirilməsini, fərdi kompüterlərin köməyi ilə təhlilinin həyata keçirilməsini, ötürülməsi ilə yanaşı saxlanılmasını asanlaşdırır. Bu zaman sözlər və informasiya elementləri şərti rəqəm və ya hərf işarələri- kodlarla ifadə olunur. Müasir kompüterlərdə informasiyanın kodlaşdırılması məqsədilə ikilik say sisteminin rəqəmlərindən istifadə edilir.
İnformasiyamn saxlanması və axtarışı prosesi onun uzun müddət öz əhəmiyyətini itirməməsi, dövri xüsusiyyət daşıması, təkrar işlənməsi məqsədləri üçün istifadə olunmasından və sairədən irəli gəlir. İstər ilkin, istərsə də törəmə informasiya müxtəlif müddətli saxlanmaya və axtarışa məruz qalır. Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq informasiyanın saxlanmasının və axtarişinın forma və üsulları, texniki vasitələri ildən-ilə təkmilləşdirilir.
Əslində informasiya daşıyıcısı kimi insan beynini, kağızı, kitabları, jurnal və qəzetləri, audio və video kasetləri, maqnit diskləri və lentlərini, compakt diskləri, DVD diskləri, fleş diskləri və s. hesab etmək olar. Lakin müasir kompüterlər bu qurğulardan daha çox tutma və sürətlə işləmə qabliyyətinə malik olanlardan istifadə edir.
İnformasiyanın saxlanması məqsədilə fayllardan istifadə olunur. Fayl diskin və ya informasiya daşıyıcısınin adlandırılmış hissəsidir. Hər bir fayl özündə eyni ad altında birləşdirilmiş müəyyən informasiyanı saxlayır. Fayllar ada malik olurlar. Eyni bir informasiya daşıyıcısında eyni adlı iki fayl ola bilməz. Belə halda birinci məzmun silinərək ikinci yeni məzmun saxlanılır. Faylin adı MS DOS əməliyyatlar sistemində maksimum 11, Windows əməliyyatlar sistemində isə 256 simvol ola bilər. Faylın adı iki hissədən : xüsusi ad və tipdən ibarət olur. Faylın tipi üçün maksimum 3 simvol ayrılır. Faylın xüsusi adı və ya tipi verilməyə də bilər. Adətən fayla verilən ad elə seçilir ki, o istifadəçiyə ilk baxışda fayl və ya onun məzmunu haqqında müəyyən məlumat versin. Faylların bir çox tipləri onlar haqqında əlavə məlumatın alınmasını təmin edir. Beləki, bu tiplər onda olan mılumatların növü, faylın yaradıldığı redaktor və ya proqram vasitəsi haqqında məlumatın əldə olunmasına imkan yarada bilər.
Bəzi tez-tez rast gəlinən fayl tiplərini göstərək:
SYS – sistem faylları;
COM – əmrlər faylları;
DOC – Word mətn faylı;
XLS – Excel faylı;
PAS – Paskal dilinin mətn faylı;
BAS – Basic dilinin mətn faylı və sair.
Fayllarla işləməni asanlaşdırmaq məqsədilə hər hansı oxşar əlamətə görə onları kataloqlarda və ya qovluqlarda birləşdirirlər. Bu həm axtarış , həm də fayllar üzərində əməliyyatların daha asan və sürətlə yerinə yetirilməsini təmin edir. Kataloq və qovluqların yaradılmasında da fayllar üzərinə qoyulan şərtlər yerinə yetirilməlidir.
Adətən yaddaş qurğularında saxlanan faylların yaradılma tarixləri, onların yaddaşda tutduqları yaddaşın həcmi, fayl üzərində edilən dəyişikliklər haqqında məlumatları almaq müasir kompüterlərdəki sistemlərlə mümkündür.
İnformasiyanın emalı prosesi aşağıdakı ümumi sxem üzrə aparılır:
Giriş informasiya ilkin sənəd və mənbələrdən toplanır. Toplanmış informasiya texniki qurğularla emal edilir. Bu qurğular icəricində böyük həcmli informasiyaları emal edən kompüterlər xüsusi yer tutur. Çıxış informasiya insan yaxud qurğu tərəfindən emal nəticəsində alınan informasiyadır.
İnformasiyanın çoxaldılmasının başlıca vəzifəsi idarəetmə məqsədləri üçün yayılmasını təmin etməkdən ibarətdir. Xüsusilə nəticə informasiyası artırılaraq çoxlu ünvanlara göndərilir.
İnformasiyanın ötürülməsinin zəruriliyi ayrı-ayrı informasiya proseslərinin müxtəlif yerdə baş verməsi, onlar arasında sıx əlaqənin və asılılığın olması ilə bağlıdır. İnformasiyanın ötürülməsi onun ötürülmə üsullarından, istiqamətindən, informasiyanın hansı daşıyıcı formasında olmasından, məzmunundan asılıdır.
Qeyd etmək lazımdır ki, informasiyanın ötürülməsi iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri ktmi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ əsasən avtomatlaşdırma elementiərinin və müasir telekommunikasiya vasitələrinin geniş istifadə edilməsi ilə səciyyələnir. Təbii ki, bu halda informasiyanın avtomatlaşdırılaraq işlənməsi imkanlari xeyli artır. Burada ən perspektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması, “intellektual” terminalların və mütərəqqi kommunikasiya vasitələrinin tətbiq edilməsidir.
İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır:
İnformasiya qəbul edən
Sxem 2. İnformasiyanın ötürülməsi sxemi.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu ola bilər. Kodlaşdırıcı qurğu alınan informasiyanı ötürülmə və əks etdirmə üçün əlverişli formaya çevirir. Rabitə kanalından keçən informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul edənin başa düşdüyü formaya çevrilir.
Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı miqyasda mübadilə edilməsi əlaməti əsas götürülür. Belə ki, əgər müəssisə daxili (və ya firma daxili) informasiya mübadiləsində naqil, radio əlaqəsi, həmçinin qismən terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya mübadiləsində terminalların və elektron rabitə vasitələrinin istifadəsinə üstünlük verilməlidir.
Informasiya ölçü vahidləri
İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir.
Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.
- Teqlər:
- informatika
- , informasiya
- , informsiya texnologiyaları
İnformasiya texnologiyarının təşkili və layihələndirilməsi İnformatika
İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başqa sözlə, hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
Qeyd olunduğu kimi informatika elminin əsas anlayışlarından biri informasiyadır.
İnformasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqın da məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
İnformasiya –öyrənilən sistemin daxilində gedən prosesləri xarici mühitlə əlaqələndirən məlumatlardır. Başqa sözlə, informasiya –qeyri müəyyənliyi aradan götürən hər hansı bir məlumat və ya məlumatlar yığımıdır. Geniş mənada informasiya – real aləmin əksetdiricisidir.
İnformasiya –hesablama sistemlərinin (maşınlarının) emaletmə və ötürmə obyektidir. İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:
- Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.
- Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.
- Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır.
- Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.
- Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.
- Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.
Verilənlər- (“Verilən” termini – latınca “datum” (fakt) ) hər hansı bir prosesin gedişatını göstərən cihaz və ya insanlar tərəfindən qeyd olunan fakt əlamət müşahidə və hadisədir, başqa sözlə desək verilənlər” (ingiliscə data) – texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatlardır. Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır: mötəbərlilik, verilənlərin dəqiqliyi,verilənlərin gerçəkliyi.
İnformasiya-aktivdir. Verilənlər (məlumatlar) isə passiv.
Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır.
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.
İnformatika üç ayrılmaz tərkib hissədən ibarətdir:
- informasiyanın dəyişdirilməsi və ötürülməsi nəzəriyyəsi;
- informasiya emalının alqoritmik vasitələri;
- informasiya hesablama vasitələri.
- “İnformatika” termini əvəzinə daha çox “Kompüter texnologiyası” və ”İnformasiya texnologiyası” terminlərindən istifadə olunur.
- “Texnologiya” – (yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusudur.
- Kompüter texnologiyası – baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır:
– kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
– proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
– həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
- Informasiya texnologiyasının xüsusiyyətləri:
- Emal obyekti verilənlərdir;
- Məqsəd informasiyanın alınmasıdır;
- Emal prosesinin vasitələri –proqram və aparat hesablama kompleksləridir;
- Verilənlərin emal prosesləri uyğun əməliyyatlara bölünür;
- Proseslərin idarə olunması qərar qəbul edən şəxslər tərəfindən yerinə
- yetirilir;
- Proseslərin optimallaşdırılma kriterisi: informasiyanın operativliyi, onun etibarlığı, doğruluğu, dəqiqliyı və tamlığı təmin olunmalıdır.
Mühazirə İnformasiya emalının inkişaf tarixi İnformasiya sistemlərinin inkişaf tarixi
Kompüter elmlərinin tarixi
Kompüter elmləri və ya informatika – informasiyanın ümumi xassələri və qanunauyğunluqları, həmçinin, informasiyanın axtarışı, ötürülməsi, saxlanması, emalı və insan fəaliyyətinin müxtəlif sferalarında istifadə edilməsi metodları haqqında elmdir. Bu, elm kimi, EHM-in meydana gəlməsi nəticəsində formalaşmışdır. Kompüter elmlərinin (informatikanın) tərkibinə: informasiyanın kodlaşdırılması nəzəriyyəsi, proqramlaşdırma dilləri və metodlarının işlənib hazırlanması, informasiyanın ötürülməsi və emalı proseslərinin riyazi nəzəriyyəsi daxildir.
Ədədi informasiya emalı qurğuları
“Suanpan” adlı ilk ədədi informasiya emalı qurğusu bizim eranın 190-cı ilində Çində yaradılmışdır. Bu barədə məlumat Syuy Yuenin “Şuşu tcizii” adlı kitabında verilmişdir. Bu qurğunu 12-ci əsrdə yaradılmış indiki “çötkə”nin ulu əcdadı hesab etmək olar. “Çötkə” Rusiyaya, bəzi mənbələrə görə, 14-cü əsrdə, digər mənbələrə görə isə 17-18-ci əsrlərin qovşağında tacirlər tərəfindən gətirilmişdir.“Soroban” 1 adlı ədədi informasiya emalı qurğusu 1400-cü ildə Yaponiyada yaradılmışdır. Buna abak da deyilir. “Soroban” orta əsrlərdə Çindən Yaponiyaya gətirilmiş “Suanpan” əsasında düzəldilmiş qurğudur. “Soroban” ən müasir kompüterlərlə təchiz edilmiş Yaponiyada bugün də istifadə edilir. 1500-cü ildə Leonardo da Vinçi Yapon abakının modifikasiyası olan cəmləyici qurğu düzəltmişdir. 10 dişli çarxlardan qurulmuş bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.
1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira etmişdir. Tirlərin üzərində 0-dan 9-dək rəqəmlər və bunların hasilləri olan ədədlər yazılmışdır. Vurma əməlini icra etdikdə, üzərində uyğun rəqəmlər yazılmış tirlər yanaşı elə düzülür ki, tirlərin yan üzlərində nəticə görünür. Bu qurğu ilə bölmə və kvadrat kökalma əməllərini icra etmək mümkün idi.
1622-ci ildə ingilis həvəskar-riyaziyyatçısı Uilyam Otred ədədi informasiyanın emalı üçün dairəvi loqarifm xətkeşi yaratdı. Bunun sadəliyinə baxmayaraq mürəkkəb hesablamalar aparmağa imkan verirdi.
Şikkard 1623-cü ildə cəmləyici maşın yaratmışdır. Bu, 6 mərtəbəli ədədlər üzərində 4 hesab əməlini yerinə-yetirirdi.
1642-ci ildə Paskal ədədi informasiyanın emalı üçün dişli çarxlardan yığılmış hesablayıcı maşın düzəltdi.
1694-cü ildə Leybnis mexaniki kalkulyator yaratdı.
1804-cü ildə Jozef Mari Jakkar perfokartla işləyən toxucu dəzgahı düzəltdi. Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib addım idi.
1820-ci ildə Tomas arifmometri meydana çıxdı. Bu, Leybnis maşınının iş prinsipinə əsaslanan ilk seriyalı istehsal edilən hesablayıcı maşın idi.
1830-cu ildə Bebbic ilk universal avtomat hesablayıcı maşın yaratdı. Bu maşın müasir EHM-lərin bütün əsas hissələrinə malik idi.
1874-cü ildə Peterburqlu mexanik V.Odner yeni arifmometr yaratdı. “Feliks” arifmometri Odner maşınının modifikasiyası idi.
1983-cü ildə müxtəlif növ informasiyanın emalı üçün universal elektron qurğunun yaradılması barədə məlumat verildi ki, bu qurğu da müasir fərdi kompüterlər idi.
2000-ci ildə informasiya emalının “ağılda” emalı üçün qurğu yaradıldığı barədə məlumat verildi.
Bizim eradan əvvəl 500-4200 il əvvələ aid mağara divarlarında qrafik informaiyanın qeyd edilib saxlanması həyata keçirilmişdi.
Hər şey ondan başladı ki, çoxmərtəbəli tam ədədləri maşında heç olmazsa, toplamaq (cəmləmək) mümkün olsun. 1500-cü ilə yaxın Leonardo da Vinçi 13 mərtəbəli cəmləyici qurğunun eskizini hazırladı. İlk cəmləyici maşını 1642-cii ildə Blez Paskal yaratdı. Bu maşın 8 mərtəbəli ədədləri cəmləyə bilirdi. O vaxtdan 250 il sonra, yəni 19-cu əsrin əvvəlində bir-sıra elm sahələrinin, o cümlədən, riyaziyyatın, mexanikanın, astronomiyanın, mühəndis elmlərinin, naviqasiyanın, həmçinin praktiki fəaliyyət sahələrinin o zamana qədər görünməmiş inkişafı çoxsaylı və mürəkkəb hesablamalar aparılmasına kəskin ehtiyac yaratdı ki, bu da müvafiq texnika ilə silahlanmamış insanın imkanı xaricində idi. Bu mexaniki hesablayıcı qurğunun yaradılması və təkmilləşdirilməsi üzərində həm dünyanın ən görkəmli alimləri, həm də adları tarixə düşməyən minlərlə istedadlı insanlar ömür sərf etmişlər.
Hələ 20-ci əsrin 70-ci illərinədək mağazalarda mexaniki arifmometrlər və onların yaxın qohumu olan elektromexaniki hesablayıcı maşınlar satılırdı. Bu maşınlar tamamilə başqa səviyyəli texnika olan və adi dildə EHM 2 adlandırılan avtomatik rəqəm hesablayıcı maşınlarla (ARHM) uzun müddət yanaşı istifadə edilmişdi.
- Əməliyyatların avtomatik icrası.
- İşə buraxılan proqram üzrə işləmək.
- Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın 3 ) olması.
İşə buraxılan proqram üzrə işləmək. Əməliyyatların avtomatik icrası üçün proqram icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edilməlidir. Bu məqsədlə Ç.Bebbic proqramın əvvəlcədən perfokartlara 4 yazılmasını və sonra maşına daxil edilməsini təklif etmişdi.
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın 5 ) olması. Bu inqilabi ideyalar onların mexaniki texnika əsasında reallaşdırılmasının mümkün olmaması ucbatından xeyli gözləməli oldu. Belə ki, ilk elektrik mühərriki 50 il sonra, ilk elektron lampası isə 100 il sonra yaradıldı. Ötən 100 il ərzində az qala tamamilə unudulmuş bu ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.
Avtomatik fəaliyyət göstərən ilk hesablayıcı qurğu 20-ci əsrin ortalarında meydana çıxdı. Bu, mexaniki konstruksiyalarla yanaşı, elektromexaniki relelərdən istifadə edilməsi sayəsində mümkün oldu. Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı. Bu iş 1944-cü ildə amerika riyaziyyatçısı və fiziki Qovard Aykenin rəhbərliyi altında İBM 6 firmasında Ç.Bebbicin ideyalarına əsaslanan 7 “Mark-1” adlı maşının istehsalınadək davam etdi. Bu maşında ədədləri təsvir etmək üçün mexaniki 8 , idarə etmək üçün isə elektromexaniki elementlərdən istifadə edilmişdi. Ən güclü releli maşınlardan biri olan “РВМ-1 9 ” 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular üzərində iş 20-ci əsrin 30-cu illərinin sonunda eyni vaxtda ABŞ-da, Almaniyada, İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq edilən elektron lampaları ədədi informasiyanın emalı və saxlanması üçün texniki təməl kimi istifadə edilməyə başladı.
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAC oldu. Bu maşının adı ingiliscə “elektron-ədədi inteqrator və hesablayıcı” kimi tərcümə edilən sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda Corc Atanasov, sonrakı illərdə isə Con Mouçli və Presper Ekkert rəhbərlik etmişdilər. ENIAC 18 min elektron lampasından və çoxsaylı elektromexaniki elementlərdən qurulmuşdu. Enerji tələbatı 150 kvt idi ki, bu da çox da böyük olmayan bir zavodun tələbatı qədərdir.
Praktiki olaraq eyni zamanda Böyük Britaniyada da EHM yaratmaq üzərində iş gedirdi. Bu iş, ilk növbədə, Allan Türinqin adı ilə bağlı idi. A.Türinq alqoritmlər nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada “Koloss” adlı maşın yaradıldı.
Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən çox mühüm keyfiyyətə malik deyildilər. Belə ki, bu maşınlarda proqram yaddaşda saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı.
Elektron-hesablayıcı texnikanın inkişafının ilk mərhələsində görkəmli amerika riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir. Belə ki, “fon Neyman prinsipləri” ömürlük tarixə düşmüşdür. Bu prinsiplər EHM-lərin klassik (fon Neyman) arxitekturasını törətdi. Əsas prinsiplərdən biri, yəni proqramın saxlanması prinsipi “proqramın da verilən kimi, maşın yaddaşında saxlanmasını” tələb edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan EDSAC adlı maşın oldu.
1970-ci illərədək SSRİ-də yaradılan EHM-lər son dərəcə məxfi strateji məhsul sayılaraq ətraf dünyadan tamamilə izolə olunmuş halda istehsal edilirdi. 80-ci illərdən məxfilik bir qədər yumşaldıldı və köhnə EHM modelləri idxal edilməyə başladı. Hal-hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik rejimində həyata keçirir.
SSRİ-də istehsal edilən ilk EHM 10 1951-ci ildə akademik S.A.Lebedevin rəhbərliyi altında yaradıldı. 60-cı illərin ortalarında SSRİ-də yaradılan BESM-6 11 adlı EHM öz dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki tədqiqatlar sahələrində baza maşın kimi istifadə edildi. Həmin illərdə İ.S.Bruk, M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika nəzəriyyəçilərinin rəhbərliyi ilə “Minsk”, “Ural”, “M-20”, “Mir” və s EHM-lər istehsal edildi.
XX əsrdə informasiya texnologiyalarının güclü inkişafıElektron idarəetmə:
İdarəetmə sferasının lideri nəyi bilməlidir.
Giriş.
Tarixi kontekstdə “informasiya texnologiyası” termini informasiyanın yığılması, emalı, saxlanması və yayımlanması prosesləri ilə əlaqəli olan bütün texnologiyalara aiddir. Lakin zaman keçdikcə, texnoloji tərəqqi davam etdikcə bu termin başqa məzmun kəsb etməyə başladı.Müasir informasiya texnologiyası (İNTEX) termini 1970-ci illərin sonundan işlədilməyə başlamış və indi kompüter texnologiyaları 12 adı ilə ümumi mənada istifadə edilir. 1970-ci illərədək kompüter texnologiyalarını telekommunikasiya texnologiyalarından fərqləndirmək kifayət qədər asan idi. Lakin mikroelektronikada, proqram təminatında, optikada baş verən ciddi dəyişikliklər və bunların telekommunikasiya və kompüter texnologiyaları ilə dərinləşən inteqrasiyası mövcud fərqləri əhəmiyyətli dərəcədə azaltdı. Mikroelektronika texnologiyası kompüter və telekommunikasiya texnologiyalarının həm sürətli inkişafı, həm də bir-birinə qovuşması üçün təməl təşkil etdi. Telekommunikasiya sferasında analoq texnologiyadan rəqəmsal texnologiyaya keçilməsi telekommunikasiya sistemlərinin iş prinsipini dəyişdirərək onları get-gedə kompüter texnologiyalarına yaxınlaşdırdı. Belə ki, hal-hazırda kommunikasiya vasitələrinin əksəriyyəti xüsusi funksiyalar icra edən kompüterlərə bənzəyir. Bundan əlavə, 1960-cı illərin əvvəlində şəbəkə texnologiyasının inkişafı nəticəsində kompüterlər arasında kommunikasiya genişləndi. Bütün bu işlər müasir informasiya texnologiyası (İNTEX) anlayışını təyin etdi.
1.İnformasiya texnologiyasının təkamülü
İnformasiya texnologiyasının son 50 ildəki təkamülünü 3 eraya bölürlər:
1. Maynfreym erası;
2. Fərdi kompüter plyus lokal şəbəkə erası;
3. Verilənlərin İnternetdə işlənməsi erası.
Maynfreym erası 1946-cı ildə ABŞ-da istehsal edilmiş ENIAC adlı ilk elektron-hesablayıcı maşınla başlanmışdır. Bu maşın 30 ayrı-ayrı bloklardan ibarət olub, 30 ton çəkiyə malik idi, 1800 kvadrat fut sahə tuturdu. 17468 vakuum borusuna malik idi, saniyədə təqribən 400 vurma əməli icra edirdi. 1950-ci illərdən 1970-ci illərədək maynfreym erası hesab olunur. 1960-cı illərdə maynfreym kontekstində biznes tələblərinə xidmət etmək üçün hesablamalara ehtiyac yaranması verilənlərin paket emalı texnologiyasının tətbiqini zəruri etdi. Bu texnologiyada istifadəçilər perforasiya edilmiş perfokartları EHM-in kartoxuyucu giriş qurğusuna daxil edib nəticələrin çap edilməsini gözləyirdilər. Vaxt bölgüsü ilə işləyən əməliyyat sistemlərinə keçilməsi 1970-ci illərdə maynfreymlərə çoxsaylı istifadəçilərin müraciət edə bilməsinə imkan vermişdir. Minikompüterlər isə daha az strukturlaşdırılmış mühitdə işləmək imkanı yaratdı. Verilənlərin ötürülməsi texnologiyası kompüterləri bir şəbəkə halında birləşdirməyə imkan verdi və bu şəbəkədə maynfreym hökmən əsas hakim maşın idi. Mikroprosessrun yaradılması ilə fərdi kompüterlər dalğası dünyanı bürüdü. Bu kompüterlərin şəbəkədə işçi stansiya kimi istifadə edilməsi ilə olduqca baha və istifadəsi mürəkkəb olan maynfreymdən imtina edildi. Bəzən işçi stansiyalar ümumi istifadəli printerlərə və diskovodlara qoşulurdu.
1971-ci ildə gənc mühəndis M.E.Xoff ABŞ-ın Kaliforniya ştatında yerləşən İntel şirkətində ilk mikroprosessor yaratdı. Bununla fərdi kompüter və lokal şəbəkə erası başlandı. Bu, informasiya texnologiyasının inkişafında tarixi mərhələ idi. Xoff 2300 tranzistordan kompüterin mərkəzi prosessoruna ekvivalent olan inteqrasiya edilmiş zəncir (mikroprosessor – çip) yaratmaqla insan zəkasını cansız predmetə yükləməyin yolunu açdı. Bu çipə iki çip (biri verilənləri daxil edib-çıxarmaq üçün, digəri proqramları dəstəkləmək üçün) qoşmaqla mərkəzi prosessor yaradıldı.
Ümumi təyinatlı əsas 13 kompüter təkcə mürəkkəb kalkulyatoru idarə etmirdi, o həm də elevatora 14 və ya rəngönura 15 nəzarət edə bilir, həmçinin, müxtəlif proqramların icrası yolu ilə çoxsaylı məsələləri həll edir. Bu ixtira 20-ci əsrin ən əhəmiyyətli texnoloji innovasiyalarından biri oldu. 1975-ci ildə “Altair” adlı ilk fərdi kompüter yaradıldı. 2 il sonra (1977-ci ildə) Radio Shack klaviatura və elektron-şüa borulu displeyi olan ilk fərdi kompüteri təqdim etdi. Bu, geniş xalq kütləsinə təqdim edilən ilk hazır fərdi kompüter idi. IBM şirkəti ilk fərdi kompüterləri 1981-ci ildə bazara çıxardı. IBM PC tez bir zamanda sahənin standartına çevrildi. Tezliklə IBM PC ilə proqram və aksessuar birgəliyi olan kompüterlər klonlaşdırıldı. Bu kiçik aparat istifadəçiyə cəmi 16 kilobayt yaddaş 16 , 1 və ya 2 çevik disk 17 və seçmək üçün rəngli monitor təklif edə bilirdi. Bu fərdi kompüteri istehsal etmək üçün IBM onun bəzi komponentlərinin istehsalını ilk dəfə digər şirkətlərə həvalə etmişdi. Prosessor çipi İntel şirkəti tərəfindən, DOS əməliyyat sistemi isə o zaman 32 işçisi olan Microsoft şirkəti tərəfindən yaradılmışdı. “Autsorsinq” 18 isə kompüter sənayesinin simasını tamamilə dəyişdirdi. 1977-ci ildə Datapoint şirkəti ARC sistemini təklif etdi ki, bu da lokal şəbəkə (LAN) yaratmağa imkan verdi. ARC sisteminin bir-biri ilə koaksial rabitə ilə əlaqələndirilmiş 3 arxitektura komponenti vardır: 1) fayl prosessoru, 2) proqram əlavələri prosessoru və 3) xablar.
Kabelin ixtira edilməsi verilənlərin kompüterdə emalı tarixində inqilabi çüvriliş yaratdı. Kompüter şəbəkələrinin meydana çıxması və fəaliyyəti ilk növbədə kabellə bağlıdır.
1970 və 1980-ci illərdə bəşəriyyət mikroprosessor texnologiyasında sürətli təkamülün şahidi oldu. 1980-ci illərdə mikroprosessorların sürətli inkişafı avadanlıqların ölçülərini kiçiltmək prosesinin sürətini əhəmiyyətli dərəcədə artırdı. Ənənəvi maynfreymlər alternativ mikro tiplərlə əvəz edildi. Beləliklə, maynfreym gücündə olan kompüterlər iş masasının üzərinə, oradan da diz üstünə köçdü. Bu meyl istifadəçiləri şəbəkə texnologiyasına əsaslanan daha ucuz layihə həlləri seçməyə sövq etdi. 1980-ci illər kompüter sistemlərinin birinci (ənənəvi) erasının başa çatdığı və PC mikroprosessoru və LAN tətbiqinə əsaslanan ikinci eranın başlandığı illərdir. 20-ci əsrin ikinci yarısında digər texnologiyalarla müqayisədə kompüter texnologiyaları daha sürətlə inkişaf etdi və insan həyatının bütün sahələrini köklü surətdə dəyişdirdi.
İnternet erası. Mikrokompüterlərin sürətlə yayılması və bunlar arasında kommunikasiyaya ehtiyacın əmələ gəlməsi verilənlərin şəbəkə emalının inkişafına kömək etdi. Kompüter kommunikasiya sistemləri 20-ci əsrdə iti sürətlə inkişaf etdi. 1980-ci illərin 2-ci yarısından LAN texnologiyası sürətlə inkişaf etdi. Lokal şəbəkələrin birləşdirilməsi texnologiyası 1980 və 1990-cı illərdə qlobal şəbəkələrin (WAN) yaranmasına gətirib çıxardı. Lakin İnternetin təməl layihəsi 1969-cu ilin əvvəlində yaradılmağa başlamışdı. ARPANET adlanan kompüter şəbəkəsi ölkə tədqiqatçıları arasında ideya mübadiləsi üçün nəzərdə tutulmuşdu. ARPANET layihəsi əvvəlcə 4 saytın: Los-Anceles şəhərindəki Kaliforniya Univrsitetinin (UCLA) 19 , Santa-Barbara şəhərindəki Kaliforniya Univrsitetinin, Stendford Tədqiqat İnstitutunun və Yuta ştatındakı Universitetin birləşdirilməsindən yaranmışdı. 1971-ci ildə 20-dən artıq sayt, o cümlədən, Massaçusets ştatındakı Texnoloji Universiteti və Harvard Universiteti birləşdirilmişdi. 3 ildən sonra saytların sayı 62-yə, 1981-ci ildə 200-ə çatdı.
ARPANET layihəsi müxtəlif kompüterlərin paketlə kommutasiya edilməsi üzrə ilk şəbəkə oldu. Bu layihə ilk dəfə müxtəlif ölçülü, müxtəlif tipli və müxtəlif sürətli kompüterlər arasında informasiya mübadiləsini mümkün etdi. Lakin ARPANET başlanğıcda ümumdünya kompüter şəbəkəsi deyildi. Çünki bu, şəbəkələri deyil, yalnız vacib düyünləri (xostları) birləşdirmişdi.
1970-ci illərin əvvəllərində bir sıra ölkələr ümumi şəbəkəyə qoşulmaq barədə arzularını bildirmişdilər. ARPANET şəbəkə texnologiyaları sahəsindəki biliklərin inkişafı ilə və İnternet texnologiyaları ilə bağlı olaraq çoxsaylı dəyişiklilərə məruz qaldı. Bu sahədəki tədqiqatlar müxtəlif kompüter şəbəkələri arasında əlaqə yaradaraq İnternetə yol açdı. ARPANET şəbəkəsi ictimai istifadə üçün 1983-cü ildə açıldı. 1984-cü ildə ARPANET iki şəbəkəyə bölündü: tədqiqat fəaliyyəti üçün ARPANET və hərbi sferada fəaliyyət üçün istifadə edilən DDN 20 şəbəkəsi. 1990-cı ildə ARPANET ABŞ-ın Milli Elmi Təşkilatı üçün dayaq şəbəkəsi olan NSFNET-in tərkibinə verildi.
1980-ci illərin sonunda fərdi kompüterlər ucuzlaşdı və istifadəsi asanlaşdı. Modemin köməyi ilə şəbəkəyə daxil olmaq çətin olmadı. Bu illərdə NSFNET şəbəkəsi İnternetin texniki dayağı oldu. İnternet şəbəkələr şəbəkəsidir. Bu, bütün dünya kompüterlərinin unikal birliyidir. İnternet şəbəkəsinə qoşulmuş kompüterlər vahid standartlardan istifadə edilməklə işlədilir. 1990-cı illərdə İnternet olduqca kütləviləşdi və müxtəlif millətlərə və müxtəlif mədəniyyətlərə aid olan insanlar tərəfindən qəbul edildi. İnternet istifadəçiləri əsasən elektron poçt və Telnet vasitəsilə ünsiyyət saxlayırlar. Çünki bu zaman faylötürmə protokollarından (FTP) istifadə edilir.
İnternetdən istifadə şəbəkədə iştirak edən müxtəlif təşkilatların resurslarından birgə istifadə edilməsi prosesini asanlaşdırır və sürələndirir. İnternet tədqiqatçılar arasında münasib ideya mübadiləsi mühiti yaradır. Yüksəkkeyfiyyətli qlobal şəbəkələrarası rabitə milli informasion infrastruktur yaratmağa imkan verir. Beləliklə, İnternet hökumət, vətəndaş və müəssisə arasında ünsiyyət yaratmaq sahəsində mühüm dəyişikliklər yaratmışdır. İnternet texnologiyalarının inkişafı və populyarlaşması 1990-cı illərdən yeni eraya daxil olmuşdur. Yəni, elektron ticarət, elektron idarəetmə və elektron cəmiyyət yaradılması geniş vüsət almışdır. Müəssisə və təşkilatlar strateji məsələlərin həllində İnternetdən geniş istifadə edirlər. Artıq verilənlərin sübyektlərarası naqilsiz emalı texnologiyası qərarlaşmaqdadır. Ekspertlərin çoxu yaxın gələcəkdə işgüzar məqsədlər üçün Grid-hesablama deyilən üsulun inqilabi dəyişikliklər törədəcəyini söyləyirlər.
Kompüterdə emal edilənlərin məzmununun təkamülü.
İlk əvvəl kompüter elmi hesablamaların aparılması məqsədi ilə yaradılmışdı. Lakin bu gün kompüter məktəbdə, işdə, evdə adi məişət əşyası kimi istifadə edilir. Bu günkü kompüter ağlasığmaz həcmdə informasiyanı saxlamaq, emal etmək və hüdudsuz sayda məqsədlər üçün təqdim etməkdən ötrü işlədilir. İndiki kompüter, adında ifadə edildiyi kimi, sadəcə hesablayıcı maşın deyil, həm də kommunikasiya aləti və audio- və video səsləndirici kimi istifadə edilir. Kompüterdə saxlananların kontenti (məzmunu) və kommunikasiya vasitələri son 50 ildə köklü dəyişikliklərə məruz qalmışdır.
Verilənlərin idarə edilməsi.
Kompüter əlavələrinin əvvəlki mövcudluğu mərhələlərinin hamısında bütün hesablayıcı güc verilənlərin emalına yönəldilmişdi. Belə ki, 1951-ci ildə ABŞ-da əhalinin siyahıya alınmasının, 1954-cü ildə isə ödəmələrin ilk kompüter sistemi istismara buraxılmışdı. Verilənlərin emalı əvvəlcə paketişləmə mexanizmlərinə əsaslanırdı.
Distributiv hesablamaların inkişafı verilənlərin real vaxt rejimində emalı hökumət və biznes tərəfindən fəal tətbiq edilir. Bu mərhələdə kompüterdə emal və idarə edilən əsas kontent verilənlərdir.
İnformasiyanın idarə edilməsi.
Kompüter texnologiyalarının inkişafı ilə əlaqədar olaraq proqram əlavələrinin işlənməsi fokusu inzibati və idarəetmə proseslərinin təşkilinin və qərar qəbulunun dəstəklənməsi üçün verilənlərin və informasiyanın idarə edilməsinə yönəldilmişdir. O dövrdə bütün dünyada çoxsaylı informasiya idarəetmə sistemləri (İİS) və qərar qəbulunun dəstəklənməsi sistemləri (QQDS) yaradılmışdı. Bu mərhələdə kompüterdə emal və idarə edilən əsas kontent verilənlər deyil, informasiya idi.
Biliklərin idarə edilməsi.
İnternet əsrinin başlanması ilə, xüsusilə də, İnternetdəki informasiyanın həcminin görünməmiş miqyaslarda artması ilə əlaqədar olaraq kompüterlərdə emal və idarə edilməsi tələb olunan verilənlərdən informasiyaya çevrilmiş kontent (məzmun) artıq biliyə çevrilməkdədir. Bəzi hesablamalara görə, indi İnternetdə təqribən 10 milyard veb-sayt mövcuddur. Bu göstərici daim sürətlə artmaqdadır. Belə ki, gündə 2 milyon veb-səhifə yaradılır. İnternetdəki bu informasiya partlayışı bəşəriyyət qarşısında çox ciddi problemlər də yaratmışdır. Belə ki, İnternetdə mövcud olan informasiyadan necə istifadə edilməlidir ki, bu, təşkilat və ya ayrıca fərd üçün adekvat faydalı biliyə çevrilə bilsin. Bütün dünyada məhz bu mənada dərk edilir ki, informasiya iqtisadiyyatı və bilik iqtisadiyyatı bərqərar olmaqdadır. Beləliklə, biliklərin idarə edilməsi informasiya erasının mühüm tərkib hissəsinə çüvrilir.
Kompüterdə emal edilən kontent və hökumətin informatlaşdırılmasının təməl prinsipləri.
İstifadə edilən texnologiya.
Maynfreymlər, fərdi kompüterlər üstəgəl lokal şəbəkələr, İnternet.
1950-ci, 1980-ci və 1990-cı illərdə emal edilən kontent: verilənlərin idarə edilməsi, informasiyanın idarə edilməsi, biliklərin idarə edilməsi.
1950-ci, 1970-ci və 1990-cı illərdə emal edilən kontent: kompüterləşmənin təməl prinsipləri, biznesin təşkilinin dəyişdirilməsi, transformasiya.
1950-ci, 1980-ci və 1990-cı illər. Kontentə aid 3 fazalı təkamül verilənlərin, informasiyanın və biliklərin idarə edilməsi bir-birindən ayrılıqda mövcud olması demək deyildir. Lakin indi verilən və informasiya əvvəlki kimi vacib deyildir.
Üçmərhələli təkamül kompüter əlavələrində yalnız lokal dəyişiklikləri təsvir edir.
Hökumətin informatlaşdırılmasının təməl prinsipləri.
Son 50 ildə texnoloji tərəqqinin gedişində informasiya texnologiyalarının təməl pinsipləri əhəmiyyətli dərəcədə dəyişikliyə uğramışdır. Ən əsası bu dəyişikliklərin idarəetmə sferasındakı liderlər tərəfindən dərk edilməsidir. Çünki elektron idarəetmə üzrə hökumət siysəti və tətbiq strategiyası yalnız bu halda düzgün formalaşdırıla bilər.
Kompüterləşdirmə.
20-ci əsrin 80-ci illərinin ortalarına qədər insanlar verilənlərin emalı və ya idarəetmənin informasiya sistemləri üzərində işləyərkən özlərinin bütün işgüzar proseslərini kompüterləşdirməyə çalışırdılar. Bu iş məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi biznesin baxımından aparılması prosesinin avtomatlaşdırılması üçün kompüterdən istifadə edilməsi formasında özünü göstərirdi. Bu mərhələdə hökumətin informatlaşdırılmasının təməl prinsipi və ən geniş yayılmış termin “kompüterləşdirmə” olmuşdur ki, bu da mövcud proseslərlərin icrasına kompüterləri daha çox cəlb etmək mənasına gəlirdi.
Biznes proseslərin yenidən təşkili.
80-ci illərin ortalarından populyarlıq qazanan fərdi kompüterlər və lokal şəbəkələr az qala hər bir adam üçün əlçatan olmuşdur. Bu texniki nailiyyətlər təşkilat daxilində istifadə edilən kompüter əlavələrinin təməl prinsiplərinə yenidən baxmağı zəruri etdi. İnformasiya texnologiyası biznes işi aparmaq üçün tez-tez yeni yollar açmaqla yanaşı, bəzən də biznes-proseslərin tam transformasiyasına səbəb olurdu. Beləliklə, kompüterdən istifadənin fokusu kompüterin əldə edilməsindən onun optimal istifadəsinə yönəlməyə başladı. İndi kompüter sadəcə olaraq cəld hesablama texnikası deyil, həm də yeni məsələlər həll etmək vasitəsidir. Beləliklə, müəssisə və təşkilatlarda kompüterlərin tətbiqi mövcud biznes-proseslərin kompüterləşdirilməsindən biznes-proseslərin yenidən təşkilinə yönəldilmişdir. Bu isə informasiya texnologiyalarının üstünlüklərindən istifadə etməklə biznes-proseslərin maksimumlaşdırılması yoludur. Odur ki, 1980-ci illərin sonu və 1990-cı illərdə hökumətin informatlaşdırılmasının əsas təməl prinsipi “yenidən təşkil” prinsipi olmuşdur. Bir çox hökumət agentlikləri öz təşkilatlarını yenidən quraraq onu informasiya texnologiyaları mühitinə uyuşan etdilər. Bu prosesin əsas addımları aşağıdakılardan ibarətdir:
-ənənəvi idarəetmə səvviyyələrinin ləğv edilməsi;
-işçi kateqoriyalarının ixtisar edilməsi;
-işçi qruplarının yaradılması;
-işçilərdə müxtəlif idarəetmə səviyyələri üüçün xarakteik olan vərdişlərin aşılanması;
-müxtəlif biznes-proseslərin ixtisar edilməsi və sadələşdirilməsi;
-insibatçılıq proseslərinin səmərələşddirilməsi.
Bu işlərin nəticələri bütün gözləntiləri kölgədə qoydu. Belə ki, biznes-proseslərin yenidən təşkili biznes-prosesin strukturunu ciddi şəkildə səmərəliləşdirdi, idarəetmə prosesini yaxşılaşdırdı, səmərəliliyi yüksəltdi, məhsuldarlığı artırdı. Biznes-proseslərin yenidən təşkili ABŞ-da 1990-cı illərdə yeni iqtisadi modelin yaranması üçün şərait yaratdı.
Transformasiya.
İnternet texnologiyaların populyarlaşması və tətbiqi müasir informasiya texnologiyalarından daha tam şəkildə istifadə edilməsi üzrə də böyük sıçrayışa səbəb oldu. İnternet vasitəsilə insanlar rəqəmsal formatda istənilən informasiyanı almaq, istənilən məkanda və zamanda ünsiyyət qurmaq imkanı əldə etdilər.
Son illərdə hökumətlərin hazırladıqları müxtəlif informasiya sistemləri İnternetin köməyi ilə müəssisələri və vətəndaşları yerləşdikləri məkandan asılı olmayaraq əhatə etməyə imkan verir. Buna görə də hökumətlər şirkətlərə və vətəndaşlara ictimai informasiya təqdim etməklə yanaşı, həm də onlara İnternet vasitəsilə müəyyən xidmətlər də təklif edə bilirlər. Bundan əlavə, İnternet hökumətin şirkətlərlə və vətəndaşlarla qarşılıqlı partnyorluq münasibətlərini inkişaf etdirməyə imkan verir.
Beləliklə, hökumətin informatlaşdırılması daha yalnız hökumətin daxili işi deyil. İndi artıq hər hansı informasiya texnologiyası layihəsini tətbiq edərkən hökumət həm daxili tələbatı, həm də müştəri və vətəndaşlarla münasibət yaradan xarici əlaqələri diqqət mərkəzində saxlamalıdır.
Hökumət fəaliyyətinin informatlaşdırılması layihəsi daha sadəcə hökumət agentliklərinin lokal şəbəkələri məsələsi deyildir. Əksinə, bu layihələr qloballaşdırma nəzərə alınaraq İnternet arxitekturasına müvafiq şəkildə planlaşdırılıb işlənib hazırlanmalıdır. Müəssisə, vətəndaş və qloballaşdırma proseslərini əhatə edən indiki hökumət mühiti yalnız hökumətdən ibarət olan əvvəlki mühitdən ttamamilə fərqlənir. Tamamilə yeni texniki imkanlar hökumətin ciddi transformasiyası zərurətini meydana çıxarmışdır. Yəni, 200 illik mövcudluq müddətinə malik olan hökumət modeli elə dəyişdirilməlidir ki, informasiya erasının tələbatı ödənsin. Bunun üçün, İnternet də daxil olmaqla, qabaqcıl informasiya texnologiyalarından istifadə edilməlidir. Hökumətin bu transformsiyası daha çox informatlaşdırmanın köməyi ilə baş verən transformasiyadır. Başqa sözlə, vəzifə müasir informasiya texnologiyalarının köməyi ilə informasiya əsrinin hökumətini qurmaqdan ibarətdir. İndi təməl prinsip “transformasiya”dır. Transformasiya prosesi faktiki olaraq elektron idarəetmənin işlənib hazırlanması prosesidir. Əgər hökumət elektron idarəetmə xidmətləri təklif edirsə, lakin heç bir struktur dəyişikliyi edilmirsə, bu hökumətin elektron idarəetmə layihəsi uğurlu olmayacaqdır. Çünki bu halda müasir informasiya texnologiyalarının bütün imkanlarından səmərəli istifadə edilmir.
Hökumətin informatlaşdırılmasının təkamülünün təməl prinsiplərinin bu cür təhlili göstərir ki, kompüterləşdirmə, yenidən təşkil və transformasiya bir-biri ilə sıx bağlıdır və bunların ən vacibi transformasiyadır.
Bu o deməkdir ki, hökumət elektron idarəetmə sahəsində ixtiyari layihəni qəbul edərkən öz səlahiyyətlərini və funksiyalarını təhlil edib müasir texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.