Dərsin ümumi quruluşu və mərhələləri – KURİKULUM
• Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
Kurikulum nədir?
«Kurikulum» latın sözü olub, mənası «kurs», «yol» deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.
Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar «təhsil planı» kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: «Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir» (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, «Təhsil», 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüqüq ədəbiyyatı”,2009). Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategiyalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur
Milli Kurikulumun hazırlanmasında nəzərə alınmış tələbyönümlülük prinsipinin mahiyyətini necə başa düşmək olar?
Dünyanın təhsil quruculuğu təcrübəsində iki mühüm prinsipin olduğu məlumdur. Bunlardan birincisi təklifyönümlülükdür. Bu prinsipə əsasən, təhsil sahəsində görülən işlər yuxarıdan verilən tapşırıq və göstərişlər əsasında qurulur. Bu zaman təhsildə maraqlı olan, daha çox ictimaiyyəti təmsil edən tərəflərin ehtiyacları arxa planda qalır. Belə yanaşma qeyri-demokratik xarakter daşıdığından təhsildə şagird marağının aşağı düşməsi, valideyn-məktəb münasibətlərinin formal qurulması ilə nəticələnir.
İkincisi isə tələbyönümlülükdür. Bu prinsip təhsildəki bütün fəaliyyətlərin tələbatlar əsasında qurulmasını zəruri şərt kimi qarşıya qoyur. Bu zaman cəmiyyətin, o cümlədən marağı olan insanların ehtiyac və tələbatlarının öyrənilməsi ön plana çəkilir. Təhsilin məzmun və strateji cəhətdən qurulmasında ona istinad edilir.
Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:
•ilkin olaraq, təhsilin bütün sahələrinin, o cümlədən ümumi təhsilin vəziyyəti öyrənilmiş, onun hazırkı durumu müəyyənləşdirilmişdir;
•qloballaşma şəraitində Azərbaycan cəmiyyətinin inkişaf istiqamətləri öyrənilərək ümumiləşdirilmiş, yeni kurikulumlardakı standartların hazırlanmasında onlar nəzərə alınmışdır
•cəmiyyəti, xüsusən təhsildə maraqlı olan tərəfləri təmsil edən işçi qrupları yaradılmış, yeni kurikulumların hazırlanmasında onların qüvvəsindən istifadə olunmuşdur;
•kurikulumların hazırlanmış layihə variantlarının daha geniş miqyasda müzakirə olunmasına diqqət yetirilmişdir.Milli Kurikulumda tələbyönümlülük müəyyənləşdirilərkən Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında təsbit olunmuş demokratikləşdirmə və humanistləşdirmə prinsiplərinə istinad edilmişdir.
Mənbə:Kurikulum.az
KuriKulum Dərslikləri:
Dərsin ümumi quruluşu və mərhələləri – KURİKULUM
• Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıranamil kimi çıxış edir.
Motivasiyanın yaradılmasına təsir edən amillər.
• Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir , müəmmalıdır,gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
• Materialın təqdim olunma üsulları və formaları:
• Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
• Yaradıcılıq imkanı;
• Müəllim tərəfindən düzgün fasilitasiya (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
• Əvvəlki məsələlərdə vərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.
II mərhələ : Tədqiqatın aparılması
• Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
• Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
• Tədqiqatın aparılması üzrə metodların (texnikaların) seçiminə,
• İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
• Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
• İş vərəqlərinin hazırlanmasına.
III mərhələ : İnformasiya mübadiləsi
• Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
• Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
• Təqdimat bir növ yeni bilikləin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
• Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili
• Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
• Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir.
• Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
V mərhələ: Nəticə və ümumiləşdirmə
• Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
• Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
• Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
VI mərhələ: Yaradıcı tətbiqetmə
• Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
• Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
• Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
Ev tapşırıqları
• ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır
• ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri ( müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
• lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
• şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.
VII mərhələ : Qiymətləndirmə və ya Refleksiya
• Qiymətləndirmə- istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.
• Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.
Kurikulum dərsləri və kurikulum imtahanları
Oxuyan.az komandası olaraq növbəti bloqumuzda sizlərə kurikulum dərsləri, kurikulum imtahanları və kurikulumun əsas xarakteristikası haqqında bilməli olduğunuz vacib məqamları bölüşəcəyik. Ümumi məlumatlara keçməmişdən öncə onu vurğulamaq istərdik ki, müəllimlərin işə qəbul imtahanlarında 40 ixtisas suallarından əlavə, həmçinin kurikulum mövzusunda da 20 sual namizədlərə təqdim edilir. Məhz buna görə də, müəllimlərin kurikulum proqramını dərindən mənimsəməsi həm onların imtahanlarda uğur əldə etməsinə, həm də ki, proqramın şagirdlərə daha səmərəli tədrisinə gətirib çıxaracaqdır. Yeni tədris proqramı ilə bağlı çətinliyi olan və sınaq testlərində iştirak etmək istəyən hər bir şəxs oxuyan.az platformasına daxil olaraq pulsuz sınaq imtahanlarında asanlıqla iştirak edə bilərlər. Oxuyan.az platformasını bu müstəvidə digər təhsil platformalarından fərqləndirən cəhətlərdən ən önəmlisi imtahanların hər kəs üçün əlçatan olması və müxtəlif mövzulara aid olan sual paketlərinin hər kəsə uyğun qiymətdə təqdim edilməsidir.
Kurikulum dərsləri və təhsili nə deməkdir?
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndiriliməsi ilə bağlı bütün məsələləri özündə cəmləşdirən bir “təhsil proqramı” və ya “konseptual sənəd”dir. Bu proqram şagirdlərə nələri öyrədəciyini, onlardan nələri tələb edəcəyini əvvəlcədən özündə birləşdirən sənəddir. Təhsil sistemində həyata keçirilən bütün islahatların mərkəzində keyfiyyətli təhsilin əldə edilməsi dayanır. Bu isə öz növbəsində müstəqil Azərbaycanın – ölkəmizin hərtərəfli inkişafına və dünyada davam edən qlobal dəyişikliklərə daha rahat uyğunlaşmasına şərait yaradacaqdır.
Kurikulum dərslərinin əsasında hansı meyarlar dayanır?
Uzun müddət kurikulumun tədris metodikasının formalaşması və keyfiyyətli təhsilin əldə edilməsi yolunda xarici ölkələrin təhsil-tədris prosesi yaxından izlənilmişdir. Kurikulum dərslərinin özəlliyi ondan ibarətdir ki, burada şagirdlərdən keçirilən materiallarən təkcə yazılı təhlili deyil , həm də şifahi təhlili tələb edilir. Əlavə olaraq, kurikulum təhsil proqramı UNESKO-nun da özündə cəmləşdirdiyi əsas meyarları bütünlükdə əhatə edir.
- Kurikulumun aydın məqsədinin olması
- Kurikulum tədris proqramının aktuallığı
- Kurikulum tədris sistemiylə şagirdlərin istək və arzularının kəsişməsi
- Kurikulumun ədalətli və inklüziv olması
- Tədris proqramının əlaqədar olması
Müasir kurikulum dərslərinin əsas prinsibləri
Hər birimizin xəbərdar olduğu kimi, tədris proqramı günbəgün dəyişir və yeniliklərə ayaq uydurmağa çalışır. Amma kurikulum dərslərinin və həyata keçirilən imtahanlarının mərkəzində bəzi sabit prinsiplər dayanır.
- Şagirdyönümlülük: təhsil sahəsində əsas istiqamətlər təhsilalanların mənafeyinə, onların əsas maraq və tələbatlarının ödənilməsinə, şagirdlərin potensial bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə yönəlmişdir.
- Tələbyönümlülük: müasir kurikulum dərsləri öz növbəsində hər bir fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyaclarını nəzərə almaqla, onun həyata keçirilməsində bilavasitə iştirak etməlidir.
- Nəticəyönümlülük: həyata keçirilmiş təhsil proqramı vasitəsilə sonda nəticənin əldə edilməsini təmin edir.
- Qiymətləndirmə standartları: təhsilalanların əldə etdikləri nailiyyətlərin səviyyəsinə qoyulan dövlət tələbidir.
- İnteqrativlik: təhsilin məzmun komponentlərinin bir-biri və həyatla sistemli şəkildə əlaqələndirilməsini təmin edir.
- Şəxsiyyətyönümlülük: təhsilalan şəxslərdə idrak və ünsiyyət fəaliyyətləri əsasında həyat bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Kurikulum imtahanlarına necə hazırlaşmalı?
Onlayn Kurikulum testləri Oxuyan.az saytında
Müəllimlərin işə qəbul imtahanlarında təqdim edilən ümumi 60 sualdan 20-nin məhz kurikuluma aid olması onu ifadə edir ki, təhsil sistemində çalışmaq istəyən hər bir gənc müəllimin və eləcə də, təcrübəli müəllimlərin yeniliklərə ayaq uydurması zəruridir. Buna görə də, kurikulum imtahanlarına diqqətli şəkildə hazırlaşmaq və sınaq imtahanlarında etdiyiniz səhvləri bir-bir analiz etmək önəmlidir. Oxuyan.az platfomasına daxil olaraq hər bir kurikulum imtahanı verəcək şəxs ödənişsiz sizlərə təqdim edilən kurikulum sınaq testlərində iştirak edə bilərsiniz. Mütəmadi olaraq kurikulum sınaq testlərində iştirak edən və nəzəriyyəsini gücləndirən hər bir namizəd demək olar ki, sonda ən yüksək nəticələri əldə edir. Öz ixtisasını əla bilməklə yanaşı, həm də yeni kurikulum sisteminə uyğunlaşan müəllim kollektivi güclü və rəqabətə davam gətirən gələcəyin əsasını qoyur.
Kurikulum dərslərindən imtahanlara hazırlaşarkən əmin olmaq lazımdır ki, namizəddə mövzulararası heç bir boşluq yoxdur. Bunu isə qiymətləndirməyin yeganə üsulu sınaq test imtahanlarında iştirak etməkdir. Unutmayın ki, uğura gedən yol effektiv çalışmaqdan və imtahanlarda etdiyiniz səhvləri analiz etməkdən keçir.
Kurikulum dərsləri təhsilalanlarda nələri formalaşdırır?
Kurikulum proqramı təhsilalanlarda bir çox bacarıqların inkişafına birbaşa olaraq töhvə verir:
- analitik düşünmə
- heç bir təsirə məruz qalmadan müstəqil şəkildə qərar vermə
- müstəqil öyrənmə
- müasir texnologiyalardan istifadə
- problem həlletmə
- tənqidi və mühakimə yönümlü düşünmə
Kurikulumun tədrisi zamanı müəllimlər şagirdlərdə mühakimə etmə bacarıqlarının formalaşması üçün bir çox əyani tapşırıqlar həll etməyə çalışırlar. Şagirdlərin verdiyi cavabları əsaslı və ya zəif mühakimələr olaraq müəllimlər dəyərləndirir və verdikləri cavabların əsasında onlara müxtəlif rəylər verir.
Bu hissədə sizlərə həm əsaslı, həm də ki, zəif mühakimə barəsində nümunə göstərəcəyik.
Əsaslı mühakimə:
- Yağış yağan zaman Lalə çətir istifadə edir. Hal hazırda güclü yağış yağır.
Yuxarıda qeyd edilən səbəbə əsaslanaraq demək olar ki, Gülnar hal hazırda çətir istifadə edir. Bu mühakimə hər zaman doğru olduğuna görə əsaslı mühakimə hesab edilir.
Zəif mühakimə:
- Yağış yağan zaman Lalə çətir istifadə edir. Hal hazırda Lalə özü ilə çətir götürmüşdür.
Yuxarıdakı verilən ifadəyə əsaslanıb deyə bilərik ki, hal hazırda yağış yağır. Amma bu öz növbəsində zəif mühakiməyə gətirib çıxaracaqdır. Çünki əsl səbəb belə olmaya da bilər. Lalə əlində çətiri başqa səbəblərdən, məsələn, mağazadan yenicə aldığı üçün evə də apara bilər. Deməli, mühakimə düzgün deyil.
Son olaraq, kurikulum dərslərində və kurikulum imtahanlarında uğur qazanmaq istəyirsinizsə, başlanğıcdan düzgün planlama edin və hədəflərinizə çatmaq üçün düzgün mənbələrdən istifadə etdiyinizdən əmin olun. Əgər kurikulum testləri işləmək və zəif cəhətlərinizi fərqinə varmaq istəyirsinizsə, saytımızda “MİQ sınaq imtahanı – Kurikulum” sınaq imtahanlarına istinad edə bilərsiniz. Ayrıca MİQ imtahanları ilə sınaq testlərdə iştirak etməyiniz məsləhətdir.
Comments are closed, but trackbacks and pingbacks are open.