Məli Yazı Nümunələri -Nərgiz Həsonaova
Online Klavier oder Keyboard spielen lernen? Mit diesem interaktiven Kurs für Anfänger und Fortgeschrittene lernst Du bis zu 80% schneller! Kostenlos .
Kurs isi numune — Рейтинг сайтов по тематике
Низкую температуру кристаллизации и коэффициент объемного расширения. Определение соотношения этиленгликоля и воды в антифризе.
Рейтинг Alexa: #15,514,582 Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 0 из 10
0 / 5.0 оценка (Голосов: 0 )
Библиотека фотографий PK-Kurs.ru содержит огромное количество фото различной тематики: бытовая техника, мотоциклы, мебель, автомобили, строительство, реклама, ремонт и прочее.
0 / 5.0 оценка (Голосов: 0 )
Fremdsprachenkurse in München Zentrum. Gruppenkurse, Privatkurse, Firmenkurse. Fremdsprache B2B – flexible Kursgestaltung – Berufsspezifische Kurse
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Online Klavier oder Keyboard spielen lernen? Mit diesem interaktiven Kurs für Anfänger und Fortgeschrittene lernst Du bis zu 80% schneller! Kostenlos .
Рейтинг Alexa: #18,147,735 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
obojo, die Restplatzbörse für Seminare, Kurse und Trainings in Österreich. Auf obojo.at bekommen Sie Ihre gewünschtes Seminar bis zu 50% günstiger!
seminar , seminare , kurs , kurse , restplatz
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Top-Kurs.ru – мониторинг обменных пунктов. Лучшие и самые выгодные курсы обмена валют
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Курсы валют, банки Беларуси, обмен валют, лучшие курсы.
Рейтинг Alexa: #5,826,462 Google PageRank: 3 из 10
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 10
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 1 из 10
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 10
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
Похожие тематики
- Kurs isi numuneleri
- Kurs isi numunesi bdu
- Kurs işi nümunə bdu
Динамика популярности – Kurs isi numune
Google Тренды это диаграмма для отслеживания сезонности ключевых слов. Этот график позволяет лучше понять сезонное изменение полулярности запросов по определенной тематике.
Значения приведены относительно максимума, который принят за 100. Чтобы увидеть более подробную информацию о количестве запросов в определенный момент времени, наведите указатель на график.
Все товарные знаки и торговые марки являются собственностью их владельцев и используются здесь исключительно в целях идентификации.
Əməli Yazı Nümunələri -Nərgiz Həsonaova
Əməli Yazı Nümunələri – Nərgiz Həsonaova
Ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, məktub, vəkalətnamə, əmr, etiket, hesabat, referat əməli yazı nümunələri sayılır.
1. Ərizə Nümunə: Yuklə
Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.
Ərizənin məzmuna görə iki növü vardır:
• Şikayət xarakteri daşıyan ərizə.
• Xahiş məqsədilə yazılan ərizə.
Ərizəyə verilən tələblər:
• Kimə və kim tərəfindən yazılır.
• Məzmun qısa, faktlar konkret olmalıdır.
• Ərizəçinin öz xətti ilə yazılmalıdır.
• Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
2. Tərcümeyi-hal Nümunə: Yuklə
Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.
Tərcümeyi-hala verilən tələblər:
• Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.
• Faktlar ardıcıl sadalanmalıdır.
• Şəxsin öz xətti ilə yazılmalıdır.
• Sonda imza və tarix göstərilməlidir.
3. İzahat Nümunə: Yuklə
Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.
İzahata verilən tələblər:
• Kimə və kim tərəfindən yazılır.
• Məzmunu aydın olmalıdır.
• Şəxsin öz xətti ilə yazılmalıdır.
• Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
4. Elan Nümunə: Yuklə
Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər:
• Məzmunu aydın qeyd olunmalıdır.
• Vaxtı dəqiq göstərilməlidir.
• Tədbirin keçiriləcəyi yer yazılmalıdır.
• Tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.
• Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.
• Reklam — latıncadır: qışqırmaq mənasını verir.
• Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.
• Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.
5. Arayış Nümunə: Yuklə
Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.
Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.
Arayışa verilən tələblər:
• «Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.
• Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.
• Təqdim olunduğu yer göstərilir.
• Sonda imza və möhür
6. Protokol Nümunə: Yuklə
Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.
Protokol üç halda yazılır:
• iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
• qaydanın pozulmasını bildirmək üçün;
• dövlətlərarası münasibətlər zamanı yazılır.
Protokola verilən tələblər:
• Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
• Təşkilatın adı, tarixvə yer göstərilir.
• İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
• Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
• Sonda sədr və katibin imzası
7. Rəy Nümunə: Yuklə
Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.
Rəyə verilən tələblər:
• Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
• Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.
• Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.
• Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.
8. Teleqram Nümunə: Yuklə
Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:
• Müəyyən bir hadisə barədə məlumat vermək.
• Pul köçürmək
Teleqrama verilən tələblər:
• Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.
• Teleqram yığcam və aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.
• Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıca pul hesablanır.
9. Annotasiya Nümunə: Yuklə
Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.
Annotasiyaya verilənt tələblər:
• Müəllifin adı və soyadı verilir.
• Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.
• Kitabın nə haqda yazıldığı bildirilir.
• Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.
10. Akt Nümunə: Yuklə
Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:
• cinayət aktı — cinayət işi ilə bağlı olur
• dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar
• müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu
• mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.
Akta verilən tələblər:
• «Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.
• «Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.
• Aktı tərtib edənlər göstərilir.
• Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.
• Nəticə yazılır.
• Sonda aktı tərtib edənlərin imzası
11. Məktub Nümunə: Yuklə
Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.
Məktub aşağıdakı hissələrdən ibarətdir:
• Müraciət hissəsi — başlıq sayılır.
• Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.
• Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.
• Yekunlaşdırıcı hissə — sonluq.
12. Vəkalətnamə Nümunə: Yuklə
Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.
Vəkalətnaməyə verilən tələblər:
• Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.
• Alınacaq və ya etibar ediləcək malın məzmunu və vəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.
• Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.
• Vəkalətnamənin verildiyi
13. Əmr Nümunə: Yuklə
Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.
Əmrə verilən tələblər:
• Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).
• Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.
• Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.
• Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.
14. Etiket Nümunə: Yuklə
Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.
15. Hesabat Nümunə: Yuklə
Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.
Hesabata verilən tələblər:
• İnandırıcı olmalıdır.
• Faktlar və rəqəmlər dəqiq verilməlidir.
• Təkrarlara yol verilməməlidir.
• İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.
• Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.
16. Referat Nümunə: Yuklə
Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.
Referata verilən tələblər:
• Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.
• Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.) • Sonda müəllifin adı, atasının adı, soyadı və tarix yazılır.
Kurs iŞİ plan
Dəyişmə günümüz bazarlarının dəyişməyən yeganə xüsusiyyətidir. Dəyişmənin gətirib çıxardığı qeyri-müəyyənlik və qeyri-sabitlik isə müəssisə qərar alma müddətlərini daha strateji bir hala gətirməkdədir. Dəyişmənin hakim olduğu bazarlarda müəssisə başarısıdeğişen şərtlərə asanca adaptasiya olma bacarığına bağlıdır. Bu səbəblə, günümüz müəssisələrinə həm xarici dəyişmələrə qarşı daha həssas olmaq, həm də bu dəyişmələrə istiqamətli fəal bir rəftar içində olmaq məcburiyyətindədirlər. Hərbi mənşəli bir söz olan strateji kəlimesi, Yunancadan “strategos” sözündən gəlməkdə olub, “yol,çizgi, göndərmə, yönəltmə, göndərmə, götürmə ” mənalarında istifadə edilməkdədir.
Bu təriflər işığında strategiyanı, işlətməyə rəqabət üstünlüyü qazandırmaq məqsədiylə müəssisənin gələcəyinə şəkil vermə yolunda həyata keçirilən analiz, hədəf təyin, vizyon yaratmaq, planlaşdırma və planların həyata keçirilməsi üçün zəruri olan təşkilati quruluşun yaradılması və resursların təsisini əhatə edən bir proses şəklində təyin etmək mümkündür. Bu səbəbdən, strategiyanın, rəqabət üstünlüyü təmin istiqamətli şüurlu bir fəaliyyət planı axtarışı və haqqında danışılan planın həyata keçirilməsi səyləri toplamıolduğu da deyilə bilər. Buna görə strateji yaradılması prosesi müəssisənin missiyası ilə başlayıb, müəssisənin paydaşlarına istiqamətli meydana gətirdiyi hədəflərə görə şəkillənən bir strateji yaradılması mərhələsi söz mövzusudur. Missiya və hədəflər müəssisə üst rəhbərliyin müəyyən edilir.
Ancaq hədəflərin təyin olunması və strateji yaradılması mərhələsi, həm dışçevre şərtlərinin (fürsət və təhdidlər) analizi həm də müəssisənin daxili tutumunun (güclü və zəif tərəfləri) analizi işığında praqmatik bir anlayışla müəyyənləşdirilir. Dışçevre analizi kontekstində müştərilər, rəqiblər, qiymət məhdudlaşdırır, qanuni tənzimləmələr, makro-iqtisadi şərtlər, paylama kanal problemləri, təchizatçılar, və s. faktorların mütləq nəzərə alınması lazımdır. Digər tərəfdən daxili ətraf analizi kontekstində isə mövcud müəssisə performansı, xərc quruluşu, məhsul portfeli,marka gücü işləri, texniki yetkinliklər, kol-sanları bacarıqları, müəssisə mədəniyyəti və s. faktorlar nəzərə alınaraq qiymətləndirmələr edilməlidir. Strateji yaradılması prosesi nəticəsində ortaya çıxan strategiyaya uyğun olaraq marketinq proqram və taktikaları inkişaf etdirilməkdədir. dövr sonunda isə nəzərdə tutulan strategiyanın nə dərəcə məqsədəuyğun olduğunu qiymətləndirmək məqsədiylə performans qiymətləndirməsi edilər. Nəticəyə görə təqib edən dövrlər üçün diqqət edilməsi lazım olan xüsuslar müəyyən edilir və ölçülən performans nəticəsinin daxili və xarici analizlərlə olan əlaqəsi təkrar nəzərdən keçirilir. Strateji təyin müddətində istifadə edilməkdə olan müxtəlif analiz üsulları var. bunlardan ən məşhur işlədiləni SWOT analizidir. SWOT analizi strateji təyin müddətində xarici bazar şərtlərinin doğurduğu potensial imkanlar ilə firma üçün meydana gətirdiyi təhdidlərin müəyyənləşdirilməsi və firmanın sahib olduğu özyetkinlikler və qaynaq aksessuarlarının ireliledirlmesinə köməkçi . Analiz nəticəsində sovrulacaq bazar fürsətlərının müəyyənləşdirilməsi və bazar şərtlərinin yarada təhdidlərə qarşı güvənli bir marketinq Ortamı yaratmaq müəssisənin rəqabət üstünlüyünü təmin etmək məqsədiylə edilən analiz və təhlil də əhatə edir.
2.SWOT nə dir? Necə aparılır? Nə üçün aparılır?
SWOT nədir? İstənilən marketinq addımın əsası düzgün aparılan təhlildən keçir. Hətta bəzən marketinq məfhumunun bazarın öyrənilməsi, araşdırılması prosesi ilə eyniləşdirirlər. Marketinq araşdırmaları biz marketoloqlar üçün müstəsna əhəmiyyətlidir hər birimiz təhlil-araşdırılma metodlarını düzgün bilməli və verdiyi qərarları konkret təhlillərin əsasında qəbul etməyi bacarmalıyıq. Belə araşdırmaların ən vaciblərindən biridə SWOT-təhlil adlarılan bir metoddur. SWOT-təhlil əsasında marketoloq konkret olaraq şirkətin (brendin, məhslulun və ya məhsul kateqoriyasının) güclü, zəif tərəflərini, imkan və fürsətlərini çox sadə vizuallıqla rəhbərliyə təqdim edərək yaxın və uzunmüddətli perkpektivdə əsas inkişaf istiqamətlərini göstərə bilər.
Bəs SWOT-təhlil necə aparılır?
Əslində marketinqə aid bütün ədəbiyyatlarda SWOT-təhlil barədə məlumat tapmaq olar. Təbii ki, bütün kitablarda (və ya başqa informasiya daşıyıcılarında) SWOT sözünün mənası və izahı barədə məlumat verilir, lakin bu təhlilin praktik aparılma alqoritmi barədə məlumat tapmaq çox çətindir. Mən bu kurs işində SWOT-təhlilin praktik həyata keçirilmə qaydaları barədə oxuduqlarımı bölüşəcəm. Konkret mərhələlər üzrə izahata keçməzdən əvvəl gəlin bu lazımlı təhlilin aparılma üsulunu sxematik formada əks etdirək:
I mərhələ sözsüz araşdırma obyektinin seçilməsindən keçir. SWOT-təhlil obyekti kimi praktikada şirkət, brend və ya konkret biznes həlqəsi kimi çıxış edir. Obyektin formasında asılı olmayaraq mütləq coğrafi sərhədlərin seçilməsidə müstəsna əhəmiyyət kəsb edir. Bir corafi regionda təhlil obyektinin hansısa üstünlüyü digər reg ion üçün zəiflik ola bilər. Təhlil prosesini daha düzgün başa düşmək üçün şərti olaraq natural şirə istehsalında ixtisaslaşan şərti “ORİGİNAL” brendini götürək. Beləliklə təhlil başlamazdan biz mütləq aşağıdakıları müəyyən etməliyik:
– Tədqiqat obyekti; X şirkətinin istehsalı olan “ORİGİNAL” brendidir
– Sərhəd: “ORİGİNAL” brendinin Azərbaycan ərazisində təhlili aparılır.
II mərhələ təhlil planının hazırlanması. Bu proses özündə təhlil üçün konkret hansı elementlərdən istifadə ediləcəyi əks etdirir. Hansı metodlardan kütləvi sorğular, Delfi metodu, təhlil aparan işçinin sərf subyektiv fikirləri və ya ikinci əl qaynaqlardan istifadə ediləcəyi məhz bu hissədə təyin edilməlidir. Burada SWOT-təhlil üçüm əsas informasiya qaynaqları müəyyənləşdirilməlidir. Virtual nümunə kimi “ORİGİNAL” brendini götürdükdə biz aşağıdakıları təyin edirik:
– İnformasiya mənbəyi kimi, ekspert rəylərində və “ikinci əllərdən” qaynaq kimi istifadə ediləcək;
– Paralel həm ekspertlərlə sorğu, həmdə digər informasiya mənbələrindən məlumat yığılacaq.
III mərhələ. Bu mərhələ bizim təhlilimizdə müstəsna əhəmiyyət kəsb edir. Biz burada informasiya qaynaqları kimi ekspertləri seçməli, bu eksperlərdən konkret nəyi soruşmaq lazım olduğu təyin etməliyik. Əslində bu məqam düzgün aparıldığı təqdirdə SWOT-təhlilin düzgün aparılma ehtimalı xeyli yüksəlir. Bu baxımdan biz bu mərhələnin daha geniş müzakirə etməyə çalışacağıq.
SWOT-təhlil üçün ekspert seçiminin düzgün təşkil edilməsi üçün biz brendi yaxından tanıyan adamlardan istifadə etməliyik. Şəxsi təcrübəmdən çıxış edərək söyləyə bilərəm ki, əsasən ekspert sayında 30% şirkət əməkdaşları, 30% distribyutorlar, 40% müstəqil ama bu sahəni yaxşı bilən ekspertlərdən istifadə etmək daha düzgün effekt verə bilir. Təbii ki, bu nisbət konkret tədqiqat obyektindən asılı olaraq dəyişə bilər. Ekspert sayı və tərkibi təyin edildikdən sonra anketdəki sualların tərtibatına keçə bilərik. Suallar tərtib edilərkən iki hissədən ibarət olmalıdır: birinci hissə şirkətlə əlaqəli suallar, ikinci hissə şirkətin ətrafında olan biznes mühitlə əlaqəli suallar. Sualları bu formada tərtib edərək biz SWOT-təhlil üçün əsas informasiya bazasının fundamentini qurmuş oluruq. Başqa sözlə desək biz şirkətin daxili və xarici mühitlərinə ekspert gözü ilə baxış keçiririk. Burada sualların düzgün tərtibatı üçün biz daxili və xarici mühit məfhumlarına açıqlama verərək yaddaşımızı təzələyək.
Daxili mühiti dedikdə biz şirkət tərəfindən təsir edilən bilən faktorların məcmusu başa düşürük. (Kadr heyyəti, investisiya qaynaqları, informasiya texnoloqiyaları, ARGE, satış sistemi, brendin tanınma səviyyəsi, mövqeylənmə və s.)
Xarici mühit dedikdə – şirkət tərəfindən nəzarət edilməyən amillər nəzərdə tutulur. (Təhcizat qaynaqları, rəqabət mühiti, müştərilər, qanunlar, yeni texnoloqiyalar və s.)
Daxili mühitə aid olan informasiyalar SWOT-təhlildə şirkətin güclü və ya zəif tərəfləri, xarici mühitlə əlaqəli amillər isə şirkət üçün üstünlük və ya təhlükə kimi formalaşdırılır, qəbul edilir.
IV mərhələ. Bu mərhələdə biz artıq hazır anketlərin doldurulması və ikinci əl qaynaqlardan informasiyaların yığılması ilə məşğul olmalıyıq. SWOT-təhlildə respondentlərin sayının minimum səviyyədə olduğundan ən düzgün metod F2F hesab edilir. Bu metodda respondentlərə suallı daha düzgün açıqlamaq və həqiqi motivləri aşkarlamaq olur.
Ikinci əl informasiyalar daha çox KİV-ən yığılır. Paralel olaraq xarici ölkələrin səfirlikləri fəaliyyətdə olduğu yerlərin sahələr üzrə araşdırmalarını edirlər. Bu qaynaqlar bizim üçün təhlildə yaxşı informasiya qaynağı ola bilər.
V mərhələ. Yığılan informasiyaların filtr edilməsi və konkret olaraq SWOT-cədvəlin cızılması təhlildə ən vacib məqamlardan biridir. SWOT-təhlilin ideal vizual formasını göstərmək istərdim. Bu formada güclü tərəflərlə-üstünlüklərin, zəif tərəflərlə-təhlükələrin üfüqi düzülməsi bizə SWOT-təhlildən mərkəzi problemi və əsas imkanı görməyə şərait yaradır.
VI mərhələ. Aparılan təhlillərdən sonra təbii ki, hesabat hazırlayaraq konkret təkliflər vermək çox vacibdir. SWOT-təhlildə təkliflərin hazırlanması üçün mütləq qaydada mərkəzi problemi təyin etmək lazımdır. Mərkəzi problem şirkətin ən zəif tərəfi ilə gələcək ola biləcək təhlükənin cəmi ilə formalaşır və SWOT-təhlil cədvəlindən formalaşır.
Ümumilikdə bu yazıda mən SWOT-təhlilin ən sadə metodu barədə danışdım. Çox zaman təhlil konfrtantasiya matrisası və çoxsaylı riyazi modellərlə hazırlanır. Hesab edirəm ki, aparılma metodundan asılı olmayaraq SWOT-təhlil düzgün aparıldığı təqdirdə şirkətin biznes strategiyasının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Nə üçün aparılır?
* Güclü yönlərimizi fürsətlərdən faydalanacaq şəkildə istifadə edə bilmək üçün
* Zəif yönlərimizi fərqinə vararaq onları güclü istiqamətlərə çevirərək strategiyalar inkişaf etdirə bilmək üçün
* Ətrafımızdakı təhdidləri güclü yanlarımı ilə bütünləştirilə biləcək imkanlara çevirmək üçün
3.Iki ayrı-ayrı müəssisənin( COCA COLA və PEPSİ) SWOT –analiz təhlili
Bu müəssisələri seçməyimdə əsas məqsəd eyni məhsul istehsalçısı olması və bazarda olduqları sektorun ən güclülərindən olmalarıdır. Öncəliklə hər birinin rəsmi olaraq təqdim etdiyi SWOT analizlərinə baxaq:
- Coca-Cola ilə müqayisədə dünya içki bazarında çox zəif marka məlumatlandırma və bazar payı
- Çox aşağı xalis mənfəət marjı
- Güclü tərəflər
Geniş bölüşdürmə kanalı: PepsiKO məhsulları hər həftə dünyanın 200 ölkəsində 10 milyardan artıq mağazada satışa sunulur.
Korporativ Sosial Məsuliyyət (KSM) layihələri:
PepsiKO möhkəm bir cəmiyyətdə öz rolunu tanıyır və beləliklə, onun marka məlumatlandırma və müştəri loyallığı artırılması, təhsil, təkrar su mənbələrindən istifadə, piylənməilə mübarizə kimi digər layihələr ilə PepsiCo Fondu vasitəsilə məşğul olur.
Birləşmə və satın almalarda peşəkarlıq: PepsiCo biznesinin artımı üçün əsas uğurlu birləşmə addımı sərinləşdirici içkilərin doldurulması və qəlyanaltılar hazırlayan xırda müəssisələrin əldə edilməsidir. PepsiCo Gatorade, Tropicana, Doritos, Quaker yulaf və bir çox başqaları kimi markaları alıb
22 markadan ildə 1 milyard gəlirin təmini: Onun gəliri bir neçə xırda məhsuldan yox,istehlakçılarının dad zövqlərini oxşayan 22 brenddəndir.
Uğurlu marketing və reklam Kompaniyaları: Şirkət 2012-ci ildə reklam və marketinqə 2 milyard dollar xərcləyərək həm əsas rəqibi olan COCA-COLAnı və digər rəqiblərini geridə qoya bilmişdir.
Tamamlayıcı məhsul satışı: PepsiKO özünün illik hesabtlarında qeyd etmişdir ki, bəzi sneker firmlarının satın alınması ilə həm öz qida məhsullarını həmdə içkilərin satışını artırmışdır.
- Zəif tərəflər
Aşağı qiymət: Rəqiblərdən daha aşağı qiymət strategiyası istehlakçılarda məhsulun rəqib məhsullara nəzərən daha az keyfiyyətli olması təsəvvürü yaradır.
Coca-Cola ilə müqayisədə dünya içki bazarında çox zəif marka məlumatlandırma və bazar payı: Bu gün Coca Colanın bazarda daha çox paya sahib olmağının əsas səbəblərindən biri də marka məlumatlandırmanın PepsiKO dan daha yaxşı təşkil olunmasıdır.
Sağlam qida və içkilər üçün tələb artır: piylənməilə mübarizə səbəbiylə, sağlam qida və içkilər üçün tələb kəskin artıb. PepsiCo daha az şəkərli və kalorili içkilər və snekerlərin istehsalının artırmaqla bazarda pay iddialılığını daha da artıra bilər.
Şüşə qabda sular istehlak artımı: Şüşələnmiş su istehlakı ABŞ (PepsiKo ən böyük şüşələnmiş su bazarı) və dünyanın qalan hissələrində də artacağı gözlənilir.
- Təhlükələr
Su çatızmazlığı: Su çatışmazlığıyla bağlı qlobal problemin qabartılması zamanı Pepsi KO nun istehsalatda suyun isarfı ilə bağlı tənqidlərə məruz qalmışdır.
ümumi mənfəət marjının azalması: su və digər xammal resurslarına xərclərin artırılması PepsiKO da ümümi mənfəətin azalmasına gətirib çıxarmışdır.
- GÜCLÜ TƏRƏFLƏR
Qazlı içkilər üzrə dünyada ən iri bazar payı: Coca Cola qazlı içkilər bazarında ən böyük pay sahibidir.(təxminən 40%)
Güclü marketinq və reklam: Coca Cola’ 2012-ci ilə nisbətən reklam xərclərini 3 milyard dollar artırıb bu isə şirkətin satışında və məhsulun tanınmasında mühüm artışlara səbəb olub.
Ən geniş içki paylama kanalı: Coca Cola dünyanın 200 ölkəsində gündə 1,7 milyard məhsulla öz xidmətini təqdim edir.
Yüksək istehlakçı sadiqliyi: Coca Cola dünyanın ən çox sadiq istehlakçı qruplarına malik ola firmalardandır
- ZƏİF TƏRƏFLƏR
Bəzi birləşdirmələr zamanı artan borc səviyyəsi. CCE nin alınması Coca Cola borc səviyyəsini təxminən 8 milyard dollar qaldırıb, faiz dərəcələri və borclar üzrə məsrəflər artıb.
Ictimaiyyətdə mənfi imic təhlükəsi: Firma tez-tez yüksək su qıtlığı olan regionlarda içkilər istehsalı zamanı zərərli maddələr istifadə üçün tənqid olunur.
Bir çox brendlərində uğursuzluqla qarşılaşması: Coca Colanın 500-dən artıq brendi olmağına baxmayaraq onun illik gəliri sadəcə 1 milyard dollardır. Şirkət bazara yeni içki növlərinin daxil edilməsində tez-tez ugursuzluqlara düçar olur.
Şüşə qabda sular istehlakının artması: Şüşələnmiş su istehlakı istər ABŞ-da istərsədə dünyanın digər hissələrində artacağı gözlənilir.
Sağlam yemək və içki üçün artan tələb: Bir çox ölkədə obezite mübarizə səbəbiylə, sağlam yemək və içki üçün tələb böyük dərəcədə artmışdır. Coca-Cola Şirkətindəki içkilərdə şəkər və kalori miqdarının aşağı olması məhsul genişləndirmək üçün fürsət yaradır.
Inkişaf etməkdə olan bazarlarda içki istehlakı artır: Bu gün inkişaf etmək də olan ölkələrin bazarlarında spirtsiz içkilərə tələb böyük olduğundan bu bazarlara giriş imkanı daha çoxdur.
- TƏHLÜKƏLƏR
Su qıtlığı: Dünyada su qıtlığı üçün həyəcan təbili çalındığı bir zamanda COCA COLA-nın istehsalatda külli miqdarda su istifadə edilməsi onun ciddi qınaq obyektinə çevrilməsinə səbəb olmuşdur.
Dolların məzənnəsi: Coca-Cola Şirkəti gəlirinin 60 %-ından çoxu ABŞ xaricindən əldə edilir. Bu səbəblə digər pul vahidləri qarşısında güclü dollar performansınn itirilməsi firmanın ümumi gəlirini düşürə bilər.
Məhsulların üzərində tərkibini bildirən yazıların qeyri-açıqlığı: Bəzi Coca Colanın qazlı içkilərində sağlamlıq üçün ziyan olan konsentranlar var. Bu səbəblə, bir çox dövlətlərdə məhsul üzərindəki yazıları ifşa edən qanun haqqında düşünür. Bu cür məlumatları ehtiva edən məhsullar müştərilər tərəfindn mənfi qəbul edilir və müştərinin itirilməsi təhlükəsi yaradır.
PepsiCo ilə Rəqabət. PepsiCo şiddətlə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə bazar payı üzərində Coca Cola yarışır.
Bu kurs işimdə bugün dünyada spirtsiz və qazlı içkilər bazarında mövcud olan iki ən nəhəng firmanın SWOT analizini göstərdim. Öncəliklə PepsiKO-nun SWOT təhlilinə baxdığımızda “güclü tərəflər” olaraq firma özünün bir çox üstünlüyünü qeyd edib,lakin mən PepsiKO-nun reklam və marketinq strategiyasının,həqiqətən, uğurlu olduğunu və dünyada reklamda məşhur üzlərin istifadə edilməsi dəbini gətirdiyinə görə ayrıcalıq olduğunu deyərdim. Çünki bugün Coca Cola kimi güclü bir rəqiblə uzun bir zaman rəqabətdə qala bilmək dolğun bir marketinq plan tələb edir.
Həmçinin Pepsinin satın aldığı bir neçə xırda spirtsiz içki snekerlər istehsal edən firmaların satın alınması onun vəsaitinin artırılması ilə yanaşı Pepsidə brend genişlənməsinə imkan yaradaraq bazarda daha dayanıqlı olmağını təmin edir. Lakin bütün bunlara baxmayaraq Pepsi hələdə məhsulunu tanıtdırmaqda Coca Coladan geri qalır. Və Pepsinin qiymət strategiyasındakı səhv addımlardan biri də öz məhsullarının qiymətini rəqib məhsullara nisbətən daha aşağı təyin edilməsidir ki, bu da istehlakçılarda Pepsi məhsullarının keyfiyyətinin dahamı aşağıdır?, fikri yaradır.
Pepsi və Coca Cola üçün imkan və təhlükələrə keçməzdən öncə Coca Colanın güclü və zəif tərəflərinə diqqət çəkmək istəyirəm. Çünki bazarda baş-başa rəqabət aparan iki “nəhəng”-in bazardakı qarşılaşacağı təhlükələri və imkanları demək olar ki, eyni olduğundan onların birinin digərinin səhvini tutmaq və dəyərləndirmək kimi cəhdləri maraqlı “rəqabət səhnələrinə” səbəb olur.
Bugün Coca Cola deyərkən aglımıza gələn 3 göstərici
- Dünyanın ən bahalı markası
- ən yüksək istehlakçı sadiqliyi
- ən geniş içki paylama kanalı Coca Cola-nı güclü edən tərəflərdir.
Bütün bunlarla yanaşı hər iki firmanın hələ uzun müddət qızğın rəqabət içərində olacağını təxmin etmək çox da çətin deyil. Çünki inkişaf etməkdə olan ölkələrdə bu məhsullara olan tələbat hər keçən gün artır bu isə bu bazarlara daxil olma imkanını artırır. Və nəzərə alsaq ki, dünyada istehlakçılar artıq daha sağlam içki və qidalara üstünlük verdiyindən bu növ məhsulların istehsalının artması istehlakçılara daha da yaxınlaşmağa şərait yarada bilər.
Günümüzdə bütün dünya ekoloji problemlərə və onların həllinə yönəlik işlərin görülməsinə diqqət ayırır. Lakin istər Coca Cola istərsə də Pepsi üçün tutulan ən böyük iradlardan biri istehsalında su israfına yol vermələridir.
Son olaraq isə bunu qeyd etmək istərdim ki, bugün Coca Colanın bəzi ölkələrdə itmiş imicinin bərpasına və bazara daxil etdiyi bütün yeni brendlərlə daha diqqətli olmağa ehtiyacı vardır.
Pepsi isə öz qiymət strategiyasına yenidən baxmalı və məhsullarına inamı artırmalıdır. Bunun üçün isə uğurlu məhsul təbliğatı formalarından istifadəsi daha məqsədə uyğundur.
- Anadolu Univeristeti “Pazarlama ilkeleri” T.C. ANADOLU ÜNİVERSİTESİYAYINI NO: 3012
- F. Kotler-Marketinq-Menecment “iqtisad universiteti” nəşriyyatı-2010
- http://tr.wikipedia.org/wiki/SWOT_analizi
- http://www.synergyistanbul.com/swot-analizi-ornekleri/#.VH4qNDGsVy4
2.İlkin Manafov “SWOT Təhlil necə aparılır?” bloq yazısı
Comments are closed, but trackbacks and pingbacks are open.