Press "Enter" to skip to content

Yerli özünüidarəetmə

15. Avtoreferatı dissertasiya şurasının sədri, elmi katibi və dissertasiya şurasının nəzdində yaradılmış elmi seminarın rəhbəri imzalayırlar.

Yerli özünüidarəetmə

Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır.
Müxtəlif dövlətlərdə yerli özünü idarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.
Yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər. Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli əhəmiyyətli proqramlar həyata keçirir.
Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünü idarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.
Bələdiyyə orqanları dövlət orqanları sisteminə daxil deyil. Bələdiyyə hüququ yerli özünüidarəetmə ilə bağlı məsələləri tənzimləyən hüquqi normalar sistemidir. Bələdiyyə mülkiyyəti mülkiyyət hüququ əsasında şəhər və kənd ərazilərinə, həmçinin digər bələdiyyə qurumlarına mənsub olan əmlakdır.
Yerli özünüidarə haqda ilk beynəlxalq sənəd 1985 il oktyabrın 15 Avropa yerli və regional hakimiyyət orqanlarının daimi konfransı tərəfindən Strasburqda qəbul edilmiş “Yerli özünüidarə haqqında Avropa Xartiyası”dır. Xartiyanın əsas məqsədi yerli özünü idarə orqanlarının hüquqlarının təmin olunması və müdafiəsidir. Xartiyanın əsas istiqaməti yerli özünü idarə orqanlarının muxtariyyət dərəcəsinin demokratiyanın əsas meyarı olmasını göstərməkdir. Azərbaycan Avropa Xartiyasına 2001 il dekabrın 12 qoşulmuşdur.
Azərbaycanda yerli özünü idarə orqanları bələdiyyələrdir. Bələdiyyələr çoxmandatlı seçki hüquq əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999 il dekabrın 12 keçirilmişdir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə işinin təşkili “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Konstitusiyanın 143 maddəsi Bələdiyyələrin işinin təşkilinə həsr olunmuşdur. Bələdiyyələrin fəaliyyətinin 2 forması var:
– İclaslar
– Komissiyalar ( daimi və başqa komissiyalar)

Bələdiyyə iclasları bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. İclaslar ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.
Bələdiyyələrin daimi və başqa komissiyalarının fəaliyyəti bu prinsiplər əsasında həyata keçirilir: fikir müxtəlifliyi, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi, ictimai rəyi nəzərə almaqla komissiya üzvlərinin təşəbbüskarlığı

Avtoreferat yerli özünüidarəetmə

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.

AVTOREFERATIN TƏRTİBİ Q A Y D A S I

“Avtoreferatın tərtibi Qaydası” (bundan sonra – Qayda) 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanla təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.22-ci bəndinə uyğun hazırlanmışdır.

  1. Avtoreferatın mətni A5 formatında, səhifənin kənarlarından 15 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 12 şrifti ilə bir sətirarası intervalla qara rənglə yazılır.
  2. Avtoreferatın səhifələri nömrələnərkən üz qabığı da nəzərə alınır. Avtoreferatın üz qabığı nömrələnmir. Nömrələmə növbəti səhifədən “3” rəqəmi ilə başlayır, nömrələr səhifənin aşağı orta hissəsində ərəb rəqəmləri ilə ardıcıl yazılır.
  3. Avtoreferat fəlsəfə doktoru dissertasiyaları üçün A5 formatında, otuz altı – qırx min işarə (əsərlərin siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyaları üçün isə A5 formatında, yetmiş altı – səksən min işarə (əsərlərin siyahısı istisna edilməklə) həcmində çap edilir. Humanitar elmlər üzrə avtoreferatın həcmi bu həcmdən iyirmi faizədək artıq ola bilər.
  4. Avtoreferatın bir səhifəsində yazılan işarələrin sayını kompüter vasitəsilə dəqiq müəyyən etmək mümkün olmadıqda, bir səhifədə yazılan mətn iki min işarəyə bərabər tutulur.
  5. Avtoreferatda dissertasiyanın strukturu saxlanılmaqla, onun əsas ideyaları və nəticələri şərh olunmalı, yenilik dərəcəsi və tədqiqat nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda iddiaçının şəxsi töhfəsi göstərilməlidir.
  6. Avtoreferatda istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilir.
  7. Avtoreferatda iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. İstinad olunmuş mənbənin sonunda, dırnaq işarəsinin üst hissəsində nömrə qoyulur, səhifənin aşağı hissəsində həmin nömrənin qarşısında mənbənin biblioqrafik göstəricisi verilir. Biblioqrafik göstərici “Times New Roman” 10 şrifti ilə yazılır və ardıcıl nömrələnir.
  8. Avtoreferatın mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə edilir.
  9. Avtoreferatda iddiaçının dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi əsərlərinin siyahısı xronoloji ardıcıllıqla verilir.
  10. Avtoreferatın üz qabığı “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat” ilə nəzərdə tutulan nümunəyə (Əlavə 1.4, Əlavə 1.4.1 və Əlavə 1.4.2) uyğun tərtib edilir.
  11. Avtoreferatın üz qabığı 120 qr/m 2 , mətni 80 qr/m 2 A5 (210 mm x 148 mm) formatında ağ kağızın hər iki üzündə çap edilir.
  12. Dissertasiya Azərbaycan dilində yazıldıqda, onun avtoreferatı Azərbaycan dilində 100, ingilis dilində 20 nüsxə çap edilir.
  13. Dissertasiya rus dilində yazıldıqda, onun avtoreferatı rus dilində 70, Azərbaycan dilində 30 və ingilis dilində 20 nüsxə çap edilir.

15. Avtoreferatı dissertasiya şurasının sədri, elmi katibi və dissertasiya şurasının nəzdində yaradılmış elmi seminarın rəhbəri imzalayırlar.

16. Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış Komissiyanın müəyyən etdiyi siyahı üzrə zəruri ünvanlara (“Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”a Əlavə 1.6) göndərilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.