Press "Enter" to skip to content

Leti f huseynov beynelxalq munasi betler

Bazar gününün hava proqnozu açıqlanıb

Avropa

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına münasibət bildirib

18 mart 2023 01:02 (UTC +04:00)

Xəbər Lenti

Prezident: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

18 mart 2023

Britaniya kəşfiyyatı: Rusiya tələbələri hərbi xidmətə məcbur etmək üçün yaş həddini dəyişə bilər

18 mart 2023

BŞİH yaz mövsümü ilə əlaqədar iməcilik keçirib

18 mart 2023

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq

18 mart 2023

FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı keçirilib

18 mart 2023

İranın cənubunda zəlzələ baş verib

18 mart 2023

İstehlakçılara 400 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb

18 mart 2023

Prezident İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 mart 2023

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi İraqa səfər edəcək

18 mart 2023

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb – FOTO

18 mart 2023

Prezident Talış kəndində inzibati binada, uşaq bağçasında və tam orta məktəbdə yaradılan şəraitə baxıb

18 mart 2023

Dövlət başçısı Suqovuşan su anbarı boyunca yaradılan turizm infrastruktur obyektləri ilə tanış olub

18 mart 2023

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kənd sakinləri ilə görüşüb söhbət ediblər

18 mart 2023

Bazar gününün hava proqnozu açıqlanıb

18 mart 2023

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

18 mart 2023

Mövlud Çavuşoğlu Misirə səfər edib

18 mart 2023

Prezident İlham Əliyev Talış kəndindəki Klub icma mərkəzində olub

18 mart 2023

Prezident İlham Əliyev Suqovuşanda yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edib

18 mart 2023

Prezident İlham Əliyev Talış kəndinin Baş planı ilə tanış olub

18 mart 2023

Prezident Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri ilə tanış olub

18 mart 2023

Dövlət başçısı Suqovuşanda orta məktəb binasında yaradılan şəraitlə tanış olub

18 mart 2023

Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib

18 mart 2023

Birinci vitse-prezident Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib – VİDEO

18 mart 2023

QMİ sədri Səudiyyə Ərəbistanına gedir

18 mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

18 mart 2023

FHN: Abşeronda spirtlə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılıb – FOTO – VİDEO

18 mart 2023

Azərbaycanda avtomobil yanacağının istehsalı azalıb – CƏDVƏL

18 mart 2023

DİN: Saatlıda 15 yaşlı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində tədbir görüləcək

18 mart 2023

Naxçıvan maliyyə nazirinin həbs qətimkan müddəti uzadılıb

18 mart 2023

Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb – EKSKLÜZİV

18 mart 2023

Ermənistan ATƏT-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumunu pisləyən bəyannamənin qəbul edilməsinə mane olub

18 mart 2023

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları 2 dəfə artıb

18 mart 2023

DSX sərhəd buraxılış məntəqələrində yaranmış ləngimələrə aydınlıq gətirib

18 mart 2023

TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda seçkiləri müşahidə edəcək

18 mart 2023

Mehmanxanalarda elektron qeydiyyatın aparılması proseduru müəyyənləşib

18 mart 2023

Ermənistanda yanaraq ölən 15 əsgərə görə komandir həbs edilib

18 mart 2023

Son iki ayda əmək müqavilələrinin sayında artım olub

18 mart 2023

Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb

18 mart 2023

Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürət qatarı yola düşüb – FOTO

18 mart 2023

Avropada qazın qiyməti 475 dollardan yuxarı səviyyədə qərarlaşıb

18 mart 2023

Ötən gün yol qəzalarında 6 nəfər ölüb

18 mart 2023

DSMF beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunub

18 mart 2023

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

18 mart 2023

Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

18 mart 2023

Əmtəə bazarlarında qızılın qiyməti 2 000 dollara yaxınlaşır

18 mart 2023

DSX və DİN Füzulidə əməliyyat keçirib, 10 kq-dan çox narkotik aşkarlanıb

18 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Leti f huseynov beynelxalq munasi betler

Beynəlxalq münasibətlər nəzəri baxımdan siyasət elminin bir qoludur. Bütün ölkələr, beynəlxalq arenada təmsil olunan təşkilatlar, transmilli korporasiyalar bu sahənin əsas predmet obyektlərdir. Beynəlxalq münasibətlər ixtisasının məqsədi bu sahə üzrə ixtisalaşmaq arzusunda olan şəxslərə sahənin əsas predmeti olan ölkələrin və təşkiatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. Bu ixtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahədə nəzəri biliklərin əsasını sadalanan sahələr üzrə nəzəri biliklər təşkil edir:

  • ➝ Beynəlxalq münasibətlər nəzəriyyəsi;
  • ➝ Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü;
  • ➝ Avropa və Amerika; Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti;
  • ➝ Beynəlxalq təşkilatlar; Beynəlxalq iqtisadi münasibətlər;
  • ➝ İqtisadi diplomatiya; Dünya iqtisadiyyatı;
  • ➝ Siyasi və iqtisadi coğrafiya;
  • ➝ Beynəlxalq hüquq, beynəlxalq müqavilələr;
  • ➝ Beynəlxalq təhlükəsizlik; Dünya siyasəti;
  • ➝ Geosiyasət;
  • ➝ Azərbaycanın xarici siyasəti;
  • ➝ Diplomatiya və konsul xidməti; Diplomatik protokol;
  • ➝ Konfliktologiya;
  • ➝ İnteqrasiya prosesləri.

İxtisasın tarixi

Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsilin əsası ilk dəfə 1919 – cu ildə Britaniyada qoyulmuşdur. Bu ixtisas üzrə ali təhsilin magistratura pilləsi üzrə ilk proqram isə 1928 – ci ildə Çikaqo Universitetində yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Dövlətin və ya şirkətin daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
  • ➝ Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • ➝ Layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası;
  • ➝ Müxtəlif mənbələrdən vacib məlumatların toplanması və inkişafların təhlili;
  • ➝ İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Beynəlxalq nümayəndə heyətlərinin müşayiəti, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
  • ➝ Protokol işləri;
  • ➝ Rəsmi səfərlərin hazırlanması;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Mediya ilə iş, müasir informasiya texnologiyalarından istifadə;
  • ➝ Millətlərarası ünsiyyət mədəniyyətini, xarici ölkələrin iş mədəniyyətini qorumaq;
  • ➝ Müxtəlif xarakterli qlobal proseslərin tənzimlənməsi: iqtisadi, mədəni, hərbi, siyasi, ekoloji;
  • ➝ Dövlət xaricində soydaşlarımızın maraqlarını qorumaq (Dövlətin diaspora fəaliyyəti).

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ “ADA” Universiteti
  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Naxçıvan Universiteti (Naxçıvan şəhəri)
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • ➝ Xarici İşlər Nazirliyində;
  • ➝ Diplomatik nümayəndəlikərdə;
  • ➝ Beynəlxalq təşkilatlarda;
  • ➝ Xarici şirkətlərdə;
  • ➝ Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • ➝ Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • ➝ Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • ➝ Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • ➝ Transmilli Korporasiyalarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

Bu ixtisas sahibləri sahə bilikləri ilə yanaşı:

  • ➝ Geniş dünyagörüşünə, intellektə;
  • ➝ Analitik düşünmə tərzinə və sürətli qərarvermə qabiliyyətinə;
  • ➝ Beynəlxalq dillərdən əlavə( ingilis dili mütləq səviyyədə), bir və ya iki xarici dil üzrə dil bilikləri;
  • ➝ Xarici dil öyrənmək bacarığı;
  • ➝ Yüksək kommunikasiya,dinləmək və fikrini düzgün ifadə etmək bacarığı;
  • ➝ Liderlik bacarıqları;
  • ➝ Siyasi düzgünlük və nəzakət bacarıqları;
  • ➝ Məlumatı tez qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ Stres davamlılıq, dözümlülük və özünü idarəetmə bacarığı;
  • ➝ İşdə dəqiqlik;
  • ➝ Vətənpərvərlik.

Qeyd: Bu ixtisas sahibləri gündəlik olaraq dünyadakı iqtisadi və siyasi proseslərdən tez zamanda və ətraflı məlumatlar əldə etmək üçün nüfüzlu xəbər agentliklərinin paylaşımlarını izləmək, məqalələrini anlamaq üçün mütləq şəkildə ingilis dilini yaxşı səviyyədə bilməlidirlər. Ümumiyyətlə ixtisası bu dildən ayrı düşünmək qeyri-mümkündür. Tələbələr hələ universitetin ilk illərindən ingilis dili bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, ixtisas üzrə bir çox zəruri bilikləri əldə edə bilməyəcəklər və bu da onların bu istiqamət üzrə ixtisaslı kadr olmalarına ciddi əngəl olacaq. Dil bilikləri ilə yanaşı, həmçinin yüksək inkişaf etmiş kommunikasiya, liderlik bacarıqları (Emosional zəka (EQ) üzrə inkişaf etmiş keyfiyyətlər) ixtisas üzrə əsas tələblərdən hesab edilir. Həmçinin bu ixtisas üzrə çalışanlar tez-tez təmsil etdikləri təşkilat və ya ölkələrin maraqlarınının təmsili və qorunması üçün danışıqlar aparmaq məcburiyyətində olduqlarından, kompramisə getməyi bacarmalı, lakin öz maraqlarını ön planda tutmalı ve ehtiyac olarsa, bu məqsədlə reallıqları maraqları lehinə təqdim etməyi də bacarmalıdırlar.

İxtisasın gələcəyi

Yaşadığımız müasir dövr qlobalaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində birbaşa olaraq beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadrlara tələbin artacağına işarədir. Bununla belə bu ixtisas ölkələrarası siyasi münasibətlərdən yüksək dərəcədə asılı olduğundan lokal perspektivi görmək üçün bu sahə üzrə fəaliyyət göstərməyi planlaşdırdığınız ölkənin iqtisadi və siyasi əlaqələrini araşdırmaq önəmlidir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

“Beynəlxalq münasibətlər” ixtisası: abituriyentlər və yeni qəbul olmuş tələbələr üçün

Bu məqalədə “Beynəlxalq münasibətlər” ixtisası üçün tələb olunan bilik və bacarıqlar, dörd il ərzində tədris olunan fənlər, məzunlar üçün iş imkanları haqqında söhbət açacağam. Əgər siz abituriyentsinizsə, bu məqalə ixtisas seçimində sizə yardımçı ola bilər. Əgər ali məktəbə yeni qəbul olmusunuzsa, o zaman sizi qarşıda nələr gözlədiyi haqqında təsəvvürünüz formalaşacaq.

Əvvəla onu qeyd edim ki, bu ixtisas əvvəllər III ixtisas qrupuna daxil olsa da, 2011-ci ildən etibarən II ixtisas qrupuna aiddir.

Əksər tələbələr “Beynəlxalq münasibətlər” ixtisasına hansısa ölkədə səfir olmaq arzusu ilə qəbul olurlar, müəyyən müddət sonra bu arzu xəyala çevrilir və əksər hallarda gerçəkləşmir. Məqsədim sizin ümidlərinizi qırmaq deyil, sadəcə reallıqlarla tanış etməkdir. Nəzərə alın ki, hər il ali məktəblərdən yüzlərlə tələbə bu ixtisas üzrə məzun olur və nəticədə illər ötdükcə “diplomatlar ordusu” yaranır. Azərbaycanın bu qədər diplomata ehtiyacı varmı? Ən əsası, bir çox abituriyentlər diplomat olaraq yalnız səfiri tanıyırlar, halbuki konsul da, diplomatik nümayəndəliyin müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli katibləri də, attaşe də diplomatdır. Bəs “Beynəlxalq münasibətlər” məzunu harada işləyə bilər?

  • Xarici İşlər Nazirliyində, diplomatik nümayəndəlikərdə;
  • Beynəlxalq təşkilatlarda;
  • Xarici şirkətlərdə;
  • Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır).

Təbii ki, heç də bütün məzunlar bu sahələrdə işləyəcək qədər uğur qazanmırlar. Bəs necə uğur qazana bilərik?

Əgər sizin xarici dil öyrənməyə marağınız və qabiliyyətiniz varsa, bu ixtisası seçə və gələcəkdə uğur qazana bilərsiniz. Doğrudur, hər bir ixtisas üçün xarici dil bilikləri vacibdir. Lakin beynəlxalq münasibətlər üçün bu onqat daha vacibdir. Əgər siz xarici dil bilmirsinizsə, xarici ölkələrlə necə əlaqə yarada bilərsiniz? Azərbaycanda bir çox şirkətlər ixtisasdan asılı olmayaraq ingilis və rus dillərini əsas şərt kimi tələb edirlər. Təbii ki, “beynəlxalq münasibətlər” ixtisası məzunu da bu dilləri mükəmməl bilməlidir. Əlavə olaraq üçüncü xarici dili də ən azı orta səviyyədə bilmək məsləhətdir. Onu da qeyd edim ki, ingilis, rus, fransız, çin, ərəb və ispan dilləri Beynəlxalq Millətlər Təşkilatının və bir çox digər təşkilatların rəsmi dilləri olduğundan, xarici dil seçimi zamanı bu dillərə üstünlük verməyiniz məqsədəuyğundur.

Xaricdə təhsil mütləq olmasa da, zəruridir. Xüsusilə xaricdə təhsil alarkən beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirak etmək sizə çox böyük üstünlüklər vəd edir.

Tədris olunan fənlərə gəldikdə isə, əgər siz tarix fənnini sevmirsinizsə, ixtisas seçiminiz haqqında bir daha düşünün. Çünki bəzən siz özünüzü Tarix fakültəsinin tələbəsi kimi hiss edəcəksiniz. Bütün ixtisaslara tədris olunan Azərbaycan tarixi fənnindən əlavə, “Beynəlxalq münasibətlər” ixtisası tələbələrinə Beynəlxalq münasibətlər tarixi, Avropa və Amerika ölkələrinin müasir tarixi, Asiya və Afrika ölkələrinin müasir tarixi, Türk xalqları tarixi fənləri də tədris olunur.

Dörd il ərzində sizə yuxarıda qeyd olunan fənlərdən əlavə, aşağıdakı fənlər və ya bir qədər fərqli adda oxşar fənlər tədris olunacaq:

  • Beynəlxalq münasibətlər nəzəriyyəsi
  • Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü
  • Avropa və Amerika ölkələrinin müasir xarici siyasəti
  • Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti
  • Beynəlxalq təşkilatlar
  • Beynəlxalq iqtisadi münasibətlər
  • İqtisadi diplomatiya
  • Dünya iqtisadiyyatı
  • Siyasi və iqtisadi coğrafiya
  • Beynəlxalq hüquq
  • Beynəlxalq müqavilələr
  • Beynəlxalq təhlükəsizlik
  • Dünya siyasəti
  • Enerji diplomatiyası
  • Geosiyasət
  • Azərbaycanın xarici siyasəti
  • Diplomatiya və konsul xidməti
  • Diplomatik protokol
  • Konfliktologiya
  • Xarici dil

Bu fənlərlə yanaşı demək olar ki, bütün ixtisaslara tədris olunan fəlsəfə, mülki müdafiə, informatika kimi qeyri-ixtisas fənləri də tədris olunur.

Diplomatiya sahəsində ixtisaslaşmaq istəyən şəxslər həm də bir sıra qanunvericilik aktları ilə tanış olmalıdırlar:

  • “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanunu
  • “Azərbaycan Respublikasının Konsulluğu haqqında” Əsasnamə
  • “ Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə
  • Azərbaycan Respublikasının Konsul Nizamnaməsi
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları

Comments are closed, but trackbacks and pingbacks are open.