Press "Enter" to skip to content

Multikulturalizmin dbi-bdii qaynaqları kitab

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

AMEA-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə multikulturalizmin ölkəmizdə dövlət siyasətinin ən önəmli istiqamətlərindən biri olduğunu söyləyib, Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən söz açıb. Bildirilib ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycandakı multikulturalizm modeli dünyaya nümunədir.

Akademik kitabın Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkəmizdə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söz açaraq bu modeli dünyaya təqdim etməyin zamanının gəlib çatdığını bildirib. Akademik Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdırıb. Multikulturalizmin Azərbaycan modelinin tarixi-milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıdığını qeyd edib. Alim dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqinin gözəl nəticələr verə biləcəyini bildirib.

AMEA-nın vitse-prezidenti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını yüksək qiymətləndirib, nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək üçün bu kitab çox mükəmməl bir mənbədir. Ən qədim zamanlardan başlayaraq XX əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda böyük mütəfəkkirlərimizin insanların birgə yaşayışı, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik haqqındakı çağırışları, dahiyanə fikirləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında öz əksini tapıb. Bu kitab Azərbaycan ədəbiyyatının bütün əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət carçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir.

AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov kitabı Azərbaycan ədəbiyyatının multikultural dəyərlər mənzərəsinin uğurlu göstəricisi, eyni zamanda bu sahədə ilk sanballı mənbə kimi səciyyələndirib. Bildirilib ki, akademik Kamal Abdullayevin ideya müəllifliyi və ciddi elmi redaktorluğu, AMEA alimlərinin yaxından iştirakı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb çap elədiyi bu kitab ciddi ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq və siyasətşünaslıq faktıdır. Kitab ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmi ilə bağlı irəli sürdükləri fikirləri təsdiqləyən çox dəyərli nəşrdir.

Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktorunun müavini, professor Məmməd Əliyev, Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Elsevər Səmədov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində kitabın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, paralel olaraq “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab hazırlanır. Bu üç istiqamət faktiki olaraq Azərbaycan xalqının əsrlər boyu canında, qanında, beynində, fəaliyyətində, işində yaşatdığı əməllərin bariz nümunəsidir. Kitabların yazılmasına, hazırlanmasına bizi cənab Prezidentin bu sözləri ilhamlandırıb: “Multikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan bir dəyərdir”. Bu geniş mənalı, dərin nəzəri ümumiləşdirməyə biz bu cür cavab verməyə çalışdıq. Həqiqətən də həm ədəbi-bədii, həm elmi-fəlsəfi-ictimai-publisistik, həm də tarixi və hüquqi müstəvidə bizim dünyaya göstərə biləcəyimiz örnəyimiz var. Kitabda əlamətdar olan odur ki, bizim bir çoxumuzun tanıdığı, bildiyi, hətta yaxşı öyrənib tədqiq etdiyi şair və yazıçıların yaradıcılığı tamam yeni bir rakursdan görünməyə başladı. Bizə tanış qəzəllər, misralar, nəsr parçaları, ədəbi-bədii nümunələr bir yerdə sanki başqa cür işıq saçdı. Onları bir yerdə görmək, eyni zamanda Azərbaycan oxucusunun, xüsusən gənclərin beynində, qəlbində belə bir fikri daha da dərinləşdirdi ki, bizim əcdadlarımızın canında, qanında bu ideyalar həmişə yaşayıb və bu gün də onlar bizə doğmadır. Bu kitab vasitəsilə biz bir sıra şairlərimizi tamamilə başqa rakursda gördük. Ən əsas məsələ ondan ibarət idi ki, hər şairin yaradıcılığının fonunda onun öz dövrünün ab-havası, nəfəsi duyulur, multikultural-ictimai kardioqramması çəkilir. Əlbəttə ki, bu kitab Azərbaycanın multikultural vizit kartı kimi hazırda ingilis və rus dillərinə tərcümə edilir. Kitabla tanış olan insanların fikrinə görə, gələcəkdə italyan və alman dillərinə tərcüməsinə də ehtiyac var. Bu kitab və adını çəkdiyim seriyadan olan digər kitabların da gələcəkdə daha dolğun nəşrlərini hazırlamağı nəzərdə tutmuşuq. Çünki ilk dəfədən bütün spektri əhatə etmək mümkün deyil. Bəzi müəlliflərin yaradıcılığı həm birinci, həm də ikinci kitabda müvafiq istiqamətdə öz əksini tapıb. Nitsşenin bir sözü var: “Səhra böyüyür”. Bu kitab səhranı böyüməyə qoymayanların kitabıdır”.

Sonda akademik K.Abdullayev kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan, mövzu ilə bağlı elmi və bədii ədəbiyyatın yer aldığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı sərgiyə baxış keçirilib.

AZƏRTAC

“Azərbaycan multikulturalizmin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilib

Martın 10-da Azərbaycan Dillər Universitetində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilib.

ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, çap olunan kitab haqqında qonaqlara qısa məlumat verib.

ADU-nun rektoru, akademik, kitabın ideya müəllifi və elmi redaktoru Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı öz əhəmiyyəti və aktuallığı ilə seçilir. Kitabda müasir dünyanın multikultural dəyərləri, Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının formalaşması, xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır:

“Təqdim olunan kitab həm Azərbaycan, həm də dünyada “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” mövzusunda ərsəyə gəlmiş ilk kitabdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır.”

Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan rektor bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmaların aparıldığını söyləyib: “Biz qalib xalq kimi, həm də qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi cəhətdən necə zəngin bir xalqdır, multikultural əhval-ruhiyyə onun canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir. Ulu Öndərimizin dediyi kimi: Azərbaycanda yaşayan bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir”, – deyən Kamal Abdulla qeyd edib ki, Azərbaycan multikulturalizmi fənni bir neçə Avropa ölkəsində və Şərq ölkələrində tədris olunur.”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.

“Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir”-deyə, R.Həsənov vurğulayıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktoru, fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi İlham Məmmədzadə kitabın ideya müəllifi, akademik Kamal Abdullaya və digər həmmüəlliflərə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, kitab uzun müddət aparılan elmi-fəlsəfi araşdırmaların, böyük bir zəhmətin məhsuludur: “Bu kitabda hər kəs öz bilik və bacarığını ortaya qoyub. Kitab nəfis tərtibatla, geniş elmi araşdırmalarla, müxtəlif dövrlərin elmi-fəlsəfi mənzərələrini aydın və səlis formada əks olunması ilə fərqlənir. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır.”

Azərbaycan İlahiyyat İnstitunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, kitabın həmmüəllifi Aqil Şirinov kitabla bağlı təəssüratlarını bölüşüb: “Bu gün Azərbaycan bütün dünyaya öz haqq səsini, haqq savaşını layiqincə göstərə bildi. Azərbaycan multikulturalizmi bütün dünya xalqları və ölkələri üçün yaxşı bir nümunədir. Hesab edirəm ki, kitabda həm elmi, həm fəlsəfi, həm də dini müstəvi aparılan araşdırmalar öz aktuallığı və əhəmiyyəti ilə xüsusi önəm kəsb edir. Qədim dövrlərdən etibarən bu günümüzə qədər olan dövrdə yaşayan filosofların, elm adamlarının həyat və yaradıcılığı müfəssəl şəkildə əks olunub.”

Fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi Sakit Hüseynov kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürün bildirib, atılan addımların vacibliyindən söhbət açıb. Qeyd olunub ki, kitab multikultural dəyərlərin aşılanmasında, birgəyaşayışın, sülhün müasir dünyada xalqların rifah halının yaxşılaşması yönündə bir sıra məsələləri özündə ehtiva edir.

Kitabın həmmüəllifləri Əhməd Qəşəmoğlu, Əli Fərhadov və Rəşad İlyasov kitabla bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizmi üçün böyük töhfə hesab olunur.

Tədbir müzakirələrlə davam edib.

Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir.Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.

Multikulturalizm eyni bir ölkədə yaşayan, müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan dəyərdir. Bu dəyərlər əsas götürülmüş ölkələrdə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür. Multikulturalizmin mövcud olmadığı cəmiyyətlərdə humanizm, yüksək fərdi və beynəlxalq münasibətlərin mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqudur. Bu baxımdan Azərbaycan multikulturalizmi ənənəvi siyasətin nümünəvi modelidir. Mədəniyyətlərin və dinlərin ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilmişdir. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının mədəniyyəti üçün hər zaman xarakterik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə, bu sahədə görülən işlər daha da sürətləndi. Ölkədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, mutikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və bir sıra aktual problemlər geniş müzakirə olunur. Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə gördüyü işlər din xadimləri üçün təşkil olunan kurslar, hazırlanan xütbə vasitələri, namaz cədvəlləri multikultural dəyərlərə bir daha öz töhfəsini verərək, dövlətimizin din-siyasətinə verdiyi önəmi dəyərləndirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri çıxışlarında bu dəyərlərin hər bir azərbaycanlı üçün nə qədər önəmli olduğunu dilə gətirmişdi.

Yükləməyə Keç [5,52 Mb] [ : 137] –>

Comments are closed, but trackbacks and pingbacks are open.