Press "Enter" to skip to content

Quran heriflerinin oxunuşu və təcvidi

Qəlbiniz Quran üzərində birləşdiyi müddətcə onu oxuyun, onunla ixtilaf edəndə isə qalxın“. [9]

Quran haqqında anlayış

Quran Uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: “Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır” (əl-Bəqərə surəsi, 1-2).
Digər bir ayədə buyurur: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)”. (əl-Kəhf surəsi, 1-2)
Bu elə bir kitabdır ki, haqqı batildən ayırar, qəlblərə şəfa verər, insanlardan bəzilərini ucaldar və bəzilərini zəlil edər.
Quran oxumaq qəlbin dərmanıdır. Uca Allah buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik”. (əl-İsra surəsi, 82) Başqa bir ayədə buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (əl-İsra surəsi, 57)
Hər bir müsəlman Quran oxumağı bacarmalıdır.
Quran oxumağı bacarmaq nə qədər tükənməz, böyük bir nemətdir. Odur ki, Quran oxuyan kəs onun ədəblərini, oxuma qaydalarını öyrənməli və ona riayət etməlidir ki, bu gözəl əməli lazımınca yerinə yetirmiş olsun. Uca Allah buyurur: “Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, (Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir”. (Fatir surəsi, 29-30)

Quranı öyrənib və onu insanlara öyrədən şəxs isə ən xeyirli insanlardır. Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənib və onu öyrədəndir”. (Səhuh əl-Buxari 9/66, 67, Sunən ət-Tirmizi 11/32)
Quran oxumaq insana qiyamət günü ən çox fayda verən əməllərdən olacaqdır. Əbu Uməmə əl-Bəhi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Quran oxuyun! O, Qiyamət günü sahibinə şəfaətçi olaraq gələcəkdir”. (Səhihu Muslim 6/90)

Quranı oxuyan kəsə oxuduğu hər bir hərfinə görə on savab yazılır. İmanı güclü olan müsəlman heç vaxt Quran oxumaqdan doymaz. Abdul-Həmid əl-Həmməni Sufyan əs-Sövrinin (Allah ona rəhmət eləsin) belə dediyini eşitmişdir: “Qəlbləriniz təmiz olarsa Quran oxumaqdan doymazsınız”. Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurmuşdur: “Kim bilmək istəyirsə o Allahı sevir ya yox, özünü Qurana fəda versin. Quranı sevdikdə Allahı sevmiş olur. Çünki Quran Allahın kəlamıdır”.
Fudeyl ibn İyad (Allah ona rəhmət eləsin) demişdir: “Quranı daşıyan kəs İslam bayrağını daşıyandır”.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: “Üç şey zehni gücləndirir və bəlğəmi aparır; sivakla dişləri təmizləmək, oruc tutmaq və Quran oxumaq”.
Quran bizə, bizdə olan xəstəlikləri göstərən ən əsas vasitədir. Qatədə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Quran sizə xəstəliklərinizi və onun dərmanını göstərir. Sizin xəstəliklərinizin, etdikləriniz günahların dərmanı isə istiğfardır”. İstiğfar Allahdan bağışlanma diləməkdir. Quran oxuyan şəxs əsrlər öncə yaşamış qövmlərin öz əməlləri ucbatından üzləşdiyi müsibətlər barəsində məlumat alınca, Cənnət və Cəhənnəm ayələrini oxuduqda Allahdan hər bir zaman bağışlanma diləyir. Allah isə heç şübhəsiz ki, Bağışlayan və Rəhmlidir.

Quran heriflerinin oxunuşu və təcvidi

Rəsulullahın (sallallahu əleyhi və səlləm) Quran haqqında bir çox hədisləri var. Onlardan bəziləri bunlardır:

Bir hədisində Rəsulullah (sallallahu əleyhi və səlləm) Qurani-Kərimi bu cür tərif edir:

Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki (xalqarın vəziyyəti ilə) əlaqədar xəbər, sizdən sonra (qiyamətə qədər) zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər.. həmçinin sizin aranızda (iman-küfr, itaət-üsyan, haram-halal və s. kimi) baş verəcək hadisələrlə bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir…“ [1]

Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan danışır“. [2]

Quran oxunan evdə xeyir (bərəkət) artır. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan evlərin xeyir və bərəkəti az olur“. [3]

Allah Rəsulu bir hədisi-şərifində belə bir bənzətmə edir: “Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir“. [4]

Rəsulullah buyurur: “Ən xeyirli insan Quranı öyrənən və öyrədəndir“. [5]

Qurani-Kərimi gözəl oxuyan insan Kiramən-katibin mələkləri səviyyəsinə yüksəlir. Quranı belə gözəl oxumağı bacarmayan, lakin xalis niyyətlə, çətinliklə və kəkələyə-kəkələyə oxuyana da iki savab verilir“. [6]

Allah Rəsulu buyurur: “Qurani-Kərimdən bircə hərf oxuyana belə bir savab vardır. Hər yaxşılıq on qatı ilə dəyərləndirilir. Mən “Əlif, Lam, Mim” bir hərfdir” demirəm. “Əlif” bir hərf, “Lam” bir hərf, “Mim” də bir hərfdir“. [7]

Quran Allahın (insanlara ərməğan etdiyi ilahi) süfrəsidir. Gücünüz çatdıqca ondan bəhrələnməyə çalışın. Şübhəsiz ki, içində Allahın kitabından bir şey olmayan evdən daha kiçik (cansıxıcı) ev yoxdur. İçində Allahın kitabından heç nə olmayan qəlb də kimsəsiz xaraba ev kimidir“. [8]

Qəlbiniz Quran üzərində birləşdiyi müddətcə onu oxuyun, onunla ixtilaf edəndə isə qalxın“. [9]

Quran oxuyun. Çünki o, onu oxuyanlara Qiyamət günü şəfaətçi olacaq”.[10]

Allah bu Qurana (əməl edən) qövmləri (dünya və axirətdə) ucaldıb əziz edir, Ona (əməl etməyən) qövmləri isə (dünya və axirətdə) alçaldır, zəlil edir”.[11]

İki adama həsəd (qibtə) etmək zərərli deyil: Allahın ona nemət kimi bəxş etdiyi Quranla gecə-gündüz məşğul olana və Allahın lütf etdiyi sərvəti gecə-gündüz xeyir yolunda xərcləyənə”.[12]

Quranın Surələrinin Siyahısı

Saytın materiallarından istifadə edərkən halallıq üçün istinad vacibdir! Əks halda halallıq verilmir!

Oxşar məqalələr

İmam Əli (ə) və İmam Mehdinin müshəfləri əlimizdəki.

2 il əvvəl
Əlavə etdi weIslam Komandası
480 dəfə baxılıb

“Yasin” surəsi oxuyanın çatdığı 10 bərəkət

3 il əvvəl
Əlavə etdi weIslam Komandası
1. 597 dəfə baxılıb

“Qədr”surəsi həm obaşdanlıq və həm də.

5 il əvvəl
Əlavə etdi weIslam Komandası
2. 357 dəfə baxılıb

Tilavət

5 il əvvəl
Əlavə etdi weIslam Komandası
8. 395 dəfə baxılıb

Qədr Surəsinin ərəbcə oxunuşu və azərbaycanca tərcüməsi

5 il əvvəl
Əlavə etdi weIslam Komandası
120. 549 dəfə baxılıb

Qurani-Kərimdə göstərilən iki şәrq vә iki qәrb.

5 il əvvəl
Əlavə etdi weIslam Komandası
1. 169 dəfə baxılıb

Los – Anceles kitab sərgisində Quran paylanıldı

6 il əvvəl
Əlavə etdi weIslam Komandası
376 dəfə baxılıb

Kəhf Surəsinin ərəbcə oxunuşu və azərbaycanca tərcüməsi

6 il əvvəl
Əlavə etdi weIslam Komandası
24. 846 dəfə baxılıb

4 Şərh

Amaliya dedi ki:
təşəkkürlər bilgiyə görə
weIslam Komandası dedi ki:
ALLAH ın Salamı olsun sizə! Biz sizə təşəkkür edirik!
Ceyhun dedi ki:

Salaməleykum çox qəşəng hər şey əladı amma Vaqiə surəsini oxumaq istəyirəm açılmır və əsası bəri başdan halallıq verin sizin səhifədən bundan sonra çox istifadə etmək istəyirəm

weIslam Komandası dedi ki:

Uca ALLAHın Salamı olsun sizə. Halal olsun! Uca ALLAHın izni ilə Müqəddəs Qurani Kərimin bütün surələri dərc oluncaq. Dəyəriniz üçün sizə təşəkkür edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.