Eyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi
Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində gedib. V.F. Minoriskiyə görə Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur.
Heydər Əliyev epoxası Azərbaycan tarixinin milli intibah dövrü kimi xarakterizə olunur – Sevil Mikayılova
Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli intibah dövrü kimi xarakterizə olunur.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, uzunillik misilsiz xidmətləri ilə xalqın böyük etimad və məhəbbətini qazanmış Ulu Öndər milyonlar üçün Böyük Xilaskar oldu.
“Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə qoyuldu.
1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına vüqarla sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit formalaşdırdı.
Heydər Əliyev söyləmişdi: “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”. Dövrünün fenomenal siyasi xadimi, dünya siyasətinin nadir şəxsiyyətlərindən olan Ulu Öndərin fikri bugün narahat dünyamızda baş verən bir çox siyasi gərginliklər fonunda necə də aktualdır! Danılmazdır ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və onun yaratdığı dövlətin həyatında həlledici rol oynayır. Ulu Öndərin ən böyük gücü dərin və hərtərəfli biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Kamil siyasətçi və dövlət xadimi olaraq Ulu Öndər bir daha sübut etdi ki, cəmiyyət kənar təsirlərin və təzyiqlərin deyil, məhz ictimai-siyasi və sosial tələbatı və buna uyğun olaraq intellektual təkamülü əsasında arzuolunan tərəqqini təmin edə bilər”, – deyə deputat bildirib.
S.Mikayılova vurğulayıb ki, Azərbaycanda fikir plüralizmi və söz azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin əsas iqtiqaməti oldu.
“Milli mətbuatın məhz demokratik əsaslarla inkişafı gənc müstəqil dövlətin dünyəvi dəyərlərə yiyələnməsi baxımından vacib addım idi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu.
Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və qayğı ilə yanaşırdı. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. Media sahəsində aparılan institusional təşəbbüslər milli mətbuatın davamlı, müasir və inteqrasiyalı inkişafına səbəb olmuşdur. Bu gün də, müasirləri Ulu Öndəri jurnalistlərin Dostu kimi böyük hörmətlə xatırlayır, onu milli mətbuatımızın təəssübkeşi və qayğıkeşi kimi anırlar”, – deyə S.Mikayılova əlavə edib.
Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi
560 il əvvəl, 1460-cı ildə, Ərdəbil hakimliyinin və Səfəvi təriqətinin başında Şeyx Heydər durdu. Onun 28 illik rəhbərliyi dövründə Ərdəbil hakimliyi xeyli möhkəmləndi, Səfəvilərin tərəfdarları qızılbaş adlanmağa başladı. Məhz Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi. Şeyx Heydərin oğlu I İsmayıl mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətini qurdu.
Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulub. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilib, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənib. Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak edib.
Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində gedib. V.F. Minoriskiyə görə Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur.
Şeyx indiki Xızı rayonunun Tıxlı kəndindən 3-4 km şimal-şərqdə, Beşbarmaq dağının arxasında dəfn olunmuş, Şah İsmayılın dövründə məzarı təmir edilərək üzərində türbə ucaldılmışdı. Bu türbə hazırda da həmin məkandadır. Başqa ehtimala görə, Şeyx Heydərin məzarı və türbəsi Dağıstanın Xiv rayonunun Tinit kəndindədir.
Onun məqbərəsi elə dəfn olunduğu Xızı rayonunun Tıxlı kəndində Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə süls elementli nəsx xətti ilə həkk olunub. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılıb. Kitabənin mətnində məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıl Xətainın atası olan Şeyx Heydər “Şirvan dağlarından birində gizlicə dəfn olunub və onun məzarı uzun müddət gizli qalıb. Sonralar Qızılbaşların Şirvan ərazisinə yürüşləri zamanı Şah İsmayıl Səfəvi atası Şeyx Heydərin qəbrini axtarıb tapıb, üzərində türbə binası tikdirib orada müridləri tərəfindən Təkəli və Şıxlar kəndlərini saldırıb və məqbərəni müqəddəs ziyarətgah elan edib.
Sosial Baxılıb: 4076 Tarix: 12 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Arıqlamaq istəyirsiniz?
MƏHSUL HAQDA ƏTRAFLI. Diqqət BLACK LATEE – Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı
Qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub. DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisind
İntensiv yağışlar davam edərsə, daşqın və sel olmaq ehtimalı var – AÇIQLAMA
Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçay çaylarında sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçay çayında sel hadisəsi qeydə alınıb. Bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətini
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu – Səkkiz nəfər öldü
Son sutka ərzində Azərbaycanda daha 520 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib. Qeyd edilib ki, daha əvvəl yoluxduğu aşkarlanmış 486 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə vəfat edib
Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub
Xəbər verildiyi kimi aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub. Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyl
Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq
Ekspres xətlər üzrə avrobuslar üçün yeni müvəqqəti dayanacaq məntəqələri müəyyən edilib. Bakı Nəqliyyat Agentliyindən -a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar müntəzəm xətlər üçün müəyyən edilən daimi dayanacaq məntəqələrindən bir qədər aralıda dayanacaq. Artıq bununla bağlı ərazidə müvafi
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı vəfat edib. Bu barədə XİN-ə istinadən xəbər verir. Qeyd edilib ki, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayeva dünyasını dəyişib. Allah rəhmət eləsin
Ölkə üzrə 210 obyektdə reyd keçirildi – FOTO
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərind
Bakı polisi yoxlamaları davam etdirir – FOTO
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bakı şəhər BPİ Mətbuat Xidmətində
Comments are closed, but trackbacks and pingbacks are open.