Qədim körpülər
Mənbənin sözlərinə görə, yanğın avqustun 6-da körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. Yerli vaxtla saat 22:45-də yanğın tamamilə söndürülüb.
900 illik ən uzun taxta körpü yandı – VİDEO
Çinin 900 ildən çox yaşı olan ən uzun taxta körpüsü Vanyan yanğın nəticəsində tamamilə dağılıb.
Obyekt Fujian əyalətinin şərqindəki Pinqnan bölgəsində yerləşir.
Yanğın ötən gecə başlayıb.
Hazırda, yanğın tam söndürülüb. Hadisə nəticəsində tələfat olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, ümumi uzunluğu 98,2 m, eni 4,7 m olan körpü 917 il əvvəl Sonq sülaləsi dövründə (960-1279) tikilib. Körpü 1742-ci ildə yanğından zədələnib və təmir olunub. Çinin ən uzun taxta tağlı körpüsü 2006-cı ildə ölkə səviyyəsində qorunan ərazilər siyahısına daxil edilib. (Oxu.az)
Maraqlı Baxılıb: 457 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Turizm Xidmətləri Turlar.AZ saytında
saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri
Xidmetler.Az – Bütün xidmətlər bir saytda!
XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. – Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. – Usta axtarışına çıxanların köməyin
Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
Xidmetler.AZ- Foto və video çəkiliş xidməti
saytinda Foto və Video çəkiliş bölməsi xüsusi günlərdə foto və video çəkilişlərə ehtiyac duyanların ən sevdiyi kateqoriyalardandır. Çünki əksəriyyət həmin günlərdən xatirə olaraq fotoların və video çəkilişin qalmasını istəyir. Belə günlərə doğum tarixləri, nişan, xınayaxdı, toy, Son Zəng, Əlifba bayram
Tezbazar.Az – Hobbi və asudə, istirahət və əyləncə elanları
ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi
Tezbazar.Az – Pulsuz Elanlar Saytı
Azərbaycanda pulsuz elanlar saytı ilə siz gündəlik Alqı satqı əməliyatlarınızı asanlıqla edə bilərsiz. Daşınan və ya daşınmaz əmlakınızı satmaq üçün hansısa şəxsə və ya şəxslərə müraciət etməyə artıq ehtiyac yoxdur! Onlayn elanlar platforması olan bu tip məsələlərdə köməyinizə çatacaq. Saytımızda ela
Xidmetler.AZ – Kurslar və təlimlər, biznes kursları
Xidmətlər saytı -ın Kurslar və Təlimlər bölməsi ən aktual kateqoriyalardandır. Buraya daxil olmaqla, özünüz, övladınız və ya sizə yaxın olan başqa şəxslər üçün peşəkar kurslar seçə bilərsiniz. -ın bu bölməsində ingilis və rus dilləri ilə yanaşı, ərəb dili, Norveç dili, İvrit dili, Mühasibat-1C proqram
Qədim körpülər
Azərbaycanın qədim keçmişinə yol salan körpülər tarixi mədəniyyətimizin mühüm bir hissəsini təşkil edir. Tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Qəbələ, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdı.
Azərbaycandakı körpülər forma, quruluş və tikintisinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Qədim körpülərdən günümüzə qədər gəlib çıxan nümunələr bunu təsdiq edir. Həmin körpülərə Cəbrayıl rayonu ərazisində, Araz çayının üstündəki 11 və 15 aşırımlı Xudafərin körpülərini, Qazax rayonunda Xramçay üzərindəki Sınıq körpünü, Gəncə çayı üzərindəki Gəncə körpülərini, Əlincə çayı üzərindəki Naxçıvan körpülərini misal göstərmək mümkündür.
Xudafərin körpüləri
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən Araz çayı üzərində inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Sınıq körpü
Qazax rayonundakı Sınıq körpü Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən sayılır. Bu körpü Bakı-Qazax-Gürcüstan sərhədi yolunda, Xramçayın üzərində salınmışdır. Körpü beş nəhəng dayaq üzərində dayanıb. Hər iki sahil dayaqlarının içində karvansara vardır.
Tarixi mənbələrdə bir çox alimlərin, səyyahların əsərlərində, yol qeydlərində bu abidə haqqında fikirlər var. Rus şairi A.S.Qriboyedov Tiflisdən İrana gedəndə bu körpüdən keçmiş və onun gözəlliyinə valeh olmuşdur. Körpünün neçənci ildə və kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII, bəziləri isə XVII əsrdə tikildiyini deyirlər.
Elm aləminə məlumdur ki, bu körpünü XVII əsrdə çar Rostom əsaslı təmir etdirmişdir. Sınıq körpüdən 95 metr aşağıda vaxtilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil bünövrələri hələ də qalmaqdadır. Sınıq körpü həmin körpü uçduqdan sonra XII əsrdə tikilib.
Gəncə körpüləri
Bir zamanlar Gəncə çayının üzərində salınmış üç körpü Gəncəni ayrı-ayrı hissələrə ayırırdı. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir.
Əlincəçay körpüləri
Əzəmətli qədim körpülərdən biri də Naxçıvan ərazisindəki Əlincə çayı üzərindədir. Həmin körpüdən Ərəfsə və Ləkətan kənd sakinləri bu gün də istifadə edirlər. Körpülər tikilərkən dayaqların möhkəmliyinə xüsusi fikir verilmişdir. Ovulmanın qarşısını almaq məqsədilə körpülər üçün çay vadisinin əsasən düz və dar keçidini seçmişlər. Həmin dar keçidə malik, bir dayağı hündür qaya, digər dayağı sahildəki özülə birləşən körpünün möhkəmliyinə söz ola bilməz.
Naxçıvanın bu günədək qalan, XV-XVI əsrə aid olan Əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su səthindən 5 m hündürlükdə, qabariti 2 m olan tarixi bir qurğudur. Körpünü lay şəkilli, asan yonulan daşdan tikiblər. Əlincə körpüsünün tağ hissəsinin daşları yonulmuş, qalan hissəsi isə qismən yonulan daşlardır.
Aza körpüsü
Ordubad rayonunda Aşağı Aza kəndində olan qədim körpülərdən biri Gilançayın üzərindəki Aza körpüsüdür. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsünün Böyük Ipək Yolu ilə əlaqədar olduğu ehtimal edilir. Buradan quru meyvələr, sənətkarlıq malları, ipək ixrac olunurdu. Tarixi hadisələr nəticəsində dəfələrlə dağıdılmış, sonra təmir edilmişdir.
Behrud körpüsü
Buradakı Behrud körpüsü Behrud kəndinin yaxınlığında Gilançay üzərindədir. Üç aşırımlıdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud kəndi inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır.
Düylün çayı körpüsü
Başqa bir körpü Çənənəb kəndinin 12 km-də Düylün çayının üzərindədir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq səviyyəsini və möhkəmliyini qoruyub saxlamışdır.
Gilançay körpüsü
Dər kəndindəki Gilançay üzərindəki körpü də yonulmuş daşdan, beştağlı tikilmişdir. Culfa və Ordubad şəhərlərini birləşdirir. Eni 3,5 m-dir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağları arasındakı məsafə müxtəlif ölçüdə tikilmişdir. 3 orta dalğakəsən var. Dər körpüsü XVIII əsrə aid edilir.
Sultan körpüsü
Tovuzun qədim tarixi abidələri sırasında da Sultan körpüsü Axıncı adlanan çayın üzərindən qoyulub və kəndə gedən yol həmin körpüdən keçir. Deyilənə görə, tikintisi zamanı möhkəmliyini və müqavimətini artırmaq üçün yumurtalardan istifadə olunub. Hal-hazırda yeni körpü inşa edilib və istifadədədir.
Tağlı körpüsü
Keçmis mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür.
XIX əsrdə Quba qəzasında 7 körpü olmuşdur. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Bu səbəbdən onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmışdır.
Top körpüsü
XII əsrə aid Top kəndindəki Top körpüsü Zəngilan ərazisindədir. Bu nadir memarlıq kompleksi orta əsrlər Azərbaycan körpüsalma sənətinin bariz nümunələrindəndir. Zəngilandakı digər Hacıalılar kəndindəki körpü XIX əsrə aiddir.
Sınıq, Laləzar və Hacı Bədəl körpüləri
Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində Sınıq körpü olduğu söylənilir.
Digər iki körpü – Laləzar və Hacı Bədəl körpüsü tarixin bir qədər sonrakı dönəmlərində inşa edilib. Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilib. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada salınıb.
Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir. Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl şəxsi vəsaiti hesabına tikdirib. Körpünün son dərəcə maraqlı arxitekturası var.
Taxta körpü kitabı
Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü Pingnan Wan’an yanğın nəticəsində çöküb.
“Unikal” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Mənbənin sözlərinə görə, yanğın avqustun 6-da körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. Yerli vaxtla saat 22:45-də yanğın tamamilə söndürülüb.
“Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb”, – Çin Mərkəzi Televiziyası bildirib.
Pekin Universitetinin qədim memarlıq üzrə eksperti Xu İtaonun sözlərinə görə, yanğına ən çox ehtimal olunan səbəb insan faktorudur.
O, Çinin Global Times qəzetinə deyib: “Düşünürəm ki, bu, təbii fəlakət insan tərəfindən törədilib, körpünün su üzərində kortəbii alışması nadir haldır”.
Xatırladaq ki, körpü 960-1279-cu illərdə Sonq sülaləsi dövründə tikilib. 1708-ci ildə yanğın nəticəsində zədələnib və təxminən 40 il sonra yenidən qurulub. 2006-cı ildə körpü milli mühafizə olunan əraziyə çevrilib.
Comments are closed, but trackbacks and pingbacks are open.