Press "Enter" to skip to content

Tibb terminlərin izahlı lüğəti

© Birja — elanlar lövhəsi. Bütün hüquqları qorunur

Tibb terminləri lüğəti

Bu günlərdə “Elm” nəşriyyatında çapdan çıxan “Onkologiya terminləri lüğəti” Azərbaycan tibb elminə qiymətli töhfədir. Akademik Əhliman Əmiraslanovun və Şirvan Abdullayevin birgə tərtib etdikləri bu elmi mənbə müasir onkologiyaya dair terminləri 5 dildə – Azərbaycan, rus, latın, ingilis və fransız dillərində mütəxəssislərə təqdim edir. Azərbaycanda ilk olan bu irihəcmli lüğət Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunub, kitabın elmi redaktoru akademik Cəmil Əliyevdir.

“Onkologiya terminləri lüğəti”nin tərtibatında akademik Ə.Əmiraslanovun rəhbərliyi altında ATU-nun Onkoloji klinikasında aparılan elmi-tədqiqat işləri, eləcə də onkologiyanın tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə həlledici rol oynamışdır. Kitabın I fəsli rusca-latınca-azərbaycanca, II fəsli rusca-ingiliscə-azərbaycanca, III fəsli rusca-fransızca-azərbaycanca terminləri əhatə edir. Kitaba daxil edilmiş 4 “Əlavə” bölmədə verilən məlumatlar – “Onkologiyada işlənilən şərti ixtisarlar” Azərbaycan və rus dillərində, “Kommentarilər”, “Müəllif adları ilə bağlı termin və sözlər (eponimlər)” nəzəri və praktik onkologiya ilə məşğul olan mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, lüğət müəlliflərinin nömrələdiyi şərti ixtisarlar (qısaldılmış sözlər) istənilən termini və sözü asanlıqla Azərbaycan dilindən rus dilinə və ya əksinə çevirməyə imkan yaradır.

Ana dilimizdə ilk dəfə hazırlanan 528 səhifəlik “Onkologiya terminləri lüğəti”ndə nəzəri və klinik onkoloji terminlərlə yanaşı onkoloji xidmətin təşkilinə dair sözlər də yer almışdır. Lüğətin tərtibində ən müasir ədəbiyyatlardan istifadə edən müəlliflər kitaba müasir terminlərlə yanaşı köhnəlmiş, lakin tarixi əhəmiyyət kəsb edən ifadələri də daxil etmişlər. Məqsəd tələbələri və gənc həkimləri hazırda işlənməsi məsləhət görülməyən həmin terminlərdən xəbərdar etməkdir.

Kitabda həmçinin ingilis və fransız dillərini öyrənən sahə mütəxəssisləri üçün yığcam lüğətlər verilib, həmçinin şifahi nitq vərdişlərini inkişaf etdirmək üçün həmin dillərdə onkologiyaya dair monoloji nitq modelləri daxil edilibdir. Tibbdə rast gəlinən mübahisəli terminlərdən yan keçmək üçün müəlliflər Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatı”na (10-cu baxış) istinad etmişlər.

Çox dəyərli elmi mənbə olan bu lüğətdə rus dilindəki terminlərin azərbaycanca qarşılığı ilə yanaşı latınca tərcüməsi, sinonimləri, qısa izahı, zərurət yarandıqda geniş şərhi də verilib ki, bütün bunlar müəlliflər akademik Əhliman Əmiraslanovla Şirvan Abdullayevin böyük və yorulmaz əməyinin bəhrəsidir. Müasir tələblər səviyyəsində hazırlanmış “Onkologiya terminləri lüğəti” tələbələr, həkim-onkoloqlar, həkim-rezidentlər, elmi işçilər üçün qiymətli vəsait, etibarlı elmi mənbədir.

Abuzər QAZIYEV
Əməkdar müəllim,
tibb elmləri doktoru, professor

Tibb terminlərin izahlı lüğəti

Böyük təcrübəsi olan ingilis dili üzrə müəllim (T.M.Hüseynova, A.İ.Əfəndiyev ilə həmmüəllifliklə) dörd dildə tibbi terminlərin izahlı lüğəti təqdim edir (azərbaycan–türk–ingilis–rus ). Kitab ali tibb məktəblərin tələbələri, veterinariya mutəxəssisləri, həmçinin xarici dilləri öyrənən şəxslər üçün nəzərdə tutulub. Kitabın müəllifi bir çox on illiklər ərzində ATU-da işləmiş, popular və vacib olan tibbi terminləri tədqiq edib, onların tərcümə və izahını təqdim edib. Учитель с большим опытом преподавания английского языка (Т.М.Гусейнова в соавторстве с А.И.Эфендиевым) предлагает толковый словарь медицинских терминов на четырех языках (азербайджанский-турецкий-английский-русский). Книга рассчитана на студентов медицинских вузов, специалистов по ветеринарии, а также лиц изучающих иностранные языки. Автор книги, на протяжении многих десятков лет, проработав в АМУ, изучила наиболее популярные и необходимые для медицинских специалистов термины, предоставив их перевод и значение.

© Birja — elanlar lövhəsi. Bütün hüquqları qorunur

Birja saytında bütün loqotiplər və əmtəə nişanları onların yiyələrinə məxsusdur.
Birja-dan istifadə etmək və ya saytda elan vermək, Birja.com saytının istifadəçi razılaşmasını qəbul etmək deməkdir.
Saytın rəhbərliyi reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.

Tibb terminlərin izahlı lüğəti

Davam etmək üçün elanınızın PIN-şifrəsini qeyd edin.
PIN-şifrəni, elan saytda dərc edilərkən Bart.Az-dan Sizə göndərilən məktubdan götürə bilərsiniz.

  • Satıcı: Elan Lovheleri Xidmeti
  • Telefon: 0558953656
  • Elanın nömrəsi: 10875
  • Baxışların sayı: 1444
  • Yeniləndi: 19 Feb 2020
  • Paylaş:

Whatsapp’da təcili yaz

Malın vəziyyəti Yeni
Malın növü Satılır
Kateqoriya Kitablar

Böyük təcrübəsi olan ingilis dili üzrə müəllim (T.M.Hüseynova, A.İ.Əfəndiyev ilə həmmüəllifliklə) dörd dildə tibbi terminlərin izahlı lüğəti təqdim edir (azərbaycan–türk–ingilis–rus ). Kitab ali tibb məktəblərin tələbələri, veterinariya mutəxəssisləri, həmçinin xarici dilləri öyrənən şəxslər üçün nəzərdə tutulub. Kitabın müəllifi bir çox on illiklər ərzində ATU-da işləmiş, popular və vacib olan tibbi terminləri tədqiq edib, onların tərcümə və izahını təqdim edib. Учитель с большим опытом преподавания английского языка (Т.М.Гусейновав соавторстве с А.И.Эфендиевым) предлагаеттолковый словарь медицинских терминов на четырех языках (азербайджанский-турецкий-английский-русский). Книга рассчитана на студентов медицинских вузов, специалистов по ветеринарии, а также лиц изучающих иностранные языки. Автор книги, на протяжении многих десятков лет, проработав в АМУ, изучила наиболее популярные и необходимые для медицинских специалистов термины, предоставив их перевод и значение.

Comments are closed, but trackbacks and pingbacks are open.