2020-ci ilin qeyri-iş günləri açıqlandı – TƏQVİM
(Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).
Hicri-qəməri təqvimi
Quranda buyurulur: Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər). Rəhman Surəsi: 5 – Quranda ayın təqvim üçün yaradıldığı bəyan olunur.
Hicri-qəməri təqvim (Azərbaycanda, İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري , at-таqvimə-l-hiсri).
Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir.
Təqvim haqqında | |
Təqvim tipi | Günəş, Ay, Ay-Günəş |
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ
(Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).
Tövbə Surəsi, Ayə 36
Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən – 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunmuşdur.
1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, Əfqanıstanda və Azərbaycanda Hicri təqvim daha çox “Hicri-qəməri təqvim” adlanmağa başladı. Hicri-qəməri təqvimimdə göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsi ilə, Qriqori təqviminə çevrilə bilərdi. Hal-hazırda isə internetdəki bəzi saytlar vasitəsi ilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.
Hicri-qəməri təqvimdəki ayların adı
Ay | Azərbaycanca | İngiliscə | Ərəbcə | Gün | Müxtəsər |
Birinci ay | Məhərrəm | Muharram ul Haram | محرم | 30 | M |
İkinci ay | Səfər | Safar ul Muzaffar | صفر | 29 | S |
Üçüncü ay | Rəbiüləvvəl | Rabi’ al-awwal | ربيع الأول | 30 | Ra |
Dördüncü ay | Rəbiülaxır | Rabi’ al-thani | ربيع الثاني | 29 | R |
Beşinci ay | Cəmadiyələvvəl | Jumada al-awwal | جمادى الأولى | 30 | Ca |
Altıncı ay | Cəmadiyəlaxır | Jumada al-thani | جمادى الثانية | 29 | C |
Yeddinci ay | Rəcəb | Rajab | رجب | 30 | B |
Səkkizinci ay | Şaban | Sha’aban | شعبان | 29 | Ş |
Doqquzuncu ay | Ramazan | Ramadan | رمضان | 30 | N |
Onuncu ay | Şəvval | Shawwal | شوال | 29 | L |
Onbirinci ay | Zilqədə | Dhū al-Qaʿda | ذو القعدة | 30 | Za |
Onikinci ay | Zilhiccə | Dhū al-Hijjah | ذو الحجة | 29 ya da 30 | Z |
Həftənin günlərinin adları
Gün | Ərəbcə | Azərbaycanca | Farsca |
1 | يوم الأحد yəvmu-l əhəd | Bazar | یکشنبه Yekşənbe |
2 | يوم الإثنين yəvmu-l isnəyn | Bazar ertəsi | دوشنبه Doşənbe |
3 | يوم الثُّلَاثاء yəvmu-l sulasə | Çərşənbə axşamı | سه شنبه Seşənbe |
4 | يوم الأَرْبِعاء yəvmu-l ərbəə | Çərşənbə | چهارشنبه Çəharşənbe |
5 | يوم الخَمِيس yəvmu-l həmis | Cümə axşamı, yaxud Adna | پنجشنبه Pəncşənbe |
6 | يوم الجُمُعَة yəvmu-l cumuə | Cümə | جمعه Come və ya آدينه Adine |
7 | يوم السَّبْت yəvmu-s səbt | Şənbə | شنبه Şənbe |
Saytın materiallarından istifadə edərkən halallıq üçün istinad vacibdir! Əks halda halallıq verilmir!
Mətndə səhv tapmısınız? Sözü seçib Ctrl+Enter klikləyərək bizə göndərin! Əvvəlcədən təşəkkür edirik!
2020-ci ilin qeyri-iş günləri açıqlandı – TƏQVİM
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
ƏƏSMN-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn günü; 8 Mart – Qadınlar günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 May – Faşizm üzərində Qələbə günü; 24,25 may – Ramazan bayramı; 28 May – Respublika günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 31 iyul,1 avqust – Qurban bayramı; 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
Məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.
2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir. Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Milli Məclis deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
“Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq Hüzn günü vardır (241+112+18+1-6= 366).
Comments are closed, but trackbacks and pingbacks are open.