EKVITA Academy
EKVITA is a full-service legal, tax and management consulting company with circa 80 full time professionals.
Qanunvericilik
Cinayət qanunvericiliyinə görə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, müvafiq cinayət məsuliyyətinə səbəb olur. Bu norma baxımından leqallaşdırma dedikdə: cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi … Read More
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərə ödənilən müavinətin hesablanması qaydasında dəyişiklik edilib
September 5, 2022 by admin-vergi
Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə … Read More
Xüsusi statuslu şəxslər barədə
June 29, 2022 by admin-vergi
Azərbaycan Respublikası qanunvericiliyinə diqqət yetirdikdə müəyyən etmək mümkündür ki, hər bir istiqamət üzrə müəyyən şəxslərlə bağlı xüsusi status və güzəştlər nəzərdə tutulmuşdur. Bu yazıda aktual sahələri və müvafiq güzəştləri qeyd etməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ölkə … Read More
Vergi Məcəlləsində dəyişiklik edilib
June 9, 2022 by admin-vergi
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № … Read More
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət
February 21, 2022 by admin-vergi
Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. BSC … Read More
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb
February 10, 2022 by admin-vergi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb. Bu, Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir. Qeyd edək ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların … Read More
Vergi Məcəlləsində dəyişikliklər təsdiq edildi
December 29, 2021 by admin-vergi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 … Read More
Elektron satınalmalarda iştirak haqqı ilə bağlı Qaydalar təsdiqlənib
December 22, 2021 by admin-vergi
Azərbaycanda “Dövlət satınalmaları haqqında” qanunun 50-1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) 100 manatdan 1 500 … Read More
Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib
November 17, 2021 by admin-vergi
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Azərbaycan Respublikasının … Read More
Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqlənib
September 23, 2021 by admin-vergi
“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənəddə qeyd edilib ki, bu qayda Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və banklar və bank fəaliyyətinin … Read More
EKVITA Academy
Auditoriya: Vergi qanunvericiliyini öyrənmək istəyən sahibkarlar, mühasiblər, vergi menecerləri və ya vergi məsələlərinə cavabdeh şəxslər, vergi orqanlarına qəbul imtahanında iştirak etmək istəyən şəxslər.
Kursun sonunda imtahan və sertifikat.
Syllabus:
Ümumi hissə:
- AR vergi qanunvericiliyi və vergi sistemi;
- Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları;
- Vergilərin müəyyən edilməsinin əsas şərtləri – vergi elementləri;
- ARVM-də istifadə edilən əsas anlayışlar;
- Bazar qiyməti, transfer qiyməti;
- Vergi münasibətlərinin iştirakçıları, onların hüquq və vəzifələri;
- Vergi nəzarəti:
– Vergi ödəyiciləriin uçotu;
– Operativ vergi nəzarəti.
- Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları:
– Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları;
– Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları;
- Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi;
- Vergi öhdəliyinin yerinə yetirilməsinin ümumi əsasları:
– Vergi hesabatının tərtib edilməsi və verilməsinin ümumi əsasları;
– Vergilər üzrə borcların alınması;
- Artıq ödənilmiş vəsaitlərin qaytarılması;
Xüsusi hissə:
- Fiziki şəxslərin gəlir vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Hüquqi şəxslərin mənfəət vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid ümumi qaydalar (praktiki məşğələ);
- Əlavə dəyər vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Aksizlər (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Əmlak vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Torpaq vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Yol vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Mədən vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Sadələşdirilmiş vergi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
EKVITA is a full-service legal, tax and management consulting company with circa 80 full time professionals.
- +994 12 310 04 56
- office@ekvita.com
- Time Business Centre/ Floor 8/ 4th Tramway Alley, AZ1010 Baku/Azerbaijan
All rights reserved Ekvita LLC © 2023
Azərbaycan Respublikasının vergi qanunvericiliyi
Əksər müəlliflər vergi qanunvericiliyi haqqında danışarkən, onu müxtəlif normativ hüquqi aktları özündə birləşdirən sistem, vergi hüququnun mənbəyi kimi xarakterizə edirlər. Azərbaycan Respublikasının vergi qanunvericiliyi sistemi barədə məlumat verməzdən öncə, vergi hüququ, onunun iştirakçıları barədə əsas anlayışları diqqətinizə çatdıraq.
- vergi ödəyiciləri;
- vergi agentləri;
- vergi orqanları;
- digər dövlət qurumları;
- vergilərin dövlət büdcəsinə köçürülməsini təmin edən banklar.
Vergi münasibətlərini tənzimləyən ölkənin vergi qanunvericiliyi sistemi, habelə beynəlxalq müqavilələr ( məsələn, İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər ) Azərbaycan Respublikasında vergi hüququnun mənbələridir.
Vergi hüququnun əsas mənbəyi – konstitusiya
-
- vergilərin növlərini, vergi dərəcələrini, vergilərin tutulması qaydasını, vergi güzəştlərini müəyyən edir;
- vergi öhdəliyi, onun yaranması, dəyişdirilməsi, habelə xitamı ilə bağlı münasibətləri tənzimləyir;
-
- vergi pozuntularına görə məsuliyyət tədbirlərini müəyyən edir.
Qanunvericilik ödəyicilər üçün sadə, başa düşülən dildə yazılmalı, dəyişikliklərə operativ reaksiya verməlidir.
Azərbaycan Respublikasının vergi qanunvericiliyi Konstitusiyaya, Vergi Məcəlləsinə , müvafiq qaydada qəbul edilmiş respublika qanunvericilik aktlarına əsaslanır.
Dövlət və vətəndaş arasında vergi münasibətləri AR konstitusiyasında müəyyən edilib. Verginin ödənilməsi hər bir ölkə vətəndaşının üzərinə düşən öhdəlikdir, bu zaman onların iqtisadi vəziyyəti, vergi ödəmə qabiliyyəti nəzərə alınır. Verginin məcburi alınması tələbi konstitusiya ilə təsbit olunur (maddə 73).
Vergi münasibətlərinin sistemləşdirilməsi
Vergi ödənişləri zamanı ödəyici ilə alıcı arasında birincinin ikinciyə məcburi tabeliyinə əsaslanan əmlak münasibətləri yaranır. Odur ki, tərəflərin bərabərliyinə, iradə sərbəstliyinə, əmlak müstəqilliyinə əsaslanan mülki qanunvericilik normaları, yəni AR Mülki Məcəlləsinin müddəaları vergi münasibətlərinə şamil edilmir. Həmin münasibətlər Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2000-ci ilin 11 iyulunda qəbul edilmiş, 2001-ci ilin 1 yanvarından qüvvəyə minmiş Vergi Məcəlləsi ilə (sonrakı düzəliş və dəyişikliklərlə) tənzimlənir. Məcəllə Azərbaycan Respublikasında vergi hüququnun əsas məcəllələşdirilmiş mənbəyidir.
Vergi qanunvericiliyi sisteminin əsas tərkib hissəsi olan VM-in icrasını təmin etmək üçün qəbul edilən bütün normativ hüquqi aktlar Məcəllənin müddəalarına uyğun olmalıdır.
-
- hasilatın pay bölgüsü, əsas boru kəməri haqqında, həmçinin digər oxşar saziş yaxud qanunlar (o cümlədən neft və qaz) haqqında;
- ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında;
- xüsusi iqtisadi zonalar haqqında.
Həmin qanunların tətbiqi zamanı yaranan ziddiyyətlərin aradan qaldırılması bu sazişlərin yaxud qanunların müddəaları tətbiq edilir.
Digər qanunvericilik aktları
- AR İnzibati Xətalar Məcəlləsi;
- AR Cinayət Məcəlləsi;
- hasilatın pay bölgüsü haqqında digər saziş yaxud qanunlar;
- xüsusi iqtisadi zonalar haqqında qanunlar;
- “Ələt azad iqtisadi zonası haqqında” AR Qanunu və sair.
Vergi münasibətlərini tənzimləyən qanunvericilik aktlarının siyahısı əhatəlidir, onların geniş tərkibi burada verilib.
- Ticarət və Tariflər haqqında Baş Saziş (“GATT 1994”);
- Avropa İttifaqı Şurasının vergi məsələləri üzrə direktivləri;
- İkiqat vergitutmanın aradan qaldırılması haqqında digər beynəlxalq müqavilələr.
İqtisadi-maliyyə münasibətlərinin, vergi hüququnun daimi inkişafı vergi qanunvericiliyinin müntəzəm olaraq təkmilləşdirilməsin zəruri edir. Nəticədə qanunvericilik aktlarında düzəlişlər edilir, yeniləri qəbul edilir, bəziləri qüvvədən düşür. Odur ki, vergi uçotu ilə məşğul olan mütəxəssislər onun dinamik Azərbaycan Respublikasının vergi qanunvericiliyini diqqətdə saxlamalı, cərimə və maliyyə sanksiyasından qaçmaq üçün dəyişiklikləri operativ olaraq işlərində tətbiq etməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.