Əmirxan xəlilov dünya ədəbiyyatı
Həqiqətən də maraqlıdır . Görün , hələ XVIII əsrdə yaşamış bir Avropa şairi Şərqin böyük ustadını necə yüksək dəyərləndirərək qiymətləndirib . Bu həm etirafdır , həm də Şərq klassik poeziyası qarşısında Qərbin heyranlığıdır . Göte Nizami Gəncəvi yaradıcılığına da bələd idi . Hətta onun bəzi əsərlərinin motivlərindən də istifadə edib . Göte Nizamini Şərqin digər iki görkəmli şairi Cami və Firdovsi ilə müqayisə edərək qəribə bir nəticəyə gəlib . Göteyə görə , Cami özünə qədər yaradılan Şərq poeziyasına yekun vururdusa , Nizami yaradıcılığı gələcəyə – Qərb və Şərqin qovuşuğuna ” görüş yerinə ” işıq saçıb . Buna görə də Nizami yaradıcılığının xüsusiyyətlərini hərtərəfli öyrənən Göte onu böyük ehtiramla “Ata” adlandırıb .
Əmirxan xəlilov dünya ədəbiyyatı
Söz sənətinin inciləri
� Uzun illərdir ki , filologiya elmləri doktoru , professor Əmirxan Xəlilov Bakı Dövlət Universitetində dünya və şərqi slavyan ədəbiyyatından mühazirələr oxuyur . O, ali məktəb tələbələri üçün yazılan bir sıra dərsliklərin və monoqrafiyaların müəllifidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Əmirxan Xəlilov diqqətini milli ədəbiyyatımızın tədqiqi və təbliğinə yönəldərək bu sahədə də bir sıra kitab və monoqrafiyalar çap etdirdi . Bu yaxınlarda isə müəllifin yeni bir kitabı işıq üzü görüb . Kitab ” Dünya ədəbiyyatı” ( birinci hissə) adlanır. Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan kitab Təhsil Nazirliyinin qərarı ilə çap edilib .
Kitabın girişində müəllif dərs vəsaitinin yazılmasına səbəb olan amillərdən söz açaraq bildirir ki , bütün ali məktəblərin filologiya fakültələrində ” Dünya ədəbiyyatı” fənni tədris olunur . Təəssüf ki , hələ sovet dövründən başlayaraq görkəmli sənətkarların yaradıcılığı gənc nəslə olduğu kimi çatdırılmayıb. Xüsusilə də gəldi-gedər mövzularla əlaqədar məsələlərə daha çox yer verilib ki , bununla da müəyyən standartlardan kənara çıxılıb. Çalışılıb ki , əvvəlki qüsurlar aradan götürülsün , müəyyən mövzular dolğun və əhatəli şəkildə vəsaitə daxil edilsin . Bu da maraqlıdır ki , dünya ədəbiyyatından danışanda Azərbaycanın ədəbiyyat xadimləri unudulmamış, eləcə də xarici ölkə yazıçı və şairlərinin Azərbaycanla əlaqəsi kənarda qalmamışdır.
Professor Cəlil Nağıyevin kitaba yazdığı ön sözdə oxuyuruq : ” Burada indiyə qədər oxucuların bilmədiyi bir çox mətləblər elmi şəkildə əsaslandırılmışdır. Dərs vəsaitində Qərb ədəbi fikrinin parlaq şəxsiyyətləri müasir elmi-nəzəri müstəvidə araşdırılır, kitab müəllifinin şəxsi mövqeyi kontekstində təhlil və təsbit olunur “.
Müəllif özündən əvvəlki alimlərin bu sahədəki tədqiqatlarına ehtiram və məhəbbətlə yanaşaraq onların ədəbi irsindən layiqincə bəhrələnib. Elə bu baxımdan Ə.Sultanlının, Ə. Ağayevin , T.Novruzovun , B.Nəbiyevin, Y.Qarayevin , T.Hacıyevin, V.Hacıyevin kitablarına, bu sahədəki tədqiqatlarına qədirşünaslıqla yanaşaraq təqdim etdiyi materiallara müasir prizmadan nəzər salıb. Homerşünaslığın dünya ədəbiyyatındakı yerinə toxunaraq əfsanəvi şair titulunu özündə saxlayan bu söz mülkünün sultanını gənc nəslə sevdirmək üçün maraqlı üsullardan istifadə edilib . Müəllifin dili səlis və aydın olduğundan dərs vəsaitinin tələbələr tərəfindən istifadəsində heç bir ağırlıq duyulmur . Kitabın ilk bölümündə Homerin söz dünyası hərtərəfli tədqiq edilib . Əmirxan Xəlilov ” Homer və Azərbaycan” adlı qısa xülasədə bildirir ki , ədəbiyyatımızda bu söz dahisinin adını ilk dəfə XIX əsrdə Axundov çəkib. Sovet dövründə isə Əli Sultanlı, Əkbər Ağayev , Məmmədhüseyn Təhmasib, Mikayıl Rzaquluzadə və başqaları yeri gəldikcə Homerdən söz açaraq onun Azərbaycanda təbliğinə, tanınmasına təşəbbüs göstəriblər. Homerin əsərlərini ruscadan Azərbaycan dilinə ilk dəfə Mikayıl Rzaquluzadə tərcümə edib . Sonra bu işi Ələkbər Ziyatay uğurla həyata keçirib .
Dünya ədəbiyyatının əbədiyaşar şair və ədiblərindən biri də Hesiod sayılır. Homerdən sonra ədəbiyyat tarixində əsərləri ilə özünə əbədi və möhtəşəm yer qazanan bu söz sultanı haqqında da ilk dəfə Əli Sultanlı yazıb. Öz müəlliminin və ustadının yolunu ləyaqətlə davam etdirən Əmirxan Xəlilov Hesiodla Nizami Gəncəvi yaradıcılığın ı müqayisə edərək bildirir ki , dünya ədəbiyyatının hər iki azman nümayəndəsi humanist duyğular və bəşəri ideyalar baxımından bir-birlərinə çox yaxındırlar.
Vəsaitdə diqqəti çəkən mövzulardan biri də Zərdüştlə bağlıdır. Eramızdan əvvəl VII-VI əsrlərdə yaşamış Zərdüştün müdrik kəlamları da vəsaitdə yer alıb. Bu düşündürücü və mənalı kəlamların hər biri qalın-qalın kitabların söyləyə biləcəyi mətləblərdən, məramlardan qiymətli təsir bağışlayır. Məsələn: “O adamları sevirəm ki , dünyaya kor gəlib kor getməsinlər, həyatdan bir şey anlasınlar, öləndə də arxayın olsunlar ki , ruhlarını az da olsun kamilləşdirə biliblər”. Yaxud da : “O adamları sevirəm ki , canlarını cəfəng ideyalara deyil , torpağa , Vətənə fəda edirlər, o torpağa ki bir vaxt fövqəlinsanın məskəni olacaq “.
Dərs vəsaitində Qərb ədəbiyyatının feodalizmi və orta əsrlər dövrü geniş şərh edilib , eləcə də ispan ədəbiyyatının intibah dövründən söz açılıb. Dərs vəsaitinin məziyyətlərindən biri də budur ki , müəllif sovet dövründə qadağan olunan bir sıra şəxsiyyətlərin əsərlərini də kitaba salıb. Şair-mütəfəkkir Əli bəy Hüseynzadənin yeni dərslikdə “Qərbin iki şairi ” adlı məqaləsindən də söz açılıb. Kitabda həmçinin VII-VIII əsrlər alman ədəbiyyatının da tədqiqinə toxunulub . Müəllif bildirir ki , dünya ədəbiyyatı tarixində ən mühüm yer tutan alman mədəni irsi bəşəriyyətə görkəmli şair , ədib və mütəfəkkirlər bəxş edib . XVIII əsrdə alman ədəbiyyatında maarifçilik ideyaları geniş vüsət alıb. Bunun da nəticəsində Lessinqin , Götenin , Şillerin , Heynenin əsərləri təkcə alman ədəbiyyatını deyil , dünya söz sənətini humanizm və mütərəqqi ideyalarla zənginləşdirərək romantizmin inkişafına yeni istiqamət veriblər. Götenin Şərq ədəbiyyatına, xüsusən Şərq lirik şeirinə dərin rəğbət və məhəbbəti olub . Hətta Şərq poeziyasının mahir ustadı sayılan Hafiz Şiraziyə şeir də həsr edib :
O qədər böyüksən ki ədəbiyyat kimi sən,
Əvvəlin yox , sonun yox , əbədiyyət kimisən.
Şeirin bir asiman ki daima hərəkətdə ,
Sonu da əks olunmuş əvvəlliyə vəhdətdə .
Əvvəldən axıradək başdan-başa sənətdir ,
Sənətdə bu nə hikmət , bu nə böyük qüdrətdir .
Həqiqətən də maraqlıdır . Görün , hələ XVIII əsrdə yaşamış bir Avropa şairi Şərqin böyük ustadını necə yüksək dəyərləndirərək qiymətləndirib . Bu həm etirafdır , həm də Şərq klassik poeziyası qarşısında Qərbin heyranlığıdır . Göte Nizami Gəncəvi yaradıcılığına da bələd idi . Hətta onun bəzi əsərlərinin motivlərindən də istifadə edib . Göte Nizamini Şərqin digər iki görkəmli şairi Cami və Firdovsi ilə müqayisə edərək qəribə bir nəticəyə gəlib . Göteyə görə , Cami özünə qədər yaradılan Şərq poeziyasına yekun vururdusa , Nizami yaradıcılığı gələcəyə – Qərb və Şərqin qovuşuğuna ” görüş yerinə ” işıq saçıb . Buna görə də Nizami yaradıcılığının xüsusiyyətlərini hərtərəfli öyrənən Göte onu böyük ehtiramla “Ata” adlandırıb .
Vaxtilə böyük Səməd Vurğun ” Dünya şairləri yarışa gəlsin ” deyərdi . Həmişə də üstünlüyü Nizamiyə , Hafizə , Füzuliyə verərdi . Elə bu niyyətlə də müəllif kitabın sonuna salınan şeirdə qürurla söyləyib :
İstər Doğu olsun , istərsə Batı ,
Qınına çəkilmə , öyrən həyatı ,
Damladan zərrədir bu kitabımız ,
Dərya – özü dünya ədəbiyyatı .
Bir istəyimizi də bildirək ki , müəllifin ” Dünya ədəbiyyatı” na aid dərs vəsaitinin sonrakı cildlərinin də belə sanballı şəkildə hazırlanaraq işıq üzü görəcəyinə inanırıq . Bu yolda professor Əmirxan Xəlilova uğurlar diləyirik.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 5 aprel.- S. 7.
Əmirxan xəlilov dünya ədəbiyyatı
Filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov uzun illərdir ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında çalışır. Müxtəlif ali məktəblərdə dünya ədəbiyyatı ilə əlaqədar mühazirələr oxuyur. Təqdirəlayiq haldır ki, Əmirxan Xəlilov yeddi cilddən ibarət “Dünya ədəbiyyatı” dərs vəsaitini hazırlayaraq tələbələrin ixtiyarına vermək üçün son illər səmərəli fəaliyyət göstərir. Bu seriyadan birinci cild işıq üzü görüb. Bu günlərdə isə həmin dərs vəsaitinin IV, V, VI cildləri çap edilib. Qalanları isə çap prosesindədir. Dərs vəsaiti bütün ali məktəblərin humanitar fakültələri üçün nəzərdə tutulmuşdur. Müasir ədəbi estetik prinsiplər nəzərə alınaraq yazılan dərs vəsaitlərində təqdim olunan yazıçı və şairlərin yaradıcılığı, ədəbi proseslərin bütün məqamları geniş təhlil edilib.
“Dünya ədəbiyyatı”nın IV cildi “XX əsr Qərb ədəbiyyatı” bölümü ilə açılır. Müəllif haqlı olaraq bildirir ki, Azərbaycan Avrasiya ölkəsi olaraq təkcə Şərqlə bağlı olmayıb, həm də Qərb dünyası ilə yaxından təması, yeni inkişaf və vüsət yolu seçməyi əsas götürmüşdür. Əlbəttə, XX əsr Qərb ədəbiyyatı çox geniş və məzmunludur. Bu dövrün bütün şair və yazıçılarının yaradıcılığını əhatə etmək qeyri-mümkündür. Məhz bu baxımdan müəllif ən tanınmış, dünya ədəbiyyatına mühüm töhfələr vermiş sənətkarları ön plana çəkməkdə haqlıdır. Bu baxımdan istər Amerika, istər alman, fransız, ingilis ədəbiyyatlarında mühüm yer tutan, adları tarixə düşmüş, milyonlarla dünya oxucusunun qəlbinə yol tapmış ədiblər haqqında tələbələrə ətraflı və dolğun məlumat çatdırıb. Bəlkə də bəziləri söyləyər ki, kitabda dünya ədəbiyyatı olduğu kimi öz əksini tapmayıb. Müəllifin təbirincə desək, bu iş dəryadan damla götürməyə bərabərdir. Gərəklidir ki, bizlərdə XX əsr dünya ədəbiyyatı haqqında müəyyən təsəvvür yaranır. Əlbəttə, damlaların birləşib ümmana çevrildiyi gün də olacaq.
Dərs vəsaitinin V cildində Amerika, Latın Amerikası, alman-Avstriya, ingilis, fransız, Portogez, İtaliya, ispan, Norveç və yenə də XX əsr rus ədəbiyyatından nümunələr verilib. Təbii ki, XX əsr dünya ədəbi prosesi mürəkkəb olduğu qədər də çox zəngindir. Dünya xalqlarının mənəvi aləmini bütün dərinliyi ilə ifadə edən məşhur ədib, yazıçı və şairlər haqqında dolğun təsəvvürə malik olmaq üçün bu cildi diqqətlə oxumaq yetər. Müəllif çalışıb ki, hər bir xalqın ədəbiyyatından qısa xülasələr təqdim etməklə barəsində söz açdığı yazıçı və şairi oxucusuna yaxından tanıtsın.
Müəllif haqlı olaraq qeyd edir ki, bu kitabla dərslik deyil, dərs vəsaiti yaratmağa çalışmışıq. Əmirxan Xəlilov oxuculara bir incə məqamı nəzərə almağı da tövsiyə edir: “Bu vəsait gələcəkdə dərslik yaratmaq üçün yalnız bir vasitədir. Deməli, gərgin yaradıcılıq işi – dərslik yazmaq və tələbələrin ixtiyarına vermək məsələsi hələ qabaqdadır”. Çox güman ki, müəllifin dediyi kimi, bu zəruri ehtiyac yaxın gələcəkdə öz həllini tapacaq. Müasir dövrün estetik prinsiplərinə cavab verə biləcək dünya ədəbiyyatı dərsliyinin yaradılması həqiqətən də vacibdir. Vaxtilə tanınmış şəxsiyyətlər dünya ədəbiyyatının dilimizə çevrilməsində əvəzsiz iş görüblər. Gərəkdir ki, onların hamısının əməyindən bəhrələnərək müəllifin dediyi kimi, dərslik yaradılmasına start verilsin. Hələlik bu bünövrənin ilk təməl daşlarını qoyan Əmirxan Xəlilov bir alim kimi çox faydalı iş görüb.
“Dünya ədəbiyyatı”nın VI cildi isə iki hissə və altı bölmədən ibarətdir. Müəllif ön sözdə yazır: “XX əsr dünya ədəbiyyatında məhz bəşəri xarakterli ədiblər, şairlər, filosoflar kifayət qədərdir. Haqlarında söhbət gedən elə yazıçılar var ki, indiki qloballaşma dövründə onların tədqiq edilməsi və tədrisinə zəruri ehtiyac duyulur. Ən görkəmli şəxsiyyətlər barədə yığcam da olsa müəyyən təsəvvür yaratmağı vacib bilmişik”. Təqdirəlayiq cəhətlərdən biri də budur ki, Əmirxan Xəlilov bu dərs vəsaitini hazırlayarkən özündən əvvəl ədəbiyyatşünaslığımıza müqtədir tərcümələri ilə xidmət etmiş bir sıra alimlərin adlarını çəkərək onların bu sahədəki uğurlu fəaliyyətlərini də minnətdarlıqla xatırlayır.
Müəllif hər bir xalqın milli ədəbiyyatı barədə ümumi və qısa xülasələr qələmə almaqla bərabər, ayrı-ayrı yazıçıların yaşadığı dövr haqqında da tələbələrə müəyyən bilgilər verib. Bütün bunlar isə oxucuların maraq göstərdiyi ədiblər haqqında geniş məlumata səbəb olmasına yönəlib. Bu cildə Amerika, alman, ingilis, fransız, İtaliya və XX əsr rus ədəbiyyatından nümunələr salınıb. Kitabda elə müəlliflərin yaradıcılığına müraciət edilib ki, onların barəsində, ümumiyyətlə, azərbaycanlı oxucuların o qədər də geniş məlumatı yoxdur. Məsələn, dərs vəsaitində XX əsr rus ədəbiyyatının görkəmli nümayəndələri olan Şoloxov, Tvordovski, Simonov və digərləri haqqında oçerklər var. Bu şəxsiyyətləri Azərbaycan oxucusu çox gözəl tanıyır. Lakin Boris Pasternak, Vladimir Nabokov, Aleksandr Soljenitsın, Anna Axmatova, Marina Svetaya kimi sənətkarların yaradıcılığı oxucularımıza nisbətən az məlumdur.
Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Dünya ədəbiyyatı”nın hər üç cildində mühazirələr, ədəbi oçerk və portretlər toplanıb. Doğrudur, dünya ədəbiyyatından dilimizə vaxtaşırı tərcümələr edilib. Amma bu cildlərdə Əmirxan Xəlilovun özünəməxsus yeniliyi ondan ibarətdir ki, həm bir sıra yazıçı və şairlər oxuculara ilk dəfə təqdim edilib, həm də müqayisəli təhlil aparılıb. Bu paralellik də maraq doğurur. Ədəbi oxşarlıqlar, cüzi fərqlər, ədiblərin bir-birinə yaxınlığı təbii ki, oxucunu ciddi düşünməyə vadar edir. Şübhəsiz ki, bu da kitabın əsas məziyyətlərindən sayılmalıdır. Xüsusilə də sonet janrı və onun estetik prinsipləri barədə Əmirxan Xəlilov geniş elmi söhbət açır. Hər bir ədibə münasibətdə də müasir aspektdən yanaşma özünü göstərir. Elə ədəbi hadisələr də var ki, onlar bu cildlərdə məhz ilk dəfə öz əksini tapıblar. Uzun illər xarici ölkə ədəbiyyatından mühazirələr oxuyan Əmirxan Xəlilov indi bu tezislərin kitab şəklində tələbələrə çatdırılmasında, sözün əsl mənasında, fədakarlıq göstərir. Cildlər işıq üzü gördükcə müəllifin necə sevindiyinin şahidi oluruq. Çünki zəhməti hədər getmir. Bəşəriyyətin ən böyük kəşfi olan kitabda bəşəri ədəbiyyat haqqında, onun inciləri barəsində Azərbaycan oxucusuna geniş məlumat vermək, tələbələrin faydalanması üçün gözəl və müfəssəl mənbə yaratmaq Əmirxan Xəlilovun bu sahədəki ən dəyərli xidmətlərindən biridir.
Bu kitabların elmi redaktorları mərhum akademik Bəkir Nəbiyev və professor Qorxmaz Quliyevdir. Növbəti cildlərdə də dünyanın digər görkəmli ədəbi şəxsiyyətlərinin yaradıcılığı barədə oçerk və ədəbi portretlər veriləcəkdir. Bu cildlər kitab rəfimizdə sıralandıqca onların müəllifinə, filologiya elmləri doktoru, professor Əmirxan Xəlilova yeni yaradıcılıq uğurları diləyirik! Dərs vəsaitindən dərsliyə doğru uzanan yolun mənzil başına çatacağına əminik!
“Dünya ədəbiyyatı antologiyası” (1-ci cild) pdf
İkicildlik “Dünya ədəbiyyatı antologiyası”nın birinci cildinə dünya xalqlarının Vıı – XXı əsr poeziyasından nümunələr daxil edilmişdir.
Sə o hv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)
Mövzuya uyğun linklər:
Rasim Əlizadə – Qeyri-müəyyənlik
AYAZ İMRANOĞLU – DOĞULMAYAN KÖRPƏ
Qabriel Qarsia Markes – Qarda sənin qan ləkən
Azad Qaradərəli – Şeirimizin Tərlanı
İlkin Füzuli – 8 Mart hədiyyəsi
Həmçinin oxuyun:
Əlabbas Bağırov – Köhnə kişi
06.02.21, Proza
Qoderzi Çoxeli – Küknarlara məktub
17.10.19, Proza
F.ENGELS – AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
23.02.20, Ədəbi tənqid
Rövşən Yerfi – Hiv qasırğası
01.12.20, Proza
Avesta. Avestanın əsas ideyası – hüququ
10.06.19, Proza
Rafael Santi – Afina məktəbi
26.04.20, Palitra
Xəbər lenti
Rasim Əlizadə – Qeyri-müəyyənlik
24.03.23, Ədəbi tənqid
AYAZ İMRANOĞLU – DOĞULMAYAN KÖRPƏ
24.03.23, Proza
Qabriel Qarsia Markes – Qarda sənin qan ləkən
21.03.23, Proza
Azad Qaradərəli – Şeirimizin Tərlanı
21.03.23, Ədəbi tənqid
İlkin Füzuli – 8 Mart hədiyyəsi
11.03.23, Proza
Firudin Cəlilov – Lemni yazısı
09.03.23, Təqdimat
NURƏDDİN ƏDİLOĞLU – QARA CAMIŞ(hekayə)
08.03.23, Proza
Sevinc İbrahim – Eşq
07.03.23, Proza
QABRİEL QARSİA MARKES – BALTASARIN HƏYATINDA UNUDULMAZ GÜN
07.03.23, Proza
Kənan Hacı – Ömrünü söz üçün yandıran adam
07.03.23, Təqdimat
MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK
05.03.23, Təqdimat
ŞvartsMan – Məhəbbət üçün ürəkbulanma(r e k l a m)
26.02.23, Təqdimat
Norveç nəsri – Avropa modernizmi – Daq Sulstad
17.02.23, Ədəbi tənqid
Oxşar xəbərlər:
Rasim Əlizadə – Qeyri-müəyyənlik
Rasim Əlizadə – Qeyri-müəyyənlik.
Ədəbi tənqid
AYAZ İMRANOĞLU – DOĞULMAYAN KÖRPƏ
Qabriel Qarsia Markes – Qarda sənin qan ləkən
Azad Qaradərəli – Şeirimizin Tərlanı
Sayt haqqında
Yarandığı gündən sayta dürlü yazılar yerləşdirilir. Əsas məqsədimiz ədəbiyyatsevərləri bir yerə toplamaqdır.
Öz yazılarınızı saytımızda görmək üçün edebiyyatdergi@mail.ru ünvanına və ya +994703657179 nömrəsinin votsapına yaza bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.