Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab
Hər nə qədər şagirdlərin təhlükəsizliyi üçün məktəbdən kənarda böyük ziyafətlərin təşkili məsləhət görülməsə də, məzunlar hər il bu ənənəni pozur. Gənclər “Son zəngi”” məktəb proqramına uyğun rəsmi formada qeyd etdikdən sonra öz arzularını reallaşdırmaq üçün bulvara, parklara üz tutub gəzir, axşam saatlarında isə sifarişlə yer ayırdıqları restoranlarda görüşürlər. İlk baxışdan gənclərin bu həvəsi təhlükəli görünməsə də, hər il “Son zəng” günlərində yayılan qəza və kriminal xəbərlər cəmiyyətdə narahatlıq doğurur.
Məktəblərdə “Son zəng” necə keçiriləcək? – SORĞU
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, orta məktəblərdə “Son zəng” tədbirləri onlayn formada keçirilə bilər. Nazir qeyd edib ki, 11-ci sinif şagirdləri kifayət qədər yetkin şəxslərdir və mövcud vəziyyəti düzgün dəyərləndirərək məntiqli qərar qəbul edəcəklər. Ceyhun Bayramov həmçinin, bunun xüsusi bir hal olduğunu və bu müddət ərzində hər kəsin məsuliyyətini ortaya qoyaraq kütləvi tədbirlərdən çəkinməli olduğunu deyib.
Bəs görəsən məktəblər “Son zəng”i necə keçirməyi planlaşdırır və onlayn forma hansı effekti verə bilər?
Publika.az mövzu ilə bağlı məktəb direktorlarının və ekspertin fikrini öyrənib.
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva veriləcək istənilən qərara hazır olduqlarını deyib:
“Düşünürük ki, şagirdlərə töhfə olaraq liseyin rəhbər heyətinin və sinif rəhbərlərinin videoçarxını hazırlayaq. Bu videoçarxı onlara onlayn formada təqdim edə bilərik. Eyni zamanda bizdə kubokun ötürülməsi ənənəsi var. Biz bunu onlayn şəkildə təşkil etmək istəyirik. Hələ ki, bu barədə fikirləşirik. Ancaq düşünürəm ki, onlayn tədbir ənənəvi qədər effektiv olmayacaq. Pandemiya şagirdlərin həyatının ən önəmli mərhələsini əllərindən aldı. Çox təəssüf ki, bu belədir. Necə deyəcəklərsə, o şəkildə də edəcəyik. Çünki başqa yolumuz yoxdur”.
Bakı şəhər 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov isə bildirib ki, bununla bağlı nazirlikdən göstəriş hansı formada verilərsə, o formada da icra olunacaq: “Hələ ki, “Son zəng”lə bağlı qərar yoxdur. Təhsil Nazirliyinin təlimatını gözləyirik. Bununla bağlı konkret olaraq müəyyənləşdirdiyimiz qayda yoxdur. Onlayn formada tapşırıq verilərsə, o formada da tədbiri keçirəcəyik. Biz tövsiyələri gözləyirik. Ona uyğun da işimizi təşkil edəcəyik”.
Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin direktoru Elnurə Cavadzadə bu barədə məsləhətləşmələrin getdiyini deyib. Direktor qeyd edib ki, məktəb rayon təhsil şöbəsinə tabedir və bu baxımdan da ümumi qərardan sonra ona uyğun olaraq bütün işlər təşkil olunacaq.
İsmayıllı rayon İ.Həsənov adına 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov məktəbdə “Son zəng”lə bağlı hazırlığın görülmədiyini bildirib. Direktor bununla bağlı Təhsil Nazirliyinin təlimatını gözlədiklərini deyib:
“Təlimat necə veriləcəksə, biz də o formada təşkil edəcəyik. Hələ ki, bununla bağlı bir iş aparılmayıb. Əvvəl tədbir canlı şəkildə təşkil olunduğu üçün müəyyən hazırlıqlar görülürdü və məşqlər aparılırdı. Amma hələ ki, bununla bağlı qərar verməmişik. “Son zəng”in necə və hansı parametrlərlə keçiriləcəyini gözləyirik. Hazırda dərslər və müəyyən tədbirlər onlayn formada keçirilir. “Son zəng”ə ənənəvi olaraq öyrəşmişik ki, tədbir keçirilsin və çıxışlar, qonaqlar olsun. Yəni onu onlayn formada da keçirmək mümkündür, bura bütün 11-ci sinif şagirdləri və müəllimlər qoşulsun. Bunu “Microsoft Teams” və ya “Zoom” proqramı kimi onlayn platformalarda keçirə bilərik. Onlayn olarsa bu ölkə üzrə bir ilk olacaq. Bu bizim üçün də çox maraqlıdır. Düşünmüşük ki, bunu hansı formada etmək olar ki, şagirdlərə maraqlı olsun. 11-ci siniflər bununla bağlı çox narahatdırlar. Biz də pandemiya ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər və qaydalar çərçivəsində çalışacağıq ki, nələrsə edək. Amma hazırda onu necə təşkil edəcəyimizlə bağlı tam dəqiq bilmirik”.
Təhsil eksperti Şahlar Əsgərov isə hesab edir ki, başqa alternativ olmadığı halda “Son zəng” də onlayn formada keçirilə bilər:
“Başqa bir çarə yoxdursa, Təhsil Nazirliyi ilə razılaşmalıyıq. Belə bir vəziyyətdə neyləmək olar ki? Bu bəşəriyyətin ilk dəfə qarşılaşdığı bir problemdir. Təkcə bizim ölkəmizdə yoxdur. Türk fəlsəfəsində belə bir fikir var: yaxşı danışan və yaxşı iş görən yaxşı adam deyil, yaxşı düşünən yaxşı adamdır. İndi hər birimiz yaxşı düşünüb, iş görməliyik. Düşüncəmiz düzgün olmalıdır. Artıq cəmiyyət onlayn şəkildə tədrisə, təhsilə və iclasa vərdiş edib. Pandemiyanın müsbət cəhəti budur ki, məcbur olub müasir texnologiyalardan təhsildə istifadə etdik. Ona görə “Son zəng”lər də onlayn keçirilə bilər. Bu o dərəcədə effektiv olmasa da, müəyyən çıxış yolu və seçim edəcəyimiz fərqli ideya yoxdur. Düşüncə düzgün olmalıdır. Güman edirəm ki, bu düşüncə düzdür”.
Mövzuya rəsmi mövqeni öyrənmək məqsədilə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O bildirdi ki, “Son zəng”in keçirilməsi ilə bağlı hələ ki, vahid qərar yoxdur:
“Bununla bağlı məsələlər Ceyhun Bayramovun brifinqdə qeyd etdiyi kimidir. Onlayn formada keçirilə bilər. Ancaq tam olaraq hansı formada keçirilməsi ilə bağlı qərar verilməyib”.
Akqabay Mıradov
“Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?
Düz 5 gündən sonra məktəblilərin “Son zəng”i çalınacaq. İndidən bütün orta məktəb şagirdləri bu ab-havaya köklənib. Bir az kədər, bir az da göz yaşı qarışır bu günə, amma istənilən halda “Son zəng” uşaqlığımıza son vidadır.
Xüsusən də, məzunlar üçün bu gün bir başqa gözəldir. Heç şübhəsiz ki, digər şagirdlərdən fərqli olaraq, məzunlar 14 iyuna böyük həyəcanla hazırlaşır. Onlar artıq son zəngi harada və necə keçirmək barədə düşünürlər. Təhsil Nazirliyi isə yenə də onların əvəzindən qərar verib. “Son zəng” tədbirləri ancaq məktəb divarları arxasında keçirilməlidir.
Nazirlikdən verilən məlumata görə, hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.
Hər nə qədər şagirdlərin təhlükəsizliyi üçün məktəbdən kənarda böyük ziyafətlərin təşkili məsləhət görülməsə də, məzunlar hər il bu ənənəni pozur. Gənclər “Son zəngi”” məktəb proqramına uyğun rəsmi formada qeyd etdikdən sonra öz arzularını reallaşdırmaq üçün bulvara, parklara üz tutub gəzir, axşam saatlarında isə sifarişlə yer ayırdıqları restoranlarda görüşürlər. İlk baxışdan gənclərin bu həvəsi təhlükəli görünməsə də, hər il “Son zəng” günlərində yayılan qəza və kriminal xəbərlər cəmiyyətdə narahatlıq doğurur.
Bəs “Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?
“Son zəng” tədbirlərinin məktəbdən kənarda keçirilməsinə nazirlik tərəfindən müəyyən qadağalar qoyulduğunu deyən təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, məktəbi tərk etdikdən sonra buna nəzarət etmək vəzifəsi birbaşa Təhsil Nazirliyinin öhdəliyindən çıxır:
“Əslində bu sahədə müəyyən olunan qadağa sui-istifadə hallarının qarşısının alınması üçün tətbiq edilir. Bu, “Son zəng” bəhanəsi ilə məktəb rəhbərliklərinin şagirdlərdən rüşvət toplamasının qarşısını almaq üçün nəzərdə tutulub. Korrupsiyanın azaldılması istiqamətində bu qanunlar ciddiləşdirilir. Artıq məktəbdən sonra nazirlik və ya məktəb buna nəzarət edə bilməz. Təhsil Nazirliyi yalnız məktəb barədə qərarlar verə bilər, şagirdlərə “gedib hər hansı bir yerdə toplaşmayın”- qadağası qoya bilməz. Bu zaman məzunların təhlükəsizliyini təmin etmək valideynlərin ixtiyarına düşür”. N.Qulamoğlu şagirdlərə ziyafət və ya gəzinti təşkilatçılığı edərkən müəllimlərin nəzarətinə şərait yaratmağı tövsiyə edir. Ekspertin sözlərinə görə, əks şəraitdə bu qərarın indi olduğu kimi gələcəkdə də nəticəsiz qalması qaçılmazdır: “Məzunlar müəllimləri təşkilatçılığa cəlb edərsə, daha rahat şəraitdə öz tədbirlərini həyata keçirə bilərlər. Nəzarəti öz boynuna götürən müəllim məsuliyyət hiss edərək, rəsmi şəkildə özündən yuxarı qurumlara – məktəb direktoruna, idarəçiliyə məlumat ötürəcək. “Yemək-içmək” ziyafətlərində məzunların təhlükəsizliyi baxımından valideynlər hələ çox nigaran qalacaqlar”.
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət isə “Şərq”ə açıqlamasında deyib ki, hər dərs ilinin sonunda məzun şagirdlər “Son zəng” gününü səbirsizliklə gözləyirlər və özünəməxsus şəkildə qeyd edirlər:
“Sözsüz ki, şagirdlər ömürlərində bir dəfə keçirilən “Son zəng”i yaddaqalan keçirmək arzusunda olurlar. Ancaq onların düşüncəsi ilə böyüklərin düşüncəsi eyni olmadığı üçün məktəb rəhbərliyinin, valideynlərinin maarifləndirici xəbərdarlıqları onlara bir o qədər də xoş gəlmir”.
Təhsil Nazirliyinin çox haqlı olaraq “Son zəng” tədbirlərinin məktəb daxilində keçirilməsi ilə bağlı öz tövsiyələrini verdiyini qeyd edən Almaz xanım hesab edir ki, “Son zəng” uşaqların məktəb illəri ilə vidalaşması deməkdir. Ona görə də tədbirlər məktəb ərazisində keçirilməlidir:
“Məzunların bulvara və ya digər məkanlara üz tutmasını düzgün hesab etmirəm. Onların şəhərdə gəzmək, əyləncə mərkəzlərində şənlik keçirmək üçün hələ çox imkanları olacaq. Ali məktəb imtahanlarından müvəffəqiyyətlə keçəndən sonra bu cür şənlikləri təşkil etsələr, daha yaxşı olar. “Son zəng” isə məktəb divarları arxasında keçirilməli və məzunların xatirələrində də məhz bu cür qalmalıdır. Ancaq hesab edirəm ki, artıq parklara, “bulvar”a gəzintiyə çıxmaq mənasızdır. “Son zəng” günü bəlkə də sonuncu dəfə birlikdə gülüb-əylənirlər. Çünki bundan sonra bu cür toplaşmaq, bir-biri ilə dərdləşə bilmək onlar üçün şirin bir xəyal olacaq. Yenə də məsləhət məzunlarındı. Biz onları heç nəyə məcbur edə bilmərik. Onlar üçün necə rahatdır, qoy öz “Son zəng”lərini elə də keçirtsinlər. Əsas odur ki, “Son zəng” günü onlar sonradan peşmançılığını çəkəcəkləri səhvə yol verməsinlər. Necə və harada qeyd etmələrindən asılı olmayaraq, “Son zəng” gününü hər zaman xoş və şirin bir xatirə kimi xatırlasınlar”.
Xüsusən də oğlan məzunların çılğın olduqlarını, spirtli içki qəbul edib sükan arxasına oturduqlarını qeyd edən ekspertin sözlərinə görə, bununla da həyatlarını təhlükəyə atmış olurlar: “Düşünürəm ki, müəllimlər və valideynlər sözü bir araya qoymalı və “Son zəng” tədbirlərinin necə keçirilməsi ilə bağlı düzgün maarifləndirmə metodu tapmalıdır. Gec-tez məqsədəuyğun hesab olunan proqram bütün şagirdlər tərəfindən qəbul olunacaq”.
Comments are closed, but trackbacks and pingbacks are open.