Lev Tolstoy – İnsan nə ilə yaşayır
Mənə dedi ki, onlar indi gedə bilər, lakin artıq 30 dəqiqədən sonra qoşunlar bura gələcək və biz bunkerdə 20 nəfər belə olsaq, heç bir şansımız yoxdur. O, təslim olmağı təklif etdi.
Erməni hərbçi azərbaycanlının onu necə xilas etməsindən danışdı – VİDEO
44 günlük müharibə zamanı Suqoşuvanda yeddi nəfərlə birgə əsir götürülən erməni hərbçi Hayk hadisənin təfərrüatı barədə danışıb.
Day.Az xəbər verir ki, Hayk azərbaycanlı əsgərlərin onun həyatını xilas etdiyini etiraf edib.
“Azərbaycanlı hərbçi atəş açdığımız hissəyə yaxınlaşdı və onu görüb-görmədiyimi soruşdu. 35-40 yaşı olardı. Silahını kənara qoydu və mənə inandığını dedi. O, həmçinin, məndən çıxmağımı və onunla danışmağımı təklif etdi. Mən heç vaxt azərbaycanlı əsgərin etdiyini etməzdim. Çünki o, bunkerdə onu nə gözlədiyini bilmirdi. Adı Vüqar idi. O, siqareti yandırıb mənə uzatdı.
Mən yaralı idim və bilirdim ki, bu yara səbəbindən ölə bilərəm. Bu barədə uşaqlara danışdım və bunkerdən çıxmağa qərar verdim. O, mənim yaram haqqında sual verdi və ağrının keçməsi üçün mənə iynə vurdular.
Mənə dedi ki, onlar indi gedə bilər, lakin artıq 30 dəqiqədən sonra qoşunlar bura gələcək və biz bunkerdə 20 nəfər belə olsaq, heç bir şansımız yoxdur. O, təslim olmağı təklif etdi.
Söz verdi ki, heç kim bizə toxunmayacaq. Bizi Bakıya göndərəcəklər, müharibə başa çatdıqdan sonra isə sadəcə əsirlərlə dəyişəcəklər. Onun yaxşı insan olduğunu gördüm və biz təslim olmağa qərar verdik. Reallıqla üzləşəndə anladım ki, bu xalq mübarizə apara bilər. Biz onları lazım olandan az qiymətləndirməməliyik. Bu, bizim ən böyük səhvimiz idi”, – deyə Hayk etiraf edib.
Hayk, həqiqətən də Ermənistana qaytarılıb. Ermənistan mediasının yazdığı məlumata görə, o, bir müddət sonra ailə həyatı qurub.
Azərbaycan Ermənistandan fərqli olaraq, həmişə beynəlxalq öhdəliklərini yerinə yetirir. Bu hadisə isə bunun daha bir sübutudur.
Lev Tolstoy – İnsan nə ilə yaşayır?
Simon nə evi, nə də özünəməxsus torpaq sahəsi olan bir çəkməçi idi, yoldaşı və uşaqları ilə bir daxmada yaşayırdı və onlar öz əməyi ilə dolanırdılar. Əmək çox ucuz, çörək isə baha idi; nə qazanırdısa yeməyə xərclənirdi. Kişi və arvadı qış vaxtı qoyun dərisindən cır-cındıra dönmüş palto geyniridi. Simon iki ildir yeni bir paltoluq qoyun dərisi almaq istəyirdi. O, qışa qədər bir az pul yığmışdı; yoldaşının qutusunun altında gizlədilmiş 3 rubl və bir də kənddəki müştərilərin ona borclu olduqları 5 rubl 20 qəpik.
Bir gün səhər kəndə getmək üçün hazırlaşdı. Qoyun dərisi alacaqdı. Köynəyinin üstündən yoldaşının köhnəlmiş pambıq jaketini, onun üstündən də özünün parçadan olan paltosunu geyindi. Cibinə 3 rublu qoydu, dəyənək kimi istifadə etmək üçün bir parça budaq kəsdi və nahardan sonra yola çıxdı. Ürəyində öz-özünə dedi ki, haqqım olan 5 rublı alacam, üstünə də 3 rubl əlavə etsəm, qışlıq qoyun dərisi almağa bəs edər.
Kəndə çatdı, borclu olan kişinin evinə getdi, ancaq kişi evdə yox idi. Kəndlinin yoldaşı pulu indi ödəyə bilməyəcəyini deyərək növbəti həftə üçün söz verdi. Simon başqa borclu olan kəndliyə baş çəkdi, o da pulunun olmadığına and içdi və ancaq Simonun təmir etdiyi 1 cüt çəkmə üçün 20 qəpik ödədi. Simon qoyun dərisini borc almaq istədi, ancaq satıcı ona güvənmədi. Kişi “pulunu gətir, onda dərini ala bilərsən” dedi. Simon kənddən tək 1 cüt keçə çəkmələrlə geri qayıtdı.
Ürəyi sıxılırdı. Qalan 20 qəpiyi də arağa verdi, dəri –filan almadan evə yola düşdü. Səhər vaxtı bərk üşüsə də, amma indi arağı içib isinmişdi. Bir əlində çəkmələri tutmuşdu, bir əlindəki dəyənəyi yerə vuraraq dinməzcə yolu ilə gedirdi.
I
Öz-özünə danışırdı: “Qoyun dərisindən paltom olmasa da, çox isindim, bir az içdim, o da damarlarımda gəzir. Qoyun dərisinə-filan da ehtiyacım yoxdur. Yolumla gedirəm, heç nəyi də dərd etmirəm. Bax, mən belə adamam. Heç vecimə də deyil. Qoyun dərisi olmasa da, yaşaya bilərəm, ehtiyacım yoxdur. Düzdür, arvadım bir az deyinəcək. Allah var, ayıbdır:adam var bütün gün işləyir, amma bir qəpik də almır. Bir az gözlə görək. Əgər öz xoşunla gətirib pulu ödəməsən, dərini üzəcəm. Allah şahidim olsun ki, edəcəm. Budəfəlik 20 qəpik ödədi. Mən 20 qəpiklə nə edə bilərəm ki? Ancaq içə bilərəm, başqa nə edə bilərəm ki?! Deyir çətinliyim var, bəlkə də elədir. Amma bundan mənə nə? Evin var, mal-qaran var, hər şeyin var, amma mənim təkcə bir daxmam var. Sənin qarğıdalın tarlandan gəlir, amma mən qarğıdalının hər bir dənəsinə oul vermək məcburam, təkcə çörək üçün hər həftə 3 rubl xərcləyirəm. Evə gəlirəm, bir də baxıram çörək qalmayıb, 1 rubl yarım yenə getdi. İndi borcunu ödə, burda başa düşülməyəcək nə var axı?”
Danışa-danışa gedirdi. Yolayrıcındakı türbəyə yaxınlaşmışdı. Sağa-sola baxanda türbənin arxasında ağaran bir şey gördü. Gün işığı çəkilirdi. Simon dedi: “Burda əvvəllər ağ daş yox idi. Bu öküz ola bilər? Amma öküzə də oxşamır. İnsan kimi başı var, amma ağappaq. Yaxşı bəs insan orda nə edə bilər ki?”
Yaxınlaşdı və maraqla gözlədiyi şeyi açıq-aydın gördü. Təəccübləndi, çünki həqiqətən də orda bir insan var idi, bəlkə canlı, bəlkə də ölü. Çılpaq idi, yerdə tərpənmədən türbəyə söykənmişdi. Çəkməci dəhşətə gəlmişdi. “Biri onu öldürüb, paltarlarını götürüb və onu da bura atıb. Bu işə burnumu soxsam, başıma iş gələr” deyə düşündü.
Adamı görməmək üçün istədi ki, yolunu dəyişdirib türbənin önündən keçsin. Bir az getdikdən sonra arxasına baxdı, adam artıq türbəyə söykənməmiş, sanki gözlərini ona dikib tərpənirdi. Çəkməçi daha da qorxdu. Öz-özünə dedi: “ Geri qayıdımmı, yoxsa yoluma davam edim? Əgər yanına qayıdası olsam, bəlkə qorxulu nəsə olar. Nə bilmək olar kimdir? Buraya yaxşı şey üçün gəlməyib. Yanına getsəm… Birdən üstümə atılıb məni boğsa. Elə də olmasa, yenə başıma iş açmış olacam. Çılpaq biri ilə nə edə bilərəm ki? Ona paltarlarımı verə bilmərəm. Ay Allah, sən özün mənə kömək ol!”
Tələsik yoluna davam etdi, türbə arxada qaldı. Ancaq birdən vicdanı sızladı və yolun ortasında durdu.
“Nə edirsən, Simon?” dedi öz-özünə. “Adam bəlkə də o vəziyyətdə ölür, sən isə qorxunu düşünürsən. Quldurlardan qorxacaq qədərmi varlı oldun? Ah Simon, çox təəssüf!” Arxaya çevrilib adama tərəf getməyə başladı.
II
Simon yad adama yaxınlaşıb baxdı: bədənində yara olmayan, gümrah, ancaq bərk üşümüş və qorxmuş kimi görünən gənc bir oğlan idi o. Sanki gözlərini qaldırmaq istəmirmiş kimi Simona baxmadan elə ordaca söykənili şəkildə oturmuşdu. Simon ona yaxınlaşanda oğlan oyanan kimi oldu. Başını çevirdi, gözlərini açdı və Simonun üzünə baxdı. Bu baxış kifayət etdi ki, Simon onu sevsin. O keçə çəkmələri yerə atdı, kəmərini çıxarıb çəkmələrin üstünə qoydu, sonra da parçadan olan paltosunu çıxartdı.
“Danışmağın vaxtı deyil, sən bir bu paltonu geyin görüm.” dedi. Simon oğlanın dirsəklərindən tutub onun ayağa qalxmasına kömək etdi. Ayağa qalxanda oğlanın bədənini təmiz və gümrah, əllərinin və ayaqlarının qəddi-qamətli, üzünün də mənalı və zərif olduğunu gördü. Paltosunu oğlanın çiyinlərinə atdı, lakin o paltonun qollarını tapmadı ki, geyinsin. Simon kömək etdi və əyninə yaxşı otursun deyə paltonu çəkişdirib yaxşıca bağladı, kəməri də belinə bağladı.
Simon cırıq papağını da çıxartdı ki, qoysun oğlanın başına, ancaq başının üşüdüyünü hiss etdi, “mənim başım keçəldir, ancaq onun gur uzun saçları var” deyə fikirləşdi. Papağı təzədən başına qoydu. “Ayaqlarına da bir şey geyindirsəydim, çox yaxşı olardı.” deyə keçirtdi ürəyindən. Adamı oturtdu və keçə çəkmələri geyməyinə kömək etdi. Bunun ardınca dedi: “Hə, indi gəzə və isinə bilərsən. Başqa məsələlər sonra da həll oluna bilər. Gəzə biləcəksən?”
Oğlan ayağa qalxdı, Simona mehribanlıqla baxdı, ancaq heç nə demədi. “Niyə danışmırsan? Hava çox soyuqdur, burada qala bilməzsən, gedək evə. Özünü gücsüz hiss edirsənsə, mənim dəyənəyimi götür, ona söykənərsən. İndi isə yola düşək.”
Oğlan gəzməyə başladı, yolda Simon danışmağa başladı.
– Haralısan?
– Buralardan deyiləm.
– Mən də elə düşünürəm. Buranın əhalisini tanıyıram. Yaxşı, bəs bu türbənin yanına necə gəlmisən?
– Deyə bilmərəm.
– Biri sənə pislik edib?
– Yox, heç kim mənə pislik etməyib, məni Allah cəzalandırdı.
-Əlbəttə, Allah hər şeyə qadirdir. Amma yenə də özünə yemək, sığınacaq tapmalısan. Hara getmək istəyirsən?
– Hara olur olsun, mənim üçün heç bir fərqi yoxdur.
Simon təəccüb içində idi. Pis adama oxşamır, mədəni danışır, ancaq özü haqda heç bir məlumat vermir. “Nə bilmək olar başına nə gəlib” deyə fikirləşdi və dedi:
– Onda bizə gedək, bir müddət isinərsən.
İkisi birlikdə evə doğru gedirdilər. Külək daha bərk əsirdi. İçkinin verdiyi istilik keçmiş, Simon köynəyinin altında donarcasına üşüməyə başlamışdı, öz-özünə deyirdi: “ İşə bax sən, qoyun dərisi üçün evdən çıxmışam, başıma gələnlərə bax. Əynimdə palto olmadan evə qayıdıram, hələ üstəlik yanımda da çılpaq bir kişi aparıram evə. Matryona buna heç sevinməyəcək.” Arvadı ağlına gələn kimi ürəyi sıxıldı; ancaq yad adama baxınca onun türbədə özünə necə baxdığını xatırladı. Ürəyi rahatladı.
III
Simonun arvadı həmin gün hər şeyi əvvəldən hazırlamışdı. Odun doğramış, su gətirmiş, uşaqları yedizdirmiş, özü yemiş, indi də oturub çörəyi nə vaxt bişirmək lazım olduğu haqda düşünürdü. Çörəyin böyük bir parçası qalmışdı. “Əgər Simon qəsəbədə yemək yeyibsə, axşam da çox yeməsə, çörək səhəri günə də qalar.” deyə fikirləşirdi.
Təkrar-təkrar çörəyi əlinə alıb fikirləşdi: “Bu gün çörək bişirməyim. Ancaq bir dəfə çörək bişirmək üçün unumuz qalıb. O da cümə gününə qədər çatar.”
Matryona çörəyi yerinə qoyub ərinin köynəyini yamamaq üçün stulda oturdu. Həm işləyir, həm də əri qoyun dərisini necə almışdır deyə fikirləşirdi: “ İnşallah, satıcı ona kələk gəlməz, elə safdır ki… Heç kimi aldatmaz, amma bir uşaq da onu aldada bilər. 8 rubl çox puldur, yəqin ki, o pula yaxşı bir palto alıb. İsti palto olmadan keçən qışı necə çətinliklə keçirtdik. Nə çaya gedə bilmişdim, nə də başqa yerə. Simon gedəndə hər şeyi geyinirdi, mənə heç nə qalmırdı.Ümid edirəm, yenə içki məclisində olmayıb.
Matryona elə bunları fikirləşirdi ki, qapının önündə ayaq səsləri eşitdi. Bir nəfər içəri girdi. Matryona iynəni paltara keçirdib dəhlizə çıxdı. Orda iki nəfər gördü. Simonla başında papaq olmayan, ayağında keçə çəkmələr olan yad bir adam.
Matryona içkinin qoxusunu dərhal hiss etdi. “Buna bax,yenə içib” deyə ürəyində keçirtdi. Sonra paltosuz olduğunu, əynində təkcə öz jaketinin olduğunu, heç dəri gətirmədiyini, orda utanmış səssiz durduğunu görəndə elə pis oldu ki, elə bil ürəyi parçalandı. “ Dərinin puluna gedib yanındakı adamla içki içib.”
Matryona onların daxmaya girməsinə heç nə demədi, özü də onların arxasınca getdi. Yad, ərinin paltosunu geyinmiş gənc oğlan idi. Nə paltonun altında köynəyi var idi, nə də başında papağı. Evə girən kimi sanki donmuş halda ayaqda durdu. Nə hərəkət edirdi, nə də gözlərini qaldırırdı. Matroyna pis adamdır deyə düşündü. Qaşlarını çatdı və nə edəcəklərini görmək üçün sobanın yanında durdu.
Simon papağını çıxartdı və heç nə olmamış kimi gedib oturdu və dedi:
-Matryona, axşam yeməyi hazırdırsa, yeyək.
Matryona öz-özünə deyindi, ancaq hiss etdirmədən eləcə durdu. Əvvəl birinə, sonra o birinə baxıb başını yellədi. Simon arvadının hirsli olduğunu bilsə də, görməzdən gəlməyə çalışdı. Heç nəyə fikir vermədən, oğlanın qolundan tutub dedi:
– Otur, dostum, yemək yeyək.
– Bizə heç nə bişirməmisən, Matryona?
Matryonanı qəzəb boğurdu, dedi:
– Bişirmişəm, amma sizə yox. Mənə elə gəlir ki, ağlın içkiylə uçub gedib. Qoyun dərisi almaq üçün getmisən, amma evə paltosuz qayıtmısan, yanında da bir çılpaq avara. Sizin kimi sərxoşlara verəcək yeməyim yoxdur..”
– Bəsdir, Matryona. Belə danışma, əvvəl adamın kim olduğunu soruş.
– Sən de görüm pulu nə etmisən?
Simon jaketin cibindən pulu çıxardıb göstərdi.
– Bu da pul. Trufonov ödəmədi, amma dedi ki, yaxınlarda mütləq ödəyəcək.
Matryona daha da hirsləndi, əri qoyun dərisi gətirməyib, hələ üstəlik öz paltolarını da çılpaq birinin əyninə geyindirib evə gətirib. Pulu götürüb yaxşı yerə qoymağa getdi. Qayıdan kimi dedi: – Sizə veriləcək yeməyimiz yoxdur, dünyadakı bütün çılpaq sərxoşları doydura bilmərik axı.”
Simon dedi: – Mənə bax, Matryona. Dilini saxla gör adam nə deyir.
“ Sərxoş bir axmaqdan ağıllı sözlər eşidərəm axı. Sənin kimi bir sərxoşla ailə qurmaq istəməməyimdə haqlı imişəm. Anamın verdiyi cehizin hamısını da içkiyə xərclədin”
Matryona danışdıqca danışdı, sonra da Simonun üzərinə gedərək jaketinin qolundan yapışdı.
– Ver jaketimi. Bircə jaketim var, onu da sən götürüb geyinirsən. Ver görüm, şeytan aparsın səni.
Simon jaketi çıxartmaq istəyəndə qolu ilişdi, Matryona da dartanda tikişləri partladı. Qadın jaketi götürüb başına keçirtdi və qapıya tərəf getdi. Çölə çıxmaq istədi, amma qərarsız halda durdu, sakitləşməyə çalışdı, bir tərəfdən də istəyirdi öyrənsin ki, o kimdir.
IV
Matryona dayandı və dedi: – “ Yaxşı adam olsaydı, lüt qalmazdı. Niyə üstündə heç olmasa bir köynək belə yoxdur?! Əgər düzgün biridirsə, de görüm bu adama harda rast gəlmisən?
Simon dedi: -Türbəyə yaxınlaşanda onun çılpaq və demək olar ki, donmuş vəziyyətdı gördüm. Çılpaq oturulası hava deyildi, məni ona Allah göndərdi, yoxsa məhv olacaqdı elə ordaca. Nə etməliydim? Hardan bilək başına nələr gəlib? Onu geyindirib evə gətirdim, bu qədər hirslənmə, Matryona. Günahdır. Unutma ki, bir gün hamımız öləcəyik.
Qəzəbli sözlər ağzına qədər gəldi, amma Matryona yad adama baxanda susdu. Yad tərpənmədən, əlləri dizlərinin üstündə, başını qabağa əymiş, gözləri bağlı, qaşları ağrı-acı hiss edirmiş kimi çatılmış, eləcə stulda oturmuşdu. Matryona cavab verməyincə Simon ona “səndə heç Allah sevgisi?!” yoxdur dedi.
Bu sözləri eşidən Matryona yad adama baxdı, Ürəyi birdən yumşalmışdı. Qapıdan geri qayıtdı və sobanın yanına gedərək axşam yeməyi hazırlamağa başladı. Stolun üstünə qoyduğu fincana bir az kvas süzdü. Bıçaq və qaşıqları gətirdi, sonra da qalmış son çörək parçasını çıxartdı.
“İstəyirsiniz yeyin” dedi.
Simon “otur, cavan oğlan” deyərək stulu çəkdi ki, oğlan otursun. Matryona isə stolun bir kənarında oturub başını əllərinə söyəyib yada baxırdı. Ürəyi yada qarşı şəfqətlə dolmuş, ona sevgi duymağa başlamışdı. Yadın üzü birdən işıldadı, qaşları artıq çatılı deyildi. Gözlərini qaldırdı və Matryonaya gülümsədi.
Yemək bitən kimi qadın stolu təmizlədi və yad adama suallar verməyə başladı.
– Haralısan?
– Buralardan deyiləm.
– Yaxşı, bəs ora necə gəlmisən?
– Deyə bilmərəm.
– Kimsə səni soydu?
– Məni Allah cəzalandırdı.
– Orda eləcə çılpaq halda uzanmışdın, eləmi?
– Hə, çılpaq və donmuş halda. Simon məni görəndə yazığı gəldi, paltosunu çıxardıb mənə geyindirdi və bura gətirdi. Sən də mənə yemək verdin, halıma yandın. Allah sizi mükafatlandıracaq.
Matryona qalxdı, yamadığı köhnə köynəyi pəncərədən götürüb ona verdi, bir də şalvar gətirdi və dedi:
– Al bunları geyin. Harda istəyirsən yat, ya damda, ya da sobada.
Yad paltonu çıxarıb köynəyi geyindi və damda uzandı. Matryona şamı söndürdü, paltosunu geyinib uzanmış ərinin yanına uzandı, lakin yata bilmədi: yadı heç cürə fikrindən çıxara bilmirdi. Son çörək parçasını yediyini, sabaha heç çörək qalmadığını, üstəlik ona köynək və şalvar verdiyini fikirləşib kədərlənirdi; lakin yadın gülüşünü xatırlayanda ürəyi açıldı.
Matryona uzun müddət yata bilmədi, sonra Simonun oyaq olduğunu bildi.
– Simon!
– Hə?
– Axırıncı çörəyi də siz yediniz, yeməyə heç nəyimiz qalmadı. Sabah nə edəcəyik bilmirəm. Bəlkə gedib qonşu Martadan bir az borc alım?
– Ölməsək, sağ qalsaq, yeməyə bir şey taparıq.
Matryona bir azdan yenə sözə başladı:
– Yaxşı adama oxşayır, amma niyə bizə kim olduğunu demir?
– Yəqin bəzi səbəbləri var.
– Simon.
– Hə?
– Biz veririk, niyə başqaları bizə nəsə vermir?
Simon bilmədi nə desin, sadəcə “bəsdir danışdıq” deyə bildi və üzünü o biri tərəfə çevirib yatmağa çalışdı.
V
Simon səhər yuxudan duranda uşaqlar yatırdılar, arvadı borca çörək almaq üçün qonşuya getmişdi. Yad əynində köhnə köynək və şalvar gözləri yuxarıda stulda oturmuşdu. Gözləri dünənkinə nisbətən daha da parıldayırdı.
Simon ona: -Belə, dostum, mədə yemək istəyir, çılpaq bədən paltar. Dolanmaq üçün gərək işləyəsən. Sən nə bacarırsan?
– Heç nə.
– Öyrənmək istəyən adam hər şeyi öyrənə bilər.
– İnsanlar işləyir, mən də işləyərəm.
– Adın nədir?
– Mixail.
– Yaxşı, Mixail, özün haqqında danışmaq istəmirsənsə, bu sənin öz işindir, amma gərək öz başını dolandırasan. Əgər dediyim kimi işləsən, sənə yemək və yatacaq yer verərəm.
– Allah köməyin olsun. Öyrənəcəm. Mənə nə edəcəyimi göstər.
Simon kəndiri əlinə alıb baş barmağına doladı, sonra da bükməyə başladı.
– Görürsən, çox asandır.
Mixail ona baxırdı, o da öz Simonun etdiklərini təkrarladı. Daha sonra Simon kəndiri necə mumlamaq lazım olduğunu göstərdi. Mixail bunu da qavradı. Simon bu dəfə ona qalın ipi necə çevirəcəyini və necə tikəcəyini göstərdi. Simon nə göstərdisə, Mixail dərhal onları öyrəndi, üç gün sonra sanki bütün ömrü boyunca çəkmə tikirmiş kimi işləyirdi. Dayanmadan işlədi və çox az yemək yedi. İş bitəndə sakitcə oturub gözlərini yuxarı dikirdi. Nadir halda çölə çıxırdı, lazım olanda danışırdı, nə zarafat edir, nə də gülümsəyirdi. Matryonanın ona ilk axşam yemək verərkən gülümsədiyindən başqa güldüyünü görmədilər.
V
Günlər günləri, həftələr həftələri əvəz etdi və bir il keçdi. Mixail Simonun evində yaşayır və onunla birlikdə işləyirdi. Şan-şöhrəti hər tərəfə yayılmışdı, hamı deyirdi ki, Simonun işçisi Mixaildən yaxşı çəkmə tikən yoxdur, hər yandan ondan çəkmə almaq üçün gəlirdilər. Beləliklə, onun vəziyyəti getdikcə daha da yaxşılaşırdı.
Bir qış günü Simonla Mixail işləyərkən xizəyə qoşulmuş üç atın çəkdiyi, zınqırovları olan bir araba gəlib daxmalarının önündə dayandı, Simongil maraqla pəncərədən baxdılar. Zəif bir xidmətçi atdan düşərək arabanın qapısını açdı. Arabadan xəz paltolu bir bəy enib Simonun daxmasına tərəf getdi. Matryona yerindən qaçıb qapını açdı, bəy daxmaya girmək üçün əyildi, içəri girəndə az qalırdı başı tavana dəysin. Otağın böyük bir hissəsini tutacaq qədər cüssəli idi.
Simon ayağa durub başını əyərək salam verdi və təəccüblə bəyə baxdı. Onun kimi birisini heç görməmişdi. Simonun özü cılız, Mixail incə-mincə, Matryona da bir dəri bir sümük idi, amma bu kişi elə bil başqa dünyadan gəlmişdi. Qırmızı sifəti, böyük gövdəsi, buğa boynunu xatırladan boynu vardı və baxışları da buz kimi idi.
Bəy xəz paltosunu çıxarıb bir kənara atdı və stula oturdu, sonra da “hansınız çəkməçisiniz” deyə soruşdu.
Simon önə çıxaraq dedi: “ Mənəm,zati-aliləri.”
Bəy cavan xidmətçisinə baxıb qışqırdı: – Ey, Fedka, dərini gətir.
Xidmətçi getdi və az sonra əlində dəri boxça ilə içəri qaçdı. Bəy boxçanı stolun üstünə qoydu və xidmətçiyə açmasını dedi. Xidmətçi boxçanı açdı. Bəy əli ilə dərini göstərərək dedi:
– Bura bax, çəkməçi, bu dərini görürsən?
– Bəli.
– Yaşı, bəs bunun necə dəri olduğunu bilirsən?
Simon dəriyə toxunaraq dedi:
– Yaxşı dəridir.
– Əlbəttə, yaxşıdır. Axmaq, sən belə dərini heç ömründə görməmisən. Alman malıdır, iyirmi rubl edər.
Simon qorxaraq: -Mən belə dərini harda görüm ki?
– Yaxşı. Deməli belə… Bundan mənə çəkmə tikə bilərsən?
– Bəli, zati-aliləri, tikə bilərəm.
– Tikə bilərsən, elə? Amma çəkməni kim üçün tikdiyini və dərinin necə keyfiyyətli olduğunu unutma. Mənə elə çəkmə tikməlisən ki, bir il keçsə də, nə formasını itirsin, nə də tikişləri cırılsın. Əgər bacaracaqsansa, dərini götür kəs, əgər bacara bilməyəcəksənsə, indidən de. Bax, sənə deyirəm, əgər bir il ərzində çəkmənin tikişləri cırılsa, forması pozulsa, səni həbs etdirərəm. Əgər sökülməsə, forması pozulmasa, sənə on rubl ödəyərəm.
Simon çox qorxmuşdu, bilmirdi nə desin. Mixailə baxdı, dirsəyiylə vuraraq pıçıldadı: – Nə deyirsən, işi götürüm?
Mixail də təsdiq üçün başını yellədi. Simon Mixailin məsləhətinə görə çəkməni tikməyi qəbul etdi.
Bəy xidmətçisini çağırdı kı, sol ayağındakı çəkməni çıxartsın.
Simona baxaraq dedi: – Ölçümü götür.
Simon on yeddi düym uzunluğunda bir kağız ölçü tikdi, diz çökdü və bəyin corabını çirkləndirməsin deyə əllərini önlüyünə silərək ölçü götürməyə başladı. Əvvəlcə daban hissənin ölçüsünü götürdü, sonra kağız ölçünü ayağın yuxarı hissəsinə bağlayıb baldırının ölçüsünü götürməyə başladı. Ancaq kağız çox qısa oldu, kişinin baldırı çox qalın idi.
Bəy dedi: -Diqqətli ol, diz hissəsini çox dar eləmə.
Simon başqa bir kağız ölçü tikti. Bəy bu zaman daxmaya göz gəzdirdi, Mixaili gördü, dedi:
– Orda dayanan kimdir?
– İşçimdir, çəkmələri o tikəcək.
Bəy Mixailə baxaraq dedi:
– Diqqətli ol, çəkmələri elə tik ki, bir il davamlı olsunlar.
Simon Mixailə baxanda gördü ki, o bəyə deyil, bəyin arxasındakı küncə baxır, sanki orda kimsə var. Mixail oraya baxdı və birdən gülümsədi, üzü daha da parlaqlaşdı.
– Nə dişlərini ağardırsan, ay axmaq- deyə qışqırdı bəy. – Dişlərini ağartmaq əvəzinə fikirləş ki, çəkmələri vaxtında necə tikib qurtaracaqsan.
– Tam vaxtında hazır olacaq- Mixail dedi.
“ Yadından çıxmasın” deyərək öncə çəkmələrini, sonra da paltosunu geyinərək qapıya tərəf getdi, ancaq başını əyməyi unutduğundan başı qapının yuxarısına dəydi. Söyüşlər söyərək alnını ovuşdurdu. Sonra arabaya mindi və gözdən itdilər.
O gedəndən sonra Simon Mixailə dedi: – Tam sənlik adamdır! Onu çəkiclə belə öldürə bilməzsən. Az qala qapını yıxacaqdı, amma özünə heç nə olmadı.
Matryona dedi: – İnsan onun kimi yaşasa, onun kimi qüvvətli olmaz?! Ölüm belə heç nə edə bilməz beləsinə.
VII
Sonra Simon Mixailə dedi: -Belə, işi aldıq, amma bunun ucbatından başımıza iş gəlməsə, yaxşıdır. Dəri bahalı dəridir, bəy də çox sərt biridir. Gərək səhv etməyək. Sənin gözlərin mənimkinkindən daha həssas, əllərin də daha çevikdir, ölçünü götür, çəkmələri kəs. Mən də axırıncı tikişlərini ataram.”
Mixail ona deyilənləri etdi. Dərini götürdü, stolun üstünə sərdi, ikiqat etdi və bıçaqla kəsməyə başladı.
Matryona yanına gəldi, Mixailin dərini kəsməyinə diqqətlə baxdı. Amma onun nə etdiyini görüncə təəccübləndi. Çəkmələrin necə tikildiyini bilirdi, ancaq Mixail dərini başqa cür kəsirdi. Nəsə demək istədi, amma ürəyində dedi: – Bəyin çəkmələrinin necə tikiləcəyini bəlkə də mən bilmirəm. Mixail daha yaxşı bilər, işinə qarışmayım.”
Mixail dərini kəsəndən sonra iynə-sap götürdü və çəkmələrdəki kimi iki ucundan deyil, başmaqdakı kimi bir ucundan tikməyə başladı.
Matryonaya bu dəfə də maraqlı gəldi, ancaq bu dəfə də heç nə demədi. Mixail günortaya qədər fasilə etmədən tikiş atdı. Simon günorta yeməyi üçün ayağa durdu, ətrafına baxdı və gördü ki, Mixail bəyin gətirdiyi dəridən bir cüt başmaq tikib. Simon dəhşətə gəldi, ürəyində dedi: Mixail nə edib belə?! Necə olur ki, indiyə qədər heç kiçik bir səhv etməyib, amma indi belə bir şey edib. Bəy bizə uzun çəkmələr sifariş etmişdi, Mixail isə yüngül başmaqlar tikib və dərini zay edib. Bəyə nə deyəcəm indi?! Belə dərinin əvəzinə heç cürə yenisini tapıb qoya bilmərəm”
Simon Mixailə dedi: Nə etmisən sən? Məni məhv etdin, bilirsən ki, bəy uzun çəkmələr sifariş etmişdi, amma gör sən nə etmisən.”
Elə Mixaili danlamağa başlayırdı ki, daxmanın önündən səs gəldi, pəncərədən baxdılar, qapının önündə bir adam var idi, atını bağlayırdı. Qapını açdılar, bəyin yanında gələn xidmətçi idi, içəri girdi və salam dedi. Simon dedi:
– Salam, buyurun nə edə bilərik sizin üçün.
– Xanım məni çəkmələr üçün göndərib.
– Çəkmələrin nəyi üçün?
– Bəyin artıq onlara ehtiyacı qalmadı. O öldü.
– Bu necə ola bilər?!
– Sizdən ayrılandan sonra evə qədər belə yaşamadı, arabada öldü. Evə çatanda xidmətçilər qapını açan kimi kisə kimi aşdı. Çoxdan ölmüşdü, elə ağır idi ki, güclə evə apardıq. Xanım məni bura göndərdi və dedi ki, get çəkməçiyə de ki, özü üçün çəkmə sifariş verən və dəri verən bəyin artıq çəkməyə ehtiyacı yoxdur, cəsəd üçün tez yüngül başmaq tiksin, başmaqları tikənə qədər gözlə və götür gəl. Ona görə gəlmişəm buraya.
Mixail dərinin yerdə qalan hissələrini topladı, bükdü, sonra da tikdiyi başmaqları bir-birinə çırpıb önlüyünə sildi və onları xidmətçiyə verdi. Xidmətçi :- Allah amanında.- deyərək getdi.
VIII
İllər bir-birini əvəzlədi, Mixail altı il idi ki Simongillə yaşayırdı. Heç hara getmirdi, ancaq lazım olanda danışırdı. Bu neçə il ərzində də ancaq iki dəfə gülümsəmişdi: Birinci, Matryona ona yemək verəndə, ikinci dəfə də bəy onların daxmasına gələndə. Simon öz işçisindən çox məmnun idi. Ondan haradan gəldiyi barədə də heç soruşmadı. Ancaq bir qorxusu var idi, o da Mixailin onları tərk edəcəyi idi.
Bir gün hamısı evdə idi, Matryona dəmir qabları sobaya qoyurdu, uşaqlar oyun oynayırdılar. Simon pəncərədə tikiş tikirdi, Mixail də o biri pəncərədə tikişlə məşğul idi.
Uşaqlardan biri Mixailə tərəf qaçdı və çiyninə söykənərək pəncərədən çölə baxdı.
“ Mixail əmi, bax! Bir qadın və iki balaca uşaq var orda, deyəsən bura gəlirlər. Uşaqlardan biri topaldır.”
Uşaq bunu deyən kimi Mixail əlindəki işi saxlayaraq pəncərədən çölə baxdı. Simon təəccüblənmişdi, Mixail heç vaxt pəncərədən baxmazdı, amma indi çölə baxırdı, gözünü nəyəsə dikmişdi. Simon onun nəyə baxdığını görmək üçün pəncərədən baxdı, yaxşı geyinmiş bir qadının daxmalarına tərəf gəldiyini gördü. Qadın iki balaca qızın əlindən tutmuşdu, qızların ikisi də xəz palto geyinib, şal bağlamışdılar. Qızlar bir-birlərinə elə oxşayırdılar ki, onları seçmək çox çətin idi, ancaq birinin sol ayağı şikəst olduğundan axsayaraq gəzirdi. Qadın evin giriş qapısına gəldi, qapının dəstəyindən tutaraq qapını açdı, əvvəlcə uşaqları içəri saldı, sonra özü keçdi. Dəhlizdə durdular. Simongilə baxıb dedi:
– Salam. İşiniz avand olsun.
– Buyurun, gəlin içəri- Simon dedi.- Sizə necə kömək edə bilərik?
Qadın stolun yanında stulda əyləşdi. Uşaqlar yeni insanlardan çəkindiklərindən qadının dizlərinə söykəndilər.
– Bu iki balaca qız üçün yazlıq ayaqqabı tikdirmək istəyirdim.
– Olar. İndiyə qədər belə balaca ayaqqabı tikməmişik, amma kəmərli, yaxud düz, kətan astarlı ayaqqabı tikə bilərik. İşçim Mixail işinin ustasıdır.
Simon Mixailə baxanda gördü ki, o işini kənara qoyub diqqətlə balaca qızlara baxır. Düzdür, qızlar qaragöz, toppuş, gülyanaqlı şirin uşaqlar idilər və gözəl geyinmişdilər, amma Simona qəribə gəldi ki, Mixail niyə onlara belə diqqətlə, sanki əvvəldən tanıyırmış kimi baxır. Çox təəccüblənsə də, qadınla danışmağa davam edirdi, qiymətdə razılığa gəlməyə çalışırdı. Qiymətdə razılığa gəlincə, kağız ölçü hazırladı. Qadın ayağı şikəst olan qızı dizində otuzduraraq Simona dedi: “ Bu qızdan iki ölçü alın, biri sikəst ayağı üçün, digəri sağlam ayağı üçün. İkisinin də ayaq ölçüsü eynidir. Əkizdirlər.”
Simon bir yandan ölçü alırdı, bir yandan da qızın ayağına nə olub deyə soruşurdu.: “ Ona nə olub belə? Elə şirin qızdır ki… Belə doğulub?”
– Yox, dizini anası əzib.
Həmin vaxt Matryona söhbətə qarışdı. Bu qadının kim olduğunu, uşaqların kimin olduğunu bilmək istəyirdi. : – Onda siz uşaqların anası deyilsiniz?
– Xeyir, xanım. Mən onların nə anasıyam, nə də qohumu. Məni heç tanımırlar, mən onları övladlığa götürmüşəm.
– Öz uşaqlarınız olmasa da, onları belə çox sevirsiniz deməli.
– Necə sevməyim axı?! İkisinə də öz südümdən vermişəm. Mənim də bir uşağım varıydı, ancaq onu Allah əlimdən aldı. Onun üstündə heç bunlar qədər əsmirdim.”
– Bəs bunlar kimin uşaqlarıdır?
IX
Qadın olanların hamısını onlara danışdı.
“ Bundan altı il əvvəl onların atası və anası bir həftə içində öldülər; çərşənbə axşamı ataları dəfn olundu, cümə günü də anaları öldü. Bu yetimlər ataları öləndən üç gün sonra doğulublar, anaları heç bir gün yaşamadı. O vaxtlar yoldaşımla kənddə əkinçiliklə məşğul idik, onların qonşusu idik, bağçamız onlarınkına bitişik idi. Ataları meşədə ağac kəsirdi. Bir gün ağac kəsəndə üstünə ağac düşüb, tam gövdəsinin üstünə düşüb, elə əzmişdi ki, bağırsaqlarını çıxarmışdı. Ruhunu Allaha təslim etməzdən əvvəl evinə güclə çatdıra bildilər. Həmin həftə yoldaşı bu uşaqları dünyaya gətirdi. Kasıb və tək idi, yanında qala biləcək cavan ya qoca heç kimi yox idi. Uşaqları özü dünyaya gətirmişdi və ölümü də tək qarşıladı.
Səhəri gün ona baş çəkməyə getdim, daxmaya girən kimi gördüm ki, yazıq qadın tamamilə çılpaqdı və hətta soyumuşdu. Can verəndə bir uşağın üstünə yıxılıb uşağın ayağını əzmişdi. Kəndlilər daxmaya yığışdılar. Tabut düzəltdilər, sonra da meyidi yuyub, basdırdılar. Körpələr tək qalmışdı. Onların başına nə gələcəkdi? O vaxtlar kənddə körpəli olan təkcə mən idim. Səkkizaylıq ilk körpəmi əmizdirirdim. Ona görə də uşaqları müvəqqəti götürdüm. Kəndlilər yıgıldılar, onlara nə edəcəklərini fikirləşdilər, sonda mənə dedilər ki, Mari, indilik uşaqları sən götürsən, daha yaxşı olar, sonra bir şey fikirləşərik görək nə edirik.
Əvvəl-əvvəl şikəst olanı əmizdirmirdim, elə fikirləşirdim ki, çox yaşamaz. Sonra öz-özümə dedim ki, yazıq körpə niyə ac qalsın?! Yazığım gəldi onu da əmizdirməyə başladım. Öz oğluma da, bu qızlara da öz südümü verirdim, cavan və qüvvətli idim, yaxşı yeməklər yeyirdim, Allah o günlərdə mənə o qədər süd verirdi ki… Birdən elə olurdu ki, ikisini eyni vaxtda əmizdirirdim. Və Allah mənim oğlumun iki yaşı olmadan torpağa tapşırılmasını, bunların böyüməsini əmr etdi. İmkanımız da yaxşı idi, amma ondan sonra heç uşağımız olmadı. Yoldaşım indi dəyirmanda bir tacirin yanında işləyir, yaxşı maaş alır, vəziyyətimiz yaxşıdır. Ancaq doğma övladım yoxdur. Bu balaca qızlar olmasa, mən necə yaşayaram?! Onları necə sevməyim? Onlar həyatımın sevincidir.”
Qadın bir əli ilə şikəst qızı bağrına basır, bir əli ilə də yanağından süzülən göz yaşlarını silirdi. Matryona ah çəkərək dedi: – Atalar düz deyib. İnsan ata-ana olmadan yaşaya bilər, amma Allah olmadan yaşaya bilməz.
Beləcə danışırdılar, birdən daxmanı Mixailin oturduğu tərəfdən parlayan sanki yay şimşəyi işıqlandırdı. Ona baxdılar, əlləri dizlərinin üstündə, gözləri yuxarı dikilmiş, gülümsəyən vəziyyətdə gördülər.
X
Qadın uşaqlarla getdi. Mixail oturduğu yerdən durdu, əlindəki işi kənara qoydu və önlüyünü çıxartdı. Simonu və yoldaşını salamladı və onlara dedi: – Əlvida, əfəndilərim, Allah artıq məni bağışladı, əgər bir günahım olubsa, siz də məni bağışlayın.”
Mixaildən işıq gəldiyini gördülər. Simon ayağa qalxaraq belə dedi: – Mixail, görürəm ki, sən adi biri deyilsən, nə sənin yolunu kəsə bilərəm, nə də səni sorğu-suala tuta bilərəm. Mənə ancaq bunları de; səni tapıb evə gətirdiyim gün çox kədərli və hüznlüydün, amma yoldaşım sənə yemək verəndə ona gülümsədin və işıqlandın. Sonra bəy bizə gəlib çəkmə sifariş verəndə, sən yenə gülümsədin və daha da nurlandın. İndi də bu qadın uşaqları ilə gələndə,üçüncü dəfə gülümsədin, gün işığı qədər parladın. Mixail, mənə de görüm, üzün niyə belə işıqlanıb və niyə üç dəfə gülümsədin?
Mixail cavab verdi: – Çünki cəzalandırılmışdım, indi Allah məni bağışladı. Buna görə işıldayıram. Üç dəfə gülümsədim, ona görə ki, Allah məni üç həqiqəti öyrənmək üçün göndərmişdi, onları öyrəndim. Birincisini yoldaşın mənə mərhəmət edəndə öyrəndim, ilk dəfə buna görə gülümsədim. Varlı adam çəkmə sifariş edəndə ikincisini öyrəndim və onda bir də güldüm. Bayaq da balaca qızları görəndə, üçüncü və son həqiqəti öyrənəndə üçüncü dəfə gülümsədim.
Simon: -Mixail, de görüm Allah səni niyə cəzalandırdı və o üç həqiqət nələr idi? Onları biz də öyrənək.- deyə soruşdu.
Mixail ona belə cavab verdi: Allah ona itaət etmədiyim üçün məni cəzalandırdı. Cənnətdə bir mələk olduğum halda Allahın əmrini yerinə yetirmədim. Allah məni bir qadının ruhunu almaq üçün göndərmişdi. Yer üzünə gələndə tək halda uzanmış bir xəstə qadın gördüm. Qadın hələ təzə doğmuşdu, dünyaya əkiz qız gətirmişdi. Uşaqlar analarının yanında güclə hərəkət edirdilər, ancaq qadın onları qucağına götürə bilmirdi. Məni görən kimi başa düşdü ki, Allah məni onun ruhunu almaq üçün göndərib və ağlayaraq mənə belə dedi: “ Ey, Allahın mələyi! Yoldaşım yenicə aşan ağacın altında qalaraq ölüb. Nə bacım var, nə xalam, nə də anam; bu körpələri saxlayacaq heç kimim yoxdur. Nə olar ruhumu alma. İmkan ver uşaqlarımı əmizdirim böyüdüm, ölmədən əvvəl gəzdiklərini görüm. Uşaqlar ata-anasız yaşaya bilməz.” Onu eşitdim, bir uşağını sinəsinə qoydum, o birini də əlinə verdim və Rəbbin yanına qayıtdım. Onun hüzuruna gəldim və dedim: – Rəbbim, o ananın ruhunu ala bilmədim, yoldaşı ağacın altında qalaraq ölüb, qadın da doğduğu iki əkiz qızının xətrinə ruhunun alınmaması üçün yalvarırdı; Uşaqlarımı əmizdirməyimə, böyütməyimə, onların gəzməsini görməyimə icazə ver, uşaqlar ata-anasız yaşaya bilməz deyirdi. Mən də ruhunu ala bilmədim.
Allah belə dedi: -Get, ananın ruhunu al və üç həqiqəti öyrən; Öyrən ki, insanın ürəyinə hakim olan nədir?; İnsana nə verilməyib? ; Və insanlar nə ilə yaşayarlar? Bunları öyrənəndə yenidən səmaya qayıdacaqsan.
Beləliklə, yer üzünə qayıdaraq ananın ruhunu aldım, körpələr qucağından düşdülər. Cəsəd aşdı və körpələrdən birinin üstünə yıxılaraq onun ayağını əzdi. Qadının ruhunu Allaha aparmaq üçün kəndin üzərinə qalxdım, lakin güclü külək əsdi və məni yerə yıxdı. Qadının ruhu tək Allaha yüksəldi, mən də yerə, o yolun kənarına düşdüm.
XI
Simonla Matryona artıq kiminlə yaşadıqlarını, kimi geyindirib, yedirtdiklərini başa düşmüşdülər. Dərin ehtiram və kədər hissi ilə ağlaşdılar və mələk dedi: – Tarlada yalnız və çılpaq idim. İnsanın ehtiyaclarını, soyuğu və aclığı insan halına gələnə qədər bilmirdim. Aclıqdan qıvrılırdım, soyuqdan donurdum, amma nə edəcəyimi bilmirdim. Olduğum tarlanın yanında Allah rızası üçün tikilmiş bir türbə gördüm, sığına biləcəyimə ümid edərək oraya getdim. Ancaq türbə bağlı idi, içəri girə bilmədim. Heç olmasa küləkdən qorunmaq üçün türbənin arxasında oturdum. Gecə olmuşdu. Ac idim, donurdum və ağrı hiss edirdim. Birdən yoldan bir adamın keçdiyini eşitdim. Əlində bir cüt çəkmə var idi, öz-özünə danışırdı. İnsan halına gələndən bəri ilk dəfə ölümlü insan üzü gördüm, üzü mənə qorxulu göründü, gözümü ondan çəkdim. Adamın öz-özünə qışda nə geyinəcəyi, arvad-uşaqlarını necə yedirib-içizdirəcəyi haqqında danışdıqlarını eşitdim. İçimdən dedim ki, mən burda soyuqdan, aclıqdan ölürəm, o isə orda özünün, arvadının nə geyinəcəyini, nə yeyəcəyini düşünür, o mənə kömək edə bilməz. Adam məni görən kimi qaşlarını çatdı və daha da qorxulu göründü. Mənim yanımdan yolun o biri tərəfinə keçdi. Ümidsizliyə qapıldım, amma birdən onun geri qayıtdığını hiss etdim. Başımı qaldırıb ona baxanda eyni adamı tanıya bilmədim; bir az əvvəl üzündə ölümü görmüşdüm, indi isə yaşayırdı və onda Allahın nurunu hiss etdim. Yanıma gəlib mənə geyinməyə paltar verdi, məni evinə apardı. Evə girdim, bizi bir qadın qarşıladı, danışmağa başladı. Qadın kişidən də qorxulu idi, ağzından ölüm qoxusu gəlirdi; onun ətrafına yayıla ölüm qoxusundan nəfəs ala bilmirdim. Məni çölə, soyuğa atmaq istəyirdi. Bilirəm, bunu etsəydi öləcəkdi. Əri ona Allahı xatırladanda qadın birdən dəyişdi. Mənə yemək gətirəndə, mənə baxanda mən də ona baxdım və artıq ona ölümün hakim olmadığını gördüm; ona həyat gəlmişdi; onda Allahı gördüm.
Sonra Allahın mənə dediyi ilk dərsi xatırladım: “ İnsanın qəlbində nəyin yaşadığını öyrən.” Başa düşdüm ki, insanın qəlbinə sevgi hakimdir. Allahın vəd etdiyi şeyləri mənə göstərməyə başlaması ilə rahatladım, ilk dəfə ona görə güldüm. Ancaq hələ ki, hər şeyi öyrənməmişdim. İnsana nə verilməyib, İnsan nə ilə yaşayır, bunları hələ bilmirdim.
Sizinlə yaşayırdım, aradan bir il keçdi. Bir gün, forması itməyən və tikişləri açılmayan bir il geyinilə biləcək çəkmələr sifariş edən birisi gəldi. Ona baxdım və birdən onun arxasında dostumu- ölüm mələyini- gördüm. Məndən başqa heç kimsə o mələyi görməmişdi; onu tanıyır və bilirdim ki, axşam olmamış o varlı kişinin ruhunu alacaq. Öz-özümə düşündüm: “ Kişi bir illik hazırlıq görür, amma axşam olmamış öləcəyini bilmir.” Bax onda Allahın ikinci sözünü xatırladım: “İnsana nə verilməyib, öyrən.”
İnsanın qəlbinə nəyin hakim olduğunu bilirdim. İndi isə ona nəyin verilmədiyini öyrəndim. İnsana öz ehtiyacları haqda məlumat verilməyib. İkinci dəfə gülümsədim. Dostumu görməyimə və Allahın mənə ikinci sözünü ilham etməsinə görə.
Amma bir şeyi hələ də bilmirdim; İnsanın nə ilə yaşadığını hələ öyrənməmişdim. Allah son dərsi mənə ilham edənə qədər yaşamağa davam elədim. Altıncı il bir qadınla əkiz qızlar gəldi; qızları tanıdım və onların həyatda necə qaldıqlarını eşitdim. Başına gələnləri eşidəndə fikirləşdim: Anaları uşaqlarının xətrinə mənə yalvarmışdı, uşaqların ata-anasız yaşaya bilməyəcəklərini deyəndə mən də ona inanmışdım; halbuki onları başqa biri əmizdirib böyüdüb. Qadın öz uşaqları olmadığı halda onlara sevgi göstərincə ağladım, qadında Həyat Sahibi Allahın varlığını hiss etdim. Və insanların nə ilə yaşadığını başa düşdüm. Allahın mənə son dərsi də ilham etdiyini və günahımı bağışladığını bilirdim. Onda da üçüncü dəfə gülümsədim.
XII
Bunları danışdıqdan sonra mələyin əynindən bütün paltarlar töküldü və insan gözünün görməkdə aciz qaldığı nurla örtüldü, səsi gedərək yüksəlirdi, belə ki, sanki səs ondan deyil, yuxarıdan səmadan gəlirdi. Mələk belə dedi:- “Anaya uşaqlarının nəyə möhtac olduğu haqda məlumat verilməmişdi. Varlı kişiyə də özünün nəyə möhtac olduğu məlumatı. Heç bir insana axşam olanda bədəni üçün çəkmələrəmi yoxsa cəsədi üçün başmaqlara möhtac olacağı bildirilmədi. Yetimlər yaşadılarsa, bu analarının qayğısından yox, onlara yad olan birisinin onlara ürəyi yanan və sevgi duyan bir qadının qəlbində sevginin olmasındandı, ki, bütün insanlar özlərinin həyatları üçün düşündükləriylə yox, insana verilən sevgi ilə yaşayırlar.
Əvvəllər Allahın insana həyatı və yaşaması üçün də arzular verdiyini bilirdim; inda başa düşdüm ki, həqiqət bunların fövqündə imiş.
Başa düşdüm ki, Allah insanların bir-birlərindən ayrı-ayrı yox, birgə halda yaşamaqlarını istədiyindən hər birinə öz ehtiyaclarını deyil, hər birinə hamı üçün lazım olan şeyləri ilham edir.
Başa düşdüm ki, insanlar özlərini düşünərək yaşayırmış kimi görünsə də, həqiqətdə onları yaşadan şey sevgidir. Kim sevərsə, Allaha yaxınlaşar. Allah da ona yaxınlaşar. Çünki O sevgini yaradandır.
Mələk Allahı mədh eləd və sanki səsindən daxma silkələndi. Dam açıldı və bir nur sütunu yerdən səmaya yüksəldi. Simon, arvadı və uşaqları yerə yıxıldılar. Mələk də səmaya yüksəldi.
Simon özünə gələndə daxma əvvəlki kimi idi və içəridə ailəsindən başqa heç kim yox idi.
Tərcümə etdi : Günel Qurbanova
Onu necə söndürə bilərəm ki, heç kim qoşula bilməsin?
44 günlük müharibə zamanı Suqoşuvanda yeddi nəfərlə birgə əsir götürülən erməni hərbçi Hayk hadisənin təfərrüatı barədə danışıb.
“Azərbaycanlı hərbçi atəş açdığımız hissəyə yaxınlaşdı və onu görüb-görmədiyimi soruşdu. 35-40 yaşı olardı. Silahını kənara qoydu və mənə inandığını dedi. O, həmçinin, məndən çıxmağımı və onunla danışmağımı təklif etdi. Mən heç vaxt azərbaycanlı əsgərin etdiyini etməzdim. Çünki o, bunkerdə onu nə gözlədiyini bilmirdi. Adı Vüqar idi. O, siqareti yandırıb mənə uzatdı.
Mən yaralı idim və bilirdim ki, bu yara səbəbindən ölə bilərəm. Bu barədə uşaqlara danışdım və bunkerdən çıxmağa qərar verdim. O, mənim yaram haqqında sual verdi və ağrının keçməsi üçün mənə iynə vurdular.
Mənə dedi ki, onlar indi gedə bilər, lakin artıq 30 dəqiqədən sonra qoşunlar bura gələcək və biz bunkerdə 20 nəfər belə olsaq, heç bir şansımız yoxdur. O, təslim olmağı təklif etdi.
Söz verdi ki, heç kim bizə toxunmayacaq. Bizi Bakıya göndərəcəklər, müharibə başa çatdıqdan sonra isə sadəcə əsirlərlə dəyişəcəklər. Onun yaxşı insan olduğunu gördüm və biz təslim olmağa qərar verdik. Reallıqla üzləşəndə anladım ki, bu xalq mübarizə apara bilər. Biz onları lazım olandan az qiymətləndirməməliyik. Bu, bizim ən böyük səhvimiz idi”, – deyə Hayk etiraf edib.
Hayk, həqiqətən də Ermənistana qaytarılıb. Ermənistan mediasının yazdığı məlumata görə, o, bir müddət sonra ailə həyatı qurub.
Azərbaycan Ermənistandan fərqli olaraq, həmişə beynəlxalq öhdəliklərini yerinə yetirir. Bu hadisə isə bunun daha bir sübutudur. (Qafqazinfo)
Comments are closed, but trackbacks and pingbacks are open.